Məhkəmə qərarları › İş №2-1(103)-515/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-515/2020

22.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-515/2020 22.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 Bakı şəhəri Qaradağ rayon şöbəsinə qarşı pensiyanın təyin olunması tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2817/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əməkvə X6 Nazirliyi yanında Dövlət X9 Bakı şəhəri Qaradağ rayon şöbəsinə (bundan sonra DSMF-nin Qaradağ rayon şöbəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 52 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2008-ci ildən, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1956-cı ildə Qazax rayonunda doğulmuşdur. xx.xx.1974-cü ildən hazırki vaxta qədər əmək fəaliyyəti ilə məşğul olmuşdur. Həmin işlər zərərli iş şəraitində aparılan işlərə aiddir. O, AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarına əsasən yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən 1 saylı siyahı üzrə 20 il ümumi, 10 il zərərli iş stajını tamamlamışdır. Pensiyayaşı tamam olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün DSMF-nin Qaradağ rayon Şöbəsinə müraciət etmişdir. lakin, ona pensiya təyin olunmasından imtina edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(81)- 2817/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 52 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2008-ci ildən, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən güzəştli şərtlərləyaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 Bakı şəhəri Qaradağ rayon şöbəsinin üzərinəqoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının 1978-ci ildən 2000-ci ilə qədər işlədiyi X7 İdarəsi dənizdə deyil, quruda fəaliyyət göstərir. Quruda fəaliyyət göstərdiyi üçün isə oradakı vəzifə və peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına hüquq verən peşə və vəzifələrin 2 nömrəli siyahısında nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etdi. İş üzrə iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilərək iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1956-cı ildə Qazax rayonunda doğulmuş, xx.xx.1974-cü ilən xx.xx.1975-ci ilə qədər işləmiş, 1975-ci ilin noyabr ayından xx.xx.1977-ci ilə qədər hərbi xidmətdə olmuş, xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilə qədər «Kompleks qazma işləri» Trestinin «Qobustan» X3 nasos qurğularının maşinisti, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilə qədər təmirçi-çilingər, xx.xx.1979-cu ildən xx.xx.1985ci ilə qədər elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru, xx.xx.1985-ci ildən xx.xx.1989-cu ilə qədər yüksəkgərginlikli xətlərə xidmət üzrə baş mühəndis, xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilə qədər Təmir icarə sexinin rəis müavini, xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilə qədər «Bakıbaştikinti» Layihə-konstruksiya Texniki İnstitutunda, xx.xx.1991-ci ildən xx.xx.1991-ci ilə qədər Bakı İxtisaslaşdırılmış Təmir idarəsində, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə qədər «Kompleks qazma işləri» tresti «Qobustan» X3 elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru, xx.xx.1993-cü ildən xx.xx.1999-cu ilə qədər elektrik avadanlıqlarına xidmət üzrə böyük mexanik, xx.xx.1999-cu ildən xx.xx.2000-ci ilə qədər sex rəisinin müavini, xx.xx.2000-ci ildən xx.xx.2004-cü ilədək «Kompleks qazma işləri» tresti «Pirallahı» Dəniz X14ndə avadanlıqların təmiri və istismarı üzrə mexanik, xx.xx.2004-cü ildən xx.xx.2004-cü ilədək elektrik təchizatı və elektrik avadanlıqları təmiri kirayə sexinin rəisi, xx.xx.2006-cı ildən xx.xx.2007-ci ilə qədər «Kompleks qazma işləri» tresti «Abşeron» X14ndə qazma ustası, xx.xx.2007-ci ildən xx.xx.2009-cu ilə qədər «Kompleks Qazma işləri» Tresti «Neft Daşları» Dəniz X14ndə baş energetika şöbəsində mexanik, xx.xx.2009-cu ildən xx.xx.2010-cu ilə qədər elektrik avadanlıqlarının təmiri sexinin rəisi, xx.xx.2010-cu ildən xx.xx.2014-cü ilə qədər baş energetika şöbəsində mexanik işləmiş, xx.xx.2014-cü ildən hazırki vaxta qədər «Kompleks qazma işləri» tresti «Neft Daşları» İstehsalat Bölümü 2150 saylı Dəniz stasionar özülündə elektrik avadanlığı üzrə böyük mexanik vəzifəsində işləyir. İddiaçı ərizə ilə DSMF-nin Qaradağ rayon Şöbəsinə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, DSMF-nin Qaradağ rayon Şöbəsi tərəfindən iddiaçıya xx.xx.2013cü il tarixdə yəni, 57 yaşı tamam olduğu tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.Daha sonra iddiaçı ona 52 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2008-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə DSMF-nin Qaradağ rayon Şöbəsinə müraciət etmiş, DSMF-nin Qaradağ rayon Şöbəsi iddiaçının işlədiyi müəssisələrin dənizdə deyil, quruda fəaliyyəti göstərdiyi əsası ilə müraciətin təmin olunmasından imtina etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-515/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 Bakı şəhəri Qaradağ rayon şöbəsi iş üzrə əsl cavabdeh Dövlət X9 X8 İdarəsi ilə əvəz edilmişdir. Birinci instansiya məhkəməsi qərarından görünür ki, məhkəmə iddiaçının xx.xx.1978ci ildən xx.xx.1979-cu ilə qədər təmirçi çilingər işlədiyi vəzifənin müvafiq olaraq 1 №-li Siyahının X Bölməsinin 1-ci yarımbölməsinin 1100000a-18559 “bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi-çilingərlər” şifrinə, xx.xx.1979-cu ildən xx.xx.1985-ci ilə qədər və xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə qədər elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru işlədiyi vəzifənin 1100000a-19861 «bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları», xx.xx.2000-ci ildən xx.xx.2004-cü ilədək işlədiyi avadanlıqların təmiri və istismarı üzrə mexanikğ vəzifəsinin 1100000b-23485 «quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri ilə, qüllə quraşdırılmasında. Quyuların sınaqdan keçirilməsində məşğul olan mexaniklər və böyük mexaniklər» şifrinə uyğun gəldiyi qənaətinə gəlib iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşmır və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» bəndinə və həmin maddəyə xx.xx.1997-ci il tarixli, 321-İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndi ilə (xx.xx.1997-ci il tarixli 321 İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-ci maddələrində və 90-cı maddəsinin 3-cü, 4-cü, 5-ci abzaslarında nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1dək hər il 6 ay artırılır) edilmiş dəyişikliyə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi Kollegiyasının xx xxxxxx 1997-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə «Azərbaycan Respublikası Qanununun tətbiqi barədə izahat”ında bildirilir: 13-cü maddə üzrə: «a» bəndində nəzərdə tutulmuş iş stajı olan aşağıdakı şəxslər güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər: - xx xxxxxx 1997-ci ildən kişilər 50 yaş 6 ayda, qadınlar 45 yaş 6 ayda; - xx xxxxxx 1998-ci ildən kişilər 51 yaşda, qadınlar 46 yaşda; - xx xxxxxx 1999-cu ildən kişilər 51 yaş 6 ayda, qadınlar 46 yaş 6 ayda; - xx xxxxxx 2000-ci ildən kişilər 52 yaşda, qadınlar 47 yaşda. Qanunvericiliyin tələbinə görə, xüsusi əmək stajının əldə edilməsi ilə bağlı hüquq münasibətləri, bir qayda olaraq, şəxs pensiya yaşına çatmasından daha əvvəl başa çatdığından güzəştli şərtlərlə pensiya təyin olunması barədə qərar qəbul edilərkən şəxsin xüsusi əmək stajının müddəti və zəruri staja malik olmasının hüquqi nəticələrini müəyyən edən zaman qüvvədə olan qanunvericilik normalarının tələbləri nəzərə alınmalıdır. Bu səbəbdən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya münasibətdə onun iş stajı topladığı dövrdə qüvvədə olan norma tətbiq edilməlidir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin “a” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaş çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. Məhkəmə kollegiyası qeyd edir ki, işin araşdırılan halları ilə müəyyən edilir ki, iddiaçının xx.xx.2006-cı ilə qədər 20 ildən çox umumi iş stajı olsa da, qeyd olunan dövrdə tələb olunan 10 il güzəştli iş stajını toplamamışdır. Belə ki, işin araşdırılan hallarından görünür ki, birinci instansiya məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 1 nömrəli Siyahısı»nın X Bölməsinin 1-ci yarımbölməsinin 1100000a-18559 “bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçiçilingərlər” şifrinə, xx.xx.1979-cu ildən xx.xx.1985-ci ilə qədər və xx.xx.1992- ci ildən xx.xx.1993-cü ilə qədər elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru işlədiyi vəzifənin 1100000a-19861 «bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları», xx.xx.2000-ci ildən xx.xx.2004-cü ilədək işlədiyi avadanlıqların təmiri və istismarı üzrə mexanikğ vəzifəsinin 1100000b-23485 «quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri ilə, qüllə quraşdırılmasında. Quyuların sınaqdan keçirilməsində məşğul olan mexaniklər və böyük mexaniklər» şifrləri bilavasitə dənizdə fəaliyyət göstərən idarələrə şamil olunur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək kitabçasına əsasən o, xx.xx.1978ci ildən xx.xx.2000-ci ilə qədər “Qobustan” X3 müxtəlif vəzifələrdə, xx.xx.2000-ci ildən xx.xx.2004-cü ilə qədər isə “Pirallahı” Dəniz X14ndə müxtəlif vəzifələrdə işləmişdir. İşə baxan birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının zərərli əmək şəraitində işlədiyi peşə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 N-li Siyahısında nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2017-ci il tarixli SOCAR**********81200598X00078 №-li arayışına istinad etmişdir. Həmin arayışda qeyd olunmuşdur ki, iddiaçı “Kompleks qazma işləri” tresti “Qobustan” X3, “Kompleks qazma işləri” tresti “Pirallahı” Dəniz X14, “Kompleks qazma işləri” tresti “Abşeron” X14, “Kompleks qazma işləri” tresti “Neft Daşları” Dəniz X14ndə çalışmışdır. «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 1 nömrəli Siyahısı»nın X bölməsində “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” sahəsi üzrə vəzifə və peşələr nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2017-ci il tarixli SOCAR**********81200598X00078 №-li arayışında iddiaçının yalnız xx.xx.2000-ci ildən xx.xx.2006-cı ilədək işlədiyi “Pirallahı” Dəniz X14 dənizdə fəaliyyət göstərən idarə olmuş, “Pirallahı” Dəniz X14nə keçənədək isə iddiaçı “Qobustan” X3 işləmiş (1978-2000-ci illərdə), həmin İdarənin isə dənizdə fəaliyyət göstərməsini sözügedən arayış əsasında müəyyən etmək mümkün olmamışdır. İşin araşdırılan hallarından müəyən olunur ki, iddiaçının işlədiyi “Pirallahı” Dəniz X14 dənizdə fəaliyət göstərən müəssisə olsa da, “Qobustan” X5ruda fəaliyyət göstərən müəssisədir. İddiaçının işlədiyi peşə və vəzifələr isə quruda fəaliyyət göstərən idarəyə aid olduqda həmin peşələr Nazirlər Kabinetinin təsdiq etdiyi 1 nömrəli Siyahıya deyil, 2 Nömrəli siyahıya uyğun gəlir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda iddiaçıya 52 yaşdan pensiya təyin edilməsi ilə bağlı nəzərə alınan güzəştli iş stajl yalnız xx.xx.2000-ci ildən xx.xx.2004-cü ilə qədər isə “Pirallahı” Dəniz X14ndə müxtəlif vəzifələrdə işlədiyi dövrü əhatə edir ki, bu da 03 il 06 ay 08 gün təşkil edir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 52 yaşdan güzəştli şərtlərlə pensiyaya çıxması üçün tələb olunan 20 il ümumi iş stajı olsa da, 10 il güzəştli iş stajı tələbi ödənilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin edilməsi üçün qanunauyğun əsaslar mövcud olmamışdır. Apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsasdır. Buna görə də cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2817/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarıləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 Bakı şəhəri Qaradağ rayon şöbəsinə qarşı pensiyanın təyin olunması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən: H.Ü.Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar