Məhkəmə qərarları › İş №2-1(103)-5182/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-5182/2025

13.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-5182/2025 13.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X5 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçının vəkili (nümayəndəsi) Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-17716/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "qərarın ləğvi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-17716/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxılması üçün məhkəmə iclasına təyin olunmuşdur. Məhkəmə Kollegiyası İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya məktub göndərərək bildirilmişdir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 24-cü maddəsinə və həmin məcəllənin 13-cü maddəsində təsbit olunmuş məhkəmənin yardım etmək vəzifəsinə əsasən, məhkəmə apellyasiya şikayəti vermiş şəxsə izah edir ki, iş materiallarında mövcud olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-17716/2025 saylı, 31 oktyabr 2025-ci il tarixli qərardadı xx.xx.2025-ci il tarixdə həm İddiaçı, həm də onun vəkili (nümayəndəsi) Vəkil elektron kabinetinə yerləşdirilmişdir. Lakin, iddiaçı həmin qərardaddan apellyasiya şikayətini xx.xx.2025-ci il tarixdə verməklə, qanunla müəyyən edilən 10 günlük müddəti ötürmüşdür. Həmçinin, iddiaçının vəkili (nümayəndəsi) Vəkil prosessual müddətin buraxılmamış hesab edilməsi barədə ərizə təqdim etmişdir.Odur ki, yuxarıda qeyd olunan hallarla bağlı göstərilən tarixdə məhkəmə iclasında iştirak etməyiniz və ya səlahiyyətli nümayəndənizin iştirakını təmin etməyiniz tövsiyyə olunur. Yuxarıda qeyd olunanlara əsasən, apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılması ilə bağlı məhkəmə iclası təyin edilmişdir. Müddətin buraxılmamış hesab edilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli, e-2-1(112)-17716/2025 saylı qərardad ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "qərarın ləğvi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-17716/2025 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tərəflərindən Bakı İnzibati Məhkəməsininxx.xx.2025-ci il tarixli, e-2-1(112)- 17716/2025 saylı qərardadından şikayət xx.xx.2025-ci il tarixində elektron məhkəmə sisteminə yüklənmişdir. Lakin tərəflərindən şikayət verilərkən hesab etmişlər ki, mövcud hüquq məsələyə İnzibati Prosessual Məcəlləsinin 9.2-ci maddəsinin tələblərinə əsasən kassasiya instansiya məhkəməsi tərəfindən baxılaraq münasibət bildirilməsi nəzərdə tutulmuşdur. Sonradan müəyyən edilmişdir ki, prosessual qənaət prinsipi baxımından İnzibati Prosessual Məcəlləsinin 8.5-ci maddəsinin tələblərinə əsasən qeyd olunan qərardaddan şikayət apellyasiya instansiyasına verilməlidir. Qeyd olunan səbəbdən apellyasiya şikayəti vermək üçün müəyyən edilmiş müddət ötürülmüşdür. Hesab edirlər ki, buraxılmış müddətin üzrlü sayılaraq bərpa olunması zərurəti yaranmışdır. Belə ki, müddətin ötürülməsi tərəflərindən üzrlü hüquqi səhv nəticəsində – yəni yanlış instansiyaya müraciət edilməsindən irəli gəlmişdir. Bu, prosessual hüquqdan imtina kimi deyil, əksinə, həmin hüququn həyata keçirilməsi üçün edilən yanlış addım kimi qiymətləndirilməlidir. Hesab edirlər ki, qərardaddan şikayətin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət formal əsaslar üzrə buraxıldığından müddət ötürülməmiş hesab oluna bilər. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili (nümayəndəsi) şikayətin mümkün hesab edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətin mümkün hesab edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya mümkün sayılmamalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayəti verilməsi müddətini ərizədə göstərilən səbəbindən ötürməsi dəlilini əsaslı saymır. Belə ki, müddətin buraxılmamış hesab edilməsi barədə ərizədə və iddiaçının vəkilinin (nümayəndəsinin) izahatında bildirilir ki, tərəflərindən şikayət verilərkən hesab etmişlər ki, mövcud hüquq məsələyə İnzibati Prosessual Məcəlləsinin 9.2-ci maddəsinin tələblərinə əsasən kassasiya instansiya məhkəməsi tərəfindən baxılaraq münasibət bildirilməsi nəzərdə tutulmuşdur. Məhkəmə Kollegiyası bu dəlili əsaslı saymayaraq qeyd edir ki, barəsində şikayət verilmiş Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-17716/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadında “Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər“ qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən İPM ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin İPM ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən İPM ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasınä dair 08 may 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, “qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin e- 2-1(112)-17716/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti İPM-də nəzərdə tutulan müddətin ötürülməsi ilə verildiyindən apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası İPM-in 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiya məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Müddətin buraxılmamış hesab edilməsi barədə ərizə təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-17716/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbulundan imtina olunsun . Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar