Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-5189/2025 23.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə qarşı “qeyri-yaşayış binaları üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızı və X4 ibarət tərkibdə, İbrahimova Nəzrin Ramiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti) “qeyri-yaşayış binaları üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8960/2025 saylı 10 oktyabr 2025-ci il tarixli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə 23 yanvar 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARİ:
1. İddiaçı ilə Sabunçu rayonu Sabunçu bələdiyyəsi arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 59a saylı torpaq icarə müqaviləsinə əsasən Bakı şəhəri Sabunçu Bələdiyyəsi Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Stansiyayanı küçəsində yerləşən ümumi sahəsi 6400 kv.m olan torpaq sahəsini 10 il müddətinə iddiaçıya icarəyə verməyi, iddiaçı isə 640 manat icarə haqqını ona ödəməyi öhdəsinə götürmüşdür.
2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(82)- 2565/2014 saylı qərarı ilə iddiaçının Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı “tikilinin layihəsinin təsdiq edilməsi və digər” tələbinə dair iddia təmin edilmiş, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Stansiyayanı küçəsində yerləşən iddiaçının istifadəsində olan torpaq sahəsində inşa edilmiş anbar sahəsinin layihəsinin təsdiq edilməsi və tikintisinə razılıq verilməsinə dair sərəncam verilməsi vəzifəsi Sabunçu Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir.
3. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 521 saylı sərəncamı ilə iddiaçıya Sabunçu qəsəbəsi, Stansiyayanı küçəsində yerləşən istifadəsində olan torpaq sahəsində təqdim edilmiş eskiz layihəsinə uyğun olaraq anbar tikintisinə razılıq verilmişdir.
4. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 X1 Eksperiza Baş İdarəsinin xx.xx.2015-ci il tarixli 20761/19244 nömrəli rəyindən müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu qəsəbəsi, Stansiyayanı küçəsində anbar sahəsi (Blok D və E) üzrə işçi layihəsi bu rəyin 3-cü bölməsinin tələblərinin yerinə yetirilməsi və bütün işlərin icrasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılmışdır.
5. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin Təhlil qrupunun xx.xx.2018-ci il tarixli 944 nömrəli rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, Bakı şəhəri Sabunçu Bələdiyyəsi Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Stansiyayanı küçəsində yerləşən 8 girişli 1 mərtəbəli ofis binası, mühafizə binası, qeyriyaşayış sahəsi və 2 ədəd anbar binasının təyinata dəyişdirilməmək şərtilə yükdaşıyan konstrukiyaları möhkəmlik və dayanıqlıq tələblərini ödəyir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin nəzdində yaradılmış Təhlil qrupunun xx.xx.2018-ci il tarixli 944 saylı iclasında binaların yükdaşıyan konstrukiyalarının möhkəmlik və dayanıqlıq baxımından istismara yararlı olması barədə qərar qəbul edilmişdir.
6. İddiaçıya məxsus Sabunçu qəsəbəsi, Stansiyayanı küçəsində yerləşən istifadəsində olan ofis binası, mühafizə binası, qeyri-yaşayış sahəsi və 2 ədəd 1 mərtəbəli anbar binasına dair Tikintidə X2 Agentliyinin Baş Tikinti Müfəttişliyi tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin xx.xx.2014-cü il tarixli, 0164 nömrəli əmri ilə təsdiq edilmiş xx.xx.2019-cu il tarixli ö/002525 saylı İstismara hazırlıq Aktı verilmişdir.
7. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli 45 saylı sərəncamı əsasında Sabunçu qəsəbəsi, Stansiyayanı küçəsində inşa edilmiş ofis binası, mühafizə binası, qeyri-yaşayış sahəsi və 2 ədəd 1 mərtəbəli anbar binasına müvafiq formaya uyğun istismar aktı verilmişdir.
8. Həmin sərəncam əsasında Sabunçu qəsəbəsi, Stansiyayanı küçəsində inşa edilmiş ofis binası, mühafizə binası, qeyri-yaşayış sahəsi və 2 ədəd 1 mərtəbəli anbar binasına xx.xx.2019-cu il tarixli 85 saylı tikinti obyektinin istismarına icazə verilmişdir.
9. İddia ərizəsinə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Stansiyayanı küçəsində yerləşən anbar binası üçün tikintinin təşkili layihəsi əlavə edilmişdir.
10. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Stansiyayanı küçəsində Sabunçu Bələdiyyəsi ilə bağlanmış xx.xx.2007-ci il tarixli, 59/a saylı icarə müqaviləsi əsasında icarəsində olan torpaq sahəsində inşa etdiyi ofis binası, mühafizə binası, qeyri-yaşayış sahəsi və anbar binaları üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinə münasibətdə hərəkətsizlik edilmişdir.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:
11. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Stansiyayanı küçəsində Sabunçu Bələdiyyəsi ilə bağlanmış xx.xx.2007-ci il tarixli, 59/a saylı icarə müqaviləsi əsasında icarəsində olan torpaq sahəsində inşa etdiyi ofis binası, mühafizə binası, qeyri-yaşayış sahəsi və anbar binaları üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Stansiyayanı küçəsində Sabunçu Bələdiyyəsi ilə bağlanmış xx.xx.2007-ci il tarixli, 59/a saylı icarə müqaviləsi əsasında iddiaçı icarəsində olan torpaq sahəsində ofis binası, mühafizə binası, qeyri-yaşayış sahəsi və anbar binaları inşa etdirmişdir və inşaatşləri qanunvericiliyə uyğun olaraq həyata keçirilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(82)-2565/2014 saylı qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Stansiyayanı küçəsində istifadəsində olan torpaq sahəsində ofis binası, mühafizə binası, qeyri-yaşayış sahəsi və anbar binalarının layihəsinin təsdiq edilməsi və tikintisinə razılıq verilməsinə dair sərəncam verilməsi vəzifəsi Sabunçu Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Bundan sonra həmin qərar icra edilərək Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 521 saylı sərəncamı ilə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Stansiyayanı küçəsində istifadəsində olan torpaq sahəsində ofis binası, mühafizə binası, qeyri-yaşayış sahəsi və anbar binalarının layihəsi təsdiq edilmiş və tikintisinə razılıq verilmişdir. İnşaat işləri başa çatdıqdan sonra Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin Baş Tikinti Müfəttişliyi tərəfindən xx.xx.2019- cu il tarixli, ö/002525 saylı İstismara hazırlıq Aktı verilmişdir. Sonra qanunvericiliyə uyğun olaraq Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli 45 saylı sərəncamı əsasında xx.xx.2019-cu il tarixli, 85 saylı tikinti obyektinin istismarına icazə verilmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən 40 gündən çox müddət keçməsinə baxmayaraq hər hansı bir cavab verilməmişdir.
13. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti zəruri cəlbetmə qaydasında iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir.
14. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, təqdim edilmiş xx.xx.2007-ci il tarixli, 59/a saylı icarə müqaviləsində istinad olunan Sabunçu rayonu Sabunçu bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 5 saylı qərarı qeyd olunan qərarın arxiv arayışı və ya torpaq sahəsinin ayrıldığını təsdiq edən bələdiyyənin məktubu, həmçinin torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi) verilməmişdir. Bundan başqa, sənədlər toplusuna əlavə edilmiş Sabunçu Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli “Tikintiyə icazə verilməsi” haqqında sərəncamı və müvafiq tikililərin layihəsi səlahiyyətli orqan (Bakı Şəhər İcra Hakimiyyəti) tərəfindən təsdiq edilməmişdir. Eləcə də, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli “Tikinti obyektinin istismarına icazə” səlahiyyətli orqan (Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) tərəfindən təsdiq edilməmişdir. Əlavə olaraq, Fövqəladə Hallar Nazirliyinin müvafiq struktur bölməsinə müraciət edilməsi tövsiyə olunmuşdur. Elektron baza məlumatlarına əsasən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Həmçinin, ərazinin hüdudları daxilində çox sayda ləğv olunmuş və fəaliyyətdə olan neft quyuları mövcuddur və bir hissəsi yüksək elektrik xəttinin mühafizə zonasında yerləşir.
15. Üçüncü şəxs iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, sözügedən torpaq sahəsi üçüncü şəxsin və “X3” LTD Azərbaycan Respublikasındakı Filialının istifadəsinə verilmiş istehsalat təyinatlı ərazilərə aiddir. Həmin torpaq sahəsi üçüncü şəxsin qanuni istifadəsinə verilmiş torpaq sahəsidir və “X3” LTD Azərbaycan Respublikasındakı Filialının istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Həmçinin, torpaq sahəsi ilə ləğv olunmuş 41062, 41085, 41103, 41107, 41109, 41118, 41131, 41130 və 41190 saylı neftqaz quyularının üzərində, 41129, 41123, 41115, 41116, 411175, 41184, 41064 saylı və digər neft-qaz quyularının mühafizə zonası daxilində yerləşir. Qeyd edilənlərə əsasən cavabdehin imtinası əsaslı olmuşdur.
16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8960/2025 saylı 10 oktyabr 2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Stansiyayanı küçəsində Sabunçu Bələdiyyəsi ilə bağlanmış xx.xx.2007-ci il tarixli, 59/a saylı icarə müqaviləsi əsasında iddiaçının icarəsində olan torpaq sahəsində inşa etdiyi ofis binası, mühafizə binası, qeyri-yaşayış sahəsi və anbar binaları üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır.
17. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
18. Həmin qərardan narazı qalan üçüncü şəxs apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
Apellyasiya şikayətinin dəlilləri:
19. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim edilmiş xx.xx.2007-ci il tarixli, 59/a nömrəli icarə müqaviləsində istinad olunan Sabunçu rayonu Sabunçu bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 5 saylı qərarı, qeyd olunan qərarın arxiv arayışı və ya torpaq sahəsinin ayrıldığını təsdiq edən bələdiyyənin məktubu, həmçinin sahənin yerləşməsini müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi) verilməmişdir. Bundan başqa, sənədlər toplusuna əlavə edilmiş Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli “Tikintiyə icazə verilməsi haqqında” sərəncamı və müvafiq tikililərin layihəsi səlahiyyətli orqan (Bakı şəhər İcra Hakimiyyəti) tərəfindən təsdiq edilməmişdir. Eləcə də Sabunçu Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli “Tikinti obyektinin istismarına icazə” səlahiyyətli orqan (Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) tərəfindən təsdiq edilməmişdir. Əlavə olaraq, “Qeyriyaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli, 2181 nömrəli Fərmanına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin müvafiq struktur bölməsinə müraciət edilməsi tövsiyə olunmuşdur. Elektron baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Həmçinin, ərazinin hüdudları daxilində çox sayda ləğv olunmuş və fəaliyyədə olan neft quyuları mövcuddur.
20. Üçüncü şəxsin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli 2-1(112)-8960/2025 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərar əsassızdır. Belə ki, iddia edilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və “X3” LTD Azərbaycan Respublikasındakı Filialının istifadəsinə verilmiş istehsalat təyinatlı ərazilərə aiddir. İddiaçının iddia etdiyi Bakı şəhəri, Sabunçu qəsəbəsi, Stansiyayanı küçəsində yerləşən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qanuni istifadəsinə verilmiş torpaq sahəsidir. Həmçinin, Azərbaycan Respublikasının 06 may 2011-ci il tarixli 105-İVQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, UQE-LANSER PTİ.LTD və ARDNŞ-in X8 arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanuna əsasən “X3” LTD Azərbaycan Respublikasındakı Filialının istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Həmçinin, həmin torpaq sahəsi ilə ləğv olunmuş 41062, 41085, 41103, 41107, 41109, 41118, 41131, 41130 və 41190 saylı neft-qaz quyularının üzərində, 41129, 41123, 41115, 41116, 411175, 41184, 41064 saylı və digər neft-qaz quyularının mühafizə zonası daxilində yerləşir. Hüquqi müəyyənlik prinsipi mövcud hüquqi vəziyyət aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Məhkəmələr qəbul etdikləri qərarlarla həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirməli, ziddiyyətli məqamları aradan qaldırmalıdır.
Tərəflərin izahatları
21. xx.xx.2026-cı il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunsa da üçüncü şəxs və cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdir. Üçüncü şəxsin nümayəndəsi Nümayəndə xx.xx.2026-ci il tarixdə “Elektron Məhkəmə" sistemi vasitəsilə ərizə verərək xx.xx.2026-cı il tarixdə keçirəcəyi əməliyyat ilə əlaqədar təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini və hazırki iş üzrə iştirakının zəruriliyi ilə əlaqədar məhkəmə iclasının başqa vaxta təxir edilməsini xahiş etmişdir. Lakin bunu təsdiq edən sübutları ərizəsinə əlavə etməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı apellyasiya şikayətinə üçüncü şəxsin və cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin və üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndələrinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir.
22. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək onların təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
23. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi sıradan çıxmış və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi onun hüquq varisi kimi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli 3-21/3- 1-F-110/2025 nömrəli əmri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra- DƏDKR) publik hüquqi şəxsinin Nizamnaməsi, strukturu və ştat cədvəli yeni redaksiyada təsdiq edilmiş, Nizamnamə yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra DƏDKR-in tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının və balanslarındakı əmlakların DƏDKR-ə verilməsi qərara alınmışdır. Ona görə də həyata keçirilmiş yeni struktur dəyişikliklərinə görə ərazi idarələri artıq DƏDKR-in strukturuna daxil olan bölmə kimi fəaliyyət göstərir ki, belə olan halda, onların məhkəmə işlərində müstəqil tərəf kimi çıxış etmək üçün prosessual fəaliyyət qabiliyyəti yoxdur. Bu hüquq DƏDKR-in özünə məxsusdur. Bununla yanaşı, nəzərə alınmalıdır ki, müvafiq təşkilati xarakterli tədbirlər çərçivəsində ərazi idarələrinin məsul şəxslərinə sənədlərin, o cümlədən məhkəmə işləri ilə bağlı iddia ərizələrinin, etibarnamələrin, etirazların, apellyasiya və kassasiya şikayətlərinin, vəsatətlərin və digər sənədlərin imzalanması səlahiyyətinin verilməsi barədə DƏDKR-in İdarə Heyətinin sədri tərəfindən müvafiq əmr imzalanmışdır. Odur ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi onun hüquqi varisi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz olunmuşdur.
TƏTBİQ EDİLƏN HÜQUQ
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 10.2.1. Hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 25.1.İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 25.2.İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
29. Hazırki işdə apellyatorlar birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.
30. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçı hazırki tələblə müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinə münasibətdə hərəkətsizlik edilmişdir. İddiaçı da xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edildiyindən mümkün iddiadır.
31. İşin mahiyyətinə gəldikdə isə hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı tələbi “Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Stansiyayanı küçəsində Sabunçu Bələdiyyəsi ilə bağlanmış xx.xx.2007-ci il tarixli, 59/a saylı icarə müqaviləsi əsasında iddiaçının icarəsində olan torpaq sahəsində inşa etdiyi ofis binası, mühafizə binası, qeyriyaşayış sahəsi və anbar binaları üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi” barədədir. İşə baxan birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir.
32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:
33. İddiaya dair yazılı etirazın və apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdehin imtina dəlilləri aşağıdakılarla bağlı olmuşdur: - təqdim edilmiş xx.xx.2007-ci il tarixli, 59/a saylı icarə müqaviləsində istinad olunan Sabunçu rayonu Sabunçu bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 5 saylı qərarı, qeyd olunan qərarın arxiv arayışı və ya torpaq sahəsinin ayrıldığını təsdiq edən bələdiyyənin məktubu, həmçinin torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi) verilməmişdir; - sənədlər toplusuna əlavə edilmiş Sabunçu Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli “Tikintiyə icazə verilməsi” haqqında sərəncamı və müvafiq tikililərin layihəsi səlahiyyətli orqan (Bakı Şəhər İcra Hakimiyyəti) tərəfindən təsdiq edilməmişdir; - Sabunçu Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli “Tikinti obyektinin istismarına icazə” səlahiyyətli orqan (Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) tərəfindən təsdiq edilməmişdir. - torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. - ərazinin hüdudları daxilində çox sayda ləğv olunmuş və fəaliyyətdə olan neft quyuları mövcuddur və bir hissəsi yüksək elektrik xəttinin mühafizə zonasında yerləşir.
34. Məhkəmə kollegiyası həmin dəlillərə münasibətdə qeyd edir ki, iş materiallarından da görünür ki, iddiaçı ilə Sabunçu rayonu Sabunçu bələdiyyəsi arasında bağlanmış xx.xx.2007ci il tarixli, 59a saylı torpaq icarə müqaviləsinə əsasən Bakı şəhəri Sabunçu Bələdiyyəsi Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Stansiyayanı küçəsində yerləşən ümumi sahəsi 6400 kv.m olan torpaq sahəsini 10 il müddətinə iddiaçıya icarəyə verməyi, iddiaçı isə 640 manat icarə haqqını ona ödəməyi öhdəsinə götürmüşdür.
35. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(82)- 2565/2014 saylı qərarı ilə iddiaçının Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı “tikilinin layihəsinin təsdiq edilməsi və digər” tələbinə dair iddia təmin edilmiş, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Stansiyayanı küçəsində yerləşən iddiaçının istifadəsində olan torpaq sahəsində inşa edilmiş anbar sahəsinin layihəsinin təsdiq edilməsi və tikintisinə razılıq verilməsinə dair sərəncam verilməsi vəzifəsi Sabunçu Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir.
36. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 521 saylı sərəncamı ilə iddiaçıya Sabunçu qəsəbəsi, Stansiyayanı küçəsində yerləşən istifadəsində olan torpaq sahəsində təqdim edilmiş eskiz layihəsinə uyğun olaraq anbar tikintisinə razılıq verilmişdir.
37. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 X1 Eksperiza Baş İdarəsinin xx.xx.2015-ci il tarixli 20761/19244 nömrəli rəyindən müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu qəsəbəsi, Stansiyayanı küçəsində anbar sahəsi (Blok D və E) üzrə işçi layihəsi bu rəyin 3-cü bölməsinin tələblərinin yerinə yetirilməsi və bütün işlərin icrasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılmışdır.
38. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin Təhlil qrupunun xx.xx.2018-ci il tarixli 944 nömrəli rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, Bakı şəhəri Sabunçu bələdiyyəsi Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Stansiyayanı küçəsində yerləşən 8 girişli 1 mərtəbəli ofis binası, mühafizə binası, qeyriyaşayış sahəsi və 2 ədəd anbar binasının təyinatı dəyişdirilməmək şərtilə yükdaşıyan konstrukiyaları möhkəmlik və dayanıqlıq tələblərini ödəyir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin nəzdində yaradılmış Təhlil qrupunun xx.xx.2018-ci il tarixli 944 saylı iclasında binaların yükdaşıyan konstrukiyalarının möhkəmlik və dayanıqlıq baxımından istismara yararlı olması barədə qərar qəbul edilmişdir.
39. İddiaçıya məxsus Sabunçu qəsəbəsi, Stansiyayanı küçəsində yerləşən istifadəsində olan ofis binası, mühafizə binası, qeyri-yaşayış sahəsi və 2 ədəd 1 mərtəbəli anbar binasına dair Tikintidə X2 Agentliyinin Baş Tikinti Müfəttişliyi tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin xx.xx.2014-cü il tarixli, 0164 nömrəli əmri ilə təsdiq edilmiş xx.xx.2019-cu il tarixli ö/002525 saylı İstismara hazırlıq Aktı verilmişdir.
40. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli 45 saylı sərəncamı əsasında Sabunçu qəsəbəsi, Stansiyayanı küçəsində inşa edilmiş ofis binası, mühafizə binası, qeyri-yaşayış sahəsi və 2 ədəd 1 mərtəbəli anbar binasına müvafiq formaya uyğun istismar aktı verilmişdir.
41. Həmin sərəncam əsasında Sabunçu qəsəbəsi, Stansiyayanı küçəsində inşa edilmiş ofis binası, mühafizə binası, qeyri-yaşayış sahəsi və 2 ədəd 1 mərtəbəli anbar binasına xx.xx.2019-cu il tarixli 85 saylı tikinti obyektinin istismarına icazə verilmişdir.
42. İddia ərizəsinə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Stansiyayanı küçəsində yerləşən anbar binası üçün tikintinin təşkili layihəsi əlavə edilmişdir.
43. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.10, 8.0.10.1ci maddələrinin tələblərindən göründüyü kimi, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
44. Məhkəmə kollegiyası cavabdehin “sənədlər toplusuna əlavə edilmiş Sabunçu Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli “Tikintiyə icazə verilməsi” haqqında sərəncamı və müvafiq tikililərin layihəsi səlahiyyətli orqan (Bakı Şəhər İcra Hakimiyyəti) tərəfindən təsdiq edilməməsi və Sabunçu Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli “Tikinti obyektinin istismarına icazə” səlahiyyətli orqan (Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) tərəfindən təsdiq edilməməsi dəlilinə münasibətdə” qeyd edir ki, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 695 nömrəli Fərmanının 4.7-1-ci bəndində göstərilmişdir ki, ŞTM-in 75.1-ci maddəsinin birinci cümləsində və 102.2-ci maddəsinin birinci cümləsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər: 4.7-1.1. həmin Məcəllənin 78.2-ci maddəsində nəzərdə tutulmuş dövlət əhəmiyyətli tikinti obyektlərinə münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi; 4.7-1.2. digər tikinti obyektlərinə münasibətdə (dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonalarına münasibətdə – həmin Məcəllənin 75.1-ci maddəsinin birinci cümləsinə əsasən, tikintiyə icazə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində və turizm və rekreasiya zonalarının sərhədləri daxilindəki turizm mərkəzlərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin, Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin razılığı ilə verilməklə):
1. Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə – yanındakı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi qismində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi;
2. “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.6-cı və 1.13-cü bəndləri ilə müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində tikinti obyektlərinə münasibətdə – yanındakı X5 və Şəhərsalma Baş İdarəsi qismində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi;
3. bir neçə şəhər və (və ya) rayon (şəhər rayonu istisna olmaqla) inzibati ərazi vahidi ərazisində yerləşən tikinti obyektlərinə münasibətdə – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi;
4. digər inzibati ərazi vahidlərində tikinti obyektlərinə münasibətdə – yerli icra hakimiyyəti orqanları.
45. Qeyd edilməlidir ki, həmin Fərmanın 4.7-1-ci bəndi Fərmana Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 963 nömrəli Fərmanı ilə əlavə edilmişdir. Fərmanın həmin dövrə qədər qüvvədə olmuş 4.7-ci bəndi isə aşağıdakı redaksiyada olmuşdur: həmin Məcəllənin 75.1-ci maddəsinin birinci cümləsində, 101.2-ci maddələrində, 102.2-ci maddəsinin birinci cümləsində, 102.3-cü maddəsinin birinci və üçüncü cümlələrində, 102.4-cü, 102.5-ci, 102.6-cı maddələrində, 102.7-ci maddəsinin birinci cümləsində, 103.2-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.
46. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 482 nömrəli Qərarı qəbul edilənədək qüvvədə olmuş “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 8 oktyabr tarixli 322 nömrəli Qərarının 1.1-ci bəndinə əsasən Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti "Pilot layihə" formatında 5 il müddətinə mülki, mənzil və şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının, habelə sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin müfəssəl planlarının hazırlanmasını və təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsinin həyata keçirməsi müəyyən olunmuşdur.
47. Beləliklə, müəyən olunur ki, 2015-ci il 8 oktyabr tarixdən 17 dekabr 2019-cu il tarixədək Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsi səlahiyyəti olmuşdur.
48. Bundan başqa “Bakı şəhərində dövlət şəhərsalma fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 29 noyabr 2019-cu il tarixli 868 nömrəli Fərmanının 1-ci bəndinə əsasən müəyyən edilmişdir ki, Bakı şəhərinin rayonlarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının yenidən qurulması (o cümlədən sökülərək yerində yeni bina inşası) ilə bağlı Bakı şəhəri rayonlarının icra hakimiyyətləri tərəfindən 2018-ci il avqustun 1dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam verilmiş tikinti niyyətlərinə (layihələrinə) münasibətdə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə riayət edilməklə, həmin tikinti obyektinin yerləşdiyi ərazi üzrə: 1.1. ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılması sənədlərinin hazırlanmasını və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla təsdiqini; 1.2. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılığı ilə tikinti obyektlərinin tikintisinə icazə verilməsini; 1.3. tikinti obyektlərinin istismarına icazə verilməsini Bakı şəhərinin müvafiq rayon icra hakimiyyəti həyata keçirir.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
49. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(82)-2565/2014 saylı qərarı ilə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Stansiyayanı küçəsində yerləşən iddiaçının istifadəsində olan torpaq sahəsində inşa edilmiş anbar sahəsinin layihəsinin təsdiq edilməsi və tikintisinə razılıq verilməsinə dair sərəncam verilməsi vəzifəsi Sabunçu Rayon İcra Hakimiyyətinə həvalə edilmiş və həmin məhkəmə qərarının icrası qaydasında Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 521 saylı sərəncamı ilə iddiaçıya Sabunçu qəsəbəsi, Stansiyayanı küçəsində yerləşən istifadəsində olan torpaq sahəsində təqdim edilmiş eskiz layihəsinə uyğun olaraq anbar tikintisinə razılıq verilmişdir. Bundan sonra iddiaçı tərəfindən müvafiq qeyri-yaşayış sahələrinin tikintisi həyata keçirilmiş və zəruri sənədlər toplandıqdan sonra Sabunçu rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli sərəncamı ilə tikililərə dair istismar aktı verilmişdir. Qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarından görünür ki, həm qeyri-yaşayış sahələrinin tikintisinə icazə verilməsi səlahiyyəti xx.xx.2016-cı ilə qədər yerli icra hakimiyyəti orqanlarına, həm də inşa edilmiş tikililərin istismarına icazə verilməsi səlahiyyəti xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə məxsus olmuşdur.
50. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının sözügedən qeyri-yaşayış binasının yerləşdiyi torpağa dair hüquqmüəyyənedici sənədi mövcud olmuş, tikinti layihəsi müvafiq aidiyyəti qurumlarla razılaşdırılmış, eləcə də həmin qeyri-yaşayış binasının tikintisi ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən müvafiq rəylər verilmiş, qeyri-yaşayış binasının tikintisinə icazə verilmiş, mübahisəli tikinti obyektinin istismarına hazırlıq aktı tərtib edilmiş və obyektdə tikinti-quraşdırma işlərinin müvafiq qaydada həyata keçirildiyi təsdiq olunmuşdur. Eyni zamanda tikinti obyektinin istismarına icazə verilmişdir.
51. Məhkəmə kollegiyası cavabdehin “ərazinin hüdudları daxilində çox sayda ləğv olunmuş və fəaliyyətdə olan neft quyularının mövcudluğu və bir hissəsinin yüksək elektrik xəttinin mühafizə zonasında yerləşməsi” dəlillərinə münasibətdə qeyd edir ki, işin birinci instansiya məhkəməsində icraatı zamanı cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli məktubla təqdim edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 6584.4 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikintialtı sahəsi 70.8 kv.m (H=3.4) birmərtəbəli ofis, tikintialtı sahəsi 32.5 kv.m (H=3.4) birmərtəbəli anbar, tikintialtı sahəsi 308.8 kv.m (H=5.0) birmərtəbəli anbar, tikintialtı sahəsi 902.4 kv.m (H=6.2) birmərtəbəli (üç tərəfdən daş və bir tərəfdən metal konstruksiya, dam örtüyü metal konstruksiya olan, 15.4 metrin 58.6 metrə olan) istehsalat sahəsi və tikintialtı sahəsi 389.8 kv.m (H=5.2, 11.6 metrin 33.6 metrə olan) birmərtəbəli anbar sahəsi mövcuddur. Göstərilən torpaq sahəsinin koordinatları rəyə əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir (Balaxanlı Ə.Ş). Ərazinin hüdudları daxilində çoxsayda ləğv olunmuş və fəaliyyətdə olan neft quyuları mövcuddur və bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin magistral boru kəmərlərinin mühafizə zolağında yerləşir. Belə ki, torpaq sahəsinin şimal istiqamətində 0.41 m aralı məsafədən neft borusu keçir və qərb istiqamətində yaxınlığından 219 mm-lik qaz xətti keçir (aidiyyəti qurumun rəyinin alınması məqsədəuyğundur). Sözügedən sahə “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır (hər hansı dövlət təsisatlarının balansında olması barədə məlumat yoxdur).
52. Məhkəmə kollegiyası cavabdehin “ərazinin hüdudları daxilində çox sayda ləğv olunmuş və fəaliyyətdə olan neft quyularının mövcudluğu” dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının mülkiyyət hüququnun təsdiq olunmasını tələb etdiyi qeyri-yaşayış binasının tikintisinin qanunvericiliyin tələblərinə uyğun olmasına dair iş materiallarında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin müvafiq rəyləri var və Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 521 saylı sərəncamı ilə iddiaçıya Sabunçu qəsəbəsi, Stansiyayanı küçəsində yerləşən istifadəsində olan torpaq sahəsində təqdim edilmiş eskiz layihəsinə uyğun olaraq anbar tikintisinə razılıq verilmişdir. İddiaçı ona münasibətdə əlverişli xarakter daşıyan inzibati akta etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, qeyri-yaşayış obyektlərini tikmişdir. X6 Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən İstismara hazırlıq Aktı verilmişdir. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli 45 saylı sərəncamı əsasında Sabunçu qəsəbəsi, Stansiyayanı küçəsində inşa edilmiş ofis binası, mühafizə binası, qeyri-yaşayış sahəsi və 2 ədəd 1 mərtəbəli anbar binasına müvafiq formaya uyğun istismar aktı və həmin sərəncam əsasında Sabunçu qəsəbəsi, Stansiyayanı küçəsində inşa edilmiş ofis binası, mühafizə binası, qeyri-yaşayış sahəsi və 2 ədəd 1 mərtəbəli anbar binasına xx.xx.2019-cu il tarixli 85 saylı tikinti obyektinin istismarına icazə verilmişdir. Həmin inzibati aktlar da hazırda qüvvədir.
53. Oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-2041/2020 saylı xx.xx.2020-ci tarixli qərarında eyni mövqe ifadə olunmuşdur.
54. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 saylı Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 6-cı bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin Qaydaların 7-ci bəndinə əsasən torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır.
55. Sözügedən normanın məzmunundan görünür ki, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətə verilməsində heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər.
56. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan məsələ ilə bağlı göstərdiyi dəlil əsassızdır və bu dəlil iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində hüquqmüəyyənedici sənədləri təqdim etdiyi halda onun mülkiyyət hüququnun qeydə alınıb, daşınmaz əmlakın dövlət reyestrindən adına çıxarışın verilməsindən imtina edilməsi üçün əsas ola bilməz.
57. Oxşar işlər üzrə kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi də qərarlarında belə əsaslandırılmışdır (2-1(102)-445/2021 saylı xx.xx.2021-ci il tarixli qərar).
58. Məhkəmə kollegiyası ““X3” LTD Azərbaycan Respublikasındakı Filialının istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşməsi” dəlilinə münasibətdə qeyd edir ki, həmin torpaq sahəsi Azərbaycan Respublikasının 06 may 2011-ci il tarixli 105-İVQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, UQE-LANSER PTİ.LTD və ARDNŞin X8 arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanuna əsasən “X3” LTD-yə verilsə belə, iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi ofis binası, mühafizə binası, qeyri-yaşayış sahəsi və anbar binalarının yerləşdiyi torpaq sahəsi iddiaçının istifadəsinə daha əvvəl xx.xx.2007-ci il tarixli, 59a saylı torpaq icarə müqaviləsinə əsasən verilmiş və həmin qüvvədə olan icarə müqaviləsinə əsasən iddiaçının istifadə hüququ olmuşdur.
59. İşin apellyasiya baxışı zamanı məhkəmə kollegiyasına təqdim olunmuş - xx.xx.2022-ci il tarixli 04/1 nömrəli icarə müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 6400,00 kv.m torpaq sahəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək icarəyə verilmişdir. - xx.xx.2024-cü il tarixli 04/1 nömrəli icarə müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 6400,00 kv.m torpaq sahəsi xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək icarəyə verilmişdir. - xx.xx.2025-ci il tarixli 04/1 nömrəli icarə müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 6400,00 kv.m torpaq sahəsi xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək icarəyə verilmişdir.
60. Beləliklə, müəyyən olunur ki, iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi qeyri-yaşayış sahələrinin yerləşdiyi torpaq sahəsi iddiaçıya icarəyə verilmiş və hal-hazırda iddiaçının istifadəsindədir, buna dair hüquqmüəyyənedici sənəd hal-hazırda qüvvədədir. Nəzərə almaq lazımdır ki, iddiaçı da həmin torpaq sahəsinə deyil, onun üzərində yerləşən ofis binası, mühafizə binası, qeyri-yaşayış sahəsi və anbar binaları üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsini tələb edir.
61. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.
62. Məhkəmə kollegiyası qeyd edir ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır.
63. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır.
64. Odur ki, cavabdeh orqan və üçüncü şəxs tərəfindən verilmiş ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8960/2025 saylı 10 oktyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
65. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi və üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8960/2025 saylı 10 oktyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev