Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-5163/2025 06.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi və məruzəsilə, X2 və Ismayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı “Prezident təqaüdünün təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona "Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün" müraciət etdiyi tarixdən təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçının ərizəsi əsasında iş üzrə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X3 Institutunun Geofizika və Geologiya Idarəsinin tərkibində olduğu müddət ərzində Geofizika və Geologiya Idarəsində işlədiyi (# ###### 2006-## ###### 2012-ci il) dövrün əsas iş yeri üzrə elmi müəssisədə əmək stajı kimi nəzərə alınmaqla, "Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün" təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin ## ###### 2020-ci il tarixli, **** nömrəli Fərmanına əsasən ona həmin təqaüdün təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ## #### 2024-cü il tarixdə * saylı Bakı DOST Mərkəzində rəsmi qaydada cavabdehə müraciət etmiş və ona "Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün” təyin edilməsini xahiş etmişdir. Müraciətinə imtina cavabı verilmişdir. Imtinanın səbəbi kimi ##.##.1992-ci il tarixdən ##.##.2021-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti nəzdində Geofizika və Geologiya Idarəsinin elmi müəssisə olmaması əsas göstərilmişdir. Cavabdeh "Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün" təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin ## ###### 2020-ci il tarixli, **** nömrəli Fərmanına əsasən həmin təqaüdün təyin edilməsi üçün tələb olunan elmi müəssisədə 25 il əmək stajına malik olduğu faktını inkar edir, təqaüdün təyin edilməsindən imtina edir. "Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün" təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin ## ###### 2020-ci il tarixli, **** nömrəli Fərmanına əsasən iddiaçının elmi müəssisədə 25 il əmək stajına malik olduğu faktının araşdırılması və müəyyən edilməsi öhdəliyini cavabdeh daşımır və bu, həmin qurumun səlahiyyətləri xaricindədir. Iddiaçı hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı Inzibati Məhkəməsinin (hakim Tural Məlikov) e-*-*(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı elmlər doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2025-ci il tarixli “iddia tələbinin dəqiqləşdirilməsinə” dair sonuncu ərizəsində hüquqi marağının ona fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin edilməsindən ibarət olduğunu qeyd etsə də, Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı ilə iddia tələbinə dəqiqləşmə “İddiaçı elmlər doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsi” məzmununda icraata qəbul edilmişdir. Həmçinin hazırda mübahisələndirilən qərarın əsaslandırma və “qərara aldı” hissələrində də cavabdehin üzərinə iddiaçıya fəlsəfə doktoru elmi dərəcəsinə görə deyil, elmlər doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin edilməsi öhdəliyi qoyulmuşdur. Iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilmiş diplomun surətinə əsasən sözügedən Komissiyanın ##.##.2005-ci il tarixli qərarı ilə İddiaçı texnika elmləri namizədi alimlik dərəcəsi verilmişdir. Beləliklə, Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*- *(***)-****/**** nömrəli qərarının 4-cü səhifəsində iddiaçının texnika elmləri namizədi alimlik dərəcəsinin olduğu (fəlsəfə doktoru elmi dərəcəsinə bərabər tutulur) qeyd olunsa da, sözügedən qərarın “qərara aldı” hissəsində iddiaçıya 300 manat məbləğində fəlsəfə doktoru elmi dərəcəsinə görə deyil, 500 manat məbləğində elmlər doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasının qanunazidd olduğu cavabdeh tərəfindən sübuta yetirilmiş hesab edilməlidir. Iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı ##.##.2006-cı il tarixindən ##.##.2007-ci il tarixinədək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya Idarəsində rəis müavini, ##.##.2007-ci il tarixindən ##.##.2021-ci il tarixinədək həmin Idarədə şöbə rəisi, əməyin mühafizəsi üzrə rəis müavini vəzifəsində işləmişdir və halhazırda işləmir. Göründüyü kimi, iddiaçıya münasibətdə qanunvericiliklə nəzərdə tutulan dörd şərtdən yalnız üçü mövcud olmuş və hazırda məhkəmə mübahisəsinin predmetini İddiaçı 25 il elmi stajının olmaması faktı təşkil edir. Belə ki, iş materiallarına əsasən ##.##.1956-cı il təvəllüdlü iddiaçı İddiaçı ##.##.2024-cü il tarixində ona elmlər doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Mərkəzi Filial tərəfindən İddiaçı ünvanlanmış ##.##.2024-cü il tarixli *-**-*/*- H******/**** nömrəli imtina məktubuna əsasən sözügedən təqaüdün təyin edilməsi üçün qanunvericiliklə tələb olunan kifayət qədər (25 il) elmi stajının olmaması səbəbindən (##.##.1973-cü il tarixindən ##.##.1974-cü il tarixinədək, ##.##.1974-cü il tarixindən ##.##.1974-cü il tarixinədək, ##.##.1976-cı il tarixindən ##.##.1992-ci il tarixinədək əmək fəaliyyəti dövrləri nəzərə alınaraq cəmi elmi stajı 16 il 10 ay 23 gün təşkil etmiş) təqaüdün təyin edilməsindən imtina edilmişdir. Daha sonra isə iddiaçının ##.##.2025-ci il tarixli müraciətinə baxılmış və cavabdehin ##.##.2025-ci il tarixli sonuncu məktubuna əsasən iddiaçının elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində elmi stajı 19 il 07 ay25 gün kimi müəyyən edilmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*-*(***)- ****/**** nömrəli qərarında cavabdehin dəlillərinə münasibətdə qeyd edilmişdir ki: “məhkəmə araşdırması dövründə əldə edilmiş sənədlərdən də göründüyü kimi iddiaçının əsas iş yeri olan ARDNŞ-nin Geofizika və Geologiya Idarəsinin strukturunda (##.##.2006-##.##.2012-ci illərdə) Elmi-Tədqiqat Institutunun fəaliyyət göstərməsi, fəaliyyət istiqamətinin geofizika və geologiya sahələrində elmi-tədqiqat işlərinin həyata keçirilməsindən ibarət olması, eyni zamanda Geofizika və Geologiya Idarəsinin Nizamnaməsində (4.3-cü bəndində) qanunvericiliyə uyğun olaraq geofizika və geologiya sahələrində elmi-tədqiqat, layihə və konstruktor işlərinin həyata keçirilməsinin Idarənin əsas fəaliyyət növlərindən biri olması öz təsdiqini tapmışdır. Odur ki, ARDNŞ-nin Geofizika və Geologiya Idarəsinin Elmi-Tədqiqat Institutunun fəaliyyəti “xxxx” Qanunun 10.4.5-cü maddəsinə əsasən elmi müəssisə və təşkilatlara aid edilməli, iddiaçının da həmin müəssisədəki ##.##.2006-##.##.2012-ci illərdəki əmək fəaliyyəti dövrü onun sosial sığorta daxil edilməlidir. Belə olan halda, iddiaçının əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində 25 il çalışdığı müəyyən olunur (mübahisəsiz 19 il 7 ay 25 gün + 6 il 6 ay 8 gün)”. Məhkəmənin bu mövqeyinə münasibətdə bildirilir ki, Mərkəzi Filialın ##.##.2025-ci il tarixli *-**-*/*-*-*****/**** nömrəli xidməti məktubu ilə iddiaçının ümumi sosial sığorta stajına daxil edilən dövrlərə ətraflı münasibət bildirilmişdir. Həmçinin sözügedən xidməti məktuba Fondun Sosial Ödənişlər Departamentinin ##.##.2024-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli xidməti məktubu qoşma edilmişdir. Həmin qoşmaya əsasən GGI elmi müəssisə və ya təşkilat hesab olunmadığından əmək kitabçasının surətində qeyd olunan ##.##.1992-ci il tarixindən ##.##.2021-ci il tarixinədək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti nəzdində Geofizika və Geologiya Idarəsində əmək fəaliyyəti dövrləri elmi staj kimi nəzərə alınmamışdır. Əlavə olaraq qoşma məktubda qeyd edilmişdir ki, X1 departamenti tərəfindən Geofizika və Geologiya Idarəsinin elmi müəssisə və ya təşkilat hesab edilib-edilməməsinə dair məsələyə aydınlıq gətirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına (Komissiya) sorğu ünvanlanmışdır. Sözügedən sorğuya cavab olaraq Fonda daxil olmuş ## ######## 2024-cü il tarixli *-**/*-***/**** nömrəli məktubda qeyd olunur ki, elmi müəssisə və təşkilatın anlayışı “xxxx” Azərbaycan Respublikasının 2016-cı il ## #### tarixli ***-VQ nömrəli Qanunu (bundan sonra – Qanun) ilə müəyyən edilir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət növünə görə dövlət, bələdiyyə və xüsusi, təşkilati-hüquqi formasına görə isə publik, kommersiya və qeyrikommersiya elmi müəssisə və təşkilatları fəaliyyət göstərir. Qanunun 10.4-cü maddəsində elmi müəssisə və təşkilatlar qismində dövlət ali elmi təşkilatı, elmi tədqiqat institutu, ali təhsil müəssisəsinin elmi qurumları, elmi mərkəzlər, təcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-istehsal, layihə-texnoloji müəssisələri, habelə elmi işçilərin ictimai qurumları təsnifləşdirilmişdir. Həmçinin Qanunun 8.2-ci maddəsi ilə elmi müəssisə və təşkilatlarda müəyyən edilən elmi işçi vəzifələri təsbit olunmuşdur. Belə ki, Qanunun 8.5-ci maddəsinin tələbinə əsasənelmi işçilər elmi müəssisə və təşkilatın və ya ali təhsil müəssisəsinin elmi şurasında seçilir. Elmi işçinin müsabiqə yolu ilə seçilməsi qaydaları elmi müəssisə və təşkilatın nizamnaməsi (əsasnaməsi) ilə tənzimlənir. Qanunun 21.4-cü maddəsinə əsasən elmi müəssisə və təşkilatların ali idarəetmə orqanı onun elmi şurasıdır. Elmi şura elmi fəaliyyətin bütün istiqamətləri üzrə həyata keçirilən işləri və onların nəticələrini müzakirə edir, müvafiq qərarlar qəbul edir, gələcək inkişaf planlarını hazırlayır və təsdiq edir. Iş materiallarına əlavə olunmuş Geofizika və Geologiya Idarəsinin nizamnaməsinin 7.1-ci bəndinə baxış keçirdikdə, qeyd olunan idarəyə təkbaşına idarəçilik prinsipi əsasında fəaliyyət göstərən Idarənin rəisinin rəhbərlik etdiyini görmək mümkündür. Qanunun 21.4-cü maddəsinə əsasən ali idarəetmə orqanı olaraq elmi şuranın fəaliyyəti müəyyən edilmədiyindən, Geofizika və Geologiya Idarəsinin elmi müəssisə və ya təşkilat hesab edilməsi qanunauyğun hesab edilməmişdir. Həmçinin, Qanunun 24.5-ci maddəsinə əsasən elmi müəssisələrin (təşkilatların) akkreditasiyası elmi fəaliyyətin təşkili və idarə edilməsinin, elmi müəssisələrin (təşkilatların) maddi-texniki bazasının və infrastrukturunun, elmi proqramlarının, elmi tədqiqatlarının nəticələrinin və səmərəliliyinin, kadr potensialının, maliyyə resurslarının normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə aparılır. Qanunun 24.6-cı maddəsinə müvafiq olaraq akkreditasiyadan keçə bilməyən elmi müəssisə (təşkilat) 3 (üç) il müddətinə təkrar akkreditasiyadan keçmək hüququna malikdir. Elmi müəssisə və təşkilatların akkreditasiyasının keçirilməsi vəzifəsi “Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının fəaliyyətini tənzimləyən bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il ## ###### tarixli *** nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il ## #### tarixli *** nömrəli Fərmanı ilə Komissiyaya həvalə olunmuşdur. Göründüyü kimi, akkreditasiya elmi müəssisənin (təşkilatın) bu barədə rəsmi müraciəti əsasında həyata keçirilir. GGI tərəfindən isə akkrerditasiyadan keçmək üçün Komissiyaya hər hansı müraciəti daxil olmamışdır. Azərbaycan Respublikasının “xxxx” Qanununa görə elmi müəssisə və təşkilat - əsas fəaliyyət istiqaməti elmi tədqiqatların aparılması, elmi nəticələrin əldə olunması və tətbiqidir və bu status dövlət qeydiyyatında ayrıca hüquqi şəxs kimi təsbit edilir. SOCAR-ın Geofizika və Geologiya Idarəsi isə ayrıca hüquqi şəxs olmaması ilə yanaşı, SOCAR-ın struktur bölməsi kimi fəaliyyət göstərək, onun daxili idarəetmə vahidi hesab edilir (departament səviyyəsində). “Elmi müəssisə” statusu üçün müstəqil hüquqi şəxsiyyət və dövlət qeydiyyatı tələb olunur (məsələn, AMEA institutları kimi). Bu səbəbdən, GGI ayrıca qeydiyyatdan keçmiş elmi təşkilat olmadığından, elmi müəssisə sayıla bilməz. Həmçinin, GGI SOCAR rəhbərliyinə tabedir, AMEA-ya və ya Elm və Təhsil Nazirliyinə deyil. Onun elmi fəaliyyətinə nə AMEA Elmi Şurası, nə də nazirliyin elmi akkreditasiyası nəzarət etmir. “Elmi müəssisə” statusu isə adətən Elm və Təhsil Nazirliyinin akkreditasiyası ilə verilir. Elmi müəssisələr dövlətin elmi idarəetmə sisteminə daxildir, GGI isə kommersiya-istehsalat sisteminə daxildir. GGI-nin fəaliyyət istiqamətləri geoloji və geofiziki kəşfiyyat işləri aparmaq; neft-qaz yataqlarının struktur modellərini hazırlamaq; geoloji məlumatların toplanması və təhlili; istehsalat planlarının elmi-texniki əsaslandırılmasından ibarətdir. Göründüyü kimi, Idarənin fəaliyyəti elmi xarakter daşısa da, istehsalat yönümlüdür. Yəni məqsəd elmi nəticə yaratmaq yox, istehsalatın effektivliyininin dəstəklənməsidir. GGI-nin elmi-texniki şurası idarədaxili qərarvermə mexanizmi olduğundan, sözügedən şuranın mövcudluğu Idarəyə elmi müəssisə statusununun verilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirərək, İddiaçı fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulan əsasların mövcud olmadığına dair sübutlar məhkəmənin nəzərinə çatdırılır: 1. Iddiaçının işlədiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti nəzdində Geofizika və Geologiya Idarəsi ayrıca hüquqi şəxs olmadığından; dövlət qeydiyyatında elmi müəssisə kimi təsbit edilməməsi; elmi idarəetmə orqanlarına tabe olmaması və əsas fəaliyyəti texniki-istehsalat yönümlü tədqiqat olması; 2. Idarənin elmitexniki şurası mövcud olsa da, qeyd edilən şuranın Qanunun 21.4-cü maddəsinə uyğun olaraq ali idarəetmə orqanı statusuna malik olmaması (Geofizika və Geologiya Idarəsinin nizamnaməsinin 7.1-ci bəndi); 3. Iddiaçıya fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin edilməsi üçün qanunvericiliklə tələb olunan kifayət qədər (25 il) sosial sığorta stajının olmaması (19 il 07 ay25 gün). Bu səbəbdən, Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*-*(***)-****/**** nömrəli qərarı əsassız və qanunazidd olduğundan ləğv edilməlidir. Birinci instansiya məhkəməsinin işə baxarkən iş üzrə əhəmiyyətli olan hallarının tam, hərtərəfli və obyektiv araşdırmadığı görünür. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilməmiş, mövcud sübutlara isə düzgün hüquqi qiymət verilməmişdir. Iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş apellyasiya şikayətinə etirazda qeyd olunur: Apellyasiya şikayətində bildirilir ki, Bakı Inzibati Məhkəməsinin qərarı ilə elmlər doktoru elmi dərəcəsinə görə deyil, fəlsəfə doktoru elmi dərəcəsinə görə təqaüd təyin edilməsi göstərilə bilərdi, bu hissədə iddiası da eyni məzmunlu idi. Cavabdeh tərəfindən bildirilib ki, o, Dövlət Neft Şirkətinin Geofizika və Geologiya Idarəsində işlədiyini iddia edib. Bu, tamamilə yanlış fikirdir, çünki onun Geofizika və Geologiya Idarəsində işlədiyini iddia etməyə ehtiyacı yoxdur, bununla bağlı mübahisə yoxdur, onun əmək fəaliyyəti dövrünü təsdiq edən rəsmi məlumatlar məhkəməyə təqdim edilib, bir daha qeyd edir ki, vaxtilə Geofizika və Geologiya Idarəsində işləməsi faktı mübahisə predmeti deyil. Cavabdeh tərəfindən bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2017-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “xxxx elmi müəssisə və təşkilatların Siyahı”sında Geofizika və Geologiya Idarəsinin adının olmaması səbəbindən onun həmin qurumda iş stajı elmi müəssisədə iş stajı hesab edilə bilməz. Bununla bağlı etiraz edərək bildirir ki, adıçəkilən Qərar ilə "xxxx" elmi müəssisə və təşkilatların siyahısı müəyyən edilib, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün elmi müəssisə və təşkilatların siyahısı deyil. Siyahıya diqqət etdikdə görünür ki, həmin siyahıda Mərkəzi icra hakimiyyəti orqanlarının nəzdində, tabeliyində fəaliyyət göstərən elmi müəssisə və təşkilatlar sadalanır. Mülkiyyət formasından asılı olmayaraq bütün elmi müəssisə və təşkilatlar deyil. Məhkəməyə təqdim etdiyi Geofizika və Geologiya Idarəsinin Nizamnaməsindən görünür ki, Idarənin əsas fəaliyyət istiqamətlərindən biri məhz elmi fəaliyyətdir, təcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-istehsal, layihə-texnoloji fəaliyyətdir, Nizamnamədə sadalanır və Idarə bu fəaliyyəti həyata keçirməkdən ötrü “xxxx” Qanunun verdiyi səlahiyyətlər əsasında elmi fəaliyyətlə məşğul olur. X4 hansı mülkiyyət formasına malik olan elmi müəssisə və təşkilatlar göstərilmir, görünən odur ki, elmi müəssisə və təşkilatların mülkiyyət formasından asılı olmayaraq bütün elmi müəssisə və təşkilatlarda çalışan əsas iş yeri üzrə 25 il staja malik olan fiziki şəxslər nəzərdə tutulmuşdur. Dövlət Neft Şirkətinin hüquqi statusu onun haqqında olan Nizamnamə ilə müəyyən edilmişdir. Geofizika və Geologiya Idarəsi Dövlət Neft Şirkətinin strukturuna daxil olan müəssisələrdən biridir, hüquqi şəxsdir, Nizamnaməsi mövcuddur. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti kommersiya fəaliyyətini həyata keçirir. Şirkət hüquqi şəxsdir, müstəqil balansa (Şirkətin balansı), banklarda, o cümlədən xarici banklarda, hesablaşma və digər hesablara malikdir. Şirkət illik maliyyə hesabatları ilə yanaşı, birləşdirilmiş (konsolidəedilmiş) maliyyə hesabatlarını tərtib edir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün elmi müəssisə və təşkilatların təsdiqlənmiş və qeydiyyat proseduru çərçivəsində müəyyən edilmiş siyahısı mövcud deyil. Əgər belə bir siyahı varsa, cavabdeh onu məhkəməyə təqdim etsin, həqiqət müəyyən edilsin. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən hər hansı qurumun elmi müəssisə və təşkilatlar kimi tanınması üçün hər hansı qeydiyyat proseduru müəyyənləşdirilməyib. Akkreditasiya elmi müəssisə və təşkilatların fəaliyyətinin normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə aparılır. Akkreditasiya nəticəsində hər hansı qurumun elmi müəssisə və təşkilat kimi qeydə alınması təsdiq edilmir. X4 Akkreditasiya prosesindən keçmiş elmi müəssisə təşkilatlar yazılmayıb. Akkreditasiyadan keçən elmi müəssisələrə (təşkilatlara) akkreditasiya haqqında şəhadətnamə verilir. Akkreditasiyadan keçə bilməyən elmi müəssisə (təşkilat) 3 (üç) il müddətinə təkrar akkreditasiyadan keçmək hüququna malikdir. Akkreditasiyadan keçməmək haqqında qərar yalnız məhkəmə tərəfindən ləğv edilə və ya dəyişdirilə bilər. Elmi müəssisə və təşkilatların akkreditasiyadan keçməsi Qaydası onların qeydə alınması prosedurunu müəyyən etmir, hər hansı qurumun elmi müəssisə və təşkilat kimi qeydiyyatdan keçməsini müəyyən etmir, ümumi fəaliyyətinin qiymətləndirilməsinin həyata keçirilməsini təmin edir. Bakı Inzibati Məhkəməsi tərəfindən Dövlət Neft Şirkətinə sorğu ünvanlanıb və həmin sorğuya təfsilatı ilə cavab verilmişdir. Vaxtilə işlədiyi Geofizika və Geologiya Idarəsinin elmi müəssisə olması faktı birbaşa məhkəmə sorğusuna verilmiş cavabla təsdiqlənib. Apellyasiya şikayətinin təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ##.##.1956-cı ildə doğulmuşdur. Iş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Prezidentinin ##.##.2020-ci il tarixli **** nömrəli Fərmanına əsasən ##.##.2021-ci il tarixindən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin ##.##.2023-cü il tarixli **** nömrəli Fərmanına əsasən ##.##.2023-cü il tarixindən elmlər doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün məbləği 500 manata, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 manata çatdırılmışdır. Məlumat üçün bildiririk ki, əmək kitabçanızın surətində ##.##.1992-ci il tarixindən ##.##.2021-ci il tarixinədək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti nəzdində Geofizikavə Geologiya Idarəsində işlədiyiniz qeyd edilmişdir. Sözügedən müəssisənin elmi müəssisə və təşkilatların və ya təhsil müəssisələrinin siyahısına daxil olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə Dövlət Sosial Müdafiəə Fondunun müvafiq bölməsinə sorğu göndərilmişdir. Sorğumuza cavab olaraq daxil olmuş müvafiq məktuba əsasən bildiririk ki, ## #### 2016-cı il tarixli ***-VQ nömrəli “xxxx” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsi ilə elmi müəssisə və təşkilatlarda müəyyən edilən elmi işçi vəzifələri təsbit olunmuşdur. Belə ki, Qanunun 8.5-ci maddəsinin tələbinə əsasən elmi işçilər elmi müəssisə və təşkilatın və ya ali təhsil müəssisəsinin elmi şurasında seçilir. Elmi işçinin müsabiqə yolu ilə seçilməsi qaydaları elmi müəssisə və təşkilatın nizamnaməsi (əsasnaməsi) ilə tənzimlənir. Həmin Qanunun 21.4-cü maddəsinə əsasən elmi müəssisə və təşkilatların ali idarəetmə orqanı onun elmi şurasıdır. Elmi şura fəaliyyətin bütün istiqamətləri üzrə həyata keçirilən işləri və onların nəticələrini müzakirə edir, müvafiq qərarlar qəbul edir, gələcək inkişaf planlarını hazırlayır və təsdiq edir. Fondun müvafiq xidməti məktubuna əsasən Geofizika və Geologiya Idarəsinin nizamnaməsində ali idarəetmə orqanı olaraq elmi şuranın fəaliyyəti müəyyən edilmədiyi üçün Geofizika və Geologiya Idarəsi elmi müəssisə və ya təşkilat hesab olunmur. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, ümumi sığorta stajınız (16 il 10 ay 23 gün) Fərmanla tələb olunan 25 il sığorta stajından az olduğu üçün Sizə sözügedən təqaüdün təyin edilməsi Fərmanın tələbləri baxımından mümkün hesab edilmir. Iş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda qeyd edilir: Təqdim etdiyiniz sənədlərin surətlərində qeyd olunmuş və Nazirliyin elektron informasiya ehtiyyatlarında olan məlumatlara əsasən elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində ümumi sığorta stajınız (19 il 7 ay 25 gün) Fərmanla tələb olunan 25 il sığorta stajından az olduğu üçün Sizə sözügedən təqaüdün təyin edilməsi Fərmanın tələbləri baxımından mümükün hesab edilmir. Məlumat üçün bildiririk ki, ##.##.2024-cü il tarixli müraciətiniz zamanı Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində ##.##.2021-ci il tarixindən ##.##.2024-cü il tarixinədək xeyrinizə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə məlumat aşkar edilmədiyindən həmin dövr elmi-pedaqoji staj kimi nəzərə alınmamışdır. Əlavə olaraq bildiririk ki, hazırda ##.##.2021-ci il tarixindən ##.##.2024-cü il tarixinədək xeyrinizə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə məlumat Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində əks olunduğu üçün həmin dövr elmi-pedaqoji stajınıza daxil edilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilmiş diplomun surətindən görünür ki, Komissiyanın ##.##.2005ci il tarixli (protokol № **-k) qərarı ilə İddiaçı texnika elmləri namizədi alimlik dərəcəsi verilmişdir. Iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı ##.##.2006-cı il tarixdən ##.##.2007-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya Idarəsində rəis müavini, ##.##.2007-ci il tarixdən ##.##.2021-ci il tarixədək həmin Idarədə şöbə rəisi, əməyin mühafizəsi üzrə rəis müavini vəzifələrində işləmişdir. Iş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubun surətindən görünür ki, iddiaçının avtomatlaşdırılmış qaydada təyin edilmiş pensiyası yenidən hesablanaraq 31 il 6 ay sığorta stajı və 143548 manat pensiya kapitalına uyğun olaraq ona 1163,77 manat pensiya təyin edilmişdir. Iş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubun surətindən görünür ki, o, işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün pensiyası yenidən hesablanaraq ##.##.2024-cü il tarixindən 1830,80 manat müəyyən edilmişdir. Keçmiş dövr üzrə yaranmış fərq məbləği cari pensiyasının üzərinə əlavə edilərək ona ödəniləcəyi bildirilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən ##.##.2023-cü il tarixli məktubla təqdim edilmiş «Geofizika və geologiya Idarəsinin strukturunun təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ##.##.2006-cı il tarixli, ** №-li əmrindən görünür ki, “Azərgeofizika Elmi-Tədqiqat Institutu”nun maddi-texniki bazasında “Geofizika Elmi-Tədqiqat Institutu” yaradılmışdır (bənd 2.3). «Geofizika və geologiya Idarəsinin strukturunun təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ##.##.2012-ci il tarixli, *** №-li əmrindən görünür ki, Idarənin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi fəaliyyət göstərən “Geofizika Elmi-Tədqiqat Institutu” ##.##.2012-ci il tarixdən ləğv edilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və geologiya Idarəsi tərəfindən məhkəmənin müvafiq sorğusuna cavab olaraq verilmiş ##.##.2025-ci il tarixli məktubda qeyd olunur: Geofizika və Geologiya Idarəsi Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən təsis edilmiş və ##.##.2006-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Geofizika və Geologiya Idarəsinin əsas məqsədi Azərbaycan Respublikasının quru və dəniz ərazisində neft və qaz üzrə kəşfiyyat və mədən geofizikası, atma-partlayış, mühəndis geologiyası, geodeziya və geoloji kəşfiyyat işlərinin həyata keçirilməsindən, vəzifələri isə neft, qaz kondensat ehtiyatı artımı tapşırığının yerinə yetirilməsi üçün Respublikada perspektivli strukturların geofiziki kəşfiyyat üsulları ilə aşkar edilməsinin və qazmaya hazırlanmasının təmin edilməsindən ibarətdir. Geofizika və Geologiya Idarəsi, göstərilən məqsəd və vəzifələrinə nail olmaq üçün quruda və dənizdə qazılan bütün növ quyularda geoloji kəsilişin öyrənilməsi, neft və qazlılığın müəyyənləşdirilməsi, layların öyrənilməsi, hesablama əmsallarının, kollektorların petrofiziki parametrlərinin təyin edilməsi məqsədilə mədən geofiziki, hidrodinamiki və digər tədqiqatların aparılması, Respublika ərazisindəki neft, qaz və qazkondensat yataqlarının işlənilməsinə və quyuların istismarına geofiziki üsullarla nəzarət edilməsi, texniki vəziyyətinin öyrənilməsi, quyularda olan qəza və mürəkkəbləşmələrin müxtəlif geofiziki və atma-partlayış üsulları ilə aradan qaldırılması, mühəndis-geoloji və topogeodeziya, geoloji kəşfiyyat işlərinin aparılması və nəticədə əldə edilmiş materialların interpretasiyası və digər fəaliyyət növlərini həyata keçirir. Qeyd edilir ki, "Geofizika və geologiya" Idarəsi SOCAR-ın 2006-cı ilin ## ###### tarixli ** nömrəli əmrinə əsasən SOCAR-ın strukturuna daxil olmuş, hüquqi şəxs statusuna malik olmayan müəssisələr, o cümlədən “Geofizika” Elmi-Tədqiqat Institutu (ETI) bazasında yaradılmışdır. Elmi-Tədqiqat Institutunun fəaliyyəti geofizika və geologiya sahələrində elmi-tədqiqat işlərinin həyata keçirilməsindən ibarət olmuşdur. Həmin Institut 2024-cü il tarixədək (siyahıya dəyişiklik edilənədək) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Doktoranturalar (adyunkturalar) yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların elmi müəssisə və təşkilatların Siyahısı”nda mövcud olmuşdur. Bununla belə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “ARDNŞ-nin Geofizika və geologiya Idarəsinin strukturunun təkmilləşdirilməsi haqqında” ## ###### 2012-ci il tarixli *** nömrəli əmrinə əsasən, GGI yenidən təşkil edilmiş və onun tərkibində olan “Geofizika” Elmi-Tədqiqat Institutu ## ######## 2012-ci il tarixdən ləğv olunmuşdur. Əlavə olaraq bildirilir ki, Geofizika və geologiya Idarəsində Elmi-Texniki Şura 2006-cı ildən fəaliyyət göstərir. Lakin Azərbaycan Respublikası Milli Arxiv Idarəsinin Kollegiyasının */* nömrəli Qərarının maddə 20a bəndinə əsasən 2006-cı il tarixdən yaradılmış Elmi-Texniki Şuranın yaradılması haqqında əmrin və Istehsalat əmri kitabının saxlanma müddəti bitdiyi üçün məhv edilmişdir. Qeyd olunanlarla əlaqədar olaraq Elmi-Texniki Şurasının yeni tərkibi haqqında ##.##.2017-ci tarixli SOCAR******************A***** nömrəli əmrinin təsdiq edilmiş surəti və Geofizika və geologiya Idarəsinin Nizamnaməsinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2020-ci il tarixli **** nömrəli Fərmanı:
1. Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 500 (beş yüz) manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 (üç yüz) manat müəyyən olunsun.
2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1. 2021-ci ilin ######ın #-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə verilir.
4. Bu Fərman 2021-ci il ######ın #-dən qüvvəyə minir. “xxxx” Azərbaycan Respublikasının Qanunu: 1.0.22. elmi müəssisə və təşkilat – elm və elmi-texniki fəaliyyətlə məşğul olan hüquqi şəxsdir. 6.0. Elmi fəaliyyət sahəsində dövlətin vəzifələri aşağıdakılardır: 6.0.19. müxtəlif statuslu dövlət elmi müəssisə və təşkilatlarının yaradılması. 10.1. Azərbaycan Respublikasında mülkiyyət növünə görə dövlət, bələdiyyə və xüsusi, təşkilati-hüquqi formasına görə isə publik, kommersiya və qeyri-kommersiya elmi müəssisə və təşkilatları fəaliyyət göstərir. 10.4. Elmi müəssisə və təşkilatlara aşağıdakılar aiddir: 10.4.1. dövlət ali elmi təşkilatı; 10.4.2. elmi tədqiqat institutu (elmi fəaliyyətlə məşğul olan qurumlar, sahə elmi tədqiqat institutları, bölmələr, laboratoriyalar və digər); 10.4.3. ali təhsil müəssisəsinin elmi qurumları; 10.4.4. elmi mərkəzlər; 10.4.5. təcrübi-konstruktor, layihə-konstruktor, təcrübiistehsal, layihə-texnoloji müəssisələr; 10.4.6. elmi işçilərin ictimai qurumları. 10.5. Elmi müəssisə və təşkilatın nizamnaməsində aşağıdakılar nəzərdə tutulur: 10.5.2. elmi fəaliyyətin əsas istiqamətləri və digər fəaliyyət növləri; 10.5.6. elmi və ya elmitexniki şura və onun təşkili qaydaları. 15.1. Təcrübi-konstruktor müəssisəsi (bürosu) elmi tədqiqat işlərinin nəticələrini texniki, mühəndis, laboratoriya sınaqları səviyyəsinə çatdırmaqla onların istehsalatda tətbiqini təmin edir. Bu tipli müəssisələr məhsulun nümunələrini və istehsal üçün zəruri olan texniki sənədlərin hazırlanmasını təmin edir. 15.2. Layihə-texnoloji müəssisələrin (büroların) əsas fəaliyyəti elmi tədqiqat işləri, biznes-planları və investisiya layihələrinin əsaslandırılması mərhələsində innovasiya xarakterli işləmələrin kompleks layihələndirilməsini həyata keçirməklə onların tətbiqini təmin etməkdən ibarətdir. 21.1. Təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq, elmi müəssisə və təşkilatlar bu Qanuna və öz nizamnaməsinə uyğun olaraq idarə edilir. 21.4. Elmi müəssisə və təşkilatların ali idarəetmə orqanı onun elmi şurasıdır. Elmi şura elmi fəaliyyətin bütün istiqamətləri üzrə həyata keçirilən işləri və onların nəticələrini müzakirə edir, müvafiq qərarlar qəbul edir, gələcək inkişaf planlarını hazırlayır və təsdiq edir. Işin faktiki hallarına əsasən ##.##.1956-cı il təvəllüdlü iddiaçının cavabdeh inzibati orqana pensiya hüququ yarandığı tarixdən fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidenti təqaüdünün təyin edilməsi ilə bağlı müraciəti təmin edilməmişdir. Cavabdehin əsas dəlili iddiaçının iş stajının 19 il 7 ay 25 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) az olması və ##.##.1992-ci il tarixdən ##.##.2021-ci il tarixədək SOCAR-ın Geofizika və Geologiya Idarəsində işlədiyi dövrlər ilə bağlıdır. Cavabdeh qeyd olunan dövrlərdə olan sosial sığorta stajını elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində olan staj kimi qəbul etməyərək elmi fəaliyyətə daxil etməmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Iş materiallarından görünür ki, iddiaçı ##.##.1956-cı il təvəllüdlüdür, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının ##.##.2005-ci il tarixli qərarı ilə ona texnika elmləri namizədi alimlik dərəcəsi verilmişdir. Iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir, hazırda o, işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmişdir. Cavabdeh iddiaçının ona Prezident təqaüdünün təyin edilməsi üçün Fərmanda nəzərdə tutulmuş 25 il sığorta stajına malik olmamasını (19 il 07 ay 23 gün - ##.##.1973- ##.##.1974, ##.##.1974-##.##.1974, ##.##.1976-##.##.1992, ##.##.2021-##.##.2024) qeyd etməklə həmin təqaüdün təyin edilməsini Fərmanın tələbləri baxımından mümkün hesab etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırması dövründə əldə edilmiş sənədlərdən də göründüyü kimi iddiaçının əsas iş yeri olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya Idarəsinin strukturunda (##.##.2006-##.##.2012-ci illərdə) Elmi-Tədqiqat Institutunun fəaliyyət göstərməsi, fəaliyyət istiqamətinin geofizika və geologiya sahələrində elmi-tədqiqat işlərinin həyata keçirilməsindən ibarət olması, eyni zamanda Geofizika və Geologiya Idarəsinin Nizamnaməsində (4.3-cü bəndində) qanunvericiliyə uyğun olaraq geofizika və geologiya sahələrində elmi-tədqiqat, layihə və konstruktor işlərinin həyata keçirilməsinin Idarənin əsas fəaliyyət növlərindən biri olması öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya Idarəsinin Elmi-Tədqiqat Institutunun fəaliyyəti “xxxx” Qanunun tələblərinə əsasən elmi müəssisə və təşkilatlara aid edilməli, iddiaçının da həmin müəssisədəki ##.##.2006-##.##.2012-ci illərdəki əmək fəaliyyəti dövrü qeyd olunan Fərmanın tələblərinə uyğun olaraq onun sosial sığorta daxil edilməlidir. Belə olan halda, iddiaçının əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində 25 ildən çox çalışdığı müəyyən olunur. Məhkəmə kollegiyası cavabdehin birinci instansiya məhkəməsinin qərarında elmlər doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin edilməsi ilə əlaqədar dəlilinə münasibətdə qeyd edir ki, qərarın əsaslandırılmasında iddiaçıya fəlsəfə doktoru elmi dərəcəsinə görə təqaüdün təyin edilməli olması müəyyən edilir. Məhkəmə tərəfindən qərarda «elmlər doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin edilməsi» ifadəsinin qeyd edilməsini məhkəmə kollegiyası texniki yanlışlıq olaraq qiymətləndirir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin qərarı, qərara aldı hissədə «elmlər doktoru» sözləri «fəlsəfə doktoru» sözləri kimi qeyd edilməklə, dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara a l d ı:
Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarı, qərara aldı hissədə «elmlər doktoru» sözləri «fəlsəfə doktoru» sözləri kimi qeyd edilməklə, dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.