Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-5142/2025 06.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı Məmmədov İsa İsmayıl oğlunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası Hakimlər Ağalarov Həmid Azər oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil , cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Məmmədov İsa İsmayıl oğlunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə ##.##.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Məmmədov İsa İsmayıl oğlu ##.##.1992-##.##.2000-ci dövründə Ağdam Qarnizonu Hərbi Tribunalının hakimi və sədri kimi işləmişdir. İddiaçı Məmmədov İsa İsmayıl oğlunun hərbi qulluqçu kimi əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh orqana etdiyi müraciət, ##.##.2025-ci il tarixli *-**-*/*-M-*****/**** nömrəli məktub ilə təmin edilməmişdir. İddiaçı Məmmədov İsa İsmayıl oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona üçqat məbləğdə ödənilmiş əmək haqqını və ona əlavələri (rütbə maaşı, ixtisas dərəcəsinə görə ödəniş, xidmət illərinə görə əlavələr, ərzaq əvəzinə pul kompensasiyası və s.), maddi yardım, mükafat, məzuniyyət pulu, istifadə olunmayan məzuniyyətə görə ödənilmiş kompensasiya və digər təminat xərclərini, habelə ixtisas dərəcəsinə görə minimum əmək haqqının iki misli məbləğində ödənilən əlavəni əsas götürməklə, əmək pensiyasının sığorta hissəsi ilə birlikdə əmək pensiyasının yenidən hesablanması və pensiyanın təyin edildiyi vaxtdan onun yenidən hesablandığı tarixədək yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tərəf iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ixtisas dərəcəsinə görə minimum əmək haqqının iki misli məbləğində ödənilən əlavəni əsas götürməklə əmək pensiyanın yenidən hesablanması və pensiyanın təyin edildiyi vaxtdan onun yenidən hesablandığı tarixədək yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə, iddianın dəyişdirilməsi qeyd edilən məzmunda qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Milli Məclisinin ##.##.1992-ci il tarixli, 295 a saylı qərarı ilə Ağdam Qarnizonu Hərbi Tribunalının hakimi və sədri vəzifəsinə təyin olunmuş və 2000-ci ilin sentyabr ayında R rütbəsində hərbi xidmətdən tərxis olunmaqla işdən azad edilmişdir. Müharibə veteranıdır. Azərbaycan Respublikası Milli Məclisinin ## #### 1994-cü il tarixli, *** nömrəli Qərarı ilə hərbi məhkəmə sədri olaraq, dördüncü ixtisas dərəcəsi verilmişdir. ##.##.2000-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçıya 28 il 4 ay 4 gün xidmət illərinə görə pensiya təyin olunub. Hesab edir ki, ona pensiya təyin olunarkən, pensiyanın məbləği həm onun tərkib hissəsi, həm də əlavələrin müəyyən olunması baxımından düzgün hesablanmamışdır. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, iddiaçıya üçqat məbləğdə ödənilmiş əmək haqqını və ona əlavələri (rütbə maaşı, ixtisas dərəcəsinə görə ödəniş, xidmət illərinə görə əlavələr, ərzaq əvəzinə pul kompensasiyası və s), maddi yardım, mükafat, məzuniyyət pulu, istifadə olunmayan məzuniyyətə görə ödənilmiş kompensasiya və digər təminat xərclərini, dərəcəsinə görə minimum əmək haqqının iki misli məbləğində ödənilən əlavəni əsas götürməklə, əmək pensiyasının sığorta hissəsi ilə birlikdə əmək pensiyasının yenidən hesablanmasını və pensiyanın təyin edildiyi vaxtdan onun yenidən hesablandığı tarixədək yaranmış fərqin birdəfəlik ödənilməsini xahiş etmişdir. Cavabdeh ## #### 2025ci il tarixli məktubla iddiaçıya imtina cavabı vermişdir. İddiaçı cavabdehin mövqeyini əsassız hesab edir. Bildirir ki, hakimlik fəaliyyəti illərində hərbi tribunalın işçiləri bir müddət Müdafiə Nazirliynin N saylı hərbi hissəsinin, sonra isə Ali Məhkəmənin Hərbi Kollegiyasının pul və ərzaq təminatında olublar. Qeyd olunan dövrdə işçilər, o cümlədən, iddiaçı döyüş bölgəsində xidmət etdiyinə görə üçqat əmək haqqı və ona əlavələr almışlar. İddiaçının üçqat əmək haqqı almağı Müdafiə Nazirliynidən verilmiş ##.##.2024-cü il tarixli, 2-QİM-1891-1/2024 nömrəli Arxiv arayışı ilə təsdiq olunur. Bundan başqa, iddiaçıya 4-cü ixtisas dərəcəsinə görə maaşından əlavə olaraq pul ödənilib. 2000-ci ildə pensiya təyin edilərkən, ixtisas dərəcəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məbləğ (minimum əmək haqqının iki misli) iddiaçının pensiyasına əlavə edilməyib. Göründüyü kimi, ona pensiya təyin olunarkən və yenidən hesablamalar aparılarkən, üçqat həddə əmək haqqı almağı və ixtisas dərəcəsinə görə ödənilən əlavə nəzərə alıımayıb. Bundan başqa, pensiyanın yenidən hesablanması zamanı işlədiyi müddətdə ona ödənilmiş məzuniyyət haqqının da nəzərə alınmasından imtina olunmuşdur. Əmək pensiyasının məbləğinin hesablanmasının ilkin mərhələsi “Əmək pensiyaları haqqında” Qanunun 10-cu maddəsi ilə tənzimlənir. Həmin maddənin göstərişlərinə görə yaşa görə əmək pensiyasının məbləği yaşa görə əmək pensiyasının sığorta hissəsinin və yaşa görə əmək pensiyasının yığım hissəsinin cəmindən ibarətdir. “Əmək pensiyaları haqqında” qanunun 20-ci maddəsi isə pensiyaya çıxmış şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr müəyyən edir. Lakin iddiaçıya təyin edilmiş əmək pensiyasının məbləği müəyyən edilərkən “Əmək pensiyaları haqqında” Qanunun 10-cu maddəsinin tələbləri pozulmaqla əmək pensiyasının sığorta hissəsi nəzərə alınmamış, pensiyanın məbləği yalnız “Əmək pensiyaları haqqında” qanunun 20-ci maddəsində göstərilən əlavələrlə müəyyən edilmişdir. Bu hal “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinin normalarına zidd olmuş və qanunvericiliklə müəyyən edilmiş qaydada sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, xidmət illərinə görə əlavə ilə yanaşı, həmçinin əmək pensiyasının sığorta hissəsi nəzərə alınmaqla əmək pensiyası yenidən hesablanmalıdır. Lakin cavabdeh şərh olunan halları nəzərə almaqdan və pensiyanı yenidən həmin halları əsas götürməklə hesablamaqdan əsassız olaraq, imtina etmişdir, bununla da sosial təminat sahəsində hüquqlarını pozmuşdur. Hərbi məhkəmələrin bir neçə hakimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı anoloji iddialarla müracət müraciət etmiş və iddiaları təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi ## ### 2023-cü il tarixli qərarı ilə dövlət orqanları tərəfindən eyni faktiki və hüquqi əsaslara söykənən işlər üzrə təcrübədə müxtəlif cür qərarlar qəbul edilməsi praktikasının doğru olmadığı və bunun vətəndaşların bərabərlik hüquqlarının pozulması kimi vurğulayaraq inzibati orqanlara bu cür halların yol verilməzliyi, qaldırılmış məsələlər üzrə vətəndaşların müraciətinə qanunçuluq, şəfafflıq və bərabərlik prinsiplərinə uyğun olaraq baxılması tövsiyə olunmuşdur. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçı Mərkəzi Filiala müraciət edərək ona hərbi qulluqçu kimi əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Mərkəzi Filialın müraciətə cavab olaraq iddiaçıya ünvanladığı ##.##.2025-ci il tarixli *-**-*/*-M-*****/**** nömrəli məktubda hərbi qulluqçu kimi əmək pensiyasının yenidən hesablanması şərtləri və iddiaçının əmək pensiyasının hesablanması haqqında ətraflı məlumat verilmişdir. Məktubda qeyd edilmişdir ki, Mərkəzi Filialda mövcud olan məlumatlara əsasən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən iddiaçıya sabiq hərbi qulluqçu kimi əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il ## ###### tarixli *** nömrəli Fərmanının tələblərinə uyğun olaraq, # ###### 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən sözügedən qurum tərəfindən iddiaçıya dair təqdim edilmiş ## #### 2007-ci il tarixli ZE-***** nömrəli məlumat vərəqinə əsasən əmək pensiyası həmin tarixdən etibarən Mərkəzi Filial tərəfindən ödənilir. Həmin məlumat vərəqində iddiaçının müraciətində qeyd etdiyi əlavələr göstərilmədiyindən onun əmək pensiyasının hesablanması zamanı həmin əlavələrin nəzərə alınması mümkün deyil. Sonrakı artımlar nəzərə alınmaqla iddiaçının əmək pensiyası hazırda 4767,41 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla müvafiq kart hesabına köçürülür: sığorta hissəsi: 335,47 manat; qulluq stağına görə əlavə: 3998,54 manat; maddi yardım: 433,40 manat. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair # ###### 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya yenidən hesablanması və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı- seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı iş üzrə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, bununla yanaşı öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia qismən təmin edilərək, iddiaçı Məmmədov İsa İsmayıl oğluna ixtisas dərəcəsinə görə minimum əmək haqqının iki misli məbləğində ödənilən əlavəni əsas götürməklə əmək pensiyası yenidən hesablanması və yaranmış fərqin ##.##.2022-ci ildən ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək, qərarın iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007- ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü hissəsinə əsasən hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada müvafiq elektron informasiya sisteminə daxil edilməklə Dövlət Sosial Müdafiə Fonduna ötürülür. Sözügedən Qaydaların 4-cü hissəsinə görə şəxsin əmək pensiyasının yenidən hesablanmasına əsas verən, onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə əsaslandırılmış məlumatlar Qaydaların 1-ci hissəsində göstərilən orqanlar tərəfindən müvafiq elektron informasiya sisteminə daxil edilməklə Fonda ötürülür. Qeyd olunanlara əsasən, iddiaçının əmək pensiyası məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması məsələsinə xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə müvafiq məlumat iddiaçının sonuncu xidmət keçdiyi orqan tərəfindən müvafiq elektron informasiya sisteminə daxil edilməklə Mərkəzi Filiala təqdim edildikdən sonra baxıla bilər. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 4.1-ci maddəsinə əsasən əmək pensiyasının yaşa, əlilliyə və ailə başçısını itirməyə görə növləri vardır. Qanunun 4.2-ci maddəsinə əsasən, yaşa və əlilliyə görə əmək pensiyası sığorta və yığım hissələrindən ibarətdir. Qanunun 6.2- ci maddəsinə əsasən, “əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin ######ın #- dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə bu Qanunun 20-ci maddəsində nəzərdə tutulan əlavələr, həmin əlavələrin indeksləşdirilməsi, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə 2022-ci ildə müəyyən etdiyi və 2023-cü il ######ın #-dən onların əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardım və həmin maddi yardımın bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilməsi nəticəsində yaranan xərclər dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir”. Qanunun 9.5-ci maddəsinə əsasən, hərbi qulluqçuların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 20.1.11-ci və 20.14-cü maddələrinə əsasən, hərbi qulluqçuların əmək pensiyalarına qulluq stajına görə əlavələr təyin edilir. Qanunun 20.14.1-ci maddəsinin # ###### 2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə - 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin - 2 faizi (Azərbaycan Respublikası Müdafiə Nazirliyində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə həmin Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər müəyyən edilir. Sonrakı artımlar nəzərə alınmaqla iddiaçının əmək pensiyası hazırda 4767,41 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla müvafiq kart hesabına köçürülür: - sığorta hissəsi: 335,47 manat; - qulluq stağına görə əlavə: 3998,54 manat; - maddi yardım: 433,40 manat. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair # ###### 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya yenidən hesablanması və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsı belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı iş üzrə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, bununla yanaşı öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDIRMA HİSSƏSİ Apellyasiya şikayətinin və iddianın mümkünlüyü: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Məmmədov İsa İsmayıl oğlu ##.##.1960-cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır; Azərbaycan Respublikası Bakı şəhər məhkəməsini, rayon (şəhər) xalq məhkəmələrinin və hərbi tribunalların hakimlərinə ixtisas dərəcələri verilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin *** nömrəli # #### 1994-cü il tarixli qərarına əsasən Məmmədov İsa İsmayıl oğluna dördüncü ixtisas dərəcəsi verilmişdir; Məhkəməyə təqdim edilmiş iddiaçının pensiya işindən məlum olur ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2024-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli Qərarı ilə Məmmədov İsa İsmayıl oğluna ##.##.2000-ci ildə təyin edilmiş yaşa görə əmək pensiyası yenidən hesablanmış, artım faizləri nəzərə alınmışdır. Apellyasiya icraatı zamanı verilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin ##.##.2026-cı il tarixdə məhkəməyə daxil olmuş məktubunda qeyd olunmuşdur ki, Ədliyyə Nazirliyinin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsinin Arxiv şöbəsində Ağdam Qarnizonu Hərbi Tribunalının işçilərinin əməkhaqqı üzrə mühasibatlıq kitabları aşkar edilməmişdir; Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ##.##.2026-cı il tarixli məktubunda qeyd olunmuşdur ki, ## ### 1993-cü il tarixli *** nömrəli “Hərbi tribunallar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununa əsasən hərbi tribunalların (hərbi məhkəmələrin) aparatının strukturu və ştatları Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən müəyyən edilmiş, maliyyə və maddi-texniki təminatı isə 1994-cü ildən başlayaraq Ali Məhkəmənin Hərbi Kollegiyası vasitəsi ilə dövlət büdcəsi hesabına həyata keçirilmişdir. Hərbi məhkəmələrdə (hərbi tribunallarda) xidmət etmiş hərbi qulluqçuların pul təminatının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən həyata keçirilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. … “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.5. təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş, “Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması Qaydaları” “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ##.##.1992-ci il tarixli Qərarı.
1. Azərbaycan Respublikası məhkəmələrinin beşinci ixtisas dərəcəli hakimlərinə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının bir misli məbləğində, dördüncü ixtisas dərəcəli hakimlərinə iki misli məbləğində, üçüncü ixtisas dərəcəli hakimlərinə üç misli məbləğində, ikinci ixtisas dərəcəli hakimlərinə dörd misli məbləğində, birinci ixtisas dərəcəli hakimlərinə beş misli məbləğində, ali ixtisas dərəcəli hakimlərinə altı misli məbləğində əlavə haqq verilsin.
2. İxtisas dərəcəsindən məhrum edilməmiş, hakim seçildiyi müddət qurtardıqdan sonra başqa işə keçən və pensiyaya çıxan Azərbaycan Respublikası məhkəmələri hakimlərinin əlavə haqq almaq hüququ saxlanılır. Bu qayda Azərbaycan Respublikasının 1992-ci il ## #### tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnamə qəbul ediləndən əvvəl işləyib pensiyaya çıxmış və ixtisas dərəcəsi olan hakimlərə də şamil edilir.
3. Azərbaycan Respublikasının 1992-ci il ## #### tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında”- Əsasnamə qəbul edilənədək ixtisas dərəcəsi almış hakimlərin ixtisas dərəcələri həmin Əsasnaməyə müvafiq surətdə saxlanılır.
Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında Əsasnamə. Bənd 7. İxtisas dərəcələri hakimlərə ömürlük verilir. Qanunçuluğu pozmaq və ya hakimlərin yüksək adı ilə bir araya sığmayan, bu adı ləkələyən hərəkətlər etmək üstündə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmünə əsasən hakimlər ixtisas dərəcəsindən məhrum edilə bilərlər. İxtisas dərəcəsindən həmin dərəcəni vermiş orqan məhrum edir. Bənd 8. İxtisas dərəcəsi olan hakimlərə vəzifə maaşından əlavə haqq müəyyən edilir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, və 20.14-cü maddələrinin şərh edilməsinə dair" ## ### 2020-ci il tarixli qərarı.
Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Məhkəmənin mövqeyi: Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı apellyasiya baxışının predmetini iddianın təmin edilmiş hissəsi təşkil edir, belə ki, iddianın təmin edilməyən hissəsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya əmək pensiyası təminat xərcliyi əsasında təyin edilsə də, onun hazırda yenidən hesablama aparılmasını tələb etdiyi ödəniş ona təminat xərcliyini təyin edən orqan tərəfindən verilmiş ödəniş deyildir. Həmin ödəniş ona Müdafiə Nazirliyi tərəfindən deyil, Ali Məhkəmə tərəfindən verilmişdir. Yeni məlumat vərəqinin tərtib edilməsi qaydasına riayət edilməsi o halda tələb oluna bilər ki, məlumat vərəqinə daxil edilməli olan ödəniş məhz məlumat vərəqəni tərtib edən orqan tərəfindən verilmiş ödəniş olsun. İxtisas dərəcəsinə görə hər ay alınmış əlavə haqqdan sosial sığorta haqqının ödənilməməsi halı da iddiaçının tələbini təmin etməyə mane olmur. Belə ki, iddiaçı həmin əlavələri 1992-2000-ci illərdə almışdır və həmin vaxt qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin tələblərinə görə həmin vəsaitlərdən sosial sığorta haqqının tutulması nəzərdə tutulmurdu. O da qeyd edilməlidir ki, maddi təminatla bağlı lazımi sənədləşdirmənin və rəsmiləşdirmənin müvafiq qaydada aparılması hakimlərin maddi təminatını həyata keçirən inzibati orqanın məsuliyyət sferasına aiddir və bunun üçün iddiaçı deyil, inzibati orqan cavabdehlik daşıyır. Belə cavabdehlik həm də inzibati orqan tərəfindən müvafiq sənədlərin saxlanılmasına və arxivləşdirilməsinə də aiddir. İnzibati orqanın məsuliyyət sferasına aid vəzifələrin layiqincə və tələblərə uyğun yerinə yetirilməməsinin neqativ nəticələrinə görə şəxsin hüquqi statusu məhdudlaşdırıla bilməz. İddiaçıya dördüncü ixtisas dərəcəsinin verilməsi işin mübahisələndirilməyən halı olduğundan, həmin dərəcəyə görə əlavə haqqın ödənilməsi birbaşa qanunvericilikdə nəzərdə tutulduğundan, ona verilmiş ixtisas dərəcəsinə görə ödənilən əmək haqqı nəzərə alınmaqla pensiyanın yenidən hesablanmasını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və onun hüquqi əsaslandırıılması ilə razılaşmaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı əmək haqqına əlavə kimi verilmiş ixtisas dərəcəsinə görə aldığı məbləğin nəzərə alınaraq pensiyasının yenidən hesablanıb ona verilməsinə nail olmaqdan ibarətdir. Apellyasiya icraatı zamanı verilmiş sorğulara cavab olaraq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin ##.##.2026-cı il tarixdə məhkəməyə daxil olmuş məktubunda qeyd olunmuşdur ki, Ədliyyə Nazirliyinin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsinin Arxiv şöbəsində Ağdam Qarnizonu Hərbi Tribunalının işçilərinin əməkhaqqı üzrə mühasibatlıq kitabları aşkar edilməmişdir. Həmçinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ##.##.2026-cı il tarixli məktubunda qeyd olunmuşdur ki, ## ### 1993-cü il tarixli *** nömrəli “Hərbi tribunallar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununa əsasən hərbi tribunalların (hərbi məhkəmələrin) aparatının strukturu və ştatları Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən müəyyən edilmiş, maliyyə və maddi-texniki təminatı isə 1994-cü ildən başlayaraq Ali Məhkəmənin Hərbi Kollegiyası vasitəsi ilə dövlət büdcəsi hesabına həyata keçirilmişdir. Hərbi məhkəmələrdə (hərbi tribunallarda) xidmət etmiş hərbi qulluqçuların pul təminatının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən həyata keçirilmişdir. Göründüyü kimi, cavab məktublarında həmin məbləğin iddiaçıya ödənilməsini təsdiq edən məlumat olmamış, nəticədə iddiaçının həmin məbləği almasına dair mötəbər sübutları əldə etmək mümkün olmamışdır. Kollegiya qeyd edir ki, şəxsə hərbi qulluqçu kimi pensiya təyin edildiyindən, qanunvericiliyə görə hərbi qulluqçuların əmək pensiyası xidmətdən buraxılmazdan əvvəl aldığı təminat xərcliyinin bütün növləri nəzərə alınmaqla təminat xərcliyindən hesablandığından və onun hərbi qulluqçu kimi xidmətdən buraxılmazdan əvvəl dördüncü ixtisas dərəcəli hakim kimi Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının iki misli məbləğində əlavə haqq almasına dair sübutu əldə etmək mümkün olmadığından, həmin haqq pensiya təyini zamanı hesablana bilməz. İddiaçının pensiya hüququ yaranan zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 4-cü maddəsinə görə hərbi qulluqçulara pensiyalar təyin edilib hesablanarkən əmək haqqı ilə bərabər hərbi qulluqçunun xidmətdən buraxılmazdan əvvəl aldığı təminat xərcliyinin bütün növləri nəzərə alınır. Həmin Qanunun 40-ci maddəsinə görə hərbi qulluqçulara və onların ailələrinə pensiya hərbi qulluqçuların təminat xərcliyindən hesablanır. Bu zaman onlara pensiya hesablanması üçün vəzifə maaşı (yeni vəzifə maaşını təşkil edən bütün artım; növləri və əlavələr daxil olmaqla)...nəzərə alınır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinin tələbinə görə təminat xərcliyi (pul təminatı)- hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən artımlardan ibarət olan məbləğdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, və 20.14-cü maddələrinin şərh edilməsinə dair" ## ### 2020-ci il tarixli qərarına əsasən "Əmək pensiyaları haqqında" Qanunun 20-ci maddəsində göstərilən "sonrakı artımlar" müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Həmin qərarda təsbit olunur ki, "Əmək pensiyaları haqqında" Qanunun 1.0.1, 1.0, 2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. İddiaçıya hərbi qulluqçu kimi pensiya təyin edildiyindən, qanunvericiliyə görə hərbi qulluqçuların əmək pensiyası xidmətdən buraxılmazdan əvvəl aldığı təminat xərcliyinin bütün növləri nəzərə alınmaqla təminat xərcliyindən hesablandığından, məhkəmə araşdırması zamanı iddiaçının hərbi qulluqçu kimi xidmətdən buraxılmazdan əvvəl dördüncü ixtisas dərəcəli hakim kimi Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının iki misli məbləğində əlavə haqq almasına dair sübut əldə etmək mümkün olmadığından, həmin haqqın pensiya təyini zamanı hesablanmalı olması barədə iddiaçının tələbi əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, hakimə verilmiş ixtisas dərəcəsinə görə əlavə nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasına dair oxşar mübahisə ilə bağlı digər işlər üzrə də Ali Məhkəmənin kollegiyasının hüquqi mövqeyi hazırkı məzmunda olmuşdur (Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının 2-1(102)-****/**** №-li iş üzrə ##.##.2025-ci il tarixli Qərarı). “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 79-1-ci maddəsinə əsasən, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı iddianın təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı iddianın təmin edilmiş hissəsində ləğv edilsin. Həmin hissədə iddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov