Məhkəmə qərarları › İş №2-1(103)-5156/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-5156/2025

21.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-5156/2025 21.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə (əvvəlki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinə) qarşı (üçüncü şəxs İbrahimov Ramiz Həsən oğlu cəlb olunmaqla) işi üzrə QƏRARİ (Açar sözlər: “reyestr qeydinin ləğv edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X11 və X7 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili İsmayılov Mehman Malik oğlunun, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxs İbrahimov Ramiz Həsən oğlunun iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ## ####### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. -Cavabdeh inzibati orqan tərəfindən verilmiş ##.##.2025-ci il tarixli məktubdan bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.3 və 2.4cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və bu hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. -Lenin Rayon Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsinin ##.##.1974-

2. cü il tarixli, ** nömrəli arayışdan görünür ki, Sabunçu rayonu, Musabəyov küçəsi, ev 36 ünvanında yerləşən 400 kv.m torpaq sahəsi X3 ayrılmışdır.

3. -Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə Pasportdan görünür ki, ünvan 1 ünvanında yerləşən əmlakın hüquq sahibi X3 göstərilmişdir.

4. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ##.##.2017-ci il tarixdə verilmiş reyestr nömrəsi 1117022562 olan çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 80,2 kv.m fərdi yaşayış evi üzərində X1 xüsusi mülkiyyətindədir.

5. -##.##.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, ##.##.1994-cü il tarixdə ölmüş X1 vərəsəsi İbrahimov Ramiz Həsən oğludur.

6. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ##.##.2017-ci il tarixdə verilmiş reyestr nömrəsi 1117033062 olan çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 80,2 kv.m fərdi yaşayış evi üzərində İbrahimov Ramiz Həsən oğlunun xüsusi mülkiyyətindədir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:

7. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, M.Hüseynzadə küçəsi, ** saylı fərdi yaşayış evi və evin yerləşdiyi 0.0465 ha torpaq sahəsinin ##.##.2017-ci il tarixdə X1 adına ilkin qeydiyyatının ləğv edilməsi və onun əsasında * saylı Bakı Asan xidmət Mərkəzində notarius S.Həbibbəylinin təsdiq etdiyi ##.##.2017 il tarixli 2V-368, 2V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnamələrinin və 3M-*** reyestr nömrəli miras payının bağışlanılması müqaviləsinin etibarsız hesab edilməsi, onların əsasında ##.##.2017-ci il tarixdə İbrahimov Ramiz Həsən oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış hüquqların dövlət qeydiyatının ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, M.Hüseynzadə küçəsi, ** saylı fərdi yaşayış evi və evin yerləşdiyi 0.0465 ha torpaq sahəsi qanunsuz və əsassız olaraq ##.##.2017-ci il tarixdə X1 adına ilkin qeydiyyatdan keçirilmiş, daha sonra isə vərəsəlik qaydasında * saylı Bakı Asan xidmət Mərkəzində notarius S.Həbibbəylinin təsdiq etdiyi ##.##.2017 il tarixli 2V-368, 2V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnamələri əsasında və 3M-*** reyestr nömrəli miras payının bağışlanılması müqaviləsinə əsasən ##.##.2017-ci il tarixdə İbrahimov Ramiz Həsən oğlunun adına qeydiyyatdan keçirilmişdir. Bütün bu saxta işlər Ramiz İbrahimov tərəfindən həyata keçirmişdir. X1 1994-cü ildə ölmüşdür, onun adına əmlakın ilkin qeydiyyatı – onun adına 1961 ildə tərtib edilmiş texniki pasport əsasında aparılmışdır. Bu zaman * saylı Bakı Asan Xidmət Mərkəzində fəaliyyət göstərən notarius S.Həbibbəylinin *** nömrəli ##.##.2017-ci il tarixli məktubuna əsasın məxsusluq barədə arayış alınmış, daha sonra X1 vərəsələrinin adına rəsmiləşdirilmişdir. Lakin bu zaman DƏDKRX-nin əməkdaşları nəzərə almamışlar ki, qeyd olunan texniki pasport X1 adına olmamışdır, həmin texniki pasport Xanım Əli qızının adına olmuşdur və qanunsuz olaraq onun adının üzərindən xətt çəkilmiş və Xədicə Sultanın adı yazılmışdır. Elə bu faktın özü daşınmaz əmlakın qeydiyyatını aparan vəzifəli şəxslərin diqqətini cəlb etməli idi, belə ki, təqdim olunmuş sənədlərdə düzəlişlər, müdaxilələr həmin sənəd əsasında hüququn qeydə alınmasından imtinaya əsasdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir.

9. İddiaçının sonuncu ərizəsi nəzərə alınaraq, iddia tələbi “Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, M.Hüseynzadə küçəsi, ** saylı fərdi yaşayış evi və evin yerləşdiyi 0.0465 ha torpaq sahəsinə dair ##.##.1961-ci il tarixli vətəndaş X3 adına tərtib edilmiş texniki pasportun etibarsız hesab edilməsi və onun əsasında ##.##.2017-ci il tarixdə X1 adına daşınmaz əmlakın dövlət reyestrində (qeydiyyat nömrəsi 1117022562, reyestr nömrəsi 005013028577-10301) aparılmış hüquqların dövlət qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” kimi dəyişdirilmişdir.

10. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə İbrahimov Ramiz Həsən oğlu üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir

11. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ## ####### 2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırki mübahisə ilə əlaqədar olaraq, məhkəmə diqqətə çatdırır ki, iddiaçı fərdi yaşayış evinin və onun altında yerləşən torpaq sahəsinin üzərində X1 adına aparılmış qeydi mübahisələndirərək, həmin qeydin ləğvi tələbi irəli sürmüşdür. Lakin iddiaçı bu qeydin ləğvi üçün hüquqi əsasların mövcudluğunu sübuta yetirə bilməmişdir. Məhkəmə, mülkiyyət hüquqlarının qeydiyyatının hüquqi əsaslarını araşdırarkən müəyyən etmişdir ki, qeyd edilən daşınmaz əmlakın dövlət reyestrindəki qeydi, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş və həmin dövrün mülkiyyət hüququ ilə əlaqədar texniki inventarizasiya və qiymətləndirmə pasportu əsasında aparılmışdır. Nəzərə alınmalıdır ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 8.0.8-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 1.11-ci bəndinə əsasən, həmin sənəd hüquqmüəyyənedici sənəddir və mülkiyyət hüququnun qeydinə əsas verir.

13. İddiaçı isə pasportun saxtalaşdırıldığına dair mülahizələr irəli sürərək, eyni ünvan üzrə başqa bir şəxs Xanım Əli qızının adına olan pasportun olduğunu iddia etsə də, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsi barədə pasportun saxtalaşdırıldığını sübuta yetirə bilməmişdir. Bu halda Məhkəmə hesab edir ki, pasport qüvvədə olduğundan, həmçinin hal-hazırda pasportun saxtalaşdırılmasına dair hər hansı mötəbər dəlil olmadığından, mülkiyyət hüquqlarının qeydə alınması barədə qeydin ləğvi üçün hər hansı əsas müəyyən edilməmişdir. b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

14. Qərardan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin e-*- *(***)-****/**** saylı, ## ####### 2025-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, mübahisəli ev bir dam altında olan köhnə vəziyyətində 3 otaqdan ibarət vahid ev olub, sonradan həyat yoldaşının atası Məmmədov Qədir 2 otaq artırıb və ölən günədən həyat yoldaşı, oğlu ilə o evdə yaşayıb. Həmin 2 otaqlı ev 4 otaqlı olub, 2017-ci ilə kimi qaynı X4 o evdə yaşayıb. Bu evin texniki pasportu yoldaşının nənəsi Xanım Əli qızının adına olub, həmin sənədi silib Xədicə Soltan qızının adına saxta yollarla qeydə alınıb və həmin sənədlə özəlləşdirilib. Xahiş edir ki, bu araşdırılsın. Ramiz İbrahimov və ailəsi heç vaxt burada yaşamayıb, onun atasının böyük mülki olub, onları yaxşı qiymətə satıb və Musabəyov küçəsi 34 də yaşayıb, iddiaçınınkı isə Musabəyov 36 dır. Ramiz və ailəsi isə hal-hazırda Maştağa qəsəbəsində ev alıb, orada hər cür şəraiti olan evdə yaşayır, iddiaçıya isə yaşamağa imkan vermirlər. Əgər qanunun tələbinə cavabdeh əməl etsəydi onda müəyyən edərdi ki, hazırda mübahisəli ərazidə 3 ayrı-ayrı müstəqil yerə ayrılmış və ayrı-ayrı giriş qapıları, yolları və həyətləri olan 3 evdən söhbət gedir. Artımlardan sonra iddiaçının əlavə tikililəri və 2-ci mərtəbənin tikilməsindən sonra evi 3 otaqlı olmuş, digər birotaqlı evlərdə də artırmalar olmuş, 2 otaqlı evə çevrilmiş evdə hazırda iddiaçı Ramiz İbrahimovun dayısı oğlu yaşayır, artırmalardan sonra 2 otaqlı digər evdə isə iddiaçı Ramiz İbrahimovun öz qızı yaşayır. Buradan görünür ki, iddiaçı Ramiz İbrahimovun 80 kvadrat metr evin mülkiyyətçisi kimi özünü təqdim edərək Çıxarış alır, lakin buradaki evlərin kvadratı qat-qat çoxdur, elə təkcə iddiaçının evi 151 kvadrat metrdir. Məgər hüququ qeydə alan DƏDKRX-nin əməkdaşları bunu müəyyən etməməli idi, necə olub ki, mövcud olmayan 80 kvadratmetr evi qeydə alıb Çıxarış verirlər Ramiz İbrahimova. Məhkəmə işin faktiki hallarını aydınlaşdırsaydı müəyyən edərdi ki, verilmiş çıxarış faktiki vəziyyətə uyğun deyil, inzibati icraat haqqında qanunun tələblərinə və bu sahəni tənzimləyən normalara uyğun verilməmişdir. Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, M.Hüseynzadə küçəsi, ** saylı fərdi yaşayış evi və evin yerləşdiyi 0.0465 ha torpaq sahəsi qanunsuz və əsassız olaraq ##.##.2017-ci il tarixdə X1 adına ilkin qeydiyyatdan keçirilmiş, daha sonra isə vərəsəlik qaydasında * saylı Bakı Asan xidmət Mərkəzində natarius S.Həbibbəylinin təsdiq etdiyi ##.##.2017 il tarixli 2V-368, 2V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnamələri əsasında və 3M-*** reyestr nömrəli miras payının bağışlanılması müqaviləsinə əsasən ##.##.2017-ci il tarixdə İbrahimov Ramiz Həsən oğlunun adına qeydiyyatdan keçirilmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, bütün bu saxta işləri elə Ramiz İbrahimov özü həyata keçirmiş və saxta sənəd tərtib edilməsindən də onun yaxşı xəbəri olmuşdur. X1 1994-cü ildə ölmüşdür, onun adına əmlakın ilkin qeydiyyatı – guya onun adına 1961 ildə tərtib edilmiş texniki pasport əsasında aparılmışdır. Bu zaman * saylı Bakı Asan Xidmət Mərkəzində fəaliyyət göstərən notarius S.Həbibbəylinin *** nömrəli ##.##.2017-ci il tarixli məktubuna əsasın məxsusluq barədə arayış alınmış, daha sonra X1 vərəsələrinin adına rəsmiləşdirilmişdir. Lakin bu zaman DƏDKRX-nin əməkdaşları nəzərə almamışlar ki, qeyd olunan texniki pasport X1 adına olmamışdır, həmin texniki pasport Xanım Əli qızının adına olmuşdur və qanunsuz olaraq onun adının üzərindən xətt çəkilmiş və Xədicə Sultanın adı yazılmışdır. Elə bu faktın özü daşınmaz əmlakın qeydiyyatını aparan vəzifəli şəxslərin diqqətini cəlb etməli idi, belə ki, təqdim olunmuş sənədlərdə düzəlişlər, müdaxilələr həmin sənəd əsasında hüququn qeydə alınmasından imtinaya əsasdır. Bundan əlavə texniki pasport əsasında məxsusluq arayışı verilərkən, eləcə də, sonradan həmin məxsusluq arayışı əsasında daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyatı apararkən bu qeydiyyatı aparan şəxslər Texniki Pasportdakı evin ölçülərinin və torpaq sahəsinin ölçülərinin yerində faktiki vəziyyətə uyğun olmasını yoxlamalı idi, bu torpaq sahəsində digər çəxslərin yaşayıb-yaşamamasını, qeydiyyatlarının olubolmamasını, texniki pasportda olan evin sökülüb başqa bir edin tikilib-tikilməməsini araşdırmalı idi. Əgər belə bir araşdırma aparılsaydı onda məlum olardı ki, həmin ev sökülüb yerində bizim tərəfimizdən 2 mərtəbəli ev tikilib, evin əvvəlki kvadraturasından 3 dəfə böyük evlər tikilib, həmin evləri tikən şəxslər isə bu evi 1954 ildə inşa edən və texniki pasportun da onun adına tərtib olunduğu Xanım Əli qızıdır. Hansı ki sonradan qanunsuz olaraq onun adının üzərindən qələmlə xətt çəkilir və başqa bir adamın adı yazılır.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

17. Məhkəmə Kollegiyasının iclasında iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər.

18. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

19. Məhkəmə Kollegiyasının iclasında üçüncü şəxs isə apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

20. Eyni zamanda məhkəmə Kollegiyası cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsini Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs ilə əvəz etmişdir.

21. Belə ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

22. Mülki Prosessual Məcəllənin 58.1.-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür.

Tətbiq edilən hüquq

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 8.0.8-ci maddəsinə əsaəsn, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

25. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısının:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər:

1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

28. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

30. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, işin hallarından müəyyən edilmişdir ki, iddiaçının hüququ marağı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, M.Hüseynzadə küçəsi, ** saylı fərdi yaşayış evi və evin yerləşdiyi 0.0465 ha torpaq sahəsinə dair ##.##.1961-ci il tarixli vətəndaş X3 adına tərtib edilmiş texniki pasport əsasında ##.##.2017-ci il tarixdə X1 adına aparılmış qeydin ləğv olunmasından ibarətdir. İddiaçı bu tələblə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etdiyindən iddiaçı hazırkı iddia ilə cavabdehə qarşı məhkəmədə iddia qaldırmışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz olmamışdır.

31. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hazırki mübahisə ilə əlaqədar olaraq, məhkəmə Kollegiyası diqqətə çatdırır ki, iddiaçı fərdi yaşayış evinin və onun altında yerləşən torpaq sahəsinin üzərində X1 adına aparılmış qeydi mübahisələndirərək, həmin qeydin ləğvi tələbi irəli sürmüşdür. Lakin iddiaçı bu qeydin ləğvi üçün hüquqi əsasların mövcudluğunu sübuta yetirə bilməmişdir. Məhkəmə, mülkiyyət hüquqlarının qeydiyyatının hüquqi əsaslarını araşdırarkən müəyyən etmişdir ki, qeyd edilən daşınmaz əmlakın dövlət reyestrindəki qeydi, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş və həmin dövrün mülkiyyət hüququ ilə əlaqədar texniki inventarizasiya və qiymətləndirmə pasportu əsasında aparılmışdır. Nəzərə alınmalıdır ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 8.0.8-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 1.11-ci bəndinə əsasən, həmin sənəd hüquqmüəyyənedici sənəddir və mülkiyyət hüququnun qeydinə əsas verir.

32. İddiaçı isə pasportun saxtalaşdırıldığına dair mülahizələr irəli sürərək, eyni ünvan üzrə başqa bir şəxs Xanım Əli qızının adına olan pasportun olduğunu iddia etsə də, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsi barədə pasportun saxtalaşdırıldığını sübuta yetirə bilməmişdir. Bu halda Məhkəmə hesab edir ki, pasport qüvvədə olduğundan, həmçinin hal-hazırda pasportun saxtalaşdırılmasına dair hər hansı mötəbər dəlil olmadığından, mülkiyyət hüquqlarının qeydə alınması barədə qeydin ləğvi üçün hər hansı əsas müəyyən edilməmişdir.

33. Apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri baxımından məhkəmə Kollegiyası mübahisəli ünvana dair arxiv sənədlərinin Qovluğunu cavabdeh orqandan sorğu əsasında tələb edərək məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirmişdir (əsli cavabdehin nümayəndəsi Namiq Səmədova geri qaytarılmışdır.) və müəyyən etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, M.Hüseynzadə küçəsi, ** saylı fərdi yaşayış evi və evin yerləşdiyi 0.0465 ha torpaq sahəsinə dair ##.##.1961-ci il tarixli vətəndaş X3 adına tərtib edilmiş texniki pasportdan başqa həmin ünvanla bağlı digər hər hansı texniki pasport mövcud deyildir və ünvanla bağlı qeydiyyat ##.##.2017-ci il tarixdə X1 adına həmin texniki pasport əsasında aparılmışdır.Eyni zamanda həmin texniki pasportun üstündə əlavə üz qabığı olmaqla bir vərəq mövcuddur ki, həmin vərəqin üzərində Xanım Əli qızının adı yazılmışdır.Lakin bu vərəqin kim tərəfindən yazılması müəyyən edilmir, səlahiyyətli şəxs tərəfindən imzalanmamış və möhürlənməmişdir.

34. Cavabdehin nümayəndəsi bu səbəbdən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, M.Hüseynzadə küçəsi, ** saylı fərdi yaşayış evi və evin yerləşdiyi 0.0465 ha torpaq sahəsinə dair ##.##.1961-ci il tarixli vətəndaş X3 adına tərtib edilmiş texniki pasportu etibarlı sənəd kimi qəbul edərək onun əsasında ##.##.2017-ci il tarixdə X1 adına qeydiyyat aparıldığını bildirmişdir.

35. Beləliklə, iddiaçı texniki pasportun saxtalaşdırıldığına dair mülahizələr irəli sürərək, eyni ünvan üzrə başqa bir şəxs Xanım Əli qızının adına olan pasportun olduğunu iddia etsə də məhkəmə baxışı zamanı bu dəlil iş materialları ilə təsdiqini tapmamışdır.

36. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası mübahisəli ünvana baxış keçirilməsi barədə iddiaçının (vəkili və nümayəndəsinin) vəsatətini təmin etməmişdir.

37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

38. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ## ####### 2025ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ## ####### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar