Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-5209/2025 24.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2023-cü il tarixdən pensiyanın orta əmək haqqı artım məbləğinin 80 faizdən hesablanması və həmin tarixdən bununla bağlı ödənilməmiş pul məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2023-cü il tarixdən pensiyanın orta əmək haqqı artım məbləğinin 80 faizdən hesablanması və həmin tarixdən bununla bağlı ödənilməmiş pul məbləğinin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6096/2025 nömrəli, 21 oktyabr 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 24 fevral 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARİ:
1. İddiaçı Yasamal rayon şöbəsi tərəfindən 3 aprel 2014-cü il tarixdən prokurorluq orqanlarının sabiq əməkdaşı kimi İİİ dərəcəli əlilliyə gorə əmək pensiyası təyin edilmişdir.
2. İddiaçıya xx.xx.2021-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən müddətsiz əlillik təyin edilmişdir.
3. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********9 nömrəli Əmək pensiyasının yenidən hesablanması haqqında qərarı ilə iddiaçıya 2241,94 manat pensiya təyin edilmişdir.
4. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-1043/2023 nömrəli Əmək pensiyasının yenidən hesablanması haqqında qərarı ilə iddiaçıya 2696,25 manat pensiya təyin edilmişdir.
5. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-1926/2023 nömrəli Əmək pensiyasının yenidən hesablanması haqqında qərarı ilə iddiaçıya 2696,25 manat pensiya təyin edilmişdir.
6. Cavabdeh orqan tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-1/2-İ- 55376/2023 nömrəli məktubda qeyd edilmişdir ki, pensiya məbləği 2021-ci ilin avqust ayından etibarən qanunvericiliyin tələblərinə uyğunlaşdırılaraq 2241,13 manat məbləğində müəyyən edilib və xx.xx.2014-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində 74839,81 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilib. Həmin artıq ödənilmiş pul vəsaiti haqqında 11 fevral 2022-ci il tarixli, **********8 nömrəli məktubla ətraflı məlumat verilib. Həmçinin Bakı İnzibati Məhkəməsinə “artıq alınmış pensiya məbləğinin qaytarılması haqqında” iddia ərizəsi ilə müraciət edilib. Həmin iddia tələbi sözügedən məhkəmənin 8 iyun 2022-ci il tarixli, 2- 1(112)-7852/2022 nömrəli qərarı ilə təmin edilməyib. Həmin qərardan apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 oktyabr 2022-ci il tarixli, 2- 1(103)- 2966/2022 nömrəli qərarına əsasən Bakı İnzibati Məhkəməsinin 8 iyun 2022-ci il tarixli, 2- 1(112)- 7852/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılıb. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Göstərilən maddəyə əsasən artıq ödənilmiş pul vəsaitinin məbləği yenidən hesablanaraq 74839,81 manatdan 29237,01 manata azaldılıb. Prokurorluq orqanları əməkdaşlarının vəzifə maaşlarının 1 dekabr 2022-ci il tarixindən artırılması ilə əlaqədar əmək pensiyası həmin tarixdən yenidən hesablanaraq 2241,13 manatdan 2696,25 manata artırılıb, 1 yanvar 2023cü il tarixindən isə 2965,88 (2696,25+pensiyanın tərkibində 10 faiz maddi yardım) məbləğində müəyyən edilib. Həmçinin 2022-ci ilin dekabr və cari ilin yanvar ayları üzrə ödənilməli olan 995,76 manat fərq məbləği hesablanıb. Həmin artıq ödənilmiş 29237,01 manat pul vəsaitdən ödənilməli olan 955,76 manat pul vəsaiti çıxılaraq büdcəyə bərpa edilib. Qalan artıq ödənilmiş pul vəsaiti 28281,25 manat təşkil edir. Həmin 28281,25 manat qalıq artıq ödənilmiş pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığı qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi xahiş olunmuşdur. Bundan başqa, maddi yardım üzrə 2022-ci ilin dekabr ayı üzrə ödənilməli olan 45,51 manat pul vəsaiti hesablanıb. Həmin vəsait cari ilin fevral ayında əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülüb. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2023-cü il tarixindən qüvvədə olan müddəalarına əsasən sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, həmin Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyanız 1 yanvar 2023-cü il tarixdən hesablanmaqla 3401,86 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür.
7. İddiaçı cavabdeh quruma hazırki tələb ilə müraciət etmiş, lakin sonuncu tərəfindən tələb təmin olunmayaraq 21 sentyabr 2023-cü il tarixli, 3-17-1/2-İ-219031/2023 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının pensiya işinə aid sənədlərdə Fondun Yasamal rayon şöbəsi tərəfindən 3 aprel 2014-cü il tarixindən prokurorluq orqanlarının sabiq əməkdaşı kimi İİİ dərəcəli əlilliyə gorə əmək pensiyası təyin edildiyi qeyd olunmuşdur. Aparılan araşdırma nəticəsində pensiya məbləği 2021-ci ilin avqust ayından qanunvericiliyin tələblərinə uyğunlaşdırılaraq 2241.13 manat məbləğində müəyyən edilib. Bu barədə 11 fevral 2022-ci il tarixli, **********8 nömrəli məktubla ətraflı məlumat verilmişdir. Prokurorluq orqanları əməkdaşlarının vəzifə maaşlarının 1 dekabr 2022-ci il tarixindən artırılması ilə əlaqədar əmək pensiyası həmin tarixdən yenidən hesablanaraq 2696,25 manat məbləğində, maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar 1 yanvar 2023-cü ıl tarixindən isə 3401,86 manat məbləğində müəyyən edilib. Ötən dövr üzrə hazırda ümumilikdə artıqödəmə 35004,64 manat təşkil edir. Həmin artıq ödənilmiş 35004,64 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığın qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi xahiş olunmuşdur.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023- cü il tarixdən pensiyasının orta əmək haqqı artım məbləğinin 80 faizdən hesablanması və həmin tarixdən bununla bağlı ödənilməmiş pul məbləğinin iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6096/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “xx.xx.2023-cü il tarixdən pensiyanın orta əmək haqqı artım məbləğinin 80 faizdən hesablanması və həmin tarixdən bununla bağlı ödənilməmiş pul məbləğinin ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı üzərinə qoyulması” kimi icraata qəbul edilmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2014-cü ildən əlilliyə görə DSMF-nin Yasamal rayon şöbəsi vasitəsilə pensiya almışdır. 2021-ci ilin aprel ayının 30-dan yenidən Tibbi-Sosial Ekspert Komissiyasından keçirilməyisilə bağlı pensiyanın verilməsi dayandırılmışdır. Komissiyadan keçdikdən sonra pensiya 30 aprel 2021-ci il tarixdən bərpa olunmuşdur. Həmin vaxt pensiya işi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına köçürülmüşdür. Filialda keçirilmiş araşdırma nəticəsində pensiya məbləği 3240,03 manat məbləğindən 2241,13 manata endirilmişdir. 25 avqust 2023-cü il tarixdə ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filiala müraciət edərək pensiya məbləğinin endirilməsi barədə qəbul etdiyi qərarın ləğv edilməsini və çatmalı olan pul vəsaitinin kart hesabına köçürüb, qərarın ləğv olunmasını nəzərə alaraq pensiya məbləğinin yenidən müəyyən edilməsini xahiş etmişdir. 21 sentyabr 2023-cü il tarixli, 3-17-1/2-J- 219031/2023 saylı məktubla Mərkəzi Filial imtina etmiş, həmin məktub 14 oktyabr 2023-cü il tarixdə ünvanına çatdırılmışdır. Pensiyanın məbləğinin azaldılmasına səbəb kimi vəzifə üzrə orta aylıq əmək haqqının artım məbləğinin 80 faizdan 54 faizə endirilməsi göstərilmişdir. Buna əsas kimi Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş «2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması» Qaydasının 2.3-cü bəndi göstərilmişdir. Pensiyanı 01 aprel 2014-cü il tarixdən alır və həmin vaxtdan mövcud olan qaydalara görə iş stajını nəzərə alıb haqlı olaraq orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi hesablanmışdır. Həmin Fərman Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2022-ci il tarixli Fərmanı ilə ləğv edilmişdir. Həmin Fərman qüvvəyə mindiyi tarixdən, yəni 01 yanvar 2023-cü il tarixdən pensiyanın orta aylıq əmək haqqı artımı 80 faizdan hesablanmalıdır. Bununla bağlı 22 noyabr 2024-cü il tarixdə ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala müraciət etmiş, lakin bu günə kimi həmin məktuba cavab almamışdır.
11. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ddiaçı ona xx.xx.2023-cü il tarixdən orta aylıq əməkhaqqının artım məbləğinin 80 faizi nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pul məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçının iddia tələbi əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı Mərkəzi Filiala müraciət edərək orta aylıq əməkhaqqının artım məbləğinin 80 faizi nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Mərkəzi Filialın müraciətə cavab olaraq iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17- 1/2-1- 305968/2024 nömrəli imtina məktubunda bildirilmişdir ki, onun əmək pensiyasının hesablanması barədə məlumat verilmişdir. İddiaçının 28 fevral 2018-ci il tarixədək prokurorluq orqanlarının əməkdaşı kimi əlilliyə görə əmək pensiyası Qanunun 1 iyul 2017- ci il tarixədək qüvvədə olmuş 20.8.3-cü maddəsinə əsasən 16 il 4 ay 1 gün qulluq illərinə uyğun olaraq vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əməkhaqqının 80 faizi miqdarında müəyyən edilmişdir. Bununla əlaqədar iddiaçının 16 il 4 ay 1 gün prokurorluq orqanlarında qulluq illərinə görə əmək pensiyasının hesablanması üçün vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əməkhaqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 54 faiz təşkil edir. Belə ki, 15 il qulluq illərinə görə orta aylıq əməkhaqqının 50 faizi, 15 ildən yuxarı 1 il üçün hər ilə görə 3 faiz miqdarında olmaqla orta aylıq əməkhaqqının 3 (1x3) faizi, 4 aya görə isə 1 (4/12x3) faizi nəzərə alınmaqla əmək pensiyasının artım faizi 54 (50+3+1) faiz hesablanmışdır. Beləliklə, iddiaçının əmək pensiyasının təyinatı orta aylıq əməkhaqqının 80 faizi miqdarında müəyyən edilmiş və 1 mart 2018-ci il tarixədək sonrakı artımlar da eyni faizlə hesablanmışdır. Sonradan 1 mart 2018-ci il və 1 dekabr 2022-ci il tarixlərində prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar iddiaçının vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əməkhaqqının yalnız artım hissəsinə yuxarıda qeyd olunmuş Azərbaycan Respublikası Prezidentinin Fərmanın tələblərinə uyğun 54 faiz tətbiq edilərək əvvəlki hesablanmış pensiya məbləği ilə toplanmışdır. Göründüyü kimi, iddiaçının əmək pensiyasının təyinat faizi azaldırlmamış, yəni orta aylıq əməkhaqqının 80 faizi miqdarında müəyyən edilmiş pensiyanın üzərinə 1 mart 2018-ci il və 1 dekabr 2022-ci il tarixlərində müvafiq artımlar 54 faiz miqdarında əlavə edilmişdir. Əmək pensiyaları haqqında qanunvericiliyə 1 yanvar 2023-cü il tarixdən tətbiq edilmiş dəyişikliyə əsasən pensiyasına qulluq stajına görə əlavə ödənilən şəxslərin pensiyalarında artımlar indeksləşdirilmə yolu ilə aparılır. Bununla əlaqədar iddiaçının əmək pensiyası 1 yanvar 2023-cü il və 1 yanvar 2024-cü il tarixlərindən indeksləşdirilərək artırılmaqla hazırda 3782,87 manat təşkil edir. Yuxarıda qeyd olunanlardan aydın olduğu kimi, iddia tələbinin hüquqi əsası yoxdur.
12. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-6096/2025 nömrəli, 21 oktyabr 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.
13. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
Apellyasiya şikayətinin dəlilləri:
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli 2-1(112)- 6096/2025 saylı qərarı tam əsassızdır, ləğv edilməli və iddianın təmin olunması barədə qərar qəbul edilməlidir. Belə ki, o, 2014-cü ildən əlilliyə görə DSMF-nin Yasamal rayon şöbəsi vasitəsilə pensiya almışdır. 2021-ci ilin aprel ayının 30-dan yenidən tibbi-sosial ekspert komissiyasından keçirilməyilə bağlı pensiyanın verilməsi dayandırılmışdır. Komissiyadan keçdikdən sonra pensiya 30 aprel 2021-ci il tarixdən bərpa olunmuşdur. Həmin vaxt pensiya işi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına köçürülmüşdür. Filialda keçirilmiş araşdırma nəticəsində pensiyanın məbləği 3240,03 manat məbləğindən 2241,13 manata endirilmişdir. 25 avqust 2023-CÜ İl tarixdə o ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filiala müraciət edərək pensiyamın məbləğinin endirilməsi barədə qəbul etdiyi qərarın ləğv edilməsini və ona çatmalı olan pul vəsaitinin kart hesabına köçürüb, qərarın ləğv olunmasını nəzərə alaraq pensiya məbləğini yenidən müəyyən edilməsini xahiş etmişdir. 21 sentyabr 2023-cü il tarixli 3-17-1/2-J- 219031/2023 saylı məktubla Mərkəzi Filial ona imtina etmiş, həmin məktub 14 oktyabr 2023-cü il tarixdə ünvanına çatdırılmışdır. Həmin məktubdan görünür ki, onun pensiyasının məbləğinin azaldılmasına səbəb kimi həm də vəzifə üzrə orta aylıq əmək haqqının artım məbləğinin 80 faizdən 54 faizə endirilməsi göstərilmişdir. Buna əsas kimi Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş «2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması » Qaydasının 2.3-cü bəndi göstərilmişdir. Bildirir ki, o pensiyanı 01 aprel 2014-cü il tarixdən alır və həmin vaxtdan mövcud olan qaydalara görə iş stajı nəzərə alıb haqlı olaraq orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi hesablanmışdır. Məlum olduğu kimi həmin Fərman Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2022-ci il tarixli Fərmanı ilə ləğv edilmişdir. Fərman ləğv edilibsə onunla təsdiq olunmuş Qaydalarda ləğv edilir. Deməli bundan sonra orta əmək haqqının artım məbləği ləğv olunmuş Qaydaların müəyyən etdiyi 54 faizdən yox , Qaydalar qüvvəyə mindiyi vaxtdan əvvəl qüvvədə olan qaydada, yəni 80 faiıdən hesablanmalıdır.
Apellyasiya şikayətinə etirazın dəlilləri:
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilərək bildirilmişdir ki, əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Bildiririk ki, iddiaçının 28 fevral 2018-ci il tarixədək prokurorluq orqanlarının əməkdaşı kimi əlilliyə görə əmək pensiyası Qanunun 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.8.3-cü maddəsinə əsasən 16 il 4 ay 1 gün qulluq illərinə uyğun olaraq vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əməkhaqqının 80 faizi miqdarında müəyyən edilmişdir. Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 1 yanvar 2023-cü il tarixədək qüvvədə olmuş 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1- dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən, Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar iddiaçının 16 il 4 ay 1 gün prokurorluq orqanlarında qulluq illərinə görə əmək pensiyasının hesablanması üçün vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əməkhaqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 54 faiz təşkil edir. Belə ki, 15 il qulluq ilərinə görə orta aylıq əməkhaqqının 50 faizi, 15 ildən yuxarı 1 il üçün hər ilə görə 3 faiz miqdarında olmaqla orta aylıq əməkhaqqının 3 (1 x3) faizi, 4 aya görə isə 1 (4/12x3) faizi nəzərə alınmaqla əmək pensiyasının artım faizi 54 (50+3+1) faiz hesablanmışdır. Beləliklə, iddiaçının əmək pensiyasının təyinatı orta aylıq əməkhaqqının 80 faizi miqdarında müəyyən edilmiş və 1 mart 2018-ci il tarixədək sonrakı artımlar da eyni faizlə hesablanmışdır. Sonradan 1 mart 2018-ci il və 1 dekabr 2022-ci il tarixlərində prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar iddiaçının vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əməkhaqqının yalnız artım hissəsinə yuxarıda qeyd olunmuş Azərbaycan Respublikası Prezidentinin Fərmanın tələblərinə uyğun 54 faiz tətbiq edilərək əvvəlki hesablanmış pensiya məbləği ilə toplanmışdır. Göründüyü kimi, iddiaçının əmək pensiyasının təyinat faizi azaldılamış, yəni orta aylıq əməkhaqqının 80 faizi miqdarında müəyyən edilmiş pensiyanın üzərinə 1 mart 2018-ci il və 1 dekabr 2022-ci il tarixlərdə müvafiq artımlar 54 faiz miqdarında əlavə edilmişdir. Məlumat üçün bildiririk ki, əmək pensiyaları haqqında qanunvericiliyə 1 yanvar 2023- cü il tarixdən tətbiq edilmiş dəyişikliyə əsasən pensiyasına qulluq stajına görə əlavə ödənilən şəxslərin pensiyalarında artımlar indeksləşdirilmə yolu ilə aparılır. Bununla əlaqədar da iddiaçının əmək pensiyası 1 yanvar 2023-cü il və 1 yanvar 2024- cü il tarixlərindən indeksləşdirilərək artırılmaqla hazırda 3782,87 manat təşkil edir. Yuxanda qeyd olunanlardan aydın olduğu kimi, apellyasiya şikayəti hüquqi əsası yoxdur. Məcburetmə haqqirtda iddialarda olduğu kimi, öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı iş üzrə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, bununla yanaşı öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmişdir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi, apellyasiya şikayəti əsassızdır və Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)- 6096/2025 nömrəli qərarı qüvvədə saxlanılmalıdır.
Tərəflərin izahatları
16. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın əsassız olduğunu, bu səbəbdən də ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi.
17. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. Bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.
9.4. (xx.xx.2007-ci il tarixdək qüvvədə olmuş redaksiyası) 9.4. Prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. 9.4. (hazırda qüvvədə olan redaksiyası) Prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. 20.8. (xx.xx.2007-ci il tarixdən qüvvədə olmuş redaksiyası) Bu Qanunun 20.1.5-ci maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 20.8.1. prokurorluq orqanlarında 5 il qulluq etmiş prokurorluq işçilərinə prokurorluq işçisi kimi aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında; 20.8.2. prokurorluq orqanlarında 5 ildən 10 ilə qədər qulluq etmiş prokurorluq 20.8.3. işçilərinə - prokurorluq işçisi kimi aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxan prokurorluq işçisi stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.8.3. prokurorluq orqanlarında 10 ildən yuxan qulluq etmiş prokurorluq işçilərinə prokurorluq işçisi kimi aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı prokurorluq işçisi stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 20.8. (Hazırda qüvvədə olan redaksiyası) Bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.8.1. prokurorluq orqanlarında 15 il qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.8.2. prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 20.8-1. Bu Qanunun 20.1.5-2-ci maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş prokurorluq işçisinin qulluq stajına görə almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir. 26.3. (1 yanvar 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyası) 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.
19. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”:
1. Ümumi müddəalar 1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017-ci il iyulun 1- dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir. 1.2. Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi – bundan sonra əməkhaqqı) artırıldıqda yenidən hesablanır.
2. İndeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanma ... 2.3. Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əməkhaqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə – orta aylıq əməkhaqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur.
20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
22. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.
23. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 21 sentyabr 2023-cü il tarixdir. Həmin məktubu iddiaçının nə vaxt alması iş materiallarından müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası iddianın vaxtında verildiyini nəzərə alaraq hesab edir ki, iddia mümkündür.
24. İşin mahiyyətinə gəldikdə isə hazırda iddiaçının tələbi “xx.xx.2023-cü il tarixdən pensiyanın orta əmək haqqı artım məbləğinin 80 faizdən hesablanması və həmin tarixdən bununla bağlı ödənilməmiş pul məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədədir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “iddiaçıya təyin olunmuş pensiya orta aylıq əməkhaqqının 80 faizi miqdarında müəyyən edilmiş və 1 mart 2018-ci il tarixədək sonrakı artımlar da eyni faizlə hesablanmışdır.”
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəmənin mövqeyi ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:
26. İşin faktiki hallarından görünür ki, iddiaçıya 3 aprel 2014-cü il tarixdən prokurorluq orqanlarının sabiq əməkdaşı kimi İİİ dərəcəli əlilliyə gorə əmək pensiyası təyin edilmişdir. İddiaçıya xx.xx.2021-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən müddətsiz əlillik təyin edilmişdir. 28 fevral 2018-ci il tarixədək prokurorluq orqanlarının əməkdaşı kimi əlilliyə görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.8.3-cü maddəsinə əsasən 16 il 4 ay 1 gün qulluq illərinə uyğun olaraq vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əməkhaqqının 80 faizi miqdarında müəyyən edilmişdir.
27. Həmin Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.
28. Azərbaycan Respublikası Prezidentinin 1 yanvar 2023-cü il tarixədək qüvvədə olmuş 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1- dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən, Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur.
29. İddiaçının prokurorluq orqanlarında qulluq stajı 16 il 4 ay 1 gün olduğundan - 15 il qulluq stajına görə orta aylıq əməkhaqqının 50 faizi, 15 ildən yuxarı 1 il üçün hər ilə görə 3 faiz miqdarında olmaqla orta aylıq əməkhaqqının 3 (1 x3) faizi, 4 aya görə isə 1 (4/12x3) faizi nəzərə alınmaqla əmək pensiyasının artım faizi 54 (50+3+1) faiz hesablanmışdır. Beləliklə, iddiaçının əmək pensiyasının təyinatı orta aylıq əməkhaqqının 80 faizi miqdarında müəyyən edilmiş və 1 mart 2018-ci il tarixədək sonrakı artımlar da eyni faizlə hesablanmışdır. Sonradan 1 mart 2018-ci il və 1 dekabr 2022-ci il tarixlərində prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar iddiaçının vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əməkhaqqının yalnız artım hissəsinə yuxarıda qeyd olunmuş Azərbaycan Respublikası Prezidentinin Fərmanın tələblərinə uyğun 54 faiz tətbiq edilərək əvvəlki hesablanmış pensiya məbləği ilə toplanmışdır. Göründüyü kimi, iddiaçının əmək pensiyasının təyinat faizi azaldılamış, yəni orta aylıq əməkhaqqının 80 faizi miqdarında müəyyən edilmiş pensiyanın üzərinə 1 mart 2018-ci il və 1 dekabr 2022-ci il tarixlərdə müvafiq artımlar 54 faiz miqdarında əlavə edilmişdir.
30. 1 yanvar 2023-cü il tarixdən tətbiq edilmiş dəyişikliyə əsasən pensiyasına qulluq stajına görə əlavə ödənilən şəxslərin pensiyalarında artımlar indeksləşdirilmə yolu ilə aparılır. Bununla əlaqədar da iddiaçının əmək pensiyası 1 yanvar 2023-cü il və 1 yanvar 2024-cü il tarixlərindən indeksləşdirilərək artırılmaqla hazırda 3782,87 manat təşkil edir.
31. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən iddiaçının hazırkı məzmunda tələbinin təmin edilməsindən cavabdehin imtinası qanunauyğun sayılmalıdır.
32. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6096/2025 nömrəli, 21 oktyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6096/2025 nömrəli, 21 oktyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev