Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-514/2020 21.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Mayılov Ülvi Arif oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 Xüsusi X3rşı güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2-1(81)-209/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-209/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı xx xxxxxxxx 1971-ci il tarixdən xx xxxxxx 2004-cü il tarixədək kran maşinisti peşəsində işlədiyi illər güzəştli iş stajı kimi nəzərə alınmaqla 57 yaşının tamam olduğu xx xxxxxx 2001-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2006-cı ildən xx.xx.2006-cı ilədək ödənilməmiş əmək pensiyasının İddiaçı ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi yanında Dövlət X5 Nərimanov rayon şöbəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan ayrı-ayrılıqda iddiaçı və cavabdeh tərəfindən apelyasiya şikayətləri verilmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyi üçün qərar ləğv edilməli və iddia tələbimin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, xx xxxxxxxx 1971-ci il tarixdən xx xxxxxx 2004-cü il tarixə kimi müxtəlif təşkilatlarda qaldırıcı qurğunu idarə edən (kran maşinisti) vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli, Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"na və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq əmək şəraitinə görə güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün 25 ildən çox zərərli əmək sahəsində sığorta stajına malik olmuşdur və onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ xx xxxxxx 1996-cı il tarixdən, yəni 52 yaşıdan yaranmışdır. Məhkəmə qərarında göstərmişdir ki, 57 yaşımın tamam olduğu xx xxxxxx 2001-ci il tarixə 12 il 6 aydan yuxarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixii 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahı üzrə güzəştli iş stagı və azı 25 il ümumi staj mövcud olması ilə əlaqədar onun 57 yaşımda əmək pensiyası təyin edilməli olmasını və ödənişi məhz xx xxxxxx 2006-cı ildən xx xxxxxx 2006-cı ilədək ödənilməli əvvəlki pensiya ödənişi ilə bağlı iddia tələbi əsassız olduğundan həmin hissədə təmin edilməməlidir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin
21. iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə 1 nömrəli siyahısı üzrə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna 52 yaşımdan yəni xx xxxxxx 1996-cı ildən təyin edilməli idi. Kişilərə 50 yaşında yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi barədə maddə xx.xx.1997-ci il tarixdən həmin Qanundan çıxarılmışdır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı iddia etdiyi xx.xx.1971-ci ildən xx.xx.2004-cü ilədək işlədiyi illərin güzəştli iş stajı sayılaraq əmək pensiyasının xx.xx.2001-ci il onun 57 yaşının tamam olduğu tarixdən pensiya təyin olunması və xx.xx.2006-cı ildən xx.xx.2006-cı ilədək dövrün ona ödənilməsi barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının müəyyən etdi hissəsində bir birinə əks olan izahlar vermişdir. Belə ki, iddiaçının iş stajının Azərbaycan Respublikası Nazirlər kabinetinin xx xxxx 1993-cü ıl 320 nömrəli qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahıda iddiaçının işlədiyi krançı peşəsinin güzəştli iş stajı kimi nəzərdə tutmamışdır və məhkəmə işin hallarını araşdırarkən qeyd etdiyi kimi iddiaçının güzəştli şərtlərlə işləməsi haqqında arayışı təqdim etmədiyini bildiyi halda İddiaçı 57 yaşdan pensiya təyin edilməsi öhdəliyini əsassız olaraq cavabdehin üzərinə qoymuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1596/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı ilə iddiaçı və cavabdehin apelyasiya şikayəti təmin edilməyərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1814/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1-(102)- 2998/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin X1 2-1(82)-1814/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilərək, iş yeni apelyasiya baxışına qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsinin qırarının ləğv edilərək, iddianın rədd olunmasına dair yeni qərar cıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiacıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən işə idiacının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, аpеlyаsiyа şikаyətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının və cavabdehin apelyasiya şikayətləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 Bakı şəhəri Nərimanov rayon şöbəsinin xx xxxx 2018-ci il tarixli, **********2 saylı məktubu ilə İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçıya pensiya hüququnun yarandığı xx xxxx 2007-ci il tarixdən quvvədə olan qanunvericiliyə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin hazırda onun tərəfindən güzəştli iş stajını təsdiq edən sənəd təqdim olunmadığı üçün güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. İmtinanı qanunsuz hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək onun xx.xx.1971-ci ildən xx.xx.2004-cü il tarixədək müxtəlif təşkilatlarda qaldırıcı qurğunu idarə edən (kran maşinisti) vəzifəsində işlədiyi illərin güzəştli sığorta stajı kimi nəzərə alınmaqla, xx.xx.1996-cı ildən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranacaq fərqin xx.xx.1996-cı ildən hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən şəkildə həll edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.1944-cü il təvəllüdlü iddiaçının 57 yaşının tamam olduğu xx.xx.2001-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmış olur. Həmin vaxt qüvvədə olan, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin «b» bəndinə əsasən 2 №-li Siyahı üzrə göstəricilərdə çalışan şəxslər üçün 25 il ümumi, 12 il 6 ay xüsusi iş stajı olduquda, 57 yaşdan pensiya hüququnun yarandığı nəzərdə tutulurdu. Lakin iddiaçının çalışdığı kran maşinisti peşəsi həmin vaxt nə 1-ci, nə də 2-ci Siyahıda yer almadığından, qanunun həmin normasının iddiaçıya şamil edilməsi istisna olunur. Bu baxımdan, birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisəli hüquq münasibətlərinə «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci və 32.1-ci və Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci maddələri tətbiq olunmaqla, iddiaçıya onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya pensiyası hüququnun yarandığı xx.xx.2001-ci il tarixdən (57 yaşdan) təyin olunmalı, lakin ona pensiyanın hesablanıb ödənilməsi həmin qanunun müəyyən etdiyi hazırkı prosedur qaydalarına müvafiq olaraq müəyyənləşdirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin: - «a» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; - «b» bəndinə əsasən isə əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; - güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. (xx.xx.1997-ci il 321-İQD saylı Qanunla 13-cü maddəyə edilən və dəyişikliyə görə qeyd olunan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır). Birinci instansiya məhkəməsi iddiaçının malik olduğu xüsusi stajla bağlı apardığı araşdırma nəticəsində belə müəyyən etmişdir ki, 2002-ci ilə qədər onun qüllə kranı maşınisti kimi xüsusilə ağır iş şəraitində 25 ildən çox iş stajı toplanır. Məhkəmə qeyd etmişdir ki, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli Qərarı ilə təsdiq olumuş, «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» nə 1 №-li, nə də ki 2 №-li Siyahısında isə həmin peşə ağır iş şəraitinə aid peşələr sırasına aid edilməmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə yalnız x xxxxxx 2006-cı il tarixdən qüvvəyə minmiş «Əmək pensiyaları haqqında» Qanunun qüvvəyə minməsi ilə onun 9.1-ci maddəsinin göstərişindən irəli gələrək Azərbaycan Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin,vəzifələrin və göstəricilərin Siyahısı»nın 1.1.2-ci hissəsinin («Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər») «a» (fəhlələr) bəndinin 12-ci yarımbəndində («kran maşinistləri») xüsusilə ağır iş şəraitinə aid olan peşələr sırasında təsbit olunmuşdur. Məhkəmə hesab etmişdir ki, xx.xx.1944-cü il təvəllüdlü iddiaçının 57 yaşının tamam olduğu xx.xx.2001-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmış olur. Həmin vaxt qüvvədə olan, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13cü maddəsinin «b» bəndinə əsasən 2 №-li Siyahı üzrə göstəricilərdə çalışan şəxslər üçün 25 il ümumi, 12 il 6 ay xüsusi iş stajı olduquda, 57 yaşdan pensiya hüququnun yarandığı nəzərdə tutulurdu. Lakin iddiaçının çalışdığı kran maşinisti peşəsi həmin vaxt nə 1-ci, nə də 2-ci Siyahıda yer almadığından, qanunun həmin normasının iddiaçıya şamil edilməsi istisna olunur. Bu baxımdan, birinci instansuya məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisəli hüquq münasibətlərinə «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci və 32.1ci və Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci maddələri tətbiq olunmaqla, iddiaçıya onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya pensiyası hüququnun yarandığı xx.xx.2001-ci il tarixdən (57 yaşdan) təyin olunmalı, lakin ona pensiyanın hesablanıb ödənilməsi həmin qanunun müəyyən etdiyi hazırkı prosedur qaydalarına müvafiq olaraq müəyyənləşdirilməlidir. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün onun belə hüquq verən Azərbaycan Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş Siyahıda göstərilmiş işdə çalışmasına dair səhv nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası “Azərsənayetikinti” Səhmdar Cəmiyyəti “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” Törəmə Müəssisəsi və “xxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən verilmiş arayışlarda (i.v.43- 44) iddiaçının işlədiyi 6-cı dərəcəli krançı peşəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli Qərarı ilə və Azərbaycan Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bölməsinə (ümumi peşələr üzrə) əsasən güzəştli şərtlə pensiya hüququ verdiyi göstərilmişdir. Lakin nəzərə almaq lazımdır ki, həmin arayışlarda iddiaçının işlədiyi peşənin Siyahıda əks olunmuş konkret kodu göstərilməmişdir. Bundan başqa, hər iki Siyahının ümumi peşələr bölməsində krançı peşəsi nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsinin istinad etdiyi Azərbaycan Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin,vəzifələrin və göstəricilərin Siyahısı»nın 1.1.2-ci bəndinə münasibətdə isə aşağıdakılar qeyd edilməlidir. Həqiqətən də Siyahının həmin bəndində müəyyən edilmişdir ki, «Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər») «a» (fəhlələr) bəndinin 12-ci yarımbəndində («kran maşinistləri») xüsusilə ağır iş şəraitinə aid olan peşələr sırasına aiddir. Lakin nəzərə almaq lazımdır ki, 1-ci bənd ümumən Dağmədən sahəsindəki peşələrə həsr edilmişdir və 1.1.2-ci bənd həmin 1-ci bəndin alt bəndidir. Bu isə o deməkdir ki, 1.1.2-ci bənddə nəzərdə tutulan peşələr məhz dağ-mədən sahəsindəki işlərə aiddir. İddiacı məhkəmə iclasında iştirak etmədiyinə görə kassasiya instansiyası məhkəməsinin göstərişinə uyğun olaraq bu istiqamətdə araşdırma aparılması mümkün olmamış, iş materiallarından da iddiacının dağ-mədən sahəsində kran maşinisti işləməsi müəyyən olunmamışdır. Göründüyü kimi iddiaçı xx.xx.2006-cı il tarixədək 20 il ümumi iş stajı toplasa da, güzəştli iş stajı üçün tələb olunan stajı olmamışdır. Belə olan halda hazırki iş üzrə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir və cavabdehin imtinası iddiaçının qanunla müəyyən edilmiş hüquqlarını pozmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, beləşərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuşvə barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-209/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı tarixli qərarı iddianın təmin olunmuş hissəsində ləğv edilərək, həmin hissədə də iddia rədd olunmalı, qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 X6 İdarəsinin apelyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-209/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı iddianın qismən təmin olunmuş- İddiaçı xx xxxxxxxx 1971-ci il tarixdən xx xxxxxx 2004-cü il tarixədək kran maşinisti peşəsində işlədiyi illər güzəştli iş stajı kimi nəzərə alınmaqla 57 yaşının tamam olduğu xx xxxxxx 2001-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2006cı ildən xx.xx.2006-cı ilədək ödənilməmiş əmək pensiyasının İddiaçı ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi yanında Dövlət X5 Nərimanov rayon şöbəsinin üzərinə qoyulması hissəsində ləğv edilsin, iddia həmin hissədə də rədd edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı apelyasiya şikayəti təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Кollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mirzə Tağızadə
Hakim: Ülvi Mayılov
Hakim: Xəyalə Cəmilova