Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-516/2023 19.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona Azərbaycan Respublikasının Prezidenti təqaüdünün təyin edilməsi və ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X6 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi (həyat yoldaşı) Nümayəndə, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “25 il təhsil sahəsində çalışmış şəxs kimi xx.xx.2021-ci il tarixindən Azərbaycan Respublikasının Prezidenti təqaüdünün təyin edilməsi və həmin tarixdən ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5460/2022 saylı 20 iyul 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 19 aprel 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. Azərbaycan Dövlət Pedoqoji İnstitutu tərəfindən verilmiş P 730459 saylı xx.xx.1979cu il tarixli diplomdan görünür ki, X4 1975-ci ildə Lenin adına X15 ordenli Azərbaycan Dövlət Pedoqoji İnstitutuna daxil olmuş və 1979-cu ildə orada Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İmtahan Komissiyasının 1979-cu il 27 iyun tarixli qərarı ilə ona orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisası verilmişdir. Abşeron Rayon Təhsil Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 27(1)-27(6)- 164/18 №-li arayışdan görünür ki, Əliyeva (Axundova) Arzu Soltansəlim qızı həqiqətən xx.xx.1979-cu ildən xx.xx.1982-ci ilə qədər Abşeron rayonu 1 nömrəli qiyabi orta məktəbində müəllim vəzifəsində işləmişdir. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı xx.xx.1981-ci il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.1980-cı ildən xx.xx.1981-ci ilədək “26 Bakı Komissarları adına Tipoqrafiyada” korrektor, xx.xx.1981-ci il tarixdən xx.xx.1986-cı il tarixədək Azərbaycan Elmi Tədqiqat X5 Azərbaycan dilinin tədrisi metodikası bölməsində laborant, xx.xx.1986-cı il tarixdən xx.xx.1994-cü il tarixədək pedaqogika nəzəriyyəsi və tarixi şöbəsində kiçik elmi işçi, xx.xx.1994-cü il tarixdən xx.xx.2000-ci il tarixədək həmin şöbədə böyük elmi işçi, xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" fırmasının nəzdində Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda müəllim işləmişdir. Azərbayca Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyasının xx.xx.2000-ci il tarixli, 01943 №-li X8 təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının xx.xx.2000-ci il tarixli (protokol №4) qərarı ilə X2 pedoqoji elmlər namizədi alimlik dərəcəsi verilmişdir. İİİB firmasının 5 saylı xx.xx.2000-ci il tarixli əmrinin surətindən görünür ki, İddiaçı əmək haqqı ştat cədvəlinə uyğun ödənilməklə xx.xx.2000-ci l tarixdən müəllim vəzifəsinə işə qəbul olunmuşdur. İİİB firmasının 7 saylı xx.xx.2006-cı il tarixli əmrinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən (öz xahişi ilə) xx.xx.2006-cı ildən işdən azad edilmişdir. İddiaçı aid 154363 saylı xx.xx.2021-ci il tarixli pensiya işinin surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən yaşa görə müddətsiz əmək pensiyası təyin edilmişdir. İddiaçı 25 il təhsil müəssisəsində işləməsinə istinad edərək ona Prezident təqaüdünün təyin olunması ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, Filial tərəfindən iddiaçıya ünvanlanmış **********6 saylı xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli fərmanına əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat müəyyən olunmuşdur. Təqdim etdiyi əmək kitabçasının surətinə əsasən onun elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində ümumi stajı (19 il 1 ay) qanunla tələb olunan müddətdən (25 ildən) az olduğu üçün ona həmin təqaüdün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “25 il təhsil sahəsində çalışmış şəxs kimi xx.xx.2021-ci il tarixindən Azərbaycan Respublikasının Prezidenti təqaüdünün təyin edilməsi və həmin tarixdən ödənilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı “DOST" Mərkəzinə fəlsəfə doktoru olduğu üçün Prezident təqaüdünün təyin edilməsi ilə bağlı rəsmi qaydada müraciət edib. Onun bu müraciətinə cavabdehdən 7 yanvar 2022-ci il tarixli **********6 nömrəli məktubla cavab verilmişdir. Filialın məktubunda qeyd edilmişdir ki, onun elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində ümumi stajı qanunla tələb olunan müddətdən az olduğu üçün həmin təqaüdün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Filialın Prezident təqaüdünün təyin edilməsi ilə bağlı müraciətə imtina ilə cavab verməsi hüquqaziddir. Belə ki, Filial onun elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində ümumi stajını qeyri-düzgün olaraq 19 il 1 ay hesablamışdır. Halbuki onun həmin stajı ümumilikdə 27 il 4 ay təşkil edir. Bunu əmək kitabçasındakı qeydlər və digər sənədlər sübuta yetirir (əmək kitabçası, ali təhsil diplomunun notarial qaydasında təsdiq edilmiş surətləri, İİİB firmasının işə qəbul edilmə və işdən çıxma barədə əmrləri, (xx.xx.2000-ci il tarixində qəbul edilmiş, xx.xx.2006cı il tarixində isə öz xahişi ilə işdən azad edilmişdir). Şöbə tərəfindən verilmiş arayışın notarial qaydasında təsdiq edilmiş surətini (xx.xx.1979-cu il tarixindən xx.xx.1982-ci il tarixinədək Abşeron rayonu 1 nömrəli qiyabi orta məktəbində müəllim işləmişdir); İİİB Firmasının nəzdində olan Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutundan verilmiş arayış və əməkhaqqı cədvəllərini iddia ərizəsinə əlavə edilir). Bütün bu sənədlər sübuta yetirir ki, onun həqiqətən 27 il 4 ay (iyirmi yeddi il dörd ay) sığorta stajı vardır. Bu müddət isə fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün verilməsi üçün gərəkli olan müddətə (25 il) artıqlaması ilə uyğun gəlir. Odur ki, onun həmin təqaüdü almaq hüququ vardır. Onun yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2019-cu il tarixindən yaranmışdır. Lakin ona bu pensiyanın təyin edilməsi tarixi xx.xx.2021-ci il tarixinə uyğun gəlir. Əmək pensiyasının təyin edilməsi ilə bağlı daha əvvəl müvafiq orqana müraciət edilsə də, o bu pensiyanın təyin edilməsindən imtina etmiş və bu səbəbə görə o, məhkəməyə müraciət etmişdir. Nəticədə məhkəmə onun xeyrinə qərar qəbul etmiş və bu qərarla əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Odur ki, məhkəmə prosesləri ilə əlaqədar olaraq Prezident təqaüdünün təyini ilə bağlı inzibati orqana müraciət etmək imkanı olmamışdır. Halbuki onun həmin təqaüdü almaq hüququ 2021-ci il yanvar ayının 1dən etibarən (Fərman qüvvəyə mindikdən sonra) yaranmışdır. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 2021-ci ilin 1 yanvar tarixinədək qüvvədə olmuş 19.2-ci maddəsinə əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmitədqiqat və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) pensiyalarının sığorta hissəsinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanır. Bununla da iddiaçının əmək kitabçasının surətinə əsasən onun elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində ümumi stajının (19 il 01 ay) qanunla tələb olunan müddətdən (25 ildən) az olduğu üçün ona həmin təqaüdün təyin edilməsi qanunvericiliyin tələbləri baxımdan mümkün hesab edilmir. Sadalananlar nəzərə alınaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5460/2022 saylı 20 iyul 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 25 il təhsil sahəsində çalışmış şəxs kimi xx.xx.2021-ci il tarixdən “Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, 1229 №-li Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə müəyyən edilmiş təqaüdün təyin edilməsi və həmin tarixdən ödənilməsi öhdəliyinin cavabdehə həvalə qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddiaçının iddia tələbi təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəyə baxılması zamanı qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1 ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə” nin 3-cü Maddəsinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının (bundan sonra Qaydalar) 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli fərmanına əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat müəyyən olunmuşdur. Təqdim etdiyi əmək kitabçasının surətinə əsasən İddiaçı elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində ümumi stajı (19 il 1 ay) qanunla tələb olunan müddətdən (25 ildən) az olduğu üçün ona həmin təqaüdün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Belə ki, aidiyyəti üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndərilmiş xx.xx.2022-ci il tarixli sorğuya gəlmiş olan xx.xx.2022-ci il tarixli 05-11-25/12 nömrəli cavab məktubunda İİB Firmasının nəzdində olan Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunun təhsil müəssisəsi sayılıbsayılmaması barədə dəqiq məlumat verilməmişdir. Əmək pensiyasının təyin edilməsi ilə bağlı hazırkı tərəflər arasında yeni mübahisənin (məhkəmə icraatının) yaranmasına səbəb ola bilən halların aradan qaldırılması üçün hazırkı məhkəmə icraatı çərçivəsində həmin məsələlərə tərəflərin iştirakı ilə aydınlıq gətirilməli, zərurət yarandığı halda, iddia tələbinin dəqiqləşdirilməsində iddiaçıya yardım edilməlidir. Məhkəmənin bu qaydada davranmaq vəzifəsi İPM-in 13-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçının tələbinin dəqiqləşdirilməsi istiqamətində göstərilən yardım isə onun hüquqi marağına uyğun olmalıdır. İddiaçının hüquqi marağı baxımından aparılan qiymətləndirmə isə onu tələb edir ki, məhkəmə tərəfindən xidməti vəzifəsinə uyğun olaraq tərəflərin bu barədə bildirməsindən asılı olmayaraq şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən və əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddia qaldırmış şəxs özünün məqsədinə hüquqi müdafiənin başqa vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, məhkəmə belə tələblərə cavab verməyən iddianın mümkünlüyü məsələsinə baxa bilər. Apellyasiya şikayətinə dair yazılı etirazın dəlillləri: Apellyasiya şikayətinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində olan ümumi stajı qeyri-düzgün olaraq 19 il 01 ay olaraq hesablanmışdır. Belə ki, ərizəyə əlavə etdiyi İT-1 ******* nömrəli xx.xx.1981-ci il tarixli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1980-ci ildən xx.xx.1981-ci ilədək ”26 Bakı Komissarları adına Topoqrafiyada” korrektor, xx.xx.1981-ci il tarixdən xx.xx.1986-cı il tarixinədək Azərbaycan Elmi Tədqiqat İnstitutunda Azərbaycan dilinin tədrisi metodikası bölməsində laborant, xx.xx.1986-cı il tarixdən xx.xx.1994-cü il tarixədək pedaqogika nəzəriyyəsi və tarixi şöbəsində kiçik elmi işçi, xx.xx.1994-cü il tarixindən xx.xx.2000-ci il tarixinədək həmin şöbədə böyük elmi işçi, xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixinədək "xxxx" firmasının nəzdində Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda müəllim işləmişdir. Bundan əlavə Abşeron Rayon Təhsil Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 27(l)-27(6)-164/l8 №-li arayışın notarial qaydada təsdiqlənmiş surəti, ali təhsil diplomunun notarial qaydada təsdiq olunmuş surəti, İİİB firmasının işə qəbul edilmə və işdən çıxma barədə əmrləri, İİİB Firmasının nəzdində olan Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutundan verilmiş arayış, əməkhaqqı cədvəllərindən və iddia ərizəsinə əlavə etdiyi digər sənədlərdən görünür ki, elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində olan ümumi stajı 27 il 04 ay təşkil edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X12 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********031500 №-li məktubunun surətindən görünür ki, xx.xx.2022-ci il tarixə olan uçot baza məlumatlarına əsasən "xxxx" firmasının fəaliyyət növü “Təhsil sahəsində yardımçı fəaliyyət” (kod:85600) kimi qeyd edilmişdir. Cavabdeh iddia edir ki, əmək kitabçasının surətinə əsasən elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində ümumi iş stajı qanunla tələb olunan müddətdən (25 ildən) az olduğu üçün ona həmin təqaüdün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndərilmiş sorğuya cavab məktubunda İİİB Firmasının nəzdində olan Beynəlxalq İxtiraçılıq və Biznes İnstitunun təhsil müəssisəsi sayılıb-sayılmaması barədə dəqiq məlumat verilməmişdir. Bununla əlaqədar qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 05-11-25/2 №-li məktubundan görünür ki, İİB Firmasının nəzdində olan Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunun dövlət qeydiyyatına alınmış Nizamnamə və Əsasnaməsində bu şərtləri ödəyən bəndlər olduğu halda bu institut elmi müəssisə və təşkilat və ya təhsil müəssisəsi sayıla bilər. "xxxx" firmasının Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutu struktur bölməsi haqqında xx.xx.1998-ci il tarixli Əsasnamənin surətindən görünür ki, BİBİ təlim-tədris xarakteri daşıyır, qısamüddətli kurslarda tədrisi həyata keçiri, bazar iqtisadiyyatının ən mühüm peşələrinə yiyələnməkdə əhaliyə köməklik göstərir. BİBİnin tədris və pedaqoji fəaliyyəti müəssisənin Nizamnaməsi və bu Əsasnamə ilə nəzərdə tutulmuş məqsəd və vəzifələrə uyğundur. Məhkəmənin qeyd etdiyi kimi, xx.xx.2000-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək müəllim işlədiyi "xxxx" firması “X1 Business) təhsil sahəsində yardımçı fəaliyyət göstərməklə tədris və pedaqoji fəaliyyətlə məşğul olduğundan həmin müəssisədə işlədiyi dövr elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrindəki ümumi iş stajına daxil edilir. Bundan əlavə cavabdeh qeyd edir ki, İİB Firmasının nəzdində olan Beynəlxalq İxtiraçılıq və Biznes İnstitunun təhsil müəssisəsi sayılıb-sayılmaması barədə dəqiq məlumat verilməyib. X3 və Biznes İnstitutu məhkəməyə ünvanlanan məktublardan da göründüyü kimi, tədris və pedaqoji fəaliyyətlə məşğul olur və buradakı işləmə dövrü ümumi staja daxil edilir. "xxxx" Firması ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi arasında birgə fəaliyyət haqqında 30 mart 2017-ci il tarixli müqavilə bağlanılmışdır. Müqaviləyə əsasən, təhsil alan şagirdlərin vaxtının səmərəli təşkili, müxtəlif peşə vərdişlərinin formalaşdırılması üçün dərnəklərin, məşğələlərin, habelə digər tədbirlərin həyata keçirilməsi üçün birgə fəaliyyət göstərirlər. Müqavilənin məzmunundan göründüyü kimi "xxxx" firması təhsil sahəsində fəaliyyət göstərən müəssisə hesab edilə bilər. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Odur ki, cavabdehin iddiaları əsassızdır və yalnız qəbul olunan Qərarın icrasını gecikdirmək məqsədi daşıyır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (həyat yoldaşı) Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2022-ci il tarixdir. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası iddianın vaxtında verildiyini nəzərə alaraq hesab edir ki, iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “25 il təhsil sahəsində çalışmış şəxs kimi ona xx.xx.2021-ci il tarixindən Azərbaycan Respublikasının Prezidenti təqaüdünün təyin edilməsi və həmin tarixdən ödənilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən ümumi iş stajının qanunda nəzərdə tutulmuş 25 ildən az, yəni 19 il 1 ay olması əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində ümumi stajının 25 ildən artıq (25 il 4 ay 18 gün) olmasına, pedoqoji elmlər namizədinin alimlik dərəcəsi olmasına, xx.xx.2021-ci il tarixdən işləmədiyindən və əmək pensiyaçısı olduğundan ona “Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, 1229 №-li Azərbaycan Respublikasının Prezidentinin Fərmanının tətbiq edilməsindən cavabdeh inzibati orqanın imtinasının qanunsuz olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnməsinə istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2020-ci il tarixli, 1229 №-li Fərmanının 1-ci hissəsinə əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilməsi və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat müəyyən olunmuşdur. Həmin Fərmanının 2.1-ci hissəsinə əsasən 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə verilir. Həmin Fərmanının 2.2-ci hissəsinə əsasən dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir. Həmin Fərmanının 4-cü hissəsinə əsasən bu Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir. “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1229 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2021-ci il tarixli, 1494 №-li Fərmanı ilə “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1229 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 12 (İ kitab), maddə 1491) 1-ci hissəsində “200” rəqəmləri “300” rəqəmləri ilə, “120” rəqəmləri “200” rəqəmləri ilə əvəz edilmiş, Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir. İş materiallarında olan X1 Business tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, Əliyeva (Axundova) Arzu Soltansəlim qızının əmək kitabçasında qeyd olunan İİB Firmasının nəzdində olan Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda əmr xx.xx.2000-ci il tarixində müəllim olaraq işə qəbul olunmuşdur və işləmişdir. Əmr xx.xx.2006-cı il tarixində işdən öz xahişi ilə azad edilmişdir. Əliyeva (Axundova) Arzu Soltansəlinı qızına xx.xx.2000-ci il tarixindən xx.xx.2005-ci il tarixinə qədər əmək haqqı olaraq maaş verilmişdir. Əmək haqqı cədvəli arayışa əlavə edilir. xx.xx.2006-cı ildən xx.xx.2006-cı ilə qədər dövrdə əvəzləmədə gözlədiyi üçün maaş verilməmişdir. "xxxx" fırmasının xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Beynəlxlaq İxtiraçılıq və Biznes İnstitutu Azərbaycan Respublikasının ən böyük qısamüddətli təlim təşkilatlarından biridir və 1990-cı ildən fəaliyyət göstərir. Beynəlxlaq İxtiraçılıq və Biznes İnstitutu ali məktəb deyil və yalnız qısamüddətli təlim ilə məşğul olur. İnstitut əhaliyə qırxdan artıq müxtəlif kurslar təklif edir. Beynəlxlaq İxtiraçılıq və Biznes İnstitutu-"xxxx" fırmasının nəzdində işləyir və Ədliyyə Nazirliyində qeyd olunmuşdur (Şəhadətnamə №10741, 06 iyul 1994-cü il, "xxxx" firması). "xxxx" fırmasının Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutu struktur bölməsi haqqında xx.xx.1998-ci il tarixli Əsasnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, BİBİ təlim-tədris xarakteri daşıyır, qısamüddətli kurslarda tədrisi həyata keçirir, bazar iqtisadiyyatının ən mühüm peşələrinə yiyələnməkdə əhaliyə köməklik göstərir. BİBİ-nin tədris fəaliyyəti əhali arasında bazar iqtisadiyyatının müassir peşələri sahəsində ən mühüm bilik bə bacarıqların yayılmasına, o cümlədən əhalinin cəmiyyətdə real tələbat olan peşələri sahəsində ən mühüm bilik və bacarıqların yayılmasına, o cümlədən əhalinin cəmiyyətdə real tələbat olan peşələrə tez bir zamanda yönəltmək yolu ilə sosial gərginliyi azaltmağa yönəldilib. BİBİ: əhalinin qısa müddətdə öyrədilməsi üzrə tədris planlarının, proqramlarının və dərsliklərin işlənilib hazırlanmasına yardımçı olur; fərdi və qrup şəklində təhsil kursları təşkil edir, birinci dərəcəli müəllimlərin seçiminə, hazırlanmasına və professional artımına köməklik göstərir. BİBİ-nin tədris və pedoqoji fəaliyyəti müəssisənin Nizamnaməsi və bu Əsasnamə ilə nəzərdə tutulmuş məqsəd və vəzifələrinə uyğundur. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış 05- 11-25/12 saylı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının “Elm haqqında" Qanununa əsasən elmi müəssisə və təşkilat - elm və elmi-texniki fəaliyyətlə məşğul olan, elmlə təhsilin vəhdətini təmin edən hüquqi şəxsdir. Azərbaycan Respublikasının “Təhsil haqqında" Qanuna əsasən təhsil müəssisəsi - müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurumdur. İİİB Firmasının nəzdində olan Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunun dövlət qeydiyyatına alınmış Nizamnamə və ya Əsasnaməsində bu şərtləri ödəyən bəndlər olduğu halda bu institut elmi müəssisə və təşkilat və ya təhsil müəssisəsi sayıla bilər. İş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergii Xidməti Bakı şəhəri X12 üzrə Baş İdarəsinin **********031500 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçının xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixə qədər işlədiyi "xxxx" fırmasının fəaliyyət növünün “Təhsil sahəsində yardımçı fəaliyyət” (kod:85600) kimi qeyd edildiyi bildirilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixə qədər işlədiyi "xxxx" fırmasını təhsil müəssisəsi kimi nəzərə aldığı üçün iddiaçının tələbinin təmin olunması qənaətinə gəlmişdir. Lakin həmin qərardan narazı qalan cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərinə görə cavabdeh orqan həmin məsələni, yəni iddiaçının qeyd olunan dövrdə işlədiyi müəssisənin məhz təhsil müəssisəsi olduğunu mübahisələndirmişdir. Bununla bağlı hazırki işin apellyasiya baxışı zamanı iddiaçının xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixə qədər işlədiyi "xxxx" fırmasının nəzdində olan Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunun təhsil sahəsində yardımçı fəaliyyət göstərməsinin onun təhsil müəssisəsinin olub-olmamasına əsas verib-verməməsi barədə məhkəməyə məlumat verilməsi ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinə məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən məhkəməyə daxil olmuş məktubda qeyd edilmişdir ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.47-ci maddəsinə əsasən təhsil müəssisəsi- müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurumdur. Həmin Qanunun 16.5ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisəsinin fəaliyyətinə hüquqi təminat verilir. İİB firmasının nəzdində olan Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutu barədə Nazirlikdə hər hansı məlumat aşkar edilməmişdir. Beləliklə, hazırki işdə iddiaçının xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixə qədər işlədiyi "xxxx" fırmasının nəzdində olan Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutu özünün verdiyi arayışlardan və Əsasnaməsindən də göründüyü kimi, ali məktəb deyil, qısamüddətli təlim ilə məşğul olur, əhaliyə qırxdan artıq müxtəlif kurslar təklif edir. Həmin müəssisənin Əsasnaməsində onun təhsil müəssisəsi kimi fəaliyyət göstərməsi və “Təhsil haqqında” Qanunun 1.0.47-ci maddəsinə əsasən müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurum (təhsil müəssisəsi) olması barədə hər hansı müddəa öz əksini tapmamışdır. Əksinə, vergi orqanının sorğuya cavabına əsasən "xxxx" fırmasının fəaliyyət növü “Təhsil sahəsində yardımçı fəaliyyət” (kod:85600) kimi qeydə alınmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixə qədər işlədiyi "xxxx" fırmasının nəzdində olan Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutu təhsil müəssisəsi olmadığından qeyd olunan dövrlər iddiaçının təhsil müəssisəsində işlədiyi müddət kimi nəzərə alına bilməz. Beləliklə, iddiaçı ona 25 ildən çox təhsil müəssisəsində işləyən şəxs kimi Prezident təqaüdünün təyin edilməli olduğunu əsaslandıra bilməmişdir. Cavabdeh inzibati orqan isə iddiaçının yuxarıda qeyd olunan dövrdə işlədiyi müəssisənin təhsil müəssisəsi olmadığı səbəbindən iddiaçıya onun istinad etdiyi əsasla təqaüd təyin edilməsi tələbinin əsassız olduğunu tam sübuta yetirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən ona müvafiq təqaüdün təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmədiyindən onun iddiası əsassızdır və təmin oluna bilməz. Lakin göründüyü kimi, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini bu qərarın əsaslandırıcı hissəsində göstərilən məsələləri yoxlamadan təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinin tələbinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırki işdə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə zəruri araşdırma aparılmadığından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5460/2022 saylı 20 iyul 2022-ci il tarixli qərarı ləğv edilməli və iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5460/2022 saylı 20 iyul 2022-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-516/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-516/2023
19.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver