Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-516/2024 31.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı "yeni məlumat vərəqinin göndərilməsi" tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1N Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X6 ibarət tərkibdə, X10-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı "yeni məlumat vərəqinin göndərilməsi" tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin N- 1(11N)-616/N0N3 saylı 1N iyun N0N3-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 31 yanvar N0N4-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan Nəhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı ərizə ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə müraciət edərək, N014-N017-ci illərdə (X7 Bölməsinin baş zabiti vəzifəsində olduğu müddət) sərhəd məntəqələrində olduğu ezamiyyət günlərinin Nazirlər Kabinetinin N3 noyabr 199Nci il tarixli 631 nömrəli qərarının N-ci bəndinin “b” yarımbəndinin tələblərinə müvafiq qaydada güzəştli xidmət illərinə hesablanaraq ƏƏSMN yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına yeni məlumat vərəqinin göndərilməsi üçün göstəriş verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış 10/113 nömrəli, xx.xx.N0N1-ci il tarixli imtina məktubunda bildirmişdir ki, onun xidmət etdiyi N nömrəli hərbi hissə tərəfindən Silahlı Qüvvələrin ehtiyatına buraxılmağı ilə əlaqədar hərbi hissə komandirinin N dekabr N017-ci il tarixli 0N90 nömrəli əmrinin N-ci paraqrafına əlavə və dəyişikliyin edilməsi haqqında əmrindən çıxarış Maliyyə Plan İdarəsinə təqdim edildikdən sonra 16 iyul N0N1-ci il tarixdə 10/713m nömrəli məktubla istifadə etmədiyi məzuniyyət günləri, yəni 45 gün təqvim illərinin üzərinə əlavə olunaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat İdarəsinə təqdim olunmuşdur. Sərhəd zastavasında xidmət etdiyi dövr xidmətin bir ili ay yarım sayılmaqla güzəştli xidmət illəri kimi hesablanmışdır. Daha sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, N014-N017-ci illərdə Dövlət Sərhədinin baş zabiti vəzifəsində xidmət keçdiyi dövr ərzində sərhəd zastavalarında olduğu ezamiyyət günlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin N3 noyabr 199N-ci il tarixli 631 nömrəli Qərarının N-ci bəndinin “b” yarımbəndinə müvafiq qaydada (1 ayı ay yarım hesablanmaqla) güzəştli xidmət illərinə əlavə olunmaqla hesablanaraq yeni məlumat vərəqinin ƏƏSMN yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, DSX-nın təqdim etdiyi 100 gün ezamiyyət günlərinin ümumi xidmət ilinə 50 gün əlavə edilməklə hesablanaraq yeni məlumat vərəqinin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizə icraata qəbul edilmişdir. Məhkəmənin 13 yanvar N0NN-ci il tarixli, N-1(11N)-4990/N0NN saylı qərardadı ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, o, təqvim ili NN il 4 ay 6 gün, güzəştli şərtlərlə (imtiyazlı) isə ümumilikdə N9 il 11 ay 14 gün olmaqla hərbi xidmət dövrü keçmiş və N dekabr N017-ci il tarixdə (əmr № 0N90) Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. N014-cü ilin dekabr ayından N017-ci ilin dekabr ayınadək N nömrəli hərbi hissənin (Xudat SD) X7 Bölməsinin baş zabiti vəzifəsində xidmət etmişdir. N014-N017-ci illər ərzində hərbi hissə rəhbərliyinin əmri əsasında (nizami hissə üzrə əmrlər məhv edilmir) sərhəd zastavalarında uzunmüddətli ezamiyyətlərdə (səyyarsərhəd məntəqələrinə rəhbərlik, gənc əsgərlərin xidmətə alışdırılması, sərhəd zastavalarının gücləndirilməsi - dövlət səviyyəli tədbirlərin keçirilməsi zamanı və dövlət sərhədində əməliyyat şəraitinin gərginləşməsi ilə əlaqədar, tibb müəssisələrində müalicə alan və məzuniyyətə buraxılmış sərhəd zastavası rəislərinin əvəz edilməsi) olmuşdur. Lakin ehtiyata buraxılarkən qanunvericiliyin tələblərinə zidd olaraq onun sərhəd zastavalarındakı ezamiyyət günləri güzəştli xidmət illəri kimi hesablanmamışdır. Hərbi xidmətlə bağlı məsələlərin həll edilməsi üçün istifadə etmədiyi növbəti məzuniyyətin ona pul kompensasiyası şəklində ödənilmiş 45 günü, həmçinin sərhəd zastavalarında olduğu ezamiyyət günlərinin qanunvericiliyin tələblərinə müvafiq qaydada xidmət illərinə əlavə olunmaqla hesablanaraq yeni məlumat vərəqinin ƏƏSMNnin yanında DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsinə dair NN sentyabr N0N1-ci il tarixdə (DSX-nin ünvanına çatma xx.xx.N0N1) Dövlət Sərhəd Xidmətinə müraciət ünvanlamış, müraciəti dolayı yolla cavablandırılmışdır. Belə ki, o, müraciətində sərhəd zastavalarında ştat üzrə vəzifələrdə keçdiyi dövr üzrə hesablamanın aparılmasını deyil, N014-cü ilin dekabr ayından N017-ci ilin dekabr ayınadək N005 N-li hərbi hissənin (Xudat SD) X7 Bölməsinin baş zabiti vəzifəsində xidmət edərkən sərhəd zastavalarında hərbi hissə rəhbərliyinin əmri əsasında ezamiyyətdə olduğu günlərin güzəştli (imtiyazlı) xidmət dövrü kimi (bir ayı ay yarım hesablanmaqla) xidmət illərinə əlavə edilməklə həmin əlavələrin pensiyasının hesablanması üçün ƏƏSMN DSMF XŞTİ-nə yeni məlumat vərəqinin göndərilməsini xahiş etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N3 noyabr 199N-ci il tarixli 631 nömrəli Qərarının N-ci bəndinin b yarımbəndində ezamiyyət günlərinin 1 ayının ay yarım hesablanması nəzərdə tutulmamışdır. Sözügedən Qərar daimi xidmət yeri zastava və komendaturalarda (xidməti əmrlə rəsmiləşdirilən) olan hərbi qulluqçulara şamil edilir. İddiaçı xx.xx.1999-xx.xx.N014-cu illərdə müxtəlif zastava və komendaturalarda xidmət etmiş və həmin xidmət illəri yuxarıda adı çəkilən qərarın N-ci bəndinin “b” yarımbəndinə əsasən, 1 ayı ay yarım hesablanmışdır. Çünki həmin tarixlərdə İddiaçı daimi xidmət yeri (müvafiq əmrlə rəsmiləşdiyi üçün) zastava və komendaturalar olmuşdur. Lakin hazırkı məhkəmə mübahisəsi üzrə sabiq hərbi qulluqçu İddiaçı iddia ərizəsində qeyd etdiyi N014- N017-ci illərdə sərhəd zastavalarında daimi xidmət etməmiş və daimi xidməti müvafiq əmrlərlə rəsmiləşdirilməmişdir. Əksinə N014-N017-ci illərdə onun daimi xidmət yeri Xudat Sərhəd (N nömrəli hərbi hissə) dəstəsində X7 bölməsinin baş zabiti vəzifəsində olmuşdur. Adıçəkilən vəzifə isə AR Nazirlər Kabinetinin N3 noyabr 199N-ci il tarixli 631 nömrəli Qərarının N-ci bəndinin b yarım bəndinin təsir dairəsinə düşmür. İddiaçı müvafiq əmrlərlə sərhəd zastavalarına qısa müddətə ezam edilmişdir. İddiaçının sərhəd zastavalarına ezam olunduğu günlərin 1 ayı ay yarım hesablanmaqla güzəştli xidmət illərinə əlavə olunması barədə inzibati aktın qəbul edilməsi tələbinə dair iddiası üzrə, həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin İddiaçı həmin aktın qəbul edilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. 18 yanvar N01N-ci il il tarixli, Q-01 nömrəli X4 1-ci bəndinə əsasən, dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra-təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Həmin Qaydaların 9-cu bəndinə əsasən, ezamiyyətdə olduğu vaxt, o cümlədən yolda olduğu vaxt üçün ezam olunan işçinin əsas iş yeri (vəzifəsi) və orta əmək haqqı saxlanılır. Qeyd olunanlara əsasən iddiaçının tələbi əsassızdır. Üçüncü şəxsin etirazları: İş üzrə üçüncü şəxs tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən iddiaçının xx.xx.N017-ci il tarixdə tərxis olunmağına dair xx.xx.N018-ci il tarixli 001598 nömrəli məlumat vərəqəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (bundan sonra İdarə) ünvanlanmış, qeyd edilmiş məlumat vərəgəsində onun NN il 04 ay 05 gün təqvim, 7 il 7 ay 10 gün güzəştli xidmət müddətindən ibarət cəmi N9 il 11 ay 15 gün göstərilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən - "hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur". Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5 maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N007-ci il N7 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına" əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 38.1-ci maddəsinə əsasən - "əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur". Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin N-1(11N)-616/N0N3 saylı 1N iyun N0N3-cü il tarixli qərarı ilə iddianın təmin edilərək, İddiaçı N015-N016-cı illərdə 100 gün sərhəd zastavalarında ezamiyyətdə olmaqla xidmət etdiyi müddətin güzəştli şərtlərlə uzun müddət xidmətə daxil edilməsi və hərbi xidmət müddəti və təminat xərcliyi barədə yeni məlumat vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazırliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin N3 noyabr 199N-ci il tarixli, 631 nömrəli qərarında xidmət illərinin güzəştli hesablanmasına dair müddəalar aşağıdakı kimi qeyd olunmuşdur: Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: b) xidmətin bir ayı ayyarım sayılmaqla: sərhəd mühafizəsi orqanlarının zastava və komendaturalarında, respublikanın dövlət sərhədində onlara bərabər tutulan bölmələrdə (sərhəd postlarında, texniki nəzarət postlarında, nəzarət radiostansiyalarında və sərhəd nəzarəti məntəqələrində). Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N3 noyabr 199N-ci il tarixli 631 nömrəli Qərarının N-ci bəndinin "b” yarımbəndində ezamiyyət günlərinin 1 ayının ayyarım hesablanması nəzərdə tutulmamışdır. Sözügedən Qərar daimi xidmət yeri zastava və komendaturalarda (xidməti əmrlə rəsmiləşdirilən) olan hərbi qulluqçulara şamil edilir. İddiaçı xx.xx.1999-xx.xx.N014-cu illərdə müxtəlif zastava və komendaturalarda xidmət etmiş və həmin xidmət illəri yuxarı adıçəkilən qərarın N-ci bəndinin “b” yarımbəndinə əsasən, 1 ayı ayyarım hesablanmışdır. Çünki həmin tarixlərdə İddiaçı daimi xidmət yeri (müvafiq əmrlə rəsmiləşdiyi üçün) zastava və komendaturalar olmuşdur. Lakin hazırkı məhkəmə mübahisə üzrə sabiq hərbi qulluqçu İddiaçı iddia ərizəsində qeyd etdiyi N014-N017-ci illərdə sərhəd zastavalarında daimi xidmət etməmiş və daimi xidməti müvafiq əmrlərlə rəsmiləşdirilməmişdir. Əksinə N014-N017-ci illərdə onun daimi xidmət yeri Xydat Sərhəd (N nömrəli hərbi hissə) dəstəsində X7 bölməsinin baş zabiti vəzifəsində olmuşdur. Adıçəkilən vəzifə isə AR Nazirlər Kabinetinin N3 noyabr 199Nci il tarixli 631 nömrəli Qərarının N-ci bəndinin “b” yarımbəndinin təsir dairəsinə düşmür. İddiaçı müvafiq əmrlərlə sərhəd zastavalarına qısa müddətə ezam edilmişdir. Bundan başqa İPM-nin 14.3-cü maddəsində əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Göründüyü kimi, iddiaçının sərhəd zastavalarına ezam oldunğu günlərin 1 ayı ayyarım hesablanmaqla güzəştli xidmət illərinə əlavə olunması barədə inzibati aktın qəbul edilməsi tələbinə dair iddiası üzrə, həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin İddiaçı həmin aktın qəbul edilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. 18 yanvar N01N-ci il il tarixli, Q-01 nömrəli X4 1-ci bəndinə əsasən, dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonratəşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Həmin Qadyaların 9-cu bəndinə əsasən, ezamiyyətdə olduğu vaxt, o cümlədən yolda olduğu vaxt üçün ezam olunan işçinin əsas iş yeri (vəzifəsi) və orta əmək haqqı saxlanılır. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin N3 noyabr 199N-ci il tarixli, 631 nömrəli qərarının N-ci bəndinin “b” yarımbəndində nəzərdə tutulan zastava və komendaturalarda, respublikanın dövlət sərhədində onlara bərabər tutulan bölmələrdə (sərhəd postlarında, texniki nəzarət postlarında, nəzarət radiostansiyalarında və sərhəd nəzarəti məntəqələrində) xidmətin 1 ayının ayyarım hesablanmasının həmin strukturlarda daimi xidmət edərək bilavasitə xidməti vəzifələri icra edən (müvafiq əmrlə rəsmiləşdirilməklə) hərbi qulluqçulara yaxud adıçəkilən strukturlara ezam edilən hərbi qulluqçulara şamil olunub-olunmamasına dair şərh verilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edilməsi ilə baqlı Bakı İnzibati Məhkəməsi qarşısında vəsatət qaldırılsa da, məhkəmə həmin vəsatəti təmin etməmişdir. Qeyd olunan halları Məhkəmə düzgün araşdırmayaraq maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. Bununla da həmin hallar Dövlət Sərhəd Xidmətinin qanuni maraqları və mənafelərinə xələl gəlməsinə səbəb olmuşdur. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.N0N4-ci il tarixdə keçirilmiş məhkəmə iclasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üçüncü şəxs statusu ləğv edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8N-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçı hazırki tələblə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən xx.xx.N0N1-ci il tarixli məktubla onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı xx.xx.N0NN-ci il tarixdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən imtina məktubunun nə vaxt alınmasını müəyyən etmək olmur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.N-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.N-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı tələbi “DSX-nın təqdim etdiyi 100 gün ezamiyyət günlərinin ümumi xidmət ilinə 50 gün əlavə edilməklə hesablanaraq yeni məlumat vərəqinin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Sonradan o, məhkəməyə müraciət etmiş və onun iddiası təmin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasının təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. İş materiallarında olan xx.xx.N015-ci il tarixli 034 nömrəli Əmrdən çıxarışdan görünür ki, dövlət sərhədinin mühafizə bölməsinin baş zabiti mayor İddiaçı 09 fevral N015ci il tarixdən 10-cu sərhəd zastavasına ezamiyyətə getmiş hesab edilmiş, xx.xx.N015-ci il tarixli 050 nömrəli Əmrə əsasən dövlət sərhədinin mühafizə bölməsinin baş zabiti mayor İddiaçı N7 fevral N015-ci il tarixdən 10-cu sərhəd zastavasından ezamiyyətdən qayıtmış hesab edilmişdir; xx.xx.N015-ci il tarixli 056 nömrəli Əmrə əsasən İddiaçı 06 mart N015-ci il tarixdən 7-1N-ci sərhəd zastavalarına ezamiyyətə getmiş hesab edilmiş, xx.xx.N015-ci il tarixli 061 nömrəli Əmrə əsasən 1N mart N015-ci il tarixdən 7-1N-ci sərhəd zastavalarından ezamiyyətdən qayıtmış hesab edilmişdir; xx.xx.N015-ci il tarixli 01N0 nömrəli Əmrə əsasən İddiaçı N0 may N015-ci il tarixdən Ənix səyyar sərhəd məntəqəsinə ezamiyyətə getmiş hesab edilmiş, 30-xx.xx.N015-ci il tarixli 01N9 nömrəli Əmrə əsasən N0 may N015-ci il tarixdən Əlix səyyar sərhəd məntəqəsindən ezamiyyətdən qayıtmış hesab edilmişdir; xx.xx.N015-ci il tarixli 0139 nömrəli Əmrə əsasən İddiaçı 11 iyun N015-ci il tarixdən 3-cü sərhəd zastavalarına ezamiyyətə getmiş hesab edilmiş, xx.xx.N015-ci il tarixli 0154 nömrəli Əmrə əsasən İddiaçı N9 iyun N015-ci il tarixdən 3-cü sərhəd zastavasından ezamiyyətdən qayıtmış hesab edilmişdir; xx.xx.N015-ci il tarixli 0184 nömrəli Əmrə əsasən 6-cı sərhəd zastavası rəisinin müavini kapitan X13 xx.xx.N015-ci il tarixdən xx.xx.N015-ci il tarixədək N0 gün müddətinə məzuniyyətə getmiş hesab edilmiş və X13 məzuniyyətdə olduğu müddətdə sərhəd zastavasının rəisi vəzifələrinin müvəqqəti icrası dövlət sərhədinin mühafizə bölməsinin baş zabiti mayor İddiaçı həvalə edilmişdir; xx.xx.N016-cı il tarixli 061 nömrəli Əmrə əsasən baş zabiti mayor İddiaçı 11 mart N016-cı il tarixdən 10-cu sərhəd zastavasına ezamiyyətə getmiş hesab edilmiş, xx.xx.N016-cı il tarixli 064 nömrəli Əmrə əsasən 15 mart N016-cı il tarixdən 10-cu sərhəd zastavasından ezamiyyətdən qayıtmış hesab edilmişdir; N6-xx.xx.N016-cı il tarixli 074 nömrəli Əmrə əsasən İddiaçı N6 mart N016-cı il tarixdən 5-ci sərhəd zastavasına ezamiyyətə getmiş hesab edilmiş, xx.xx.N016-cı il tarixli 077 nömrəli Əmrə əsasən 30 mart N016-cı il tarixdən 5-ci sərhəd zastavasından ezamiyyətdən qayıtmış hesab edilmişdir; xx.xx.N016-cı il tarixli 096 nömrəli Əmrə əsasən İddiaçı N1 aprel N016-cı il tarixdən N-ci sərhəd komendantlığı və 7-1N-ci sərhəd zastavalarına ezamiyyətə getmiş hesab edilmiş, xx.xx.N016-cı il tarixli 0101 nömrəli Əmrə əsasən N7 aprel N016-cı il tarixdən N-ci sərhəd komendantlığı və 7-1N-ci sərhəd zastavalarından ezamiyyətdən qayıtmış hesab edilmişdir; xx.xx.N016-cı il tarixli 0160 nömrəli Əmrə əsasən İddiaçı 05 iyul N016- cı il tarixdən 6-cı sərhəd zastavasına ezamiyyətə getmiş hesab edilmiş, xx.xx.N016-cı il tarixli 0165 nömrəli Əmrə əsasən 10 iyul N016- cı il tarixdən 6-cı sərhəd zastavasından ezamiyyətdən qayıtmış hesab edilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N005 saylı hərbi hissə komandirinin nizami hissə üzrə xx.xx.N017-ci il tarixli 0N90 nömrəli Əmrin çıxarışından görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqında” Arərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq dövlət sərhədinin mühafizə bölməsinin baş zabiti mayor İddiaçı Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması ilə əlaqədar N dekabr N017-ci il tarixdən etibarən şəxsi heyətin siyahısından və bütün növ təminat normalarından çıxarılmış, hərbi qeydiyyata götürülməsi üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon idarəsinə göndərilmişdir. Mayor İddiaçı N dekabr N017-ci il tarixə xidmət illəri: təqvimi: NN il, 04 ay, 06 gün; güzəştli: 07 il, 07 ay, 08 gün; cəmi: N9 il, 11 ay, 14 gün olmuşdu. Mayor İddiaçı N017-ci ilin hesabına növbəti məzuniyyətdən tam istifadə etmişdir. N017-ci ildə nəzərdə tutulmuş maddi yardım və məzuniyyət müavinətini almışdır. 01 yanvar N017-ci il tarixdən N dekabr N017-ci il tarixədək birdəfəlik pul mükafatını tam həcmdə 100 % almağa layiqdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin xx.xx.N0N3-cü il tarixli 16/60N8m nömrəli məktubundan görünür ki, ehtiyatda olan mayor İddiaçı xx.xx.1995-xx.xx.1999-cu il tarixlərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində kursant, xx.xx.1999-xx.xx.1999-cu il tarixlərdə Bakı ABKM-ni “Taktiki –sərhəd qoşunlarının komandiri ixtisası üzrə bitirdiyi üçün MTN SQ Komandanının sərəncamına göndərilib, xx.xx.1999-xx.xx.N000-ci il tarixlərdə MTN SQBİ N-ci sərhəd dəstəsi (N007 №-li h/h) 17-ci sərhəd zastavası rəisinin müavini, xx.xx.N000-xx.xx.N003-cü il tarixlərdə MTN SQBİ N-ci sərhəd dəstəsi (N007 №-li h/h) NN-ci sərhəd zastavası rəisinin müavini, xx.xx.N003xx.xx.N003-cü il tarixlərdə DSX rəisi-SQ Komandanının sərəncamında (Təşkilat-ştat dəyişikliyi ilə əlaqədar), xx.xx.N003-xx.xx.N004-cü il tarixlərdə DSX 6-cı sərhəd dəstəsi 13cü sərhəd zastavasının rəisi, xx.xx.N004-xx.xx.N007-ci il taixlərdə DSX 6-cı sərhəd dəstəsi 13-cü sərhəd zastavasının rəisi (Ştat dəyişikliyi ilə əlaqədar), xx.xx.N007-xx.xx.N008-ci il tarixlərdə DSX 6-cı sərhəd dəstəsi 13-cü sərhəd zastavasının rəisi (Ştat dəyişikliyi ilə əlaqədar), xx.xx.N008-xx.xx.N009-cu il tarixlərdə DSX 6-cı sərhəd dəstəsi 13-cü sərhəd zastavasının rəisi, xx.xx.N009-xx.xx.N011-ci il tarixlərdə DSX 5-ci sərhəd dəstəsi 3-cü sərhəd komendantlığı komendantının birinci müavini-qərargah rəisi, xx.xx.N011xx.xx.N014-cü il tarixlərdə DSX 5-ci sərhəd dəstəsi N-ci sərhəd komendantlığı komendantının birinci müavini-qərargah rəisi, xx.xx.N014-xx.xx.N017-ci il tarixlərdə DSX 5-ci sərhəd dəstəsi X7 bölməsinin baş zabiti vəzifələrində işləmişdir. 18 yanvar N018-ci il tarixə təqvimi xidmət illəri – NN il, 05 ay, N0 gün; güzəştli xidmət illəri 07 il, 07 ay, 17 gün; ümumi xidməti illərinin cəmi 30 il, 01 ay, 07 gün təşkil etmişdir. İşdə olan xx.xx.N0N1-ci il tarixli, 001598 nömrəli Hərbi qulluqçunun pensiya təminatı üzrə məlumat vərəqindən görünür ki, İddiaçı təqvim illəri üzrə stajı NN il 05 ay N0 gün, güzəştli xidmət illəri 7 il 7 ay 10 gün olmaqla cəmi stajı 30 il 1 ay müəyyən edilmişdir. İddiaçı xx.xx.N018-ci il tarixdə öz arzusu ilə ehtiyata buraxılmışdır. İddiaçının təminat xərcliyi - vəzifə maaşı 575 manat, rütbə maaşı 150 manat, xidmət illərinə görə əlavə N5% olmaqla 181.N5 manat, ərzaq payı əvəzinə kompensasiya 64 manat, sərhəd qoşunlarında xidmətə görə 10% olmaqla 57.50 manat, məharət dərəcəsinə görə N5% olmaqla 143,75 manat, cəmi 1 171.50 manat təşkil etmişdir. Həmin məlumat vərəqinə əsasən iddiaçıya xx.xx.N017-ci il tarixdən təyin edilmiş pensiya məbləği AR ƏƏSMN tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” **********4 nömrəli, xx.xx.N0N1-ci il tarixli Qərarına əsasən yenidən hesablanmış, yenidən hesablanmış pensiya məbləği 89N,40 manat təşkil etmişdir. İddiaçı hazırda N015-N016-cı illərdə sərhəd zastavalarında ezamiyyətdə olduğu müddətin güzəştli hesablama ilə onun xidmət illərinə daxil edilməsini və yeni məlumat vərəqinin verilməsini xahiş edir. Birinci instansiya məhkəməsi “Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 18 yanvar N01N-ci il tarixli Q-01 saylı qərarı ilə təsdiq edilmiş “X8”nın 1-ci bəndinə əsasən dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra-təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsinin xidməti ezamiyyət sayılması”na istinad edərək, iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinin 1-ci abzasında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, gizirləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 3.3. Bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək N0 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular;. NN.4. Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 499 nömrəli NN dekabr N006-cı il tarixli Fərmanının N.3-cü bəndinə əsasən həmin Qanunun 1.0.3-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Prokurorluğu, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N007-ci il N7 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydaların 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun NN.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların N-ci hissəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Qanunvericiliyin qeyd edilən tələblərindən aydın görünür ki, hərbi qulluqçulara yaşa görə əmək pensiyası xidmət etdiyi orqanın tərtib etdiyi məlumat vərəqinə əsasən xidmətdən buraxıldığı günə aldıqları təminat xərcliyindən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N0NN-ci il N8 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.3cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin xidmət müddətinin (qulluq illərinin) hesablanması onların xidmət (qulluq) etdiyi orqanlara aid hissədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 199N-ci il N3 noyabr tarixli 631 nömrəli, “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydasının təsdiq edilməsi barədə” N004-cü il NN iyul tarixli 98 nömrəli, “Yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajının pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” N005-ci il 1 iyul tarixli 1N4 nömrəli, “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” N006-cı il 9 yanvar tarixli 4 nömrəli, “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin N00N-ci il 31 oktyabr tarixli 168 nömrəli qərarlarına uyğun olaraq həyata keçirilir. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 199N- ci il N3 noyabr tarixli 631 nömrəli qərarının 1-ci hissəsi ilə müəyən edilmişdir ki, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir: Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Dövlət Sərhəd Xidmətində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidmətində, Azərbaycan Respublikasının Strateji X5 Agentliyində zabit heyəti, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu vəzifələrində xidmət — vəzifəyə təyin olunma günündən. Həmin qərarın N-ci hissəsinə əsasən zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilmişdir: b) xidmətin bir ayı ayyarım sayılmaqla: sərhəd mühafizəsi orqanlarının zastava və komendaturalarında, respublikanın dövlət sərhədində onlara bərabər tutulan bölmələrdə (sərhəd postlarında, texniki nəzarət postlarında, nəzarət radiostansiyalarında və sərhəd nəzarəti məntəqələrində). “Sərhəd mühafizə orqanları haqqında” Azərbaycan Respublikasının Qanununun 19cu maddəsinə əsasən sərhəd zastavası, sərhəd nəzarəti bölməsi, sərhəd gəmisi (kateri), radiotexniki post, sahil nəzarəti bölməsi, sərhəd hava gəmisi, əməliyyat-axtarış orqanının bölməsi, sərhəd mühafizə orqanlarının sahə müvəkkili Dövlət sərhədinin bilavasitə mühafizəsini həyata keçirən əsas bölmələrdir və qanunla səlahiyyət verilmiş vəzifəli şəxslərdən başqa heç kim onların xidməti və təsərrüfat fəaliyyətinə qarışa bilməz. Həmin Qanunun N0-ci maddəsinə əsaəsn sərhəd zastavası sərhəd dəstəsinin bölməsi olub ərazinin müəyyən sahəsində Dövlət sərhədinin bilavasitə mühafizəsini həyata keçirir. Sərhəd zastavası ona təhkim edilmiş sahədə, öz səlahiyyətinə daxil olmayan məsələlərdən başqa, sərhəd mühafizə orqanlarını və Dövlət sərhədində Azərbaycan Respublikasının mənafeyini təmsil edir. Sərhəd zastavasının rəisi sərhəd zastavasına təhkim edilmiş sahədə sərhəd mühafizə orqanlarının ali vəzifəli şəxsidir. Sərhəd zastavasına sıra nömrəsi verilir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, yuxarıda istinad olunan işin halları və maddi hüquq normalarına əsasən müəyyən edilir ki, sərhəd zastavalarında xidmətin güzəştli şərtlərlə uzun müddət xidmətə aid edilməsi, həmçinin iddiaçının N015-N016-cı illərdə cəmi yüz gün müvafiq sərhəd zastavalarına ezam olunması işin mübahisəsiz halıdır. Mübahisələndirilən hal isə iddiaçının N015-N016-cı illərdə daimi xidmət yerinin deyil, ezam yerinin sərhəd zastavası olması, buna görə də həmin müddətin güzəştli şərtlərlə uzun müddət xidmətə aid edilə bilməməsidir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 18 yanvar N01N-ci il tarixli Q-01 saylı qərarı ilə təsdiq edilmiş “X8”nın 1-ci bəndinə əsasən dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra-təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Normadan görünür ki, şəxs ezam edildiyi yerə müvafiq xidməti tapşırığı icra etmək məqsədilə gedir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N3 noyabr 199N-ci il tarixli, 631 nömrəli Qərarının N-ci hissəsi ilə müəyyən dövrlərin güzəştli şərtlərlə uzun müddət xidmətə aid edilməsi həmin vəzifələrin icrasının xüsusi çətinliyi, həyat və sağlamlığa yaranan təhlükə, xidməti şərait nəzərə alımaqla müəyyən edilmişdir. Qanunverici bununla həmin vəzifələri icra edən şəxsin xüsusi mürəkkəb şəraitdə (məsələn, respublikanın yüksək dağ yerlərində, su altında və barokameralarda yüksək təzyiq şəraitində, iqlim şəraiti xüsusilə ağır olan yerlərdə, döyüş şəraitində) xidmət keçməsini nəzərə olaraq ona əlavə təminat müəyyən etmişdir. Şəxsin həmin şəraitdə xidməti vəzifəsini icra etməsi həmin müddətin artıq güzəştli şərtlərlə uzun müddət xidmətə daxil edilməsi üçün əsasdır, bu zaman həmin xidməti yerinə yetirən şəxsin ezam olunması və ya əsas iş yerinin həmin vəzifə olması bu güzəştin müəyyən edilməsi üçün həlledici əhəmiyyət kəsb etmir. Belə ki, istər ezam olunmuş şəxs, istərsə də əsas iş yeri həmin vəzifə olan şəxs, hər biri eyni xidməti vəzifələri icra edərək, eyni çətinliyə məruz qalır (məsələn, dövlət orqanı döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən şəxsin ezam olunması əsası ilə onun xidmət müddətini güzəştli qaydada xidmətə daxil etməkdən imtina edə bilməz). Beləliklə, iddiaçının sərhəd zastavalarında xidmət keçdiyi müddət onun ezam olunmasında asılı olmayaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin N3 noyabr 199N-ci il tarixli, 631 nömrəli Qərarının N-ci hissəsinə əsasən güzəştli şərtlərlə uzun müddət xidmətə daxil edildiyindən İddiaçı N015-N016-cı illərdə 100 gün sərhəd zastavalarında ezamiyyətdə olmaqla xidmət etdiyi müddətin güzəştli şərtlərlə uzun müddət xidmətə daxil edilməsi və hərbi xidmət müddəti və təminat xərcliyi barədə yeni məlumat vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazırliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N.N.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 1N.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.N-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 8N-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin N-1(11N)-616/N0N3 saylı 1N iyun N0N3-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin N-1(11N)-616/N0N3 saylı 1N iyun N0N3-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-516/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-516/2024
31.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver