Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-52/2025 23.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və şəhadətnamənin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4961/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Rusiya Federasiyası Sankt X4 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunun “mühasibat uçotu və audit” peşəsi, iqtisadçı ixtisası üzrə 16 iyul 2001-ci il tarixdə 2506 qeydiyyat nömrəsi ilə “ДВС” seriyalı ******* nömrəli diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4961/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilmişdir. Bir sıra prosessual hərəkətlər edildikdən sonra Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)-1339/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı sənədləri ərizəsinə əlavə edilməklə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə təqdim edilməsi üçün İddiaçı 15 (on beş) gün, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə və İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə 30 (otuz) gün müddət təyin edilmişdir. Məhkəməyə xx.xx.2025-ci ildə cavabdeh tərəfindən elektron kabinet vasitəsilə daxil olan xx.xx.2025-cüi il tarixli 3-29-61/2-133/2025 nömrəli məktubda bildirilmişdir ki, Bakı Apellasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(103)-52/2025 nömrəli qərardadının icrası məqsədilə İddiaçı Rusiya Federasiyası X2 Əlaqələr, İqtisadiyyat və Hüquq institutu tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli, ДBC ******* nömrəli diplom üzrə əldə etdiyi kvalifikasiyanın tanınması barədə yenidən inzibati icraat aparılmışdır. İnzibati icraat zamanı aparılan araşdırma çərçivəsində əvvəlki dövrdə vətəndaşın müraciəti əsasənda Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrlfikasiya İdarəsi tərəfindən aparılmış icraatın materialları yenidən tədqiq edilmiş, inzibati orqan tərəfindən xarici ali təhsil müəssisəsinə göndərilmiş sorğular və müəssisədən daxil olan cavabların məzmunu yenidən yoxlanılmışdır). Sözügedən materialların məzmununda vətəndaşın tədris dövründə həmin təhsil müəssisəsinin Bakı şəhərində yerləşən qanunsuz filialda təhsil almasına dair hər hansı fakt aşkarlanmamış, həmçinin qərardadın icrası ilə əlaqədar olaraq qeyd olunan faktın aydınlaşdırılması üçün xx.xx.2024-cü il tarixində vətəndaş İddiaçı Təhsildə Keyfiyyət Təminatı Agentliyinin inzibati binasına dəvət olunaraq dinlənilmişdir. Vətəndaşın müraciəti üzrə aparılmış ilkin inzibati icraatın nəticələrinin dəqiqləşdirilməsi və qəbul zamanı vətəndaş tərəfindən vurğulanan məsələlərin yoxlanılması üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə xarici dövlətdə yerləşən ali təhsil müəssisəsinə təkrar sorğu verilmiş, daxil olan cavabda vətəndaşın Bakı şəhərində yerləşən qanunsuz filialda təhsil alması məsələsi öz təsdiqini tapmamışdır. Bununla bağlı qeyd olunması zəruridir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-oü maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur və maraqlı şəxslərin xeyrinə olan halların nəzərə alınmasından imtina edə bilməz. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, qərardadın icrası ilə əlaqədar aparılan inzibati icraat yekunlaşdırılmış və vətəndaş İddiaçı X2 Əlaqələr, İqtisadiyyat və X5 Federasiyasında yerləşən və qanuni əsaslarla fəaliyyət göstərən müəssisəsində təhsil almasını təkzib edən faktlar aşkar olunmadığından ona həmin müəssisədən verilmiş diplom üzrə əldə etdiyi ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında elektron şəhadətnamə ərizəçinin şəxsi kabineti vasitəsilə ona təqdim olunmuşdur. Hazırkı iş üzrə tərəflər arasında mübahisə predmentinin və bununla bağlı məsələnin artıq mövcud olmadığı nəzərə alınaraq, iş üzrə məhkəmə icraatına xitam verilməsi xahiş edilmişdir. Tanınma haqqında elektron şəhadətnamə məktuba əlavə edilmişdir. Həmçinin iddiaçı da ərizə ünvanlayaraq mübahisənin aradan qalxması əsası ilə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Odur ki, iddiaçının tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən iş üzrə mübahisə aradan qalxmışdır. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Beləliklə, Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbicavabdeh tərəfindən təmin olunduğundan, bununla da hazırki iş üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və şəhadətnamənin verilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-52/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-52/2025
23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver