Məhkəmə qərarları › İş №2-1(103)-519/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-519/2023

13.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-519/2023 13.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1, Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və pensiya ödənişinin bərpa edilməsi tələbinə dair” və Mərkəzi Filialın da, həmçinin, İddiaçı qarşı artıq ödənilmiş pensiya məbləğinin qaytarılması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2064/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından Mərkəzi Filial tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.2021-ci il tarixdə iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əmək pensiyasının dayandırılması haqqında **********7 nömrəli xx.xx.2021-ci il tarixli qərarının ləğv olunması və əmək pensiyasının ödənilməsinin bərpa edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə 2006-cı ildən şöbə müdiri vəzifəsində işlədiyi Müdafiə Sənayesi Nazirliyindən yaş həddi çatdığına görə 2019-cu ilin iyun ayında işdən azad olunduqdan sonra sənədlərini cavabdeh İdarəsinə təqdim edərək Daxili İşlər Nazirliyinin («DİN») pensiyasını dövlət qulluğu pensiyasına dəyişdirilməsi barədə müraciət etmiş, idarə tərəfindən 20 il 02 ay 22 gün staja müvafiq olaraq dövlət qulluqçusu kimi ona pensiya təyin edilmiş və 2021-ci ilin aprel ayı da daxil olmaqla bu pensiya ödənişini almış, lakin may ayından pensiyanın verilməsi dayandırılmışdır. Bununla əlaqədar cavabdehə xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət etmiş, lakin sonuncu xx.xx.2021-ci il tarixli məktubunda onun DİN-də işlədiyi dövrün qanunvericiliyin tələbləri baxımından dövlət qulluğu stajına daxil edilməsinin mümkünsüz hesab etmişdir. Halbuki 7 il 7 ay 2 gün DİN-də, 12 il 7 ay 20 gün Müdafiə Sənayesi aparatında şöbə müdiri vəzifəsində çalışdığı dövr qanunvericiliyə əsasən dövlət qulluğu stajı sayılır. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci və 20.11.2-ci maddələrinə, “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. İddiaçının dövlət qulluğu stajı 15 ildən az (12 il 7 ay 20 gün (xx.xx.2006 – xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər) təşkil etdiyindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququnun olmadığı təqdirdə ona həmin kateqoriya üzrə 1 iyul 2019-cu il tarixindən əmək pensiyası təyin edilmişdir. Bununla əlaqədar pensiya ödənişi 30 aprel 2021-ci il tarixindən dayandırılmış və xx.xx.2019 – xx.xx.2021-ci il tarixləri arasındakı dövr üçün cavabdehə ümumilikdə, 37427,86 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən olunmuşdur. Mərkəzi Filial da, həmçinin, xx.xx.2022-ci il tarixdə İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonucuya artıq ödənilmiş 24.480,61 manat pensiya məbləğinin ondan tutularaq Filialın hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir . Tələb onunla əsaslandırılmışdır ki, daxili işlər orqanlarının aparatında çalışan, hərbi və ya xüsusi rütbəsi olmayan şəxslərə “Dövlət qulluğu haqqında” Qanun şamil edilir. Buna görə də şəxsin Daxili İşlər Nazirliyində işlədiyi dövrün ona 1 iyul 2019-cu il tarixdən dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilərkən dövlət qulluğu stajının hesablanması zamanı nəzərə alınması mümkün deyildir. “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1ci və 20.11.2-ci maddələrinə, “Dövlət qulluğu haqqında” Qanunun 23.2- ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Cavabdehin dövlət qulluğu stajı 15 ildən az (12 il 7 ay 20 gün (xx.xx.2006 – xx.xx.2019- cu il tarixləri arasındakı dövrlər) təşkil etdiyindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququnun olmadığı təqdirdə ona həmin kateqoriya üzrə 1 iyul 2019-cu il tarixindən əmək pensiyası təyin edilmişdir. Bununla əlaqədar pensiya ödənişi 30 aprel 2021-ci il tarixindən dayandırılmış və xx.xx.2019 – xx.xx.2021-ci il tarixləri arasındakı dövr üçün cavabdehə ümumilikdə, 37427,86 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası ödənişi 30 aprel 2021-ci il tarixindən dayandırılmış və xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındaki dövr üçün ona ümumilikdə 37427,86 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 23848 nömrəli iddiaçıya məxsus məlumat vərəqəsinə əsasən Mərkəzi Filial tərəfindən xx.xx.2019-cu il tarixindən hesablanmaqla 22 il 2 ay 16 gün xidmət müddəti üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.5-ci və 20.14.1-ci maddələrinə uyğun olaraq yaşa görə əmək pensiyası bərpa edilmiş və xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üçün ümumilikdə 12947,25 manat ödənilməmiş pensiya məbləği hesablanmışdır. Həmin məbləğ, xx.xx.2019- xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində sabiq dövlət qulluqçusu kimi artıq ödənilmiş 37427,86 manat pul vəsaitindən çıxılmaqla, ümumilikdə, 24480,61 manat artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilmiş və bu barədə yazılı razılığının Mərkəzi Filiala təqdim edilməsi barədə cavabdehə müraciət olunmuş, lakin cavabdeh tərəfindən razılıq təqdim olunmamışdır. Cavabdeh H.X2 iddia tələbini qəbul etməmiş, DİN-də rəis heyəti, Müdafiə Sənayesi Nazirliyində şöbə müdiri dövlət qulluğu vəzifələrində çalışdığını bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2064/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiası təmin olunmamış, İddiaçı iddia tələbi isə təmin edilərək, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının dayandırılması haqqında xx.xx.2021-ci il tarixli **********7 nömrəli qərarı ləğv edilmiş və İddiaçı təyin edilmiş pensiya ödənişinin dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Mərkəzi Filial apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və onun iddiasının təmin edilməsini və İddiaçı iddiasının rədd edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…“Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinin tələblərinə görə daxili işlər orqanlarında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi “Dövlət qulluğu haqqında” Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun prinsiplərinə aid müddəaları, həmçinin həmin Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və daxili işlər orqanlarında qulluq dövlət qulluğunun xüsusi növüdür. Daxili işlər orqanlarının aparatında çalışan, hərbi və ya xüsusi rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan işçilər-xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s. istisna olmaqla) “Dövlət qulluğu haqqında” Qanun şamil edilir. Buna görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində işlədiyi dövrün ona 1 iyul 2019-cu il tarixindən dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilərkən dövlət qulluğu stajının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1 -ci və 20.11.2- ci maddələrinə, “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının dövlət qulluğu stajın 15 ildən az (12 il 7 ay 20 gün (xx.xx.2006-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər) təşkil etdiyindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququnun olmadığı təqdirdə ona həmin kateqoriya üzrə 1 iyul 2019-cu il tarixindən əmək pensiyası təyin edilmişdir. Bununla əlaqədar olaraq sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası ödənişi 30 aprel 2021-ci il tarixindən dayandırılmış və xx.xx.2019-xx.xx.2021 -ci il tarixləri arasındaki dövr üçün ona ümumilikdə 37427,86 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 23848 nömrəli məlumat vərəqəsinə əsasən Mərkəzi Filial tərəfindən xx.xx.2019-cu il tarixindən hesablanmaqla 22 il 2 ay 16 gün xidmət müddəti üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.5-ci və 20.14.1- ci maddələrinə uyğun olaraq yaşa görə əmək pensiyası bərpa edilmiş və xx.xx.2019-xx.xx.2021- ci il tarixləri arasındakı dövr üçün ümumilikdə 12947,25 manat ödənilməmiş pensiya məbləği hesablanmışdır. Qeyd olunanları əsasən ona ödənilməmiş 12947,25 manat pensiya məbləği xx.xx.2019- xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində sabiq dövlət qulluqçusu kimi artıq ödənilmiş 37427,86 manat pul vəsaitindən çıxılmaqla ümumilikdə 24480,61 manat artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 39.1 -ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur…» Mərkəzi Filialın məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli iclasında iştirak edən nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən İddiaçı apellyasiya şikayəti ilə razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfi dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə Mərkəzi Filialın apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İş materiallarından (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 23848 nömrəli hərbi qulluqçunun (xüsusi sütbəli şəxsin) pensiya təminatı üzrə məlumat vərəqəsindən) görünür ki, birinci İddiaçı daxili işlər orqanlarından tərxis olunduğu xx.xx.1995-ci il tarixə olan xidmət müddəti 22 il 2 ay 16 gün təşkil etdiyi nəzərə alınmaqla, xx.xx.1996-cı il tarixdən ona pensiya təyin edilmişdir. Eyni zamanda, işdən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə ərizə ilə Mərkəzi Filiala müraciət edərək, dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsini xahiş etmiş, Filialın xx.xx.2019-cu il tarixli **********6 saylı qərarı ilə ona xx.xx.2019-cu il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.7-cı maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə 1193,43 manat məbləğində pensiya təyin edilmiş, lakin sonradan, xx.xx.2021-ci il tarixdə Mərkəzi Filialın ona təyin olunmuş həmin «əmək pensiyasının dayandırılması haqqında» **********7 saylı qərar qəbul edilərək dövlət qulluqçusu kimi pensiya ödənişi dayandırılmışdır. Daha sonra, isə Filialın xx.xx.2021-ci il tarixli ********** saylı qərarı ilə “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsi ilə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmiş və İddiaçı xx.xx.2021-ci il tarixli məktub ünvanlayaraq sonuncunun dövlət qulluğu stajının 15 ildən az (12 il 7 ay 20 gün (xx.xx.2006 – xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər) təşkil etdiyindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququnun olmadığı təqdirdə, ona həmin kateqoriya üzrə 1 iyul 2019-cu il tarixindən əmək pensiyası təyin edildiyi bildirilərək, xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində dövlət qulluqçusu kimi 24480,61 manat məbləğində vəsaitin büdcəyə bərpa edilməsi üçün onun yazılı razılığının təqdim edilməsi xahiş olunmuşdur. Konkret halda, İddiaçı iddia tələbindən göründüyü kimi, mübahisələndirmə haqqında iddia vasitəsilə barəsində qəbul edilmiş dövlət qulluqçusu kimi ona təyin edilmiş əmək pensiyasının dayandırılması barədə xx.xx.2021-ci il tarixli qərarın ləğv edilərək həmin pensiya ödənişinin bərpa edilməsini tələb etmiş, Mərkəzi Filial isə ona qarşı iddia irəli sürərək 24.480,61 manat məbləğində artıq ödənilmiş pulun ondan tutulmasını tələb etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə İddiaçı iddia tələbi təmin, Mərkəzi Filialın isə iddiası rədd olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. X5 tərəfindən iddiaçının pensiyasının dayandırılması və ona ödənilmiş olan məbləğin geri tələb olunması inzibati və əmək pensiyları haqqında hüquq normalarına uyğun olmamışdır Belə ki, Əmək pensiyaları haqqında Qanunun 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Konkret halda İddiaçı təyin olunmuş əmək pensiyasının dayandırılmasını zəruri edən, qanuvericilikdə sadalanan hallardan hər hansı birinin mövcudluğu müəyyən olunmur. «İnzibati icraat haqqında» Qanunun 58.1-ci maddəsi isə nəzərədə tutur ki, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Bu Qanunun 67.1-ci maddəsinə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunvericiliyin qeyd olunan tələbləri baxımından, birincisi, qeyd olunmalıdır ki, birinci iddiaçıya dövlət qulluqçusu kimi pensiya təyinatı aparılması barədə qərarı ləğv edilməmiş, qüvvəsindədir. Digər tərəfdən qeyd etmək lazımdır ki, iddiaçı, onun pensiya işi araşdırılıb pensiyanın dayandırılması barədə qərar qəbul olunarkən, inzibati icraata da cəlb olunmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinin tələbinə görə inzibati orqan qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsidir. Həmin Qanunun 36.3-cü maddəsi isə nəzərdə tutur ki, isə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 51.1-ci maddəsinin tələbinə görə isə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. İş materiallarına əsasən isə Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən iddiaçıya dövlət qulluqçusu kimi təyin edilmiş pensiyanın hazırkı cavabdeh tərəfindən dayandırılması iddiaçının üzrə Mərkəzi Filialı tərəfindən inzibati qanunvericiliyin qeyd olunan tələblərinə riayət olunmamışdır. Ən başlıcası, pensiyaçı olaraq iddiaçının etimad etdiyi, barəsində Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən qəbul olunmuş 03.07. 2019-cu il tarixli **********46 (i.v.91) pensiya təyinatı barədə qərar qüvvədə olduğu halda, pensiya ödənişini dayandırması və ödənilmiş pensiya vəsaitinin iddiaçıdan tələb olunması nəinki inzibati icraat haqqında yuxarıda qeyd olunan hüquq normalarına, sözügedən Qanunun 67.5-ci maddəsinin tələbələrinə münasibətdə də tamamilə ziddir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir Qanunun qeyd olunan tələbləri baxımından, konkret halda, məhz, İddiaçı etimad göstərdiyi qərar əsasında qeyd olunan illər ərzində hər ay ona ödənilmiş pensiyanı xərclədiyi, hazırda isə aşkar ahıl dövrünü yaşadığı və artıq xərclədyi pul vəsaitini qaytarmaq iqtidarında olmadığı halda, Mərkəzi Filia tərəfindən ondan artıq ödənilmiş pul adı altında həmin vəsaitin qaytarılmasının odan tələb olunması qanunsuzdur. Ən azından, «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsinin tələbindən görünür ki, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Qanunun qeyd olunan tələblərində sadalanan hallardan hər hansı birinə pensiyaçı tərəfindən yol verilməmişdir. Ümumiyyətlə, cavabdehin apellyasiya şikayətində və məhkəməyə təqdim edilmiş digər sənədlərə əsasən pensiyaçı tərəfindən Qanunun 67.6-cı maddəsində göstərilən hallardan hər hansı birinə yol verilməsi ilə bağlı heç bir əsaslandırma mövcud deyil və bununla əlaqədar dəlil-sübut məhkəməyə təqdim olunmamışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki: «… Etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir… İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar)…» Beləliklə də, cavabdeh tərəfindən iddiaçının pensiyasının xx.xx.2021-ci il tarixli **********7 №-li qərarı ilə dayandırılaraq, ondan xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində sabiq dövlət qulluqçusu kimi ödənilən 24480,61 manat məbləğində vəsaitin büdcəyə bərpa edilməsinin tələb olunması inzibati icraat haqqında hüquq normalarına və Avropa Məhkəməsinin presedent qərarlarına zidd olduğu sübuta yetiriilir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə İddiaçı «əmək pensiyasının dayandırılması haqqında" xx.xx.2021-ci il tarixli qərarın ləğv edilərək, onun əmək pensiyasının bərpa edilməsinin Mərkəzi Filiala həvalə edilməsi, sonuncunun isə artıq pulun tutulması barədə iddiasının rədd olunması işin hallarına, maddi və inzibati icraat haqqında hüquq normalarına uyğun nəticə kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə kollegiyası Mərkəzi Filialın apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2064/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2064/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar