Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-520/2023 06.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X6 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının və onun nümayəndəsi vəkil X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında qərarın ləğv edilməsi və pensiyasının yenidən hesablanması tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4145/2022saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı mübahisələndirmə haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək: - Mərkəzi Filialın xx.xx.2021-ci il tarixli, **********6 №-li artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında qərarının və “əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli **********5 saylı qərarının ləğv edilməsi, “Azmeyvətərəvəz” X2 xx.xx.1977-ci il tarixdən xx.xx.1981-ci il tarixədək işlədiyi müddətini dövlət qulluğu vəzifəsi hesab edilməklə, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. (i.v.36; 164; 186) İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “DSMF-nin Xətai rayon şöbəsi tərəfindən iddiaçıya pensiya hüququmun yarandığı xx.xx.2014-cü il tarixdən 13 il 15 gün qulluq stajına uyğun olaraq, vaxtı ilə qulluq keçdiyim vəzifə üzrə orta aylıq əmək haqqımın - 561 manatın 71 % -ni , yəni 397 manat 50 qəpik məbləğində yaşa görə dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilmişdir. Əmək kitabçası üzrə xidmət illərində mənə dövlət qulluqçusu kimi əmək pensiyası hüququ verən iş stajı aşağıdakılardır :
1. 05.03.1976-xx.xx.1977-ci illər ərzində (staj 01 il 04 ay 03 gün) Respublika birliyi “Azərkəndtəsərrüfattexnika”;
2. xx.xx.1977-xx.xx.1981-ci illər ərzində (staj 03 il 08 ay 13 gün) Azərbaycan SSR X7 “Azmeyvətərəvəz”; Qeyd: Azərbaycan SSR X8 xx.xx.1981-ci il, 402 K №-li göstərişinə əsasən “Azmeyvətərəvəz” sənaye Aqrar birliyi Azərbaycan SSR “Meyvətərəvəztəsərrüfat” nazirliyinə çevirilmişdir. xx.xx.1981-xx.xx.1986-cı illər ərzində (staj 04 il 10 ay 06 gün) “Meyvətərəvəztəsərrüfat” nazirliyi; Qeyd: Azerbaycan SSR KPMK və Pespublika Nazirlər Sovetinin xx.xx.1985-ci il, 92 №-li qərarına əsasən Azərbaycan SSR “Meyvətərəvəztəsərrüfaf' nazirliyi ləğv edilərək, Azərbaycan SSR Dövlət Aqrarsənaye Komitəsi yaradılmışdır.
3. 31.01.1986-xx.xx.1988-ci illər ərzində (staj 02 il 07 ay 06 gün) Dövlət Aqrarsənaye Komitəsinin nəzdində yaradılmış “Azəraqrarsənayetara” İstehsalat birliyi;
4. 07.09.1988-xx.xx.1989-ci illər ərzində (staj 00 il 05 ay 16 gün) X3. Cavabdehin xx.xx.2021-ci il tarixli **********6 №-li “Artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” qərarı ilə onun xəbəri olmadan, “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tələbləri pozulmaqla,icraya yönəldilərək xx.xx.2014-xx.xx.2020-ci illər ərzində mənə ödənilmiş 10.819 manat 72 qəpik artıq ödənilmiş əmək pensiyası məbləği 10 gün ərzində Mərkəzi Filialın hesabına ödənilməsi ondan tələb edilmişdir. Bununla bağlı iddiaçı cavabdehə müraciət etmiş, sonuncu ona ünvanladığı xx.xx.2021-ci il tarixli, **********3 saylı imtina məktubunda göstərilmişdir: “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 290 sayjlı Fərmanına əsasən təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi olmadıqda, habelə xx.xx.1991 -ci ilədək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı”da “Azərkəndtəsərrtifattexnika” Respublika Birliyi, Azərbaycan SSR “Azmeyvətərəvəz” X7, “Azəraqrosənayetara” İstehsalat Birliyi və həmin Birliklərdə mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır...” Cavabdeh iddia ərizəsinə dair etirazında imtina məktubunda göstərilən əsaslarla, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4145/2022saylı, xx.xx.2022-ci il tarixli qərarı və həmin qəradada edilmiş düzəlişlə iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********6 №-li artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında qərarı ləğv edilmiş iddia qalan hissədə rədd edilmişdir (Həmin qərara məhkəmənin xx.xx.2022-ci il tarixli qəradadı ilə düzəliş edilərək xx.xx.2021-ci il tarixli **********5 №-li “ sözləri “xx.xx.2021-ci il tarixli, **********6 №-li” sözləri ilə əvəz edilmişdir) İddiaçı həmin qərarla razılaşmayaraq apellyasiya şikayəti vermiş və Bakı İnzibati Məhkəməsinin qərarının iddianın təmin olunmayan hissəsində ləğv edilərək, onun xx.xx.1977-ci il tarixdən xx.xx.1981 -ci il tarixədək (staj 03 il 08 ay 13 gün) “Azmeyvətərəvəz” X2 işlədiyi müddət dövlət qulluğu müddəti kimi nəzərə alınmaqla, ona 18 may 2014-cü il tarixdən dövlət qulluqçusu kimi təyin edilmiş və 2020-ci ilin dekabr ayından ödənilməsi azaldılmış əmək pensiyasının yenidən hesablamaqla, verilməsinin bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Əmək pensiyası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991- ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəziflərinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 290 №-li Fərmanına əsasən: 1.18. Rayon aqrar-sənaye birliklərinin aparatında:birliyin sədri; birliyin sədrinin birinci, rayon dövlət texniki nəzarəti müfəttişliyinin rəisi; baş mühəndis-inspektor; şöbə müdiri; baş mütəxəssis; aparıcı mütəxəssis;böyük mütəxəssis, mütəxəssis. Hazırki işdə pensiyanın azaldılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə “İnzibati icraat haqqında’" Qanunun tələblərinə riayət etmədən inzibati icraatı lazımi qaydada aparmamış, onu inzibati icraata dəvət etməmiş, araşdırmanı mənim iştirakım olmadan aparmış, mənim dinlənilmə hüququmu təmin etmədən pensiyanın dayandırılması barədə qərar qəbul etmişdir. Bundan başqa, mənə artıq ödənildiyin iddia etdiyi pensiya məbləğini geri qaytarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da, mənim qanunla qorunan pensiya təminatı hüququma qanunsuz olaraq müdaxilə etmişdir.” Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi vəkil R.Alışov apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmiş. Məhkəmə kollegiyasının iclaslarının vaxtı və yeri, eləcə də, məhkəmə iclasına gəlmədyi təqdirdə işə onun iştirakı olmadan baxılacağı barədə xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibat Prosessual Məcəlləsinin (“İPM”) 62.3-cü maddəsinin tələblərinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxlması mümkün hesab olunmuşdur. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia tələbi birinci instansiya məhkəməsinin qərarı ilə qismən təmin olunmuş və cavabdehin xx.xx.2021-ci il tarixli, **********6 №-li artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında qərarı ləğv edilmiş, qalan pensiyanın yendən hesablanması ilə bağlı hissələrində isə iddia rədd edilmişdir. Konkret halda, işin hallarından göründüyü kimi, cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verməmiş, apellyasiya şikayəti iddiaçı tərəfindən verilərək, iddianın təmin edilməyən hissəsində qərarın ləğv edilərək, onun xx.xx.1977-xx.xx.1981 -ci illərdə “Azmeyvətərəvəz” X2 işlədiyi müddətin dövlət qulluğu stajı kimi nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanaraq bərpa edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İPM-in 82-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işə iddiaçının apellyasiya şikayəti həddində yəni, pensiyanın yenidən hesablanması barədə cavabdehin xx.xx.2021-ci il tarixli **********5 saylı qərarının ləğv edilərək, 1977- 2081-ci illərdə işlədiyi dövr nəzərə aınmaqla, pensiyanın hesablanması hissəsində, işə mahiyyəti üzrə baxılıb hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı, pensiyanın yenidən hesablanması ilə bağlı olan hissəsində rədd edilməsi, işdə olan sübutlarla müəyyən olunan hallara və qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, iddiaçının işə əlavə olunmuş pensiya işinin materiallarında olan 15 oktyabr 1975-ci il tarixdə doldurulmasına başlanılmış əmək kitabçasının surətinə sasən müəyyən olunur ki, o, xx.xx.1977-xx.xx.1981-ci illərdə “Azmeyvətərəvəz” X2 maddi-texniki Təchizad idarəsində mühəndis vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 9-cu bəndində müəyyən edilmişdir ki, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci bəndinin müddalarında iddiaçının xx.xx.1977-xx.xx.1981-ci illərdə “Azmeyvətərəvəz” X2 Maddi-texniki təchizad idarəsində mühəndis vəzifəsinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrindən hər hansı birinə uyğun gəldiyi müəyyən olunmur. İddiaçı apellyasiya şikayətində, həmin Siyahıın 1.18-ci bəndində nəzərdə tutulan – “Rayon aqrar-sənaye birliklərinin aparatında: birliyin sədri; birliyin sədrinin birinci, rayon dövlət texniki nəzarəti müfəttişliyinin rəisi - baş mühəndis-inspektor; şöbə müdiri; baş mütəxəssis; aparıcı mütəxəssis;böyük mütəxəssis, mütəxəssis vəzifələrinin dövlət qlluğuna uyğun vəzifələr kimi qeyd etməsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin vəzifələr rayon aqrar birliklərinin aparatına aid olan vəzifələr kimi Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının ikili tabelikdə olan yerli bölmələrinin aparatı vəzifələrinə uyğunlaşdırılmışdır. Göründüyü kimi, Təsnifatda nə “Azmeyvətərəvəz” X7 aparatı, nə də həmin Birliyin Maddi-texniki təchizat idarəsi üzrə vəzifələr –dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmamışdır. Digər tərəfdən, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinə ünvanlanmış müvafiq sorğusuna cavab məktubunda İmtahan Mərkəz aşağıdakıları bildirmişdir: -İddiaçının 1977-1981-ci illərdə işlədiyi Azərbaycan SSR Nazirlər Sovetinin Tərəvəz və Meyvə istehsalı, tədarükü, emalı və satışı aqrar-sənaye birliyi (“Азплодоовощиром”) Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin və Azərbaycan SSR Nazirlər Sovetinin 1975-ci il 20 avqust tarixli 276 nömrəli Qərarı ilə yaradılmış, Azərbaycan SSR Nazirlər Sovetinin 1976-cı il 17 iyun tarixli 198 nömrəli qərarı ilə X1 təsdiq edilmişdir. Həmin Əsasnamənin 2-ci hissəsinə əsasən Birlik təsərrüfat hesabı əsasında fəaliyyət göstərmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin Tərəvəz və Meyvə istehsalı, tədarükü, emalı və satışı aqrar-sənaye birliyi təsərrüfat hesabı əsasında fəaliyyət göstərdiyi üçün həmin birlik dövlət orqanı statusuna malik deyil və iddiaçının 1977-1981-ci illərdə sözügedən birlikdə işlədiyi vəzifə dövlət qulluğu vəzifəsi hesab olunmur. Məhz, qeyd olunanların təzahürüdur ki, iddiaçının işlədiyi həmin Birliyin və onun struktur idarəsinin rəhbər və mütəxəssis vəzifələri Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş qeyd olunmuş qeyd edilən “Siyahı”nın 1-ci bəndində dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmamışdır. Başqa sözlə, konkret halda, iddiaçının xx.xx.1977-xx.xx.1981-ci illərdə “Azmeyvətərəvəz” X4 Maddi-texniki Təchizat idarəsində işlədyi mühəndis (mütəxəssis) vəzifəsi, “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu” vəzifələrinə uyğunlaşdırılmadığından, onun həmin vəzifədə işlədiyi müddət, dövlət qulluğu stajı hesab edilmir. Qüvvədə olan, “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsi isə onu nəzərdə tutur ki, «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdirlər. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdeh orqanın pensiyanın yenidən hesablanması barədə xx.xx.2021-ci il tarixli **********5 saylı qərarının ləğv edilərək, iddiaçının “Azmeyvətərəvəz” X2 Maddi-texniki təchizat idarəsində işlədyi müddət (xx.xx.1977-24.03.198) 1dövlət qulluğu stajı kimi nəzərə alınmaqla, pensiyasının yenidən hesablanmaqla bərpa edilməsi hissəsində iddia tələblərinın təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə, iş üzrə hərtərəfli araşıdırma aparmış, iddianın qismən təmin olunması barədə mahiyyəti üzrə - işin sübutlarla müəyyən edilən halların və maddi hüquq normalarına uyğun olan nəticəyə gəlmişdir. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin, məhəkəmənin qərarının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4145/2022saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 14, 69, 73, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4145/2022saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.