Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-52/2023 09.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X11 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X6 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Əli-Səftər oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) qarşı X15 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə, “çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-836/2021 saylı, 08 dekabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Əli-Səftər oğlu cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh DƏDRX 1saylı Bakı Əİ-nin imtinasının qanunsuz sayılması, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən, sahəsi 0,12 ha olan 1553V saylı bağ sahəsinə dair reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində, 59 saylı BTK-nın nəzdində olan 0,12 ha ölçüdə 1553V saylı bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. İddiaçı həmin bağ sahəsinə dair reyestrdən çıxarışın verilməsi ilə əlaqədar cavabdeh DƏDRX 1 saylı Bakı Əİ-nə müraciət etmişdir. Lakin ərizənin həllindən imtina edilmiş, imtina barədə məktubda qeyd olunmuşdur ki, İdarənin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işlərinin aparılması bağ sahəsinin digər şəxslərin istifadəsində olması ilə əlaqədar mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.1 -ci və 11.1-ci maddələrinə istinad olunaraq, reyestrdən çıxarışın verilməsindən imtina olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1677/2019 saylı, 04 iyun 2019- cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2009/2019 saylı 29 avqust 2019-cu il qərarı ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1677/2019 saylı, 04 iyun 2019-cu il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsi və iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-3214/2019 saylı 30 oktyabr 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(103)-2009/2019 saylı 29 avqust 2019-cu il qərarı ləğv edilərək, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsinin göstərişləri aşağıdakılardan ibarət olmuşdur: -iddiaçının atasının adının Bakı şəhəri İcraiyyə Komitəsinin 30 oktyabr 1991-ci il tarixli, 14/688 nömrəli qərarında “Əli-Səftər oğlu” yazıldığı halda cavabdehin arxiv əsaslarında “Əlisəttar” qeyd edilməsinə istinad etməsi araşdırılmalı, cavabdehin arxivindən sözügedən sənədin əsli tələb edilmə, - iddiaçının iddia etdiyi bağ sahəsindən digər şəxslərin hansı əsaslara və səbəblərə görə istifadə etdikləri araşdırılmalı. Bir sıra prosessual hərəkətlər edildikdən sonra Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-240/2020 saylı qərardadı ilə hazırkı iş üzrə X10 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi, cavabdehin apellyasiya şikayətinin qismən təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1677/2019 saylı 04 iyun 2019-cu il tarixli qərarının ləğv edilməsi, iş 3-cü şəxsin iştirakı ilə işə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsində iş üzrə araşdırma zamanı cavabdeh tərəfindən təqdim olunmuş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, müvafiq ünvanda İdarənin mütəxəssisləri tərəfindən aparılmış yoxlama-ölçü işləri zamanı məlum olmuşdur ki, müvafiq bağ sahəsi digər şəxslər tərəfindən istifadə edilir. Üçüncü şəxs X15 tərəfindən təqdim olunmuş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, Sabunçu rayonu, Bilgəh Bələdiyyəsi şurasının 02 yanvar 2002-ci il tarixli 14 №li qərarına əsasən A.Vəliyevə ünvan 1 ünvanda yerləşən 0,45 ha torpaq sahəsi satılmışdır. İddiaçının təqdim etdiyi orderdə göstərilən torpaq sahəsinin naturada ölçüləri yoxdur, torpaq sahəsi faktiki olaraq naturada heç vaxt iddiaçıya təhkim olunmamışdır. İddiaçıya 30 oktyabr 1991-ci il tarixdə 59 nömrəli bağ təsərrüfatı kooperativi (BTK) tərəfindən 0.12 ha torpaq sahəsinə order verilsə də iddiaçı həmin torpaq sahəsindən istifadə etməmiş və ona görə də, o, həmin torpaq sahəsinə malik olduğu istifadə hüququnu itirmişdir. Nümayəndə qeyd olunanların nəzərə alınmaqla, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-836/2021 saylı 08 dekabr 2021-ci il tarixli qərarı (hakim N.Abıyev) ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərarı onunla əsaslandırmışdır ki, Bakı şəhər İcraiyyə komitəsinin 30 oktyabr 1991-ci il tarixli 14/688 №li qərarına əsasən İddiaçı Əlisəftər oğlunun adına verilmiş 99 №li orderlə sonuncuya Bilgəh bağlar sahəsində 59 №li BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 1553 V №li bağ ayrılsa da, həmin bağ torpaq sahəsinin naturada sərhədləri müəyyən olunmamış, ayrıc aktı, cizgi, torpaq sahəsinin bölgü sxemi tərtib olunmamışdır. Bundan əlavə mübahisəli bağ torpaq sahəsi iddiaçının faktiki istifadəsində olmadığından cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən həmin torpaq sahəsində çöl-ölçmə işlərinin aparılması mümkün olmamışdır. Həmin qərardan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərarın ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməməsinə görə ləğv edilməlidir. Belə ki, Bakı şəhəri İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 14/688 nömrəli qərarına əsasən 99 nömrəli orderlə Bilgəh bağlar sahəsində 59 nömrəli BTK-nın nəzdində 0.12 hektar torpaq sahəsi ayrılmışdır. Bu da həmin torpaq sahəsinə çıxarışın verilməsi üçün hüquqmüəyyənedici sənəddir. Birinci instansiya məhkəməsi qərarında iddiaçıya bağın ayrılmasına dair orderin verilməsini qeyd etsə də, bağ torpaq sahəsinin naturada sərhədlərinin müəyyən olunmaması, ayrıc aktının, cizginin, torpaq sahəsinin bölgü sxeminin tərtib olunmamasına əsaslanaraq iddianı təmin etməmişdir. Birinci instansiya məhkəməsinin sadaladığı sənədlər hüquqmüəyyənedici sənədlər deyildir və daşınmaz əmlakın qeydiyyatı üçün əsas deyildir. Bundan başqa, Bakı Apellyasiya məhkəməsinin İnzibati X1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb etmişdir. Bunun əsasında torpaqların üst-üstə düşüb-düşmədiyini müəyyən etmək üçün Bakı inzibati Məhkəməsi xx.xx.2021-ci il tarixdə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. Ekspertiza tərəflərin iştirakı olmadan, hər hansı bır sənədin təqdim edilməsi üçün ekspert tərəfindən vəsatət verilmədən, birtərəfli qaydada, qərəzli şəkildə aparılmış və ekspert qarşısında qoyulan suallara cavab verilmədən rəy verilmişdir. Üçüncü şəxsin cəlb edilməsinin əsas məqsədi də, torpaq sahələrinin üst-üstə düşüb düşməməsinin müəyyən edilməsi idi. Eyni zamanda, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvanı Reyestri Xidmətinin mütəxəssisi torpağa baxış keçirdiyi zaman hər iki tərəfi dəvət etməli idi. İddiaçıya ayrılmış bağ sahəsinin yerinin göstərilməsi iddiaçının vəzifəsi deyil, inzibati orqanın vəzifəsidir. Birinci instansiya məhkəməsi qərarında iddiaçının uzun müddət bağ sahəsindən istifadə etmədiyinə istinad edir. Vətəndaşa ayrılmış bağ sahəsindən istifadə etməməsi, onun digər şəxslər tərəfindən qanunsuz zəbt edilməsinə dəlalət etmir. Cavabdeh inzibati orqan özü də qeyd edir ki, iddiaçıya ayrılmış bağ sahəsindən digər şəxslər istifadə edir. Lakin, kim tərəfindən istifadə olunduğu qeyd edilmir. Birinci instansiya məhkəməsi işə baxarkən ədalətlilik prinsiplərini kənarda qoyaraq, işin tam və obyektiv araşdırılmasını həyata keçirməmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinin təmin edilməsini, qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirmişdir ki, mübahisəli bağ sahəsində hər hansı tikinti işləri olmamışdır, sadəcə bağ sahəsinin bir hissəsi hasara alınmış, uzun müddət istifadə edilməmişdir. Həmçinin, ekspert rəyi natamam verilmişdir. Belə ki, ekspert rəyində bağ sahəsinin yerləşdiyi yerin müəyyən edilməsinin mümkün olmadığı bildirilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi-vəkili öz izahatlarında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdi. Əlavə olaraq izahatında bildirmişdir ki, mübahisə edilən torpaq sahəsi 2002-ci ildən X13 məxsusdur. Bələdiyyə qərarı ilə 45 sot torpaq sahəsi ayrılmışdır, həmin torpaq sahəsi hasara alınmış, orada 1 mərtəbəli ev tikilmişdir. Evə dair qeydiyyat vəsiqəsi və texniki pasport var. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Elektron baza məlumatlarına əsasən də həmin bağ sahəsi Maştağa Tərəvəz-Südçülük sovxozunun ərazisi olmuşdur, yəni bağçılığa məxsus olan ərazi olmamışdır. Sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. - 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 66-cı maddəsinin birinci hissəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. - 66-cı maddəsinin ikinci hissəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. - 67-ci maddəsinin dördüncü hissəsinə əsasən, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. - 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. X8 və İstismarı Birliyi tərəfindən verilmiş 99 nömrəli orderinə görə Bakı şəhər İcraiyyə Komitəsinin 30 oktyabr 1991-ci il tarixli, 14/688 nömrəli qərarına əsasən bağ sahəsi İddiaçı Əli-Səftər oğluna ayrılmışdır. Göründüyü kimi, orderdə qeyd edilən torpaq sahəsinin iddiaçıya qanuni yolla ayrılması işin mübahisəsiz halını təşkil edir. Lakin işin mübahisələndirilən məqamları ondan ibarətdir ki, İdarənin arxiv əsaslarında iddiaçının ata adı “Əlisəttar” qeyd edilsə də, X4 və İstismarı Birliyi tərəfindən verilmiş orderdə ata adının “Əlisəftar” kimi qeyd edilməsi, bağ sahəsinin naturada sərhədlərinin müəyyən olunmaması, ayrıc aktının, cizgi, torpaq sahəsinin bölgü sxeminin tərtib olunmaması, iddia olunan torpaq sahəsinin 3-cü şəxs tərəfindən istifadə olunmasından ibarətdir. Məhkəmə kollegiyası qeyd edilən mübahisəli halların araşdırılması istiqamətində aşağıdakı sübutları nəzərdən keçirir: - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2020-ci il tarixli 752 saylı məktubu ilə məhkəməyə göndərilmiş keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1991-ci il tarixli, 14/688 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışından müəyyən olunur ki, İddiaçı Əlisəttar oğluna Bilgəh bağ massivində yerləşən 59 saylı BTK-nın nəzdində bağ sahəsinin ayrılması qərara alınmışdır; - 1 saylı Bakı Ərazi İdarəsinin **********71 saylı xx.xx.2020-ci il tarixli məktubla məhkəməyə göndərilmiş Azərbaycan Respublikası Bakı şəhər İcraiyyə komitəsinin X4 və istismarı birliyi Bilgəh bağlar sahəsindəki 59 №li kooperativ tərəfindən İddiaçı Əlisəftər oğlunun adına verilmiş 99 №li orderin surətindən müəyyən olunur ki, Bakı şəhər İcraiyyə komitəsinin 30 oktyabr 1991-ci il tarixli 14/688 №li qərarına əsasən ona Bilgəh bağlar sahəsində 59 №li BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 1553 V №li bağ ayrılmışdır. Məhkəmə kollegiyası hüquqmüəyyənedici sənədlərdə mövcud olan iddiaçının ata adında qeyd edilən səhvlə bağlı diqqətə çatdırır ki, 99 N-li orderdə iddiaçının ata adı düzgün olaraq “Əlisəftər” kimi yazılsa da, Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1991-ci il tarixli, 14/688 saylı qərarında ata adı “Əlisəttar” kimi yazılması şəxsin eyni şəxs olmaması anlamına gəlməməlidir. Belə ki, sözügedən qərarın arxiv fondu tərəfindən təqdim edilmiş surətindən aydın görünür ki, Bilgəh bağlar sahəsində 59 №li BTK nəzdində bağ sahəsi ayrılan soyadı “Bədirzadə” adı “Zakir” olan ikinci bir şəxs barədə qeyd yoxdur. Belə olan halda məhkəmə kollegiyası qeyd edilən uyğunsuzluğun texniki səhvlə bağlı olduğunu nəzərə alaraq, bu halın imtinaya əsas hal kimi qəbul edilməməsi qənaətindədir. Digər mübahisəli hallarla bağlı aşağıdakı sübutlar nəzərdən keçirilir: - Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi 17,48 kv metr olan bir otaqdan ibarət yaşayış evi X10 adına mülkiyyət hüququ əsasında X9 02 yanvar 2002-ci il tarixlixli 14 №li qərarına əsasən qeydə alınmış (reyestr kitabı № 24355; İnventar işi № 506) və sonuncunun adına “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki Pasportu” tərtib olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 10/3500 saylı ekspert rəyindən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki, təqdim edilən mütəxəssis rəyində qərardadda qoyulan suallar cavablandırılmadığından İddiaçı Əli-Səftər oğluna Bakı şəhər İcraiyyə Komitəsinin 30 oktyabr 1991-ci il tarixli 14/688 №li qərarına əsasən 99 №li orderlə Bilgəh bağlar sahəsində 59 №li BTK nəzdində ayrılmış 0,12 hektar torpaq sahəsi olan 1553 V №li bağ torpaq sahəsi ilə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən üçüncü şəxs X13 məxsus ünvan 3 ünvanda yerləşən və üçüncü şəxs A.Y.Vəliyevin faktiki istifadəsində olan torpaq sahələri üst-üstə düşüb düşməməsini və X13 məxsus ünvan 4 ünvanında yerləşən və sonuncunun faktiki istifadəsində olan torpaq sahəsinə İddiaçı Əli-Səftər oğluna Bakı şəhər İcraiyyə Komitəsinin 30 oktyabr 1991-ci il tarixli 14/688 №li qərarına əsasən 99 №li orderlə Bilgəh bağlar sahəsində 59 №li BTK nəzdində ayrılmış 0,12 hektar torpaq sahəsi olan 1553 V №li bağ torpaq sahəsinin (və ya bir hissəsi) faktiki daxil edilməsinin müəyyən edilməsi mümkün olmamışdır. İşin apellyasiya araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: - 1 saylı Bakı Ərazi İdarəsinin ********** saylı xx.xx.2022-ci il tarixli məktubuna əsasən, vahid elektron kadastr bazasına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 10 saylı bağ sahəsinin bir hissəsi “1553v” saylı bağ sahəsinin yerinə uyğun gəlsə də, göstərilən ərazilər Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun əraziləridir. - Məhkəmənin Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, ev 10 saylı yaşayış evinə dair verilmiş qeydiyyat vəsiqəsinin və qeydiyyat vəsiqəsinin verilməsinə əsas olan sənədlərin təqdim edilməsi ilə bağlı sorğusuna əsasən, cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli **********49 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2002-ci il tarixli 14 nömrəli X9 qərarından çıxarışdan görünür ki, 05 dekabr 2000-ci il tarixli 04 № li protokuluna əsasən vətəndaş X13 fərdi yaşayış evi inşa etmək üçün Bilgəh qəsəbə ərazisindən 0,45 ha torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. İddiaçıya ayrılmış torpaq sahəsinin koordinatlarının dəqiqləşdirilməsi, başqa şəxslərə (hüquqi şəxs) məxsus torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi və 3-cü şəxsə məxsus yaşayış evinin yerləşdiyi, 3-cü şəxsin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsi müəyyən edilməsi məqsədilə məhkəmənin 2-1(103)-962/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, həmçinin mütəxəssis rəyləri alınmışdır. - X14 və Ekspertiza Mərkəzi MMC-nin xx.xx.2022-ci il tarixli 172 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində aşağıdakılar qeyd edilmişdir:
1. İddiaçı Əli-Səflər oğluna Bakı şəhər İcraiyyə komitəsinin 30 oktyabr 1991-ci il tarixli 14/688 NMi qərarına əsasan 99 N-li orderlə Bilgəh bağlar sahəsində 59 №-li BTK nəzdində ayrılmış 1553 V №-li 0,12 hektar torpaq sahəsi ilə bağ torpaq sahələrinin sxemi arasında uyğunsuzluq olduğundan həmin bağ sahəsinin koordinatlarının müəyyən etmək mümkün olmadı.
2. İddiaçı ƏliSəftər oğlunun iddia etdiyi torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün olmadı, ölçüsünü isə özü gözəyarı göstərdiyindən 0,12 hektara yaxın olduğu müəyyən olundu, təyinatı yaşayış məntəqəsinin torpaqlarına aid olmaqla bələdiyyə torpağı olduğu müəyyən edildi. Eyni zamanda həmin ərazi 3-cü şəxsin daş hasara alıb faktiki istifadəsində olan torpaq sahəsidir.
3. İddiaçı Əli-Səftər oğluna Bakı şəhər İcraiyyə komitəsinin 30 oktyabr 1991-ci il tarixli 14/688 №-li qərarına əsasən 99 №-li orderlə Bilgəh bağlar sahəsində 59 №-li BTK nəzdində ayrılmış 0,12 hektar torpaq sahəsi olan 1553 V N°-li bağ sahəsi BTK-nin sxematik xəritəsinə uyğun olaraq naturada harada yerləşməsini müəyyən etmək mümkün olmadı.
4. Bilgəh bağlar sahəsində 59 N°-li BTK nəzdində ayrılmış 0,12 hektar torpaq sahəsi olan 1553 V №-li bağ sahəsinin naturada yerini müəyyən etmək mümkün olmadığından başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı.
5. İddiaçı Əli-Səftər oğluna Bakı şəhər İcraiyyə komitəsinin 30 oktyabr 1991-ci il tarixli 14/688 N°-li qərarına əsasən 99 Na-li orderlə Bilgəh bağlar sahəsində 59 №-li BTK nəzdində ayrılmış 1553 V №-li 0,12 hektar torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmadığından həmin ərazinin Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən üçüncü şəxs X13 məxsus ünvan 3 ünvanında yerləşən və üçüncü şəxs A.Y.Vəliyevin faktiki istifadəsində olan torpaq sahələri üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. - 1 saylı Bakı Ərazi İdarəsinin **********42 saylı xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində aşağıdakılar qeyd edilmişdir: İ sual üzrə: Mövcud vəziyyətdə 1553v saylı bağ sahəsi kimi iddia olunan 1200,0 kv.m sahə ümumi hasar daxili 4680,0 kv.m ərazidə yerləşdiyindən torpaq sahəsinin koordinatlarını və sərhədlərini müəyyən etmək mümkün olmamışdır. İİ sual üzrə: Bakı şəhəri üzrə Bələdiyyə xəritələrinin təsdiqi prosesi səlahiyyətli orqan tərəfindən başa çatdırılmadığından müraciətdə qeyd edilən suala münasibət bildirmək mümkün olmadı. Göstərilən sahə vahid elektron kadastr baza məlumatlarına əsasən Maştağa Tərəvəzçilik -Südçülük sovxozunun ərazisidir. İİİ sual üzrə: Vahid elektron kadastr bazasına əsasən ümumi ərazinin bir hissəsi “1553v” saylı bağ sahəsinin yerinə uyğun gəlsə də, faktiki 4680,0 kv.m sahə hasarlanmışdır. İV sual üzrə: Qeyd olunan başqa şəxlərə dair sənəd əsaslar (torpaq sahələrinə dair hüquqi və texniki sənədlər) təqdim edilmədiyi üçün müqayisələndirmə aparılması mümkün olmamışdır. V sual üzrə: Sahə ümumi sərhəd daxilində 4680,0 kv.m olduğu üçün və üçüncü şəxsə dair sənəd əsaslar (torpaq sahələrinə dair hüquqi və texniki sənədlər) təqdim edilmədiyindən üst-üstə düşüb-düşməməsini müəyyən edilməsi mümkün olmamışdır. Məlumat üçün bildiririk ki, torpaq sahəsinin üzərində X10 istifadəsində olan 1 (bir) mərtəbəli bağ evi mövcuddur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/5977 №li ekspert rəyinin tədqiqatın nəticəsi hissəsində aşağıdakılar göstərilmişdir: -Qərardadın 1-ci və 3-cü sualları üzrə: Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, İddiaçı Əli- Səftər oğluna Bakı şəhər İcraiyyə komitəsinin 30 oktyabr 1991ci il tarixli 14/688 nömrəli qərarına əsasən 99 nömrəli orderlə Bilgəh bağlar sahəsində 59 nömrəli BTK nəzdində ayrılmış 1553 V nömrəli 0.12 ha torpaq sahəsinin yerini, koordinatlarını (sahə sərhədləri) müəyyən müəyyən etmək mümkün olmamışdır. -Qərardadın 2-ci sualı üzrə: Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, İddiaçı Əli- Səftər oğlunun iddia etdiyi torpaq sahəsinin ümumi hasar daxilində 3-cü şəxs Adil Vəliyevin istifadəsində olan 4680,0 kv.m ərazidə yerləşdiyi, həmin ərazinin vahid elektron kadastr baza məlumatlarına əsasən Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun ərazisinə aid olması və bələdiyyə torpağı olması müəyyən edilir. -Qərardadın 4-cü və 5-ci sualı üzrə: İddiaçı Əli-Səftər oğluna Bakı şəhər icraiyyə komitəsinin 30 oktyabr 1991-ci il tarixli 14/688 nömrəli qərarına əsasən 99 nömrəli orderlə Bilgəh bağlar sahəsində 59 nömrəli BTK nəzdində ayrılmış 1553 V nömrəli 0.12 ha torpaq sahəsinin koordinatlarını (sahə sərhədləri) müəyyən etmək mümkün olmadığından həmin torpaq sahəsinin başqa şəxslərə məxsus torpaq sahəsi ilə, eləcə də Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən üçüncü şəxs X13 məxsus ünvan 5 ünvanında yerləşən, A.Y.Vəliyevin faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini və həmin yerin başqa şəxsin adına qeydiyyatdan keçib-keçməməsini müəyyən etmək mümkün olmamışdır. - 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-4749 saylı xx.xx.2023-cü il tarixli məktubuna əsasən, 59 saylı bağ tikinti kooperativinə aid arxiv qovluğunda bağ sahələrinin yerləşmə sxemi aşkar olunmamışdır. Həmçinin, Abşeron Rayonu İcra Hakimiyyətinin istifadəsində olmuş keçmiş Maştağa Tərəvəzçilik-Südçülük sovxozundan 1404.58 hektar hissə Azərbaycan Respublikasının Prezidentinin 13 iyun 2008-ci il tarixli 2866 nömrəli sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının faktiki iddia etdiyi torpaq sahəsinin məhz Bakı şəhər İcraiyyə komitəsinin 30 oktyabr 1991-ci il tarixli 14/688 №li qərarına əsasən onun adına verilmiş 99 №li orderlə sonuncuya Bilgəh bağlar sahəsində 59 №li BTK nəzdində ayrılmış 0,12 hektar torpaq sahəsi olan 1553 V №li bağ sahəsinin olması iş materialları ilə sübuta yetirilməmişdir. Belə ki, yuxarıda sadalanmış qanunvericilik normalarından da göründüyü kimi iddiaçı iddia etdiyi bağ sahəsinə dair tələb olunan sənədlərdən biri olan plan-cizgi, sxem təqdim etməmişdir. Həmin bağ sahəsindən ümumiyyətlə istifadəsi müəyyən edilmir. Məhkəmə araşdırmaları zamanı 59 N-li BTK-nın arxiv qovluğu tələb edilmiş, əslinə baxış keçirilmiş, surəti iş materiallarına əlavə edilmişdir. Həmin arxiv qovluğunda da iddiaçıya ayrılmış bağ sahəsinin yerləşmə mövqeyi, koordinatları, sxem və ya cizgisi mövcud olmamışdır. Məhkəmə kollegiyası həmçinin hüquqmüəyyənedici sənəddə qeyd olunan bağ sahəsinin yerləşmə mövqeyi üzrə ətraflı araşdırma istiqamətində Bilgəh bağlar sahəsində 59 saylı BTK tərəfindən ayrılmış və qeydiyyatdan keçmiş bağ sahələrinin yerləşmə mövqeləri barədə məlumatlar tələb etmiş, təqdim edilmiş çıxarışlar, ortofotogörüntüsündən də aydın olur ki, iddiaçının iddia etdiyi torpaq sahəsi yaxınlığında sözügedən BTK tərəfindən ayrılmış və qeydiyyatdan keçmiş bağ sahələri mövcud deyildir. Həmçinin, iş materiallarında olan mütəxəssis və ekspert rəylərindən də aydın olduğu kimi iddia olunan torpaq sahəsinin bağlar sahəsinə (massivinə) aid olmadığı, əksinə həmin torpaq sahəsinin keçmiş Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun tərkibinə aid olan torpaq sahəsi olduğu müəyyən edildiyindən iddiaçının iddia olunan torpaq sahəsinə hər hansı bir hüququ aşkar edilmir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə ki, İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər. MPM-in: 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir; 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər; 101.2. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır; 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər; 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcbur olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Göründüyü kimi, xx.xx.2022-ci il tarixli 10/5977 №li nömrəli ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verildiyi, kifayət qədər aydın və tam olduğu üçün rəy mötəbər sübut olaraq qəbul edilməlidir. İş üzrə araşdırma zamanı istinad edilən mütəxəssis rəylərini və ekspert rəyini şübhə altına alan əsaslı sübut təqdim edilməmişdir. Yekunda, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar qənaəti nəticə etibarilə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı:
İddiaçı Əli-Səftər oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-836/2021 saylı, 08 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov