Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-514/2023 16.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafıə Fondu X9 Xüsusi Şərtlərlə X1rşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2-1(112)-3777/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafə Fonduna qarşı pensiyanın təyin edilməsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xx.xx.1978-ci ildə Bakı Fəhləsi maşınqayırma zavodunda Baş şöbədə 2-ci dərəcəli elektrik fotoaparatçı peşəsində, xx.xx.1992-ci ildən Baş konstruktor şöbəsində cildləyici, xx.xx.1993- xx.xx.2000-ci ilə qədər Texniki nəzarət şöbəsində texnik texnoloq peşələrində işlədiyi üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının razılığı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafıə Fondu X9 Xüsusi Şərtlərlə Təyinat X10 ilə əvəz edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X9 Xüsusi Şərtlərlə Təyinat X10 ilə əvəz edilməsi və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən istehsal üzrə, peşələrin, vəzifələrin və göstəriclərin siyahısı”nın 20 bölmə, kod 119000a-16548, “Ümumi peşələr” siyahısına əsasən dərin çap üsulunun çapçıları peşəsi üzrə, zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan dərin çap üsulunun çapçılarının güzəştli təqaüdə çıxmalarını nəzərdə tutan qərarını əsas gətirərək xx.xx.1978-ci ildən xx.xx.1992-ci ilə qədər Keşlə maşınqayırma (hazırda Bakı Fəhləsi) zavodunda Baş Şöbədə 2-ci dərəcəli elektrik fotoaparatçı peşəsində işləməyini və işlədiyi peşənin həmin koteqoriyadan olan peşələrə aid olduğu nəzərə alaraq ona 52 (əlli iki) yaşından güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafıə Fondu X9 Xüsusi Təyinat Üzrə Mərkəzi Filalına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək ona 52 yaşının tamam olduğu vaxtdan, xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1978-ci ildə Bakı Fəhləsi maşınqayırma zavodunda Baş şöbədə 2-ci dərəcəli elektrik fotoaparatçı peşəsinə işə qəbul edilmişdir. xx.xx.1992-ci ildən Baş konstruktor şöbəsində cildləyici, xx.xx.1993-cü ildən xx.xx.2000-ci ilə qədər Texniki-nəzarət şöbəsində texnik-texnoloq işləmişdir. xx.xx.1978-ci ildən xx.xx.1992-ci ilədək göstərilən peşə üzrə işləyən işçilər üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən istehsal üzrə peşələrin, vəzifələrin və göstəriclərin siyahısı”nın 20 bölmə, kod 119000a-16548 “Ümumi peşələr” əsasən dərin çap üsulunun çapçıları peşəsi üzrə, zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan dərin çap üsulunun çapçıların güzəştli təqaüdü çıxmaları nəzərdə tutulur. Ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin ona pensiya təyin edilməsindən xx.xx.2021-ci il tarixli məktubla imtina edilmiş və onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun olmaması bildirilmişdir. Hesab edir ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli imtina məktubu qanunsuz və əsassızdır. Cavabdehin vəzifəli şəxslərinin hərəkətsizliyi onun hüquqlarının həyata keçirilməsini məhdudlaşdırır. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsinin əsasları kimi xx.xx.1978-ci il tarixdən xx.xx.1992-ci il tarixədək X3 Baş şöbədə elektrik fotoaparatçı vəzifəsində, xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Texniki nəzarət şöbəsində texniktexnoloq vəzifəsində işlədiyini iddia edir. İddiaçının cavabdeh orqana təqdim etdiyi xx.xx.2021-ci il tarixli 033 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, onun 1978-1992- ci illər üzrə elektrik fotoaparatçısı vəzifəsində işlədiyi dövr həmin peşə üzrə işləyən işçilər üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsal üzrə peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bölmə 20, kod 1190000a16548 “Ümumi peşələr" əsasən dərin çap üsulunun çapçıları peşəsi üzrə, zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan dərin çap üsulunun çapçılarının güzəştli təqaüdə çıxmaları nəzərdə tutulur. Hesab edilir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi asağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsində qeyd edilmişdir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9- cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Sözügedən qanun hüquqi qüvvəsini aldıqdan əvvəl qüvvədə olmuş qanunvericilik aktı “Vətəndaşların pensiya təminatı haqqmda” 23 sentyabr 1992-ci il tarixli, 305 nömrəli Azərbaycan Respublikasının Qanunudur. Həmin Qanunun 13-cü maddəsi qüzəştli şərtlərlə yaşa qörə pensiya hüququ olan şəxslərin dairəsini müəyyən etmişdir. Qeyd edilən maddənin mətni aşağıdakı səkildə müəyyən olunmuşdur: Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirləı Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayın həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilin həmin işlərdə çalışarsa. Qeyd edilir ki, həmin qanunvericilik aktına edilmiş dəyişikliyə görə 01 avqust 2000-ci il tarixdən qadınlar üçün sözügedən yaş həddi 52 müəyyən edilmişdir. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi xx.xx.1978-ci il tarixli, ******* nömrəli əmək kitabçasında və "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 01/033 nömrəli arayışında xx.xx.1978-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində Baş şöbədə elektrik fotoaparatçı, Baş konstruktor şöbəsində cildliyici vəzifələrində işlədiyi qeyd edilmişdir. Göründüyü kimi Baş şöbə və Baş konstruktor şöbəsində işlədiyini iddia etdiyi elektrik fotoaparatçı və cildiləyici vəzifələri Poliqrafiya istehsalatı sahəsinə və dərin çap üsulunun çapçıları vəzifəsinə uyğun deyil. Həmçinin "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 01/033 nömrəli arayışında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən istehsal üzrə, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına” istinad ediliyini göstərilsə də əslində 1993-cü il tarixli siyahıya istinad edilmişdir. Bundan başqa iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün digər şərt isə tələb olunan pensiya kapitalının tamamlanmasıdır. Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 31200,00 manat hesablandığı halda, qeydə alınan pensiya kapitalı cəmi 16754,06 manat təşkil edir. Göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi üçün tələb olunan güzəştli sosial sığorta stajı və ya pensiya kapitalı tamamlanmadığına görə ona yaşa görə pensiyanın təyin edilməsi mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2-1(112)-3777/2022 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya baxışı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşının tamam olduğu 24 mart 2012-ci il tarixdən təyin olunması və pensiyanın müraciət etdiyi tarixdən (xx.xx.2021-ci il) əvvəlki üç il üçün, yəni xx.xx.2018-ci il tarixdən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X9 Xüsusi Şərtlərlə Təyinat X7 həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Hazırkı işin hallarından görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuş, xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək Bakı EHM zavodunda r/avadanlığı qrafikquraşdırıcı bölməsində montajçı tələbəsi, 1-ci dərəcəli montajçı, xx.xx.1978-ci ildən xx.xx.2000-ci ilədək X3 2-ci dərəcəli elektrofotoqrafçı, baş konstruktor şöbəsində cildləyici, texniki-nəzarət şöbəsində texniktexnoloq vəzifələrində işləmişdir. Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 01/033 nömrəli arxiv arayışının surətindən görünür ki, "xxxx" TASC-nin hüquqi varisi "xxxx" MMC-nin arxiv fondu sənədlərinin 1949-cu il T-2 formasına əsasən xx.xx.1960-cı il təvəllüdlü İddiaçı haqqında aşağıdakı qeydlər aparılmışdır: xx.xx.1078-ci ildə Baş şöbədə 2-ci dərəcəli elektrik fotoaparatçı peşəsinə işə qəbul edilmişdir. Əmr: № 195/k, xx.xx.1978ci il. xx.xx.1992-ci ildə Baş konstruktor şöbəsində cildləyici; əmr № 78/k, xx.xx.1992-ci il. xx.xx.1993-cü ildə Texniki-nəzarət şöbəsində texnik-texnoloq işləmişdir. Əmr № 105/k, xx.xx.1993-cü il. xx.xx.2000-ci il tarixdən ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat vahidinin ixtisarı ilə əlaqədar işdən azad edilmişdir. Əmr № 95/k, xx.xx.2000-ci il. xx.xx.1978-ci ildən xx.xx.1992-ci ildək Göstərilən peşə üzrə işləyən işçilər üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şənlə yaşa görə əmək pensiyası hüququ verən istehsal üzrə, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 20 bölmə, kod 1190000a— 16548 “Ümumi peşələr” əsasən dərin çap üsulunun çapçıları peşəsi üzrə, zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan dərin çap üsulunun çapçıların güzəştli təqaüdə çıxmaları nəzərdə tutulur. Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış 01/052 №-li, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, "xxxx"nun keçmiş işçisi xx.xx.1960-cı il təvəllüdlü İddiaçı "xxxx" TASC-nin hüquqi varisi "xxxx" MMC-nin arxiv fondu sənədlərinin 1949-cu il T-2 formasında aparılan qeydlərə əsasən əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: xx.xx.1978-ci ildə Baş şöbədə 2-ci dərəcəli elektrik fotoaparatçı peşəsinə işə qəbul edilmişdir. Əmr: № 195/k, xx.xx.1978-ci il. xx.xx.1992-ci ildə Baş konstruktor şöbəsində cildləyici; əmr № 78/k, xx.xx.1992-ci il. xx.xx.1993-cü ildə Texniki-nəzarət şöbəsində texnik-texnoloq işləmişdir. Əmr № 105/k, xx.xx.1993-cü il. xx.xx.2000-ci il tarixdən ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat vahidinin ixtisarı ilə əlaqədar işdən azad edilmişdir. Əmr № 95/k, xx.xx.2000-ci il. xx.xx.1978-ci ildən xx.xx.1992-ci ildək Göstərilən peşə üzrə işləyən işçilər üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şənlə yaşa görə əmək pensiyası hüququ verən istehsal üzrə, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 20 bölmə,kod 1190000a— 16548 “Ümumi peşələr” əsasən dərin çap üsulunun çapçıları peşəsi üzrə, zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan dərin çap üsulunun çapçıların güzəştli təqaüdə çıxmaları nəzərdə tutulur. Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış 01/012 №-li, xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, X4 Keşlə Maşınqayırma zavodunun xx.xx.1978-ci il tarixli, 195/K nömrəli əmrinə əsasən İddiaçı 2-ci dərəcəli elektrofotoqraf vəzifəsinə qəbul edilmişdir. Keşlə Maşınqayırma sənədlər şöbəsinin elektrik fotoqrafı İddiaçı səhhəti ilə əlaqədar olaraq 05.07.93-cü ildən THŞ-nə texnik-texnoloq keçirilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli **********4 saylı məktubun surətindən görünür ki, xx.xx.2021-ci il tarixində daxil olmuş müraciətinə və ona əlavə olunmuş sənədlərə baxaraq bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında" Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Poliqrafiya istehsalatı bölməsinin (20) fəhlələr (a) yarımbəndində dərin çap üsulunun çapçıları vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi 25 sentyabr 1978-ci il tarixli, ИT-l ******* nömrəli əmək kitabçasında və "xxxx" MMC-nin ona dair 17 avqust 2021-ci il tarixli, 01/033 nömrəli arayışında xx.xx.1978-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində Baş şöbədə elektrik fotoaparatçı, Baş konstruktor şöbəsində cildləyici vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi Baş şöbə və Baş konstruktor şöbəsində işlədiyi elektrik fotoaparatçı və cildləyici vəzifələri yuxarıda qeyd olunan Poliqrafiya istehsalatı sahəsinə və dərin çap üsulunun çapçıları vəzifəsinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 31200,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16754,06 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (qadınlara): - 50 yaşdan pensiya təyin edilməsi üçün şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 20 illik ümumi və 10 illik xüsusi iş stajını 1997ci il avqustun 1-dək qazanmış olmalıdır; həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 52 yaşdan təyin edilir. Beləliklə, iddiaçının tələbinin təmin edilməsi və ona 52 yaşının tamam olduğu xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 2006-cı il 1 yanvar tarixədək azı 20 il ümumi iş stajı olmalı, bunun 10 ilini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; ... Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş «İşçilərin əmək kitabçasının forması və onun tətbiqi Qaydaları»nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. İşin birinci instansiya məhkəməsində müəyyən edilən hallarına görə iddiaçının xx.xx.2006-cı ilə qədər 20 ildən artıq ümumi iş stajı mövcuddur. Bu hal cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının xx.xx.2006-cı il tarixə qədər 20 ildən yuxarı ümumi iş stajının olduğunu müəyyən edərək, iddia tələbinin rədd edilməsi əsası kimi qeyd etmişdir ki, iddiaçı tərəfindən, həmçinin işəgötürənin hüquqi varisi tərəfindən məhkəməyə təqdim edilmiş arayışlarda iddiaçının xx.xx.1978-ci ildən xx.xx.1992-ci ilədək işlədiyi “elektrofotoqraf” peşəsinin “dərin çap üsulunun çapçıları” peşəsinə uyğun olması qeyd edilsə də iddiaçının işlədiyi peşənin qulluq funksiyaları barədə məlumatlar işəgötürənin hüquqi varisi tərəfindən məhkəməyə təqdim edilməmiş, iddiaçının işlədiyi “elektrofotoqraf” peşəsinin “dərin çap üsulunun çapçıları” peşəsinin əmək funksiyaları ilə eynilik təşkil etməsi və zərərli iş kimi qəbul olunmasını təsdiq edən əsaslı sübutlar məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Eyni zamanda işəgötürənin hüquqi varisi tərəfindən verilmiş arayışlarda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən istehsal üzrə, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına” istinad ediliyini göstərilsə də əslində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 №-li siyahıya istinad edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan güzəştli iş stajına malik olmadığından cavabdeh tərəfindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmuşdur. İddiaçının güzəştli iş stajına münasibətdə məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2017ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apellyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Apellyasiya baxışı zamanı məhkəmə sorğusuna cavab olaraq "xxxx" MMC tərəfindən verilmiş 01/007 saylı 24 yanvar 2023-cü il tarixli məktubda göstərilmişdir ki, həmin peşədə işləyən işçilər əsasən ЭР-420Р, ЭР-620К3 elektrofotokapraval aparatlarında işləməklə zavoda aid olan bütün sənədlərin surətini çap edirdilər. (istehsal olunan məhsulların cizgiləri, şöbələrə lazım olan işçi blanklar, məhsulların sərf norması və s.) Həmin işin xarakteri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsal üzrə, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 20 bölmə, kod 1190000a— 16548 uyğun gəlir. Hazırda müasir dövrdə olan sürətçıxarma avadanlıqlar arasında çox böyük fərq var. Həmin avadanlıqlar işləyən vaxt kənar şəxslərin daxil olması iş yerinin zəhərli olması nəzərə alınaraq qəti qadağan idi. Məhkəmə kollegiyası işəgötürən tərəfindən təqdim edilmiş arayışda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən istehsal üzrə, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına” istinad edərək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 №-li siyahıda qeyd olunmuş kodu göstərməsini texniki səhv kimi qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №li Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir. Siyahıda “Poliqrafiya istehsalatı” adlanan 20-ci bəndində nəzərdə tutulmuşdur: dərin çap üsulunun çapçıları. Kollegiya qeyd edir ki, "xxxx" MMC tərəfindən verilmiş arayışda iddiaçının işlədiyi elektrofotoqrafçı peşəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən istehsal üzrə, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”, bölmə 20, dərin çap üsulunun çapçıları peşəsinə aid olduğu qeyd olunmuşdur. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Beləliklə kollegiya qeyd edir ki, iddiaçı 2006-cı ilin yanvar ayının 1-dək 20 ildən çox ümumi iş stajına, o cümlədən 10 ildən çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən onun 52 yaşdan (24 mart 2012-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci müddəsinin hazırda qüvvədə olan redaksiyasında əmək pensiyalarının onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilməsi təsbit edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 08 oktyabr 2020-ci il tarixli 03/2020-ci saylı qərardadında belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Göründüyü kimi iddiaçı onun pensiya təyin olunması üçün müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya ödənilməsi hüququna malikdir. DSMF Xüsusi Şərtlərlə Təyinat X10 tərəfindən iddiaçıya ünvanlanmış 05 oktyabr 2021-ci il tarixli məktubdan müəyyən olunur ki, iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana 20 avqust 2021-ci il tarixində müraciət etmişdir. Eyni zamanda iddiaçı tərəfindən həmin tarixdən əvvəlki dövrlərdə hazırki tələblə cavabdeh inzibati orqana hər hansı üzürlü səbəbdən müraciət etməməsi ilə bağlı heç bir sübut təqdim olunmamışdır. Bu halda iddiaçıya ödəniləcək pensiya cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən (20 avqust 2021-ci il) əvvəlki illər üçün, yəni 20 avqust 2018-ci il tarixindən hesablanaraq ödənilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2-1(112)-3777/2022 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməli, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşının tamam olduğu 24 mart 2012-ci il tarixdən təyin olunması və pensiyanın müraciət edilən tarixdən (xx.xx.2021-ci il) əvvəlki üç il üçün, yəni xx.xx.2018-ci il tarixdən hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X9 Xüsusi Şərtlərlə Təyinat X7 həvalə edilməlidir. Nəticə hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2-1(112)-3777/2022 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşının tamam olduğu 24 mart 2012-ci il tarixdən təyin olunması və pensiyanın müraciət edilən tarixdən (xx.xx.2021ci il) əvvəlki üç il üçün, yəni xx.xx.2018-ci il tarixdən hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X9 Xüsusi Şərtlərlə Təyinat X7 həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Xəyal Sarıyev
Məhkəmə qərarları › İş №2-1(103)-514/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-514/2023
16.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver