Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(103)-5215/2025 21.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: X9 (sədrlik edən və məruzəçi), X7 və X10 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, Iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Cavabdeh qarşı (3-cü şəxslər üçüncü şəxs2 və üçüncü şəxs1) “qərarın və alqı-satqı aktının ləğv edilməsi” iddiasına dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 3axaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə Işin halları: Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Cavabdeh qarşı 3-cü şəxslər üçüncü şəxs2 və üçüncü şəxs1 işə cəlb edilməklə X2 adına torpaq sahəsinin rəsmiləşdirilməsinə dair verilmiş *** nömrəli, ##.##.2005-ci il tarixli qərarın ləğv edilməsi və qərar əsasında verilmiş ##.##.2005-ci il tarixli torpaqların alqı-satqısına dair aktın etibarsız hesab edilməsi, işin araşdırılması zamanı cinayət əlamələtləri müəyyən edildiyi təqdirdə müvafiq materialların araşdırılması üçün prokurorluğa göndərilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayon Cavabdeh “Fərdi bağçılıq və bağ evinin tikilməsi üçün torpaq sahəsi ayrılması barədə” ##.##.2006cı il tarixli *** saylı qərarı və “Torpaqların alqı-satqısına dair” akta əsasən Bilgəh bağ massində 1200 kv.m torpaq sahəsi İddiaçı Moxammad oğlunun mülkiyyətinə verilmişdir. Bakı şəhəri Sabunçu rayon Cavabdeh ##.##.2019-cu il tarixli arayışından görünür ki, qeyd edilən qərar əsasında verilmiş torpaq sahəsi iddiaçıya məxsusdur, Cavabdeh inzibati ərazisində yerləşir və hal-hazırda hüquqi qüvvədədir. Cavabdeh “Yerli büdcənin vergi ödəyicisi olan fiziki şəxslərin uçota alınması haqqında” ##.##.2019-cu il tarixli şəhadətnamədən görünür ki, İddiaçı Bilgəh qəsəbəsi, dalan 18 Məlikaslanov küçəsi ünvanında vergi ödəyicisi kimi qeydiyyatdadır. Qeyd edilmiş şəxs tərəfindən torpaq vergisinin ödənilməsinə dair ödəniş qəbzləri iş materiallarına əlavə olunur. Iddiaçı İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinə qarşı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması müddətində əmlakın reyestr xidmətinə hakim tərəfindən sorğular göndərilmişdir. Həmin sorğulara cavab olaraq bildirilmişdir ki, mübahisəli əmlak bələdiyyə tərəfindən digər şəxslərə verilib. Həmin torpaqayırma sənədlərinin alınması üçün bələdiyyəyə müraciət etsələr də, nəticəsi olmamışdır. Lakin, məhkəmə araşdırması zamanı onlara məlum olmuşdur ki, guya Cavabdeh *** saylı ##.##.2005-ci il tarixli qərarı ilə mübahisəli torpaq sahəsi X2 verilib. Sonuncu da, həmin sənədlər əsasında qeyd edilən torpaq sahəsini əvvəl öz adına, sonradan isə digər üçüncü şəxs üçüncü şəxs2 adına rəsmiləşdirmişdir. Cavabdeh tərəfindən verilməsi göstərilən *** saylı ##.##.2005-ci il tarixli qərar aşağıda göstərilən əsaslara görə qanuni hesab edilə bilməz. Belə ki, cavabdeh tərəfindən eyni torpaq sahəsi barədə iki və ya daha çox şəxsə münasibətdə qərar verilməsi qanuna birbaşa ziddir. Digər tərəfdən, üçüncü şəxs X2 adına cavabdeh tərəfindən verilən qərar torpaq sahəsinin ölçüsünə münasibətdə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 8.0.1 və 8.0.2-ci maddələrinin tələblərinə ziddir. Həmin Qanunun yuxarıda qeyd edilən maddələrinin tələblərinə görə fərdi yaşayış evlərinin tikintisi üçün 0.06, bağ evlərinin tiktintisi üçün 0.12 ha-dək sahə verilə bilər. Lakin, üçüncü şəxs X3 adına verilmiş qərarda sonuncuya fərdi yaşayış evinin tikilməsi üçün 6000 (0.6 ha) torpaq sahəsinin verilməsi göstərilmişdir. Bundan başqa, həmin qərar əsasında verilmiş “Torpaqların alqı-satqısına dair” ##.##.2005-ci il tarixdə tətib edilmiş və imzalanmış aktdan görünür ki, həmin aktı imzlayan şəxslərdən biri torpaq sahəsinin müdiri X11 olmuşdur. Onlarda olan məlumata görə qeyd edilən şəxs həmin dövrdə orada fəaliyyət göstərməmişdir. Yuxarıda qeyd edilənlər onlara belə qənaəyə gəlməyə əsas verir ki, cavabdeh tərəfindən qəbul edilmiş qərar və torpaqların alqı-satqısına dair akt qanun pozulması ilə verilmişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı Inzibati Məhkəməsinin *-*(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Məhkəmə qərardadı onunla əsaslandırılmışdır ki, hüquq sistemdə mülkiyyət hüquqlarının mübahisəsində əsas meyar hüquqi üstünlükdür, yəni mülkiyyət hüququ ilk dəfə və qanuni şəkildə kimə verilibsə, onun hüquqları sonrakı hüquq əldə edənlərin hüquqlarından üstün sayılır. Belə ki, hüquqi üstünlük verilməsində əsas meyar hüququn yaranma vaxtıdır. Əvvəl yaranan hüquq sonrakı hüquqlardan üstün tutulur. Hüquq qanuni əsaslarla və düzgün prosedurlarla əldə edilməlidir. Məhkəmə qeyd edir ki, üçüncü şəxs1 ##.##.2005-ci il tarixli, *** nömrəli qərarı ilə torpaq sahəsinə əldə etdiyi hüququ, İddiaçı *** nömrəli ## #### 2006-cı il tarixli qərarı ilə əldə etdiyi torpaq sahəsi üzərində olan hüququndan üstündür. Belə olan halda, Bakı şəhəri Sabunçu rayonu Cavabdeh tərəfindən X2 adına torpaq sahəsinin rəsmiləşdirilməsinə dair verilmiş *** nömrəli, ##.##.2005-ci il tarixli qərarın ləğv edlməsi və qərar əsasında verilmiş ##.##.2005-ci il tarixli torpaqların alqısatqısına dair aktın etibarsız hesab edilməsi tələbində iddiaçı haqlı hesab edilə bilməz. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi öz qərarında “Hüquqi üstünlük” anlayışını şərh edərək,“Hüququn qanuni əsaslarla və düzgün prosedurla əldə edilməsi” barədə fikirlərə yer vermiş, lakin nədənsə gəldiyi nəticəni əsaslandırarkən saxtalaşdırılmış və qanuna zidd olaraq tərtib edilmiş sənədlərə üstünlük vermişdir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Cavabdeh “Fərdi bağçılıq və bağ evinin tikilməsi üçün torpaq sahəsi ayrılması barədə” ##.##.2006-cı il tarixli *** saylı qərarı və “Torpaqların alqısatqısına dair” akta əsasən Bilgəh bağ massində 1200 kv.m torpaq sahəsi İddiaçı Moxammad oğlunun mülkiyyətinə verilmişdir. Bakı şəhəri Sabunçu rayon Cavabdeh ##.##.2019-cu il tarixli arayışından görünür ki, qeyd edilən qərar əsasında verilmiş torpaq sahəsi iddiaçıya məxsusdur, Cavabdeh inzibati ərazisində yerləşir və hal-hazırda hüquqi qüvvədədir. Cavabdeh “Yerli büdcənin vergi ödəyicisi olan fiziki şəxslərin uçota alınması haqqında” ##.##.2019-cu il tarixli şəhadətnamədən görünür ki, İddiaçı Bilgəh qəsəbəsi, dalan 18 Məlikaslanov küçəsi ünvanında vergi ödəyicisi kimi qeydiyyatdadır. Beləliklə, mübahisəli torpaq sahəsinin məhz qanuni əsaslarla iddiaçının mülkiyyətinə verilməsi öz təsdiqini tapmışdır. Lakin, üçüncü şəxs X2 gəlincə, onun adına rəsmiləşdirilmiş bələdiyyə sənədlərinə əsasən, sonuncuya 6000 kv.m. (0,6 h.) torpaq sahəsi verilmiş və bu da, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” AR Qanunun 8.0.1 və 8.0.2-ci maddələrinin tələblərinə zidd olmuşdur. Həmin Qanunun yuxarıda qeyd edilən maddələrinin tələblərinə görə, fərdi yaşayış evlərinin tikintisi üçün 0,06, fərdi bağ evlərinin tikintisi üçün 0.12 hektaradək sahə verilə bilər. Lakin, üçüncü şəxs NəsirovTəvəkül Əliosman oğlunun adına verilmiş qərarda, sonuncuya fərdi yaşayış evinin tikilməsi üçün 6000 kv.m. (0,6 h.) torpaq sahəsinin verilməsi göstərilmişdir. Bundan əlavə, həmin qərar əsasında verilmiş, torpaqların alqı-satqısına dair ##.##.2005-ci il tarixdə tərtib edilmiş və imzalanmış aktdan görünür ki, həmin aktı imzalayan şəxslərdən biri güya torpaq şöbəsinin müdiri X12 olmuşdur. Lakin, eyni xarakterli iş üzrə məhkəmə iclasında şahid qismində iştirak etmiş X8 ifadə verərək bildirmişdir ki, bələdiyyə tərəfindən qərar qəbul edilən dövrdə yəni 2005-ci ildə o, X4 Şöbəsində baş məsləhətçi vəzifəsində işləmişdir. Sözügedən “Torpaqların alqı-satqısına dair akt”a baxış keçirən zaman, aktda olan imzanın ona məxsus olmadığını müəyyən etmişdir. O, 2005-ci ildə Suraxanı rayon ərazisində, 2011-2015-ciillərə qədər isə Sabunçu rayon ərazisində işləmişdir. Məhkəməyə öz imzası ilə bir neçə sənəd təqdimetmiş və bildirmişdir ki, sözügedən aktdakı imza ona məxsus deyildir. Bunula əlaqədar, məhkəmə iş üzrə ekspertiza təyin etməmiş qeyd edilən məsələni ümumiyyətlə araşdırmamış, saxtalaşdırılmış və qanunsuz sənədlərə əsaslanaraq iş üzrə səhv qərar qəbul etmişdir. Yuxarıda göstərilənlər, birinci instansiya məhkəməsinin iş materiallarında olan sənədləri tam araşdırmadığını, işə səthi, qeyri-obyektiv və birtərəfli yanaşdığını aşkar təsdiq edir. Tərəflərin izahatları Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə və 3-cü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası IPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Tətbiq olunan hüquq “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli № ** qərarından: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. IPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır... Torpaq Məcəlləsinin: Maddə 65. Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi
2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Əvvəlki redaksiyada deyilirdi:
3. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir 10.1-1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlər əsasında aparıldıqda, bu Qanunun 9- 1-ci maddəsinin tələbləri tətbiq olunur 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. - 9.2-ci maddəsinə əsasən qeydiyyat orqanı bu qanunun 14.1-ci və 15.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və elektron qaydada dövlət reyestrindən çıxarış tərtib edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaq sahəsinin planı və ölçüsünün təsviri”nin: 3-cü bəndinə görə plan və ölçü ciddi hesabat sənədidir, onun bir hərfdən ibarət seriyası və altı rəqəmdən ibarət nömrəsi olur. 4-cü bəndinə əsasən plan və ölçüdə aşağıdakılar göstərilir: 4.5. torpaq sahəsinin mülkiyyət növü; 4.6. torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan hüququn növü; 4.7. torpaq sahəsinə daşınmaz əmlak obyekti kimi verilən reyestr nömrəsi; 5-ci bəndinə görə bu sənədin 4.5-ci, 4.6-cı və 4.7-ci bəndlərində göstərilən məlumatlar torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı hallarda plan və ölçüdə əks olunur.
Məhkəmənin mövqeyi
Məhkəmə Kollegiyası iddiaçının vəkilinin və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Inzibati Məhkəməsinin *-*(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ləğv edilməli, iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir. Belə ki, hazırki iş üzrə iddiaçı İddiaçı hüquqi marağı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Cavabdeh 3-cü şəxs X2 adına torpaq sahəsinin rəsmiləşdirilməsinə dair verilmiş *** nömrəli, ##.##.2005-ci il tarixli qərarın ləğv edilməsi və qərar əsasında verilmiş ##.##.2005-ci il tarixli torpaqların alqı-satqısına dair aktın etibarsız hesab edilməsindən ibarətdir. Həmçinin, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Bakı şəhəri Sabunçu rayonu Cavabdeh *** nömrəli ## #### 2006-cı il tarixli “Vətəndaş İddiaçı fərdi bağçılıq və bağ evinin tikilməsi üçün torpaq sahəsi ayrılması barədə” qərarına əsasən Bilgəh bağ massivində 1200 kv.m torpaq sahəsi fərdi bağçılıq və bağ evi tikintisi üçün Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) ünvan 1 ünvanında yaşayan İddiaçı mlükiyyətinə verilmişdir. Bakı şəhəri Sabunçu rayonu Cavabdeh *** nömrəli ## ### 2005-ci il tarixli “X5 fərdi bağçılıq və bağ evinin tikilməsi üçün torpaq sahəsi ayrılması barədə” qərarına əsasən Bilgəh qəsəbəsi ərazisində yerləşən 6000 kv.m torpaq sahəsi fərdi yaşayış evlərinin tikintisi üçün Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq əvəzi ödənilməlkə (alqı-satqı yolu ilə) ünvan 2 ünvanda yaşayan üçüncü şəxs1 Əlisoman oğlunun mülkiyyətinə verilmişdir. Qərara “Torpaqların alqı-satqısına dair akt”-ı əlavə edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində 0.6 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə üçüncü şəxs2 adına ##.##.2019-cu il qeydiyyat tarixi, 1119083555 qeydiyyat nömrəsi, 005013034886 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Reeystri Xidmətinin * saylı Bakı Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2021-ci il tarixli, ************ nömrəli məktubla bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ünvanında yerləşən 0.06 ha torpaq sahəsi ##.##.2019-cu il tarixdə üçüncü şəxs1 Əlisoman oğlunun adına ilkin qeydiyyatdan keçmişdir. ** saylı NK-nın 4Ə-*** reyestr nömrəli ##.##.2019-cu il tarixli alqı-satqı müqaviləsinə (elektron müqavilə) əsasən ##.##.2019-cu il tarixdə üçüncü şəxs2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sorğu ilə əlaqədar olaraq müvafiq sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir. Məhkəmənin müraciətinə əsasən Alternativ Ekspertiza Mərkəzi tərəfindən verilmiş *** nömrəli, ##.##.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti nəzərə alaraq İddiaçı iddia etdiyi torpaq sahəsinin X1 kənarında (Bilgəh-Novxanı avtomobil yolunun sol tərəfində), yoldan təqribən 150 metr aralıda və 18-ci dalanda yerləşməsi, hər tərəfdən daş hasarla sərhədə alınması və boş ərazi olduğu müəyyən edilir. Iddia edilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları “Google Earth” proqramının ortofoto göründtüləri üzərindən dəqiqləşdirilmiş və rəyin tədqiqat hissəsində qeyd edilmişdir. Lakin, rəyin tədqiqat hissəsində göstərilən səbəblərə görə, İddiaçı iddia etdiyi 1200 kv.m torpaq sahəsinin hüquqi rejiminin, mübahisəli torpaq sahəlrinin naturada yerinin, koordinatlarının və üst-üstə düşübd-düşməməsinin müəyyən edilməsi mümkün deyildir. Iddiaçının müraciətinə əsasən Müstəqil Ekspertiza Mərkəzi tərəfindən verilmiş ** nömrəli, ## ##### 2025-ci il tarixli mütəxəssis rəyinə əsasən Bakı şəhəri Sbaunçu rayonu Cavabdeh ## #### 2006-cı il tarixli *** saylı qərarı ilə İddiaçı satılmış 0.12 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və ölçüləri müəyyənləşdirilmiş vəv torpaq sahəsinin aerofotoplanı, sxemi tərtib edilmişdir. İddiaçı satılmış 0.12 ha torpaq sahəsinin döngə nöqtələrinn koordinatları aşağıdakı kimidir: 1) X=416687.9631 Y=4492770.5724 2) X=416686.0555 Y=4492771.6334 3) X=416679.4795 Y=4492803.9140 4) X= 416711.5887 Y=4492814.3094 5) X=416720.0599 Y=4492779.6988. Araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı satılmış 0.12 ha torpaq sahəsi ümumilikdə daş hasara alınmış 0.63 ha torpaq sahəsinin Şimal-Şərq hissəsində yerləşir, qərbdən Liliya Hacıyevaya satılmış 0.12 ha torpaq sahəsi ilə şimaldan, şərqdən və cənubdan daş hasarla həmsərhəddir. Mütəxəssislər qarşısında qoyulmuş sualı cavablandırarkən mövcud torpaq qanunvericiliyə uyğun olaraq ərazinin elektron ümumi xəritəsindən, aerootoplanşet xəritə məlumatlarından, Google Earth xəritə proqramından istifadə olunmuşdur. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçıya torpaq ayırma barədə qərar (## #### 2006-cı il) üçüncü şəxsə münasibətdə müvafiq qərar qəbul edildikdən (##.##.2005-ci il) sonrakı dövrə təsadüf edir. Belə olan təqdirdə, həmin tanıdılan torpaq sahəsinə münasibətdə ilkin hüquqlar da məhz üçüncü şəxsə məxsusdur. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus təqdim edilmiş planda miqyas, koordinatlar, hər hansı istinad nöqtələrindən məsafənin göstərilməməsi səbəbindən sözügedən qərarla ayrılmış torpaq sahəsinin coğrafi yerləşmə yerini nəinki dəqiqliklə, ümumiyyətlə müəyyən etmək mümkün deyil. Iddiaçının təqdim etdiyi əsaslandırma (eyni torpağın saxta şəkildə fərqli şəxslərə verilməsi) etibarlı cizgi olmadan yetərsizdir. Belə ki, iddiaçıya ayrılmış torpaq sahəsinin, ümumiyyətlə, yerləşmə mövqeyini göstərən cizgisi (miqyas, koordinatlar, hər hansı istinad nöqtələrindən məsafə göstərilməklə) mövcud olmadığından əsaslı şübhə yeri olmadan göstərilən torpaq sahəsinin müvafiq qərarla ona ayrıldığı qənaətinə gəlmək olmaz. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya və vaxtilə X6 adına təqdim edilmiş cizgilərin tədqiqi zamanı ayrılan torpaq sahələrinin üst-üstə düşdüyünü müəyyən etmək mümkün deyildir. Belə ki, X6 ayrılmış 6000 kv.m. torpaq sahəsinin cizgisində torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən məlumatlar – 17-ci, 18-ci, 19-cu dalanlar göstərilməklə 18-ci dalanda - Nardaran-Maştağa yolunun kənarında, iki qonşu torpaq sahəsindən sonra yerləşməsinə, üç tərəfdən qonşu torpaq sahəsi ilə bir tərəfdən isə ara yolla sərhəd olmasına dair məlumat vardır. Iş üzrə təqdim edilmiş mütəxəssis rəyinə və həmin rəyə əlavə edilmiş cizgidən də görünür ki, torpaq sahəsi qeyd edilən cizgiyə uyğun yerləşir. Iddiaçıya təqdim edilmiş cizgidə isə 1200 kv.m. torpaq sahəsinin üç tərəfində qonşu, bir tərəfində isə yol (ara yol deyil) olmasına dair məlumat vardır. Iddiaçıya təqdim edilən cizgidə torpağın yerini müəyyənləşdirməyə imkan verən hər hansı məlumat mövcud deyildir. Məhkəmə Kollegiyası iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası IPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Ikinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli, * saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Məhkəmə Kollegiyası iddiaçıya ayrılmış torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən cizginin təqdim edilməli olması mövqeyindən çıxış etsə də, iddiaçının nümayəndəsinin (vəkilinin) mövqeyi göstərilən torpaq sahəsinin iddiaçıya ayrılması ekspert rəyi ilə təsdiqini tapdığından əlavə cizginin təqdim edilməsinə zərurət olmamasına əsaslanmışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, müvafiq tədqiqatlar (istər məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatı, istərsə də iddiaçı tərəfindən müstəqil şəkildə təqdim edilən rəy) müvafiq cizgi olmadan məhz iddiaçı tərəfindən tanıdılan torpaq sahəsinə münasibətdə aparıldığından iddiaçının qeyd edilən qənaəti ilə razılaşmaq olmaz. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya ayrılmış torpaq sahəsinin məhz iddia edilən X6 ayrılmış və hüququ qeydiyyatdan keçmiş torpaq sahəsi olduğu qənaətinə gəlmək mümkün deyil. Beləliklə, məhkəmə kollegiyasl müəyyən edir ki, iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsi üçüncü şəxsin adına qeydə alınmışdır və reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, Cavabdeh ## #### 2006-cı il tarixli qərarı ilə satılan mübahisəli torpaq sahəsinə dair təqdim edilmiş planda miqyas, koordinatlar, hər hansı istinad nöqtələrindən məsafənin göstərilməməsi səbəbindən sözügedən qərarla ayrılmış torpaq sahəsinin coğrafi yerləşmə yerini müəyyən etmək mümkün deyildir.Torpaq sahəsinin coğrafi yerləşmə yerini müəyyən etmək üçün yalnız iddiaçının tanıtması kifayət deyildir. Beləliklə, məhkəmə Kollegiyası nəticəyə gəlir ki, iddiaçının konkret halda müvafiq qərarın ləğv edilməsi tələbini irəli sürməyə hüquqi marağı, daha dəqiq desək iddia tələbi üzrə hüquqi müdafiəyə ehtiyacı olmaması müəyyən edildiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, kollegiya hesab edir ki, hazırki iş üzrə Bakı Inzibati Məhkəməsinin *- *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni məhkəmə aktı qəbul edilərək iddia tələbi mümkün sayılmamalıdır.
Nəticə hissəsi
Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94- cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ləğv edilsin. Iddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193- cü məhəllə) Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.