Məhkəmə qərarları › İş №2-1(103)-52/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-52/2021

03.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-52/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Nuriyeva Afaq Bayram qızı, hakimlər Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı öhdəliyin icrası tələbi barədə inzibati mübahisə üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2- 1(81)-2622/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 2622/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdə olan daşınmaz əmlakın İddiaçı məxsus payın qeyri-yaşayış sahəsinə keçirlməsinə dair qərar qəbul edilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulması qərara alınmışdır (E.Əliyev). Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 53 ünvanında yerləşən paylı mülkiyyətdə olan binanın, mağaza və aptek kimi fəaliyyət göstərən, yaşayış sahəsi hesab olunan hissəsinin qeyri-yaşayış sahəsinə keçirlməsinə dair qərar qəbul edilməsinə Cavabdeh məcbur edilməsinə dair, yaşayış sahəsi hesab olunan hissəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair qərar qəbul edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2019-cu il tarixli hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iddia tələbinin “ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdə olan daşınmaz əmlakın İddiaçı məxsus payın qeyri-yaşayış sahəsinə keçirlməsinə dair qərar qəbul edilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulması” kimi oxunması qərara alınmışdır. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, 1997-ci ildə iddiaçının mərhum anası X2, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti, 53 ünvanında yerləşən paylı mülkiyyət olan binanın,mağaza və aptek kimi fəaliyyət göstərən 1 otağını qeyri- yaşayış sahəsi kimi almışdır. Sözügedən sahə, artıq 22 ildir ki, qeyri-yaşayış sahəsi kimi, obyekt kimi fəaliyyət göstərir. Həmin qeyri-yaşayış sahəsi, fəaliyyəti dövründə vergi orqanlarında qeyri-yaşayış sahəsi kimi (obyekt kimi) qeydiyyatdan keçmişdir, kommunal xərclər qeyriyaşayış sahəsi üçün nəzərdə tutulmuş həcmdə ödənilmişdir. Sözügedən sahəyə tərtib edilmiş texniki pasportda, sahə, qeyri-yaşayış sahəsi kimi göstərilmiş və belə də qeydiyyata alınmışdır. Hazırkı qeydiyyatla da bağlı, sahəyə mülkiyyət hüququ və evlərin texniki inventarizasiyalaşdırılmasma və qiymətləndilməsinə dair pasport verilmişdir. Həmin binada, eləcə də digər binalarda yerləşən və bu kimi fəaliyyət göstərən sahələr-obyektlər qeyri-yaşayış sahələrinə keçirilmişlər. Sözügedən sahə, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 53 ünvanında yerləşən paylı mülkiyyət olan binanın hazırda mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur, ona müvafiq Çıxarış verilmişdir. O, xx.xx.2019-cu il tarixində Bakı şəhəri Cavabdehnə müraciət edərək, ona məxsus olan, qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 53 ünvanında yerləşən paylı mülkiyyət olan binanın 1 otaqlı yaşayış sahəsini, qeyri-yaşayış sahəsinə keçirmələrini xahiş etmiş, lakin imtina cavabı almışdır. İş üzrə birinci instansiya məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən iddiaçının izahatı: Cavabdeh verdiyi apellyasiya şikayətində göstərmişdir ki, Azadlıq prospekti, ev 53 ünvanında yerləşən fərdi yaşayış evi 9 hüquq sahiblərindən ibarət olduğunu və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX ******* saylı, xx xxxxxx 2019-cu il tarixli çıxarışa əsasən ümumi sahəsi 5688.5 kv.m olan fərdi yaşayış evinin 8/62 hissəsi (568.5 : 62 x 8 =73.35 kv.m) və “B” tikilisi ( l otaq) İddiaçı mülkiyyətində olduğunu göstərmişdir. Təqdim olunmuş və X1 adına verilmiş 1963-cü ildə tərtib edilmiş fərdi yaşayış evinin texniki pasportuna əsasən “B” tikilisində 4 yaşayış otağı mövcüddur: 15.5 kv.m, 16.6 kv.m, 17.2 kv.m və 14.6 kv.m. Cavabdeh hansı yaşayış sahəsinin İddiaçı məxsus olduğunu; B” tikilisində 2 (iki) mağaza və aptek qeyd edildiyini; yuxarıda qeyd olunan qeyri-yaşayış sahələri yenidən qeyri-yaşayış sahələri kimi keçirilibkeçirilməməsi; Cavabdeh Başçısı tərəfindən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı sərəncam verərkən qeyri-yaşayış sahəsinin necə kv.m olması qeyd edildiyi göstərilmişdir.. Qeyd olunanları nəzərə alaraq Cavabdeh Ə-65-162, xx.xx.2019-cu il tarixli məktubu ilə ərizəçiyə bildirilmişdir ki, Azadlıq prospekti, ev 53 ünvanında yerləşən mənzilin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı təqdim olunmuş texniki pasportdan məlum olmuşdur ki, ona məxsus mənzil Nərimanov rayonunun ərazisində yerləşdiyi göstərilmişdir. Yaranmış uyğunsuzluq aradan qaldırıldıqdan sonra məsələyə baxıla bilər. İddiaçını cavab qane etmədiyindən məhkəməyə müraciət etmişdir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında izahat verən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh Bakı şəhəri Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına onun nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsi nəticəsinə gəlir. İş materiallarından görünür ki,Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmənin sorğusuna cavab olaraq müvafiq sənədlərin təsdiq olunmuş surətini təqdim etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin 8/62 hissə və “B”tikilisi (1 otaq) paylı mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli imtina məktubunda bildirilmişdir ki, sözügedən mənzil Çıxarışa əsasən Nəsimi, Texniki Pasporta əsasən isə Nərimanov rayonunun ərazisində yerləşdiyi göstərilmişdir. Yaranmış uyğunsuzluq aradan qaldırıldıqdan sonra sənədlərin notarial qaydada təsdiq edilmiş surətləri rayon İcra Hakimiyyətinə təqdim edildikdə məsələyə yenidən baxıla bilər. Göründüyü kimi, cavabdeh orqan öz imtinasını onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan daşınmaz əmlakın Bakı şəhərinin hansı rayonunun inzibati ərazisinə aid olmasına dair müvafiq sənədlər üzərində uyğunsuzluq mövcuddur. Bununla bağlı məhkəmə qeyd edir ki, mübahisə predmeti olan daşınmaz əmlakın Bakı şəhəri, Nəsimi rayonunun inzibati ərazisinə aid olduğu iş materialları ilə öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20911 nömrəli xx.xx.2019-cu il tarixli Ekspert rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyəstrindən 08,01.2019-cu il tarixli, RX ******* saylı Çıxarışa əsasən, İddiaçı məxsus daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi Bakı şəhəri, Nəsimi rayonunun inzibati ərazisinə aid olduğu müəyyən edilir. Bakı şəhəri, Azadlıq prospekti, 53 ünvanında yerləşən yaşayış sahəsindən qeyri- yaşayış sahəsinə keçirilməsi tələb olunan sahəyə, yəni İddiaçı məxsus daşınmaz əmlak tam təcrid şəklində olduğu və həmin tikililərin giriş-çıxış yolu küçəyə olduğu, ətrafda olan digər yaşayış evlərinə və tikililərə ayrıca gediş-gəliş yolları olduğu üşün həmin ünvanda yerləşən digər yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkündür. İş materiallarından görünür ki,Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Mütəxəssis rəyinə əsasən 1 saylı Bakı Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı məxsus daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi Bakı şəhəri, Nəsimi rayonunun inzibati ərazisinə aiddir. İş materiallarından görünür ki, iş üzrə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 53 ünvanında yerləşən qeyri-yaşayış sahəsində xx.xx.2019-cu il tarixdə yerində müayinə keçirilmiş və Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 53 ünvanında yerləşən əmlaka baxış keçirilərkən əmlakın bir mərtəbədən ibarət olması, üç ayrı-ayrı hissədən, ibarət olması, əmlakların hər birinin ayrıca girişinin olması müəyyən edilmişdir. İş materiallarından görünür ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin paylı mülkiyyətçiləri İddiaçı məxsus daşınmaz əmlakın ona aid hissəsinin qeyri-yaşayış sahəsi kimi sənədləşdirilməsinə etiraz etmədiklərinə dair notarial qaydada ərizə təqdim etmişdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. Birinci instansiya məhkəmənin qənaətinə görə paylı mülkiyyətdə olan ünvan 4 ünvanında yerləşən daşınmaz əmlak Bakı şəhəri, Nəsimi rayonunun inzibati ərazisinə aid olduğundan, həmin daşınmaz əmlakın giriş-çıxış üçün başqa şəxslərin maraqlarına toxunmayan texniki imkanları olduğundan, həmçinin daşınmaz əmlakın paylı mülkiyyətçilərinin iddiaçıya məxsus payın qeyri-yaşayış sahəsi kimi sənədləşdirilməsinə etirazları olmadığından, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, cavabdeh apelyasiya şikayətində Azadlıq prospekti, ev 53 ünvanında yerləşən fərdi yaşayış evi 9 hüquq sahiblərindən ibarət olduğunu və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX ******* saylı, xx xxxxxx 2019-cu il tarixli çıxarışa əsasən ümumi sahəsi 5688.5 kv.m olan fərdi yaşayış evinin 8/62 hissəsi (568.5 : 62 x 8 =73.35 kv.m) və “B” tikilisi ( l otaq) İddiaçı mülkiyyətində olduğunu göstərmişdir. Təqdim olunmuş və X1 adına verilmiş 1963-cü ildə tərtib edilmiş fərdi yaşayış evinin texniki pasportuna əsasən “B” tikilisində 4 yaşayış otağı mövcüddur: 15.5 kv.m, 16.6 kv.m, 17.2 kv.m və 14.6 kv.m. Cavabdeh hansı yaşayış sahəsinin İddiaçı məxsus olduğunu; B” tikilisində 2 (iki) mağaza və aptek qeyd edildiyini; yuxarıda qeyd olunan qeyri-yaşayış sahələri yenidən qeyri-yaşayış sahələri kimi keçirilib-keçirilməməsi; Cavabdeh Başçısı tərəfindən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı sərəncam verərkən qeyri-yaşayış sahəsinin necə kv.m olması qeyd edilməsi barədə göstərmişdir. Apelyasiya şikayətində göstərilən halların araşdırılması məqsədilə məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(103)-549/2020 saylı qərardadı ilə iş üzrə tikinti texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında 1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən Bakı şəhəri, Azadlıq prospekti, ümumi sahəsi 5688.5 kv.m olan fərdi yaşayış evinin 8/62 hissəsi (568.5 : 62 x 8 =73.35 kv.m) və “B” tikilisi ( l otaq) İddiaçı mülkiyyətində olan yaşayış sahəsində neçə otaq mövcuddur və hər biri neçə kv.m. təşkil edir? 2. Həmin otaq (otaqlar) iddiaçının anası - X1 adına verilmiş 1963-cü ildə tərtib edilmiş fərdi yaşayış evinin texniki pasportuna uyğundur ya yox? Sualları qoyulmuşdur. Məhkəmə Ekspertizası Mərkəzininin xx.xx.2021-ci il tarixli, 10/2804 saylı Ekspert rəyin nəticəsindən görünür ki, AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən Bakı şəhəri, Azadlıq prospekti, ümumi sahəsi 568,5 kv.m olan fərdi çıxarışa əsasən Bakı şəhəri, Azadlıq prospekti, ümumi sahəsi 568,5 kv.m. olan fərdi yaşayış evinin 8/62 hissəsi (568,5 kv.m : 62) x 8 + 73,35 kv.m və B tikilisi (1 otaq) X4 mülkiyyətində olan sahələr faktiki olaraq 151,8 kv.m qeyri-yaşayış sahəsi kimi istifadədə olunduğu müəyyən edilmişdir. Tədqiq olunan tikilələrin daxilində faktiki olaraq yaşayış otaqlarının mövcud olmadığı müəyyən edilir. Bakı şəhəri, Azadlıq prospekti, 53 saylı ünvanda yerləşən tikilələrə dair texniki pasportun məlumatları ilə tikilələrin faktiki vəziyyəti ilə müqaisə aparılan zamanı tədqiq olunana tikilələrin sahələri və təyinatları texniki pasportun məlumatlarına uyğun gəlmədiyindən bu sual üzrə tədqiqat aparılmadı. Ekspert rəyində qərardadın 2-ci sualı üzrə Bakı şəhəri, Azadlıq prospekti, 53 saylı ünvanda yerləşən tikilələrə dair texniki pasportun məlumatları ilə tikilələrin faktiki vəziyyəti ilə müqaisə aparılan zamanı tədqiq olunan tikililərin sahələri və təyinatları texniki pasportun məlumatlarına uyğun gəlmədiyindən qərardadın bu sualı üzrə tədqiqat aparılmadı. Məhkəmə kollegiyası ekspert rəyini qəbul edir və hesab edir ki, Bakı şəhəri, Azadlıq prospekti, 53 saylı ünvanda yerləşən tikilələrə dair texniki pasportun məlumatlarına əsasən tikilələrin faktiki vəziyyəti ilə müqaisə aparılan zamanı tədqiq olunan tikililərin sahələri və təyinatları texniki pasportun məlumatlarına uyğun gəlmədiyindən iddia tələbi təmin edilə bilməz. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/2804 saylı rəyi üzrə alınmış ekspertiza tədqiqatına görə 100 (yüz) manat məbləğ İddiaçı tutulub dövlət büdcəsinin hesabına keçirilməlidir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olmasına istinad olunan dəlilləri ilə razılaşır və yekunda belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-2622/2019 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94, 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 2622/2019 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdə olan daşınmaz əmlakın İddiaçı məxsus payın qeyri-yaşayış sahəsinə keçirlməsinə dair qərar qəbul edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə iddia tələbi rədd edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/2804 saylı rəyi üzrə alınmış ekspertiza tədqiqatına görə 100 (yüz) manat məbləğ İddiaçı tutulub dövlət büdcəsinin – büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət xəzinədarlığı Agentliyi kod 210005, VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, MEM VÖEN **********, AZ34CTRE ******************** hesabına keçirilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar