Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-5164/2025 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və s.” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və s.” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ## ######## 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## ### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARI:
1. İddiaçı İddiaçı ##.##.1962-ci il təvəllüdlüdür.
2. İddiaçıya ## ###### 2000-ci il tarixdən xidmət illərinə görə pensiya təyin edilib.
3. İddiaçı ##.##.2001-##.##.2022-ci il tarixləri arasındakı dövr ərzində işləyən pensiyaçı kimi əmək fəaliyyətini davam etdirmişdir.
4. ##.##.2003-cü il tarixdən ##.##.2016-cı il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən yenidən tərxis olunmağı ilə əlaqədar, sonuncu xidmət keçdiyi orqan tərəfindən təqdim edilmiş yeni məlumat vərəqinə əsasən, # ###### 2016-cı il tarixdən əmək pensiyası təyin edilmişdir (həmin tarixədək əmək fəaliyyəti nəzərə alınmaqla).
5. Cavabdehin ##.##.2017-ci il tarixli, **/**** nömrəli qərarına əsasən iddiaçıya 20.14.1ci maddəsinə müvafiq olaraq təminat xərcliyinə uyğun pensiya hesablanmış və 1729,35 manat məbləğində müəyyən edilmişdir. Sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyası # ###### 2024-cü il tarixdən 3060,85 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülmüşdür.
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona ##.##.2000-ci il tarixdən əmək pensiyası təyin edildikdən sonra 6 il və daha çox işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən onun əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən tələb təmin olunmayaraq ##.##.2024-cü il tarixli, *-**-*/*-D-******/**** nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, “sizə ## ###### 2000-ci il tarixindən xidmət illərinə görə pensiya təyin edilib. Həmçinin, ##.##.2001-##.##.2022-ci il tarixləri arasındakı dövr ərzində işləyən pensiyaçı kimi əmək fəaliyyətinizi davam etdirmisiniz. Bundan başqa, ##.##.2003-##.##.2016-cı il tarixləri arasındakı dövr ərzində həqiqi hərbi xidmətdə olmusunuz. Hərbi xidmətdən yenidən tərxis olunmağınızla əlaqədar, sonuncu xidmət keçdiyiniz orqan tərəfindən təqdim edilmiş yeni məlumat vərəqinə əsasən, # ###### 2016-cı il tarixindən əmək pensiyanız yenidən hesablanıb (həmin tarixədək əmək fəaliyyətiniz nəzərə alınmaqla). Sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyanız # ###### 2024-cü il tarixindən 3060,85 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabınıza köçürülür. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 1.0.2ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Sizə əmək pensiyası təyin edildikdən sonrakı dövr ərzində fərdi hesabınızın sığorta hissəsində hər hansı məbləğdə pensiya sığorta kapitalı qeydə alınmayıb. Buna görə də, əmək pensiyanızın pensiya sığorta kapitalına əsasən yenidən hesablanması mümkün deyil.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:
7. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçıya 2000-ci ildə əmək pensiyası təyin edildikdən sonra 6 il və daha çox işlədiyi müddət ərzində (##.##.2001-##.##.2022-ci il tarixədək) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdeh DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Sonradan iddiaçının dəqiqləşdirilmiş tələbi əsasında iddia “iddiaçıya 2000-ci ildə yaşa görə əmək pensiyası təyin edildikdən sonra işlədiyi müddət ərzində (##.##.2001-ci il tarixdən ##.##.2016-cı il tarixədək) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2000-ci ildə hərbi "xidmətdən ehtiyata buraxılmış və ona ##.##.2000-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyası ona AR Əmək və ƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Pensiya təyin olunduqdan sonra o, ##.##.2001-ci il tarixdən ##.##.2002-ci il tarixədək “Azərneftyağ” İstehsalat Birliyində nəzarətçi kimi əmək fəaliyyəti ilə məşğul olmuş, ##.##.2003-cü il tarixdən ##.##.2016-cı il tarixədək hərbi qulluqçu kimi Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində xidmət etmişdir. İddiaçı ##.##.2024-cü il tarixdə etibarnamə üzrə nümayəndəsi vasitəsi ilə cavabdehə müraciət edərək ona 2002-ci ildə əmək pensiyası təyin edildikdən sonra 6 il və daha çox işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin müraciətinə ##.##.2024-cü il tarixdə imtina cavabı verilmişdir. İddiaçı hesab edir ki, imtina əsassız və qanunsuzdur. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
10. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ## ###### 2000-ci il tarixindən xidmət illərinə görə pensiya təyin edilmişdir. Həmçinin, ##.##.2001-##.##.2016-cı il tarixləri arasındakı dövr ərzində işləyən pensiyaçı kimi əmək fəaliyyəti davam etdirmişdir. Bundan başqa, İddiaçı ##.##.2003-##.##.2016-cı il tarixləri arasındakı dövr ərzində həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən yenidən tərxis olunmağı ilə əlaqədar, sonuncu xidmət keçdiyi orqan tərəfindən təqdim edilmiş yeni məlumat vərəqinə əsasən, # ###### 2016-cı il tarixindən adıçəkilən şəxsin əmək pensiyası 1726,50 manat məbləğində yenidən hesablanmışdır. Bundan başqa, adıçəkilən şəxsin əmək pensiyası təyin edildikdən sonra əmək pensiyası yenidən hesablandığı # ###### 2016-cı il tarixinədək işlədiyi müddət ərzində əmək fəaliyyəti və fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla pensiyanın sığorta hissəsi aşağıdakı kimi hesablanıb: # ###### 2006-cı il tarixədək olan xidmət illərin şərti çevrilməsi nəticəsində pensiya sığorta kapitalı ##.##.2001-##.##.2005-ci il tarixləri arasındakı dövr üzrə 14431,68 manat müəyyən edilib. ##.##.2006-##.##.2016-cı il tarixləri arasındakı dövr ərzində fərdi hesabın sığorta hissəsində 25816,56 manat pensiya sığorta kapitalı qeydə alınmışdır. Ümumilikdə 40248,24 (14431,68+25816,56) manat (2016-cı il tarixinə indeksləşdirilməklə) pensiya sığorta kapitalı 144 aya bölünməklə pensiyanın sığorta hissəsi 279,50 (40248,24:144 ay (Qanunun məqsədləri üçün gözlənilən pensiya ödəniş müddətinin aylarının sayı)) manat müəyyən edilmişdir. Yəni qeyd olunan pensiya sığorta kapitalı ümumilikdə İddiaçı pensiyası yenidən hesablanarkən nəzərə alınmışdır. Sonrakı artımlar nəzərə alınmaqla # ###### 2025-ci il tarixdən adıçəkilən şəxsin əmək pensiyasının məbləği aşağıdakı tərkibdən ibarət olmaqla ümumilikdə 3308,78 manat müəyyən edilərək müvafiq kart hesabına köçürülür: sığorta hissəsi: 968,82 manat; qulluq stağına görə əlavə: 2039,16 manat; maddi yardım: 300,80 manat. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
11. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin *-*(***)-****/**** nömrəli ## ######## 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilərək iddiaçı İddiaçı 2000-ci ildə yaşa görə əmək pensiyası təyin edildikdən sonra işlədiyi müddət ərzində (##.##.2001-ci il tarixdən ##.##.2016-cı il tarixədək) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən əmək pensiyasının yenidən hesablanması və ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
12. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
Apellyasiya şikayətinin dəlilləri:
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı cavabdeh tərəfindən ##.##.2000-ci il tarixdə xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. Həmçinin, iddiaçı ##.##.2001-ci il tarixdən ##.##.2022-ci il tarixədək dövr ərzində işləyən əmək pensiyaçısı kimi əmək fəaliyyətini davam etdirmişdir. İddiaçı ##.##.2003-cü il tarixdən ##.##.2016-cı il tarixədək olan dövr ərzində həqiqi hərbi xidmətdə olmuş və hərbi xidmətdən yenidən tərxis olunmağı ilə əlaqədar, onun sonuncu xidmət keçdiyi orqan tərəfindən təqdim edilmiş yeni məlumat vərəqinə əsasən, ##.##.2016-cı il tarixdən iddiaçının əmək pensiyası 1726,50 manat məbləğində yenidən hesablanmışdır. Sonrakı artımlar nəzərə alınmaqla iddiaçının əmək pensiyası ##.##.2024-cü il tarixdən 3060,85 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülmüşdür. Bundan başqa, İddiaçı əmək pensiyası təyin edildikdən sonra əmək pensiyası yenidən hesablandığı # ###### 2016-cı il tarixinədək işlədiyi müddət ərzində əmək fəaliyyəti və fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla pensiyanın sığorta hissəsi aşağıdakı kimi hesablanmışdır: # ###### 2006-cı il tarixinədək olan xidmət illərin şərti çevrilməsi nəticəsində pensiya sığorta kapitalı ##.##.2001-##.##.2005-ci il tarixləri arasındakı dövr üzrə 14431,68 manat müəyyən edilib. ##.##.2006-##.##.2016-cı il tarixləri arasındakı dövr ərzində fərdi hesabın sığorta hissəsində 25816,56 manat pensiya sığorta kapitalı qeydə alınıb. Ümumilikdə 40248,24 (14431,68+25816,56) manat (2016-cı il tarixinə indeksləşdirilməklə) pensiya sığorta kapitalı 144 aya bölünməklə pensiyanın sığorta hissəsi 279,50 (40248,24:144 ay (Qanunun məqsədləri üçün gözlənilən pensiya ödəniş müddətinin aylarının sayı)) manat müəyyən edilib. Məhkəmə qərarında inzibati orqan tərəfindən iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı pensiya sığorta kapitalının nəzərə alınmadığı qeyd olunsa da iddiaçının əmək pensiyasının yenidən hesablanması qaydasından görünür ki, qeyd olunan pensiya sığorta kapitalı ümumilikdə İddiaçı pensiyası yenidən hesablanarkən nəzərə alınmışdır. Sonrakı artımlar nəzərə alınmaqla # ###### 2025-ci il tarixindən İddiaçı əmək pensiyasının məbləği aşağıdakı tərkibdən ibarət olmaqla ümumilikdə 3308,78 manat müəyyən edilərək müvafiq kart hesabına köçürülür: - sığorta hissəsi: 968,82 manat; - qulluq stağına görə əlavə: 2039,16 manat; - maddi yardım: 300,80 manat. Məhkəmə qeyd edir ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən verilmiş sorğuya cavab məktubuna əlavə olunmuş məlumat vərəqəsindən görünür ki, R İddiaçı ##.##.2016cı il tarixində tərxis olunmuş, onun təqvim xidmət illəri 33 il 03 ay 09 gün təşkil etmiş, təminat xərcliyi 1726,50 manat təşkil etmişdir. Həmçinin pensiya uçot vərəqindən görünür ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmuşdur. Pensiya işində olan ##.##.2017-ci il tarixli, **/**** nömrəli qərardan görünür ki, iddiaçıya 20.14.1-ci maddəsinə əsasən təminat xərcliyinə uyğun pensiya hesablanmış və 1729,35 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə Kollegiyasının diqqətinə çatdırırıq ki, cavabdeh orqan tərəfindən iddiaçı İddiaçı sosial sığorta stajının dəqiqləşdirilməsi məqsədilə ##.##.2024-cü il tarixində Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına sorğu ünvanlanmışdır. Sorğuya gələn ##.##.2024-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli cavab məktubunda Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində İddiaçı dair sığortaolunan kimi uçot məlumatları aşkar edilmədiyi bildirilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair ## #### 2019-cu il tarixli qərarında qeyd edilir ki, Konstitusiyanın 125-ci maddəsinin VII hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası ədalət mühakiməsinin əsas prinsipləri və şərtlərini müəyyən edən Konstitusiyanın 127-ci maddəsinin II hissəsinin “Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar”, həmin maddənin IV və VII hissələrinin Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Qeyd olunanlara əsasən əmək pensiyası təyin edildikdən sonrakı dövr ərzində iddiaçının fərdi hesabının sığorta hissəsində hər hansı məbləğdə pensiya sığorta kapitalı qeydə alınmadığı üçün onun əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
Apellyasiya şikayətinə etirazın dəlilləri:
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmamışdır.
Tərəflərin izahatları
15. ##.##.2026-cı il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunsa da iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaçının iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə iddiaçının iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir.
16. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv olunub iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
17. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.3. hərbi qulluqçular – Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4. xüsusi rütbəli şəxslər – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 1.0.5. təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. 1.0.10. pensiya kapitalı – müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. (## ###### 2024-cü il tarixədək qüvvədə olan redaksiya) 9.5. aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, buraxıldığı günə 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını ihərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; ...
9.6. Hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir: 9.6.1. hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər; 9.6.2. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər; 9.6.3. hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər; 9.6.4. ali zabit heyətinə aid şəxslər. (## ### 2022-ci il tarixli qanunla edilmiş dəyişikliklərə qədər olan redaksiyada)
37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları ... 37.3.1. yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraqəmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir.
19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və IV hissələrinə, 38-ci maddəsinin İ və III hissələrinə, 149-cu maddəsinin İ və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ###### 2022ci il tarixli qərarı: Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 25-ci maddəsi, 29-cu maddəsinin İ və IV hissələri, 38-ci maddəsinin İ və III hissələri, 149-cu maddəsinin İ və III hissələri ilə ziddiyyət təşkil etmir.
20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
22. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.
23. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi ##.##.2024-cü il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə ##.##.2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası iddianın vaxtında verildiyini nəzərə alaraq hesab edir ki, iddia mümkündür.
24. İşin mahiyyətinə gəldikdə isə hazırda iddiaçının tələbi “2000-ci ildə yaşa görə əmək pensiyası təyin edildikdən sonra işlədiyi müddət ərzində (##.##.2001-ci il tarixdən ##.##.2016-cı il tarixədək) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən əmək pensiyasının yenidən hesablanması və ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” barədədir. Cavabdeh inzibati orqanın əsas imtina dəlili “əmək pensiyası təyin edildikdən sonrakı dövr ərzində fərdi hesabınızın sığorta hissəsində hər hansı məbləğdə pensiya sığorta kapitalının qeydə alınmaması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “İşin faktiki hallarına əsasən də, iddiaçıya ##.##.2000-cı il tarixdə pensiya təyin edilmiş, o, həmin vaxtdan sonra əmək fəaliyyətinə davam etdirmiş və fərdi şəxsi hesabında pensiya kapitalı yığmışdır. Buna baxmayaraq, inzibati orqan sığorta kapitalını nəzərə alınmamışdır. Belə ki, iddiaçıya pensiya təyin edilməsi ilə bağlı **/**** nömrəli ##.##.2017-ci il tarixli pensiya qərarında pensiyanın məbləği 1729.35 manat olaraq müəyyən edilmişdir. İddiaçının qulluq keçdiyi orqan tərəfindən göndərilmiş ****** nömrəli məlumat vərəqində də onun təminat xərcliyi eləcə 1726.50 manat müəyyən edilmişdir. Qeyd edilənlərdən də müəyyən olunur ki, iddiaçının təminat xərcliyi 1729.35 manat müəyyən edildiyi halda, iddiaçıya pensiya təyinatının məbləği də cüzi miqdarda azaldılmaqla, 1726.50 manat olmuşdur. Belə olan halda, iddiaçının ##.##.2001-##.##.2016-cı il tarixlərdə toplanmış pensiya kapitalına əsasən (pensiya hüququ 2017-ci il ####un #-dək yarandığı üçün) əmək pensiyasının sığorta hissəsi “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanmasını tələb etmək hüququ var.”
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:
26. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 12-ci maddəsinin İ hissəsinə və 16-cı maddəsinin İ hissəsinə müvafiq olaraq insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.
27. Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin sosial siyasətinin əsasını təşkil edir. Layiqli həyat səviyyəsi dedikdə, insanların yaşaması üçün zəruri olan maddi və mənəvi nemətlərlə onların təmin edilməsi və bu nemətlərə olan tələbatlarının ödənilməsi başa düşülür (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il ## ###### tarixli Qərarı).
28. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ və III hissələrinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
29. Bu hüquq Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq hüquqi aktlarda, o cümlədən “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsində və “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində də öz əksini tapmışdır.
30. Konstitusiyada və beynəlxalq hüquqi aktlarda nəzərdə tutulan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə subyektiv hüquq növü olan pensiya almaq hüququnu da ehtiva edir. Dövlət bu hüquqların minimum səviyyədə təmin edilməsi ilə bağlı öz üzərinə pozitiv öhdəliklər götürür.
31. Vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilmişdir.
32. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.
33. Maddənin məzmunundan göründüyü kimi, əmək pensiyası sığortaolunanın pensiya təyin edilməzdən əvvəl aldığı əmək haqqı və digər gəlirlərinin kompensasiyası məqsədi ilə verilən pul ödənişidir.
34. “Əmək pensiyaları haqqında” Qanuna əsasən, vətəndaşların əmək pensiyasının üç növü mövcuddur: yaşa, əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyası. “Əmək pensiyaları haqqında” Qanunun 8, 9 və 20-ci maddələrində bəzi kateqoriyadan olan şəxslərin əmək pensiyası hüququnun yaranmasında və hesablanmasında müəyyən güzəştlərin tətbiq olunması nəzərdə tutulmuşdur.
35. Həmin Qanunun 9-cu maddəsində güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər sadalanaraq, hərbi qulluqçular da (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) belə hüquqa malik şəxslərin dairəsinə aid edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.3-cü maddəsinə görə, hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Hərbi qulluqçulara münasibətdə dövlət qarşısında xüsusi xidmətləri olan şəxs kimi həm pensiya yaş həddində, həm də pensiya məbləğində müəyyən güzəştlər tətbiq edilir.
36. Pensiya məbləğində müəyyən olunan güzəşt “Əmək pensiyaları haqqında” Qanunun 20.14-cü maddəsinə uyğun olaraq əmək pensiyasına dövlət büdcəsinin vəsaiti hesabına qulluq stajına görə əlavələrin tətbiq edilməsini ehtiva edir.Güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi zamanı şəxsin tutduğu vəzifədəki son 12 və ya 24 ayın və ya istənilən ardıcıl gələn 60 ay üzrə əmək haqqının yaxud dövlət məvacibinin orta aylıq məbləğinin (və ya son təminat xərcliyinin) 50-100 faiz həcmində onun pensiyasına qulluq stajına görə əlavə edilir.
37. Təminat xərcliyi dedikdə, hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğ başa düşülür (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsi).
38. “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsində isə əmək pensiyası təyin edildikdən sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydası müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər.
39. “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinin məzmununa əsasən, əmək pensiyası təyin edilmiş hərbi qulluqçu hərbi xidmətini davam etdirdiyi təqdirdə onun əmək pensiyası yenidən son təminat xərcliyi nəzərə alınmaqla hesablanmayacaq. Bu isə ondan irəli gəlir ki, pensiya təyin edildikdən sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçunun əmək pensiyasına qulluq stajına görə əlavənin yenidən son təminat xərcliyinə görə hesablanması, təminat xərcliyinin əvvəlkindən aşağı olduğu halda pensiyaçının pensiya məbləğinin azalmasına səbəb ola bilər. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və IV hissələrinə, 38-ci maddəsinin İ və III hissələrinə, 149-cu maddəsinin İ və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ###### 2022-ci il tarixli qərarı)
40. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 9-cu hissəsinə də əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə uyğun olaraq, əmək pensiyası təyin edildikdən sonra yenidən hərbi xidmətə cəlb olunan hərbi rütbəli şəxs hərbi xidmətdən növbəti dəfə tərxis edilərkən, Dövlət Sosial Müdafiə Fonduna ona dair yenilənmiş məlumat vərəqi göndərilmir.
41. Lakin pensiya təyin edildikdən sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçuların təminat xərcliyindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ümumi qaydaya uyğun olaraq davam etdirildiyindən, qanunverici həmin şəxslərin əmək pensiyasının yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına əsasən yenidən hesablanmalı olduğunu müəyyən etmişdir.
42. Məlum olduğu kimi, əmək pensiyaları qanunvericiliyində şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən məcburi dövlət sosial sığorta haqqı ödəmiş olsun.
43. İşin faktiki hallarından görünür ki, iddiaçıya ##.##.2000-ci il tarixdə xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ##.##.2001-ci il tarixdən ##.##.2022-ci il tarixədək dövr ərzində işləyən əmək pensiyaçısı kimi əmək fəaliyyətini davam etdirmişdir. İddiaçı ##.##.2003-cü il tarixdən ##.##.2016-cı il tarixədək olan dövr ərzində həqiqi hərbi xidmətdə olmuşdur.
44. Birinci instansiya məhkəməsinin sorğusuna Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən cavab məktubuna əlavə olunmuş məlumat vərəqəsindən görünür ki, R İddiaçı ##.##.2016cı il tarixdə tərxis olunmuş, onun təqvim xidmət illəri 33 il 03 ay 09 gün təşkil etmiş, təminat xərcliyi 1726,50 manat təşkil etmişdir.
45. Bundan sonra iddiaçı ##.##.2016-ci il tarixdən isə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmişdir. ##.##.2017-ci il tarixli, **/**** nömrəli qərara əsasəni iddiaçıya 20.14.1-ci maddəsinə əsasən təminat xərcliyinə uyğun pensiya hesablanmış və 1729,35 manat məbləğində müəyyən edilmişdir.
46. İş materiallarından görünür ki, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra iddiaçıya ##.##.2016-cı il tarixdə yeni məlumat vərəqəsi əsasında həmin tarixədək yığılmış pensiya kapitalı nəzərə alımaqla təkrar yaşa görə əmək pensiyası təyin olunmuşdur.
47. Beləliklə, müəyyən olunur ki, ##.##.2016-cı il tarixdə yaşa görə əmək pensiyası təyin olunan zaman fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmışdır.
48. Həmçinin müəyyən olunur ki, sonrakı artımlar nəzərə alınmaqla # ###### 2025-ci il tarixdən iddiaçının əmək pensiyasının məbləği aşağıdakı tərkibdən ibarət olmaqla ümumilikdə 3308,78 manat müəyyən edilərək müvafiq kart hesabına köçürülür: - sığorta hissəsi: 968,82 manat; - qulluq stağına görə əlavə: 2039,16 manat; - maddi yardım: 300,80 manat.
49. Odur ki, iddiaçının ona 2000-ci ildə yaşa görə əmək pensiyası təyin edildikdən sonra işlədiyi müddət ərzində (##.##.2001-ci il tarixdən ##.##.2016-cı il tarixədək) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən əmək pensiyasının yenidən hesablanması və ödənilməsi cavabdehdən tələb etməkdə haqlı olmamışdır.
50. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən mövqeyini onunla əsaslandırıb ki, iddiaçının ##.##.2001-##.##.2016-cı il tarixlərdə toplanmış pensiya kapitalına əsasən (pensiya hüququ 2017-ci il ####un #-dək yarandığı üçün) əmək pensiyasının sığorta hissəsi “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanmasını tələb etmək hüququ var. Lakin qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təminatı onların müvafiq qurumlar tərəfindən tərtib edilmiş “Məlumat vərəqi”ndəki təminat xərcliyinə əsasən təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü və 37.3.1-ci maddələrində qeyd edilən sığorta və yığım hissələri, hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya məbləğlərinə aid deyil. Belə ki, hərbi qulluqçuların pensiya təminatı yığım hissəsində yığılan pensiya kapitalı ilə deyil, təminat xərcliyinə əsasən hesablanır, maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir.
51. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ## ######## 2025-ci il tarixli qərarı ləğv edilməli və iddia rədd olunmalıdır.
52. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ## ######## 2025-ci il tarixli qərarı ləğv edilsin. İddia rədd olunsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev