Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-521/2023 18.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinə qarşı “əmrin ləğvi və işə bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X5 ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, ss İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinə qarşı “əmrin ləğvi və işə bərpa edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3475/2022 saylı 28 iyun 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 18 yanvar 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı məxsus EZ seriyalı ******* saylı hərbi biletin surətinə əsasən o, 2015-ci ildə AR FHN-in Akademiyasını bitirmiş, xx.xx.2017-ci il tarixli 1106 saylı əmrlə baş leytenant hərbi rütbəsi verilmiş, xx.xx.2021-ci il tarixdə FHN-in 0433/Ş nömrəli əmri ilə “HXH” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa) görə ehtiyata buraxılmışdır. İddiaçı hazırda FHN-in 0433/Ş nömrəli xx.xx.2021-ci il tarixli əmrinin ləğvini və xidmətə bərpasını istəyir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh və Səhiyyə Nazirliyinin “Məhkəmə-kimyəvi ekspertiza” tərəfindən sübutlar tam və hərtərəfli araşdırılmamış, inzibati orqanın qəbul etdiyi inzibati aktın qanuniliyi tam yoxlanılmamışdır. Belə ki, o, Azərbaycan Respublikası Cavabdeh Akademiyasının Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi fakültəsinə 2011-ci ildə daxil olub dövlət büdcəsi hesabına təhsil almışdır. Təhsil aldığı 4 il müddətində akademiyanı nizamlı, intizamli, kursant olaraq müvəffəqiyyətlə 2015-ci ildə bitirib həmin il təyinatını leytenant rütbəsi ilə Cavabdeh (FHN), X2 mərkəzinin (BVİM), informasiya kommunikasiya texnologiyaları idarəsinin, şəbəkələrin əməliyyat sistemlərinin istismarı və təhlükəsizliyi şöbəsinin zabiti vəzifəsinə təyin edilmişdir. X2 mərkəzində 6 il xidmət apardığı müddət ərzində, həyat üçün təhlükəli sayılan ərazilərdə, yüksək mərtəbəli binaların damında, hündür mərtəbəli obyektlərin üzərində Cavabdehnə məxsus təhlükəsizlik kameralarına xidmət göstərmişdir. Lakin işlədiyi idarədə bəzi şəxslər qərəzli şəkildə rəqabətə girərək onun bu vəzifədən kənarlaşdırılmağı üçün müxtəlif maneələr törətmişdirlər. Sonuncu dəfə xx.xx.2021-ci il tarixində Nazirliyin daxili tədqiqat idarəsi tərəfindən o və iş yoldaşları S.H, H.N, M.C həmin idarəyə dəvət olunmuş, orada narkotik vasitələrindən istifadə etdikləri barədə məlumat daxil olduğu bildirilmiş, ona və iş yoldaşlarına bu məsələni könüllü olaraq qəbul edib izahat yazmaqları təklif edilmiş, bu məsələyə könüllü olaraq razılaşmadıqları halda onları Cavabdeh poliklinikasına aparacaqlarını bildirmişlər. O, öz yerinə cavabında narkotik vasitələrinin istifadəçisi və aludəçisi olmadığından əmin olaraq buna razılıq vermişdir. Çünki 6 il xidmət apardığı müddət ərzində həyat üçün təhlükəli sayılan ərazilərdə, yüksək mərtəbəli binaların damında Cavabdeh nəzarət kameralarına xidmət göstərərkən ona böhtanla atılan bu maddənin təsiri altında olsa idi bu yüksəkliklərdə xidmət aparmağı mümkünsüz olardı. Amma bunlar nəzərə alınmayaraq ona böhtan atılaraq əsassız yerə onu Cavabdeh poliklinikasına könülsüz olaraq analiz verməyə aparmışlar. Ondan və iş yoldaşlarından orada (sidik) vasitəsilə analiz götürülmüşdür. Analizin cavabı olaraq narkotik vasitə sayılan (marexuana THC) aşkar edilmişdir. Ancaq bu analiz qeyri-şəffaf keçirilmiş və onlara testin necə keçirildiyi barədə heç bir məlumat verilməmişdir. Onlar daxili tədqiqat idarəsinə qayıdaraq nəticələrdən razı olub-olmadıqlarını soruşmuşlar. Buna cavab olaraq analizin nəticəsinin üzərində narazılığını bildirmişdir. Lakin onunla birlikdə aparılan əməkdaşlar analizin nəticəsiylə razılaşmışlar. Bundan sonra o, həmin əməkdaşlarla (THC nəticəsi pozitiv olan) birlikdə könülsüz olaraq təkidlə məhkəməkimyəvi ekspertizaya dəvət olunmuşdur. Orada daxili tədqiqat idarəsinin 2 əməkdaşı onlardan öncə həkimin otağına daxil olub qapını bağlamış, 3-5 dəqiqə söhbətdən sonra o, otağa daxil olarkən “sən hələ gözlə” ifadəsini işlətmiş, bu da onda məsələnin onlardan öncə danışılıb razılaşdırıldığına (həkimin və tədqiqatın əməkdaşları arasında) şübhə doğurmuşdur. Əgər belə bir hadisə həqiqətən baş vermişdirsə, Cavabdeh daxili tədqiqat idarəsinin əmri ilə onları qanuni şəkildə yoxlanış üçün Bakı şəhəri, Sabunçu rayonu, Maşdağa qəsəbəsində yerləşən Respublika “Narkaloji Mərkəzə” müayinə üçün qrup halında deyil, tək göndərilməli idilər. Onların “Məhkəmə-kimyəvi ekspertiza”ya həm də Fövqəladə Halların Nazirliyinin Tibb Xidməti Tibb Mərkəzinə qrup şəklində göndərilməyi qanuna uyğun deyildir. O, bu məsələ ilə (analizin nəticələri) razılaşmadığını öz təqrirində qeyd etmişdir. O, “Məhkəmə-kimyəvi ekspertiza”sının şöbə rəisinin yanına gedərək yenidən analiz vermək üçün müraciət etmişdir. Cavabında bildirmişdir ki, ondan yalnız fiziki şəxs olduğu halda analiz götürməyə ixtiyarları var. Lakin onun fəaliyyət göstərdiyi qurumdan məktub ünvanlanmalıdır və həmin halda yenidən analiz götürməyə hüquqları var, əks halda mümkün deyil. Ondan qəlyan istifadə edib-etməməsi soruşulmuş, o, da siqareti tərgitmək məqsədi ilə gün ərzində mütəmadi olaraq qəlyandan istifadə etdiyini bildirmişdir. Əgər qəlyan istifadəçisidirsə, narkotik sayılan (marexuananın THC) analizin nəticəsində çıxması normal haldır deyə bildirilmişdir. Çünki qəlyan istifadəçilərinin əksəriyyətində bu hallarla qarşılaşdıqlarını bildirmişdir. O, tütün məmulatlarından şəxsi qəlyanında isdifadə edir və qanunvericiliyə əsasən şəxsi qəlyandan isdifadə etmək qadağan deyil. Lakin onun məsələyə qeyri-obyektiv yanaşılması və onda (marixuana THC) maddə olmadığı halda heç bir əsaslı səbəb olmadığından qəlyan çəkdiyini səbəb gətirərək bu maddənin (THC) qəlyanın tərkibində olaraq aşkarlandığını subut etmək üçün eskpertizanın rəyində əleyhinə rəy çıxarmışlar. Onlar maddənin (THC) qəlyanın tərkibində olduğunu bildirərək onda maddə (THC) olduğun aşkarlandığını bildirmişlər. O, bu məsələyə etirazını bildirərək dəfələrlə yenidən analiz verməyə çalışsa da ona mane törətmişlər. xx.xx.2021-ci il tarixində analizə aparıldığı halda işdən xx.xx.2021-ci il tarixində kənarlaşdırılmışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı 2015-ci il tarixdən leytenant hərbi rütbəsi verilməklə Cavabdehnə həqiqi hərbi xidmətə qəbul edilmişdir. “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - qanun) 24.3-cü maddəsinə əsasən peşə fəaliyyətinin ayrıayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 sentyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”nin 10-cu hissəsinə əsasən müdafiə, təhlükəsizlik, məhkəmə və hüquq mühafizə orqanlarında bütün növ peşə və vəzifələrdə çalışanlar nəzərdə tutulur. Göstərilənlərə əsasən 12 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasının Cavabdeh Tibb Xidmətinin Tibb Mərkəzində iddiaçı dövrü tibbi müayinədən keçirilmiş, müayinənin nəticələrinə əsasən onun sidiyində “Marixuana” narkotik maddəsi aşkar edilmişdir. Qeyd olunan müayinənin nəticələrinin yoxlanılması məqsədilə qanuna müvafiq olaraq, İddiaçı ixtisaslaşmış tibb müəssisəsində müayinəsinin təşkil edilməsi məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8” X14 həmin tarixdə Nazirlik tərəfindən müraciət edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8” X12 həyata keçirilmiş yoxlamanın nəticəsində iddiaçıdan götürülmüş qan və sidik nümunələrinin tərkibində “Kannabinoid” narkotik maddəsi aşkar edilmişdir. Bununla da Nazirlik tərəfindən keçirilmiş ilkin yoxlamanın nəticəsi öz təsdiqini tapmışdır. Qanunun 6.7-ci maddəsinə əsasən əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə narkoloji xəstələr üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olmağa məhdudiyyətlər qoyulur. Belə peşə növlərinin və vəzifələrin siyahısı və məhdudiyyətin müddəti Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 sentyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”nin 10-cu hissəsinə əsasən narkotik vasitə istifadəçilərinin müdafiə, təhlükəsizlik, məhkəmə və hüquq mühafizə orqanlarında bütün növ peşə və vəzifələrdə çalışmalarına yol verilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X8” X13 həyata keçirilmiş yoxlamanın nəticələrini özündə əks etdirən 21 yanvar 2021-ci il tarixli 150/K saylı məhkəmə-kimyəvi akt əsasında Azərbaycan Respublikası Cavabdeh 15 aprel 2021-ci il tarixli 0433/Ş nömrəli əmrinə əsasən İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3475/2022 saylı 28 iyun 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış,əlavə olaraq göstərilmişdir ki, inzibati orqan tərəfindən qəbul edilmiş xidmətdən xaric edilməsi barədə əmr ümmiyyətlə əsaslandırılmamış, qeyd olunan nöqsan hesab edilən maddələr ümumi şəkildə göstərilmiş və hər hansı konkret faktlara və əsaslara söykənmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 sentyabr tarixli 145 nömreli Qərarı ilə təsdiq edilmiş "Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti"nin 10-cu hissəsinə əsasən müdafiə, təhlükəsizlik, məhkəmə və hüquq mühafizə orqanlarında bütün növ peşə və vəzifələrdə çalışanlar nəzərdə tutulur. Göstərilənlərə əsasən 12 yanvar 2021 -ci il tarixdə Azərbaycan Respublikasının FHN-nin Tibb Xidmətinin Tibb Mərkəzində iddiaçı dövrü tibbi müayinədən keçirilmiş, müayinənin nəticələrinə əsasən onun sidiyində "Marixuana" narkotik maddəsi aşkar edilmişdir. Qeyd olunan müayinənin nəticələrinin yoxlanılması məqsədiylə qanuna müvafiq olaraq, İddiaçı Səmadağa oğlunun ixtisaslaşmış tibb müəssisəsində müayinəsinin təşkil edilməsi məqsədiylə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza ve X9" X14 həmin tarixdə Nazirlik tərəfindən müraciət edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və X8" X12 həyata keçirilmiş yoxlamanın nəticəsində iddiaçıdan götürülmüş qan va sidik nümunələrinin tərkibində "Kannabinoid" narkotik maddəsi aşkar edilmişdir. Bununla da Nazirlik tərəfindən keçirilmiş ilkin yoxlamanın nəticəsi öz təsdiqini tapmışdır. Qanunun 6.7-ci maddəsinə əsasən əhalinin hüquqlarının, qanuni mənafelərinin ve dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədiylə narkoloji xəstələr üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ila bağlı olan fəaliyyətlə məşğul olmağa məhdudiyyətlər qoyulur. Belə peşə növlərinin və vəzifələrin siyahısı və məhdudiyyətin müddəti Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 sentyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı ve məhdudiyyətin müddəti"nin 10-cu hissəsinə əsasən narkotik vasitə istifadəçilərinin müdafiə, təhlükəsizlik, məhkəmə və hüquq mühafizə orqanlarında bütün növ peşə və vəzifələrdə çalışmalarına yol verilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə Tibbi Ekspertiza və X8" X13 həyata keçirilmiş yoxlamanın nəticələrini özündə əks etdirən 21 yanvar 2021 -ci il tarixli məhkəmə-kimyəvi akt əsasında Azərbaycan Respublikası FHN-nin 15 aprel 2021-ci il tarixli 0433/Ş nömrəli əmrinə əsasən İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Cavabdehin etirazda bildirdiyi “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununun 24.3 maddəsinə əsasən peşə fəaliyyətinin ayrıayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər (bu Qanunun 24.4-cü maddəsində göstərilən şəxslər istisna olmaqla) işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Bu şəxslərin müayinədən keçməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Cavabdehin qeyd etdiyi “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununun 24.4-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağrılan şəxslər çağrış dövründə qeydiyyatda olduqları dövlət tibb müəssisələri tərəfindən, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar bağlaşma imzalanmazdan əvvəl bağlaşma bağladıqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar həqiqi hərbi xidmətə daxil olmaları barədə əmir imzalanmazdan əvvəl kadr zabit heyətinə daxil olduqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, həqiqi hərbi xidmət hərbi qulluqçuları isə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ildə bir dəfədan az olmayaraq xidmət keçdikləri dövlət orqanlarının tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçirilirlər. Bu şəxslərin icbari narkoloji müayinədən keçməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Xüsusi ilə qeyd edilməlidir ki, FHN-nin Tibb Xidməti Tibb Mərkəzində analiz nümunəsi götürən xanim əməkdaşi həkimlaborant X6 Adilin yaxın adamı bildiyi və FHN-nin X3 Mərkəzində təyin etdiyi idarə rəisi Hüseynov Niyazinin həyat yoldaşıdır (ər və arvad). “Narkaloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1 maddəsinə əsasən tibbi yoxlama şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada narkoloji tibb müəssisələrində həyata keçirilir. Bu maddənin 10.2. bəndinə əsasən tibbi yoxlamanın aparılması üçün şəxs könüllü olaraq müraciət etdikdə narkoloji xəstəliyin diaqnozu həkim-narkoloq tərəfindən müəyyən olunur. Tibbi yoxlama təhqiqat, istintaq orqanlarının və ya məhkəmənin qərarı əsasında aparıldıqda narkoloji xəstəliyin diaqnozu həkim-məsləhət komissiyası tərəfindən müəyyən edilir. Apellyasiya şikayəti həmçinin Azərbaycan Respublikasında məhkəmə-tibbi ekspertizaların təşkil və keçirilməsi haqqında Əsasnaməsinin, “Məhkəmə ekspertizası haqqında” Qanunun və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə uyğun əsaslandırılmşdır. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat edərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi bu barədə məlumatlı olsa da, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtləri də yoxlanılarkən məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsi barədə iddianın verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Odur ki, Kollegiya hazırki iddiaya münasibətdə hesab edir ki, ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İşin mahiyyətinə gəldikdə isə qeyd olunur ki, İddiaçı 2015-ci il tarixdən leytenant hərbi rütbəsi verilməklə Cavabdehnə həqiqi hərbi xidmətə qəbul edilmiş, xx.xx.2017-ci il tarixdə baş leytenant hərbi rütbəsi verilmiş, Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X8”ndə tibbi müayinə zamanı narkotik vasitədən istifadə etdiyi aşkar edildiyi üçün Fövqəladə Hallar nazirinin xx.xx.2021-ci il tarixli, 0433/Ş nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Belə ki, Fövqaladə Hallar Nazirliyi Tibbi Xidməti Tibb Mərkəzinin xx.xx.2021-ci il tarixli sidikdə narkotestlərin təyini analizindən görünür ki, Opium (OPİ) - neqativ, Kokain (COC) - neqativ, Marixuana (THC) - pozitiv, Metamfetamin (MET) - neqativ, Benzodiazipin (BZO) - neqativdir. İddiaçı analizin nəticələrinə etiraz edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X13 150/K saylı xx.xx.2021-ci il tarixli məhkəmə-kimyəvi ekspertizanın nəticələrindən görünür ki, İddiaçı götürülmüş qan və sidik nümunələrinin məhkəməkimyəvi tədqiqatına əsasən və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nətcəyə gəlir: İddiaçı götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinonid” aşkar edildi. Qan və sidik nümunələrinin tərkibində barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi. İddiaçı Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinə xx.xx.2021-ci il tarixli izahatından görünür ki, İddiaçı qarşısında qoyulmuş “xx.xx.2021-ci il tarixində FHN Tibb Xidmətinin Tibb Mərkəzində narkoloji müayinə və Məhkəmə-Tibbi Ekspertizası Pataloji Anatomiya Birliyində verilən narkoloji analizin nəticə cavablarında qanda və sidikdə marexuana aşkar edilmişdir. Bununla bağlı nə deyə bilərsiniz?” sualına izahat verməkdən imtina etmişdir. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin 0433/ş Salı xx.xx.2021-ci il tarixli əmrindən çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156cı maddəsinin “e” bəndinə əsasən və “Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyi haqqında Əsasnamə”nin 10.10.6-cı bəndini rəhbər tutaraq Nazirliyin Böhran Vəziyyətlərində X1-kommunikasiya texnologiyaları idarəsinin Şəbəkələrin, əməliyyat sistemlərinin istismarı və təhlükəsizliyi şöbəsinin zabiti baş leytenant İddiaçı xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması; qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon idarəsinə göndərilməsi əmr edilmişdir. Əsas: X2 Mərkəzinin xx/xx-00212 saylı 26 fevral 2021-ci il tarixliss məktubu və təqdimatı. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X13 2179 saylı xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Cavabdeh Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş İdarəsinin rəis müavini Vüqar Yusifovun xx.xx.2021-ci il tarixli göndəriş məktubu əsasında vətəndaş İddiaçı götürülmüş qan və sidik nümunələrinin Birliyin Məhkəmə-kimya şöbəsində narkotik vasitə, psixotrop, uyuşdurucu və kefləndirici maddələrin olub-olmamasının təyini ilə bağlı məhkəmə-kimyəvi tədqiqatı aparılmışdır. Adıçəkilən tədqiqat xx.xx.2021-ci il tarixdə başa çatdırılaraq, qüvvədə olan əsasnamə və təlimata uyğun, ekspert-kimyaçı tərəfindən “Maddi sübutların ekspertizası Aktı” tərtib olunmuş və həmin Akt aidiyyəti üzrə xx.xx.2021-ci il tarixdə aidiyyəti üzrə Cavabdehnə təqdim edilmişdir. Birliyin Məhkəmə-kimya şöbəsindən verilmiş həmin Aktın nəticəsində İddiaçı götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid”in aşkar edildiyi göstərilmişdir. Eyni zamanda bildirilir ki, ərizədə qaldırılan digər məsələlər, o cümlədən verilmiş Aktın hüquqi qiymətləndirilməsi, yeni tədqiqatın aparılmasının təyini və s. Birliyin deyil, bu işin təhqiqat araşdırmasını aparan rəsmi orqanın səlahiyyətlərinə aiddir. Beləliklə, iddiaçı hazırki iddiasında sözügedən 0433/Ş saylı xx.xx.2021-ci il tarixli əmrin ləğvini və xidmətə bərpasını mübahisələndirir. Bununla bağlı o, məhkəməyə müraciət etmiş, lakin iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Belə ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçı barəsində əliverişsiz inzibati akt olan mübahisələndirilən əmrin verilməsi üçün əsas olan halın, yəni iddiaçının qan və sidik nümunələrində narkotik vasitələrin aşkar edilməsi faktının öz təsdiqini tapmasına istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən Fövqəladə hallar orqanlarının hərbi qulluqçuları, xüsusi rütbəsi olan əməkdaşları və dövlət qulluqçuları xidmət (qulluq) keçərkən xidmət (qulluq) keçmənin bu Qanunun 2-ci maddəsi ilə müəyyən edilmiş hüquqi əsaslarına uyğun olaraq öz səlahiyyətləri daxilində fəaliyyət göstərirlər. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Fövqəladə hallar orqanlarında hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət keçənlərin xidmət keçməsi “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunları, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri və digər normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 1-ci bəndinə görə bu Əsasnamə «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. Həmin Əsanamənin 2-ci bəndinə görə bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin (bundan sonra Silahlı Qüvvələr adlanacaq) hərbi qulluqçularına tətbiq edilir. Əsasnamənin qüvvəsi eyni zamanda müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçularına da şamil edilir. Həmin Əsanamənin 156-cı bəndinə görə hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa). Həmin Əsanamənin 168-ci bəndinə görə hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 6.7-ci maddəsinə əsasən əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə narkoloji xəstələr üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olmağa məhdudiyyətlər qoyulur. Belə peşə növlərinin və vəzifələrin siyahısı və məhdudiyyətin müddəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən tibbi yoxlama şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada narkoloji tibb müəssisələrində həyata keçirilir. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər (bu Qanunun 24.4- cü maddəsində göstərilən şəxslər istisna olmaqla) işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Bu şəxslərin müayinədən keçməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslər çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəssisələri tərəfindən, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar bağlaşma imzalanmazdan əvvəl bağlaşma bağladıqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar həqiqi hərbi xidmətə daxil olmaları barədə əmr imzalanmazdan əvvəl kadr zabit heyətinə daxil olduqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, həqiqi hərbi xidmət hərbi qulluqçuları isə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ildə bir dəfədən az olmayaraq xidmət keçdikləri dövlət orqanlarının tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçirilirlər. Bu şəxslərin icbari narkoloji müayinədən keçməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2002-ci il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”nin İ. Peşə növlərinin və vəzifələrin siyahısında: 10. Müdafiə, təhlükəsizlik, məhkəmə və hüquq mühafizə orqanlarında bütün növ peşə və vəzifələr nəzərdə tutulmuşdur. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdu ki, iddiaçı Cavabdeh Böhran Vəziyyətlərində X1 kommunikasiya texnologiyaları İdarəsinin şəbəkələrin, əməliyyat sistemlərinin istismarı və təhlükəsizliyi şöbəsinin zabiti baş leytenant rütbəsində xidmət edərkən narkoloji sərxoşluq hallarının müəyyən olunması məqsədilə əvvəlcə FHN-nin Tibb Xidmətinin Tibb Mərkəzində dövri tibbi müayinəyə cəlb edilmiş, tibbi müayinə zamanı iddiaçıdan götürülmüş analiz nümunəsində sidik narkotestlərin təyini nəticəsində Marixuana (THC) aşkar olunmuşdur. Analizin nəticəsinə iddiaçı etiraz etdiyi üçün ondan götürülmüş qan və sidik nümunələrinin Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Məhkəmə-kimya şöbəsində narkotik vasitə, psixotrop, uyuşdurucu və kefləndirici maddələrin olub-olmamasının təyini ilə bağlı iddiaçıdan qan və sidik nümunələri götürülmüş, nümunələr əsasında məhkəmə-kimyəvi tədqiqatı aparılmış, həmin tədqiqat xx.xx.2021-ci il tarixə başa çatmış və nəticədə iddiaçıdar götürülmüş analiz nümunələrinin tərkibində təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid aşkar edilmişdir. Həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində iddiaçı ekspertiza zamanı ondan qan və sidik nümunələrinin xx.xx.2021-ci il tarixdə götürülməsinə baxmayaraq xx.xx.2021-ci il tarixdə ekspert müayinəsinə başlandığını və xx.xx.2021-ci il tarixdə başa çatdığını, keçən zaman müddətinin analizin nəticələrinin mötəbərliyinə təsir edə biləcəyini iddia etmişdir. Halbuki qeyd edilən dəlilin araşdırılması ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi tərəfindən müvafiq sorğu ünvanlanaraq tədqiqat üçün götürülmüş qan və sidik nümunələrinin saxlanma müddəti, həmin nümunələrin maksimum nə qədər müddətə saxlana bilməsi, saxlanma müddəti ərzində tərkibinin dəyişib-dəyişməməsi, bu dəyişmənin ekspertiza tədqiqatının nəticəsinə təsir edib-etməməsi, eləcə də kanabinoid və marixuananın (THC-nin) tərkibində oxşarlıq (eynilik) olub-olmaması, eyni şəxsdən götürülmüş qan və sidik nümunəsində eyni vaxtda aşkar edilməsinin mümkünlüyü barədə məlumat (izah) tələb edilmişdir. Bununla bağlı birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin məhkəmə-kimya şöbəsinin ekspert kimyaçısı, eyni zamanda ekspert tədqiqatını bilavasitə aparmış xx.xx.2021-ci il tarixli, 150K nömrəli ekspert rəyini vermiş ekspert İlahə Cəfərova izahat verərkən bildirmişdir ki, məhkəmə-kimya şöbəsinə narkotik və psixotrop maddələrin təyini üçün göndərilmiş qan və sidik nümunələri şöbənin arxivində xüsusi tələb olunan şəraitdə (qaranlıq və xüsusi tempraturda) 6 ay müddətində saxlanılır. Saxlanma müddəti bitdikdən sonra aktlaşdırılaraq məhv edilir (atılır). Saxlanma müddəti ərzində (6 ay ərzində) qan və sidik nümunələrində məhkəmə kimya tədqiqatı nəticəsinə, yəni aşkarlanan “Kannabionid”ə təsir edəcək heç bir dəyişiklik baş vermir. Kannabionid və marixuana (THC) çətənə bitkisindən alınır və təbii mənşəli narkotik vasitə hesab edilir. Kannabionid və marixuananın (THC) tərkibi eynilik təşkil edir. Kannabionid qrupunun qeyri-qanuni narkotik vasitələrinin ən çox yayılmış formaları bunlardır: marixuana, nəişə, həşiş və həşiş yağıdır. Bunlar isə bir-birindən kəmiyyət və keyfiyyətcə fərqlənir. Marixuana - bitkinin yuxarı hissəsinin (yarpaqları və gülləri) qurudulmuş formasıdır. Məhkəmə kollegiyası nəzərə alır ki, xx.xx.2021-ci il tarixdə FHN-in Tibb Xidməti Tibb Mərkəzində narkoloji müayinə və Məhkəmə-Tibbi Ekspertizası Pataloji Anatomiya Birliyində verilən narkoloji analizin nəticələri ilə bağlı iddiaçıdan izahat alınarkən iddiaçı rəylə bağlı hər hansı qeydlərini etməmiş, izahat verməkdən imtina etmişdir. Bu hal onun barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktda da öz təsdiqini tapmışdır. Beləliklə, hazırkı iş üzrə iddiaçıdan xx.xx.2021-ci il tarixdə FHN-in Tibb Xidməti Tibb Mərkəzində sidik nümunəsində narkotik vasitə aşkar olunmuş, eyni gündə Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyində götürülmüş qan və sidik nümunələrinin tərkibində də narkotik maddə aşkar olunmuşdur. Hər iki tibbi analiz bölmələrində analiz nümunələri iddiaçıdan götürülmüş, eyni gündə götürülmüş və nəticələrində narkotik vasitə istifadəsi müəyyən olunmuşdur. Odur ki, iddiaçı barəsində əliverişsiz inzibati akt olan mübahisələndirilən əmrin verilməsi üçün əsas olan hal, yəni iddiaçının qan və sidik nümunələrində narkotik vasitələrin aşkar edilməsi faktı öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə iddiaçı barəsində cavabdeh tərəfindən mübahisələndirilən əmrin qəbul edilməsində istər inzibati icraat haqqında hüquq normalarının, istərsə də maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi müəyyən edilmədiyi üçün həmin əmr qanunvericiliyin tələbləri baxımından qanuni olmuşdur. Belə olan halda iddiaçının “əmrin ləğv edilməsi” barədə tələbi əsassız olub təmin edilmədiyi üçün onun bu tələbinə əlavə tələblər kimi verdiyi “işə bərpa” barədə tələbi də əsassız olub təmin edilməməlidir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir, həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3475/2022 saylı 28 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3475/2022 saylı 28 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-521/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-521/2023
18.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver