Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-520/2024 11.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Tağızadə Mirzə Nəsib ooğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5245/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli **********9398 nömrəli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında və xx.xx.2022 tarixli **********110200 saylı İnzibati şikayətin təmin edilməməsi haqqında qərarları ləğv edəsiniz və hüquqi yarıdımın göstərilməsi üçün ödənilmiş 530 AZN məbləğində vəsait cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, İddiaçı öz sahibakrlıq fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində qurmuşdur. xx.xx.2022-ci il tarixdə Dövlət Vergi Xidmətinin əməkdaşları cəmiyyətə qarşı akt tərtib edərək cəmiyyət barəsində 2000 AZN miqdarında əsassız sanksiya tətbiq ediblər. Bunun üçün iddia etdikləri əsas isə, Dövlət Vergi Xidmətinin əməkdaşlarının Cəmiyyətə ümumiyyətlə aidiyyəti olmayan, lakin, icarəyə götürmək istədiyi obyektdə yoxlama aparmaları olmuşdur. Həmin hadisə baş verən zaman, Dövlət Vergi Xidmətinin əməkdaşları binada olan hər bir işçinin adını və soyadını soruşublar. Bu arada Cəmiyyətin qanuni təmsilçisi və direktoru Məmmədov Salehin tanışı - X8 da olub. Yoxlama zamanı heç bir real səbəb olmadığı halda, hər hansı bir araşdırma aparmadan, heç bir sözü dinləmədən, çox kobud və dövlət məmuruna yaraşmayan danışıq və davranış tərzində X6 Cəmiyyətin qeyri rəsmi işçisi kimi qəbul ediblər. Bu absurd və ağlabatmayan məsələdə əlavə olaraq iddiaçı qeyd edir ki, Dövlət Vergi Xidmətinin əməkdaşları təqdim etdikləri Tələbnamənin aşağı hissəsində əl ilə yazaraq qeyd aparıblar ki, guya Cəmiyyətin qanuni təmsilçisi hər hansı səbəb göstərmədən Tələbnamənin nüsxəsini almaqdan imtina etmişdir. Lakin, Sizə bildirirəm ki, İddiaçı tərəf bunu yalnız və yalnız Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən yolverilmiş pozuntunun üstünü bağlamaqdan başqa heç nə olmaması kimi qəbul edir. Nəticə etibarı ilə, Dövlət Vergi Xidmətinin əməkdaşları Cəmiyyətin direktorunun tanışı, müəssisəyə heç cür aidiyyəti olmayan X6 əmək müqaviləsi (kontraktı) bağlamadan işlərin yerinə yetirilməsinə cəlb olunmuş şəxs kimi göstəriblər. Bu məsələ ilə bağlı İddiaçı Dövlət Vergi Xidmətinə dərhal şikayət ərizəsilə müraciət edib. Lakin, işin həmin qurumda baxılması nəticədə xx.xx.2022-ci il tarixli **********9398 nömrəli qərarın qəbul edilməsi ilə yekunlaşıb. Bu qərardan Cəmiyyət şikayət verib və bu dəfə də xx.xx.2022 tarixli **********110200 saylı inzibati şikayətin təmin edilməməsi haqqında qərarın qəbul edilməsi ilə yekunlaşıb. Yuxarıda qeyd olunan qərarda Dövlət Vergi Xidməti vurğulayır ki, “Azmetkim" Məhdud Məsuliyyətli Cəmiyyəti şikayətində Cəmiyyətin sahibkarlıq fəaliyyəti üzrə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı özlərini vergi orqanı əməkdaşları kimi təqdim edən iki nəfər şəxsin qapını döymədən, salam vermədən kamera ilə çəkiliş edə-edə ofisə daxil olduqlarını, işçilərin adlarını soruşduqlarını, Cəmiyyətin rəhbəri X7 hər hansı sənəd təqdim etmədiklərini, ofisdə şəxsi məsələ ilə bağlı görüşməyə gələn S.Məmmədovun dostu X5 adını və soyadını soruşduqlarını, sonradan akta baxan zaman vergi orqanı əməkdaşlarının tələbnamədə əl yazması ilə guya Cəmiyyətin rəhbərinin hər hansı səbəb göstərmədən Tələbnamənin bir nüsxəsini almaqdan imtina etdiyinin qeyd edildiyini gördüyünü, lakin vergi orqanı əməkdaşlarının Cəmiyyətin rəhbərinə hər hansı sənəd təqdim etmədiklərini və Zaur adlı tanışının adını aktda qeyd etdiklərini, sonradan kargüzarlığa gələn aktla tanış olarkən tanışı X2 əmək müqaviləsi (kontraktı) bağlamadan işlərin yerinə yetirilməsinə cəlb edilən şəxs kimi qeyd olunduğunu bildiyini qeyd etmişdir. Şikayətdə həmçinin vergi işçilərinin Azərbaycan Respublikası Konstitutsiyasının tələbləri pozulmaqla heç bir xəbərdarlıq edilmədən ofisə daxil olarkən çəkiliş apardıqlarını və qanunla qorunan hüquqlarını pozduqlarını, vergi orqanı əməkdaşlarının tərtib etdikləri aktda, guya ona aktı təqdim etdiklərini, lakin onun aktı imzalamaqdan imtina etdiyini qeyd etdiklərini, lakin əslində isə onlar tərəfindən ofisdə hər hansı sənəd tərtib edilmədiyini, ona tanış olması və imzalaması üçün ona təqdim edilmədiyini bildirmişlər. Şikayətdə həmçinin vergi orqanı əməkdaşlarının aktı ona məlum olmayan yerdə və şəkildə tərtib etdiklərini, ondan və aktda adını qeyd etdikləri X3 “əmək müqaviləsi (kontraktı) bağlamadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi” məsələsi ilə əlaqədar izahat alınmadığını, birtərəfli qaydada ona məlum olmayan şəraitdə akt tərtib etdiklərini, həmçinin X5 hansı iş şəraitində və hansı vaxtdan hansı işin yerinə yetirilməsinə cəlb edilməsi barədə hər hansı qeyd aparılmadığını və izahat işləri həyata keçirilmədiyini qeyd etmişdir. Şikayətində həmçinin tanışı X5 özünün bildirməsinə görə Sumqayıt şəhəri məşğulluq idarəsində işsiz kimi qeydiyyata alındığını, bütün qeyd olunan halların vergi orqanı tərəfindən araşdırılmadığını, qərəzli və qeyri obyektiv şəkildə birtərəfli qaydada akt tərtib edildiyini bildirərək, vergi orqanı əməkdaşları tərəfindən tərtib edilmiş qanunsuz akt nəticəsində cəmiyyətin barəsində tətbiq edilmiş 2000,0 manat maliyyə sanksiyasını ləğv edilməsini xahiş etmişdir. Dövlət Vergi Xidmətinin əməkdaşları X5 həmin cəmiyyətlə əlaqəsinin olmasını araşdırmayıblar. Onların hərəkətlərindən belə aydın olur ki, əgər hər kimsə kommersiya qurumunun yerləşdiyi binada, obyektdə və ya ofisində görünərsə və onun əmək müqaviləsi olmazsa, bu o deməkdir ki, həmin şəxs qanunun tələbini pozub və əmək müqaviləsi olmadan işləyir. Ən əsası isə odur ki, Cəmiyyətin təmsilçisi Dövlət Vergi Xidmətinin əməkdaşlarına bir neçə dəfə bildirib ki, yoxlama aparılan obyekt nə cəmiyyətə, nə onun cəmiyyətin təsisçisinə məxsus deyil. Onların arasında heç bir hüquq münasibəti yoxdur və cəmiyyətin işçiləri həmin məkanı potensial obyekt kimi dəyərləndirmək üçün ora gəlmişdilər. Dövlət Vergi Xidmətinin əməkdaşlarının diqqətini çəkən, qərarda da yazıldığı kimi, X5 İnstagram platformasından istifadəsi və masa arxasında oturması olub, ilk öncə sual şəklindəiddiaçı qeyd edir ki, instagram platformasının istifadəsi, hətta əgər belə Cəmiyyətin fəaliyyətinə aid hissədə belə olsa da, necə əmək münasibətilə uzlaşır və yoxlama aparan şəxlər tərəfindən həqiqətən də həmin İnstagram səhifəsinin Cəmiyyətə aid olduğu necə müəyyən edilib? Bilindiyi kimi, İstagram Meta şirkətinə məxsusdur və onların kommersiya qurumları ilə münasibətləri tam rəsmiləşdirilir və onların qeydiyyatı aparılır. Bununla bağlı Dövlət Vergi Xidməti heç bir dəlil və sübut təqdim etməyib. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, ,Uçot-baza məlumatına əsasən Cəmiyyətin xx.xx.2011- ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alındığı, əsas fəaliyyətinin “Digər qruplara daxil edilməyən ixtisaslaşdırılmış topdansatış” olduğu müəyyən edilmişdir. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (bundan sonra - Baş idarə) “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********9517 nömrəli qərarına əsasən Cəmiyyətin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 1 ünvanda yerləşən ofisdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 1 (bir) nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyimüəyyən edilərək, xx.xx.2022-ci il tarixli DVX seriyalı 00267 Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsil göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi sığorta haqqının ödənilməs haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzaı ətinin nəticəsi haqqında” aktla rəsmiləşdirildiyi, Cəmiyyətin rəhbərinin ofisdə olmasının müşatidə edildiyi, lakin heç bir səbəb göstərmədən imtina edilməsi səbəbindən “Operativ vergi keçirilməsi haqqında” qərar və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarışla tanış olmaqdan və operativ vergi nəzarəti tə aktın imzalanması və bir nüsxəsinin təqdim edilməsinin mümkün Cəmiyyətin rəhbəri və 1 nəfər əmək müqaviləsi hüquqi qüv görülməsinə (xidmətlərin göstərilməsinə) cəlb edilmiş fiziki şəxs X8 izahat verməkdən imtina etmişlər. Bu fakt operativ vergi nəzarəti tədbiri zamanı sərbəst aktla rəsmiləşdirilmişdir. Operativ vergi nəzarətinin nəticələrinə görə tərtib edilmiş akt və akta əlavə edilmiş sənədlər xx.xx.2022-ci il tarixli **********987100 nömrəli billdirişlə vergi ödəyicisinin qeydiyyat sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutuya göndərilmiş, məktub elektron qutuda xx.xx.2022-ci il tarixdə saat 10.16-da oxunmuşdur. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********9398 nömrəli qərar qəbul edilərək 2000,0 manat məbləğində sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, pozuntuların aradan qaldırılması barədə" Tələbnamə Baş İdarəni **********002900 nömrəli məktubu ilə vergi ödəyicisinin sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana göndərilmiı xx.xx.2022-ci il tarixdə saat 17:20-də oxunmuşdur. Qərardan narazı qalan iddiaçı tərəfindən inzibati qaydada şikpyət verilmiş və şikayətin həri Lokal Gəlirlər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin əməkdaşlarının araşdırmays təqdim etdikləri izahatlarında operativ vergi nəzarəti tədbiri zamanı "xxxx"MMC-nin rəhbərinə “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar və Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestreindən” çıxarışın təqdim edildiyini sonuncunun şifahi olaraq həmin sənədlərlə tanış olduğunu, lakin heç bir səbəb göstərmədən həmin sənədlərə imza etməklə tanış olmaqdan və tələbnamənin bir nüsxəsini qəbul etməkdən imtina etdiyini, operativ vergi nəzarəti tədbiri zamanı Z.Quliyevin obyektdə olduğunu, özünü qonaq kimi təqdim etməsinə baxmayaraq masa arxasında kompüter işləri ilə məşğul olduğunu müşahidə etdiklərini, həmçinin Z.Quliyevin şəklinin cəmiyyətin instaqram səhifəsində yerləşdirildiyi müəyyən olunmuşdur. İzahatlarında həmçinin operativ vergi nəzarəti tədbiri zamanı video çəkiliş aparılması üçün cəmiyyətin rəhbəri S.Məmmədovdan razılıq almaq istədiklərini, lakin sonuncunun etiraz etmədiyini, həmçinin operativ vergi nəzarəti tədbiri həyata keçirilən zaman obyektin 2-ci və 3-cü mərtəbələrində yerləşən bütün işçilərini obyektdə çıxararaq obyekti tərk etdiklərini, həmçinin operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinə və ya digər şəxslərə qarşı qanunsuz hərəkətlərə yol vermədiklərini bildirmiş və operativ vergi nəzarəti tədbiri zamanı lentə alınmış videogörüntüləri araşdırmaya təqdim etmişlər. Göstərilənləri nəzərə alaraq, araşdırma üzrə işin faktiki halları, gətirilmiş dəlillər və toplanmış materiallar (sənədlər) qiymətləndirilərək, şikayətin təmin edilməməsi barədə xx.xx.2022-ci il tarixli **********110200 nömrəli qərar qəbul edilərək iddiaçıya göndərilmişdir. Həmçinin bildiririk ki, Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2- 1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı, eləcə də həmin məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə mindiyi təsbit olunduğu halda, tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edildiyi və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmədyi qeyd edildiyi halda Cəmiyyət tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxs işlərin yerinə yetirilməsinə cəlb edilmiş, 1 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradılmışdır. Bundan əlavə, video görüntülərdə vergi orqanı əməkdaşlarının operativ vergi nəzarəti tədbiri zamanı yoxlamanın həyata keçirilməsinə əsas verən sənədləri cəmiyyətin rəhbərinə tanış olması üçün təqdim etdikləri, həmçinin video çəkiliş həyata seçirilməsi üçün ondan icazə istənildiyi, lakin sonuncunun buna heç bir münasibət bildirmədiyi, vergi nəzarəti tədbirinin həyata keçirilməsinə şərait yaradılmadığı, əksinə manelər yaradılmağa cəhd edildiyi, vergi nəzarəti tədbiri zamanı cəmiyyətin rəhbərinin iştirakı operativ vergi nəzarəti tədbirinin həyata keçirildiyi obyekti tərk etdikləri, vergi orqanı əməkdaşları tərəfindən operativ vergi nəzarətinin nəticələrnin rəsmiləşdirildiyi müşahidə edilmişdir. Bundan əlavə video görüntülərdə Cəmiyyətin işçisi olmadığı bildirilən fiziki şəxs Z.Quliyevin operativ vergi nəzarətinin həyata keçirildiyi gün obyektin 3-cü mərtəbəsində Cəmiyyətin işçilərinin əmək fəaliyyəti ilə məşğul olduqları sahədə iş masasında əyləşdiki, operativ vergi nəzarəti tədbirinin keçirildiyi barədə məlumat verildikdən sonra iş masasında qalxaraq iş masasının qarşısında yerləşdirilmiş divanda əyləşdiyi müşahidə edilmişdir. Məhz həmin fiziki şəxsin, Z.Quliyevin fotoşəkili İddiaçı MMC-nin İnstaqram səhifəsində paylaşım edilmiş, operativ vergi nəzarəti tədbirindən sonra isə həmin səhifədən götürülməsi müəyyən olunmuşdur. İddiaçı həmçinin Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2022-ci il tarixli **********110200 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Göstərilən tələbə dair qeyd edirik ki, İnzibati Prosessual Məcəllənin 32.2ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1.barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2.barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3.şikayət instansiyası tərəfindən şikayətə baxma qayasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Göründüyü kimi, şikayət instansiyası tərəfindən qəbul edilmiş və ilkin qərarı dəyişdirilmədən qüvvədə saxlayan qərarın mübahisələndirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Son olaraq, iddia tələbinin ikinci hissəsində hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 530 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçının xeyrinə tutulması kimi tələbin ola bilmədiyini nəzərə alaraq, müvafiq hissədə tələb mümkünsüz hesab edilə bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək hüququ vardır. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə, vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 23.2-ci maddəsinə görə yuxarı vergi orqanları tabeliyində olan vergi orqanlarının və onların vəzifəli şəxslərinin qeyri-qanuni aktlarını və qərarlarını ləğv edə bilərlər. 36.2-ci maddəsinə görə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 50.1.7-ci maddəsinə əsasən vergi orqanları Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətini həyata keçirirlər. 58.10-cu maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 4-1-ci maddəsinə əsasən Əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əmək haqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Həmin Məcəllənin 2-3.4-cü maddəsinə görə tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-1-ci maddəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır.Həmin Məcəllənin 7-ci maddəsinə əsasən bu Məcəllənin 7ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 7-ci maddəsinin 2-3-cu və 2-3.5-ci bəndlərinə əsasən tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1- ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərar ilə təsdiq edilmiş "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı “ Qaydaların 3.2-ci bəndinə əsasən bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının səlahiyyətlərinə aid edilmişdir. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən, operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin “h” bəndinə əsasən, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biri və məsuliyyəti kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən, Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Əmək Məcəlləsinin 3.4-1-ci maddəsinə əsasən əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 94.0.2-ci maddəsinə əsasən, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadına əsasən “xx.xx.2022-ci il tarixli **********9398 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi” barədə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. Məhkəmənin eyni tarixli qərardadına əsasən İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair 2-1(112)- 5245/2023 nömrəli iş üzrə əsl olmayan cavabdeh Dövlət Vergi Xidməti əsl olan cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5245/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********9398 nömrəli Qərarı ləğv edilmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5245/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək hüququ vardır. - 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək; - 36.2-ci maddəsinə əsasən Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. - 41.1-ci maddəsinə əsasən Vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. -41.2-ci maddəsinə əsasən Bu Məcəllənin 41.1-ci maddəsi ilə müəyyən edilmiş foto və (və ya) video çəkilişin nəticələri vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edilir. Foto və (və ya) video çəkilişin nəticələri üçüncü şəxslərə yalnız vergi ödəyicisinin yazılı razılığı əsasında açıqlana bilər. - 49.1-ci maddəsinə əsasən Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır... - 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. - 50.1-ci maddəsinə əsasən Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: - 50.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; - 50.3-ci maddəsinə əsasən Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. - 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. - 50.5. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. - 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49- cu maddələrinin müddəaları tətbiq edilir - 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. - 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Hazırkı işin hallarından müəyyən edildiyi kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Məcəlləsinin 23, 41 və 50-ci maddələrini əsas tutaraq xx.xx.2022- ci il tarixli, **********9517 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən, iddiaçı “AZMETKİM" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) məxsus ünvan 2 ünvanda fəaliyyət göstərən digər qruplara daxil edilməyən ixtisaslaşdırılmamış topdansatış obyektində (ofisində) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi(ləri) üzrə xx.xx.2022 il tarixdən xx.xx.2022 il tarixədək (xx.xx.2022 tarixi daxil olmaqla) vergi orqanının əməkdaşları tərəfindən operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. Bununla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2022-ci il tarixli KY221776590 nömrəli çıxarışa əsasən qeydiyyat aparılmışdır. Yoxlamanın keçirilməsinin əsası kimi - (yoxlayıcı orqanın adı: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti; yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı: “AZMETKİM" Məhdud Məsuliyyətli Cəmiyyəti, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin VÖEN **********; yoxlamanın müddəti (başlama, sona çatma tarixi): xx.xx.2022-xx.xx.2022; yoxlanılan dövr: cari fəaliyyət; yoxlanılan təsərrüfat obyektinin kodu, ünvanı və fəaliyyət növü: digər qruplara daxil edilməyən ixtisaslaşdırılmamış topdansatış obyektində; AZ 1000 ünvan 2; yoxlamanın növü: operativ vergi nəzarəti; yoxlamanın tipi: plandankənar (növbədənkənar); plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas: vergi orqanlarının Vergi Məcəlləsinin 50.1ci maddəsində göstəriən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşgul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsasının olması, Vergi Məcəlləsi,maddə 50.2.4) Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb ediməsi hallarının aşkar edilməsi göstərilmişdir. Daha sonra cavabdeh tərəfindən iddiaçıya operativ vergi nəzarətinin apanlması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 42-ci, və 50-ci maddələrini əsas tutaraq, zəruri sənədləri (əmək müqavilələri,əmək müqavilələrinin elektron qeydiyyatdan keçməsi barədə bildirişlərin surəti, obyekti və təsərrüfat subyektləri barədə sənədlər, vergi ödəyicisinin fəaliyyəti ilə bağlı elektron fayllar, əmək haqqı cədvəlləri, vergilərin hesablanması üçün zəruri olan digər mühasibat-maliyyə sənədlərinin təsdiq edilmiş surətləri) təqdim edilməsinə dair xx.xx.2022-ci il tarixli ********* 79518 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə göndərilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2022-ci il tarixli, DVX seriyalı 002671 nömrəli aktda göstərilir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2022-xi i tarixli OVN qərarına əsasən İddiaçınə məxsus ünvan 2 ünvanında xx.xx.2022-ci il tarixdə saat 11-30 da operativ vergi nəzarəti tədbiri keçirildi və nəticə olaraq 1 nəfər işçiyə münasibətdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozulması faktı aşkar edilərək əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin, (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi üçün Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının təibiq edilməsi üçün tədbirlərin görülməsi təklif olunmuşdur. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçınə göndərilmiş “Bildiriş”də qeyd edilmişdir ki, fəaliyyət göstərdiyiniz ünvan 2 ünvanında yerləşən obyektdə vergi orqanı əməkdaşı (lari) tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 44-cü maddəsinin tələblərinin pozulması faktı aşkar edilərək, barənizdə xx.xx.2022-ci il tarixli DVX seriyalı 002671 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmişdir. Tərtib olunmuş akt göndərilərək, Siz və ya səlahiyyətli nümayəndəniz Vergi Məcəlləsinin 49-cu maddəsinə əsasən barənizdə qəbul ediləcək qərar üzrə materiallara baxılmada iştirak etmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə dəvət olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********9398 nömrəli qərarı ilə İddiaçınə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsulyyətinə cəlb etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 dekabr 2022-ci il tarixli **********110200 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” Qərarı ilə Azmetkim” Məhdud Məsuliyyətli Cəmiyyətinin keçirilmiş operativ vergi nəzarətinin nəticəsindən Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2022-ci il tarixli inzibati şikayəti təmin edilməmiş, xx.xx.2022-ci il tarixli DVX seriyalı 002671 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akt əsasında Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi tərəfindən qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********9398 nömrəli qərar dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.4-cü maddəsinə əsasən Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Lakin vergi orqanı tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsi barədə xx.xx.2022-ci il tarixli, **********9517 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarı vergi ödəyicisinə təqdim edilməsi təmin edilməmişdir. Halbuki, Vergi Məcəlləsinin sözügedən 50.4-cü maddəsi qeyd edildiyi kimi imperativ normadır və burada başqa qayda nəzərdə tutulmamışdır. Vergi orqanı tərəfindən qeyd olunan normanın tələbləri pozulmuşdur. Həmçinin cavabdeh vergi orqanı əməkdaşları tərəfindən İddiaçı MMC-nin rəhbəri X4 alınmış izahatda (izahatın tarixi qeydə alınmamışdır) qeyd edilmişdir: ki; Sual: “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" Qərar, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən" Çıxarışlar və “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamələr ilə tanışsınızmı. Həmin səndələr tanış olmağınız üçün Sizə təqdim edilmişirmi? Cavab: Operativ vergi nəzarəti tədbiri zamanı mən obyektdə olmuşam, lakin həmin sənədlərlə tanış olmamışam, göstərilən sənədlər tanış olmaq üçün mənə təqdim edilməmişdir. Göründüyü kimi cavabdeh vergi orqanı iddiaçı barəsində operativ vergi yoxlamasının həyata keçirilməsi qərarına gəlsə də, operativ vergi nəzarətinin nəticələrinin protokollaşdırılmasında Vergi Məcəlləsinin 41-ci maddəsinin tələblərinə əməl etməmişdir. Belə ki, vergi orqanı həmin şəxsin sözügedən obyektdə olmasını və işləməsini sübut olaraq təqdim etdiyi video görüntünün olması ilə əsaslandırsa da vergi orqanı tərəfindən aparılmış çəkiliş qanunvericiliyin tələblərinə əməl edilmədən aparılmış, hər hansı bir izahat və səs yazısı qeydə alınmamışdır. Həmçinin İddiaçı MMCnin rəhbəri X4 alınmış izahatda qeyd edilmişdir ki; Sual: Video görüntülərdə operativ vergi nəzarətini həyata keçirən vergi orqanı əməkdaşları tərəfindən sizin olduğunuz otağa daxil olarkən vergi orqanı əməkdaşları olduqlarını və operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar əsasında bu obyektdə gəldiklərim bildirdikləri müşahidə edilmiş və sizdən video çəkilişə icazə verib vermədiyinizi sorğuladıları müşahidə edilmişdir. Bu barədə nə deyə bilərsiniz? Cavab: Bildirmək istəyirəm ki, otağa daxil olan vergi əməkdaşını önəmli telefon danışığı və bütun fikrimin həmin telefon müzakirələrində olduğu an qarşımda gördüm Onun həmin zaman ilkin olaraq mənə nə dediyini anlamadığım təbii bir haldır. Və həqiqətən hər hansısa bir çəkiliş aparılması üçün məndən icazə almağını eşitməmişəm və anlamamışam. Təcrübəli vergi əməkdaşı və ya dövlət nümayəndəsi olaraq qarşısındakı vətəndaşa səlist şəkildə lazımdırsa, onun eşitdiyini anlayana kimi bir və ya hətta iki dəfə bu sualı səsləndirə bilərdi və həmin çəkilişi mən onu gördüyüm vaxt artıq aparırdı. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, operativ vergi nəzarəti həyata keçirildiyi vaxt vergi əməkdaşları tərəfindən Z.Quliyevdən və S.Məmmədovdan hər hansı bir izahat alınmamışdır. Yəni həmin şəxsin şəxsiyyəti müəyyən olunduqdan və ondan izahat alındıqdan sonra həmin şəxsin MMC-nin rəhbərliyi tərəfindən işlədilməsi halı müəyyən oluna bilərdi. Vergi Məcəlləsinin 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanının hüquqlarına aid edilmişdir. Lakin vergi orqanı tərəfindən hazırki iş üzrə OVN həyata keçirdikləri zaman Vergi Məcəlləsinin tələblərinə əməl olunmamışdır. Belə ki, məsuliyyətə cəlb olunan şəxsin MMCdə qeyrirəsmi işləməsini təsdiq edən, ümumiyyətlə işləməsinə dəlalət edən hər hansı bir sübut toplanmamışdır. Yalnız obyekdə əvvəlcədən xəbər etmədən (gizli) və qeyri-peşəkar formada aparılmış çəkiliş zamanı cavabdeh inzibati orqan tərəfindən iddia edilir ki, Z.Quliyev həmin MMCnin qeyri-rəsmi işçisidir. Eyni zamanda Vergi orqanının Ədliyyə Nazirliyində sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış alarkən həmin çıxarışda yoxlamanı təyin edilməsinin əsası kimi vergi orqanı tərəfindən keçirilən operativ vergi nəzarəti zamanı aşkar edilmiş faktlara istinad edilir. Bununla da Vergi orqanı Vergi Məcəlləsinin müddəalarını kobudcasına pozmuşdur. Belə ki, vergi orqanı Vergi Məcəlləsinin 24.0.5-1-ci maddəsinin tələblərini pozaraq onlara hər hansı müraciət daxil olmadığı təqdirdə qanunsuz olaraq operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərar qəbul etmiş və bu qərarı qanunsuz şəkildə icra etmişdir. xx.xx.2022-ci il tarixli aktda 1 nəfər işçinin qanunsuz olaraq işlədilməsi faktının aşkar edilməsi müəyyən olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan tərəfindən Z.Quliyevin iddiaçının işçisi olmasını iddia etsədə iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi xx.xx.2022-ci il tarixli “Məşğulluq haqqında arayış”da X5 xx.xx.2022-ci il tarixdən X1 Filalı tərəfindən işsiz yəni (iş axtaran) kimi qeydiyyata alındığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. “İnzibati icraat haqqında” Qanunun: - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar - kameral vergi yoxlaması, səyyar vergi yoxlaması (növbəti və növbədənkənar) və operativ vergi yoxlamasıdır. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmişdir və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Vergi Məcəlləsinin 36.2-ci və “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələbləri baxımından, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh qərarda göstərdiyi fiziki şəxsin Z.Quliyevin İddiaçınə işləməsi faktını hansı üsulla müəyyən etdiyini əsaslandıra bilməmiş, həmin şəxsdən hər hansı izahat alınmamış, şəxsiyyəti dəqiqləşdirilməmiş, həmin şəxsin göstərilən müəssisədə işləməsini sübut edən digər dəlil iş materiallarına əlavə edilməmişdir.Beləliklə qeyd olunanları nəzərə alaraq məhkəmə cavabdehin iddiaçını vergi məsuliyyətinə cəlb edən xx.xx.2022-ci il tarixli mübahisələndirilən qərarını vergi qanunvericiliyinin tələblərinə uyğun gəlməyən, cavabdehin hüquqlarını pozan inzibati akt kimi qiymətləndirir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5245/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətininin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5245/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-520/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-520/2024
11.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver