Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-5207/2025 21.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı: İddiaçı MMC-nin Cavabdeh: Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “vurulmuş zərərin əvəzinin ödənilməsi və digər”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), X10 və X8 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ## ####### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Binəqədi rayonu Xocəsən bələdiyyəsin ##.##.2006-cı il tarixli, **/** saylı qərarı ilə X4 ##.##.2006-cı il tarixli, **/** saylı qərarla uzunmüddətli icarəsinə verilmiş 3 hektar torpaq sahəsindən 2 hektar torpaq sahəsi “xxxx” MMC-nin mülkiyyətinə verilmişdir.
2. Torpaqların alqı-satqısına dair akta əsasən Binəqədi rayonu, Xocəsən bələdiyyəsinin ərazisindəki 2 hektar torpaq sahəsinə görə cavabdehin hesabına “xxxx” MMC tərəfindən 16000 manat ödəniş edilmişdir.
3. İddia ərizəsinə əlavə edilən çıxarışda göstərilmişdir ki, iddiaçı tərəfindən Binəqədi rayonu, Xocəsən bələdiyyəsinin ərazisindəki torpaq sahəsi üzrə hesablanmış və ödənilmiş vergi məbləği aşağıdakı kimidir: 2008, 2009, 2010, 2011, 2012, 2013, 2014cü illərə görə hər il üçün 2000 manat və 2016, 2017, 2018, 2019, 2020, 2021-ci illər üzrə hər il üçün 3000 manat.
4. Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qərarı ilə iddiaçının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və X2) “Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestində qeydiyyata alınması” barədə iddiası təmin edilməmişdir.
5. Cavabdehin iddiaçının müraciətinə ##.##.2025-ci il tarixli imtina məktubu ilə 2 hektar torpaq sahəsinin əvəzində həmin torpaq sahəsinin bazar dəyəri ilə hazırda eyni dəyərdə olan torpaq sahəsinin ididaçının mülkiyyətinə ayrılması və vurulmuş zərərin əvəzinin ödənilməsi barədə müraciətin təmin edilməsi mümkün olmadığından məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.
6. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məhkəmə sorğusuna ##.##.2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, “xxxx” MMC Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən ##.##.2004-cü il tarixdə, ****-N*-**** nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. ##.##.2006-cı il tarixdə hüquqi şəxsin adı İddiaçı MMC-yə dəyişdirilmişdir.
7. “X5 və Ekspertiza Mərkəzi” MMC-nin ##.##.2025-ci il tarixli ** saylı mütəxəssis rəyində göstərilmişdir ki, iddiaçının faktiki sahibliyində olan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi ərazisində yerləşən 2 hektar torpaq sahəsinin hazırkı dövrə real bazar qiyməti təqribən 1 000 000 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin qanunsuz olaraq ##.##.2006-cı il tarixli qərarı əsasında iddiaçıya satdığı 2 hektar torpaq sahəsinin əvəzində həmin torpaq sahəsinin bazar dəyəri ilə hazırda eyni dəyərdə olan, yəni 900 000 manat dəyərində olan torpaq sahəsinin iddiaçının mülkiyyətinə ayrılması haqqında qərarın qəbul edilməsi və alqı-satqı müqaviləsi bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsi və iddiaçıya vurulmuş zərərin əvəzi olaraq 32 000 manat məbləğində əsassız olaraq ödənilmiş verginin, 15 000 manat məbləğində hüquqi xidmət xərcinin, 535 102 manat məbləğində əldən çıxmış faydanın, yəni ümumilikdə 582 102 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin qanunsuz olaraq ##.##.2006-cı tarixli qərarı əsasında iddiaçıya satdığı 2 hektar torpaq sahəsinin əvəzində həmin torpaq sahəsinin hazırkı bazar dəyəri olan 900 000 manat dəyərində pul vəsaitinin və iddiaçıya vurulmuş digər maddi zərərin əvəzi olaraq 32 000 manat məbləğində əsassız olaraq ödənilmiş verginin, 15 000 manat məbləğində hüquqi xidmət xərcinin, 535 102 manat məbləğində əldən çıxmış faydanın, yəni ümumilikdə 1 435 102 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.
10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ***-N*-**** saylı hüquqi şəxsin adına edilmiş dəyişikliyin dövlət qeydiyyatına alınması haqqında şəhadətnaməyə əsasən “xxxx” MMC-nin adı İddiaçı MMC adı ilə əvəz olunmuş və dəyişiklik dövlət qeydiyyatına ## ####### 2006-cı il tarixində alınmışdır. Xocasən bələdiyyəsinin ##.##.2006-cı il tarixli **/** saylı qərarına əsasən, Binəqədi rayon Xocəsən Bələdiyyəsinin ərazisində Binəqədi Rayon İcra Hakimiyyətnin memarlıq xidməti ilə razılaşdırılmış cizgi ilə müəyyənləşdirilmiş göstərilən ölçü və ünvana uyğun olaraq 3 hektar torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vətəndaş X4 qısa müddətli icarəsinə verilmişdir. ## ##### 2006-cı ildə “xxxx” MMC-nin rəhbərliyi məktubla Xocəsən bələdiyyəsinə müraciət edərək Xocəsən Bələdiyyəsinin ##.##.2006-cı il tarixli **/** saylı qərarı ilə X4 icarəsinə verilmiş 3 ha torpaq sahəsindən 2 ha torpaq sahəsinin alqısatqı yolu ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün “xxxx” MMC-nin mülkiyyətinə verilməsini xahiş etmişdir. Eyni zamanda X4 notarial qaydada təsdiq edilmiş ərizə ilə bələdiyyəyə müraciət edərək qeyd edilən torpaq sahəsini “xxxx” MMC-nin mülkiyyətinə verilməsinə razılığını bildirmişdir. “xxxx” MMC-nin rəhbərliyi torpağın nəzərdə tutulmuş satış qiymətinə uyğun məbləği (hər kv.m üçün 80 qəp, cəmi 16 000 manat) bələdiyyə büdcəsinə ödəmişdir. Xocasən bələdiyyəsinin ##.##.2006-cı il tarixli, **/** saylı qərarından görünürki, X4 uzunmüddətli icarəsinə verilmiş 3 hektar torpaq sahəsindən 2 hektar torpaq sahəsi “xxxx” MMC-nin mülkiyyətinə verilmişdir. Torpaqların alqı-satqısına dair aktda “xxxx”MMC ## ##### 2006-cı ildə torpaq sahəsi almaq üçün Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinə müraciət etdiyi, bunun müqabilində “xxxx”MMC tərəfindən Xocasən Bələdiyyəsinin hesabına 16000 manat haqq ödənildiyi öz əksini tapmışdır. İddiaçı ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrıvə Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, həmin torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. * saylı Bakı Ərazi İdarəsi məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir. Bundan sonra iddiaçı * saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, həmin torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə qərarını onunla əsaslandırıb ki, iddiaçıya torpaq sahəsinin ayrılması zamanı həm maddi, həm də prosessual normalar pozulmuş, bələdiyyənin həmin torpaq sahəsini iddiaçıya ayırmağa səlahiyyəti olmamışdır. Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qərarından tərəflərin heç biri şikayət vermədiyindən qərar hüquqi qüvvəsini almışdır. Cavabehin səlahiyyəti olmadığı halda, iddiaçıya satılmış torpağın əvəzində ona başqa bir yerdə üçüncü şəxslərin hüquqlarından azad eyni dəyərdə torpaq sahəsi verilməli və iddiaçıya vurulmuş zərəri ödəməlidir. İddiaçıya satılmış torpağın hazırkı bazar dəyirə iş materiallarına da əlavə edilmiş “xxxx” MMCnin ## ####### 2024-cü il tarixli qiymətləndirmə hesabatına əsasən, 900 000 manat təşkil edir. Bundan başqa, iddiaçı İddiaçı MMC tərəfindən 2006-cı ildən indiyənədək 18 il müddətində torpaq vergisi ödəmişdir ki, bu cəmi 32 000 manat məbləğində vəsait edir. Bu vəsait, eləcə də, həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün və həmçinin hazırkı məhkəmə işi üzrə iddiaçı tərəfindən hüquqi xidmət üçün çəkilmiş xərclər də Xocasən Bələdiyyəsi tərəfindən iddiaçıya ödənilməlidir.
11. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilməmişdir.
12. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ## ####### 2025-ci il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, 16000 manat məbləğində maddi ziyanın əvəzi və 500 manat məbləğində hüquqi xidmət xərci olmaqla, ümumilikdə 16500 (on altı min beş yüz) manat məbləğdə pul vəsaitinin iddiaçı İddiaçı MMC-yə ödənilməsi öhdəliyi cavabdeh Cavabdeh həvalə edilməsi, iddia qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin ##.##.2006-cı il tarixli, **/** saylı qərarı etibarsız inzibati akt olduğundan yaratdığı hüquqi nəticələr aradan qaldırılmaqla, iddiaçı həmin qərara əsasən ayrılmış torpaq sahəsinə görə ödənilmiş 16 000 manat pul vəsaitini cavabdehdən geri tələb etmək hüququna malikdir.
14. Torpaq sahəsinin hazırkı bazar dəyərini cavabdehdən tələb etməkdə isə iddiaçı haqlı deyildir. Belə ki, torpaq sahəsinin hazırkı bazar dəyərinin cavabdehdən tələb edilməsinin hər hansı hüquqi əsası yoxdur. Çünki torpaq sahəsi iddiaçıya 2006-cı ildə ayrılmışdır. O, torpaq sahəsinin uzun müddət istifadəsində olmasına baxmayaraq həmin torpaq sahəsinin sənədləşdirilməsi üçün 2022-ci ildə, yəni torpaq sahəsinin ona ayrılmasından təqribən 16 il keçdikdən sonra müvafiq orqana müraciət etmişdir. Belə olan halda, iddiaçı tərəfindən torpaq sahəsinin illər sonra dəyişən qiymətinin cavabdehdən tələb edilməsi əsaslı hesab edilə bilməz.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
15. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)- ****/**** saylı, ## ####### 2025-ci il tarixli qərarının iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, birincisi, iddiaçı 16 il mülkiyyəti hesab etdiyi əmlakdan Bələdiyyənin səhvi nəticəsində məhrum olub ki, onun da hazırki bazar dəyəri iddiaçıya ödənilməlidir. Məhkəmə isə heç bir hüquqi əsaslandırma gətirmədən iddiaçını sənədləşdirmə üçün gec müraciət etdiyinə görə əmlakın hazırki bazar dəyəri məbləğində kompensasiya almaq hüququnun olmadığını yazıb. Halbuki, qanunvericilikdə iddiaçının hansı müddətdə sənədləşdirmə üçün müraciət etməli olduğu vəzifəsi və bunu etmədikdə mülkiyyət hüququndan məhrum olacağı müəyyən edilməyib. İndiyədək, Xocasən bələdiyyəsinin ##.##.2006-cı il tarixli **/** saylı qərarı qüvvədədir, qərar ləğv edilməyib və ya etibarsız hesab edilməyib. Sadəcə, iddiaçının hazrıki iddia ilə məhkəmə müraciəti nəticəsində Bakı İnzibati Məhkəməsi şikayət verdikləri bu qərarında həmin qərarın etibarsız olduğunu bildirib. İddiaçının 16 il sonra müraciət etməsi onun mülkiyyət hüququndan məhrum etmir. Əgər Bələdiyyə sənədlərdə səhvə yol vermiş olmasaydı, iddiaçı 16 il sonra həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə edəcəkdi. Odur ki, həmin torpaq sahəsinin iddiaçının faktiki mülkiyyətindən alındığı vaxt nəzərə alınmaqla, bazar dəyəri ödənilməlidir. Beləliklə, iddiaçının 16 il sonra sənədləşdirmə üçün müraciət etməsi onu məhrum olduğu əmlakın hazırki bazar dəyərini əldə etməsinə maneə deyil. Yəni, hazırda iddiaçı faktiki olaraq mülkiyyətindən məhrum olduğu üçün, həmin mülkiyyətin bazar dəyəri iddiaçıya ödənilməlidir. Üstəlik, iddiaçı 2006-cı ildə 16,000 AZN-nə aldığı torpaq sahəsini hazırda həmin qiymətə əldə etməsi mümkünsüz olduğundan, iddiaçıya vurulmuş bu zərər əlbəttə ki, cavabdeh tərəfindən ödənilməlidir ki, iddiaçı yenidən ehtiyacı olan torpaq sahəsini əldə edə bilsin. İddiaçı onun özündən asılı olmayan səbəblərdən, yəni Xocasən Bələdiyyəsinin yol verdiyi səhv nəticəsində 2006-cı ildə əldə etdiyi torpaq sahəsindən 16 il sonra məhrum olub. İddiaçı 16 il hesab edib ki, mülkiyyət var və bunu belə hesab etməsi də etimad prinsipinə əsasən olub. İddiaçı istənilən zaman həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu qeydiyyata aldırmaq üçün qanuni əsaslara malik olub. İddiaçı torpağın ayrılması və rəsmiləşdirilməsi zamanı qanunla müəyyən edilmiş vəzifələrini (ərizə ilə müraciətin edilməsi, torpağın dəyərinin ödənilməsi, torpaq sahəsini qəbul edilməsi) icra etmişdir. İddiaçının torpaq sahəsinin ayrılması ilə bağlı sənəd tərtib etmək və tərtib edilmiş sənədlərin məzmununda hər hansı dəyişiklik etmək imkanı olmayıb və bununla bağlı adiyyəti bələdiyyə və dövlət orqanlarına etimadı olub. İddiaçıya məhrum edildiyi torpaq sahəsinin hazırki bazar dəyərinin ödənilməsindən imtina edən məhkəmə maraqlıdırki, iddiaçının torpağın hazırki bazar dəyəri ilə bağlı rəy təqdim etməsinə baxmayaraq, torpağın bazar dəyəri müəyyən edilməsi üçün özü də iki dəfə qiymətləndirmə təyin edib. * saylı Bakı Ərazi İdarəsi rəyin təqdim edilməsindən imtina etdiyi üçün, məhkəmə qiymətləndirmənin aparılmasını müstəqil qiymətləndirmə şirkətinə həvalə edib. Həmin şikayət isə hətta iddiaçıdan alınmış torpaq sahəsinin dəyərinin iddiaçının tələb etdiyindən artıq olduğunu, 1,000,000 manat olduğunu müəyyən edib. Lakin məhkəmə qərarında bazar dəyəri ödənilməli deyildirsə, nə üçün bu qiymətləndirmələri apardığını da qərarında əsaslandırmayıb. X6 eyni xarakterli səhvlərə yol verdiyi işlərdə Xocasən Bələdiyyəsi tərəfindən mülkiyyətindən məhrum olan şəxslərə əvəzində başqa torpaq sahəsi verilib. Aydındır ki, əvəzində verilmiş torpaq sahələrinin dəyəri məsələn, 2006-cı ildəki bazar qiyməti ilə deyil, verildiyi dövrdəki bazar qiyməti ilə dəyərləndirirlir.
d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
e) Prosses iştirakçılarının izahatları
18. Məhkəmə Kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar olunmuş tərəflər (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişlər.Elektron məhkəmə sistemi vasitəsilə iddiaçının vəkili Nümayəndə və cavabdeh Cavabdeh tərəfindən ayrıayrılıqda elektron kabinetə mübahisənin məhkəmədən kənar barışıq üçün işin təxirə salınması barədə vəsatətlər təqdim olunmuşdur. Hazırkı iş 2025-ci ilin dekabr ayından məhkəmənin icraatında olmasını və iddiaçı tərəf ## #### 2026-cı il tarixli məhkəmə iclasında barışıq sazişinin imzalanması üçün işin təxirə salınmasını xahiş edərək barışacaqlarını bildirməsini, hazırda isə iddiaçı və cavabdeh yenə vəsatət verərək, barışacaqları ilə bağlı işin təxirə salınmasını xahiş etsələr də, lakin barışığın real olaraq hansı müddətə əldə olunacağı, barışığın şərtləri ilə bağlı heç bir dəlil və sübut göstərilmədiklərini, habelə məhkəmə qərarının qəbul olunması tərəflər arasında barışıq sazişi bağlanmasına maneə yaratmamasını nəzərə alaraq məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
19. “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29cu maddəsinin İ, II və III hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2025-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Əmlakın bir şəxsə aid pulla qiymətləndirilə bilən bütün haqq (subyektiv hüquq) və öhdəliklərin məcmusu olduğu nəzərə alınarsa şəxsin əmlakında onun iradəsindən kənar istənilən azalma zərəri ifadə edir. Faktiki (real) zərər əmlakın dəyərində birbaşa pulla ölçülə bilən azalmada ifadə olunmaqla əmlak aktivinin faktiki azalması, passivinin isə artması şəklində təzahür olunur. Əldən çıxmış fayda isə əmlakın aktivinin (əmlak haqlarının dəyərinin) artması imkanının, həmçinin passivlərinin (öhdəliklərin dəyərinin) azalması imkanının aradan qalxması şəklində baş verir”.
20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilmişdir ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (67.1). Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (67.2). Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir (67.7). “İnzibati icraat haqqında” Qanunda göstərilmişdir ki, aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; kimə ünvanlandığı aydın olmayan inzibati akt (65.1.). Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır (65.2.).
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (21.3). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2). Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir (Maddə 1100).
22. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır (205). Aşağıdakı torpaqlar torpaq vergisinə cəlb edilmir: yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları; Dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünü idarəetmə orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının və onun qurumlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan torpaqlar istisna olmaqla), habelə Azərbaycan Respublikasının Dövlət Neft Fondunun mülkiyyətində və ya istifadəsində olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsinə verilməmiş dövlət, meşə və su fondu torpaqları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına məxsus olan sektorunun altında yerləşən torpaqlar; dövlət sərhəd zolaqları və müdafiə təyinatlı torpaqlar (207.1.).
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 73.1. inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya şikayətində qərar iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı həmin hissədə yoxlanılır.
25. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.(İPM-in 82-ci maddəsi)
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
27. Daha sonra məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materiallarına əsasən cavabdehin ##.##.2006-cı il tarixli qərarı ilə X4 icarəsinə verilmiş 3 ha torpaq sahəsindən 2 ha torpaq sahəsi “xxxx” MMC-nin mülkiyyətinə verilmiş, sonuncu bunun müqabilində cavabdehə 16000 manat məbləğində pul vəsaiti ödəmişdir. “xxxx” MMC-nin adı ##.##.2006-cı il tarixdə İddiaçı MMC-yə dəyişdirilmişdir. İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüqui şəxsin * saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək həmin torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlər reyestrində qeydiyyata alınmasını xahiş etmiş və Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
28. Həmin qərarla müəyyən edilmişdir ki, iddiaçıya torpaq sahəsinin ayrılması zamanı maddi və prosessual normalar pozulmuş və bələdiyyənin həmin torpaq sahəsini iddiaçıya ayırmağa səlahiyyəti olmamışdır. Belə ki, Bakı İnzibati Məhkəməsinin *- *(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qərarında müəyyən edilmişdir ki, vahid kadastr məlumat bazasında sahənin bələdiyyənin ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir. Həmin torpaq sahəsi dövlətə məxsus torpaq sahəsi olmuş və daha əvvəl ##.##.2005-ci il tarixdə X2 daimi istifadəsinə verilmişdir.
29. Göründüyü kimi, cavabdehin iddiaçıya ona məxsus olmayan torpaq sahəsini ayırması məhkəmə araşdırması zamanı öz təsdiqini tapır.
30. İddiaçı hazırda həmin torpaq sahəsinin hazırkı bazar dəyərini, həmin torpaq sahəsindən istifadəyə görə ödədiyi vergi məbləğini, hüquqi xidmətin göstərilməsinə görə ödənişi və torpaq sahəsini öz mülkiyyətinə keçirə bilmədiyinə görə əldən çıxmış faydanı cavabdehdən tələb edir.
31. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, məhkəmə qərarına əsasən cavabdehin qeyd edilən torpaq sahəsini “xxxx” MMC-yə ayırmaq səlahiyyətinin olmadığı müəyyən edilmişdir. Cavabdehin torpaq sahəsi ayrılması barədə qərarı məhkəmə qaydasında etibarsız hesab edilməsə də, dolayısı ilə etibarsız inzibati aktdır. Çünki, Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qərarında müəyyən edilmişdir ki, həmin inzibati aktı qəbul etməyə səlahiyyəti olmayan orqan tərəfindən qəbul edilmişdir.
32. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin ##.##.2006-cı il tarixli, **/** saylı qərarı etibarsız inzibati akt olduğundan yaratdığı hüquqi nəticələr aradan qaldırılmaqla, iddiaçı həmin qərara əsasən ayrılmış torpaq sahəsinə görə ödənilmiş 16 000 manat pul vəsaitini cavabdehdən geri tələb etmək hüququna malikdir. Məhkəmə Kollegiyası vurğulayır ki, birinci instansiya məhkəməsinin Qərarı bu hissədə apellyasiya baxışının predmeti deyildir.
33. Məhkəmə Kollegiyası daha sonra qeyd edir ki, torpaq sahəsinin hazırkı bazar dəyərini cavabdehdən tələb etməkdə isə iddiaçı haqlı deyildir. Belə ki, torpaq sahəsinin hazırkı bazar dəyərinin cavabdehdən tələb edilməsinin hər hansı hüquqi əsası yoxdur. Çünki torpaq sahəsi iddiaçıya 2006-cı ildə ayrılmışdır. O, torpaq sahəsinin uzun müddət istifadəsində olmasına baxmayaraq həmin torpaq sahəsinin sənədləşdirilməsi üçün 2022-ci ildə, yəni torpaq sahəsinin ona ayrılmasından təqribən 16 il keçdikdən sonra müvafiq orqana müraciət etmişdir. Belə olan halda, iddiaçı tərəfindən torpaq sahəsinin illər sonra dəyişən qiymətinin cavabdehdən tələb edilməsi əsaslı hesab edilə bilməz.
34. Göründüyü kimi ötən bütün müddət ərzində həmin torpaq sahəsi iddiaçının istifadəsində olmuş və iddiaçı torpaq sahəsindən istifadəyə görə torpaq vergisi ödəyicisi olmuşdur. Belə olan halda iddiaçının həmin torpaq sahəsinə görə ödədiyi verginin cavabdehdən tələb etməsi qanuni və əsaslı hesab edilə bilməz.
35. İddiaçı əldən çıxmış fayda şəklində zərərin cavabdehdən tələb edilməsini onunla əsaslandırır ki, o həmin torpaq sahəsində zavod inşa edərək gəlir götürməyi planlaşdırırdı. Lakin, həmin torpaq sahəsini sənədləşdirə bilmədiyi üçün əldə edə biləcəklərindən məhrum olmuş, həmçinin tikinti materiallarına və sairəyə xərclər çəkmişdir.
36. Yuxarıda qeyd edildiyi kimi həmin torpaq sahəsi iddiaçıya 2006-cı ildə ayrılmış və bütün bu illər ərzində onun istifadəsində olmuşdur. Bu faktı məhkəmə Kollegiyasının ##.##.2026-cı il tarixli iclasında iddiaçının vəkili (nümayəndəsi) də təsdiq etmişdir.
37. Bu səbəbdən ötən dövr ərzində torpaqdan istədiyi kimi istifadə edərək gəlir əldə etməyə ona heç kim maneə törətməmişdir. Eyni zamanda torpaq sahəsinin sənədləşdirilməsinin mümkün olmadığını daha erkən müəyyən edə və bununla bağlı müvafiq tədbirlərə daha tez başalaya bilərdi. Lakin, iddiaçı belə etməyərək torpoaq sahəsini uzun illər ərzində öz istifadəsində saxlamışdır. Bu səbəbdən hazırda o, əldən çıxmış fayda qismində zərəri cavabdehdən tələb etməyə haqlı deyildir.
38. Məhkəmə Kollegiyası eyni zamanda, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hüquqi yardım xərclərinə dair hissədə də iddianı qismən əsaslı hesab edir. İddiaçı 15000 manat hüquqi yardımla bağlı xərc tələb etsə də, məhkəmə bu məbləği ağlabatan hesab etmir. Habelə həmin məbləğdə xərclər çəkilməsini əks etdirən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.
39. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq hüquqi yardıma çəkilən xərcləri ağlabatan məbləğdə, yəni 500 manat məbləğində müəyyən edilməsini məqsədəuyğun hesab etmişdir.
40. Apellyasiya şikayətinin dəlillərinə gəlincə məhkəmə Kollegiyası qeyd edir ki, şikayətin dəlilləri iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır və həmin dəlillərə yuxarıda hüquqi qiymət verilmişdir.
41. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər. ( Avropa İnsan Hüquqları üzrə Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı)
43. Məhkəmə Kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinə etirazın dəlilləri ilə eynilik təşkil edir.
44. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
45. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ## ####### 2025-ci il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ## ####### 2025-ci il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.