Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-522/2023 18.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı, cavbadehin nümayəndələri Nümayəndə və X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2-1(112)-5433/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək işləyən əmək pensiyaçısı olaraq 2006-cı il 1 yanvar tarixdən 2017-ci il 1 iyul tarixədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınan və istifadə olunmamış pensiya kapitalının yenidən hesablanaraq “X4” Azərbaycan Respublikası qanununa edilmiş dəyişikliyə əsasən işləyən əmək pensiyaçıları, pensiya təyin olunduğu gündən sonra altı il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti, aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi aylarının miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanaraq xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalının 99152,42 manat olduğu müəyyən edilmişdir. Həmin kapital 72-yə bölünərək (144-72=72) alınmış 1005,94 manat pensiyasının üzərinə əlavə hesablanmış 1377,12 manat əlavə olunaraq pensiyanın məbləği xx.xx.2017-ci il tarixdən 2383,06 manata çatdırılmalı və ödənişə göndərilməsi vəzifəsini AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2009-cu il tarixdə 62 yaşı olarkən əmək pensiyası hüququ əldə etmişdir. Yaşa görə əmək pensiyası hüququ əldə etdikdən sonra da hal-hazıra kimi Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə üzrə professor vəzifəsində işləyir. “X4” Qanuna uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə Əmək pensiyalarının yenidən hesablanması və ödənilməsi “Qaydaları” təsdiq edilmişdir. Bu “Qaydaya” (müddəa 2.1) uyğun olaraq Əmək pensiyası hüququ olan şəxslər bu hüququn yarandığı gündən sonra istənilən vaxt əmək pensiyasını yenidən hesablanması üzrə müraciət edə bilər. Yaranmış hüquqdan istifadə edərək işləyən əmək pensiyaçı kimi 2017ci il iyulun 1-nə dək təyin edilmiş əmək pensiyasının yenidən hesablanması (müddəa 5) üçün ərizə ilə müraciət etmişdir. Müraciəti DSMF-nun Sosial Ödənişlərinin Təyinat üzrə Mərkəzi Filialı tərəfindən baxılaraq “X4” Qanunun 27.1, 29.1.1 və 37.3.1-ci maddələri eyni zamanda yeni qaydaların 4.2.3, 5.2 və 5.3 müddəaları tam nəzərə alınmadan yenidən hesablama aparılmışdır. 1.Qanunun 27.1 maddəsinə və Qaydaların 5.2 müddəasına (misal 45.) görə işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabın sığorta hissəsində toplanan və istifadə olunmamış yəni əmək pensiyasının sığorta hissələri hesablanmasında nəzərə alınmamış pensiya kapitalı 80% faiz artırılmaqla 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınmalıdır. Əlavə (4539,64+39945,44)* 80%=32392,43 manat. 2. Qanunun 29.1-1 maddələrinə və Qaydaların 4.2.3 müddəasına (misal 16.) görə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə 1 dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir. xx.xx.2006-cı il tarixdən 2017-ci il iyulun 1-i tarixə indeksləşdirilmiş məbləğ 26269, 47 manat təşkil edir. 3. Əmək pensiyasının yenidən hesbalanması üçün istifadə olunmamış pensiya kapitalının həcmi: xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixə- 4539,64 manat (pensiya kapitalının həcmi) -xx.xx.2009-cu il tarixdən xx.xx.2017-ci il tarixə- 35950,89 manat (pensiya kapitalının həcmi) -xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixə- 32392,43 manat (pensiya kapitalının 80% həcmi) -xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci tarixə- 26269,47 manat (indeksləşdirilmiş məbləğ) 4. Əlavə hesablanma üçün istifadə olunmamış pensiya kapitalının həcmi 99152,42 manat təşkil edir (4539,64+35950,89+32392,43+26269,47)=99152,42. 5.Qanunun 37.3.1-ci maddəsinə və qaydaların 5.3 müddəasına (misal 47) görə işləyən əmək pensiyaçılarının yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək (xx.xx.2006-xx.xx.2009) qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Sığorta və yığım hissələrinin hesablanmasında göstərilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Əlavə hesablanma nəticəsində pensiya məbləği 1377,12 manat təşkil edir. Göründüyü kimi xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixdədək fərdi hesabın sığorta hissəsində toplanmış və istifadə olunmamış 99152,42 manat olduğu müəyyən edilmişdir. Həmin kapital 72-yə bölünərək aldığım 1005,94 manat pensiyanın üzərinə 1377,12 manat əlavə olunaraq pensiyanın məbləği 2383,06 manata (1005.94+1377,12) çatdırılaraq 1 iyul 2017-ci il tarixdən ödənişə göndərilməlidir və keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi xx.xx.2017-ci il tarixdən təmin edilməlidir (maddə 32.1-1.) xx.xx.2021-ci il tarixdə iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək sənədlər təqdim etmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2021-ci il tarixli **********5 saylı yaşa görə əmək pensiyasının yenidən hesablanmasından imtina olunması haqqında məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST” Mərkəzindən daxil olmuş, ərizənizə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. Bildirilmişdir ki, “X4” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2009-cu il tarixindən qüvvədə olan tələblərinə əsasən sizə həmin tarixdən yaşa əmək pensiyası təyin edilmişdir. Təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrünüz, o cümlədən, xx.xx.1965-ci il tarixindən xx.xx.1970-ci il tarixinədək təhsil aldığınız və xx.xx.1971-ci il tarixindən xx.xx.1972-ci il tarixinədək hərbi xidmətdə olduğunuz dövrlər, eyni zamanda əmək kitabçanızın surətində qeyd edilən digər dövrlər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 39 il 11 ay sığorta stajına və xx.xx.2006-cı il tarixindən fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 64662,56 manat pensiya pensiya kapitalı əsasında əmək pensiyanız yenidən hesablanmış və xx.xx.2018-ci il tarixindən 1734,54 manat müəyyən edilmişdir. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyanızın məbləği xx.xx.2021-ci il tarixindən 2320,61 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən bildirilir ki, sizin yaşa görə əmək pensiyanız qanunvericiliyin tələbləri baxımından düzgün hesablanmışdır. “X4” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən ötən dövr üzrə (xx.xx.2018-ci il tarixindən) yaranmış fərq məbləği cari pensiyanın üzərinə əlavə edilməklə ödənilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququn olduğu bildirilmişdir. Bu səbəbdən də, hesab edirəm ki, işləsəmdə işlədiyi əziyətləri hədər yerə getmişdir. İddiaçı isə indiyənə qədər işlədiyi və qanunla yenidən hesablanaraq ona düşən pensiya məbləğini tələb etmək istəyir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, İddiaçı “X4” Qanununun 7-ci maddəsinin xx.xx.2009-cu il tarixindən qüvvədə olan tələblərinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı müraciətinə əsasən, xx.xx.2006-cı il tarixinədək 39 il 11 ay sığorta stajına və xx.xx.2006-cı il tarixindən fərdi hesabın sığorta hissəsində qeydə alınmış 64662,56 manat pensiya kapitalına əsasında əmək pensiyası yenidən hesablanmış və xx.xx.2018-ci il tarixindən 1734,54 manat müəyyən edilmişdir. “X4” Qanunun 29.1-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyasının məbləği xx.xx.2021-ci il tarixindən 2320,61 manat müəyyən edilmişdir. Qanunun 1.0.8-ci maddəsinə əsasən, fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Qanunun 27.1-ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Yuxarıda qeyd olunduğu kimi, müvafiq norma fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalına şamil edilir. İddiaçı xx.xx.2009-cu il tarixdə yaşa görə əmək pensiyasının təyin edildiyi və bu tarixədək olan dövrlərin əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alındığı üçün xx.xx.2006-xx.xx.2009-cu il üzrə mövcud pensiya kapitalının yenidən hesablanması zamanı nəzərə alınması mümkünsüzdür. Qanunun 29.1-ci maddəsinə əsasən, təyin edilmiş aylıq pensiya məbləği orta aylıq nominal əmək haqqının illlik artım tempinə uyğun olaraq indeksləşdirilir. Müvafiq olaraq xx.xx.2021-ci il tarixdən 2320,61 manat müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlinir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı- seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Bakı İnzibati Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2-1(112)-5433/2022 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. DSMF-nin Xətai rayon Şöbəsinin xx.xx.2009-cu il tarixli qərarı ilə İddiaçı xx.xx.2009cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 01 iyul 2017-ci il tarixədək olan dövr üzrə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının yenidən hesablanaraq ödənilməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə cavabdehə müraciət etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli **********5 nömrəli məktubunda bildirilmişdir ki, “X4” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2009-cu il tarixindən qüvvədə olan tələblərinə əsasən sizə həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Təqdim etdiyiniz sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrünüz, o cümlədən, xx.xx.1965-ci il tarixindən xx.xx.1970-ci il tarixinədək təhsil aldığınız və xx.xx.1971-ci il tarixindən xx.xx.1972-ci il tarixinədək hərbi xidmətdə olduğunuz dövrlər, eyni zamanda əmək kitabçanızın surətində qeyd edilən digər dövrlər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 39 il 11 ay sığorta stajınıza və xx.xx.2006-cı il tarixindən fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 64662,56 manat pensiya kapitalı əsasında əmək pensiyanız yenidən hesablanmış və xx.xx.2018-ci il tarixindən 1734,54 manat müəyyən edilmişdir. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyanızın məbləği xx.xx.2021-ci il tarixindən 2320,61 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən bildiririk ki, sizin yaşa görə əmək pensiyanız qanunvericiliyin tələbləri baxımından düzgün hesablanmışdır. “X4” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən ötən dövr üzrə (xx.xx.2018-ci il tarixindən) yaranmış fərq məbləği cari pensiyanın üzərinə əlavə edilməklə ödənilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İddiaçının pensiya işindən görünür ki, iddiaçı xx.xx.2009-cu il tarixdə pesiyaya çıxan zaman sonuncu iş yerindən son 24 ayın, yəni 2004-2005-ci illərin əmək haqqı arayışını təqdim etmişdir. İddiaçının xx.xx.2006-cı il tarixə 39 il 11 ay ümumi iş stajı olmuş, həmin stajdan tələb olunan əmək (sığorta) stajı 25 il, tələb olunandan artıq əmək stajı isə 14 il olmuşdur. İddiaçının “Vətəndaşların pensiya təminatı haqqqında” Qanunun 17-ci maddəsinin tələbinə uyğun olaraq orta əmək haqqının faizi aşağıdakı şəkildə hesablanmışdır: 25 il tələb olunan staja görə 60% + 28% (tələb olunandan artıq əmək stajı 14 il *2% olmaqla) =88%, Qanunun 17-ci maddəsinin tələbinə əsasən yaşa görə hesablanmış pensiyanın məbləği orta əmək haqqının 85 faizindən artıq olmamaqla müddəasına uyğun olaraq iddiaçının əmək pensiyası xx.xx.2006-cı il tarixədək təqdim etdiyi 2004-2005-ci illərin orta aylıq əmək haqqısının 85% məbləğində müəyyən olunmuşdur. Azərbaycan Milli Elmlər X1 və Dövlət İqtisad Universitetinin təqdim etdiyi 2004-2005ci illər üzər əmək haqqı arayışına əsasən iddiaçının 2004-cü il üzrə əmək haqqı 4509,99, 2005-ci il üzrə 5923,43 manat olmaqla orta əmək haqqı 4509,99+5923,43/24 ay=473,50 etmişdir. İddiaçının orta aylıq əmək haqqının- 473,50 manatın 85%-i 402,47 manat təşkil etmişdir. Alınmış orta əmək haqqından həmin vaxt qüvvədə olmuş 27-ci maddənin tələbinə uyğun olaraq 2006-cı il üçün pensiyanın baza hissəsi yəni 25 manat hisssə çıxılaraq 377,47 manat (402,47-25) məbləğ müəyyən edilmişdir. İddiaçının 2009-cu ildə pensiyaya çıxdığı nəzərə alındıqda 2006-cı il üçün müəyyən edilmiş həmin 377,47 manat pensiya məbləği pensiya təyin olunduğu 2009-cu il tarixədək illər üzrə müvafiq qaydada indeksləşdirilərək 576,31 manat (377,47 *8.3% +16%+20.8%) olduğu müəyyən edilmişdir. İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək fərdi hesabında toplanmış pensiya kapitalının 50%-nin 2009-cu il vəziyyətinə indeksləşmiş məbləği 7832,16 manat olmuşdur ki, həmin kapital qanunvericiliyin tələbinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 144-ə bölünməklə həmin dövr üçün pensiyanın sığorta hissəsi 54,39 manat (7832,16/144) hesablanmışdır. İddiaçıya pensiya təyin olunan vaxt pensiyanın baza hissəsi 75 manat təşkil edirdi. Həmin baza hissəsi yuxarıda qeyd edilən məbləğlərin üzərinə əlavə edilməklə iddiaçıya 705,70 manat (BH=75+SH=576,31+PS=54.39) pensiya hesablanmışdır. X2 592 nömrəli xx.xx.2021-ci il tarixli rəyində qeyd olunmuşdur ki, xx.xx.2006-cı il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının həcmi, xx.xx.2006-cı il tarixədək 39 il 7 ay ümumi iş stajına uyğun olaraq Qaydaların 4.2.2-ci bəndinə əsasən (39*306)+(306/12*7) olmaqla 12112.50 manat toplanmışdır. Qaydaların 4.2.3-cü bəndinə əsasən xx.xx.2006-cı il tarixə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 12112,50 manat pensiya kapitalının xx.xx.2017-ci il tarixə indeksləşdirilmiş məbləği 26269.47manat təşkil edir. İİ. xx.xx.2006-cı il tarixdən əmək pensiyasına çıxdığı xx.xx.2009-cu il tarixinədək olan dövrdə istifadə olunmamış 9079.28 manat məbləğində pensiya kapitalının 50%-i 4539.64 manat təşkil edir. İİİ. xx.xx.2009-cu il tarixdən xx.xx.2017-ci il tarixinədək olan dövrdə istifadə olunmamış pensiya kapitalının 90% həcmi 35950,89 manat təşkil edir. İV. xx.xx.2006-cı il tarixdən Qanunda dəyişiklik edilən xx.xx.2017-ci il tarixinədək olan dövrdə istifadə olunmamış pensiya kapitalının 80% həcmi, yəni (4539.64+39945.44)*80%-i 32392.43 manat V. İstifadə olunmamış pensiya kapitalının həcmi (26269.47+4539.64+39945.44+ 35588.06) 99152.42 manat təşkil edir. Vİ. İstifadə olunmamış pensiya kapitalının həcminə görə əlavə hesablanan aylıq məbləğ 1377,12 manat ((istifadə olunmamış pensiya kapitalının həcmi) 99152,42/72 ay) təşkil edir “X4” Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı)—hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. “X4” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 377 saylı 6 mart 2006-cı il tarixli Fərmanının 2.9-cu bəndinə əsasən həmin Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır. “X4” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununun tətbiqi və “X4” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişikliklər edilmiş və Azərbaycan Respublikası Prezidentinin 1352 saylı xx.xx.2017-ci il tarixli Fərmanına əsasən “X4” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqinin təmin edilməsi qərara alınmışdır. “X4” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1352 saylı 01 may 2017-ci il tarixli Fərmanı ilə Qanunun “2.9cu bəndinə əsasən, həmin Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır” bəndi ləğv edilmişdir. “X4” Qanunun 1.0.8-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən (hazırda) qüvvədə olan redaksiyasına görə fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; Həmin Qanunun 1.0.8-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına görə fərdi hesabın sığorta hissəsi - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq sığortaolunanlər üzrə ödənilmiş və əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan məcburi dövlət sosial sığorta haqlarının qeydə alındığı subhesabdır. “X4” Qanunun 27.1-ci maddəsinə əlavə edilmiş və 1 iyul 2017-ci il tarixdən qüvvədə olan üçüncü cümləsində qeyd edilir ki, sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. İddiaçının əmək pensiyasının yenidən hesablanması üçün müraciət etdiyi vaxt qüvvədə olmuş “X4” Qanunun 37.3.1-ci maddəsinə yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. İşin hallarından görünür ki, xx.xx.2009-cu il tarixli qərarı ilə İddiaçı xx.xx.2009-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı hal-hazıra kimi Azərbaycan Dövlət İqtisad Universitetində işləyir. Cavabdeh tərəfindən iddiaçıya pensiya yenidən hesablanması zamanı qanunvericiliyin tələblərinə zidd olaraq düzgün hesablanmamış və bu səbəbdən də iddiaçının hüquqları pozulmuşdur. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, İddiaçı 2006-cı il 1 yanvar tarixdən 2017-ci il 1 iyul tarixədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınan və istifadə olunmamış pensiya kapitalının yenidən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2-1(112)-5433/2022 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı 2006-cı il 1 yanvar tarixdən 2017-ci il 1 iyul tarixədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınan və istifadə olunmamış pensiya kapitalının yenidən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-522/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-522/2023
18.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver