Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-52/2024 01.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X3 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bakı şəhəri Nizami Bələdiyyəsi) “torpaq sahəsinə dair icarə hüquqlarının qeydə alınması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11895/2022 nömrəli, 16 dekabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bakı şəhəri Nizami Bələdiyyəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 2442-ci məhəllə 31 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 141.5 kv.m olan torpaq sahəsinə icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) 2-1(112)-11895/2022 nömrəli, 16 dekabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Nizami Bələdiyyəsinin 13 dekabr 2006-cı il tarixli 15 saylı qərarına əsasən bağlanmış 14 dekabr 2006-cı il tarixli torpaq icarəsi müqaviləsi əsasında İddiaçı icarəsinə (istifadəsinə) verilmiş Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 2442-ci məhəllə 31 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 141.5 kv.metr olan torpaq sahəsinə dair iddiaçının icarə hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və buna dair Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Nizami rayonu, Qarayev prospekti, 2442-ci məhəllə 31 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 141.5 kv.m olan torpaq sahəsinə dair icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Nizami Bələdiyyəsinin 13 dekabr 2006-cı il tarixli 15 saylı qərarına əsasən bağlanmış 14 dekabr 2006-cı il tarixli torpaq icarəsi müqaviləsi əsasında İddiaçı icarəsinə (istifadəsinə) verilmiş Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 2442-ci məhəllə, 31 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 141.5 kv.metr olan torpaq sahəsinə dair iddiaçının icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv olunmalıdır. İddiaçı müvafiq tələblə məhkəmə işi dövründə xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən qeyd edilən torpaq sahəsi yaşayış binasına bitişik yol kənarı ümumi istifadədə olan yaşıllıq ərazisi olmaqla dövlət mülkiyyətindədir. Bundan başqa, torpaq sahəsinin icarəyə verilməsinə dair qərar təqdim edilməmişdir. Bundan əlavə, təqdim edilən cizgidə göstərilən perimetrik ölçülərlə faktiki torpaq sahəsinin ölçüləri arasında fərq vardır. Həmçinin təqdim edilən sənədlər surətdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr, 2442-ci məhəllə, 31 saylı binanın yaxınlığında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2022-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, elektron kadastr məlumatına əsasən qeyd edilən torpaq sahəsi yaşayış binasına bitişik yol kənarı ümumi istifadədə olan yaşıllıq ərazisi olmaqla dövlət mülkiyyətindədir. Bundan başqa, torpaq sahəsinin icarəyə verilməsinə dair qərar təqdim edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhər Nizami Bələdiyyəsinin 13 dekabr 2006-cı il 15 saylı ümumi iclasının protokolunun surətindən görünür ki, Nizami rayon, Q.Qarayev prospekti, 2442-ci məhəllədə 31 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 141.5 kv.m olan boş torpaq sahəsinin 49 illiyə ticarət və iaşə məqsədi ilə İddiaçı icarəsinə verilməsi, göstərilən ünvanlardakı boş torpaq sahələrindən istifadə edən fiziki və hüquqi şəxslərin vergiyə cəlb edilməsi məqsədi ilə onlarla icarə müqaviləsinin bağlanması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Nizami Bələdiyyəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhəri Nizami Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 14 dekabr 2006-cı il tarixli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, İcarəyəverən Bakı şəhəri Nizami Bələdiyyəsi icarə əsasında Nizami rayon Q.Qarayev prospekti 2442-ci məhəllə 31 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 141.5 kv.m olan ərazini İcarəçi İddiaçı 49 il istifadəyə vermiş, İcarəçi isə onu qəbul etmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş müayinə aktından görünür ki, xx.xx.2022-ci ildə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ünvanında iddiaçı X2 aid olan torpaq sahəsinə baxış keçirilmişdir, torpaq sahəsi sənədlə və faktiki 141.5 kv.m-dir, torpaq sahəsi hər tərəfdən şərti sərhədlə göstərilib, tikili yoxdur, torpaq sahəsi yaşayış binasının yaxınlığında yolkənarı bir neçə meyvə və yaşıl ağacları olan ərazidən ibarətdir. Cizgidə göstərilən perimetrik ölçülərlə faktiki torpaq sahəsinin perimetrik ölçüləri arasında fərq vardır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində qeyd olunur: İddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilib, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən ölçülmüş ərazi baza məlumatlarına əsasən araşdırılmışdır: 1. Bakı şəhəri, Nəsimi rayonu, Q.Qarayev prospekti, 2442-ci məhəllə 31 saylı binanın yaxınlığında yerləşən iddia olunan şərti sərhədli 141.5 kv.m torpaq sahəsinin faktiki koordinatları müəyyən edilmişdir. 2. İddia olunan torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən dövlət mülkiyyətindədir.
3. İddia olunan torpaq sahəsinin daxilində piyadaların hərəkəti üçün nəzərdə tutulmuş piyada səkisi və ağaclar yerləşir. Elektron kadastr məlumat bazasına əsasən dövlət mülkiyyəti olmaqla ümumi istifadədə olan torpaq sahəsidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində qeyd olunur: Göstərilən torpaq sahəsi faktiki olaraq 141.5 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Faktiki olaraq göstərilən 141.5 kv.m torpaq sahəsinin koordinatları əlavə olunur: X-409669,233; 409672,820; 409677,468; 409673,781; 409676,299; 409674,800; 409663,664; 409665,263; Y- 4474670,083; 4474683,988; 4474682,789; 4474668,497; 4474667,847; 4474662,037; 4474664,910; 4474671,107. Vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan şərti sərhədli torpaq sahəsi yaşayış binasının yaxın məsafəsində, yolkənarı yaşıllıq ərazisi olmaqla ümumi istifadədə olan torpaqlar uqodiyalı dövlət mülkiyyəti torpağıdır. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Yuxarıda qeyd olunduğu kimi vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan şərti sərhədli torpaq sahəsi yaşayış binasının yaxın məsafəsində, yolkənarı yaşıllıq ərazisi olmaqla ümumi istifadədə olan torpaqlar uqodiyalı dövlət mülkiyyəti torpağıdır. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/7532 saylı xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, Q.Qarayev prospekti, 2442-ci məhəllə 31 saylı binanın yaxınlığında yerləşən, təqdim olunmuş şərti sərhədli 141,5 kv.m torpaq sahəsinin faktiki koordinatları müəyyən edilmişdir. X-409669,233; 409672,820; 409677,468; 409673,781; 409676,298; 409674,800; 409663,664; 409665,263; Y-4474670,083; 4474683,988; 4474682,789; 4474683,988; 4474667,847; 4474662,037; 4474664,910; 4474671,107. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3- 21-3-30/2-24880/2023 saylı mütəxəssis rəyində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev pr-ti, 2442-ci məhəllə 31 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 141,5 kv.m olan torpaq sahəsinin dövlət mülkiyyəti olmaqla ümumi istifadədə olan torpaq sahəsi olması qeyd olunur. Lakin Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci və 59-cu maddəsində qeyd olunanlara və “Torpaq islahatı haqqında” Qanunun 7-ci maddəsində göstərilənlərə əsasən ümumi istifadədə olan torpaqların bələdiyyə mülkiyyətinə aid olmasını nəzərə alaraq, eyni zamanda Bakı şəhəri Nizami Bələdiyyəsinə ayrılmış torpaq sahələrinin xəritəsi təqdim olunmadığından sözügedən torpaq sahəsinin dövlət və ya bələdiyyə mülkiyyətinə aid olmasını müəyyən etmək mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Nizami Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Nizami Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilədə qeyd olunan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 2442-ci məhəllə, 31 saylı binanın yaxınlığında yerləşən İddiaçı icarəsinə verilmiş cizgidə göstərilən 141.5 kv.m torpaq sahəsi Nizami Bələdiyyəsinin inzibati ərazisidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi tərfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Nizami Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 15 saylı qərarı və onun əsasında bağlanılmış icarə müqaviləsi X5 aşkar olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 18-ci maddəsinin 1-ci hissəsinə əsasən şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. 18-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri. 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 59-cu maddəsinin 2-ci hissəsinə əsasən ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə-park, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələr bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə verilir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. yaşıllıqlar - şəhərlərin, digər yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin hüdudları daxilində lazımi ekoloji, mədəni-sağlamlaşdırma, landşaft və məkan görünüşü baxımından əhəmiyyət daşıyan, təbii halda mövcud olan və ya süni yaradılan ağac, kol, gül-çiçək və ot bitkilərinin toplumudur. 1.0.2. yaşıllıq əraziləri - yaşıllıqların yerləşdiyi və ya yaşıllıq salmaq üçün ayrılmış torpaq sahəsi və ona aid ekoloji mühitdir (məkan). 4.1. Yaşıllıqların mühafizəsi sahəsində hüquq münasibətlərinin obyektləri yaşıllıqlar (ağac, kol, gül-çiçək, ot bitkiləri, onların əkin materialları (toxumlar, şitillər, tinglər), yaşıllıq əraziləri və onlardan istifadə hüquqlarıdır. 5.0. Yaşıllıqların mühafizəsinin əsas prinsipləri aşağıdakılardır: 5.0.1. yaşıllıq ərazilərində ekoloji tarazlığın təmin edilməsi; 5.0.2. mədəni-sağlamlaşdırma mühitinin yaradılması və təmin edilməsi; 5.0.3. yaşıllıqların mühafizəsində dövlət və bələdiyyə orqanlarının, əhalinin və qeyri-hökumət təşkilatlarının iştirakının təmin olunması; 5.0.4. yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmənin tətbiq edilməsi; 5.0.5. yaşıllıqların mühafizəsi sahəsində dövlət nəzarəti və ictimai nəzarət; 5.0.6. qanunun pozulmasına görə məsuliyyət; 5.0.7. yaşıllaşdırma sahəsində beynəlxalq əməkdaşlıq. 6.1. Təyinatından və istifadə qaydasından (rejimindən) asılı olaraq, şəhərlərdə və digər yaşayış məntəqələrində, infrastruktur obyektlərinin hüdudlarında yaşıllıqların aşağıdakı növləri vardır: 6.1.1. ümumi istifadədə olan yaşıllıqlar (park, meşə-park, bağ, bağça, bulvar ərazisində olan və digər yaşıllıqlar); 6.1.2. məhdud istifadəli yaşıllıqlar (məhəllədaxili, təhsil, tibb, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqlar); 6.1.3. xüsusi təyinatlı yaşıllıqlar (sənaye müəssisələri və kompleksləri ilə yaşayış zonaları arasında, infrastruktur obyektlərinin (magistral dəmir və avtomobil yollarının, enerji kəmərlərinin və obyektlərinin, su kanallarının, digər bu kimi obyektlərin) hüdudlarında salınmış yaşıllıq zolaqları, tingliklər (şitilliklər), küçə yaşıllıqları, mühafizə, sanitariya-mühafizə və digər qoruyucu zonalarda, xatirə kompleksləri (xiyabanlar) və qəbiristanlıqlar ərazisində olan və digər yaşıllıqlar). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 4.0-cü maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək. 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. 35.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri Nizami Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 14 dekabr 2006-cı il tarixli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən İcarəyəverən Bakı şəhəri Nizami Bələdiyyəsi icarə əsasında Nizami rayon Q.Qarayev prospekti 2442-ci məhəllə 31 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 141.5 kv.m olan ərazini İcarəçi İddiaçı 49 il istifadəyə vermişdir. İddiaçı hazırda qeyd olunan torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar cavabdehə müraciət etsə də, cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə məhkəmə tərəfindən məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir və ekspert rəyində Bakı şəhəri Nizami Bələdiyyəsinə ayrılmış torpaq sahələrinin xəritəsi təqdim olunmadığından sözügedən torpaq sahəsinin dövlət və ya bələdiyyə mülkiyyətinə aid olmasının müəyyən etməyin mümkün olmaması qeyd edilmişdir. Lakin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən həmin torpaq sahəsinə xx.xx.2022-ci ildə baxış keçirilmiş və müəyyən edilmişdir ki, torpaq sahəsi yaşayış binasının yaxınlığında yolkənarı bir neçə meyvə və yaşıl ağacları olan ərazidən ibarətdir, cizgidə göstərilən perimetrik ölçülərlə faktiki torpaq sahəsinin perimetrik ölçüləri arasında fərq vardır. Bundan başqa, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilmiş, naturada koordinatları müəyyən edilməklə ölçülmüş, naturada müəyyən edilmiş koordinatlara əsasən ölçülmüş ərazi baza məlumatlarına əsasən araşdırılmış və iddia olunan torpaq sahəsinin elektron kadastr məlumat bazasına əsasən dövlət mülkiyyətində olması, iddia olunan torpaq sahəsinin daxilində piyadaların hərəkəti üçün nəzərdə tutulmuş piyada səkisi və ağacların yerləşməsi, dövlət mülkiyyəti olmaqla ümumi istifadədə olan torpaq sahəsi olması müəyyən edilmişdir. Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində həmin torpaq sahəsinin yaşayış binasının yaxın məsafəsində, yolkənarı yaşıllıq ərazisi olmaqla ümumi istifadədə olan torpaqlar uqodiyalı dövlət mülkiyyəti torpağı olması və sahənin bələdiyyə ərazisi olması barədə məlumatın aşkar edilməməsi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının icarə müqaviləsi əsasında istifadəsində olan torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlardır, həmin torpaq sahəsi yaşayış binasının yaxın məsafəsində, yolkənarı yaşıllıq ərazisi olmaqla ümumi istifadədə olan dövlət mülkiyyəti torpağıdır, iddia olunan torpaq sahəsinin daxilində piyadaların hərəkəti üçün nəzərdə tutulmuş piyada səkisi və ağaclar vardır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuni və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlməmişdir. İddia tələbi əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11895/2022 nömrəli, 16 dekabr 2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 manat İddiaçı alınaraq dövlət büdcəsinə ödənilsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.