Azәrbaycan Respublikası adından Qərar Bakı şәhәri İş № 2-1(103)-5144/2025 06.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlәr Aytәn Pәnah qızı Oruczadәnin sәdrliyi vә mәruzәsi ilә, X4 vә X9 ibarәt tәrkibdә, Abbaslı Sücayәt Hafiz qızının katibliyi, Iddiaçının nümayәndәsi vә vәkili Vәkil, Cavabdehin nümayәndәsi X1 iştirakları ilә, Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı “qәrarın lәğv edilmәsi” tәlәbinә dair inzibati iş üzrә Bakı Inzibati Mәhkәmәsinin e-*-*(***)-****/**** nömrәli, ## ###### 2025-ci il tarixli qәrarından cavabdeh tәrәfindәn verilmiş apellyasiya şikayәtinә әsasәn inzibati işә Bakı Apellyasiya Mәhkәmәsinin inzibati binasında, açıq şifahi mәhkәmә baxış iclasında baxaraq aşağıdakı qәrarı qәbul etdi. Təsviri hissə: Iddiaçı İddiaçı MMC cavabdeh Bakı şәhәri X5 vә Uçotun Tәşkili Baş Idarәsinә qarşı iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, cavabdeh tәrәfindәn edilmiş hәrәkәtlәrin qanunsuz hesab edilmәsi vә iddiaçı barәsindә tәtbiq edilmiş 1000 manat maliyyә sanksiyası üzrә yaranmış borc mәblәğinin silinmәsi öhdәliyinin cavabdeh üzәrinә qoyulması barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Sonradan iddiaçı tәrәfindәn iddia tәlәbinin dәqiqlәşdirilmәsi barәdә әrizә ilә müraciәt edilәrәk cavabdehin ## ##### 2025-ci il tarixli vergi ödәyicisinin vergi qanunvericiliyinin pozulmasına görә mәsuliyyәtә cәlb edilmәsi haqqında qәrarın lәğv edilmәsi xahiş edilmişdir. Ərizә icraata qәbul edilmişdir. Iddia tәlәbi onunla әsaslandırılmışdır ki, iddiaçı barәsindә nağd pul hesablaşmalarının aparılması qaydalarına riayәt olunması vәziyyәti haqqında akt tәrtib edilmiş, müәssisәyә 1000 manat maliyyә sanksiyasının tәtbiq edilmәsi barәdә qәrar qәbul edilmişdir. Maliyyә sanksiyası AR VM-nin 58.7-ci maddәsi ilә bağlı olmuşdur. Iddiaçı qeyd edir ki, sanksiyanın lәğv edilmәsi barәdә vergi orqanına müraciәt vә şikayәtlәr edilmiş, hәr hansı nәticә әldә edilmәmişdir. Cavabdeh tәrәfindәn mәhkәmәyә tәqdim olunmuş iddia tәlәbinә dair yazılı etiraz onunla әsaslandırılmışdır ki, iddiaçıda әhali ilә pul hesablaşmalarının aparılması qaydalarının pozulması fakti aşkar edilәrәk rәsmilәşdirilmiş, müştәri tәrәfindәn alınmış gül buketlәrinә görә ödәnilәn 300 manat mәblәğin kassa aparatının fiskal yaddaşına daxil edilmәdiyi müәyyәn edilmişdir. Hәmin mәblәğ vergi orqanı tәrәfindәn bәrpa edilmişdir. Hәr hansı sәbәb göstәrilmәdәn rәhbәr tәrәfindәn akt imza edilmәmişdir. Qәrar vә müvafiq çıxarışla tanış olunmuş, imza ilә tәsdiq edilmiş, lakin möhürün olmaması sәbәbindәn sәnәdlәrin üzәrinә möhürün vurulması mümkün olmamışdır Bakı Inzibati Mәhkәmәsinin e-*-*(***)-****/**** nömrәli, ## ###### 2025-ci il tarixli qәrarı (hakim O.Hәsәnov) ilә iddia tәmin edilmişdir. Qәrardan narazı qalan cavabdeh qanunvericiliklә müәyyәn edilmiş qaydada vә vaxtda apellyasiya şikayәti verәrәk, qәrarının lәğv edilmәsini vә iddianın tәmin edilmәmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, birinci instansiya mәhkәmәsinin mövqeyi ilә razı deyildirlәr. Mәhkәmә qәrarında qeyd etmişdir ki, “Hazırkı işin faktiki hallarından görünür ki, әhali ilә pul hesablaşma qaydalarının pozuntusuna әsas olan sәnәd hәr hansı imza rekviziti olmayan, “R.Süleymanov adlı şәxs tәrәfindәn 300 AZN mәblәğindә gül hәmin şәxs tәrәfindәn götürülәcәkdir” qeydi olan qәbzdir. Hәmin qәbzdәn isә görünür ki, Raul Süleymanov adlı şәxsin kim olması, hәqiqәtәn dә belә bir şәxsin mövcud olması, hәqiqәtәn dә 300 AZN ödәnişin etmәsi barәdә hәr hansı araşdırma aparılmamışdır”. Bildirilmişdir ki, vergi ödәyicisi İddiaçı MMC-dә X5 tәdbiri Vergi Mәcәllәsinin 50.2.2-ci maddәsindә göstәrilmiş әsaslara görә (vergi orqanları tәrәfindәn mәnbәyi bәlli mәlumatlar) tәyin edilmişdir. Iqtisadiyyat Nazirliyi yanında Dövlәt Vergi Xidmәtinin Bakı şәhәri Operativ Nәzarәti vә Uçotun tәşkili Baş Idarәsinin ##.##.2025-ci il tarixli ************** nömrәli “X5nin hәyata keçirilmәsi haqqında” Qәrarına әsasәn cәmiyyәtin fәaliyyәt göstәrdiyi Bakı şәhәri, Nәrimanov rayonu, Azadlıq prospekti 151, 1-ci mәrtәbә ünvanında İddiaçı adlı obyektdә X5 tәdbiri keçirilmiş, әhali ilә pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilәrәk, nәticәsi ##.##.2025-ci il tarixli DVX seriyalı ****** nömrәli aktla rәsmilәşdirilmişdir. Belә ki, ##.##.2025-ci il tarixdә saat 15:50-dә qeyd olunan obyektdә hәyata keçirilәn X5 tәdbiri zamanı ##.##.2025-ci il tarixdә saat 10:00 radәlәrindә ödәnilmiş 300 (üç yüz) manat pul vәsaitinin obyektdә quraşdırılmış nәzarәt kassa aparatının fiskal yaddaşına daxil edilmәdiyi müәyyәn edilmişdir. Hәmin mәblәğ yoxlama tәdbirini hәyata keçirәn vergi orqanının әmәkdaşları tәrәfindәn saat 16:02:04-dә *** nömrәli çeklә nәzarәt kassa aparatının fiskal yaddaşına daxil (bәrpa) edilmişdir. Cәmiyyәtin rәhbәri X2 “X5nin keçirilmәsi haqqında” QәrarIa vә müvafiq çıxarışla tanış olması barәdә qeydlәr aparmaqla öz imzası ilә tәsdiq etmәsinә baxmayaraq cәmiyyәtin möhürünün onda olmaması sәbәbindәn hәmin sәnәdlәrin üzәrinә cәmiyyәtin möhürünün vurması mümkün olmamışdır. Eyni zamanda cәmiyyәtin rәhbәri X2 hәr-hansı әsaslı sәbәb göstәrmәdәn tәrtib edilmiş akta imza etmәkdәn vә bir nüsxәsini almaqdan imtina etmişdir. Vergi Mәcәllәsinin 58.13-cü maddәsindә göstәrilәn pozuntuya tәqvim ili әrzindә cәmiyyәt tәrәfindәn birinci dәfә yol verildiyi müәyyәn olunmuşdur. Tәrtib edilmiş akt әsasında Bakı şәhәri Operativ Nәzarәti vә Uçotun tәşkili Baş Idarәsinin tәrәfindәn ##.##.2025-ci il tarixli ************** nömrәli “Vergi ödәyicisinin vergi qanunvericiliyinin pozulmasına görә mәsuliyyәtә cәlb edilmәsi haqqında” Qәrar qәbul olunaraq vergi ödәyicisinә ümumilikdә 1000 (min) manat mәblәğindә maliyyә sanksiyası tәtbiq edilmişdir. Tәrtib edilmiş akt әsasında Bakı şәhәri Operativ Nәzarәti vә Uçotun tәşkili Baş Idarәsinin tәrәfindәn ##.##.2025-ci il tarixli ************** nömrәli “Vergi ödәyicisinin vergi qanunvericiliyinin pozulmasına görә mәsuliyyәtә cәlb edilmәsi haqqında” Qәrar qәbul olunaraq vergi ödәyicisinә ümumilikdә 1000 (min) manat mәblәğindә maliyyә sanksiyası tәtbiq edilmişdir. Hәmçinin bildirilmişdir ki, mәhkәmәnin qәrarında qeyd etdiyi Raul Süleymanov adlı müştәrinin şәxsiyyәtinin müәyyәnlәşdirilmәsi barәdә araşdırmanın aparılması nә Azәrbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlәt Vergi Xidmәtinin ##.##.2024-cü il tarixli **************** nömrәli әmri ilә tәsdiq edilmiş “Dövlәt vergi orqanları tәrәfindәn operativ vergi vә digәr nәzarәt tәdbirlәrinin hәyata keçirilmәsi” Qaydalarında, nә dә digәr qanunvericilik aktlarında vergi orqanlarının vәzifәsi kimi nәzәrdә tutulmamışdır. Vergi Mәcәllәsinin 23.1.1-ci maddәsinә әsasәn vergi orqanlarının bu Mәcәllә ilә müәyyәn edilmiş hallarda vә qaydada X5ni keçirmәk hüququ vardır. Hәmin Mәcәllәnin 24.1.1-ci vә 24.1.2-ci maddәlәrinә görә vergi orqanları vergilәrin düzgün hesablanmasına, tam vә vaxtında ödәnilmәsinә nәzarәt etmәyә borcludur. Hәmin Mәcәllәnin 50.1.3-cü maddәsinә әsasәn әhali ilә pul hesablaşmalarının aparılması qaydalarına riayәt olunmasına nәzarәt X5 zamanı hәyata keçirilir. Hәmin Mәcәllәnin 50.6cı maddәsinә әsasәn X5nin nәticәlәri üzrә vergi orqanının vәzifәli şәxslәri tәrәfindәn müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi formada akt tәrtib edilir. X5 tәdbirlәrinin keçirilmәsi zamanı bu Mәcәllәnin 39-43-cü vә 46-49-cu maddәlәrinin müddәaları tәtbiq edilir. Hәmin Mәcәllәnin 58.7-ci maddәsinin müddәalarına әsasәn vergi ödәyicisi kimi vergi orqanında uçotda olmayan şәxslәrlә (әhali ilә) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yәni vergi orqanlarında qeydiyyatdan keçirilmәmiş vә ya texniki tәlәblәrә cavab vermәyәn nәzarәt-kassa aparatlarından istifadә etmәklә әhali ilә pul hesablaşmalarının aparılmasına qaydalarının pozulmasına görә vergi ödәyicisinә tәqvim ili әrzindә belә hallara birinci dәfә yol verildikdә 1000 manat mәblәğindә, tәqvim ili әrzindә belә hallara ikinci dәfә yol verildikdә 3000 manat mәblәğindә vә tәqvim ili әrzindә belә hallara üç vә daha çox dәfә yol verildikdә 6000 manat mәblәğindә maliyyә sanksiyası tәtbiq edilir. Apellyasiya şikayətinə qarşı etiraz: Apellyasiya şikayәtinә qarşı etiraz onunla әsaslandırılmışdır ki, cavabdeh Bakı Şәhәri Operativ Vergi Nәzarәti Vә Uçotun Tәşkili Baş Idarәsi tәrәfindәn verilmiş apelyasiya şikayәti әsassızdır vә tәmin edilmәmәlidir. Işin halları üzrә nәzәrә çatdırılmışdır ki, cavabdeh Bakı Şәhәri Operativ Vergi Nәzarәti vә Uçotun Tәşkili Baş Idarәsi tәrәfindәn ##.##.2025-ci il tarixli, 25039010101102 nömrәli “Operativ vergi nәzarәtinin hәyata keçirilmәsi haqqında” qәrar qәbul edilmәklә yoxlama tәdbirlәri hәyata keçirilmiş, yoxlama ##.##.2025-ci il tarixindә başlamış, ##.##.2025-ci il tarixindә başa çatmışdır. Bundan әlavә vergi orqanı ##.##.2025-ci il tarixli DVX seriyalı 048302 nömrәli “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayәt olunması vәziyyәti haqqında” akt tәrtib edilmәklә VM-nin 58.7-ci maddәsi әsas gәtirilmәklә maliyyә sanksiyası tәqdim edilmişdir. Daha sonra tәrәflәrindәn aparılmış vergi yoxlaması üzrә vergi orqanına dәfәlәrlә müraciәt vә şikayәtlәr edilmiş, qeyd edilәnlәrin nәzәrә alınması, işin araşdırılmasını, lazımi gәlәrsә müәssisәdә yenidәn araşdırma aparılması xahiş edilmişdir. Lakin edilmiş müraciәt vә şikayәtlәrә baxmayaraq heç bir müsbәt cavab verilmәmişdir. Diqqәtә çatdırılmışdır ki, cavabdeh vergi orqanının ##.##.2025-ci il tarixindә İddiaçı MMC-dә kassa aparatının fiskal yaddaşına bәrpa etdiyi 300 manat mәblәğin iddiaçı müәssisә ilә әlaqәsi olmamışdır. Belә ki, ##.##.2025-ci il tarixindә iddiaçı müәssisә satışlarını “Instagram” sosial şәbәkәsi üzәrindәn hәyata keçirmiş vә hәmin satışlar üzrә cavabdeh orqanın qeyd etdiyi satış mәblәği mövcud olmamışdır. Qeyd edilәn halları tәsdiq edәn hәmin tarixә aid kassa çeki iş materiallarında mövcuddur. Müvafiq çekdәn göründüyü kimi, hәmin gün әrzindә ümumilikdә 1351 manat mәblәğindә satış dövriyyәsi qeydә alınmış, bunun 342 manatı nağd, 1009 manatı isә nağdsız ödәniş olmuşdur. Faktiki olaraq, cavabdeh tәrәfindәn bәrpa edilәn mәblәğ iddiaçı müәssisә ilә әlaqәli olmamışdır. Belә ki, hәmin ünvanda digәr sahibkar – Quluzadә Orxan Tәrlan oğlu fәaliyyәt göstәrir. Quluzadә Orxan Tәrlan oğluna mәxsus tәsәrrüfat subyektinin qeydiyyat ünvanı barәdә mәlumatı tәqdim etmәklә bildirilir ki, vergi orqanı faktiki olaraq iddiaçı müәssisәyә deyil, digәr sahibkara – Quluzadә Orxan Tәrlan oğluna aid kassa satış әmәliyyatını sәhvәn iddiaçı müәssisәyә aid etmişdir. Bu sәbәbdәn, cavabdeh vergi orqanı tәrәfindәn ##.##.2025-ci il tarixindә tәrtib edilmiş DVX seriyalı 048302 nömrәli akt vә hәmin akt әsasında hesablanmış 1000 manat mәblәğindә maliyyә sanksiyası qanunsuz vә әsassız hesab olunmalıdır. Birinci instansiya mәhkәmәsinin öz qәrarında da qeyd etdiyi kimi, AR VM-nin 58.7.1-ci maddәnin tәtbiqi baxımından iddiaçı ilә әmәliyyat apardığı qeyd edilәn şәxsin-müştәrinin kimliyi müәyyәn olunmalı, izahatının alınması vә s barәdә tәdbir görülmәli, hәmin şәxsin iştirakı ilә inzibati icraat aparılmalı, hәqiqәtәn dә әhali ilә pul hesablaşma qaydalarının pozuntusu, yәni gül buketinin alınması, lakin alqısatqıya dair mәblәğin ödәnişi zamanı әhali ilә pul hesablaşma qaydasının pozuntusu müәyyәn edilirsә mәsuliyyәtә cәlb edilmә barәdә qәrar qәbul edilmәli idi. Hazırkı işin faktiki hallarından isә görünür ki, әhali ilә pul hesablaşma qaydalarının pozuntusuna әsas olan sәnәd hәr hansı imza rekviziti olmayan, “R.Süleymanov adlı şәxs tәrәfindәn 300 AZN mәblәğindә gül hәmin şәxs tәrәfindәn götürülәcәkdir” qeydi olan qәbzdir. Hәmin qәbzdәn isә görünür ki, Raul Süleymanov adlı şәxsin kim olması, hәqiqәtәn dә belә bir şәxsin mövcud olması, hәqiqәtәn dә 300 AZN ödәnişin etmәsi barәdә hәr hansı araşdırma aparılmamışdır. Qeyd olunur ki, inzibati icraatı әvәz etmәsә belә, inzibati mәhkәmә icraatı zamanı, hәmin qәbzdә olan mobil nömrә ilә dә mәhkәmә әlaqә saxlamağa çalışmış, onun izahatının alınması üçün tәdbir görmәyә çalışsa da, hәmin şәxsin mövcudluğu, mәhkәmә araşdırılmasına cәlb edilmәsi dә mümkün olmamışdır. Göründüyü kimi kimliyi müәyyәn edilmәyәn şәxs adından 300 AZN-lik ödәnişlә bağlı hәr hansı tәsdiqlәnmә olmayan qәbzә istinadәn vergi orqanı tәrәfindәn mәsuliyyәtә cәlb edilmә barәdә qәrar qәbul edilmiş, buna dair inzibati icraat aparılmışdır ki, mәhkәmә hesab etmişdir ki, mötәbәrliyi müәyyәn edilmәyәn tәk hәmin sübuta әsaslanmaqla mәsuliyyәtin müәyyәn edilmәsi istisna edilmәlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Mәhkәmә iclasında iştirak edәn cavabdehin nümayәndәsi apellyasiya şikayәtinin dәlillәrinә uyğun izahat verәrәk, birinci instansiya mәhkәmәsinin qәrarının lәğv edilmәsi vә iddia tәlәbinin tәmin edilmәmәsini xahiş etdi. Mәhkәmә iclasında iştirak edәn iddiaçının nümayәndәsi vә vәkili apellyasiya şikayәtinә etiraza edәrәk, şikayәtin tәmin edilmәmәsi vә birinci instansiya mәhkәmәsinin qәrarının dәyişdirilmәdәn saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azәrbaycan Respublikası Inzibati-Prosessual Mәcәllәsinin 82-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi mübahisә ilә bağlı işә şikayәt hәddindә vә hüquqi mәsәlәlәr, habelә sübutlar vә faktlar (faktiki hallar) әsasında mahiyyәti üzrә tam hәcmdә baxır. Apellyasiya şikayәti qanunla müәyyәn olunmuş tәlәblәrә riayәt olunmaqla verilmişdir, şikayәtin mümkün sayılmaması üçün әsaslar yoxdur. Belә ki, şikayәt birinci instansiya mәhkәmәsinin qәrarının tәqdim olunduğu gündәn 30 gün әrzindә verilmişdir (IPM-85.1), formal baxımdan әsaslandırılmış vә şikayәtçinin tәlәbi göstәrilmişdir (IPM-85.2, 85.3). Mәhkәmә kollegiyası apellyasiya şikayәtinin dәlillәrini iş materialları ilә birlikdә araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayәti tәmin edilmәmәli, birinci instansiya mәhkәmәsinin qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Iddia mümkün iddiadır. Belә ki, baxılan işdә iddianın ümumi vә xüsusi mümkünlük şәrtlәri mövcuddur. Yәni iddia inzibati mübahisәdir vә ona baxmaq sәlahiyyәti inzibati mәhkәmәlәrә aiddir. IPM-in 2.2.1-ci maddәsinә görә hazırkı iddia növü mübahisәlәndirmә haqqında iddiadır. Iddiaçı inzibati orqan tәrәfindәn qәbul edilmiş inzibati aktların lәğv edilmәsini xahiş edir. IPM-in 32.1-ci maddәsinә әsasәn mübahisәlәndirmә haqqında iddia vasitәsi ilә iddiaçı inzibati aktın lәğv olunmasını vә ya dәyişdirilmәsini mәhkәmәdәn tәlәb edә bilәr. IPM-nin 8.1.2-ci maddәsinә әsasәn mübahisәlәndirmә haqqında iddialara mübahisә edilәn inzibati aktı qәbul etmiş inzibati orqanın yerlәşdiyi yerin mәhkәmәsi tәrәfindәn baxılır. IPM-nin 35.1-ci maddәsinә әsasәn bu Mәcәllәdә başqa qayda nәzәrdә tutulmamışdırsa, iddiaçının iddia әrizәsindә inzibati aktın qәbul edilmәsi vә ya qәbul edilmәsindәn imtina olunması, yaxud inzibati orqanın hәrәkәti vә ya hәrәkәtsizliyi nәticәsindә onun hüquqlarının vә qanunla qorunan maraqlarının pozulduğunu әsaslandırdığı hallarda mübahisәlәndirmә haqqında, mәcburetmә haqqında, öhdәliklәrin icrası haqqında vә müәyyәn hәrәkәtlәri etmәkdәn çәkinmәyә dair iddia mümkün sayılır. IPM-nin 38.1-ci maddәsinә әsasәn mübahisәlәndirmә haqqında iddia inzibati aktın tәqdim (elan) olunduğu vaxtdan, şikayәt instansiyasına şikayәt verildiyi hallarda isә şikayәtә dair qәbul olunan inzibati aktın tәqdim olunduğu vaxtdan 30 gün müddәtindә, elmi dәrәcәlәr vә elmi adlar verilmәsi, xarici ölkәlәrdә verilmiş elmi dәrәcәlәr vә elmi adlar haqqında sәnәdlәrin nostrifikasiyası (ekvivalentliyinin müәyyәn edilmәsi vә tanınması) vә ya tәkrar attestasiya әsasında tanınması, elmi dәrәcәdәn vә elmi addan mәhrumetmә (elmi adın vә elmi dәrәcәnin bәrpası) ilә bağlı inzibati aktlara münasibәtdә isә bu inzibati aktlar qәbul edildiyi tarixdәn 2 ay müddәtindә qaldırıla bilәr. Hazırda iddiaçının iddiası mümkünlük şәrtlәrinә cavab verir: iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehә verilmiş, prosessual müddәtә әmәl edilmәklә iddia qaldırılmışdır. Iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrә dә әsaslı olması nәticәsinә gәlmәkdә birinci instansiya mәhkәmәsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azәrbaycan Respublikası Konstitusiyasının 73-cü maddәsinin İ hissәsinә әsasәn, Qanunla müәyyәn edilmiş vergilәri vә başqa dövlәt ödәnişlәrini tam hәcmdә vә vaxtında ödәmәk hәr bir kәsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 3.1. vergilәr haqqında qanunvericilik vergitutmanın ümumi, bәrabәr vә әdalәtli olmasına әsaslanmalıdır. 3.8. heç bir şәxsin üzәrinә bu Mәcәllә ilә müәyyәn edilәn vergilәrin xüsusiyyәtlәrinә malik olan vә bu Mәcәllә ilә müәyyәn edilmәyәn, yaxud bu Mәcәllә ilә müәyyәn edilәn qaydalardan fәrqli olaraq müәyyәn edilәn vergilәr ödәmәk vәzifәsi qoyula bilmәz. 3.11. vergilәr haqqında qanunvericiliyin bütün ziddiyyәtlәri vә aydın olmayan mәqamları, vergi ödәyicisinin xeyrinә şәrh edilmәlidir. 13.2.4. vergi ödәyicisi - bu Mәcәllәyә uyğun olaraq müәyyәn edilmiş vergitutma obyektlәrindәn vergini ödәmәli olan istәnilәn şәxs. 50.1. X5 sahibkarlıq fәaliyyәti ilә mәşğul olan hüquqi vә fiziki şәxslәrin gәlir götürmәk üçün istifadә etdiklәri, yaxud vergi tutulan obyektlәrin vә ya әmtәә-material ehtiyatlarının saxlanılması ilә bağlı olan anbar, ticarәt vә bu qәbildәn olan digәr binalarında (әrazilәrindә) (yaşayış binaları (sahәlәri) istisna olmaqla), nәqliyyat vasitәlәrindә (sahibkarlıq fәaliyyәti ücün istifadә edilmәyәn şәxsi nәqliyyat vasitәlәri istisna olmaqla) hәyata keçirilәn vә aşağıdakı mәsәlәlәri әhatә edәn vergi nәzarәti formasıdır: ... 50.1.3. әhali ilә pul hesablaşmalarının aparılması qaydalarına riayәt olunması; ... 50.2. X5nin hәyata kecirilmәsi üçün әsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tәrәfindәn keçirilәn sәyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tәrәfindәn mәnbәyi bәlli mәnbәlәrdәn әldә etdiklәri mәlumatlar; 50.2.3. vergi ödәyicisi tәrәfindәn vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barәdә vergi orqanlarının tәlәblәrini bu Mәcәllә ilә müәyyәn edilmiş müddәtdә yerinә yetirmәdikdә; 50.2.4. vergi orqanlarının bu Mәcәllәnin 50.1-ci maddәdә göstәrilәn mәsәlәlәr barәdә qanunvericiliyin sahibkarlıq fәaliyyәti ilә mәşğul olan hüquqi vә fiziki şәxslәr tәrәfindәn pozulması barәdә kifayәt qәdәr әsası olduqda; 50.2.5. vergi ödәyicisi riskli vergi ödәyicisi olduğu halda. 50.3. X5 vergi orqanının әsaslandırılmış qәrarına әsasәn hәyata keçirilir. Hәmin qәrarda vergi ödәyicilәrinin yerlәşdiyi әrazi, habelә X5 ilә әhatә olunmalı olan mәsәlә (mәsәlәlәr), X5nin müddәti vә X5ni hәyata keçirәn vergi orqanının vәzifәli şәxsi (şәxslәri) göstәrilir. 50.4.X5 vergi ödәyicisinә әvvәlcәdәn xәbәrdarlıq edilmәdәn başlanır vә vergi ödәyicilәrinin faktiki iş vaxtı hәyata keçirilir. X5ni hәyata keçirәn vergi orqanının vәzifәli şәxsi nәzarәtә başladıqdan sonra bu Mәcәllәnin 50.3-cü maddәsindә nәzәrdә tutulmuş vergi orqanının qәrarını vergi ödәyicisinә dәrhal tәqdim etmәlidir. 53.3. Bu Mәcәllә ilә müәyyәn edilmiş qaydada vә ya mәhkәmәnin qanuni qüvvәyә minmiş qәrarı ilә tәqsiri tәsdiq edilmәyәnәdәk hәr bir vergi ödәyicisi vergi qanunvericiliyinin pozulmasında tәqsirsiz hesab edilir. Vergi ödәyicisi vergi qanunvericiliyinin pozulmasında özünün tәqsirsiz olmasını sübut etmәyә borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını tәsdiq edәn halların vә vergi ödәyicisinin tәqsirinin sübut edilmәsi vergi orqanlarının üzәrinә qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödәyicisinin tәqsirinin olmasında aradan qaldırılmaz şübhәlәr olduqda, onlar vergi ödәyicisinin xeyrinә şәrh olunur. Vergi ödәyicisinin, vergitutma obyektinin uçotunda, vergilәrin hesablanmasında vә ödәnilmәsindә yol verdiyi sәhvlәri müstәqil düzәltmәk hüququ vardır. ... 54.0. Şәxs aşağıda müәyyәn olunmuş hallardan әn azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görә mәsuliyyәtә cәlb edilә bilmәz: 54.0.1. vergi qanunvericiliyi ilә bağlı hüquqpozuntusu hadisәsinin olmaması; 54.0.2. vergi qanunvericiliyi ilә bağlı hüquqpozuntusunda şәxsin tәqsirinin olmaması; 54.0.3. vergi qanunvericiliyi ilә bağlı hüquqpozuntusunu törәdәn fiziki şәxsin hәmin әmәl törәdildiyi ana mәsuliyyәtә cәlb edilmә yaşına çatmaması; 54.0.4. vergi qanunvericiliyinin pozulmasına görә mәsuliyyәtә cәlb etmә müddәtinin qurtarması. 58.7. Bu Mәcәllәnin 13.2.63-cü maddәsindә nәzәrdә tutulmuş ticarәt fәaliyyәtinin hәyata keçirilmәsi halı istisna olmaqla, vergi ödәyicisi kimi vergi orqanında uçotda olmayan şәxslәrlә (әhali ilә) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yәni nәzarәt-kassa aparatları vә ya ciddi hesabat blankları tәtbiq edilmәdәn (nәzarәtkassa aparatları quraşdırılmadan, qanunvericiliklә müәyyәn edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan vә ya nağd ödәnilmiş mәblәği mәdaxil etmәdәn), vergi orqanlarında uçota alınmamış vә ya texniki tәlәblәrә cavab vermәyәn, o cümlәdәn bu Mәcәllәnin 50.8-ci maddәsindә sadalanan tәlәblәrә cavab vermәyәn çek tәqdim edәn nәzarәt-kassa aparatlarından istifadә etmәklә, qanunvericiliklә müәyyәn olunmuş ciddi hesabat blanklarından istifadә etmәdәn vә ya müәyyәn olunmuş qaydada tәsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadә etmәklә әhali ilә pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması mәcburi olan obyektlәrdә POS-terminalların quraşdırılmaması vә POS-terminallar quraşdırılmış obyektlәrdә nağdsız ödәnişlәrin qәbulundan imtina edilmәsinә vә ya alıcıya tәqdim edilmәli olan çekin, bankların valyuta mübadilә şöbәlәri tәrәfindәn müştәriyә tәqdim edilmәli olan bank çıxarışlarının vә ya digәr ciddi hesabat blanklarının verilmәmәsinә vә ya ödәnilmiş mәblәğdәn aşağı mәblәğ göstәrilmәklә verilmәsinә, nәzarәt-kassa aparatlarından istifadә edilmәsi dayandırıldıqda әhali ilә pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görә vergi ödәyicisinә: 58.7.1. tәqvim ili әrzindә belә hallara birinci dәfә yol verildikdә 1000 manat mәblәğindә; 58.7.2. tәqvim ili әrzindә belә hallara ikinci dәfә yol verildikdә 3000 manat mәblәğindә; 58.7.3. tәqvim ili әrzindә belә hallara üç vә daha çox dәfә yol verildikdә 6000 manat mәblәğindә maliyyә sanksiyası tәtbiq edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Iddiaçı hazırkı tәlәbindә cavabdeh inzibati orqanın “Vergi ödәyicisinin vergi qanunvericiliyinin pozulmasına görә mәsuliyyәtә cәlb edilmәsi haqqında” ************** nömrәli ##.##.2025-ci il tarixli qәrarını mübahisәlәndirmişdir. Dövlәt Vergi Xidmәti Bakı şәhәri X5 vә Uçotun Tәşkili Baş Idarәsinin ************** nömrәli ##.##.2025-ci il tarixli “Vergi ödәyicisinin vergi qanunvericiliyinin pozulmasına görә mәsuliyyәtә cәlb edilmәsi haqqında” qәrarına әsasәn әhali ilә pul hesablaşma qaydalarının pozulması ilә әlaqәdar tәqvim ili әrzindә birinci dәfә yol verdiyinә görә İddiaçı MMC 1000 manat mәblәğindә vergi mәsuliyyәtinә cәlb edilmişdir. Kollegiya iddia tәlәbinin tәmin edilmәsi ilә bağlı birinci instansiya mәhkәmәsinin gәldiyi nәticәni qanuni vә әsaslı, apellyasiya şikayәtinin dәlillәrini әsassız hesab etmәklә aşağıdakıların qeyd edilmәsini zәruri hesab edir. Əvvәla iş materiallarındakı sәnәdlәrә diqqәt yetirilir: - Sahibkarlıq sahәsindә aparılan yoxlamaların vahid mәlumat reyestrindәn çıxarışdan görünür ki, iddiaçının obyektindә X5nin hәyata keçirilmәsi reyestrdә qeydiyyata alınmışdır. - X5nin keçirilmәsi haqqında ************** nömrәli ##.##.2025-ci il tarixli qәrardan görünür ki, iddiaçının obyektindә ##.##.2025-ci il tarixdәn ##.##.2025-ci il tarixәdәk X5nin keçirilmәsi vә yoxlamada iştirak edәcәk şәxslәrin dairәsi müәyyәn edilmişdir. - Seriya DVX ****** nömrәli ##.##.2025-ci il tarixli aktda qeyd edilmişdir ki, 300 manat mәblәğindә pul vәsaitinin NKA-nın fiskal yaddaşına daxil edilmәdiyi aşkar edilmişdir. Müvafiq qәrar vә çıxarışla cәmiyyәtin rәhbәri tanış olmuş, möhürün onda olmaması sәbәbindәn möhür vurulmamışdır. Elәcә dә, hәr hansı әsaslı sәbәb göstәrmәdәn aktı imza etmәdәn vә bir nüsxәsini almaqdan imtina etdi. - Seriya DVX ****** nömrәli ##.##.2025-ci il tarixli Protokoldan vә video materialdan görünür ki, vergi yoxlaması audio-video vasitәsi ilә qeydә alınmışdır. - ## #### 2025-ci il tarixli qәbzdә qeyd edilmişdir ki, R.Süleymanov adlı şәxs tәrәfindәn 300 AZN mәblәğindә gül hәmin şәxs tәrәfindәn götürülәcәkdir. - Dövlәt Vergi Xidmәti Bakı şәhәri X5 vә Uçotun Tәşkili Baş Idarәsinin ************** nömrәli ##.##.2025-ci il tarixli “Vergi ödәyicisinin vergi qanunvericiliyinin pozulmasına görә mәsuliyyәtә cәlb edilmәsi haqqında” qәrardan görünür ki, әhali ilә pul hesablaşma qaydalarının pozulması ilә әlaqәdar iddiaçıya 1000 manat mәblәğindә maliyyә sanksiyası tәtbiq edilmişdir. - ## #### 2025-ci il tarixli iddiaçı tәrәfindәn mәhkmәyә tәqdim olunan әrizәdә qeyd edilir ki, 300 manat mәblәğin iddiaçı müәssisә ilә hәr hansı әlaqәsi olmamış, müәssisә satışı instagram sәhifәsi üzәrindәn hәyata keçirmiş, satış mәblәği mövcud olmamışdır. Hәmin ünvanda digәr sahibkar X3 fәaliyyәt göstәrir. Ona aid kassa satış әmәliyyatı iddiaçıya tәtbiq edilib. Hazırkı inzibati iş materiallarından aydın olur ki, әhali ilә pul hesablaşma qaydalarının pozuntusuna әsas olan sәnәd hәr hansı imza rekviziti olmayan, “R.Süleymanov adlı şәxs tәrәfindәn 300 AZN mәblәğindә gül hәmin şәxs tәrәfindәn götürülәcәkdir” qeydi olan qәbzdir. Hәmin qәbzdәn isә görünür ki, Raul Süleymanov adlı şәxsin kim olması, hәqiqәtәn dә belә bir şәxsin mövcud olması, həqiqətən də 300 AZN ödənişin etməsi barәdә hәr hansı araşdırma aparılmamışdır. Mәhkәmә kollegiyası nәzәrә çatdırır ki, qanunvericiliyә әsasәn vergi orqanı tәrәfindәn iddiaçı ilә әmәliyyat apardığı qeyd edilәn şәxsin-müştәrinin kimliyi müәyyәn olunmalı, izahatının alınması vә s. barәdә tәdbir görülmәli, hәmin şәxsin iştirakı ilә inzibati icraat aparılmalı, hәqiqәtәn dә әhali ilә pul hesablaşma qaydalarının pozuntusu, yәni gül buketinin alınması, lakin alqı-satqıya dair mәblәğin ödәnişi zamanı әhali ilә pul hesablaşma qaydasının pozuntusu müәyyәn edilirsә, bu zaman mәsuliyyәtә cәlb edilmә barәdә qәrar qәbul edilmәli idi. Mәhkәmә kollegiyası diqqәtә çatdırır ki, inzibati icraatı әvәz etmәsә belә, birinci instansiya mәhkәmәsi icraatı zamanı sözügedәn qәbzdә olan mobil nömrә ilә әlaqә saxlanmağa çalışmış, onun izahatının alınması üçün tәdbir görülmәyә çalışılsa da, hәmin şәxsin mövcudluğu, mәhkәmә araşdırılmasına cәlb edilmәsi dә mümkün olmamışdır. Göründüyü kimi vergi orqanı kimliyi müәyyәn edilmәyәn şәxs adından 300 AZNlik ödәnişlә bağlı hәr hansı tәsdiqlәnmә olmayan qәbzә istinad etmәklә mәsuliyyәtә cәlb edilmә barәdә qәrar qәbul etmiş, buna dair inzibati icraat aparmışdır. Mәhkәmә kollegiyası qeyd edir ki, birinci instansiya mәhkәmәsi mötәbәrliyi müәyyәn edilmәyәn tәk qeyd olunan sübuta - qәbzә әsaslanmaqla mәsuliyyәtin müәyyәn edilmәsinin istisna edilmәli olduğu qәnaәtinә gәlmәkdә haqlı olmuşdur. Mәhkәmә kollegiyası oxşar işlәr üzrә formalaşmış vahid mәhkәmә tәcrübәsini әsas tutaraq diqqәtә çatdırır ki, vergi orqanının әmәkdaşları tәrәfindәn tәrtib edilmiş aktda kassa әmәliyyat çekinin tәqdim olunmadığı güman edilәn müştәrinin mәlumatları әks olunmamış, konkret hansı müştәriyә xidmәt göstәrildiyi qeyd edilmәmişdir. Eyni zamanda xidmәt göstәrilәn şәxsdәn izahat alınması vә akta onun imza etmәsi vergi orqanının әmәkdaşları tәrәfindәn tәmin edilmәmiş, belәliklә vergi orqanının gәldiyi nәticә aktla birtәrәfli qaydada rәsmilәşdirilmişdir. Belә olan halda, vergi orqanının aktında qeyd olunan halların sübuta yetirilmәmәsi aktın mötәbәrliyini şübhә altına almağa әsas verir. Mәhkәmә kollegiyası cavabdeh inzibati orqanın apellyasiya şikayәtindә qeyd olunan dәlillәri әsassız, birinci instansiya mәhkәmәsinin gәldiyi qәnaәti haqlı vә düzgün sayaraq qeyd edir ki, hazırkı inzibati iş materiallarından da görünür ki, vergi orqanı әmәkdaşları tәrәfindәn tәrtib edilmiş aktda alıcının kimliyi, alınan malların pul mәblәğinin kimin tәrәfindәn ödәnilmәsi qeyd edilmәmişdir. Nәzәrә alınmalıdır ki, tәkcә Raul Süleymanov adının qeyd edilmәsi, müştәrinin kimliyinin müәyyәn edilmәsi anlamına gәlmәmәkdәdir. Göstәrilәn formalı qәbz şәxsin mәsuliyyәtә cәlb edilmәsi üçün aparılacaq әlavә araşdırmanın gedişindә mötәbәrliyi digәr sübutlarla tәsdiq edildiyi halda istinad edilmәsi mümkün sübut qismindә müәyyәn edilә bilәr ki, tәkcә hәmin qәbzin mövcudluğu şәxsin mәsuliyyәtә cәlb edilmәsinә әsas vermir. Nә qәdәr ki, sözügedәn fakt inzibati orqan tәrәfindәn yoxlama zamanı birbaşa aşkar edilmәmişdir (yәni, ödәniş edildiyi lakin kassaya vurulmadığı an müşahidә edilmәmiş), iddiaçının hәmin pozuntunun mövcud olması barәdә izahatı mövcud deyildir, elәcә dә qәbzdә qeyd edilәn şәxsin hәmin ehtimal edilәn әmәliyyata dair izahatı alınmamışdır, mәsuliyyәt müәyyәn edәn hal mövcuddursa buna dair әlavә araşdırma aparılmamışdır, o zaman sözügedәn sәnәdә istinadla tәqsirin mövcudluğunun müәyyәn edilmәsindәn söhbәt gedә bilmәz. Belәliklә, Azәrbaycan Respublikası Vergi Mәcәllәsinin 53.3-cü maddәsinә görә bu Mәcәllә ilә müәyyәn edilmiş qaydada vә ya mәhkәmәnin qanuni qüvvәyә minmiş qәrarı ilә tәqsiri tәsdiq edilmәyәnәdәk hәr bir vergi ödәyicisi vergi qanunvericiliyin pozulmasında tәqsirsiz hesab edilir. Vergi ödәyicisi vergi qanunvericiliyinin pozulmasında özünün tәqsirsiz olmasını sübut etmәyә borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını tәsdiq edәn halların vә vergi ödәyicisinin tәqsirinin sübut edilmәsi vergi orqanının üzәrinә qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödәyicisinin tәqsirinin olmasına aradan qaldırılmaz şübhәlәr olduqda, onlar vergi ödәyicisinin xeyrinә şәrh olunur. Odur ki, hazırkı inzibati işә apellyasiya qaydasında baxan mәhkәmә kollegiyası, yuxarıda qeyd olunanlara mәcmu halda hüquqi qiymәt verәrәk hesab edir ki, mübahisәlәndirilәn “Vergi ödәyicisinin vergi qanunvericiliyinin pozulmasına görә mәsuliyyәtә cәlb edilmәsi haqqında” ************** nömrәli ##.##.2025-ci il tarixli qәrarı qәbul olunarkәn iş üzrә hәrtәrәfli araşdırmanın aparılmadığı vә maddi hüquq normalarının düzgün tәtbiq edilmәdiyi nәticәdә әsassız maliyyә sanksiyasının tәtbiq edildiyi müәyyәn edildiyindәn apellyasiya şikayәti tәmin edilmәmәli, birinci instansiya mәhkәmәsinin qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası IPM-in 87.6-cı maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsinin qәrarını dәyişdirmәdәn qüvvәdә saxlaya bilәr, dәyişdirә bilәr vә ya lәğv edәrәk (tam vә ya qismәn) yeni qәrar qәbul edә bilәr. Birinci instansiya mәhkәmәsinin qәrarı apellyasiya tәlәbi hәddindә dәyişdirilә bilәr. Nəticəvi hissə: Azәrbaycan Respublikasının Inzibati Prosessual Mәcәllәsinin 87, 90 vә 94-cü maddәlәrini rәhbәr tutaraq, Mәhkәmә kollegiyası QƏRARA ALDI: Cavabdeh tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәsin. Bakı Inzibati Mәhkәmәsinin e-*-*(***)-****/**** nömrәli, ## ###### 2025-ci il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Qәrardan onun rәsmi qaydada verildiyi (elektron kabineti olan tәrәflәrin elektron kabinetinә yerlәşdirildiyi) gündәn 1 (bir) ay müddәtindә Bakı Apellyasiya Mәhkәmәsinin Inzibati Kollegiyası vasitәsilә Azәrbaycan Respublikasının Ali Mәhkәmәsinin Inzibati Kollegiyasına kassasiya şikayәti verilә bilәr. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(103)-5144/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-5144/2025
06.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver