Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(103)-5159/2025 14.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı İddiaçı İnqilab oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ “Əmək pensiyasının yenidən hesablanması” barədə ##.##.2024-cü il tarixli, *****/**** nömrəli qərarın ləğv edilməsi, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci və 45-ci maddələrinə uyğun olaraq fərdi hesabını sığorta hissəsində ##.##.2017- ##.##.2023-cü il tarixləri arasında dövr ərzində toplanılan pensiya kapitalının 72-yə bölünməklə əmək pensiyasının ##.##.2023-cü il tarixdən yenidən hesablanması və ödənilməmiş fərqin verilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ## ####### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı İnqilab oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçının pensiyaya çıxandan sonra 6 il (##.##.2017-##.##.2023-cü illər) ərzində topladığı 108.078,36 manat pensiya kapitalının 156 aya bölünərək cavabdeh tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv edilməsi, topladığı 108.078,36 manat pensiya kapitalının 72 aya bölünərək pensiyanın yenidən hesablanması və cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Əmək pensiyasının yenidən hesablanması” barədə ##.##.2024-cü il tarixli, *****/**** nömrəli qərarın ləğv edilməsi, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci və 45-ci maddələrinə uyğun olaraq fərdi hesabını sığorta hissəsində ##.##.2017-##.##.2023-cü il tarixləri arasında dövr ərzində toplanılan pensiya kapitalının 72-yə bölünməklə əmək pensiyasının ##.##.2023-cü il tarixdən yenidən hesablanması və ödənilməmiş fərqin verilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir. ##.##.2025-ci il tarixli məhkəmə qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmə icraatına qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim: Miminat Hacıbəyova) *-*(***)-*****/**** saylı, ## ####### 2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı İnqilab oğlu barədə cavabdeh Cavabdeh “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2024-cü il tarixli, *****/**** nömrəli qərarının ləğv edilməsi, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci və 45-ci maddələrinə uyğun olaraq fərdi hesabının sığorta hissəsində ##.##.2017-##.##.2023-cü il tarixləri arasında dövr ərzində toplanılan pensiya kapitalının 72-yə bölünməklə əmək pensiyasının ##.##.2023-cü il tarixdən yenidən hesablanması və ödənilməmiş fərqin ödənilməsi öhdəliyinin cavabdeh Cavabdeh həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh tərəf apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ##### 2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı İnqilab oğlunun iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilərək, iddia tələbi ““cavabdeh tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2024-cü il tarixli, *****/**** nömrəli qərarın “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin tətbiq edilməsi hissəsində ləğv edilməsi, onun əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən hüququnun yarandığı vaxtdan yenidən hesablanarkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayı yenidən hesablanma yaşı ilə “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi qəbul edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətindən imtinaya dair ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.1-ci maddəsinə əsasən şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətindən imtinasını iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, cavabdeh apellyasiya şikayətini geri götürdüyündən iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ərizəsi təmin edilsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ## ####### 2025-ci il tarixli qərarından cavabdehin verdiyi apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-5159/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-5159/2025
14.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver