Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-518/2022 01.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı “Tural-İ-91” şirkətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2-1(112)-1124/2021 saylı qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı “Tural-İ-91” şirkəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri LGBİ-nin xx.xx.2020-ci il tarixli, **********199902 №li qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan “Tural-İ-91” şirkəti məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhəri LGBİ-nin rəis müavini X4 qəbul etdiyi xx.xx.2020-ci il tarixli, **********197582 №li “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” Qərarının qanunsuz hesab edilməsi, həmin qərarın ləğv edilməsi, Bakı şəhəri LGBİ-nin rəis müavini X4 “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qəbul etdiyi xx.xx.2020-ci il tarixli, **********199902 saylı qərarının ləğv edilməsi, Bakı şəhəri LGBİ-nin müvafiq vəzifəli şəxslərinin hazırkı, sahibkarlıq fəailiyyətlərinə maneə olan qərəzli, qanunazidd hərəkətləri etməkdən çəkinmələri, qanunazidd hərəkətləri etmiş vəzifəli şəxsləri barədə xüsusi qərardad çıxarmaqla, prokurora məlumat verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, “Tural-İ-91” şirkəti (VÖEN **********) vasitəsilə ölkəyə qida məhsulları idxal edirlər. Bakı şəhəri LGBİ-nin xx.xx.2018-ci il tarixli **********173052 saylı qərarına əsasən 2015-ci ilin 1 noyabr tarixindən 2018-ci ilin 31 oktyabr tarixinə qədər olan dövr üzrə növbədənkənar Səyyar Vergi yoxlaması keçirilmiş, xx.xx.2019-cu il tarixində növbədənkənar Səyyar vergi yoxlmasının nəticələrinə dair **********174253 saylı akt tərtib edilmişdir. Hələ yoxlama dövründə tələb olunan hər bir sənəd yoxlamaya təqdim edilmiş, bunlarla yanaşı, tələb olunan bütün sənədlər onlayn qaydada cavabdeh inzibati orqana göndərilmişdir. Sözügedən, xx.xx.2019-cu il tarixində tərtib edilmiş **********174253 saylı aktın surəti müəssisəyə 2020-ci ilin fevral ayının əvvəllərində təqdim edilmiş, aktla tanış olaraq, göstərilənlərlə razı olmadıqlarına dair aktda qeydlər etmişlər. xx.xx.2020-ci il tarixində onlara xx.xx.2020-ci il tarixli, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında **********197582 nömrəli qərar təqdim olunmuş və qərara alınmışdır ki, 1) xx.xx.2019-cu il tarixli **********174253 nömrəli səyyar vergi yoxlaması aktı üzrə hesablanmış vergilərin düzgünlüyü daxil olmuş sənədlər əsasında yenidən araşdırılsın. 2) Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi müddəti (otuz) iş günü müəyyən edilsin. xx.xx.2020-ci il tarixində Elektron poçt vasitəsilə Baş idarənin rəis müavini X4 “Səyyar vergi yoxlaması” Aktının təqdim edilməsi barədə məktubunu və ona əlavə edilmiş xx.xx.2020-ci il tarixli, **********174253 saylı yeni aktını almışlar. Bunlarla yanaşı, xx.xx.2020-ci il tarixində Bakı şəhəri LGBİ-nin onlara verilməyən qərarın əsasında təmin edilmiş, “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə **********691700 saylı, tarixsiz, üzərində tarix yazılmayan tələbnaməni elektron poçt vasitəsilə almışlar. Bundan sonra da xx.xx.2020-ci il tarixində, vergi orqanının əməkdaşları tərəfindən Bakı şəhəri LGBİ-nin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********199902 saylı qərarını və **********691700 saylı, “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamə” müəssisəyə təqdim edilmişdir. Bakı LGBİ-nin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********199902 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, “TURAL-İ-91” şirkəti üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2020-ci il tarixli **********174253 nömrəli aktına və xx.xx.2020-ci il tarixli **********109400 nömrəli sənədə baxaraq, vergi ödəyicisi tərəfindən 2015-ci, 2016-cı, 2017-ci illər üzrə mənfəət vergisinin azaldılması və “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərinin pozulmaqla faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halı istisna olmaqla) digər ayırmaları 2017-ci və 2018-ci il tarixdə nağd qaydada ödənilməsi müəyyən edilmişdir. Qeyd olunan qərarla “TURAL-İ-91” şirkətinin (VÖEN **********) vergi məsuliyyətinə cəlb edilməsi (Vergi məsuliyyətinin nədən ibarət olduğuna aydınlıq gətirilməmişdir) qərara alınmışdır. Qərarın 3-cü bəndində, digər qeydlərdə göstərilmişdir ki, xx.xx.2020-ci il tarixli **********174253 saylı “Səyyar vergi yoxlaması aktı”nın əsassızlığı barədə vergi ödəyicisinin şikayət ərizələrində göstərilənlər yoxlama zamanı əldə edilmiş digər sənədlərlə birlikdə araşdırılmış və araşdırma zamanı vergi ödəyicisinin şikayət ərizələrində göstərilənlər öz təsdiqini tapmamışdır. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********199902 saylı qərar əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, əsasında hazırkı, əsassız və qanunsuz “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********199902 saylı qərar qəbul edilmiş **********174253 saylı səyyar vergi yoxlaması aktı, xx.xx.2020-ci il tarixli deyil, xx.xx.2019cu il tarixli **********174253 saylı “Səyyar vergi yoxlaması” aktıdır. xx.xx.2020-ci il tarixli, **********174253 saylı “Səyyar vergi yoxlaması Aktı”nın əsasında tərtib edildiyi “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında **********197582 saylı qərarı” da Bakı İnzibati Məhkəməsində şirkət tərəfindən mübahisələndirilmişdir. Səyyar vergi yoxlaması 30 gün müddətində keçirilməli olduğu halda, Akt-dan görünür ki, yoxlama 304 gün dayandırılmış və 30 iş günü (yəni 51 gün) müddət artırılmış, bununla da yoxlama 355 gün müddətində aparılmışdır. Akt-ın 2.6-cı bəndində Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 58.7-1ci maddəsinin tələblərinin pozulmasına görə, yəni faizsiz pul vəsaitlərinin (Vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların həmin vəsaitləri verənlər tərəfindən nağd qaydada verilməsi və qəbul edilməsi halına görə nağd qaydada qaytarılmış (qanunun tələbləri pozulmaqla aparılmış əməliyyatın məbləği) 2.719.830,54 manat dəyərində pul vəsaitinə tətbiq olunacaq 10 faizi həcmində, yəni 271.983,05 manat maliyyə sanksiyası təklif edilmişdir. 16 dekabr 2016-cı il tarixli “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.4.6-cı maddəsində, faizsiz pul vəsaitlərinin (Vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların ödənilməsindən və qaytarılmasından bəhs edilir. Hazrki halda isə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün hüquqi şəxs olan “TURAL-İ-91” şirkətinin işləməsi üçün onun hesabına təsisçi tərəfindən qoyulmuş pul vəsaiti faizli pul olmaqla, nəyinsə ödənilməsinə, sonradan da qaytarılmasına xidmət etməmişdir. Təsisçi tərəfindən, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə təsis etmiş olduğu hüquqi şəxsin hesabına qoymuş olduğu vəsait, harasa, kiməsə ödəniş üçün nəzərdə tutulmamışdır. Aktda göstərilmişdir ki, “Yoxlama zamanı vergi ödəyicisinin gəliri müəyyən edilə bilmədiyindən mənfəət vergisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 55 nömrəli qərarı əsasında vergi ödəyicisinin xərci əsasında hesablanmışdır. Belə ki, vergi ödəyicisinin 2015-ci ildə 289969,31 manat, 2016-cı ildə 892651,85 manat, 2017-ci ildə 2863354,33 manat xərc bəyan etmiş və qeyd edilən xərclər yoxlama ilə öz təsdiqini tapmışdır. Vergi ödəyicisi 2015, 2016-cı illərdə zərərlə işlədiyi 2017-ci ildə 8441,02 manat mənfəət vergisi bəyan etmişdir. Bundan əlavə 2014-cü ilin mənfəət vergisi bəyannaməsində vergi ödəyicisi 13307,56 manat zərər bəyan etmişdir. Yoxlama ilə 2015-ci il mənfəət üzrə 51421,13 manat mənfəət hesablanmış və 2014-cü ilin zərəri nəzərə alınmaqla (51421,13-13307,56) 38113,57 manat mənfəətdən 20 faiz dərəcə ilə 7622,71 manat (289969,31/100) 20%) 2016-cı il mənfəət üzrə 178530,37 manat mənfəətdən+29204,90 manat müsbət məzənnədən gəlir 20 faiz dərəcə ilə 41547,05 manat (892651,85/100) 20%), 2017-ci il mənfəət üzrə 572670,87 manat mənfəətdən 20 faiz dərəcə ilə 114534,17 manat (2863354, 33/100) 20%) vergi hesablandı və vergi ödəyicisinin bəyan etdiyi vergilər nəzərə alınmaqla yoxlama ilə 2015-ci il üzrə 7622, 71(7622,71-0,00) manta vergilərin, 2016-cı il 41547,05 (41547,05-0,00) manat vergi və VM-nin 58.1-ci maddəsinə əsasən yayındırılmış məbləğin 50% miqdarında yəni 20773,26 manat M/S, 2017-ci il üzrə 106093,15 manat (114534,17-8441,02) vergi və VM-nin 58.1-ci maddəsinə əsasən yayındırılmış məbləğin 50% miqdarında yəni 53046,58 manat m/s, ümumilikdə 154788,66 manat vergi və 77394,33 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif edilmişdir.” Hesab edirlər ki, aktda qeyd olunanlar əsassızdır. Cavabdeh Bakı şəhəri LGBİ məhkəməyə təqdim etdiyi iddia ərizəsinə dair etirazda göstərmişdir ki, vergi orqanının xx.xx.2019-cu il tarixli **********173052 nömrəli qərarına əsasən İddiaçı vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmiş və yoxlama xx.xx.2020-ci il tarixli **********174253 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Vergi ödəyicisinin səyyar vergi yoxlaması aktını imzalamaqdan imtina etmişdir. Bakı şəhəri LGBİ xx.xx.2020-ci il tarixdə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********199902 nömrəli Qərar qəbul etmişdir. Həmin qərar xx.xx.2020-ci il tarixində vergi ödəyicisinə təqdim olunmuşdur. Beləliklə, vergi ödəyicisinə hesablanmış vergilərin məbləği aşağıdaki kimi olmuşdur: Mənfəət vergisi üzrə: Vergi ödəyicisi 2015-2017-ci illər üzrə gəlir və xərcinin uçotunu kassa metodu aparmışdır. Yoxlama zamanı sənədlər yoxlamaya təqdim edilmiş, lakin vergi ödəyicisinin gəliri yoxlama ilə öz təsdiqini tapmamışdır. Şirkətin 2015-2017-ci illər üzrə əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığından Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 04 aprel 2003-cü il tarixli 42 saylı) Qərarı ilə şərti rentabellik səviyyəsi 20% götürülərək müəssisənin çəkdiyi xərcləri (ƏDV nəzərə alınmadan) əsasında hesablanmışdır. Şirkət tərəfindən 2015-ci il üzrə təqdim edilmiş mənfəət vergisinin bəyanaməsində müəssisənin ümumi gəlirləri 261.835,98 manat, gəlirlərin əldə edilməsi ilə bağlı cəmi xərclər 289.969,31 manat (əmək haqqı – 26.589,14 manat, sosial sığorta haqqları 5.849,58 manat, malın dəyəri 239875,37 manat, icarə haqqı 13 114,20 manat, enerji xərci 89,50 manat, qaz xərci 100,00 manat, yanacaq xərci 1 220,00 manat, su və kanalizasiya xərci 56,00 manat, rabitə xərci 686,44 manat, bank xərci 2 324,58 manat, bilavasitə malların təqdim edilməsi ilə bağlı sair xərclər 64,50 manat), zərər 35 506,06 manat bəyan etmişdir. Yoxlama zamanı vergi ödəyicisinin xərclərinin 289 969,31 manat olduğu öz təsdiqini tapmışdır. Yoxlama ilə 2015-ci il ((289 969,31/100)*20)=57 993,86 manat mənfəət hesablanmışdır. Vergi ödəyicisinin 2014-cü il üzrə 13 307,56 manat zərəri və 2015-ci il üzrə 6 572,73 manat mənfi məzənə fərqi nəzərə alınmaqla ((57 993,86 - (13 307,56 + 6 572,73)= 38 113,57) 2015-ci il üzrə hesablanmış 38 113,57 manat mənfəətdən 20% dərəcə ilə 7 622,71 manat mənfəət vergisi hesablanmışdır. Müəssisə tərəfindən 2016-cı il üzrə təqdim edilmiş mənfəət vergisinin bəyanaməsində müəssisənin ümumi gəlirləri 925 203,72 manat, gəlirlərin əldə edilməsi ilə bağlı cəmi xərclər 892 651,85 manat (əmək haqqı - 13 611,51 manat, sosial sığorta haqqları - 2 994,53 manat, malın dəyəri - 848 199,04 manat, icarə haqqı - 6 780,69 manat, enerji xərci - 117,00 manat, qaz xərci - 50,00 manat, yanacaq xərci - 1 600,00 manat, su və kanalizasiya xərci - 5,00 manat, rabitə xərci - 538,30 manat, bank xərci - 17 070,03 manat, bilavasitə malların təqdim edilməsi ilə bağlı sair xərclər - 488,33 manat, amortizasiya xərci - 1 156,00 manat), vergiyə cəlb olunan mənfəət 32 551,87 manat, keçmiş illərin zərəri 48 813,62 manat, mənfəət vergi 0,00 manat bəyan etmişdir. Yoxlama zamanı vergi ödəyicisinin xərclərinin 892 651,85 manat olduğu öz təsdiqini tapmış və 2016-cı il ((892 651,85/100)*20) = 178 530,37 manat mənfəət hesablanmışdır. Vergi ödəyicisinin 2016-cı il üzrə 29 204,90 manat müsbət məzənnədən gəliri nəzərə alınmaqla ((178 530,37 +29 204,90)= 207735,27) 2016-cı il üzrə hesablanmış 207735,27 manat mənfəətdən 20% dərəcə ilə 41 547,05 manat mənfəət vergisi hesablanmışdır. Müəssisə tərəfindən 2017-ci il üzrə təqdim edilmiş mənfəət vergisinin bəyanaməsində müəssisənin ümumi gəlirləri 2 924 192,44 manat, gəlirlərin əldə edilməsi ilə bağlı cəmi xərclər 2 863 354,33 manat (əmək haqqı - 20 975,95 manat, sosial sığorta haqqları - 4 614,70 manat, malın dəyəri - 2 777 870,91 manat, icarə haqqı - 36 676,50 manat, ezamiyyə xərci - 180,00 enerji xərci - 181,80 manat, qaz xərci - 50,00 manat, yanacaq xərci - 100,00 manat, rabitə xərci - 67,71 manat, bank xərci - 19 827,66 manat, bilavasitə malların təqdim edilməsi ilə bağlı sair xərclər - 731,64 manat, amortizasiya xərci - 1 988,00 manat, gəlirdən çıxılan vergilər və yığımlar (əmlak vergisi) - 89,46 manat), vergiyə cəlb olunan mənfəət 58 466.83 manat, keçmiş illərin zərəri 16 261,75 manat, mənfəət vergi 8441,02 manat bəyan etmişdir. Yoxlama zamanı vergi ödəyicisinin xərclərinin 2 863 354,33 manat olduğu öz təsdiqini tapmış və 2017-ci il ((2 863 354,33/100)*20) = 572 670,87 manat mənfəət hesablanmışdır. Vergi ödəyicisinin 2017-ci il üzrə 2 371.28 manat mənfi məzənnədən gəliri nəzərə alınmaqla ümumilikdə 570.299.59 manat (572 670,87 - 2 371,28) mənfəətdən 20% dərəcə ilə 114.059,92 manat mənfəət vergisi hesablandı. Yoxlama ilə müəssisə tərəfindən 2017-ci il üzrə mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 105.618,90 manat (114059,92 - 8441,02) az hesablanması müəyyən edildi. Müəssisə tərəfindən hesablanmış mənfəət vergisi nəzərə alınmaqla 2015-2017-ci illər üzrə ümumilikdə 154.788,66 manat əlavə mənfəət vergisinin hesablanması təklif olunur. Nağdsız hesablaşmalar haqqında qanunun tələblərinin pozulmasına görə tətbiq edilən maliyyə sanksiyası üzrə: Yoxlama zamanı təsisçi tərəfindən müəssisəyə verilən borcun təsisçiyə nağd qaydada qaytarılması halı aşkar edilmiş və pulların verilməsi kassa məxaric orderi ilə rəsmiləşdirilmişdir. Müəssisənin təsisçisi və direktoru eyni şəxsdir və fiziki şəxs kimi vergi uçouna dayanmışdır və VÖEN-nə malikdir (Abdıyev İslam Babaşxan oğlu (VÖEN:**********). Azərbaycan Respublikası Vergi Məcəlləsinə əlavə dəyişiklik edilməsi haqqında qanunla Vergi Məcəlləsinə 58.7-1-ci maddə əlavə olunmuş və bununlada “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunun pozulmasına görə sanksiyalar müəyyən olunmuşdur. Həmin Qanun 21 may 2017-ci il tarixində dərc edilmiş və dərc edildiyi gündən sonra yaranan münasibətlər tətbiq edilmişdir. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən VM-nin 58.7-1.6-cı maddəsinin yəni nağdsız hesablaşmalar haqqında qanunun tələbləri pozulmaqla faizsiz pul vəsaitlərini (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi hal istisna olmaqla) digər ayarmaları nağd qaydada ödəyən və qəbul edən şəxsə qanunun tələbləri pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala 1-ci dəfə yol verdikdə 10 faiz, 2-ci dəfə yol verdikdə 20 faiz və 3 və daha çox dəfə yol verdikdə 40 faiz miqdarında maliyyə sanksiyası tətbiq edilir. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən 2017-ci ilin may ayının 21-dən sonra xx.xx.2017-ci ilədək olan əməliyyatlarının həcmi 1 877 083,05 manat, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 842 747,49 manat ümumilikdə aparılan əməliyyatları həcmi 2 719 830,54 manat olmuşdur. Yoxlama ilə nağd qaydada təsisçiyə qaytarılan məbləğin 10% miqdarında yəni 271.983,05 manat miqdarında maliyyə sanksiyası təklif edilmişdir. Beləliklə, yoxlama zamanı mənfəət vergisi üzrə 154.788,66 manat əlavə hesablama aparılmışdır. Mənfəət vergisi üzrə 52.809,45 manat, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası qanunun pozulmasına görə 271.983,05 maliyyə sanksiyası hesablanmışdır. Ümumilikdə 154.788,66 manat vergi, 324.792,50 manat maliyyə sanksiyası hesablanmışdır. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Həmin Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2-1(112)-1124/2021 saylı qərardadı ilə iddiaçının iddiası Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********197582 №li “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” Qərarının qanunsuz hesab edilməsi və həmin qərarın ləğv edilməsi hissəsində mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2-1(112)-1124/2021 saylı qərarı ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Tural-İ-91” şirkəti barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********199902 saylı xx.xx.2020-ci il tarixli qərarının, şirkətə 154.788 (bir yüz əlli dörd min yeddi yüz səksən səkkiz) manat 66 (altmış altı) qəpik məbləğində əlavə mənfəət vergisinin hesablanması və həmin məbləğə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 52.809 (əlli iki min səkkiz yüz doqquz) manat 45 (qırx beş) qəpik məbləğində maliyyə sanksiyasının tətbiq olunması hissəsində ləğv edilməsi, iddianın qalan hissədə təmin olunmaması, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq iddiaçı “Tural-İ-91” şirkətindən (VÖEN: **********) 100 (bir yüz) manat məbləğində pulun alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın qismən-iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi və həmin hissədə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Həmin qərardan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Vergi orqanının xx.xx.2019-cu il tarixli **********173052 nömrəli qərarına əsasən İddiaçı vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə xx.xx.2015-ci il tarixdən xx.xx.2018- ci il tarixədək olan dövr üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmiş, xx.xx.2020-ci il tarixli **********197582 №li “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” qərarla xx.xx.2019-cu il tarixli **********174253 nömrəli səyyar vergi yoxlaması aktı üzrə hesablanmış vergilərin düzgünlüyünün daxil olmuş sənədlər əsasında yenidən araşdırılması qərara alınmış və yoxlama xx.xx.2020-ci il tarixli **********174253 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Cavabdeh Vergi orqanı tərəfindən yoxlama nətcəsində iddiaçı vergi ödəyicisinə hesablanmış vergilərin məbləği aşağıdaki kimi olmuşdur: Mənfəət vergisi üzrə: Vergi ödəyicisi 2015-2017-ci illər üzrə gəlir və xərcinin uçotunu kassa metodu aparmışdır. Yoxlama zamanı sənədlər yoxlamaya təqdim edilmiş, lakin vergi ödəyicisinin gəliri yoxlama ilə öz təsdiqini tapmamışdır. Şirkətin 2015-2017-ci illər üzrə əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığından Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 04 aprel 2003-cü il tarixli 42 saylı) Qərarı ilə şərti rentabellik səviyyəsi 20% götürülərək müəssisənin çəkdiyi xərcləri (ƏDV nəzərə alınmadan) əsasında hesablanmışdır. Şirkət tərəfindən 2015-ci il üzrə təqdim edilmiş mənfəət vergisinin bəyanaməsində müəssisənin ümumi gəlirləri 261.835,98 manat, gəlirlərin əldə edilməsi ilə bağlı cəmi xərclər 289 969,31 manat (əmək haqqı - 26 589,14 manat, sosial sığorta haqqları 5 849,58 manat, malın dəyəri 239.875,37 manat, icarə haqqı 13.114,20 manat, enerji xərci 89,50 manat, qaz xərci 100,00 manat, yanacaq xərci 1.220,00 manat, su və kanalizasiya xərci 56,00 manat, rabitə xərci 686,44 manat, bank xərci 2 324,58 manat, bilavasitə malların təqdim edilməsi ilə bağlı sair xərclər 64,50 manat), zərər 35.506,06 manat bəyan etmişdir. Yoxlama zamanı vergi ödəyicisinin xərclərinin 289.969,31 manat olduğu öz təsdiqini tapmışdır. Yoxlama ilə 2015-ci il ((289.969,31/100)*20)=57.993,86 manat mənfəət hesablanmışdır. Vergi ödəyicisinin 2014cü il üzrə 13.307,56 manat zərəri və 2015-ci il üzrə 6.572,73 manat mənfi məzənə fərqi nəzərə alınmaqla ((57 993,86 - (13 307,56 + 6.572,73)= 38.113,57) 2015-ci il üzrə hesablanmış 38.113,57 manat mənfəətdən 20% dərəcə ilə 7.622,71 manat mənfəət vergisi hesablanmışdır. Müəssisə tərəfindən 2016-cı il üzrə təqdim edilmiş mənfəət vergisinin bəyanaməsində müəssisənin ümumi gəlirləri 925.203,72 manat, gəlirlərin əldə edilməsi ilə bağlı cəmi xərclər 892.651,85 manat (əmək haqqı – 13.611,51 manat, sosial sığorta haqqları – 2.994,53 manat, malın dəyəri – 848.199,04 manat, icarə haqqı - 6 780,69 manat, enerji xərci - 117,00 manat, qaz xərci - 50,00 manat, yanacaq xərci - 1 600,00 manat, su və kanalizasiya xərci - 5,00 manat, rabitə xərci - 538,30 manat, bank xərci - 17 070,03 manat, bilavasitə malların təqdim edilməsi ilə bağlı sair xərclər - 488,33 manat, amortizasiya xərci - 1 156,00 manat), vergiyə cəlb olunan mənfəət 32 551,87 manat, keçmiş illərin zərəri 48 813,62 manat, mənfəət vergi 0,00 manat bəyan etmişdir. Yoxlama zamanı vergi ödəyicisinin xərclərinin 892 651,85 manat olduğu öz təsdiqini tapmış və 2016-cı il ((892 651,85/100)*20) = 178 530,37 manat mənfəət hesablanmışdır. Vergi ödəyicisinin 2016-cı il üzrə 29 204,90 manat müsbət məzənnədən gəliri nəzərə alınmaqla ((178 530,37 +29 204,90)= 207735,27) 2016-cı il üzrə hesablanmış 207735,27 manat mənfəətdən 20% dərəcə ilə 41 547,05 manat mənfəət vergisi hesablanmışdır. Müəssisə tərəfindən 2017-ci il üzrə təqdim edilmiş mənfəət vergisinin bəyanaməsində müəssisənin ümumi gəlirləri 2.924.192,44 manat, gəlirlərin əldə edilməsi ilə bağlı cəmi xərclər 2.863.354,33 manat (əmək haqqı - 20 975,95 manat, sosial sığorta haqları - 4 614,70 manat, malın dəyəri – 2.777.870,91 manat, icarə haqqı – 36.676,50 manat, ezamiyyə xərci - 180,00 enerji xərci - 181,80 manat, qaz xərci - 50,00 manat, yanacaq xərci - 100,00 manat, rabitə xərci - 67,71 manat, bank xərci - 19 827,66 manat, bilavasitə malların təqdim edilməsi ilə bağlı sair xərclər - 731,64 manat, amortizasiya xərci - 1 988,00 manat, gəlirdən çıxılan vergilər və yığımlar (əmlak vergisi) - 89,46 manat), vergiyə cəlb olunan mənfəət 58.466.83 manat, keçmiş illərin zərəri 16.261,75 manat, mənfəət vergi 8441,02 manat bəyan etmişdir. Yoxlama zamanı vergi ödəyicisinin xərclərinin 2.863.354,33 manat olduğu öz təsdiqini tapmış və 2017-ci il ((2 863 354,33/100)*20) = 572 670,87 manat mənfəət hesablanmışdır. Vergi ödəyicisinin 2017-ci il üzrə 2 371.28 manat mənfi məzənnədən gəliri nəzərə alınmaqla ümumilikdə 570.299.59 manat (572 670,87 - 2 371,28) mənfəətdən 20% dərəcə ilə 114.059,92 manat mənfəət vergisi hesablandı. Yoxlama ilə müəssisə tərəfindən 2017-ci il üzrə mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 105.618,90 manat (114.059,92 - 8441,02) az hesablanması müəyyən edilmişdir. Müəssisə tərəfindən hesablanmış mənfəət vergisi nəzərə alınmaqla 2015-2017-ci illər üzrə ümumilikdə 154.788,66 manat əlavə mənfəət vergisinin hesablanması təklif olunmuşdur. “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərinin pozulmasına görə tətbiq edilən maliyyə sanksiyası üzrə: Yoxlama zamanı təsisçi tərəfindən müəssisəyə verilən borcun təsisçiyə nağd qaydada qaytarılması halı aşkar edilmiş və pulların verilməsi kassa məxaric orderi ilə rəsmiləşdirilmişdir. Müəssisənin təsisçisi və direktoru eyni şəxsdir və fiziki şəxs kimi vergi uçouna dayanmışdır və VÖEN-nə malikdir (Abdıyev İslam Babaşxan oğlu (VÖEN:**********). Yoxlama zamanı vergi ödəyicisi tərəfindən 2017-ci ilin may ayının 21-dən sonra xx.xx.2017-ci ilədək olan əməliyyatlarının həcmi 1 877 083,05 manat, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 842 747,49 manat ümumilikdə aparılan əməliyyatları həcmi 2.719.830,54 manat olmuşdur. Yoxlama ilə nağd qaydada təsisçiyə qaytarılan məbləğin 10% miqdarında yəni 271 983,05 manat miqdarında maliyyə sanksiyası təklif edilmişdir. Yoxlama zamanı mənfəət vergisi üzrə 154.788,66 manat əlavə hesablama aparılmışdır. Mənfəət vergisi üzrə 52.809,45 manat, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunun pozulmasına görə 271.983,05 maliyyə sanksiyası hesablanmışdır. Ümumilikdə 154.788,66 manat vergi, 324.792,50 manat maliyyə sanksiyası hesablanmışdır. Bakı şəhəri LGBİ-nin rəis müavini baş vergi xidməti müşaviri X5 “Tural-İ-91” şirkəti üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2020-ci il tarixli **********174253 nömrəli aktı əsasında vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********199902 saylı xx.xx.2020-ci il tarixli qərar qəbul olunmuşdur. Qeyd olunan qərarla “Tural-İ-91” şirkətinə 2015-ci il üzrə 7622,71 manat verginin azaldılmasına görə 7622,71 manat; 2016-cı il üzrə 41547,05 manat mənfəət vergisinin azaldılmasına görə 41547,05 manat; 2017-ci il üzrə 105618,90 manat mənfəət vergisinin azaldılmasına görə 105618,90 manat əlavə vergi hesablanmış və həmin məbləğə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 52809,45 manat maliyyə sanksiyası tətbiq olunmuş; Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 271.983,05 manat maliyyə sanksiyası tətbiq olunmuş; ümumilikdə 154.788,66 manat mənfəət vergisinin azaldılmasına görə 154.788,66 manat əlavə vergi hesablanmış və 324.792,5 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. İddiaçıya “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********691700 №li tələbnamə göndərilərək, büdcəyə ödənilməli olan cəmi 479581,16 manat vəsaitin 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/1918 №li xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən yoxlama ilə Vergi Məcəlləsinin tələblərinin gözlənilməməsi və təqdim edilmiş iş materiallarında olan sənədlərə (elektron qaiməfakturalar, qaimə fakturalar, kassa mədaxil orderləri, bank çıxarışları, YGB-lər, kassa qəbzləri, ödəniş tapşırıqları və s.), məlumatlara əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr üzrə dövlət büdcəsinə az hesablanmış 154.788,66 manat məbləğində mənfəət vergisinin düzgün olmaması müəyyən olunur. Yəni sənədlər və bəyannamə məlumatları nəzərə alınmaqla iddiaçı “Tural-İ-91” şirkətinin xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə mənfəət vergisi üzrə kənarlaşması (az hesablanması) müəyyən olunmur. Həmçinin təqdim edilmiş iş materiallarında şirkətin xx.xx.2020-ci il tarixinə 29.448,42 manat məbləğində artıq ödənişin olması öz əksini tapmışdır. Yəni şirkət tərəfindən xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisi üzrə borc məbləği müəyyən olunmur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.6-cı maddəsinə əsasən kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Cavabdeh vergi orqanı tərəfindən iddiaçı şirkət barəsində **********199902 saylı xx.xx.2020-ci il tarixli qərar qəbul olunarkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37-ci maddəsinin tələblərinə əməl olunmamış, vergi ödəyicisi tərəfindən təqdim olunmuş əlavə məlumat və sənədlər nəzərə alınmadan, mənfəət vergisi üzrə əlavə vergilərin hesablanması barədə əsaslandırılmamış nəticəyə gəlinmişdir. Cavabddehin xx.xx.2020-ci il tarixli qərarı mənfəət vergisinin hesablanması hissəsində maddi-hüquqi baxımdan da qanuni olmamış, qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; (67.1.1) vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; (67.1.2.) vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; (67.1.3) vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; (67.1.4) vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; (67.1.5) vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; (67.1.6) vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; (67.1.7) vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; (67.1.8) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. (67.1.9) Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; (67.2.1) eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; (67.2.2) fəaliyyət göstərilən ərazi. (67.2.3) Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. Sadalanan normaların təhlilindən aydın olur ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və s.) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti, vergi ödəyicisi tərəfindən istehsal olunmuş və ya təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlardan və s.) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Həmin maddənin məzmunundan həm də o nəticə əldə olunur ki, vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.6-cı maddəsinə əsasən mühasibat uçotu – mühasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyətəsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır. Həmin Qanunun 2.1.10-cu maddəsinə əsasən mühasibat uçotu sənədi - ilkin uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlərdir. Həmin Qanunun 2.1.11-ci maddəsinə əsasən ilkin uçot sənədləri – maliyyətəsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə əsasən hazırlanmışdır və istehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı münasibətləri tənzimləyir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri mühasibat uçotunun, gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin, o cümlədən əmtəə-material ehtiyatlarının uçotunun aparılması, habelə uçot sənədlərinin tərtib edilməsi və saxlanması ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri, habelə onlara uyğun qəbul edilmiş digər qanunvericilik aktlarının tələblərini yerinə yetirməyə borcludurlar. Həmin Qaydaların 9-cu bəndinə əsasən bu Qaydada nəzərdə tutulan “Elektron qaimə-faktura”, “İstehsal ehtiyatlarının elektron alış aktı”, “Malların alınması üçün vəkalətnamə” və “Yük avtonəqliyyatı üçün yol vərəqi” istisna olmaqla, “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı”, “İstehsal ehtiyatlarının alış aktı”, “İstehsal ehtiyatlarının təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Malların (hazır məhsulların) təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Alış sifarişi”, “Hazır məhsulların təhvil-qəbul aktı”, “İstehsal ehtiyatlarının buraxılışı tələbnaməsi”, “İstehsal ehtiyatlarının istehsala buraxılışı qaiməfakturası”, “Köməkçi istehsal məhsullarının əsas istehsala buraxılışı qaiməfakturası”, “Zay məhsullara dair akt”, “Zay məhsulların təhvil-qəbul aktı”, “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt”, “Hazır məhsulların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” və “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formada vergi ödəyicisi tərəfindən kağız və ya elektron daşıyıcıda hazırlanaraq tətbiq edilir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 1.4-cü bəndinə əsasən ciddi hesabat blankları təşkilati-hüquqi formasından asılı olmayaraq, təşkilatların və fərdi sahibkarların maliyyə-təsərrüfat fəaliyyətində əmtəəpul dövriyyəsini əks etdirən, forma və rekvizitləri müəyyən olunmuş qaydada təsdiq edilən, xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədidir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən ciddi hesabat blanklarını onlara oxşar rekvizitlərə malik olan, ciddi hesabat blankları sayılmayan ilkin uçot sənədləri ilə əvəz etmək yol verilmir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2017-ci il tarixli Q-01 saylı Qərarı ilə təsdiq edilmiş “X1 Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”nın 7.1-ci bəndinə əsasən mühasibat uçotu subyektləri Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş ilkin uçot sənədlərinin və uçot registrlərinin formalarından istifadə edir. Təsərrüfat əməliyyatlarının baş verməsi faktını əks etdirən ilkin uçot sənədləri mühasibat uçotu registrlərində yazılışlar üçün əsas hesab olunur. Həmin Qaydaların 7.2-ci bəndinə əsasən ilkin uçot sənədləri özündə sənədin (formanın) adı, nömrəsi, kodu, tərtib edilmə yeri, tarixi, sənədi tərtib edən mühasibat uçotu subyektinin adı, təsərrüfat əməliyyatlarının məzmunu, məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı, şəxsi imzaları kimi zəruri rekvizitlər əks etdirir. Əməliyyatların xarakterindən və mühasibat uçotu subyektinin fəaliyyətinin xüsusiyyətindən asılı olaraq ilkin uçot sənədlərinə digər əlavə rekvizitlərin daxil edilməsinə yol verilir. Həmin Qaydaların 7.3-cü bəndinə əsasən ilkin uçot sənədləri əməliyyatların baş verdiyi anda, bu mümkün olmadıqda isə əməliyyatlar başa çatdıqdan sonra tərtib edilməlidir. Yuxarıda qeyd olunan normaların qarşılıqlı təhlilindən belə nəticə əldə olunur ki, müəssisə və təşkilatlar, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslər mühasibat uçotunu, o cümlədən vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunu Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirməli və aparılan maliyyə-təsərrüfat əməliyyatlarını baş verdiyi anda (bu mümkün olmadıqda başa çatdıqdan sonra) qanunla müəyyən edilmiş qaydada təsdiq edilmiş, zəruri rekvizitləri özündə ehtiva edən və ciddi hesabat blankı sayılan ilin uçot sənədləri əsasında rəsmiləşdirməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, məlumatlara (elektron qaiməfakturalar, qaimə fakturalar, kassa mədaxil orderləri, bank çıxarışları, YGB-lər, kassa qəbzləri, ödəniş tapşırıqları və s.) əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr üzrə dövlət büdcəsinə az hesablanmış 154.788,66 manat məbləğində mənfəət vergisinin düzgün olmaması müəyyən olunmuş, yəni “Tural-İ-91” şirkətinin xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə mənfəət vergisi üzrə kənarlaşması (az hesablanması) müəyyən olunmamış, həmçinin şirkətin xx.xx.2020-ci il tarixinə 29.448,42 manat məbləğində artıq ödənişin olması öz əksini tapmışdır. Cavabdeh vergi orqanı iddiaçı “Tural-İ-91” şirkətinə səyyar vergi yoxlaması ilə əhatə olunan hesabat dövrləri üzrə mübahisələndirilən mənfəət vergisinin hesablanmasına əsas olan hər hansı mötəbər sübut təqdim edə bilməmiş və həmin hesablamaların əsaslı olmasını sübuta yetirə bilməmişdir, əksinə iş materiallarına əlavə edilmiş mühasibatlıq sənədləri və Məhkəmə Ekspertiza Mərkəzinin hazırki iş üzrə ekspert rəyi əsasında iddiaçı “Tural-İ-91” şirkəti tərəfindən yoxlama ilə əhatə olunan hesabat dövrləri ərzində dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisinin düzgün hesablandığı və hər hansı kənarlaşmaya (vergilərin az hesablanması hallarına) yol verilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı “Tural-İ-91” şirkəti apardığı əməliyyatları, eləcə də vergitutma məqsədləri üçün gəlir və xərclərinin uçotunu qanunla müəyyən edilmiş qaydada apardığı halda, cavabdeh vergi orqanı iddiaçıya əlavə vergi (mənfəət vergisi) məbləği hesablayarkən qanunvericiliyin tələblərini pozmuşdur. İddiaçıya əlavə mənfəət vergisinin hesablanması və həmin məbləğə maliyyə sanksiyasının tətbiq olunması hissəsində vergi orqanının mübahisələndirilən qərarı əsassız və qanunsuz olduğundan ləğv olunmalıdır. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********199902 saylı qərarın “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərinin pozulmasına görə tətbiq edilən maliyyə sanksiyasının ləğv edilməsi hissəsinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, yoxlama zamanı vergi ödəyicisi tərəfindən 2017-ci ilin may ayının 21-dən sonra xx.xx.2017-ci ilədək olan əməliyyatlarının həcmi 1.877.083,05 manat, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 842.747,49 manat, ümumilikdə aparılan əməliyyatların həcmi 2.719.830,54 manat olduğu müəyyən olunmuş və nağd qaydada təsisçiyə qaytarılan məbləğin 10% miqdarında yəni 271.983,05 manat miqdarında maliyyə sanksiyası tətbiq edilmiş və bu zaman qanunvericiliyin tələbləri pozulmamışdır. Müəssisənin təsisçisi və direktoru eyni şəxsdir və fiziki şəxs kimi vergi uçotuna alınmışdır və VÖEN-nə malikdir (Abdıyev İslam Babaşxan oğlu (VÖEN:**********). İş materiallarından görünür ki, yoxlama zamanı iddiaçı şirkətin təsisçisi tərəfindən müəssisəyə verilən borcun (2.719.830,54 manat) təsisçiyə nağd qaydada qaytarılması halı aşkar edilmiş və pulların verilməsi kassa məxaric orderi ilə rəsmiləşdirilmişdir. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.4.6-cı maddəsinə əsasən bu Qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların ödənilməsi və qaytarılması yalnız nağdsız qaydada həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-1.6-cı maddəsinə əsasən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə həmin Qanunun 3.4.6-cı maddəsinin tələblərini pozmaqla faizsiz pul vəsaitlərini (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaları nağd qaydada ödəyən və qəbul edən şəxsə qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Göründüyü kimi, vergi ödəyicisi tərəfindən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə cavabdeh inzibati orqan nağd qaydada təsisçiyə qaytarılan məbləğin 10% miqdarında maliyyə sanksiyası tətbiq etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən işə baxılarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətləri aşkara çıxdıqda bu barədə xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi məhkəmənin hüququ kimi müəyyən olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə iddianın qismən təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2-1(112)-1124/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-518/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-518/2022
01.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver