Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-522/2025 24.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər: X9 və X17) qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: “iddianın mümkünlük şərti”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qız və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, ünvan 2lı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və üçüncü şəxs X4 nümayəndəsi və vəkili X21 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X9 və X17) qarşı “çıxarışların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1551/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. Cavabdehin məhkəməyə ünvanlandığı xx.xx.2024-cü il tarixli 3-21-3-30/2- 29430/2024 nömrəli məktubunda qeyd etmişdir ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Cəfər Cabbarlı küçəsi 143C saylı fərdi yaşayış evi ilkin olaraq xx.xx.2014-cü il tarixdə X12 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 37 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli 4Ə-01/264 reyestr nömrəli yaşayış evinin bağışlama müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixdə X13 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 37 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli 4Ə-400 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixdə X4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.
2. Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 275 nömrəli sərəncamı ilə X14 Biləcəri qəsəbəsi ərazisində fərdi yaşayış evini tikmək üçün 600 kv.metr torpaq sahəsi ayrılmışdır.
3. Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan RX nömrəli ******* nömrəli çıxarışına əsasən, ünvan 1 ünvanında olan fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdə X12 adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır.
4. xx.xx.2014-cü il tarixli fərdi yaşayış evinin bağlanması müqaviləsindən görünür ki, X12 özünə məxsus olduğu ünvan 1 ünvanında olan fərdi yaşayış evi qohumu X15 bağışlamışdır.
5. Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan RX nömrəli ******* nömrəli çıxarışına əsasən, ünvan 1 ünvanında olan fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdə X13 adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır.
6. X17 Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanan ərizəsi ilə bildirmişdir ki, ünvan 3ləşən fərdi yaşayış evinin çıxarış və texniki pasportda səhvən M.Ə.Rəsulzadə əvəzinə Biləcəri qəsəbəsi yazılmışdır. Həmin çıxarış və texniki pasportda düzəliş edilməsi üçün sənədlərin yenidən qəbul edilməsini xahiş etmişdir.
7. Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan RX nömrəli ******* nömrəli çıxarışına əsasən, ünvan 4 ünvanında olan fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdə X13 adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır.
8. xx.xx.2014-cü il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X17 özünə məxsus olan ünvan 4 ünvanında olan fərdi yaşayış evini alıcı X4 mülkiyyətinə vermişdir.
9. Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan RX nömrəli ******* nömrəli çıxarışına əsasən, ünvan 5 ünvanında olan fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdə X4 adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır.
10. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 336 nömrəli qərarında qeyd edilmişdir ki, X7 Binəqədi rayonu 9 mkr., C.Cabbarlı küçəsində əlavə edilmiş cizgiyə uyğun olaraq 200 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətinə alqı-satqı yolu ilə ayrılmışdır.
11. AZ-İ seriyalı 757368 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X11 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir.
12. 392642 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən X11 ilə İddiaçı arasında olan nikah xx.xx.1990-cı il tarixdə qeydə alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mübahisəli fərdi yaşayış sahəsinə dair X12, X13 və X4 adına dövlət reyestrində qeydiyyatların aparılmasına dair hərəkətlərin qanunsuz hesab edilməsi, X14 adına dövlət reyestrində aparılmış qeydiyyat və onun adına verilmiş xx.xx.2014-cü il tarixdə tərtib edilən RX ******* saylı çıxarışın, X13 adına dövlət reyestrində aparılmış qeydiyyat və onun adına verilmiş RX ******* saylı və RX ******* saylı çıxarışların və X4 adına dövlət reyestrində aparılmış qeydiyyat və onun adına verilmiş xx.xx.2014-cü il tarixdə RX ******* saylı çıxarışların ləğv edilməsini xahiş etmişdir.
14. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 336 №-li qərarı, xx.xx.2004-cü il tarixli 189 №- li müqavilə sənədi əsasında ünvan 6 ünvanında olan 200 kv.m. torpaq sahəsi X2. Hazırda, həmin ünvanda mərhum X5 həyat yoldaşı İddiaçı rəsmi qeydiyyatda olmaqla, öz övladları ilə birlikdə orada daimi yaşayır. Eyni zamanda, Binəqədi Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 275 №-li sərəncamı ilə Biləcəri qəsəbəsi ərazisində X14 fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Lakin, X18 xx.xx.2013-cü il tarixdə vəfat etmiş və onun vəfatından bir ilə yaxın müddət keçdikdən sonra, yuxarıda qeyd edilən torpağa dair ilkin sənədə zidd olaraq, vəfat etmiş X12 adına xx.xx.2014-cü il tarixdə RX ******* saylı çıxarış verilmişdir. Bundan sonra, vəfat etmiş X18 həmin fərdi yaşayış evini X15 özgəninkiləşdirmiş və sonuncunun adına RX ******* saylı çıxarış verilmişdir. X3 müraciət edərək, ünvan 7 ünvanında göstərilən fərdi yaşayış evinin çıxarış və texniki pasportunda “M.Ə.Rəsulzadə qəsəbəsi” əvəzinə səhvən “Biləcəri qəsəbəsi” yazıldığını və düzəliş olunmasını xahiş etmişdir. Bundan sonra, heç bir aradırma aparılmadan və heç bir əsas olmadan xx.xx.2014-cü il tarixli RX ******* saylı çıxarışla ünvan 8 ünvanı qeyd edilməklə, X13 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyat aparılmışdır. Bundan sonra, xx.xx.2014-cü il tarixdə RX ******* saylı çıxarışla fərdi yaşayış evi X4 xüsusi mülkiyyətinə verilmişdir. X9 məhkəməyə müraciət edərək ərizəçi İddiaçı rəsmi qeydiyyatda olmaqla daimi yaşayadığı fərdi yaşayış evinə iddia etmiş və həmin evin ona məxsus olduğunu bildirmişdir. Nəzərinizə çatdırmaq istəyirik ki, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi ilə X4 adına qeydiyyata alınmış torpaq sahəsinin İddiaçı rəsmi qeydiyyatda olmaqla daimi yaşayadığı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə heç bir aidiyyəti olmadığı müəyyən edilmişdir. Bu səbəbdən hesab edir ki, X12, X13 və X4 adına, ünvan da daxil olmaqla, dövlət reyestrində aparılmış qeydiyyatlar əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Məsələ ilə əlaqədar iddiaçı cavabdehə yazılı müraciət edərək, X14 adına dövlət reyestrində aparılmış qeydiyyat və onun adına verilmiş xx.xx.2014-cü il tarixdə tərtib edilən RX ******* saylı çıxarışın, X13 adına dövlət reyestrində aparılmış qeydiyyat və onun adına verilmiş RX ******* saylı və RX ******* saylı çıxarışların və X4 adına dövlət reyestrində aparılmış qeydiyyat və onun adına verilmiş xx.xx.2014-cü il tarixdə RX ******* saylı çıxarışın ləğv edilməsini xahiş etmişdir. Lakin, cavabdeh iddiaçının müraciətinə cavab verməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2221/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qərarı ilə də hazırkı mübahisənin inzibati məhkəmə icraatının predmetinə aid olması göstərilmişdir.
15. Cavabdeh iddiaçının iddia ərizəsinə etirazı onunla əsaslandırılmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evinə dair məhkəmə mübahisəsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2221/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı İdarəyə daxil olmuşdur. Qeyd olunanlarla yanaşı, ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evi üzərində Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3344/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı əsasında həbs qoyulmuş, Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)- 1801/2018 saylı bildirişi, Binəqədi RM-in 2(001)- 12781/2017 saylı bildirişi, Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-7108/2019 saylı bildirişi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-66/2022 saylı xx.xx.2022 tarixli bildirişləri əsasında daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparılmışdır. ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evi Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 275 saylı, xx.xx.1999-cu il tarixli sərəncamı, yerləşmə cizgisi və Binəqədi rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış eskiz layihə əsasında X12 adına xx.xx.2014-cü ildə daşınmaz əmlakın dövlət reyetsrində ilkin qeydiyyata alınmış, ünvan “ünvan 12dilmişdir. Daha sonra sözügedən fərdi yaşayış evi xx.xx.2014-cü il tarixli, 4Ə-01/264 saylı fərdi yaşayış evinin bağışlama müqaviləsi əsasında xx.xx.2014-cü il tarixdə X13 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X17 hüquqların dövlət qeydiyyatı zamanı yazılarda buraxılmış texniki səhvlərin düzəldilməsi haqqında ********** saylı ərizə ilə müraciət edərək ona təqdim edilmiş texniki pasport və çıxarışda ünvanın “Biləcəri qəsəbəsi” əvəzinə “M.Ə.Rəsulzadə” qəsəbəsi qeyd edilməsini xahiş etmişdir. Müvafiq ərizə tərəfimizdən icra edilərək X15 “ünvan 13 ünvanı ilə xx.xx.2014cü il tarixli çıxarış və xx.xx.2014-cü il tarixli texniki pasport verilmişdir. Daha sonra sözügedən fərdi yaşayış evi 4Ə-400 saylı, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda sonuncunun mülkiyyətindədir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 fevral 2020- ci il tarixli qərarında qeyd edilmişdir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına əlavə və dəyişikliklər edilsin və 17-ci bənd aşağıdakı redaksiyada verilsin: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən iddia tələbinin “X12 adına dövlət reyestrində aparılmış qeydiyyat v onun adına verilmiş xx.xx.2014-cü il tarixdə tərtib edilən RX ******* saylı çıxarışın ləğv edilməsi”-nə aid hissədə mümkün sayılmamasını, qalan hissədə isə təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
16. Üçüncü şəxs X9 iddiaçının iddia ərizəsinə etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışların ləğv edilməsi və daşınmaz əmlakın reyestrindən qeydlərin silinməsi” tələbinə dair iddiası üzrə inzibati iş məhkəmənin icraatınızdadır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o hazırda ünvan 14 ünvanda öz övladları ilə birlikdə yaşayır. Binəqədi rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 275 №-li sərəncamı ilə Biləcəri qəsəbəsi ərazisində X14 fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmış, X18 22 may 2013-cü il tarixdə vəfat etmiş və onun vəfatından bir ilə yaxın müddət keçdikdən sonra, yuxarıda qeyd edilən torpağa dair ilkin sənədə zidd olaraq, vəfat etmiş X12 adına xx.xx.2014-cü il tarixdə RX ******* saylı çıxarış verilmişdir. Bundan sonra, vəfat etmiş X18 həmin fərdi yaşayış evini X15 özgəninkiləşdirmiş və sonuncunun adına RX ******* saylı çıxarış verilmişdir. X3 müraciət edərək, ünvan 7 ünvanında göstərilən fərdi yaşayış evinin çıxarış və texniki pasportunda “M.Ə.Rəsulzadə qəsəbəsi” əvəzinə səhvən “Biləcəri qəsəbəsi” yazıldığını və düzəliş olunmasını xahiş etmişdir. Bundan sonra, heç bir aradırma aparılmadan və heç bir əsas olmadan xx.xx.2014-cü il tarixli RX ******* saylı çıxarışla ünvan 16 ünvanı qeyd edilməklə, X13 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyat aparılmışdır. Bundan sonra, xx.xx.2014-cü il tarixdə RX ******* saylı çıxarışla fərdi yaşayış evi X4 xüsusi mülkiyyətinə verilmişdir. X9 məhkəməyə müraciət edərək ərizəçi İddiaçı rəsmi qeydiyyatda olmaqla daimi yaşayadığı fərdi yaşayış evinə iddia etmiş və həmin evin ona məxsus olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi ilə X4 adına qeydiyyata alınmış torpaq sahəsinin İddiaçı rəsmi qeydiyyatda olmaqla daimi yaşadığı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə heç bir aidiyyəti olmadığı müəyyən edildiyi və bu səbəbdən də X12, X13 və X4 adına, ünvan da daxil olmaqla, dövlət reyestrində aparılmış qeydiyyatlar əsassız və qanunsuz olduğundan ləğv edilməsini istəmişdir. Qeyd olunan işdə X9 3-cü şəxs qismində işə cəlb edilmişdir. Hesab edir ki, iddiaçının hazırkı iddia tələbi tam əsassızdır və rədd edilməlidir. İddia ərizəsinin əsassız olmasını sübuta yetirən hallar (sənədlər və s.) aşağıdakılardan ibarətdir: İlk növbədə qeyd edilməlidir ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ mövcud deyildir. Belə ki, sadalanan sənədlərdə Binəqədi Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 275 №-li sərəncamı ilə Biləcəri qəsəbəsi ərazisində X14 fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsinin, bunun əsasında çıxarışın verilməsinin, daha sonra həmin çıxarışın X13 adına rəsmiləşdirilməsinin və sonra həmin evin X1 və sonda onun adına rəsmiləşdirilməsinin iddiaçıya heç bir aidiyyəti yoxdur. İddiaçı vəfat etmiş X12 ailə üzvü və ya vərəsəsi deyildir. Digər tərəfdən o, X13 da ailə üzvü deyildir. Hazırda onun belə bir iddia tələbi ilə məhkəməyə müraciət etməsi tamamilə əsassızdır. Bundan əlavə iddiaçının ərizəsində göstərilən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 10 dekabr 2004-cü il tarixli 336 №-li qərarı, 09 dekabr 2004-cü il tarixli 189 №-li müqavilə sənədi əsasında mərhum həyat yoldaşı X5 adına verilmiş torpaq sahəsi ilə bağlı bildirilməlidir ki, iddiaçı hazırda ləğv olunmasını istədiyi evin həmin torpaq sahəsi üzərində yerləşməsi ilə bağlı qarşılıqlı iddia, habelə ailə üzvləri ilə birlikdə ilkin iddia olaraq məhkəməyə müraciət etmiş, bütün instansiya məhkəmələrində işə baxılaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-2221/2023 saylı Qərarı ilə həm ilkin iddiası, eləcə də qarşılıqlı iddiası rədd edilmişdir. Məsələ burasındadır ki, iddiaçı ərizəsində X4 iddiaçıya qarşı iddia tələbi ilə məhkəməyə müraciət etdiyi qeyd edir, ancaq nədənsə həmin müraciətin yekununa dair məhkəmə aktının olmasını qeyd etmir. Məhz yuxarıda adıçəkilən qərarla iddiaçının hazırkı iddia tələbinin əsasını təşkil edən və guya evin ona məxsus torpaq sahəsi üzərində tikilməsinə dair fikirlərinə münasibət bildirilmiş və yekun məhkəmə aktı ilə iddia tələbi rədd edilmişdir (əlavə olunur). Göründüyü kimi qeyd edilən qərar predusial əhəmiyyətə malikdir və hazırkı iş üzrə də həmin qərarda qeyd edilən halların sübut edilməsinə ehtiyac yoxdur. İddiaçının əlavə olaraq ərizəsində göstərdiyi, heç bir hüquqi qüvvəsi olmayan və necə əldə edilməsi məlum olmayan xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinin əksinə olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(102)- 2221/2023 saylı Qərarında göstərilmiş (78 və 79 bənd üzrə) və həmin iş üzrə materiallarında olan “X23 və Ekspertiza Mərkəzi” MMC-nin verdiyi mütəxəssis rəyində, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/4789 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyində İddiaçı və övladlarının hazırda zəbt etdiyi evin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətinə aid olduğundan Bakı şəhəri, Binəqədi bələdiyyəsinin 336 saylı xx.xx.2004-cü il tarixli qərarı ilə Binəqədi rayonu, 9-cu mikrorayon, C.Cabbarlı küçəsində əlavə olunmuş cizgiyə uyğun olaraq C.İ.Məmmədova satılmış 200 kv.m torpaq sahəsi ilə üst-üstə düşmədiyi aşkar surətdə qeyd edilmiş, onların hazırda zəbt edərək yaşadıqları iş üzrə mübahisələndirilən fərdi yaşayış evinin Bakı şəhəri, ünvan 17 ünvanına uyğun gəldiyi göstərilmişdir. Həmin işdə həm hazırkı iş üzrə digər 3-cü şəxs X17, həm də hazırkı iddia ərizəsində adıçəkilən X12 hüquqi varisi X22 iştirak etmişdir. Bütün bunlar bir daha göstərir ki, iddiaçının hazırkı tələbi irəli sürməyə subyektiv hüququ olmamaqla bərabər iddia tələbi də tam əsassızdır və rədd edilməlidir.
17. Bundan sonra üçüncü şəxs X9 iddiaçının iddia ərizəsinə etiraza əlavə ilə məhkəməyə müraciətə edərək bildirmişdir ki, iddiaçı hazırkı iddia üzrə Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(102)-2221/2023 saylı qərarı ilə (Bakı Apellyasiya Məhkəməsinin baxılmamış saxlama qərardadına münasibətdə) ona verilmiş subyektiv hüquqdan suiistifadə etmişdir. Belə ki, iddiaçı iddia ərizəsində mübahisəli fərdi yaşayış sahəsinə dair X12, X13 və X4 adına dövlət reyestrində qeydiyyatların aparılmasına dair hərəkətlərin qanunsuz hesab edilməsini, habelə bununla bağlı X14 adına dövlət reyestrində aparılmış qeydiyyat və onun adına verilmiş xx.xx.2014-cü il tarixdə tərtib edilən RX ******* saylı çıxarışın, X13 adına dövlət reyestrində aparılmış qeydiyyat və onun adına verilmiş RX ******* saylı və RX ******* saylı çıxarışların və X4 adına dövlət reyestrində aparılmış qeydiyyat və onun adına verilmiş xx.xx.2014-cü il tarixdə RX ******* saylı çıxarışların ləğv edilməsini istəyir. Bu tələbinin prosessual hüquqi əsasının Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2221/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qərarı ilə müəyyən edildiyini bildirir. Məsələ burasındadır ki, Ali Məhkəmənin adıçəkilən qərarında iddiaçının bununla bağlı tələbinin (prosessual hüquqi əsası) mümkün dairəsi konkret olaraq müəyyən edilmişdir. Belə ki, həmin qərarla müəyyən edilmişdir: “Həmçinin apellyasiya instansiyası məhkəməsi inzibati məhkəmə icraatı qaydasında baxılmalı olması əsası ilə ikinci mülki iş üzrə İddiaçı “Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 143C saylı evin xüsusi mülkiyyət hüququ əsasında X13 adına verilmiş RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi” barədə iddiası və birinci iş üzrə “ünvan 18 ünvanda yerləşən 0.02425 hektar torpaq sahəsində tikilmiş 2 mərtəbəli ev kimi X12 adına daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyatla bağlı verilmiş seriya ******* saylı xx.xx.2014-cü il tarixli çıxarışın etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinə xitam verərkən də düzgün nəticəyə gəlmişdir. Belə ki, qarşılıqlı iddia ərizəsi və müstəqil iddia ərizəsində qoyulan tələblərdən mübahisəli evin ünvan 19 ünvanda yerləşən 0,02425 ha. torpaq sahəsində tikilmiş 2 mərtəbəli ev kimi X12 adına daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyatının düzgün olmaması və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Ərazi İdarəsi tərəfindən seriya ******* saylı, xx.xx.2014-cü il tarixli çıxarışın, həmçinin A.Məmmədovun adına aparılmış reyestr yazısında düzəliş aparılmaqla, evin ünvanındakı “Biləcəri qəsəbəsi” sözlərinin “Rəsulzadə qəsəbəsi” sözləri ilə əvəz edilməsinə dair X13 adına verilmiş seriya RX N0476024 saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli reyestrdən Çıxarışın qanuniliyinin mübahisələndirilməsi mahiyyəti üzrə inzibati orqanı qanunsuz hərəkətləri nəticəsində düzgün qeydiyyatın aparılmaması barədə mübahisə olmaqla, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan tələblərdir. Həmçinin həmin qərarla müəyyən edilmişdir ki, “N.Quliyevin adından A.Məmmədovla bağlanmış bağışlama müqaviləsinin (N.Quliyevin ölümü səbəbi ilə) etibarsız hesab edilməsi tələbinin birbaşa mülki hüquq normalarının təsir dairəsinə daxil olması barədə kassasiya şikayətinin dəlilləri isə barəsində kassasiya şikayəti verilən qərardadın baxış predmeti olmayıb. Çünki həmin hissədə iddianın rədd edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi vardır.” Göründüyü kimi Ali Məhkəmənin adıçəkilən qərarı ilə iddiaçının tələbinin dairəsi və həcmi artıq müəyyən edilmişdir. Lakin, buna baxmayaraq iddiaçı hazırkı iddia tələbində bu dairədən kənara çıxmışdır. Bu mənada hesab edir ki, iddia tələbi digər hissələrdə Azərbayucan Respublikası İnzibati prosessual Məcəllənin (bundan sonra - İPM) 35-ci maddəsinə uyun olaraq iddia həmin hissələrdə qeyri mümkün hesab edilməlidir. Daha sonra artıq iddiaçı iddia ərizəsində tələbinin maddi hüquqi əsası kimi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 10 dekabr 2004-cü il tarixli 336 №-li qərarı, 09 dekabr 2004-cü il tarixli 189 №-li müqavilə sənədi əsasında istinad etmişdir. Lakin, Ali Məhkəmənin qərarında göstərilə ekspert rəyi ilə müəyyən edilmişdir ki, həmin ərazidə bələdiyyə torpağı yoxdur, dövlət torpağıdır. Yəni artıq ekspert rəyi ilə iddiaçının subyektiv hüququnun maddi hüquqi əsası kimi göstərdiyi hal aradan qaldırılmışdır. Belə ki, Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(102)-2221/2023 saylı Qərarında (78 və 79 bənd üzrə) həmin iş üzrə materiallarında olan “X23 və Ekspertiza Mərkəzi” MMC-nin verdiyi mütəxəssis rəyində, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/4789 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyində İddiaçı və övladlarının hazırda zəbt etdiyi evin yerləşdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə aid olduğundan Bakı şəhəri, Binəqədi bələdiyyəsinin 336 saylı xx.xx.2004-cü il tarixli qərarı ilə Binəqədi rayonu, 9-cu mikrorayon, C.Cabbarlı küçəsində əlavə olunmuş cizgiyə uyğun olaraq C.İ.Məmmədova satılmış 200 kv.m torpaq sahəsi ilə üst-üstə düşmədiyi aşkar surətdə qeyd edilmiş, həmçinin onların hazırda zəbt edərək yaşadıqları iş üzrə mübahisələndirilən mübahisəli fərdi yaşayış evinin ünvanının Bakı şəhəri, ünvan 17-yə uyğun gəldiyi göstərilmişdir. İş materiallarında həm mütəxəssis rəyi, həm ekspert rəyi olmasında baxmayaraq iddiaçı hansısa mütəxəssis rəyini əsas gətirməklə öz absurd iddiasına hüquqi don geyindirməyə çalışır. Məlum olduğu kimi mütəxəssis rəyi ekspert rəyini əvəz etmir. Xüsusilə diqqət edilməlidir ki, iddiaçı əlində yerləşmə yeri məlum olmayan torpağa dair bələdiyyə sənədinə əsaslanmaqla, Bakı şəhəri, ünvan 17 ünvanında yerləşən və mövcud olan fərdi yaşayış evinə dair çıxarışları mübahisələndirir. Hansı ki, torpaq sahəsi və yaşayış evi hər biri ayrıca daşınmaz əmlak hesab olunurlar. Belə ki, Mülki Məcəlləyə əsasən yaşayış evi torpaq sahəsindən fərqli olaraq ünvan verilən fərdi müəyyən əşyadır. (MM 135.7. Başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdimüəyyən əşyalar əvəzedilməz əşyalar sayılır.) Yəni mənzil və evin özünə xas əlaməti ona verilən fərdi ünvanın olması hesab edilir. Bu mənada qeyd edilməlidir ki, iddiaçının mübashisəli evlə istinad edilən bələdiyyə sənədinin heç bir bağlılığı müəyyən edilmədiyindən iddiaçının fərdi yaşayış evinə dair hər hansı hüquqmüəyyənedici sənədi mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Bundan əlavə iddiaçının ərizəsində göstərilən mərhum həyat yoldaşı Məmmədov Cahangir Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər. Yuxarıda göstərilənləri, həmçinin İPM-in 35 və 68-ci maddələrinə nəzərə alaraq məhkəmədən, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışların ləğv edilməsi və daşınmaz əmlakın reyestrindən qeydlərin silinməsi” tələbinə dair iddia ərizəsinin Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(102)-2221/2023 saylı Qərarında müəyyən edilmiş dairədən kənar hissədə mümkünsüz hesab edilməsi barədə qərardad, qalan hissədə iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir
18. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1551/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.
19. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, işin hərtərəfli, tam və obyektiv araşdırılması və yol verilən formal xətaların aradan qaldırılması məqsədilə iddiaçıya iddia predmeti olan mübahisələndirilən ünvana dair bütün hüquqmüəyyənedici sənədlərin təqdim edilməsi, həmçinin iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. Lakin məhkəmə tərəfindən göstərilən hüquqi yardım iddiaçı tərəfindən nəzərə alınmamışdır. İddiaçı özünün təqdim etdiyi xx.xx.2023-cü il tarixli mütəxəsis rəyinə əsaslanaraq hazırkı iddianı qaldırmışdır. 32. Göründüyü kimi, iddiaçı torpaq sahəsinə dair plan-ölçü sxeminin (yerləşmə cizgisinin) olmamasına baxmayaraq Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli Qərarına əsaslanmaqla, Bakı şəhəri, ünvan 17 ünvanında yerləşən və mövcud olan fərdi yaşayış evinə dair çıxarışları mübahisələndirir. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir..
20. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 1551/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
21. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda əsaslandırılmışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə üçüncü şəxs X4 nümayəndəsi və vəkili X21 tərəfindən etiraz təqdim edilmişdir. Həmin etiraz iddia ərizəsinə etirazın məzmunu ilə oxşarlıq təşkil edir.
d) Prosses iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X4 nümayəndəsi və vəkili X21 apellyasiya şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərardadının qüvvədə saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
25. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçı və üçüncü şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun:
Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.
27. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı:
1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 2.1. məhz inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 32.1. mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 38.3. İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1 inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərardadı tam olaraq yoxlanılır.
31. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
34. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
35. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
36. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətini araşdıraraq qeyd edir ki, yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
37. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
38. Qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
39. Hazırki iş üzrə iddiaçının hüquqi marağı X14 adına dövlət reyestrində aparılmış qeydiyyat və onun adına verilmiş xx.xx.2014-cü il tarixdə tərtib edilən RX ******* saylı çıxarışın, X13 adına dövlət reyestrində aparılmış qeydiyyat və onun adına verilmiş RX ******* saylı və RX ******* saylı çıxarışların və X4 adına dövlət reyestrində aparılmış qeydiyyat və onun adına verilmiş xx.xx.2014-cü il tarixdə RX ******* saylı çıxarışların ləğv edilməsidir.
40. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarının 15.5-ci bəndinə görə, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin qərarın 15.6-cı bəndinə əsasən, qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə, məhkəmələr iddianı mümkün saymamalıdır.
41. İş materialından müəyyən edilir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin нanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan RX nömrəli ******* nömrəli çıxarışına əsasən, ünvan 1 ünvanında olan fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdə X12 adına mülkiyyət hüququ əsasında qeydə alınmışdırƏmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan RX nömrəli ******* nömrəli çıxarışına əsasən, ünvan 1 ünvanında olan fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdə X13 adına mülkiyyət hüququ əsasında qeydə alınmışdırƏmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan RX nömrəli ******* nömrəli çıxarışına əsasən, ünvan 4 ünvanında olan fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdə X13 adına mülkiyyət hüququ əsasında qeydə alınmışdırxx.xx.2014-cü il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X17 özünə məxsus olan ünvan 4 ünvanında olan fərdi yaşayış evini alıcı X4 mülkiyyətinə vermişdirƏmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan RX nömrəli ******* nömrəli çıxarışına əsasən, ünvan 5 ünvanında olan fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdə X4 adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır.
42. Eyni zamanda iddiaçının iddia tələbinin bir hissəsi X13 adına dövlət reyestrində aparılmış qeydiyyat və onun adına verilmiş RX ******* saylı çıxarışın ləğv edilməsidir. Yuxarıda qeyd edilən qərarda bağışlanma müqaviləsinin mübahisələndirilməsi baxış predmətindən çıxarılmasına baxmayaraq iddiaçı həmin tələbini də inzibati məhkəmə qaydasında mübahisələndirmişdir. 101-ci bəndində qeyd edilmişdir ki, “N.Quliyevin adından A.Məmmədovla bağlanmış bağışlama müqaviləsinin (N.Quliyevin ölümü səbəbi ilə) etibarsız hesab edilməsi tələbinin birbaşa mülki hüquq normalarının təsir dairəsinə daxil olması barədə kassasiya şikayətinin dəlilləri isə barəsində kassasiya şikayəti verilən qərardadın baxış predmeti olmayıb. Çünki həmin hissədə iddianın rədd edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi vardır.
43. Beləliklə, göstərilənlərdən aydın olur ki, iddia tələbinin predmeti olan torpaq sahəsinə və fərdi yaşayış evinə dair hal-hazırda X12, X13 və X4 hüquqları qeydiyyata alınmış, iddiaçının isə hüquq müəyyənedici sənədi olan bələdiyyə qərarına iddiaçıya ayrılmış torpaq sahəsinin yerləşmə cizgisini müəyyən edən sənəd əlavə edilməmişdir, yəni torpaq sahələrinin üst-üstə düşdüyünü təsdiq edən sənəd mövcud deyildir.
44. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.
45. Beləliklə, iddiaçının hüquqi müdafiəyə ehtiyacı olmamaqla hüquqi marağı, nəticə etibarilə iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur.
46. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd).
47. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 17-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.
48. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mübahisə predmeti olan torpaq sahəsinə dair X18, X17 və X6 verilmiş çıxarışları yox, daşınmaz əmlakın reyestrində aparılmış qeydiyyatın əsası olan inzibati aktı (sənədləri) mübahisələndirməlidir.
50. Belə ki, çıxarışın ləğvini tələb etmək, yəni bu barədə iddia qaldırmaq səlahiyyətinə malik olmaq üçün qeyd olunan çıxarışın iddiaçının hüququnu pozması imkanı mövcud olmalıdır. Belə imkan yalnız o halda mövcud olardı ki, torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd iddiaçının həmin torpaq sahəsi üzərində hüquqlarına müdaxiləyə səbəb olduğundan iddiaçı tərəfindən mübahisələndirilmiş olsun və bunun nəticəsində həmin hüquqmüəyyənedici sənəd ləğv edilmiş olsun. Başqa sözlə, iddiaçı əvvəlcə X12, X13 və X4 adına olan hüquqmüəyyənedici sənədin ləğvinə nail olmalı və yalnız bundan sonra həmin torpaq sahəsinin ona ayrılması barədə hüquqmüəyyənedici sənədlərə əsasən torpaq sahəsi üzərində hüququnun qeydə alınmasını və bu barədə müvafiq sənədlərin verilməsini tələb edə bilər.
51. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1551/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası.
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1551/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan Kassasiya şikayəti məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.