Məhkəmə qərarları › İş №2-1(103)-520/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-520/2022

27.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-520/2022 27.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6147/2021 saylı, 29.09.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının pensiyasının dayandırılması ilə bağlı hərəkətlərinin əsassız hesab edilməsi və iddiaçıya 01.01.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilərək ödənilməsi, eyni zamanda yaranmış fərqin ona ödənilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır: «...İddiaçı xx.xx.1959-cu ildə doğulmuş, 01.09.1974-25.07.1977-də 2 №-li Peşə Texnikumunda təhsil almış, bundan sonra 31.01.1977-06.02.1978-ci illərdə "xxxx"inin hərəkətdə olan hərəkət qatarlarına xidmətdə çilingər çilingər elektrik, 06.02.1978- 26.09.1978-də lokomotivlərin təmiri və baxışı üzrə çilingər, 26.09.1978-ci ildən 17.10.1978-ci ilə qədər "xxxx"nin NərimanNərimanov adına elektrik deposunun istismar sahəsində qatar maşinistinin köməkçisi, 22.10.1978-ci ildən 04.11.1980-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuş, qayıtdıqdan sonra 28.11.1980-ci ildən 01.05.1996cı ilə qədər N.Nərimanov adına Elektrik deposunun istismar sahəsində qatar maşinistinin köməkçisi, qatar maşinisti, 01.05.1996-cı ildən 10.04.1999-cu ilə qədər istismar sahəsində depo üzrə növbətçi, 10.04.1999-cu ildən 18.05.1999-cu ilə qədər istismar sahəsində qatar maşinisti, 18.05.1999-cu ildən 18.07.2014-cü ilə qədər istismar sahəsində 11-ci dərəcəli təlimatçı-maşinist, 18.07.2014-cü ildən 19.10.2015-ci ilə qədər "xxxx"ni QSC-nin depolar üzrə iş departamentinin istismar sahəsində qatar maşinisti, 19.10.2015-ci ildən 01.11.2017-ci ilə qədər depolar üzrə departamentdə 10-cu dərəcəli qatar maşinsti vəzifəsində işləmiş, 01.11.2017-ci il tarixdən hazırkı vaxta qədər isə hərəkət qatarlarının istismarı üzrə iş departamentində qatar maşinisti vəzifəsində işləyir. Ona 27.07.2016-cı il tarixdən, yəni, 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, 31.12.2020ci il tarixə qədər həmin əmək pensiyasını almaqda davam etmiş, lakin 2021-ci ilin əvvəlindən etibarən onun əmək pensiyası DSMF-nin Daxili Nəzarət Departamenti tərəfindən dayandırılmasına göstəriş verilmiş və həmin göstəriş hazırkı iş üzrə cavabdeh tərəfindən icra edilmişdir.Bundan əlavə cavabdeh tərəfindən 27.07.2006-cı ildən 31.12.2020-ci ilə qədər iddiaçıya ödənilmiş ümumilikdə 14731 manat, 70 qəpik pul vəsaiti geri tələb edilir.Bütün bu proseslərdən yalnız cavabdeh inzibati orqana etdiyi müraciətə cavab verilən zaman məlumatı olmuşdur. Həmin məktubda göstərilənlərə əsasən iddiaçıya Fondun Xətai rayon şöbəsi tərəfindən pensiya təyin olunarkən onun 28.11.1980-ci ildən 18.07.2014-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" QSC-nin depolar üzrə iş departamentinin istismar sahəsində qatar maşinisti və təlimatçı maşinist vəzifələri AR Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsinin (21) Metropolitenlər bəndində (21.5) nəzərdə tutulmamışdır. Bu əsasdan aparılmış yoxlama zamanı Xətai rayon şöbəsi tərəfindən iddiaçıya qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edildiyi aşkar edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci və 9.8-ci maddələrinə 2006-cı il tarixədək qüvvədə olan əmək pensiyaları haqqında qanunvericiliyə istinadən iddiaçı hesab edir ki, cavabdehin qeyd olunan mövqeyi əsassızdır...” Cavabdeh iddia ərizəsinə dair məhkəməyə ünvanladığı 8 may 2021-ci il tarixli məktubunda iddianı qəbul etməmiş, vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiysının ödənişinin «Əmək pensiayaları haqqında» Qanunun 37.8.3-cü maddəsinin tələbəlinə uyğun olaraq dayandırıldığını bildirmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6147/2021 saylı, 29.09.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “ Məhkəmənin qərarı əsassızdır. Belə ki, məhkəmə iddianı rədd edərkən zesab etmişdir ki, iddiaçının zərərli iş stajı mövcud deyil və bunu Ali məhkəmənin mövjud işlə bağlı qərarı ilə əsaslandırmışdır. Məhkəmə qərar qəbul edərkən, mübahisənin mahiyyətini tam şəkildə dərk etməmişdir. Belə ki, iddiaçının iki tələbi vardır: 1. Pensiyanın ödənişinin dayandırılması ilə bağlı cavabdehin hərəkətlərinin əsassız hesab edilməsi və 2. İddaçıya 01.01.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və yaranmış fərqin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması. «Əmək pensiyaları haqqında» Qanunun 37.8, 38.1-38.2 və 39.1-ci maddələrindən göründüyü kimi, şəxsin pensiyasının dayandırılmasının konkret müddəaları qanunvericilikdə öz əksini tapmış, lakin məhkəmə nəzərə almamışdır ki, şəxsin Bakı Metropolitenində əmək fəaliyyəti 28.11.1980-cı ildən hazırkı vaxta qədər davam etmişdir. Hazırda güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün mövcud olan peşələrin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li qərarında əks olunmuşdur. 2007-ci ilə qədər isə Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş Siyahı mövcud olmuş, bundan əvvəl isə SSRİ Nazirlər Sovetinin 22.08.1956-cı il tarixli 1173 №-li Qərarı ilə təsdiq edilmiş Siyahı üzrə müəyyən edilmişdir. İddiaçı 28.11.1980-ci ildə 21.06.1993-cü ilə qədər yəni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 №-li Qərarı ilə təsdiq edilmiş siyahının qüvvədə olma dövrünə qədər Metropoliten sahəsində qatarmaşinistinin köməkçisi və qatarmaşinisti vəzifəsindəişləmişdir. Təqvim ili ilə həmin müddət 12 il 06 ay 23 gün təşkiletmişdir. SSR Nazirlər Sovetinin 22.08.1956-cı il tarixli 1173 №-liQərarı ilə təsdiq edilmiş 2 №-li Siyahının 30-cu bölməsi Nəqliyyat adlanır. Həmin bölmənin 1-ci yarımbölməsi isə “Dəmiryolu nəqliyyatı və Metropoliten” adlanır. Adıçəkilən yarımbölmədə paravozların, teplovozların, elektrovozların, dizel qatarlarının, matorlu vaqonların elektro seksiyalarının motovozların maşinistləri və onların köməkçiləri və böyük maşinistələr zərərli peşə siyahısına aid edilmişdir. Hazırda mövcud olan məhkəmə təcrübsəinə əsasən mübahisənin həlli zamanı məhkəmələr vətəndaşların zərərli peşədəişləməsinin iddiaetdiyi vəzifələrinməhz həmin dövrdəzərərli peşə olub-olmaması halınıaraşdırır və buna uyğun olaraq da mübahisəni həll edir. Göründüyü kimi, şəxsin qatar maşinisti və qatar maşininstinin köməkçisi vəzifəsində 1980-1993-cü illərdə işlədiyi dövrlər zamanı həmin vəzifələr zərərli peşələr hesab edilmişdir. Bu əsasdan da DSMF orqanı tərəfindən şəxsə haqlı olaraq 27.07.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiyatəyin edilmişdir. İşə baxan məhkəmə isə bu hala diqqət yetirməmiş və yalnızindikizamanda pensiyaya çıxamağa çalışan şəxslərə münasibətdə tətbiq olunun məhkəmə təcrübsəindən istifadə etmişdir. Halbuki, yuxarıda da qeyd etdiymiz kimi hazırkımübahisə spesifik xarakter daşıyır və mövcud məhkəmə praktikası ilə istisna təşkiledir…» Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarının vaxtı və yeri, habelə məhkəmə iclasına gəlmədiyi təqdirdə işə onun iştirakı olmadan baxılacağı barədə xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmalıdır. Birincisi, cavabdeh tərəfindən iddiaçıya ödənilən pensiyanın dayandırılması “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə uyğun olmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan RespublikasıQanununun 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1- dən dayandırılır: 37.8.1.əmək pensiyaçısı vəfatetdikdə; 37.8.2.əmək pensiyaçısının dul arvadı(əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. İddiaçının əmək pensiyasının dayandırılması üçün isə qanunvnriciliyin sadalağı həmin hallardan hər hansı biri baş verməmişdir. Çünki, iş materiallarından görünür ki, pensiyanın ödənişin dayandırılması ilə bağlı iddiaçının 26.01.2021-ci il tarixli müraciətinə cavab olaraq, cavabdeh 12.03.2021-ci il tarixli məktubunda, pensiyanın dayandırılmasının əsası kimi bildirmişdir ki, araşdırma zamanı pensiya təyin edilərkən iddiaçının təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən onun 28.11.1980-18.07.2014-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" QSC-nin depolar üzrə iş departamentinin istismar sahəsində qatar maşinisti və təlimatçı maşinist vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsinin (21) Metropolitenlər bəndində (21.5) nəzərdə tutulmamış, , bu səbəbdən onun güzəştli stajı yoxdur. Bu uyğunsuzluqlara baxmayaraq ona 27.07.2016-31.12.2020-ci il tarixlərdə ümumilikdə 14.731,70 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdır…» Məhkəmə kollegiyası cavabdehin qeyd olunan əsaslara görə iddiaçıya pensiya ödənişini dayandırmasını tamamilə qanunsuz sayır. Belə ki, 01.01.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin 01.07.2017-ci il tarixədən qüvvədə olan redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan iverdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Qanunun qeyd olunan tələbindən göründüyü kimi, güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə münasibətdə pensiyalar yaşa və staja görə bu Qanun qüvvəyə minənədək (01.01.2006-cı ilədək), əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun (23.09.1992 No 305) 13-cü maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir(Qanunun qeyd edilən 13-cü maddəsinə 13.06.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə 55 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən artıq 57 yaş təşkil etmişdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1193-cü il tarixdə 320 №liQərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» Siyahısına qədər qüvvədə olmuş, SSRİ Nazirlər Sovetinin 22.08.1956-cı il tarixli 1173 №-li Qərarı ilə təsdiq edilmiş Siyahının XXX. «Nəqliyyat» bölməsinin 1-ci «Dəmiryol nəqliyyatı və metropoliten» yarımbelməsində isə “elektrik qatarları maşinistləri və onların köməkçiləri” güzəştli pensiya hüququ verən peşələrə aid edilmişdir. İddiaçının da iş materiallarına əlavə olunmuş əmək kitabçasının surətinə əsasən müəyyən olunur ki, 26.09.1978-17.10.1978 dövründə "xxxx"nin Nəriman Nərimanov adına elektrik deposunun istismar sahəsində elektrik qatarı maşinistinin köməkçisi, 04.11.1980- 01.05.1996-cı illərdə isə həmin istismar sahəsində qatar maşinistinin köməkçisi və qatar maşinisti kimi işləmişdir. Belə olan halda, iddiaçının - « Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1193-cü il tarixli 320 №-li Qərarı ilə Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» Siyahısı təsdiq edilənədək olan dövrdə "xxxx" “N.Nərimanov” adına elektrik deposunun istismar sahəsində elektrik qatarı maşinistinin köməkçisi və qatar maşinisti kimi - xüsusi iş iş stajı 12 il 8 ay 8 gün təşkil edir. Deməli, iddiaçının «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin 1-ci hissəsinin «b» bəndinə müvafiq olaraq 01.01.2006-cı ilədək tarixinədək 25 il ümumi iş stajı topladığı da nəzərə alınmaqla, iddiaçının «Əmək pensiyaları haqqında 2 Qanunun 9.8-ci maddəsinin tələbi qaydasında, 57 yaşının tamam olduğu 27.07.1916-cı il tarixindən güzəştli şərtlərlə pensiya hüququ yaranmış olur. Cavabdeh orqanın işə əlavə olunmuş 1948 №-li 29.11.2018-ci il tarixli qərarından da məhz görünür ki, düzgün olaraq iddiaçıya 57 yaşının tamam olduğu 27.07.1916-cı il tarixindən ömürlük pensiya təyin edilmişdir. Lakin konkret halda işin mübahisələndirən hallarından göründüyü kimi, cavabdehin özü tərəfindən tam qanuni əsaslarla əvvəl təyin etdiyi həmin pensiya ödənişini, inzibati icraat qaydalarına riayət etmədən, yəni, inzibati icraat açmadan və həmin icraata iddiaçını cəlb etmədən və pensiyanın dayandırılması barədə müvfaiq qərar da qəbul etmədən, əsassız olaraq qanunsuz hərəkətləri ilə dayandırmışdır. Halbuki, ən azından, “İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinin tələbinə görə cavabdehin inzibati orqan olaraq qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsidir. Həmin Qanunun 28.1.1-ci maddəsinin tələbi baxımından, sonradan, iddiaçının da onun əlilləyinin etibarsız hesab edildiyi gündən bərpası barədə cavabdehə ünvanlanmış yazılı müraciəti də inzibati icraatın başlanması üçün əsasdır. Həmin Qanunun 36.3-cü maddəsi isə nəzərədə tutur ki, isə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 51.1-ci maddəsinin tələbinə görə isə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Qeyd olunanlardan göründüyü kimi, cavabdeh, inziabati icraat haqqında hüquq normaları ilə üzərinə düşən öhdəliyini yerinə yetirməmiş, bununla da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Beləliklə də qeyd edilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsi işin sübutlarla müəyyən edilən hallarına, maddi, inzibati icraa və prosessual hüquq normalarına uyğun olmamışdır. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6147/2021 saylı, 29.09.2021-ci il tarixli qərarı ləğv edilməli və iddianın təmin olunması və cavabdeh tərəfindən iddiaçının pensiyasının dayandırılması ilə bağlı hərəkətləri qanunsuz hesab edilərək, İddiaçı 01.01.2021-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və yaranmış fərqin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə yeni qərar çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6147/2021 saylı, 29.09.2021-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia təmin edilsin. Cavabdeh tərəfindən iddiaçının pensiyasının dayandırılması ilə bağlı hərəkətləri qanunsuz hesab edilsin. İddiaçı 01.01.2021-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və yaranmış fərqin ona ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar