Məhkəmə qərarları › İş №2-1(103)-5171/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-5171/2025

03.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-5171/2025 03.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı: İddiaçı Cavabdeh: Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X1 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9888/2025 saylı, 16 oktyabr 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İşdən görünür ki, iddiaçı xx.xx.1970-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır.

2. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2025-ci il tarixli məktubu ilə Bakı şəhəri Cavabdeh başçısının xx.xx.1993-cü il tarixli, 1050 saylı sərəncamı və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir.

3. Bakı şəhəri Cavabdeh başçısının xx.xx.1993-cü il tarixli, 1050 saylı Sərəncamına əsasən iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün Kürdəxanı qəsəbəsinin şimal-qərb hissəsində 1200 kv.metr torpaq sahəsinin ayrılıb verilməsi qərara alınmışdır.

4. Cavabdehin daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin şimal qərb hissədinə iddiaçının istifadəsində olan torpaq sahəsinin sahəsi hüquq müəyyənedici sənəd üzrə və faktiki olaraq 0,12 ha təşkil edir. Torpaq sahəsi 4 tərəfindən mişar daşı ilə hasarlanıb, iki tərəfi yol, iki tərəfi qonşudur.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 0,12 ha təşkil edir. Sahəyə dair sənəd təqdim edilməyib. Torpaq sahəsi 3 hissəyə bölünüb (0,07 ha, 0,03 ha, 0,02 ha). Qeyd olunan 0,07 ha torpaq sahəsi üzərində təsərrüfat otağı inşa olunub. Həmçinin digər 0,03 ha və 0,02 ha torpaq sahələri üzərində birmərtəbəli yaşayış evləri inşa olunmuşdur. Ümumi sahənin və bölünən sahələrin koordinat cədvəli rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi X2 sovxozundan Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır (hər hansı dövlət təsisatlarının balansında olması barədə məlumat yoxdur). Bundan əlavə sahədəki tikilinin qeydiyyatı barədə bazada məlumat aşkar edilməmişdir.

6. Cavabdeh müxtəlfi sərəncamları əsasında həmin ərazidə ayrı-ayrı şəxslərə ayrılmış torpaq sahələrinə dair verilmiş yerləşmə sxemləri iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir.

7. Cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina məktubu iddiaya yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Cavabdeh başçısının xx.xx.1993-cü il tarixli, 1050 saylı sərəncamı əsasında Kürdəxanı qəsəbəsinin şimal-qərb hissəsində fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış 1200 kv.m torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Cavabdeh başçısının xx.xx.1993-cü il tarixli, 1050 saylı sərəncamı əsasında iddiaçıya Kürdəxanı qəsəbəsinin şimal-qərb hissəsində fərdi yaşayış evinin tikintisi üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan torpaq sahəsi onun istifadəsində olmuşdur. Torpaq sahəsi hasar daxilindədir. Qonşularla, kənar şəxslərlə torpaq sahəsinə dair hər hansı bir mübahisəsi mövcud deyil. Həmin qərar əsasında ayrılmış torpaq sahəsinin plan ölçü sxemi (yerləşmə cizgisi) vaxtilə verilmədiyindən sənədləşmə ilə bağlı cavabdehə sənədləri təqdim edərkən ona ayrılmış torpaq sahəsinin göstərilən torpaq sahəsinə aid olmasını dəqiqləşdirməyin mümkün olmadığı bildirilmiş və sənədlərin qəbulundan imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır, formal xarakter daşıyır və onun hüquqlarını pozur.

10. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, hər hansı formada xəritəçəkmə, planaalma və mərz nöqtələrinin yerə köçürülməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid deyil. Həmçinin qeyd edilir ki, torpaq sahəsi ayrılarkən torpaq sahəsinə dair yerləşmə sxemi verilməli idi. Ayrılmış torpaq sahəsinə dair torpaq sahəsinin baş planı, ayrıc aktı və kordinatlar barədə məlumat cavabdehdə yoxdur. Odur ki, imtina əsaslıdır.

11. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9888/2025 saylı, 16 oktyabr 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, işdən göründüyü kimi iddiaçının yerləşmə sxeminin verilməsini xahiş etdiyi torpaq sahəsi Bakı şəhəri Cavabdeh başçısının xx.xx.1993-cü il tarixli, 1050 saylı sərəncamı ilə iddiaçıya ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tələbdən imtina etmişdir. Buna əsas kimi isə iddiaçıya ayrılmış torpaq sahəsinin ayrıc aktı, baş planı və ayrılmış sahənin koordinatları barədə məlumatın onda olmadığını bildirilmişdir.

13. Halbuki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən Bakı şəhəri Cavabdeh başçısının xx.xx.1993-cü il tarixli, 1050 saylı sərəncamının təsdiq edilmiş ksero surəti məhkəməyə təqdim edilmişdir.

14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına və mütəxəssis rəyinə əsasən göstərilən torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə və faktiki olaraq 0,12 ha təşkil edir. Eyni zamanda, həmin mütəxəssis rəyinə torpaq sahəsinə dair koordinat cədvəli rəyə əlavə olunmuşdur.

15. Göründüyü kimi Bakı şəhəri Cavabdeh başçısının xx.xx.1993 cü il tarixli, 1050 saylı sərəncamı qüvvədədir, yəni mübahisəli torpaq sahəsi iddiaçıya qanuni əsaslarla ayrılmışdır. Yerləşmə sxeminin tərtib edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini istisna edən bir hal məhkəmə tərəfindən aşkar edilməmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

16. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-9888/2025 saylı, 16 oktyabr 2025-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

17. Apellyasiya şikayəti iddia ərizəsinə etiraz ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, iddiaçıya torpaq sahəsi 32 il bundan öncə yəni 1993 cü ildə ayrılmışdır. Torpaq sahəsi ayrılan zaman plan ölçülər həmin torpağı ayıran qurum tərəfindən təqdim edilməli idi. Artıq həmin vaxtdan uzun müddət ötdüyündən və hazırda iddiaçının iddia etdiyi 1200 kv.m torpaq sahəsinin harada yerləşməsi barədə Cavabdehndə məlumat olmadığından həmin torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi mümkün deyil. Eyni zamanda mübahisəli torpaq sahəsi faktiki olaraq 3 hissəyə bölünmüşdür. Həmçinin göstərilən sahə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır.

d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsi (27 fevral 2001 -ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür) qüvvədə olmuşdur. Həmin Torpaq Məcəlləsinin 14-cü maddəsinə əsasən müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir... Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Bundan əlavə, həmin ərazidə iddiaçıya məxsus torpaq sahəsinin yerləşdiyi ərazidə olan digər torpaq sahələrinə yerləşmə cizgisi (sxemi) verilmişdir. Belə olan halda ona cavabdeh tərəfindən fərqli münasibətin göstərilməsi konstitusion hüquq olan bərabərlik hüququnun da pozulmasına gətirib çıxarmışdır.

e) Prosses iştirakçılarının izahatları

19. Məhkəmə Kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar olunmuş tərəflər (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişlər.

20. Cavabdeh qismində iştirak edən Sabunçu Rayon İra Hakimiyyəti tərəfindən elektron məhkəmə informasiya sistemi vasitəsilə xx.xx.2026-cı il tarixdə elektron kabinetə ərizə yerləşdirilərək, təyin edilmiş məhkəmə iclasında nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş edilmiş, əlavə olaraq bildirilmişdir ki, iş üzrə qəbul edilmiş məhkəmə qərarında Bakı şəhəri Cavabdeh xx.xx.1993-cü il tarixli, 1050 saylı sərəncamı ilə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin şimal-qərb hissəsində fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış 1200 kv. metr torpaq sahəsinə dair cizgi sxeminin (plan cizgisinin) tərtib olunaraq, verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmuşdur. Lakin torpaq sahəsinin Kürdəxanı qəsəbəsinin şimal qərb hissəsində hansı kordinatlar daxilində verilməli olduğu göstərilməmişdir. Bunun isə gələcəkdə məhkəmə qərarının icrasına problemlər yaradacağını bildirmişdir.

21. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

22. “Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”: Yerli icra hakimiyyəti orqanları müvafiq ərazidə yaşayış məntəqələrinin torpaqtəsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təşkil edir (3.16.2.). “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən şəhər inzibati ərazi vahidlərində dövlət torpaq kadastrının aparılmasını təmin edir (3.16.3.). Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 195-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”yə və Azərbaycan Respublikasının 2009-cu il 29 dekabr tarixli 936 İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”yə uyğun olaraq, ərazi vahidlərinin Dövlət reyestrinin və bələdiyyələrin Dövlət reyestrinin formalaşdırılmasında, habelə ərazi vahidlərinin və bələdiyyələrin xəritələrinin hazırlanmasında iştirak edir (3.16.4.).

23. Qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Yerquruluşu- torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir (43.1). Yerquruluşu torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibini ehtiva edir (43.3). Yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır (43.4). Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir (65.1). Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir (65.2). Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (65.5). Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (68).

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 73.1. inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

28. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, işdən göründüyü kimi iddiaçının yerləşmə sxeminin verilməsini xahiş etdiyi torpaq sahəsi Bakı şəhəri Cavabdeh başçısının xx.xx.1993-cü il tarixli, 1050 saylı sərəncamı ilə iddiaçıya ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tələbdən imtina etmişdir. Buna əsas kimi isə iddiaçıya ayrılmış torpaq sahəsinin ayrıc aktı, baş planı və ayrılmış sahənin koordinatları barədə məlumatın onda olmadığını bildirilmişdir.

29. Halbuki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən Bakı şəhəri Cavabdeh başçısının xx.xx.1993-cü il tarixli, 1050 saylı sərəncamının təsdiq edilmiş ksero surəti məhkəməyə təqdim edilmişdir.

30. Cavabdehin apellyasiya şikayətinin və elektron məhkəmə informasiya sistemi vasitəsilə xx.xx.2026-cı il tarixdə elektron kabinetlə təqdim etdiyi ərizənin dəlili ondan ibarətdir ki, iş üzrə qəbul edilmiş məhkəmə qərarında Bakı şəhəri Cavabdeh xx.xx.1993-cü il tarixli, 1050 saylı sərəncamı ilə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin şimal-qərb hissəsində fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış 1200 kv. metr torpaq sahəsinə dair cizgi sxeminin (plan cizgisinin) tərtib olunaraq, verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmuşdur. Lakin torpaq sahəsinin Kürdəxanı qəsəbəsinin şimal qərb hissəsində hansı kordinatlar daxilində verilməli olduğu göstərilməmişdir. Bunun isə gələcəkdə məhkəmə qərarının icrasına problemlər yaradacağını bildirmişdir.

31. Bununla bağlı məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına və mütəxəssis rəyinə əsasən göstərilən torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə və faktiki olaraq 0,12 ha təşkil edir. Eyni zamanda, həmin mütəxəssis rəyinə torpaq sahəsinə dair koordinat cədvəli rəyə əlavə olunmuşdur.

32. Göründüyü kimi Bakı şəhəri Cavabdeh başçısının xx.xx.1993 cü il tarixli, 1050 saylı sərəncamı qüvvədədir, yəni mübahisəli torpaq sahəsi iddiaçıya qanuni əsaslarla ayrılmışdır. Yerləşmə sxeminin tərtib edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini istisna edən bir hal məhkəmə tərəfindən aşkar edilməmişdir.

33. Apellyasiya şikayətinin iddiaçıya torpaq sahəsi 32 il bundan öncə yəni 1993 cü ildə ayrılması dəlilinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, bu iddianın rədd edilməsi üçün əsas deyildir, belə ki, iddiaçının torpaq sahəsinə qanuni gözləntisi mövcuddur.

34. Odur ki, məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

35. Məhkəmə Kollegiyası nəzərə alır ki, İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

36. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9888/2025 saylı, 16 oktyabr 2025ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9888/2025 saylı, 16 oktyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar