Məhkəmə qərarları › İş №2-1(103)-522/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-522/2020

05.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-522/2020 05.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı iş illəri sosial sığorta stajına daxil edilməklə əlilliyə görə əmək pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisə üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2-1(81)-4351/2018 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2-1(81)- 4351/2018 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilə qədər və xx.xx.1987-ci ildən xx.xx.1993-cü ilə qədər Kəlbəcər rayonu 6 nömrəli Körpü Tikinti İdarəsində fəhlə, xx.xx.1993-cü ildən xx.xx.2004-cü ilə qədər “Ulduz” EİB-də yığıcı çilingər vəzifəsində işlədiyi dövr sosial sığorta stajına hesablanmaqla əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır (hakim T.Əsədova). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İİK-nın xx.xx.2018-ci il tarixli 2-1(103)-2903/2018 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2-1(81)-4351/2018 saylı qərarı ləğv edilmişdir (sədrlik edən və məruzəçi K.Abiyeva, hakimlər M.Tağızadə və Ü.Mayılov). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın xx.xx.2019-cu il tarixli 2-1(102)- 1127/2019 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İİK-nın xx.xx.2018-ci il tarixli 2-1(103)-2903/2018 saylı qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün məhkəməyə göndərilmişdir (sədrlik edən və məruzəçi S.Hüseynova, hakimlər K.Bədəlov və İ.Dadaşov). Bakı Apellyasiya Məhkəməsinin İİK-nın xx.xx.2019-cu il tarixli 2-1(103)-1312/2019 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2-1(81)-4351/2018 saylı qərarı qismən – iddia tələbi iddiaçının xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilə qədər və xx.xx.1987ci ildən xx.xx.1993-cü ilə qədər Kəlbəcər rayonu 6 nömrəli Körpü Tikinti İdarəsində fəhlə işlədiyi dövr sosial sığorta stajına hesablanması hissəsində rədd edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən və məruzəçi V.Baxışova, hakimlər H.Həmidov və E.Nağıyeva). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın xx.xx.2019-cu il tarixli 2-1(102)- 2719/2019 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İİK-nın xx.xx.2019-cu il tarixli 2-1(103)-1312/2019 saylı qərarı qismən – sığorta kapitalı hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün məhkəməyə göndərilmiş, qərar qalan hissədə, yəni sosial sığorta stajının hesablanması hissəsində dəyişdirilmədən saxlanılmışdir (sədrlik edən və məruzəçi A.Hüseynov, hakimlər R.Nəbizadə və X.Məmmədov). İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, iddiaçıya xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilə qədər və xx.xx.1987-ci ildən xx.xx.1993-cü ilə qədər Kəlbəcər rayonu 6 nömrəli Körpü Tikinti İdarəsində fəhlə, xx.xx.1993-cü ildən xx.xx.2004cü ilə qədər “Ulduz” EİB-də yığıcı çilingər vəzifəsində işlədiyi dövr sosial sığorta stajına hesablanmaqla əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilə qədər və xx.xx.1987-ci ildən xx.xx.1993-cü ilə qədər Kəlbəcər rayonu 6 nömrəli Körpü Tikinti İdarəsində fəhlə, xx.xx.1993-cü ildən xx.xx.2004-cü ilə qədər “Ulduz” EİB-də yığıcı çilingər vəzifəsində işləmişdir. O, əlilliyə görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə ərizə ilə müraciət etmiş, lakin cavabdeh ona müraciətinin təmin olunmaması barədə məktubla cavab ünvanlamışdır. Həmin məktubda qeyd olunmuşdur ki, guya iş stajının qarşılıqlı yoxlanılması mümkünsüzdür. İş üzrə 1 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək izahatında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.2.7-ci bəndində zəruri hesab edilən hallarda sənədlərin yerində qarşılıqlı yoxlanılması göstərilmişdir və xx.xx.1985-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan iş stajının qarşılıqlı yoxlanılması mümkün olmamışdır. Ona görə də iddiaçıya İİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında izahat vermiş İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxnılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İş materiallarından görünür ki, iddiaçı 01,08.1967-ci ildə Kəlbəcər şəhərində doğulmuşdur. İş materiallarında olan Arayışlardan görünür ki, iddiaçı 01,07.1983-cü ildən xx.xx.1985-ci ilə qədər və xx.xx.1987-ci ildən xx.xx.1993-cü ilə qədər Kəlbəcər rayonu 6 №4-li Körpü Tikinti İdarəsində fəhlə, xx.xx.1993-cü ildən xx.xx.2004-cü ilə qədər “Ulduz” EİB-də yığıcı çilingər vəzifəsində işləmişdir. İş materiallarında olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi Arayışından görünür ki, iddiaçıya xx.xx.2018-ci il tarixdən ikinci dərəcəli əlillik (diaqnoz: limfoleykoz İV mərhələ) təyin olunmuşdur. İş materiallarında olan DSMF-nin Binəqədi rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubundan görünür ki, iddiaçı əmək pensiyasının təyin edilməsi üçün şöbəyə ərizə ilə müraciət etmişdir, iddiaçıya bildirilmişdir ki, iş stajı təqdim olunmamışdır. Göründüyü kimi, iddiaçıya pensiya təyin edilməməsinin səbəbi kimi sosial sığorta stajının olmaması göstərilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunan xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİqrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğində az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyəti dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabına sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Həmin Qanunun 6-1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2017-ci il 1 iyul tarixindən 110 manat məbləğində müəyyən olunur və sonradan həmin məbləğ bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, imtina məktubuna əsasən iddiaçıya əslində əlilliyə görə pensiyanın təyin olunmasına onun sosial sığorta stajı təsdiq olunduğu halda yol verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının işlədiyi dövrü sosial sığorta stajına hesablamaqla əlilliyə görə pensiyanın təyin edilməsi nəticəsinə gəlməsi əsaslı və qanunidir. Lakin birinci instansiya məhkəməsi əlilliyə görə əmək pensiyasının təyin edilməsi sığorta kapitalına dair qanunla müəyyən edilmiş tələbləri və iddiaçının vəziyyətinin həmin tələblərə uyğun olub-olmamasını araşdırmamışdır. Qanunverici xx.xx.2006-cı ilədək pensiya hüququ qazanmış şəxslərlə həmin tarixdən sonra pensiya hüququ qazınmış şəxslər arasında hər hansı fərq qoymur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Belə olan halda, hazırki halda iddiaçıya əlilliyə görə pensiyanın təyin edilməsi üçün son tədbir onun İİ dərəcəli əlil kimi yığdığı pensiya kapitalının qanunla müəyyən edilmiş hədd olmasının müəyyən edilməsidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə müvafiq olaraq əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Məhkəmə kollegiyasının iclasında əslinə baxış keçirilmiş NZ seriyalı ******* nömrəli hərbi biletindən görünür ki, X7 xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək (2 il 07 gün) hərbi xidmətdə olmuşdur. İşdə olan arayışdan göründüyü kimi xx.xx.1993-cü ildən xx.xx.2004-cü ilə qədər “Ulduz” EİB-də yığıcı çilingər vəzifəsində işləmişdir və onun xx.xx.2006-cı ilədək 11 il 05 ay 29 gün sığorta stajı var. Göründüyü kimi, iddiaçının xx.xx.2006-cı ilədək sığorta stajı 13 il 06 ay 06 gün təşkil edir; 51 yaş üçün tələb olunan sığorta stajı 12 il, kapital 108,00 manat. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı “iddiaçıya xx.xx.1993-cü ildən xx.xx.2004-cü ilə qədər “Ulduz” EİBdə yığıcı çilingər vəzifəsində işlədiyi dövr sosial sığorta stajına hesablanmaqla əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun hissəsində” dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2-1(81)- 4351/2018 saylı qərarı “iddiaçıya xx.xx.1993-cü ildən xx.xx.2004-cü ilə qədər “Ulduz” EİBdə yığıcı çilingər vəzifəsində işlədiyi dövr sosial sığorta stajına hesablanmaqla əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun” hissəsində dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar