Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-5196/2025 17.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “tikililərin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızı və X6 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “tikililərin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9565/2025 saylı 13 oktyabr 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 17 fevral 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARİ:
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 38T ünvanında yerləşən qapı 15,16,17 saylı qeyri-yaşayış sahəsi xx.xx.2014-cü ildə iddiaçının adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır.
2. “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” 1309 nömrəli, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 38T ünvanında yerləşən qapı 15,16,17 saylı qeyri-yaşayış sahəsinin yerləşdiyi 27,0 kv metr torpaq sahəsi xx.xx.2024-cü ilə qədər icarəyə verilmişdir.
3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 38T ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2014-cü ildə iddiaçının adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır.
4. “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” 1308 nömrəli, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 9,0 kv metr torpaq sahəsi xx.xx.2024-cü ilə qədər icarəyə verilmişdir.
5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2014-cü ildə iddiaçının adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır.
6. “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisənvə obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” 1307 nömrəli, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 9,0 kv metr torpaq sahəsi xx.xx.2024-cü ilə qədər icarəyə verilmişdir.
7. Bakı Şəhəri İcra Hakimiyyətinin 1099 nömrəli, xx.xx.1995-ci il tarixli sərəncamına əsasən Nizami rayonunda aşağıdakı ünvanda ticarət cərgələrinin layihələndirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır: Q.Qarayev küçəsindəki 4 №li kolxoz bazarının şərq hissəsində, Məşədi Əzizbəyov metro stansiyasının cənubunda, Q.Qarayev prospektindəki 122 və 124 saylı binaların qarşısında, Babək prospektindəki 2210-cu məhəllədə.
8. Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyəti başçısının 512 nömrəli, xx.xx.2003-cü il tarixli sərəncamına əsasən 4 №li bazarın şərq hissəsində yerləşən vətəndaş M.Ə.Qədimova məxsus hər biri 3,0x3,0 metr ölçüdə olan 5 ədəd ticarət obyektinin X3 adına rəsmiləşdirilməsi qərara alınmışdır.
9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli məktublarına əsasən iddiaçının nümayəndəsinə bildirilmişdir ki, torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməsi məqsədəuyğundur.
10. Cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli akta əsasən ünvan 5 ünvanlardakı iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahələrinin yerləşdiyi 45,0 kv metr torpaq sahəsinə baxış keçirilməklə araşdırma aparılmışdır, qeyd olunan ünvanda mövcud olan ticarət cərgəsi Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 1099 nömrəli sərəncamı ilə tikilmişdir. X1 mülkiyyətində olan qeyri-yaşayış sahələri həmin ticarət cərgəsinin bir bissəsində yerləşir, torpaq sahəsinə dair ƏMDX ilə xx.xx.2022-ci il tarixli, 1307, 1308, 1309 nömrəli icarə müqavilələri bağlanmışdır.
11. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə hazırki tələbi ilə müraciət etmiş, lakin cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli məktubla imtina olunaraq bildirilmişdir ki, imtinanın əsası kimi iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahələrinin birmərtəbəli tikililərin yerləşdiyi ümumi istifadədə olan torpaq sahəsinin bir hissəsi olması göstərilmişdir.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:
12. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia qaldıraraq mülkiyyətində olan daşınmaz əmlakın, yəni Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 38T ünvanında yerləşən qapı 15,16,17,23 və 27 saylı qeyri-yaşayış sahəsi olan tikililərin yerləşdiyi torpaq sahələrinə mülkiyyət hüququnun qeydə alınaraq iddiaçıya vahid daşınmaz əmlakın reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək mülkiyyətində olan daşınmaz əmlakın, yəni Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 38T ünvanında yerləşən qapı 15,16,17,23 və 27 saylı qeyri-yaşayış sahəsi olan tikililərin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 38T ünvanında yerləşən qapı 27 saylı qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına xx.xx.2014-cü ildə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 38T ünvanında yerləşən qapı 15,16,17 saylı qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına xx.xx.2014-cü ildə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 38T ünvanında yerləşən qapı 23 saylı qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına xx.xx.2014-cü ildə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır.Qeyd edilən qeyri-yaşayış sahələri ilə bağlı icarəyəverən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə iddiaçı arasında xx.xx.2022-ci il tarixli “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” 1307, 1308 və 1309 nömrəli müqavilələr bağlanmışdır.Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 512 nömrəli sərəncamı ilə 4 №li bazarın şərq hissəsində yerləşən vətəndaş X4 məxsus hər biri 3,0x3,0 metr ölçüdə olan 5 ədəd ticarət obyektinin mövcud vəziyyətdə iddiaçının adına rəsmiləşdirilməsi, Nizami rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 881 №li sərəncamının qüvvəsini itirmiş hesab edilməsi və iddiaçının obyektlərinin yerində qəbul edilməsi və sanitar-təmizlik işlərinin aparılmasının tapşırılması qərara alınmışdır. Bununla əlaqədar iddiaçı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 38T ünvanında mülkiyyətində olan qeyri-yaşayış sahələrinin torpaq sahəsinin özəlləşdirilməsinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmiş və cavabdeh xx.xx.2025-ci il tarixli bildirişlə ərizənin icrasından imtina etmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
15. Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı etiraz verilməmişdir.
16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9565/2025 saylı 13 oktyabr 2025-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
17. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Apellyasiya şikayətinin dəlilləri:
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, göstərilən iddiaçının mülkiyyətində olan əmlakın altındakı torpaq sahəsinin hər hansı bir şəxsə, o cümlədən iddiaçıya satılması məsələsi cavabdehin diskression səlahiyyətidir. İnzibati iş materiallarından məhkəmə müəyyən etmişdir ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 38T ünvanında yerləşən qapı 15,16,17,23 və 27 saylı qeyriyaşayış sahəsi olan tikililər ticarət cərgəsinin bir bissəsində yerləşir, müstəqil (ayrıca inşa edilmiş), ayrıca, başqa tikililər ilə ara məsafəsi olan qeyri-yaşayış sahəsi deyildir və bu səbəbdən də ticarət cərgəsindəki tikililərin altındakı torpaq sahəsinin bir hissəsinin satılmasını cavabdeh qeyri-mümkün hesab etməklə öz diskression səlahiyyətləri çərçivəsində hərəkət etmişdir və heç bir qanun pozuntusuna bu zaman yol verilməmişdir. Belə ki, cavabdeh dövlət orqanı olmaqla dövlət əmlakının idarə edilməsi, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlət nəzarətini, fiziki və hüquqi şəxslərin inşa etdikləri müəssisələrin və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satışını həyata keçirən qurumdur, Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Nazirliyin hüquqi aktlarını rəhbər tutur. Hal-hazırki vəziyyətdə də cavabdehin iddiaçıya münasibətdə fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun olmaması müəyyən olunmamışdur. Göründüyü kimi məhkəmənin mövqeyi cavabdehin bu iş üzrə diskression səlahiyyətə malik olması ilə bağlı olmuşdur. İşin faktiki halları ilə bağlı apellyasiya instansiya məhkəməsinin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən qapı 27 saylı qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə X1 adma daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixində 135 nömrəli reyestr kitabının 12683 saylı vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən qapı 15, 16, 17 saylı qeyriyaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə X1 adma daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixində 137 nömrəli reyestr kitabının 12818 saylı vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən qapı 23 saylı qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə X1 adma daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixində 139 nömrəli reyestr kitabının 12987 saylı vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Qeyd edilən qeyri-yaşayış sahələri ilə bağlı icarəyəverən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini E. Yusubovla icarəçi X2 arasında 03 fevral 2022-ci il tarixli, “özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında’’ müvafiq olaraq 1307, 1308 və 1309 nömrəli müqavilələr bağlanmış və müvafiq icarəçi kodları ilə təmin edilmişdir. Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 512 nömrəli Sərəncamı ilə 4 №li bazarın şərq hissəsində yerləşən, vət.X5 məxsus hər biri 3,0x3,0 metr ölçüdə olan beş ədəd ticarət obyekti mövcud vəziyyətdə vət. Almazova (Mirsultanova) Güldanə Əbil qızının adına rəsmiləşdirilməsi, Nizami rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 881 №li Sərəncamının öz qüvvəsini itirmiş hesab edilməsi və G. Ə. Almazov anın obyektləri yerində qəbul edilməsi və sanitar-təmizlik işlərinin aparılmasının tapşırılması Qərara alınmışdır. Bununla əlaqədar, tərəfimdən Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 38T ünvanında mülkiyyətimdə olan qeyri-yaşayış sahələrinin torpaq sahəsinin özəlləşdirilməsinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilmiş və cavabdeh xx.xx.2025-ci il tarixli, 3-21-3/2-M-0580-8/2025 nömrəli bildirişlə ərizənin icrasından imtina etmişdir. Hesab edir ki, məhkəmənin qərarı göstərilənlərə əsasən tamamilə qanunsuzdur. Hazırkı iş üzrə mövcud sübutların siyahısını birinci instansiya məhkəməsinə tərəfimizdən verilmiş iddiaya əlavə edilmiş sənədlər təşkil edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə təqdim olunmamışdır.
Tərəflərin izahatları
20. xx.xx.2026-cı il tarixli məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmişdir. İddiaçı xx.xx.2026-cı il tarixdə məhkəməyə ərizə ünvanlayaraq ailədə yaranmış təxirəsalınmaz işlə əlaqədər xx.xx.2026-cı il tarixdən xx.xx.2026-cı il tarixə kimi Azərbaycanda olmayacağını və bunu nəzərə alaraq məhkəmə iclası gününü başqa vaxta təyin edilməsini xahiş etmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etirazı olmadığını bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün saymışdır.
21. Cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
24. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
49. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. 86.1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış aşağıdakı torpaq sahələri və torpaqla bağlı hüquqlar alqısatqı obyekti ola bilər: ...özəlləşdirilən dövlət obyektlərinin yerləşdiyi torpaq sahələri;
25. “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli, 659 nömrəli Fərmanı:
1. “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamə təsdiq edilsin.
3. Hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması bu Fərmanla müəyyən edilmiş qaydada həyata keçirilir, bir şərtlə ki, dövlət mülkiyyətində olan həmin torpaq sahələri belə fiziki və hüquqi şəxslərin qanuni istifadəsində və ya icarəsində olsun.
26. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamə:
1. Bu Əsasnamə Azərbaycan Respublikasının “Torpaq məcəlləsinə”, “Torpaq islahatı haqqında”, “Torpaq vergisi haqqında”, “Yerin təki haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası qanunlarına, “Azərbaycan Respublikasında 1995 – 1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramı”na və qüvvədə olan digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır və özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin (bundan sonra “Torpaq sahələri”) fiziki və hüquqi şəxslərə satılması qaydalarını müəyyən edir.
2. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur.
3. Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satın alınmasının subyektləri (alıcıları) qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri ola bilərlər.
4. Özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır.
6. Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallar istisna olmaqla satınalma obyektləri sayılır. 1
1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satıla bilər.
12. Torpaq sahəsini almaq məqsədilə onun üzərində yerləşən özəlləşdirilmiş müəssisənin və ya obyektin mülkiyyətçisi Dövlət Xidmətinə aşağıdakı sənədləri təqdim edir: Ərizə; Hüquqi şəxsin nizamnamə kapitalında 75 faizdən az olmayan hissənin xüsusi mülkiyyətdə olmasını təsdiq edən səhmdarların reyestrindən çıxarış (açıq səhmdar cəmiyyətidirsə); Müəssisə və obyektin üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin surəti; Özəlləşdirilmiş müəssisə və obyektin texniki pasportu (yarımçıq və başa çatdırılmamış tikililər üçün inşaat pasportu) və torpaq sahəsinin müəssisə və obyektin istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənəd (torpaq sahəsinin ayrılması haqqında qərar və ya icarə müqaviləsi). Torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlərin əldə edilməsi mümkün olmadıqda Dövlət Xidməti aidiyyəti yerli icra hakimiyyəti orqanları ilə birlikdə özəlləşdirilmiş müəssisə və obyektlərin faktiki istifadəsində olan torpaq sahəsini müəyyən edir. 12-1. Torpaq sahəsini almaq üçün tələb olunan sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar özəlləşdirilmiş müəssisənin və ya obyektin mülkiyyətçisindən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi özəlləşdirilmiş müəssisənin və ya obyektin mülkiyyətçisinin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya həmin mülkiyyətçi tərəfindən təmin edilir.
13. Dövlət Xidməti ərizənin daxil olduğu andan 20 gün müddətində özəlləşdirilmiş müəssisənin (obyektin) mülkiyyətçisinə torpaq sahəsinin dəyərini müəyyən olunmuş qaydada ödəmək üçün ödəmə tələbnaməsi verir və müəyyən olunmuş məbləğ ödənildikdən sonra 10 gün müddətində alqı-satqı müqaviləsini bağlamaqla alıcıya müvafiq şəhadətnamə verir. Eyni zamanda Dövlət Xidməti imzalanmış müqavilənin surətini yerli icra hakimiyyəti orqanına göndərir. Torpaq sahəsi üzərində alıcının mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdiyi andan yaranır.
14. Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahələrinin satışından əldə edilən vəsaitlər Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilir.
27. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi: 2.0. Xidmətin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: .. 2.0.5. dövlət əmlakının, o cümlədən dövlət mənzil fondunun və dövlət mülkiyyətində olan torpaqların özəlləşdirilməsini həyata keçirmək;.. 2.0.8. daşınmaz əmlakın, o cümlədən torpaqların, tikililərin, binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış və bağ evlərinin, habelə özəlləşdirilən müəssisələrin qiymətləndirilməsini təşkil etmək; Həmin Əsasnamə ilə Xidmətin vəzifələrinə aid edilmişdir:.. 3.0.3. dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi ilə əlaqədar iqtisadiyyatın ayrıayrı sahələrinin inkişafının təhlilində, proqnozlaşdırılmasında və perspektiv inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində iştirak etmək; 3.0.4. dövlət əmlakının idarə edilməsini və özəlləşdirilməsini, onun barəsində sərəncam verilməsini, qeydiyyatının aparılmasını, özəlləşdirilən dövlət müəssisələrinə investisiyaların cəlb olunmasını təmin etmək;.. 3.0.16. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsi nəzərə alınmaqla, dövlət əmlakının özəlləşdirilməsindən, icarəyə verilməsindən və onun barəsində həyata keçirilən digər əməliyyatlardan əldə edilən vəsaitin uçotunun aparılmasını və onun dövlət büdcəsinə daxil olmasını təmin etmək, habelə mühasibat uçotunu aparmaqla maliyyə və statistik hesabatların tərtib olunmasını həyata keçirmək; ..3.0.34. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyəti üçün lazımsız və yararsız olan əmlakı onların müraciətləri əsasında sərəncama götürmək, habelə dövlətə məxsus olan hüquqi şəxslərin tərkibindən onların hər hansı bölməsinin (bina, tikili, qurğu və digər əmlakın) çıxarılmasını və ayrıca özəlləşdirilməsini həyata keçirmək; 3.0.35. dövlətə məxsus olan hüquqi şəxslərin və nizamnamə kapitalında dövlətin payı olan ödəniş qabiliyyəti olmayan hüquqi şəxslərin fəaliyyətini, maliyyə vəziyyətini təhlil edib rəy vermək, özəlləşdirilən müəssisə və obyektlərin müflisləşmə prosedurunu həyata keçirmək və bu zaman dövlətə məxsus əmlakın satışını təşkil etmək; 3.0.37. Nazirliklə razılaşdırmaqla, dövlət əmlakının müvafiq üsullarla özəlləşdirilməsi barədə qərar qəbul etmək, özəlləşdirilməsini ictimai nəzarət və şəffaflıq, əmək kollektivi üzvlərinin hüquqlarının və sosial ədalət prinsipinin qorunması əsasında həyata keçirmək, dövlət əmlakının alıcıları ilə bağlanılmış alqı-satqı müqavilələrinin qeydiyyatını aparmaq, icrasını təmin etmək, habelə şərtlərinə riayət olunmasına nəzarət etmək; 3.0.47. özəlləşdirilən dövlətə məxsus olan hüquqi şəxslərin və obyektlərin, fiziki və hüquqi şəxslərin inşa etdikləri müəssisələrin və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satışını həyata keçirmək.
28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.0.3.maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.4. ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; 2.0.5. inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; 2.0.6.inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 2.0.7.diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. 12.4. inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. 14.1. inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3.diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 16.2. hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
31. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.
32. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2025-ci il tarixdir. Həmin məktubun iddiaçı tərəfindən nə vaxt alınması iş materiallarından müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür.
33. İşin mahiyyətinə gəldikdə isə hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı tələbi “mülkiyyətində olan daşınmaz əmlakın, yəni Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 38T ünvanında yerləşən qapı 15,16,17,23 və 27 saylı qeyri-yaşayış sahəsi olan tikililərin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi” barədədir. İşə baxan birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahələrinin altındakı torpaq sahələrinin iddiaçının mülkiyyətinə verilməsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş sənədlər - sərəncam, qərar, şəhadətnamə, dövlət aktı mövcud deyildir. Məhkəmənin gəldiyi nəticəyə görə iddiaçının iddia ərizəsində göstərilən iddiaçının mülkiyyətində olan əmlakın altındakı torpaq sahəsinin hər hansı bir şəxsə, o cümlədən iddiaçıya satılması məsələsi cavabdehin diskression səlahiyyətidir.”
34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:
35. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı və məqsədi mülkiyyətində olan daşınmaz əmlakın, yəni Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 38T ünvanında yerləşən qapı 15,16,17,23 və 27 saylı qeyri-yaşayış sahəsi olan tikililərin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasıdır. İddiaçı tələbinin əsası mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin onun qanuni istifadəsində olduğuna istinad edir. Belə ki, torpaq sahəsinə dair ƏMDX ilə xx.xx.2022-ci il tarixli, 1307, 1308, 1309 nömrəli icarə müqavilələri bağlanmışdır.
36. İş materiallarından da müəyyən olunur ki, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahələrinin altındakı torpaq sahələrinin iddiaçının mülkiyyətinə verilməsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş sənədlər - sərəncam, qərar, şəhadətnamə, dövlət aktı mövcud deyildir. Bu qərarın 26-cı bəndində istinad edilən normalara əsasən, özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri, Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallar istisna olmaqla, satınalma obyektləri sayılır və həmin torpaq sahələrinin satılması qaydası Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləyə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri də mülki hüquq subyektlərinin iradə sərbəstliyidir. Alğı-satqı müqavilələrini bağlamaqda mülki hüquq subyektləri sərbəstdirlər və fiziki və hüquqi şəxslərin inşa etdikləri müəssisələrin və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satışını həyata keçirmək məhz cavabdehin iradə ifadəsindən asılıdır. İddiaçının mülkiyyətində olan əmlakın altındakı torpaq sahəsinin hər hansı bir şəxsə, o cümlədən iddiaçıya satılması məsələsi cavabdehin diskression səlahiyyətidir.
37. İş materiallarından da müəyyən olunur ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 38T ünvanında yerləşən qapı 15,16,17,23 və 27 saylı qeyri-yaşayış sahəsi olan tikililər ticarət cərgəsinin bir bissəsində yerləşir, müstəqil (ayrıca inşa edilmiş), ayrıca, başqa tikililər ilə ara məsafəsi olan qeyri-yaşayış sahəsi deyildir.
38. Ona görə də birinci instansiya məhkəməsi işin həmin faktiki hallarına istinad edərək, hesab etmişdir ki, ticarət cərgəsindəki tikililərin altındakı torpaq sahəsinin bir hissəsinin satılmasını cavabdeh qeyri-mümkün hesab etməklə öz diskression səlahiyyətləri çərçivəsində hərəkət etmişdir və heç bir qanun pozuntusuna bu zaman yol verilməmişdir.
39. Məhkəmə kollegiyası məhkəmənin həmin mövqeyi ilə razılaşmaqla qeyd edir ki, cavabdeh dövlət orqanı olmaqla dövlət əmlakının idarə edilməsi, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlət nəzarətini, fiziki və hüquqi şəxslərin inşa etdikləri müəssisələrin və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satışını həyata keçirən qurumdur, Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Nazirliyin hüquqi aktlarını rəhbər tutur.
40. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinə görə inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.
41. İPM-in 74-cü maddəsində də təsbit edilmişdir ki, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.
42. Hazırkı halda cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarına əsassız müdaxiləyə yol verilməmişdir. Ona görə də cavabdeh inzibati orqanın imtina etməsi qanuna zidd olmamış və buna görə də iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır.
43. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
44. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
45. Hazırki işdə iddiaçı onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyi üçün bu hal onun iddiasının təmin olunmasını qeyri-mümkün edir.
46. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsasli sayılmalı, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
47. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-9565/2025 saylı 13 oktyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev