Məhkəmə qərarları › İş №2-1(103)-515/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-515/2023

11.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-515/2023 11.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X56 üzrə Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X42 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X23 ibarət tərkibdə, X32-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X56 üzrə Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3149/2022 saylı 19 iyul 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 11 yanvar 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Uçot-baza məlumatına əsasən fərdi sahibkar İddiaçı xx.xx.2007-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alındığı, əsas fəaliyyətinin “Saxlama və anbarlara yığma” olduğu müəyyən edilmişdir. Dövlət Vergi Xidmətinin Bakı şəhəri X56 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********0185 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan ŞTQ, Hövsan yolu Baku Bus-un yaxınlığı ünvanda yerləşən “Şüşə butulkaların qəbulu” anbarında həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 14 (on dörd) nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2021- ci il tarixli DVX seriyalı 000738 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirildiyi, fərdi sahibkarın aktı imzaladığı, İddiaçı və 14 nəfər fiziki şəxsin operativ vergi nəzarəti tədbiri zamanı izahat verərək əmək müqaviləsi və ya xidmət müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb edildiklərini etiraf etdikləri müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********1157 nömrəli qərar qəbul edilərək, vergi ödəyicisinə 28.000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qəbul edilmiş inzibati şikayətin qismən təmin edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********464900 nömrəli qərarla Fərdi sahibkar İddiaçı keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2021-ci il tarixli inzibati şikayəti qismən təmin edilmiş; xx.xx.2021-ci il tarixli DVX seriyalı 000738 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X56 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********1157 nömrəli qərar 2.000,0 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilmiş (xx.xx.2006- ci il tarixdə anadan olmuş fiziki şəxs - (azyaşlı) X26 (AA1333739; Fin: 8SKLZPA) İddiaçı tərəfindən operativ vergi nəzarətinin keçirildiyi gün, yəni xx.xx.2021-ci il tarixdə (15 yaşı tamam olmamış) işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edildiyindən), 26.000,0 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X56 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş ““Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********1157 saylı xx.xx.2021-ci il tarixli qərarının 7 nəfərə münasibətdə 14000 manat məbləğində maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilməsi”ni tələb edir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, iddiaçı kiçik sahibkar kimi “şüşə qabların təmizlənməsi” ilə məşğuldur. ********** nömrəli VÖEN-lə vergi ödəyicisi kimi uçotdadır. 19 may 2021-ci il tarixdə saat 16:00-dan sonra bir qrup şəxs işlətdiyi obyektə gələrək özlərini vergi əməkdaşları kimi təqdim edərək ondan mühasibatlıq sənədlərini tələb etdilər. O, sənədləri təqdim etdi. Onlar müəyyən sənədləri götürüb akt yazdılar. Həmin aktda guya 14 nəfər işçini qeydiyyatsız işlətdiyini göstərdilər. O, etirazını bildirərək aktda göstərilən şəxslərdən 5-6 nəfəri tanımadığını bildirib. Bir neçə şəxs isə günəmuzd olaraq işləyiblər. Həqiqətən də orada çörək pulu üçün, dərman pulu üçün, ailəsinin digər ehtiyaclarını ödəmək üçün günəmuzd işləyənlər olub. Bir-iki saat işləyib 10-12 manat zəhmət haqqı alıb gediblər. İşçilər soyuq su ilə işləyir, ona görə də havalar isinəndən sonra işləmək arzusunda olurlar. Həmin şəxslər barəsində İİ rübün sonunda bəyannamə verəsiydi. Baxmayaraq ki, orada olan şəxslər orada işləmədiklərini bildirsələr də, vergi əməkdaşları sexin giriş qapısından kənarda olan şəxsləri də məcburi olaraq akta saldılar, şəxsiyyətlərini təsdiq edən sənədləri olmayan şəxsləri məcbur etdilər ki, gedib şəxsiyyət vəsiqələrini gətirsinlər. O, vergi əməkdaşlarının bu özbaşnalıqlarına son qoymalarını tələb edərək, onların bu qanunsuz hərəkətlərindən məhkəməyə şikayət edəcəyini bildirib. Hətta azyaşlı uşağın adını akta yazaraq işçi kimi göstərmişdilər. Hansı ki, həmin azyaşlı uşağın nənəsi orada aşpaz kimi fəaliyyət göstərir. Məktəbli isə onun yanına gəlmişdir. O, hər gün müəllim yanından çıxandan sonra nənəsinin (Cəmilə xanım) yanına gəlir, nənəsi işlərini qurtardıqdan sonra birlikdə evlərinə gedirlər. Dövlətin vergi siyasətini həyata keçirən X55 (və ya Hüseynov) sırf qanun pozğunluğu ilə akt tərtib etdirilib ona, orada olan digər vətəndaşlara hədə-qorxu gəldilər, o da məcbur olub, onun diktəsi ilə izahat verdi. Tərtib edilmiş akt əsasında qəbul edilmiş qərardan o, Xətai rayon məhkəməsinə şikayət yazdı. Xətai rayon məhkəməsi 3(011)-2412/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri qaytararaq əvvəlcə yuxarı vergi orqanına şikayət etməli olduğunu bildirmişdir. Odur ki, o, sözügedən qərardan İqtisadiyyat Nazirliyinə şikayət etdi. X59 Xidməti tərəfindən araşdırılarkən İnzibati şikayətin qismən təmin edilməsi haqqında 13 sentyabr 2021-ci il tarixli **********464900 saylı Qərar qəbul edərək Dövlət Vergi Xidmətinin Bakı şəhəri X56 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş, “Vergi ödəyicisinin vergi qanunvericiliyininin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********1 157 saylı qərar 2.000 (iki min) manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilmişdir. Vergi əməkdaşı X45 qanuna zidd hərəkətlərindən Azərbaycan Respublikası Baş Prokuroruna, İqtisadiyyat nazirinə şikayətlər yazıb. Şikayəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən araşdırılmış və aktda göstərilən 15 yaşlı uşağın adı aktdan çıxarılaraq o hissədə icraata xitam verilmişdir. Bir qrup vergi əməkdaşlarının 19 may 2021-ci il tarixdə saat 16:00-da işlədiyi obyektdə özbaşnalığı, zorakılığı, ona qarşı hədə-qorxu gəlməsi barədə baş prokurora, İqtisadiyyat nazirinə şikayət edib. Hesab edir ki, həmin qərar da qanuna zidd qəbul edilmişdir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, araşdırma zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X56 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********0185 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2021-ci il tarixdə fiziki şəxs İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan ŞTQ, Hövsan yolu, Baku BUS-un yaxınlığında yerləşən “Şüşə butulkaların qəbulu" anbarında keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 14 (on dörd) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq xx.xx.2021-ci il tarixli DVX seriyalı 000738 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktın tərtib edildiyi və aktın vergi ödəyicisi tərəfindən imzalandığı və bir nüsxəsini qəbul edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli **********1157 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 28000 (iyirmi səkkiz min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2021-ci il tarixli **********172700 nömrəli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə saat 00:22:06-də oxunduğu müəyyən edilmişdir. Fərdi sahibkar İddiaçı maliyyə sanksiyasının ləğv edilməsi barədə xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2021- ci il tarixli **********055300 nömrəli) inzibati şikayətlə müraciət etmiş və vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli **********464900 nömrəli “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” Qərarı qəbul olunmuşdur. Həmin qərara əsasən 1 nəfər fiziki şəxsin (azyaşlı) X26 (AA1333739; Pin: 8SKLZPA) İddiaçı tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə (xidmətlərin göstərilməsi) cəlb edildiyi müəyyən edilmişdir ki, mövcud qanunvericiliyə əsasən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsinə görə vergi məsuliyyəti deyil, inzibati xətalara dair işlər üzrə məsuliyyət tətbiq edilməli olduğundan 2000 (iki min) manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilmişdir. İddiaçı ərizəsində qeyd etmişdir ki, aktda qeyd olunan 5-6 nəfəri ümumiyyətlə tanımır və bir neçə nəfəri isə günəmuzd olaraq işə cəlb etmişdir. Aparılmış araşdırma zamanı operativ vergi nəzarəti tədbirindən 2 gün sonra, xx.xx.2021-ci il tarixdə X9, X27, X48, X18, X28 və X34 ilə İddiaçı arasında əmək müqavilələrinin bağlandığı və həmin şəxslərlə bağlanmış əmək müqavilələrinin xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə ləğv edildiyi, bununla da məsuliyyətdən yayınmağa cəhd edildiyi müəyyən edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixli etirafedici izahatında aktda adları qeyd olunmuş fiziki şəxslərlə əmək və ya xidməti müqavilə müqavilə bağlamadığını, qısa müddətdə onlarla əmək müqaviləsi bağlanmasını təmin edəcəyini bildirmişdir. X57 xx.xx.2022-ci il tarixli etirafedici izahatında 10 gündür ki, İddiaçı tərəfindən şüşə butulkaların qəbulu anbarında işə götürüldüyünü, obyektdə özündən başqa işləyən işçilərdən Elnarə və Mayanı tanıdığını, iş saatının saat 10:00-dan 17:00-a qədər olduğunu, əmək haqqının 120 manat təşkil etdiyini, onunla əmək və ya xidməti müqavilə bağlamadığını bildirmişdir. X10 xx.xx.2022-ci il tarixli etirafedici izahatında xx.xx.2022-ci il tarixindən etibarən İddiaçı tərəfindən şüşə butulkaların qəbulu anbarında şüşə yuyan vəzifəsinə işə götürüldüyünü, əmək haqqının 120 manat təşkil etdiyini, obyektdə özündən başqa işləyən işçilərdən Kəmalə və Mayanı tanıdığım, onunla əmək və ya xidməti müqavilə müqavilə bağlamadığını bildirmişdir. X7 xx.xx.2022-ci il tarixli etirafedici izahatında 1 gündür ki, İddiaçı tərəfindən işə götürüldüyünü, gündəlik əmək haqqının 10 manat olduğunu, obyektdə özündən başqa işləyən işçilərdən Kəmalə və Lamiyəni tanıdığını, onunla əmək və ya xidməti müqavilə müqavilə bağlamadığını bildirmişdir. X11 xx.xx.2022-ci il tarixli etirafedici izahatında 19 aprel 2021-ci il tarixindən İddiaçı tərəfindən butulkaların qəbulu anbarında şüşə yuyan vəzifəsinə işə götürüldüyünü, obyektdə özündən başqa işləyən işçilərdən Naziləni tanıdığını, onunla əmək və ya xidməti müqavilə müqavilə bağlamadığını bildirmişdir. X3 xx.xx.2022-ci il tarixli etirafedici izahatında 1 aydır ki, İddiaçı tərəfindən butulka yuyan vəzifəsinə işə götürüldüyünü, obyektdə özündən başqa işləyən işçilərdən Həlimə, Lamiyə, Ramiləni tanıdığını və onunla əmək və ya xidməti müqavilə müqavilə bağlamadığını bildirmişdir. X12 xx.xx.2022-ci il tarixli etirafedici izahatında 19 aprel 2021-ci il tarixindən İddiaçı tərəfindən işə götürüldüyünü, obyektdə özündən başqa işləyən işçilərdən Mayanı tanıdığını və onunla əmək və ya xidməti müqavilə müqavilə bağlamadığını bildirmişdir. X13 xx.xx.2022-ci il tarixli etirafedici izahatında xx.xx.2022- ci il tarixindən İddiaçı tərəfindən şüşə yuyan vəzifəsinə işə götürüldüyünü, obyektdə özündən başqa işləyən işçilərdən Lamiyə, Qızqayıt, Məlahəti tanıdığını və onunla əmək və ya xidməti müqavilə müqavilə bağlamadığını bildirmişdir. X4 xx.xx.2022-ci il tarixli etirafedici izahatında 1 gündür ki, İddiaçı tərəfindən işə götürüldüyünü, obyektdə özündən başqa işləyən işçilərdən Nazilə və Zəhranı tanıdığını və onunla əmək və ya xidməti müqavilə müqavilə bağlamadığını bildirmişdir. Digər 6 nəfər işçi də eyni məzmunlu izahatlar verərək, İddiaçı tərəfindən işə götürüldüklərini və onlarla əmək və ya xidməti müqavilə müqavilə bağlamadığını bildirmişdir. Əlavə olaraq bildirilir ki, operativ vergi nəzarətinə dair materiallar əsasında Dövlət Vergi xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən, İddiaçı barəsində Cinayət Məcəlləsinin 162-1-1-ci maddəsinə əsasən cinayət işi başlanaraq ibtidai araşdırma aparılmış və 24 yanvar 2022-ci il tarixli ********* nömrəli Qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmişdir. Bundan əlavə, İddiaçı ifadəsində 14 nəfər işçiyə görə hesablanmış 520,79 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını tam olaraq ödəmişdir. İstintaq zamanı İddiaçı iş üzrə şahid qismində dindirilmiş və ifadəsində göstərmişdir ki, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən, müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilmiş X27, X15, X9, X48, X34, X29 və X20 hər biri ilə 250 manat aylıq əmək haqqı olmaqla əmək müqaviləsi bağlamış və digər 5 nəfər, yəni X16, X18, X25, X5, X37 adlı şəxslər isə vergi nəzarəti tədbirindən sonra işləmək istəmədikləri üçün onlarla əmək müqaviləsi bağlamaq imkanı olmamışdır. Lakin, həmin şəxslərin əvəzinə onların işlədikləri fəhlə vəzifələrinə X43, X21, X49, X38, X30, X31 və X44 ilə rəsmi qaydada əmək müqaviləsi bağlamışdır. İş üzrə şahid qismində dindirilmiş şüşə qəbulu anbarında işçi kimi fəaliyyət göstərən X48 ifadəsində xx.xx.2021-ci il tarixindən yəni, keçirilmiş operativ vergi nəzarəti tədbirindən 4 gün öncədən işlədiyini, əmək müqaviləsi olmadan çalışdığını və işçi kimi İddiaçı tərəfindən işə qeyri-rəsmi olaraq qəbul olunduğunu göstərmişdir. Həmçinin şahid qismində dindirilmiş X9, X27, X16, X28, X34, X5, X37, X15, X36 eyni məzmunlu ifadələr verərək iş yoldaşı olmuş Maya Cəfərovanın ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdirlər. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmiş, iddiaçı ümümi ifadələrdən istifadə etməklə heç bir həqiqətə uyğun olmayan və sübutu olmayan arqumentlərlə iddia ərizəsini əsaslandırmağa çalışmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3149/2022 saylı 19 iyul 2022-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın qismən ləğv edilərək, 6 nəfərə münasibətdə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddianın məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, qərar qanunazidd qəbul edilmişdir. Qərarda qeyri-qanuni, əsassız, ədalətli araşdırma aparılmaması nəticəsində maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Apellyasiya şikayətinə dair yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz iddiaya dair yazılı etirzın məzmunu ilə eynilik təşkil edir. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat olunmasına baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X56 üzrə Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X39 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı tərəfindən mübahisələndirilən qərarın ləğvi ilə bağlı məhkəməyə qanunla müəyyən edilmiş müddət daxilində müraciət edildiyi üçün iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X56 üzrə Baş İdarəsinə qarşı tələbi ““Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********1157 saylı xx.xx.2021-ci il tarixli qərarının 7 nəfərə münasibətdə 14000 manat məbləğində maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilməsi” barədədir. Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formalhüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Hazırki iş üzrə mübahisəli inzibati aktın qanuniliyi həm formal-hüquqi baxımdan, həm də maddi-hüquqi baxımdan yoxlanılarkən Kollegiya aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Vergi Məcəlləsi vergi ödəyiciləri tərəfindən büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması) məqsədilə vergi orqanını müxtəlif tədbirlər, o cümlədən kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi yoxlaması həyata keçirmək səlahiyyəti ilə təchiz etmişdir. Vergi qanunvericiliyi qeyd olunan yoxlamalardan hər birinin keçirilmə şərtlərin və qaydalarını tənzimləyir. Nəzərə almaq lazımdır ki, vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə həmin yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Bununla yanaşı, vergi orqanı bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara istinad etməlidir. Hazırkı iş üzrə cavabdeh vergi orqanı iddiaçıya münasibətdə operativ vergi nəzarətinin həyata keçirilməsi qərarına gəlmiş və bu barədə ““Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********1157 saylı xx.xx.2021-ci il tarixli qərar qəbul etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1-ci maddəsinə əsasən vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən, AZ1089, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan ŞTQ, Hövsan yolunda yerləşən şüşə butulkaların qəbulu anbarında operativ vergi nəzarəti keçirilmişdir. Operativ yoxlama zamanı iddiaçı tərəfindən verilmiş izahata əsasən qeyd edilən ünvanda şüşə qəbulu anbarında çalışan işçilərdən 14 nəfəri (Kəmalə, Təranə, Elnarə, Nişanə, Maya, Sevinc, Ellada, Həlimə, Məlahət, Şəhla, Ramilə, Rəşidə, Nazilə, Lamia) ilə əmək müqaviləsi xidməti müqavilə bağlanmayıb, onların əmək haqqı onun tərəfindən nağd qaydada ödənilir. X1 xx.xx.2021-ci il tarixli etirafedici izahatında 10 gündür ki, İddiaçı tərəfindən şüşə butulkaların qəbulu anbarında işə götürüldüyünü, obyektdə özündən başqa işləyən işçilərdən Elnarə və Mayanı tanıdığını, iş saatının saat 10:00-dan 17:00-a qədər olduğunu, əmək haqqının 120 manat təşkil etdiyini, onunla əmək və ya xidməti müqavilə bağlamadığını bildirmişdir. X2 xx.xx.2021-ci il tarixli etirafedici izahatında xx.xx.2021-ci il tarixdən İddiaçı tərəfindən şüşə butulkaların qəbulu anbarında işə şüşə yuyan götürüldüyünü, obyektdə özündən başqa işləyən işçilərdən Kəmalə və Mayanı tanıdığını, iş saatının saat 08:00-dan 17:00-a qədər olduğunu, əmək haqqının 120 manat təşkil etdiyini, onunla əmək və ya xidməti müqavilə bağlamadığını bildirmişdir. X10 xx.xx.2021-ci il tarixli etirafedici izahatında xx.xx.2021-ci il tarixindən etibarən İddiaçı tərəfindən şüşə butulkaların qəbulu anbarında şüşə yuyan vəzifəsinə işə götürüldüyünü, əmək haqqının 120 manat təşkil etdiyini, obyektdə özündən başqa işləyən işçilərdən Kəmalə və Mayanı tanıdığını, onunla əmək və ya xidməti müqavilə bağlamadığını bildirmişdir. X22 xx.xx.2021-ci il tarixli etirafedici izahatında 4 gündür İddiaçı tərəfindən şüşə butulkaların qəbulu anbarında şüşə yuyan vəzifəsinə işə götürüldüyünü, əmək haqqının gündəlik 6-7 manat təşkil etdiyini, obyektdə özündən başqa işləyən işçilərdən Elnarəni tanıdığını, onunla əmək və ya xidməti müqavilə bağlamadığını bildirmişdir. X4 xx.xx.2021-ci il tarixli etirafedici izahatında 1 gündür ki, İddiaçı tərəfindən işə götürüldüyünü, iş saatının 08:30-dan 18:00- a qədər olduğunu, obyektdə özündən başqa işləyən işçilərdən Nazilə və Zəhranı tanıdığını və onunla əmək və ya xidməti müqavilə bağlamadığını bildirmişdir. X8 xx.xx.2021-ci il tarixli etirafedici izahatında bir həftədir ki, İddiaçı tərəfindən şüşə yuyan kimi işə götürüldüyünü, iş saatının 10:00-dan 17:00-a qədər olduğunu, obyektdə özündən başqa işləyən işçilərdən Nişanə və Sevinci tanıdığını və onunla əmək və ya xidməti müqavilə bağlamadığını bildirmişdir. X77 xx.xx.2021-ci il tarixli etirafedici izahatında bir həftədir ki, İddiaçı tərəfindən şüşə yuyan kimi işə götürüldüyünü, iş saatının 09:00-dan 17:00-a qədər olduğunu, 6 manat əmək haqqı aldığını, obyektdə özündən başqa işləyən işçilərdən Maya, Elnarə və Kəmaləni tanıdığını və onunla əmək və ya xidməti müqavilə bağlamadığını bildirmişdir. X14 xx.xx.2021-ci il tarixli etirafedici izahatında xx.xx.2021-ci il tarixdən İddiaçı tərəfindən şüşə yuyan kimi işə götürüldüyünü, iş saatının 08:00-dan 18:00-a qədər olduğunu, 6 manat əmək haqqı aldığını, obyektdə özündən başqa işləyən işçilərdən Maya və Həliməni tanıdığını və onunla əmək və ya xidməti müqavilə bağlamadığını bildirmişdir. X7 xx.xx.2021-ci il tarixli etirafedici izahatında 1 gündür ki, İddiaçı tərəfindən işə götürüldüyünü, iş saatının 08:30-dan 18:00- a qədər olduğunu, gündəlik əmək haqqının təqribən 10 manat olduğunu, obyektdə özündən başqa işləyən işçilərdən Kəmalə və Lamiyəni tanıdığını, onunla əmək və ya xidməti müqavilə bağlamadığını bildirmişdir. X11 xx.xx.2021-ci il tarixli etirafedici izahatında 19 aprel 2021-ci il tarixindən İddiaçı tərəfindən butulkaların qəbulu anbarında şüşə yuyan vəzifəsinə işə götürüldüyünü, iş saatının 08:00-dan 17:00-a qədər, əmək haqqının gündəlik 6 manat olduğunu, obyektdə özündən başqa işləyən işçilərdən Naziləni tanıdığını, onunla əmək və ya xidməti müqavilə bağlamadığını bildirmişdir. İşçi Şabanova (Musayeva) Rahidə Qurbanəli qızı xx.xx.2021-ci il tarixli etirafedici izahatında 1 aydır ki, İddiaçı tərəfindən butulka yuyan vəzifəsinə işə götürüldüyünü, iş saatının 09:00-dan 16:00-a qədər, əmək haqqının gündəlik 5 manat olduğunu, obyektdə özündən başqa işləyən işçilərdən Həlimə, Lamiyə, Ramiləni tanıdığını və onunla əmək və ya xidməti müqavilə bağlamadığını bildirmişdir. X12 xx.xx.2021-ci il tarixli etirafedici izahatında 19 aprel 2021-ci il tarixindən İddiaçı tərəfindən işə götürüldüyünü, iş saatının 08:00-dan 17:00-a qədər, əmək haqqının gündəlik 6 manat olduğunu, obyektdə özündən başqa işləyən işçilərdən Mayanı tanıdığını və onunla əmək və ya xidməti müqavilə bağlamadığını bildirmişdir. X13 xx.xx.2021-ci il tarixli etirafedici izahatında xx.xx.2022-ci il tarixindən İddiaçı tərəfindən şüşə yuyan vəzifəsinə işə götürüldüyünü, iş saatının 08:00-dan 17:00-a qədər, əmək haqqının gündəlik 6 manat olduğunu, obyektdə özündən başqa işləyən işçilərdən Lamiyə, Qızqayıt, Məlahəti tanıdığını və onunla əmək və ya xidməti müqavilə bağlamadığını bildirmişdir. Kollegiya qeyd edir ki, dərhal, yerində verilən izahatlar gözlənilməzdir, bu səbəbdən də mövcud halı təhrif edilmiş şəkildə təqdim etmə ehtimalı ağlabatan deyil. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı əldə edilmiş sübutların etibarlılığı məhkəmədə şübhə yaratmır. Həmin izahatların zor tətbiqi, hədə-qorxu ilə alındığı hər hansı şəkildə öz təsdiqini tapmır. İddiaçı 6 nəfər işçiyə münasibətdə tətbiq olunan maliyyə sanksiyasını qəbul etdiyini, lakin işçilərdən Elnarə, Sevinc, Ellada, Şəhla, Ramilə, Nazilə və Lamiyaya münasibətdə tətbiq olunan maliyyə sanksiyasını qəbul etmədiyini, belə ki, Sevinc və şəhlanı ümumiyyətlə tanımadığını, Elnarənin onun işçisi olmadığını, Ellada, Ramilə, Nazilə və Lamiyanın isə işə baxmaq üçün gəldiklərini, lakin iş ağır olduğu üçün həmin işi bəyənmədiklərini, Nişanəyə münasibətdə isə Dövlət Vergi Xidməti tərəfindən qərarın ləğv olunduğunu bildirmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi hallar məhkəmə araşdırması zamanı təsdiqini tapmamış, cavabdeh tərəfindən təqdim edilmiş yoxlama materialları ilə (iddiaçının özünün və işçilərin verdiyi izahatlarla) təkzib edilmişdir. Belə olan halda vergi orqanı iddiaçı barəsində operativ vergi yoxlaması ilə bağlı xx.xx.2021-ci il tarixli qərarı qəbul etməkdə haqlı olmuşdur. Hazırki işdə cavabdeh inzibati orqan İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu tam sübuta yetirir. Bununla da apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunur ki, həmin dəlillər iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etməklə, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olub, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas yaratmır. Odur ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsalandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3149/2022 saylı 19 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar