Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-5185/2025 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi və məruzəsilə, X1 və Ismayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Icra Hakimiyyətinə qarşı “mənzil növbəsinə qəbul edilməsi və digər” tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Icra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 il və daha çox təqvim hesabı ilə xidmət etmiş və ehtiyata (istefaya) buraxılmış hərbi qulluqçu kimi ailə üzvləri ilə birlikdə (özü və oğlu) ##.##.2024-cü il tarixdən mənzil növbəsinə qəbul edilməsi və həmin tarixdən mənzillə (yaşayış sahəsi ilə) təmin olunanadək müvəqqəti mənzilin kirayəsi üçün kirayə haqqı ilə təmin edilməsi barədə sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2003-cü il tarixdən ##.##.2023-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində qadın hərbi qulluqçu kimi müddətdən artıq həqiqi hərbi xidmət keçmiş və ##.##.2024-cü il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “A” bəndinə əsasən (yaşa görə) ehtiyata buraxılmışdır. Iddiaçı ##.##.2024-cü il tarixdə cavabdehə hazırkı tələblə müraciət etmiş, lakin cavabdeh tərəfindən ona ##.##.2025-ci il tarixli məktubla imtina cavabı verilmişdir. Imtinanı əsassız və qanunsuz hesab edir. Bakı Inzibati Məhkəməsinin (hakim Emin Abdullayev) *-*(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçı İddiaçı 15 il və daha çox təqvim hesabı ilə xidmət etmiş və ehtiyata (istefaya) buraxılmış hərbi qulluqçu kimi ailə üzvləri (özü və oğlu) ilə birlikdə ##.##.2025-ci il tarixdən mənzil növbəsinə qəbul edilməsi və həmin tarixdən mənzillə (yaşayış sahəsi ilə) təmin olunanadək müvəqqəti mənzilin kirayəsi üçün kirayə haqqı ilə təmin edilməsi barədə sərəncam verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi rayon Icra Hakimiyətinə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vətəndaş İddiaçı yaşa görə istefada olan hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməyinə və müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsinə köməklik göstərilməsi barədə Bakı şəhəri Binəqədi rayon Icra Hakimiyyətinə ##.##.2025-ci il tarixli *-**/*-Ş-*-***/**** saylı ərizə ilə müraciət etmişdir. Həmin müraciətə baxılmasının nəticəsi olaraq, Rayon Icra Hakimiyyəti tərəfindən vətəndaşa təqdim olunan ##.##.2025-ci il tarixli *-**/*-Ş-*-***/**** nömrəli cavab məktubunda, Azərbaycan Respublikası Prezidentinin ##.##.2011-ci il tarixli *** nömrəli Fərmanına əsasən Müdafiə Nazirliyində mənzil növbəsinə götürülməklə adının dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısında qeydiyyatdan keçməsi səbəbindən müraciətinin müsbət həllinin mümkün olmadığı qeyd edilmişdir. Bununla yanaşı, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsində “Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər.” qeyd edilsə də, vətəndaş İddiaçı yaşa görə buraxılmasına 3 il qalmış komandanlıq tərəfindən onun mənzilə ehtiyacı olan qismində müvafiq siyahıya daxil edilməsi barədə Bakı şəhəri Binəqədi rayon Icra Hakimiyyətinə müraciət daxil olmamışdır. Yuxarıda qeyd olunanlardan görünür ki, Rayon Icra Hakimiyyəti tərəfindən iddiaçı İddiaçı müraciəti ilə bağlı mövcud qanunvericiliyə əsasən imtina cavabı verilmişdir. Lakin iddiaçı İddiaçı müraciətinə baxılmasından narazı olduğu üçün iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə isə iddiaçının iddia tələbinin təmin olunması barədə ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli Qərar qəbul etmişdir. Bakı Inzibati Məhkəməsi iş materiallarında olan sübutları tam və hərtərəfli araşdırmadan qiymətləndirmişdir. Belə ki, Rayon Icra Hakimiyyəti tərəfindən sözügedən inzibati işlə bağlı məhkəməyə ünvanlanmış etirazda İddiaçı müraciətinə baxılmasının nəticəsi və istinad edilən qanunvericilik normaları barədə ətraflı məlumat göstərilsə də, məhkəmə qəbul etdiyi qərarda etirazda göstərilən xüsusatlara əsassız və qanunları təhrif etməklə münasibət bildirmişdir. Bakı Inzibati Məhkəməsi cavabdeh tərəfindən verilmiş etirazda göstərilmiş xüsusatları tam həcmdə araşdırmamış və iş materiallarında olan sənədləri lazımınca tədqiq etməmişdir. Halbuki, vətəndaşa yazılan cavab məktubunda və etirazda mövcud qanunvericilik normalarına dəqiq şəkildə istinad edilməklə İddiaçı müraciətinin əsassız olduğu izah edilmişdir. Bakı Inzibati Məhkəməsinin qəbul etdiyi qərarda Rayon Icra Hakimiyyətinin mövqeyinin əsassız olduğu qətiyyən sübut edilməmişdir. Həmin qərar isə kobud qanun pozuntusuna yol verməklə təhrif olunmuş və işin hallarına zidd xüsusatlara əsaslanmaqla qəbul edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddia qismən təmin edildiyi və apellyasiya şikayəti iddianın təmin olunduğu hissədə cavabdeh tərəfindən verildiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini iddianın təmin edildiyi hissədə yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Icra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı ehtiyatda olan hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməyinə və müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsinə köməklik göstərilməsi barədə Bakı şəhəri Binəqədi rayon Icra Hakimiyyətinə ünvanladığı ##.##.2025-ci il tarixli *-**/*-Ş-*-***/**** saylı ərizəsinə baxılmışdır, Azərbaycan Respublikası Prezidentinin ##.##.2011-ci il tarixli *** nömrəli Fərmanına əsasən Müdafiə Nazirliyində mənzil növbəsinə götürülməklə adının dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısında qeydiyyatdan keçməsi səbəbindən müraciətinin müsbət həllinin mümkün olmadığı bildirilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi Rayon Idarəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli arayışa əsasən iddiaçı MAHHXHQ R İddiaçı ##.##.2003-cü il tarixdən ##.##.2023-cü il tarixə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət keçmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil- Istismar Xidmətinin ##.##.2024-cü il tarixli arayışına əsasən iddiaçı İddiaçı Azərbaycan Ordusunda xidmət etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunması barədə məlumat yoxdur. Iş materiallarında olan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçı İddiaçı adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Iş materiallarında olan Azərbaycan Respublikasının Ipoteka və Kredit Zəmanət Fondunun ##.##.2024-cü il tarixli məktubundan görünür ki, hazırda Fondun mövcud informasiya sistemində iddiaçıya verilmiş ipoteka kreditinə, o cümlədən güzəştli ipoteka kreditinə dair məlumat mövcud deyildir. Iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Əsaslı Tikinti Idarəsinin ##.##.2024-cü il tarixli arayışına əsasən iddiaçının adı Azərbaycan Respublikası Prezidentinin ##.##.2011-ci il tarixli *** nömrəli Fərmanının tələblərinə əsasən dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək hərbi qulluqçuların adlı siyahısına daxil edilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi Rayon Idarəsi tərəfindən məhkəmə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, istefada olan iddiaçı ##.##.2003-cü ildən ##.##.2023-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq hərbi xidmət keçmiş və X2 ##.##.2023-cü il tarixli, 036 əç əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “a” bəndinə (yaşa görə) və 164-cü maddəsinə müvafiq olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. Iş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mənzil Istismar Xidməti tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı Müdafiə Nazirliyinin mənzil fondundan yaşayış sahəsi ilə təmin olunması barədə məlumat aşkar edilməmişdir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12ci maddəsinin 2-ci hissəsinin 1-ci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin 3-cü abzasına əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, Rlər və Rları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin 4-cü abzasına əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. «Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2012-ci il tarixli *** nömrəli qərarının 1-ci bəndinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, Rlərə və Rlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat; 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat; 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat; 1.3. digər yaşayış məntəqələrində –55 manat. Həmin qərarın 2-ci bəndinə əsasən bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Işin faktiki halları ondan ibarətdir ki, iddiaçı İddiaçı ##.##.2003-cü ildən ##.##.2023-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq hərbi xidmət keçmiş və X2 ##.##.2023-cü il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “a” bəndinə (yaşa görə) və 164-cü maddəsinə müvafiq olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. Göründüyü kimi, iddiaçı 15 ildən çox hərbi xidmətdə olmuşdur. Iddiaçı «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq ailə tərkibi ilə birlikdə mənzil növbəsinə götürülməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 15 ildən çox hərbi xidmətdə olmuşdur. Eyni zamanda iddiaçı xidmət etdiyi müddət ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən mənzillə təmin edilməmişdir, həmçinin iddiaçının adına daşınmaz əmlak aşkar edilməmişdir. Iddiaçı (ailə üzvü ilə birlikdə) mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin edilmədiyi üçün yaşayış sahəsi olmayan hesab edilməlidir. Qeyd olunanlar iddiaçının ailə üzvləri ilə birlikdə yaşayış sahəsinə ehtiyacının olduğunu təsdiq edir. Cavabdeh iddiaçıya imtina cavabı verərkən onun Azərbaycan Respublikası Silahlı Qüvvələrində qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən mənzil növbəsinə götürülməsi və hazırda mənzil növbəsində olmasına istinad etmişdir. Işdə olan Müdafiə Nazirliyinin məlumatından da görünür ki, iddiaçı Azərbaycan Ordusunda qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin ##.##.2011-ci il tarixli *** nömrəli Fərmanına əsasən iddiaçının adının dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısında qeydiyyatdan keçməsi iddiaçıya imtina verilməsi üçün əsas deyildir. Birincisi, yuxarıda istinad olunan “Hərbi qulluqçuların statusu haqqında” Qanununda hərbi qulluqçunun sözügedən Fərmana əsasən dövlət vəsaiti hesabına mənzillə təmin olunan hərbi qulluqçuların siyahısına daxil olması eyni vaxtda ehtiyatda olan hərbi qulluqçunun yaşadığı yer üzrə mənzil növbəsinə alınmasına mane olan hal kimi nəzərdə tutulmamışdır. Həmçinin, Fərmanın özündə yerli icra hakimiyyətində mənzil uçotunda olan hərbi qulluqçunun dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların siyahısına daxil edilməsini istisna edəcək və ya məhdudlaşdıracaq norma nəzərdə tutulmamışdır. Ikincisi, Mənzil Məcəlləsinin 53-cü maddəsində şəxsi yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina üçün əsaslar müəyyən edilmiş, həmin maddədə şəxsin digər əsasla uçota alınmasının imtina üçün əsas olması qeyd edilməmişdir. Bu, həmçinin Mənzil Məcəlləsinin şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılması əsaslarını tənzimləyən 55-ci maddəsində də müşahidə olunur. Belə ki, həmin maddədə şəxsin digər bir əsasla uçota alınmasının onun uçotundan çıxarılması üçün əsas olması göstərilməmişdir. Üçüncüsü, iddiaçı Azərbaycan Respublikası Prezidentinin ##.##.2011ci il tarixli *** nömrəli Fərmanına əsasən mənzil sahəsi ilə təmin olunacağı təqdirdə bu hal onun birbaşa yerli icra hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi uçotdan çıxarılmasına əsas yaradacaqdır, çünki mənzillə təmin olunduğu halda artıq şəxsin yaşayış sahəsinə ehtiyacı aradan qalxmış olur. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının yaşa görə ehtiyata buraxılmasına 3 il qalmış komandanlıq tərəfindən onun mənzilə ehtiyacı olan qismində müvafiq siyahıya daxil edilməsi barədə məlumat verilməməsi iddiaçının səlahiyyətinə aid olan məsələ deyil, bununla bağlı məsuliyyət iddiaçının üzərinə qoyula bilməz. Bu səbəbdən qeyd olunan hal da imtina üçün əsas hesab edilmir. Göründüyü kimi, iddiaçı həm hərbi xidmət müddəti, həm ehtiyata buraxılmanın əsası (yaşa görə), həm də yaşayış sahəsinə ehtiyacın olması ilə əlaqədar qanunvericiliyin tələb etdiyi şərtləri ödəyir. Qeyd olunanlara əsasən cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdeh Bakı şəhəri Binəqədi rayon Icra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-5185/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-5185/2025
13.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver