Məhkəmə qərarları › İş №2-1(103)-519/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-519/2021

12.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-519/2021 12.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X7 oğlunun katibliyi ilə, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X10 üzrə Mərkəzi Filialına qarşı pensiyasının təyin edilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5461/2020 saylı qərarından cavabdehin nümayəndəsi Ü.Musayeva tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5461/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır (hakim Ş.Həsənova). Həmin qərardan cavabdehin nümayəndəsi Ü.Musayeva apellyasiya şikayəti vermişdir. İşin halları: X5 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X10 üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1958-ci ildə Şamaxı rayonunda doğulmuşdur. O, xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuş, xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilə qədər M.Ə.Sabir adına Sovxozda fəhlə, xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilə qədər «Sovxozüzümçülüktikinti» Trestinin 9 №-li X2 2-ci dərəcəli fəhlə işləmiş, xx.xx.1979-cu ildən xx.xx.1980-cı ilə qədər Şamaxı 119 №-li kənd orta texniki peşə məktəbində geniş profilli traktorçu-maşinist ixtisası üzrə 125-ci qrupada təhsil almış, təhsilini başa vurduqdan sonra xx.xx.1980-cı ildən xx.xx.1980-cı ilə qədər 21 №-li X1 1-ci dərəcəli fəhlə, xx.xx.1980-cı ildən xx.xx.1983-cü ilə qədər M.Ə.Sabir adına üzümçülük sovxozunda fəhlə, xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilə qədər M.Ə.Sabir adına Sovxozda sürücü, xx.xx.1986cı ildən xx.xx.1986-cı ilə qədər Kürdəmir şəhəri 1 №- li Səyyar Mexanikləşdirilmiş dəstədə fəhlə, xx.xx.1986-cı ildən xx.xx.1986-cı ilə qədər 2 №-li Mexanizasiya İdarəsində sürücü, xx.xx.1986-cı ildən xx.xx.1987-cı ilə qədər M.Ə.Sabir adına Sovxozda avtoparkda çilingər və sürücü, xx.xx.1987-cı ildən xx.xx.1988- ci ilə qədər həmin Sovxozda sürücü, xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilə qədər 1 №-li «Xüsusiaqrosənayetikinti» Trestinin 5 №li X1 sürücü və fəhlə, xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilə qədər Aqrokimyəvi xidmət üzrə Reespublika Stansiiyasında fəhlə, xx.xx.1989-cu ildən xx.xx.2005-ci ilə qədər Şamaxı rayon Mexanikləşdirilmə Müəssisəsində (sonradan həmin müəssisənin bazasında «Aqrotexservis» ATSC yaradılmışdır) akkumulyatorçu vəzifəsində işləmişdir. 1990-2005-ci illərdə işlədiyi dövrlər üzrə aldığı əmək haqqı barədə Şamaxı rayon Dövlət arxivi tərəfindən müvafiq arxiv arayışlarını əldə etmişdir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olan əmək pensiyası qanunvericiliyinə əsasən kişilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 2 №-li Siyahı üzrə 57 yaşdan pensiyaya çıxmaq hüququna malikdirlər. Bu əsasdan xx.xx.2006-cı il tarixə qədər 25 il ümumi və 12 il 6 ay zərərli iş stajını tamamladığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ mövcuddur. Belə ki, xx.xx.2006-cı il tarixə qədər təhsil və hərbi xidmət müddətləri də daxil olmaqla 26 il 9 ay 10 gün ümumi iş stajı, 15 il 9 ay 7 gün zərərli iş stajını tamamlamışdır. Nəhayət 57 yaşı tamam olan tarixdən, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Lakin DSMF-nin X10 İdarəsi xx.xx.2020-ci il tarixli, **********1 №-li imtina məktubu ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İmtinanın səbəbi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 189 №-li qərarı ilə təsdiq edilmiş «Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında» Əsasnamənin 3-cü hissəsinin 2-ci cümləsi; xx.xx.1989-cu ildən xx.xx.1997-cı ilə qədər işlədiyim müəssisə tərəfindən DSMFnin Şamaxı rayon Şöbəsinə məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi; Əmək haqlarına dair əmr kitablarının Dövlət X13 təqdim edilməməsi; Mexanikləşdirmə Müəssisəsinin Dövlət X13 və DSMF-nin Şamaxı rayon Şöbəsinə təqdim etdiyi əmək haqqı cədvəllərində və hesabatlarda uyğunsuzluqların aşkar edilməsi, həmin cədvəlləri təsdiq edən möhürlə əmək kitabçasındakı möhurlərin fərqli olması göstərilmişdir. Həqiqətən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 189 №-li qərarı ilə təsdiq edilmiş «Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında» Əsasnamənin 3-cü hissəsinin 2-ci cümləsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinəti) almaq hüququ yoxdur. Lakin həmin müddəadan da göründüyü kimi burada istisnalar mövcuddur. Belə ki, «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanun 2018-ci ilin aprelin 1-dən qüvvəyə minir. Göründüyü kimi qanunvericiliklə həmin müəssisələr də daxil olmaqla bütün sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqları üzrə xx.xx.2006-cı il tarixə yaranmış borcları xx.xx.2018-ci il tarixdən silinmişdir. İşlədiyi müəssisə tərəfindən MDSS haqqları ödənilməmiş olsa da yuxarıda qeyd olunan Qanuna əsasən həmin borclar silinmişdir. Bu hal isə pensiya hüququnun təmin olunmasına şərait yaradır. Ona görə xx.xx.2006-cı ilə qədər işlədiyi dövrlər pensiya təyin olunan zaman ümumi və güzəştli iş stajına hesablanmalı idi. Cavabdeh inzibati orqanın «möhürlərin fərqli olması» mövqeyinə dair onu qeyd edilməlidir ki, o həmin müəssisədə xx.xx.1989-cu ildən xx.xx.2005-ci ilə qədər işləmişdir. Həmin müddət ərzində ölkə müstəqilliyini bərpa etmiş və keçmiş sovet üsulunda yaradılmış möhürlər yeni tipli möhürlərlə əvəz edilmiş, bundan başqa müəssisə işlədiyi dövrdə hüquqi şəxs kimi yenidən təşkil olunmuşdur. Odur ki, həmin arqumenti əsassız hesab edir. Güzəştli iş stajına dair isə onu qeyd etmək istəyir ki, işlədiyi «akkumulyatorçu» peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahının «Ümumi peşələr» adlanan 35-ci Bölməsinin «akkumulyatorçular» peşəsinə uyğunlaşdırılmalıdır. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X12 apellyasiya şikayətini müdafiə edərək, izahatında bildirmişdir ki, iddiaçının idarəyə təqdim etdiyi xx.xx.1994-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd olunmuşdur ki, o xx.xx.1989-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində Şamaxı rayonu “Mexanikləşdirmə müəssisəsi”ndə akkumulyatorçu vəzifəsində əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçının həmin dövrə aid ümumi və güzəştli iş stajının İdarə tərəfindən dəqiqləşdirməsi məqsədi ilə aparılan araşdırma zamanı xx.xx.1989-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisə tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinə məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi və əmək haqlarına dair əmr kitablarının Dövlət X13 təqdim edilmədiyi məlum olmuşdur. Eyni zamanda Mexanikləşdirmə müəssisəsi”nin Dövlət X13 və Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinə təqdim etdiyi əmək haqqı cədvəllərində və hesabatlarda uyğunsuzluqlar aşkar edilmiş, həmin əmək haqqı cədvəllərini təsdiq edən möhürlə iddiaçıya məxsus əmək kitabçasındakı möhürlərin fərqli olması müəyyən olunmuşdur. Göstərilən səbəblərdən həmin dövrləri iddiaçının əmək stajına daxil etmək mümkün olmadığı üçün onun ümumi iş stajı 25 ildən və güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin qismən təmin edilməsi nəticəsinə gəlir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X14 xx.xx.1958-ci ildə Şamaxı rayonunda doğulmuşdur. - X9 məxsus NZ ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - X9 məxsus əmək kitabçalarının notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilə qədər M.Ə.Sabir adına Sovxozda fəhlə, xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilə qədər «Sovxozüzümçülüktikinti» Trestinin 9 №-li X2 2-ci dərəcəli fəhlə işləmiş, xx.xx.1979-cu ildən xx.xx.1980-cı ilə qədər Şamaxı 119 №-li kənd orta texniki peşə məktəbində geniş profilli traktorçu-maşinist ixtisası üzrə 125-ci qrupada təhsil almış, təhsilini başa vurduqdan sonra xx.xx.1980-cı ildən xx.xx.1980-cı ilə qədər 21 №-li X1 1-ci dərəcəli fəhlə, xx.xx.1980-cı ildən xx.xx.1983-cü ilə qədər M.Ə.Sabir adına üzümçülük sovxozunda fəhlə, xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilə qədər M.Ə.Sabir adına Sovxozda sürücü, xx.xx.1986-cı ildən xx.xx.1986-cı ilə qədər Kürdəmir şəhəri 1 №-li Səyyar Mexanikləşdirilmiş dəstədə fəhlə, xx.xx.1986-cı ildən xx.xx.1986-cı ilə qədər 2 №-li Mexanizasiya İdarəsində sürücü, xx.xx.1986-cı ildən xx.xx.1987-cı ilə qədər M.Ə.Sabir adına Sovxozda avtoparkda çilingər və sürücü, xx.xx.1987-cı ildən xx.xx.1988-ci ilə qədər həmin Sovxozda sürücü, xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilə qədər 1 №-li «Xüsusiaqrosənayetikinti» Trestinin 5 №-li X1 sürücü və fəhlə, xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilə qədər Aqrokimyəvi xidmət üzrə Respublika Stansiiyasında fəhlə, xx.xx.1989-cu ildən xx.xx.2005-ci ilə qədər Şamaxı rayon Mexanikləşdirilmə Müəssisəsində (sonradan həmin müəssisənin bazasında «Aqrotexservis» ATSC yaradılmışdır) akkumulyatorçu vəzifəsində işləmişdir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X11 927 №-li, xx.xx.2020-ci il tarixli arxiv arayışından görünür ki, X3 1990-2005-ci illərdə aldığı əmək haqqı barədə məlumatlar mövcuddur. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X11 927 №-li, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Dövlət Arxivi Şamaxı filialında saxlanılan MTT-MTS-in əmək haqqı cədvəllərinin Arxivə təhvil verilməsinə baxmayaraq şəxsi heyət üzrə əmr kitabları onlara təhvil verilməmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X10 İdarəsinin iddiaçının xx.xx.2019-cu il tarixli ərizəsinə cavab olaraq verdiyi xx.xx.2020-ci il tarixli, **********1 №-li məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 189 №-li qərarı ilə təsdiq edilmiş «Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında» Əsasnamənin 3-cü hissəsinin 2-ci cümləsi; xx.xx.1989-cu ildən xx.xx.1997-cı ilə qədər işlədiyi müəssisə tərəfindən DSMFnin Şamaxı rayon Şöbəsinə məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi; Əmək haqlarına dair əmr kitablarının Dövlət X13 təqdim edilməməsi; Mexanikləşdirmə Müəssisəsinin Dövlət X13 və DSMF-nin Şamaxı rayon Şöbəsinə təqdim etdiyi əmək haqqı cədvəllərində və hesabatlarda uyğunsuzluqların aşkar edilməsi, həmin cədvəlləri təsdiq edən möhürlə əmək kitabçasındakı möhurlərin fərqli olması səbəbindən ona pensiya təyin olunmasından imtina edilmişdir. xx.xx.1956-cı ildə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin “V” bəndinə əsasən ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyan dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 1044 saylı, xx xxxxxx 1956-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi” Qaydalarının 109-cu bəndinə təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. xx.xx.2006-cı il tarixdək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «E» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «Ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək Şamaxı 119 №-li kənd orta texniki peşə məktəbində təhsil aldığı müddət iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər -istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar -50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli, 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:

1. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;

2. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Tədqiq olunmuş sənədlərdən müəyyən olunur ki,iddiaçının işlədiyi «akkumulyatorçu» peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahının «Ümumi peşələr» adlanan 35-ci Bölməsinin «akkumulyatorçular» peşəsinə uyğun olmaqla xx.xx.2006-cı ilə qədər təhsil və hərbi xidmət dövrü də daxil olmaqla 26 il 9 ay 10 gün ümumi və 15 il 9 ay 7 gün güzəştli iş stajı mövcuddur. Göründüyü kimi, hər iki hal iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Birinci instansiya məhkəməsi cavabdehin imtinasında və iddia ərizəsinə yazılı etirazında qeyd olunan hallarla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 189 №-li qərarı ilə təsdiq edilmiş «Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında» Əsasnamənin 3-cü hissəsinin 2-ci cümləsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinəti) almaq hüququ yoxdur. Lakin həmin müddəadan da göründüyü kimi burada istisnalar mövcuddur. Belə ki, «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanun 2018-ci ilin aprelin 1-dən qüvvəyə minir. Göründüyü kimi qanunvericiliklə həmin müəssisələr də daxil olmaqla bütün sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqları üzrə xx.xx.2006-cı il tarixə yaranmış borcları xx.xx.2018-ci il tarixdən silinmişdir. İddiaçının işlədiyi müəssisə tərəfindən MDSS haqqları ödənilməmiş olsa da yuxarıda qeyd olunan Qanuna əsasən həmin borclar silinmişdir. Bu hal isə pensiya hüququnun təmin olunmasına şərait yaradır. Ona görə də iddiaçının xx.xx.2006-cı ilə qədər işlədiyi dövrlər pensiya təyin olunan zaman ümumi və güzəştli iş stajına hesablanmalı idi. Cavabdeh inzibati orqanın «möhürlərin fərqli olması» mövqeyinə dair onu qeyd edilməlidir ki, iddiaçı həmin müəssisədə xx.xx.1989-cu ildən xx.xx.2005-ci ilə qədər işləmişdir. Həmin müddət ərzində ölkə müstəqilliyini bərpa etmiş və keçmiş sovet üsulunda yaradılmış möhürlər yeni tipli möhürlərlə əvəz edilmiş, bundan başqa müəssisə işlədiyi dövrdə hüquqi şəxs kimi yenidən təşkil olunmuşdur. Odur ki, həmin arqumenti əsaslı hesab etmək olmaz. Bundan əlavə cavabdeh inzibati orqan həm iddia ərizəsinə yazılı etirazda, həmdə imtina məktubunda iddiaçının işlədiyi dövrü qəbul etməsə də bunun əksini sübut edən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instnsiya məhkəməsi yuxarıda göstərilən qanunvericilik aktlarına istinad edərək əmək kitabçasının sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübüt kimi qəbul edilməsi əsaslıdır. Məhkəmə kollegiyası iddiaçının ümumi və güzəştli iş stajının idarə tərəfindən dəqiqləşdirməsi məqsədi ilə aparılan araşdırma zamanı xx.xx.1989-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi və əmək haqlarına dair əmr kitablarının Arxivə təqdim edilmədiyi və c. dəlillərini qəbul etmr. Məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməməlidir. Əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun hüquqlarını məhdudlaşdırılmamalıdır. Eyni zamanda kollegiya qeyd edir ki, iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoymuşdur. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixinədək qüvvədə olan redaksiyada olan 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixindən sonra qüvvədə olan redaksiyada olan 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” AR Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” xx.xx.2020-ci il tarixli Qərardadına əsasən, “Əmək pensiyaları haqqında” AR Qanununun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ xx.xx.2017-ci tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. İddiaçı ona 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2015-ci ildən hazırki dövrə qədər yaranmış fərqin ödənilməsini tələb etsə də, o, pensiyanın təyin edilməsi üçün ilk dəfə xx.xx.2019-cu il tarixdə, yəni “Əmək pensiyaları haqqında” Qanuna 32.1-1-ci maddəsinin əlavə edilməsi barədə Qanunun qüvvəyə mindiyi xx.xx.2017-ci il tarixdən sonra müraciət etdiyindən ona xx.xx.2015-ci il tarixdən hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi deyil, müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən - hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv ediməlidir və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı:

Cavabdehin nümayəndəsi Ü.Musayeva tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5461/2020 saylı qərarı qismən - hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilsin və bu hissədə iddia tələbi qismən təmin edilsin. X4 müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi vəzifəsi cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X10 üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar