Məhkəmə qərarları › İş №2-1(103)-518/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-518/2021

03.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-518/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı MTK-nın cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi barədə inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 21.10.2020-ci il tarixli, 2-1(112)-64/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı MTK cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibatiiqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin 20 dekabr 2013-cü il tarixli, **********711255 saylı və 17 aprel 2015-ci il tarixli, **********889773 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarlarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli, 2-1(81)- 4631/2018 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti verərək, onun ləğv edilməsi, iddianın baxılmasının mümkün sayılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 fevral 2019-cu il tarixli, 2-1(103)-536/2019 saylı qərardadı ilə iddiaçının apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmaqla işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır . Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 fevral 2019-cu il tarixli, 2-1(103)-536/2019 saylı qərardadından cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın mümkün sayılmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)- 1417/19 saylı, 24 aprel 2019-cu il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktorunun müavini Rasim Quliyev tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 06 fevral 2019-cu il tarixli, 2-1(103)-536/2019 saylı qərardadından verilmiş kassasiya şikayəti mümkün sayılmamış və onun qəbulundan imtina edilmişdir. İddiaçı MTK-nın sədri V.Qasımov sonradan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehin 20 dekabr 2013-cü il tarixli **********711255 saylı, 17 aprel 2015-ci il tarixli **********889773 saylı, 20.08.2019-cu il tarixli **********188725 saylı qərarlarının ləğv edilməsi və 23.01.2017-ci il tarixli **********151500 nömrəli vergilərin hesablanması haqqında qərarının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı MTK-nın sədri V.Qasımov 22.09.2020-ci il tarixdə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 20 dekabr 2013cü il tarixli **********711255 saylı, 17 aprel 2015-ci il tarixli **********889773 saylı, 20.08.2019-cu il tarixli **********188725 saylı və 23.01.2017-ci il tarixli **********151500 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli, 2-1(112)-64/2020 saylı qərardadı ilə iddia tələbi “Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 20 dekabr 2013-cü il tarixli **********711255 saylı “Vergi ödəyicisinin vergi qanunvericliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında”, 17 aprel 2015-ci il tarixli **********889773 saylı “Vergi ödəyicisinin vergi qanunvericliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında”, 23 yanvar 2017-ci il tarixli **********151500 nömrəli “Vergilərin hesablanması barədə” və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 20 avqust 2019-cu il tarixli **********188725 saylı “Vergi ödəyicisinin vergi qanunvericliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarlarının ləğv edilməsi” həcmində icraata qəbul edilmişdir. Birinci instansiya məhkəməsi cavabdeh inzibati orqan kimi Azərbaycan Respublikası İqtisadiyyat yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsini qəbul etmişdir. Bakı İnzibati Məhkəməsinin 21.10.2020-ci il tarixli, 2-1(112)-64/2020 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 20 dekabr 2013-cü il tarixli, **********711255 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı İddiaçı MTK-ya əlavə olaraq mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi məbləğinin hesablanması və bu əsasla maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi, cavabdehin 17 aprel 2015-ci il tarixli, **********889773 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı iddiaçıya əlavə olaraq ƏDV-nin hesablanması və bu əsasla maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi, cavabdehin 20 avqust 2019-cu il tarixli, **********188725 saylı “Vergi ödəyicisinin vergi qanunvericliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan, cəmi 245 manat pulun cavabdehdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına köçürülməsi, “xxxx” MMC tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 120 manat pulun cavabdehdən tutularaq “xxxx” MMC-nin hesabına köçürülməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2-1(112)-64/2020 saylı qərardadı ilə iddia Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 23 yanvar 2017-ci il tarixli **********151500 nömrəli “Vergilərin hesablanması barədə” qərarının ləğv edilməsi hissəsində mümkün sayılmamışdır (hakim M.Qarayeva). Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının ilkin iclasında izahat iddiaçının vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, çıxışında göstərmişdir ki, Məhkəmə qərardadında göstərilmişdir ki, “İşə əlavə edilmiş sənədlərdən görünür ki, 23 yanvar 2017-ci il tarixli **********151500 nömrəli vergilərin hesablanması barədə qərar iddiaçının elektron kabinetinə göndərilmiş, həmin qərarın mübahisələndirilməsinə dair ərizə qərarın oxumasından 2 ildən artıq müddət keçdikdən sonra məhkəməyə təqdim edilmişdir”. Lakin məhkəmə nəzərə almamışdır ki, cavabdehin qərarı rəsmi qaydada iddiaçıya təqdim edilməmişdir. Yəni elektron kabinetdə qərarın oxunması, həmin qərarın rəsmi qaydada təqdim edilməsi hesab edilmir. Qanunvericiliyə əsasən cavabdeh tərəfindən qərar imzalanıb, möhürlənib və rəsmi qaydada iddiaçıya təqdim edilməli idi. Ona görə də iddiaçı tərəfindən verilmiş iddia tələbi üzrə cavabdehin 23.01.2017-ci il tarixli **********151500 nömrəli vergilərin hesablanması haqqında qərarının ləğv edilməsi hissəsində iddia müddəti ötürülməmişdir və mahiyyəti üzrə işə baxılması davam etdirilməlidir. Yəni cavabdeh tərəfindən qərar rəsmi qaydada təqdim edilmədiyinə görə iddia müddətinin axımı başlamamışdır ki, hələ 30 günlük iddia müddəti də ötürülmüş olsun. Bu da iddia müddətinin ötürülmədiyini və prosessual müddətlərə əməl olunduğunu əyani şəkildə sübut edir. Yəni cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi qəbul etdiyi inzibati aktı iddiaçıya rəsmi qaydada təqdim etməli idi. Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, İş № 2-1(112)-64/2020 saylı qərardadının ləğv olunması və iddia tələbinin cavabdehin 23.01.2017-ci il tarixli **********151500 nömrəli vergilərin hesablanması haqqında qərarının ləğv edilməsi hissəsində mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X4 vəkillə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının ilkin iclasında izahat vermiş cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı MTK cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlərr. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı MTK cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlərr. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-hakimin məruzəsini dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, onun təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarında göstərilmişdir ki, bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkülük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 38.1-ci maddəsinin tələbinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İşə əlavə edilmiş, sənədlərdən görünür ki, 23 yanvar 2017-ci il tarixli **********151500 nömrəli “Vergilərin hesablanması barədə” qərar iddiaçının elektron kabinetinə göndərilmiş, həmin qərarın mübahisələndirilməsinə dair ərizə qərarın oxunmasından 2 ildən artıq müddət keçdikdən sonra məhkəməyə təqdim edilmişdir. Başqa sözlə, İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə iddiaçı həmin qərarın mübahisələndirilməsinə dair məhkəmədə iddia qaldırılmasının prosessual şərtlərinə riayət etməmişdir, müddətin üzrlü səbəblərdən buraxılmasına səbəb olmuş hallar məhkəmə araşdırması zamanı sübuta yetməmişdir. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir. Birinci o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir. İkinci, iddia müddəti instutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Üçüncü, iddia müddəti tərəflərə üzərində çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarında mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daimi mübahisələndirilməsinə zəmin yaradardı. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmqmasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikasının İnzibati Prossessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və belə nəticəyə gəlir ki, qərardadın ləğv edilməsi üçün heç bir əsas yoxdur, ona görə də apelyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 21.10.2020-ci il tarixli, 2-1(112)-64/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Şikayət verilmədiyi halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar