Məhkəmə qərarları › İş №2-1(103)-520/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-520/2025

24.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-520/2025 24.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər:Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “təyin edilmiş birinci dərəcli ilkin əlillik qiymətləndirilməsinin etibarsız hesab edildiyi xx.xx.2018-ci il tarixdən bərpa edilərək xx.xx.2019-cu il tarixə qədər qüvvədə olması barədə məlumatı “Əlillik” altsisteminə daxil etməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9991/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona Bakı Dəmiryol Xəstəxanasının 4083003AACYG nömrəli göndərişi əsasında xx.xx.2018-ci il tarixində təyin edilmiş birinci dərəcəli ilkin əlillik qiymətləndirilməsinin etibarsız hesab edildiyi xx.xx.2018-ci il tarixdən bərpa edilərək xx.xx.2019-cü il tarixə qədər qüvvədə olması barədə məlumatı “Əlillik” altsisteminə daxil etməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X2 xx.xx.2018-ci il tarixdə müddətsiz olaraq 1-ci dərəcəli əlillik ləyin edilmişdir. İddiaçı bir müddət ona ləyin edilmiş əlilliyə görə pensiyanı almışdır. Sonradan ona təyin edilmiş pensiya dayandırılmış və o, müayinəyə dəvət edilmişdir. Aparılmış müayinələrdən sonra X2 təyin edilmiş əlillik bərpa edilmişdir. Əlillik bərpa edilən zaman xx.xx.2018-ci ildən yox, xx.xx.2019-cu il tarixdən qeyd edilmişdir. Yenə bir müddət pensiya aldıqdan sonra İddiaçı pensiyası yenidən dayandırılmışdır. Bununla bağlı İddiaçı müraciət edərək dayandırılmış pensivasınn bərpa edilməsini xahiş elmişdir. Agentlik tərəfindən ona təyin edilmiş əlilliyə görə pensiyanın qüvvədə olması bildirilmişdir. Daha sonra Vahid Baxşalıvev DSMF-yə müraciət edərək dayandırılmış pensiyanın ödənişinin bərpa edilməsini xahiş etsə də, DSMF orqanı bundan imtina etmişdir. Daha sonra Vahid Baxşalıvev ƏƏSMN tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iddia ərizəsi ilə məhkəməvə müraciət edərək Filialın "əmək pensiyasının dayandırılması haqqında xx.xx.2020-ci il tarixli, **********5 saylı qərarının ləğv edilməsi və ona təyin edilmiş əmək pensivasının dayandırıldığı xx.xx.2020ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(1 12)-6237/2022 saylı, xx.xx.2022-ci il, tarixli Qərarı ilə iddia tələbi təmin edilmişdir. Daha sonra həmin qərardan verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin iş üzrə qəbul etdiyi qərardan verilmiş kassasiya şikayəti isə Ali Məhkəmənin xx.xx.2023-cü il larixli. 2-1(102)- 556/2023 saylı qərardadı qeyri-mümkün sayılmışdır. Hazırda icra mərhələsində müəyyən olunmuşdur ki, İddiaçı 1006 manat məbləğində pensiya təyin edilmiş və həmin pensiyasının ödənişinə bu ilin may ayından başlanılacaqdır. X4 pensiyası dayandırılmamışdan öncə, yəni xx.xx.2018-xx.xx.2020-ci il tarixədək ödənilmiş əmək pensiyası; 2018-ci il aprel üçün 2057.06 manat, may ayı üçün 2057.06 manat, iyun üçün 2057.06 manat, iyul üçün 2447.93 manat, avqust üçün 2447.93 manat, sentyabr ayı üçün 2447.93 manat 2019-cu i! üzrə 2861.10 manal. 2020-ci il yanvar ayı üzrə 5483.76 manat, fevral ayı üzrə 5483.76 manat, mart ayı üzrə 2861.10 manat, aprel ayı üzrə 2861.10 manat, may ayı üzrə 2861.10 manat, iyun ayı üzrə 2861.10 manat, iyul ayı üzrə 2861.10 manat. avqust ayı üzrə 2861.10 manat. sentyabr ayı üzrə 2861.10 manat, oktyabr ayı üzrə 0.00 noyabr ayı üzrə 1127.36 manat, dekabr ayı üzrə 563.68 manat pensiya ödənilmişdir. Göründüyü kimi şəxsə yüksək məbləğdə pensiya ödənişləri edilmişdir. İddiaçı DSMF orqanına müraciət edərək ona hansı səbəbdən ona 1006 manat pensiya təyin edildiyinə dair məlumatın verilməsini tələb edən zaman DSMF orqanı ona cavab olaraq əlillik təyinatında əvvəllər xx.xx.2018-ci il tarixi yazıldığı halda indi isə həmin tarix xx.xx.2019-cu il qeyd edildiyini və 2019-cu ildə qüvvədə olan qaydalara əsasən ona təyin edilmiş pensiya məbləğinin daha az olmalı olduğu cavabı verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9991/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətlərinin dəlilləri, tərəflərin izahatları: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona Bakı Dəmiryol Xəstəxanasının 4083003AACYG nömrəli göndərişi əsasında xx.xx.2018-ci il tarixində təyin edilmiş birinci dərəcəli ilkin əlillik qiymətləndirilməsinin etibarsız hesab edildiyi xx.xx.2018-ci il tarixdən bərpa edilərək xx.xx.2019-cü il tarixə qədər qüvvədə olması barədə məlumatı “Əlillik” altsisteminə daxil etməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İddiaçının ilk dəfə əlillik vəziyyətinə Bakı Dəmiryol Xəstəxanasının xx.xx.2018-ci il tarixli göndərişi əsasında baxılmış və müddətsiz Ümumi xəstəlik => Gözdən əlilliyi olan şəxs səbəbi ilə birinci dərəcə əlillik əlillik dərəcəsi təyin edilmişdir. Daha sonra həmin ilin avqust ayında göndərişi rəsmiləşdirən tibb müəssisəsi tərəfindən göndərişin əsassız olması ilə bağlı daxil olan məktub əsasında xx.xx.2018-ci ildə vətəndaşa aid əlillik Əlillik AS-də etibarsız edilmişdir. İddiaçı 1 il 7 ay sonra xx.xx.2019-cu ildə X3 vasitəsilə yeni göndərişlə müraciət etmişdir. Həmin göndərişə göndərişin natamam doldurulması - Səbəb: Diaqnozu təstiqliyən müayinələr tam aparılmayıb. Xəstəliyin başlanma tarixindən az müddət keçib, ixtisalardırılmış müalicə olunmalı, dinamikası qeyd olunmalıdır məzmununda imtina verilmişdir. Növbəti dəfə X1 xx.xx.2019-cu il tarixli göndərişi əsasında vətəndaşın əlillik vəziyyətinə baxılmış və Ümumi xəstəlik => Gözdən əlilliyi olan şəxs səbəbilə müddətsiz birinci dərəcə əlillik əlillik təyin edilmişdir. Göründüyü kimi iddiaçı xx.xx.2018-ci ildə inzibati orqanın mövqeyi ilə razılaşmış və dayandırmanı həmin vaxtdan indiyə qədər mübahisələndirməmişdir. Həmçinin iddiaçının əlillik təyinatı ilə bağlı qərarın verildiyi xx.xx.2019-cu il tarixdən xx.xx.2024-ci il tarixədək 5 il ərzində heç bir müraciəti olmamışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətinin əsassız olduğunu, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsini iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı əlillik altsistemində əlillliyinin etibarsız hesab edildiyi xx.xx.2018-ci il tarixdən bərpa edilməsi ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, lakin müraciətindəki tələbi təmin edilməmişdir. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ iddia tələbinin təmin edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, “....iş materiallarından göründüyü kimi, iddiaçı ilk dəfə xx.xx.2018-ci ildə təyin edilmiş əliliyin səbəb əlaqəsi, müddəti və dərəcəsi, sonradan təyin edilmiş əlilliyin səbəb əlaqəsi, müddəti və dərəcəsi eyni olmuşdur. Göründüyü kimi, cavabdehin qanunsuz hərəkəti nəticəsində, iddiaçının mövcud olan və sonradan davam edən əliliyi təsdiq olunduğu halda, cavabdeh iddiaçınn müddətsiz əlilliyini bərpa edərkən əlilliyin etibarsız hesab edildiyi xx.xx.2018-ci il tarixdən deyil, xx.xx.2019-cu il tarixdən bərpa etmiş, nəticədə Qanunvericilik normalarının dəyişməsi nəticəsində iddiaçının aldığı pensiya məbləğində əhəmiyyətli dərəcədə azalma baş vermişdir.” Kollegiya məhkəmənin mövqeyi ilə aşağıdakı əsaslara görə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına hərtərəfli yanaşılmamışdır. İş materiallarından müəyyən edilir ki, İddiaçı xx.xx.2018-ci ildə ümumi xəstəlik (gözdən əlilliyi olan şəxs) səbəbindən 1-ci dərəcəli, müddətsiz əlillik təyin olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçıya təyin edilmiş əlillik xx.xx.2018-ci il tarixdə Əlillik Altsistemində etibarsız hesab edilmiş, lakin iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bundan sonra iddiaçının əlillik vəziyyəti yenidən X1 4086003AACAV nömrəli göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmişləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ümumi xəstəlik (gözdən əlilliyi olan şəxs) səbəbindən müddətsiz birinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin tələbinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Göründüyü kimi, iddiaçının əlilliyi ilk dəfə xx.xx.2018-ci ildə dayandırılsa da, iddiaçı bunu mübahisələndirməyərək yenidən cavabdehə müraciət etmiş və xx.xx.2019-cu il tarixdən sonra iddiaçıya müddətsiz birinci dərəcə əlillik təyinatı aparılmışdır. İnzibati Prosessual Məcəllənin: Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığıinzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həmiddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbuledilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Qanunun 64.1-ci maddəsinə əsasən, inzibati akt,ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyənolunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Beləliklə, qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, iddiaçı ona 2019-cu il tarixdən əlillik təyinatı aparılmasına baxmayaraq, 5 ildən artıq müddətdə bunu mübahisələndirmədiyindən, iddiaçının hazırkı məzmunda tələbinin təmin edilməsi yuxarıda sadalanan normaların tələblərinə zidd olmuşdur. Odur ki, məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətini əsaslı hesab edərək belə qənaətə gəlir ki,mübahisələndirilən qərar ləğv edilməklə, iddia tələbi rədd edilməlidir. AR İPM-in 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9991/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilərək iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9991/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar