Məhkəmə qərarları › İş №2-1(103)-523/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-523/2021

09.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-523/2021 09.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi və borcun silinməsi” tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli, 2-1(82)-109/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Göstərilənlərə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 saylı qərarının müddəalarına əsaslanaraq, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Apellyasiya Şurasının 6 fevral 2018-ci il tarixli **********917600 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin “vergilərin hesablanması barədə” **********528400 nömrəli, 02 mart 2017-ci il tarixli qərarı ilə 2016-cı il üzrə kameral yoxlama nəticəsində mənfəət vergisi üzrə 23.883,30 manat əlavə vergi hesablanmışdır. Qərarda göstərilir ki, bəyannamədə göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumata görə, baza məlumatlarına əsasən 119416.50 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirlər çıxılan xərclər müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Apellyasiya Şurasının 06 fevral 2018-ci il tarixli, **********917600 nömrəli qərarı ilə hüquqi şəxs İddiaçı MMC-nin kameral vergi yoxlamasının nəticələrindən narazılıq barədə 09.01.2018-ci il tarixli və 10.01.2018-ci il tarixli şikayətləri təmin edilməmiş, Vergilər Nazirliyinin “İnzibati şikayətin təmin edilməsi haqqında” 09.06.2017-ci il tarixli **********781800 nömrəli qərarı qüvvədə saxlanılmışdır. Qərarda göstərilir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, 2016-cı il üzrə “Mənfəət vergisinin bəyannaməsi”nin 221.1ci “Əmək haqqı və ona bərabər tutulan ödəmələr” sətrində 1600 manat, 221.1-ci “Sosial sığorta haqları” sətrində 352 manat, 221.13-cü “Bank xidməti üzrə xərclər” sətrində 616 manat, cəmi 2568 manat xərc məbləğləri vergi orqanının baza məlumatlarına əsasən öz təsdiqini tapsa da, 221.4-cü “malın dəyəri” sətrində göstərilmiş 119416,50 manat xərc məbləği vergi orqanlarının baza məlumatları ilə öz təsdiqini tapmamışdır. Bu hal vergi orqanı tərəfindən vergidən yayınma halı kimi qiymətləndirilərək Cəmiyyətə 01.02.2017-ci il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və tələb olunan sənədlər təqdim edilmədiyi üçün 02.03.2017-ci il tarixli **********528400 nömrəli “Vergilərin hesablanması haqqında” Qərarla 2016-cı il üzrə mənfəət vergisi bəyannaməsi üçün əlavə olaraq 23 966 manat vergi məbləği hesablanmışdır. Hesab olunur ki. cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Apellyasiya Şurasının 6 fevral 2018-ci il qərarı ilə iddiaçıya hesablanmış 3.996,92 manat vergi məbləği tam əsassızdır və ləğv edilməlidir. İddiaçı ilə Azərbaycan Dəmir Yolları QSC arasında 18 yanvar 2016-cı il müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən satıcı müqaviləyə əlavə edilmiş spesifikasiya və ya protokol spesifikasiyasına uyğun olaraq malı satır, alıcı isə alır. Həmin müqavilələrə dair qaiməfaktiralar tərtib edilmişdir. 2016-cı ilin noyabr ayında Azərbaycan Dəmir Yolları QSC Yükdaşımaları Departamentinə İddiaçı MMC tərəfindən satılmış mal-materiala görə MMCnin ƏDVG sub-uşot hesabına 22.032 manat ƏDV, bank hesabına 122.400 manat malın dəyəri mədaxil olunmuşdur. Cəmiyyətin ƏDV sub-uçot hesabına daxil olmuş 22.032 manat ƏDV-nin Vergilər Nazirliyi yanında Audit Departamentinin Topdan ticarət idarəsinin əməkdaşları, o cümlədən şöbə rəisinə müraciət edərək bildirmişdir ki, ƏDV sub-uşot hesabında olan 22.032 manat ƏDV-ni ödəyəsiniz. Bundan sonra Cəmiyyətin ƏDV subuçot hesabından digər ƏDV sub-uçot hesabına əməliyyatlarıb aparılması üçün çıxışı bağlanmışdır. MMC məcburi surətdə bu müraciət əsasında ƏDV sub-uşot hesabında olan 22.032 manat ƏDV-ni dövlət büdcəsinə ödəmiş, satmış olduğu malı-materialların sənədlərini bazar alış aktı yazmalı olmuş və həmin aktda alınmış mal-materialların dəyəri öz əksini tapmışdır. İddiaçı MMC-nin 2016-cı il mənfəət vergisinin bəyannanməsində gəlirlər 122.400 manat, alınmış malların dəyəri 119.416,50 manat və digər xərclər öz əksini tapmışdır. Lakin Vergilər Nazirliyi yanında Bakı şəhəri Lakal Gəlirlər Departamentinin "xxxx" kameral şöbəsi tərəfindən MMC tərəfindən alınmış mal-materialın dəyəri 119.416,50 manat xərc kimi əsasız olaraq, nəzərə alınmamışdır. Cəmiyyətin 2016cı ildə VN yanında Audit Departamentinin Topdan Ticarət İdarəsində yoxlama qeydiyyatında olmuş, lakin 2017-ci ildən VN yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentində yoxlama qeydiyyatına alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 4 aprel 2018-ci il tarixli qərarı ilə iş baxılması üçün aidiyyəti üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İş materialları 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə daxil olduqdan sonra iddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək, “2 mart 2017- ci il tarixli və 14 iyun 2017-ci il tarixli qərarın ləğv edilməsi, 3.996.92 manat vergfi borcunun silinməsi” kimi, cavabdeh kimi VN yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin qəbul olunmasını xahiş etmiş, məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsini qəbul olunmuş, Azərbaycan Respublikası Vergilər Nazirliyinin işdə cavabdeh kimi prosessual iştirakına xitam verilmiş və Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti inzibati məhkəmə icraatına cavabdeh kimi cəlb olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-109/2019 saylı iş üzrə qəbul etdiyi 27 dekabr 2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti “Vergilərin hesablanması barədə” **********528400 nömrəli, 02 mart 2017-ci il tarixli və 14.06.2017-ci il tarixli **********851900 nömrəli “Vergilərin hesablanması barədə” qərarları ləğv edilmiş, həmin qərar əsasında İddiaçı MMC-yə hesablanmış 3.996,92 manat əlavə vergi məbləğinin iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.07.2020-ci il tarixli, 2- 1(103)-1032/2020 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəmənin 27 dekabr 2019-cu il tarixli, 2-1(82)-109/2019 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «qərarların ləğv edilməsi və borcun silinməsi» tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2048/2020 saylı, 14 oktyabr 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyul 2020-ci il tarixli, 2-1(103)-1032/2020 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, kasasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə öz qərarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilən 26.11.2019-cu il tarixli 9167 №-li ekspert rəyinə istinad etmişdir. Məhkəmənin ekspert qarşısında qoyduğu sual konkret xarakter daşımaqla, vergi ödəyicisinin gəlirinin 122400 manat olduğu təqdirdə Vergi Məcəlləsinin 83.9-cu maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2011-ci il tarixli 55 nömrəli Qərarı tətbiq edilməklə hesablanmalı olan verginin məbləğinin müəyyən edilməsi tələb edilmişdir. Halbuki, ekspert öz rəyində hesablamalarla bağlı məsələyə ümumiyyətlə toxunmamış, qarşısında qoyulmuş suala aidiyyəti olmayan məsələlərə dair rəy tərtib etməklə, əsassız olaraq mübahisələndirilən qərara hüquqi qiymət vermişdir. İddiaçının xərci müəyyən edilmədiyindən vergi orqanı xərcləri bötüvlükdə qəbul etmədən, iddiaçının özünün bəyan etdiyi gəlirləri əsasında mənfəəti müəyyən edərək vergi hesablamışdır. Məhz bu səbəbdən məhkəmənin tamamilə əsassız hala istinad etməklə qanunsuz qərar qəbul etdiyi heç bir mübahisə doğurmur. Verginin Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş hansı qaydada hesablanması vergi orqanın öz mülahizəsi əsasında həyata keçirilir, həmin maddədə müəyyən edilmiş heç bir qayda digərlərinə münasibətdə ilkin xarakter daşımır, sözügedən maddə hesablama ilə bağlı ardıcıllığı əks etdirmir. Buna görə də vergi orqanı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 nömrəli Qərara əsaslanaraq həyata keçirilən hesablama vergi qanunvericiliyinin tələblərinə uyğundur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, müəssiəsisə təmir-tikinti və inşaatla məşğuldur. Nazirlər Kabinetinin qərarına istinad edilməsi əsassızdır. Vergi borcu hesablanarkən Vergi Məcəlləsinin müddəaları pozulub. Xərc sənədləri olmadıqda verginin necə hesablanması məcəllədə nəzərdə tutulub. Lakin bunları qoyub, Nazirlər Kabinetinin qərarına istinad edilib. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Ali Məhkəmə 14 oktyabr 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, iddiaçı cavabdehin 02 mart 2017-ci il tarixli **********528400 nömrəli «Vergilərin hesablanması barədə» qərarından şikayət verdiyi halda, yuxarıda göstərilmiş şikayət instansiyası cavabdehin 13 aprel 2017-ci il tarixli, **********633700 nömrəli «Vergilərin hesablanması barədə» qərarına dəyişiklik edir və hesablanmış vergi məbləğini azaldır, halbuki cavabdehin sözügedən 13 aprel 2017-ci il tarixli qərarı işdə ümumiyyətlə mövcud olmamaqla yanaşı, şikayət instansiyasının qərarında vergi məbləğinin konkret şəkildə hansı həcmdə (məbləğdə) azaldılması qeyd edilməmiş, yəni, həmin qərar natamam və qeyri-konkret xarakter daşımaqdadır. Beləliklə, şikayət instansiyası tarixi «09» iyun 2017-ci il kimi göstərilmiş qərar natamam və qeyri-konkret xarakter daşımaqdadır. Lakin apellyasiya instansiyası məhkəməsi işin sözügedən hallarını ümumiyyətlə araşdırmamış və bunlara diqqət yetirməmişdir. Şikayət instansiyası (yuxarı vergi orqanı) maraqlı şəxs tərəfindən təqdim olunmuş inzibati şikayət üzrə “İnzibati icraat haqqında” Qanunun 80.1.2ci maddəsinə əsasında “İnzibati şikayətin təmin edilməsi haqqında” Qərar qəbul etdikdən sonra yerli vergi orqanı yenidən həmin vergi bəyannaməsini kameral yoxlayaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 saylı Qərarına istinad edərək əlavə vergi məbləği hesablaya bilməzdi. Və yaxud hüquqi əsaslar olduğu halda təqdim edilmiş inzibati şikayət əsasında ya şikayət olunan inzibati aktı 3996,92 manat saxlanılmaqla digər hissədə qismən ləğv etməli idi. Lakin apelyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən bunları nəzərə almamışdır. Cavabdeh tərəfindən iddiaçının mənfəət vergisinin bəyannaməsi üzrə xərc kimi göstərdiyi məbləğinin hansı səbəbə görə yalnız bir hissəsinin nəzərə alıb, digər hissəsinin isə nəzərə almaması məsələsi apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamışdır. Belə ki, iddiaçı 2016-cı ilin mənfəət vergisinin bəyannaməsində gəlirlər 122400 manat, alınmış malların dəyəri 119416,50 manat və digər xərclər öz əksini tapdığı halda, cavabdeh tərəfindən alınmış mal-materialların dəyərini təşkil edən 119416,50 manat xərcin nədən nəzərə alınmaması araşdırma predmeti olmamışdır. Apellyasiya instansiyası məhkəməsi ümumiyyətlə iddiaçının hansı fəaliyyətlə məşğul olmasını, analoji müəssisənin mövcud olub-olmamasını, əlaqəli məlumatların müəyyən olunub-olunmamasını və s. amilləri araşdırmamışdır. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının iddiası cavabdehin «Vergilərin hesablanması barədə» 02 mart 2017-ci il tarixli və 14 iyun 2017-ci il tarixli qərarlarının ləğv edilməsindən və həmin qərar əsasında iddiaçıya hesablanmış 3996,92 manat əlavə vergi məbləğinin iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Vergi orqanının “vergilərin hesablanması barədə” **********528400 nömrəli, 02 mart 2017-ci il tarixli qərarı ilə 2016-cı il üzrə kameral yoxlama nəticəsində mənfəət vergisi üzrə 23.883,30 manat əlavə vergi hesablanmışdır. Qərarda göstərilir ki, bəyannamədə göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumata görə, baza məlumatlarına əsasən 119416.50 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirlər çıxılan xərclər müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Apellyasiya Şurasının 06 fevral 2018ci il tarixli, **********917600 nömrəli qərarı ilə hüquqi şəxs İddiaçı MMC-nin kameral vergi yoxlamasının nəticələrindən narazılıq barədə 09.01.2018-ci il tarixli və 10.01.2018-ci il tarixli şikayətləri təmin edilməmiş, Vergilər Nazirliyinin “İnzibati şikayətin təmin edilməsi haqqında” 09.06.2017-ci il tarixli **********781800 nömrəli qərarı qüvvədə saxlanılmışdır. Qərarda göstərilir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, 2016-cı il üzrə “Mənfəət vergisinin bəyannaməsi”nin 221.1-ci “Əmək haqqı və ona bərabər tutulan ödəmələr” sətrində 1600 manat, 221.1-ci “Sosial sığorta haqları” sətrində 352 manat, 221.13-cü “Bank xidməti üzrə xərclər” sətrində 616 manat, cəmi 2568 manat xərc məbləğləri vergi orqanının baza məlumatlarına əsasən öz təsdiqini tapsa da, 221.4-cü “malın dəyəri” sətrində göstərilmiş 119416,50 manat xərc məbləği verg orqanlarının baza məlumatları ilə öz təsdiqini tapmamışdır. Bu hal vergi orqanı tərəfindən vergidən yayınma halı kimi qiymətləndirilərək Cəmiyyətə 01.02.2017-ci il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və tələb olunan sənədlər təqdim edilmədiyi üçün 02.03.2017-ci il tarixli **********528400 nömrəli “Vergilərin hesablanması haqqında” Qərarla 2016-cı il üzrə mənfəət vergisi bəyannaməsi üçün əlavə olaraq 23 966 manat vergi məbləği hesablanmışdır. Vergi ödəyicisinin şikayətinə Nazirliyin Vergi risklərinin təhlili və nəzarəti departamentində baxılmış və 09.06.2017-ci il tarixli **********781800 nömrəli “İnzibati şikayətin təmin edilməsi haqqında” Qərarla 2016-cı il üzrə mənfəət vergisi üzrə 119.416 manat xərc məbləğinin öz təsdiqini tapmaması səbəbindən vergi ödəyicisinin öhdəliyinin şərti rentabellik norması əsasında müəyyən edilməsi qərara alınmışdır. Bu qərar əsasında Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən 14.06.2017-ci il tarixli **********851900 nömrəli “Vergilərin hesablanması barədə” Qərarla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə” 1 mart 2011-ci il tarixli 55 nömrəli Qərarına əsasən şərti rentabellik norması tətbiq edilməklə vergi ödəyicisinə 2016-ci ilin mənfəət vergisi üzrə 3.996,92 manat əlavə vergi məbləği hesablanmışdır. Birinci instansiya məhkəməsi iddiaçıya hesablanmalı olan vergi məbləğini müəyyən etmək üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş, AR Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin məhkəməyə təqdim olunmuş 26 noyabr 2019-cu il tarixli 9167 nömrəli ekspert rəyində bildirilmişdir ki, rəyin tədqiqo hissəsində göstərildiyi kimi, vergi orqanı tərəfindən müəssisəyə hesablanmış vergilə əlaqəli məlumatlara, analoji fəaliyyətlə məşqul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına və s. amillərə istinad olunmadan Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli Qərarına əsasən hesablanmışdır. Həmçinin qeyd edilir ki, iş materiallarında analoji müəssisənin mövcud olub-olmaması, əlaqəli məlumatların müəyyən olunub-olunmaması ilə bağlı sənədlər və ya məlumatlar öz əksini tapmamışdır. Yeni vergilər Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli Qərarına əsasən hesablanmamışdan əvvəl əlaqəli məlumatlara, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına və s. amillərə istinad olunmalı idi. Yuxarıda göstərilənlərdən göründüyü kimi, vergilərin hesablanması ilə bağlı qanunvericiliyin tələbləri tam şəkildə nəzərə alınmamışdır. Bundan başqa qeyd edilir ki, iş materiallarında olan vergi orqanı tərəfindən təqdim edilmiş məlumatlarda müəssisənin bir qism xərc sənədlərinin öz təsdiqini tapması qeyd edilsə də, həmin xərc sənədləri iş materiallarında mövcud deyil. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinə görə bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: (67.1.1) vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri, (67.1.2) vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar, (67.1.3) vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar, (67.1.4) vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar, (67.1.5) vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar, (67.1.6) vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar, (67.1.7) vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar, (67.1.8) vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri, (67.1.9) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı, eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi, fəaliyyət göstərilən ərazi. Həmin Məcəllənin 67.3-cü maddəısinə əsasən vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. Həmin Məcəllənin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 104.1-ci maddəsinə görə, Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, Müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydaları”na əsasən bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması qaydalarını müəyyən edir. Əlavə olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 36.2, 3.8-ci maddələri də tətbiq olunmalıdır. Vergi ödəyicisinin mənfəətini birbaşa müəyyən etmək mümkün olmadıqda Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 nömrəli qərarı ilə 20 faizlik şərti rentabellik götürülməklə həmin mənfəət vergisi müəyyən olunur. Vergi Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamentinin (yuxarıda vergi orqanı) tarixi «09» iyun 2017-ci il kimi göstərilmiş «İnzibati şikayətinin təmin edilməsi haqqında» adlanan **********781800 nömrəli qərarının «Qərara alıram» hissəsindən göründüyü kimi, iddiaçının inzibati şikayətlərinin təmin edilməsi, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 13 aprel 2017-ci il tarixli, **********633700 nömrəli «Vergilərin hesablanması barədə» qərarına dəyişiklik edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları»na uyğun olaraq hesablanmış vergi məbləğinin azaldılması qərara alınmışdır. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, iddiaçı cavabdehin 02 mart 2017-ci il tarixli **********528400 nömrəli «Vergilərin hesablanması barədə» qərarından şikayət verdiyi halda, yuxarıda göstərilmiş şikayət instansiyası cavabdehin 13 aprel 2017- ci il tarixli, **********633700 nömrəli «Vergilərin hesablanması barədə» qərarına dəyişiklik edir və hesablanmış vergi məbləğini azaldır, halbuki cavabdehin sözügedən 13 aprel 2017-ci il tarixli qərarı işdə ümumiyyətlə mövcud olmamaqla yanaşı, şikayət instansiyasının qərarında vergi məbləğinin konkret şəkildə hansı həcmdə (məbləğdə) azaldılması qeyd edilməmiş, yəni, həmin qərar natamam və qeyri-konkret xarakter daşımaqdadır. Şikayət instansiyası (yuxarı vergi orqanı) maraqlı şəxs tərəfindən təqdim olunmuş inzibati şikayət üzrə “İnzibati icraat haqqında” Qanunun 80.1.2-ci maddəsinə əsasın “İnzibati şikayətin təmin edilməsi haqqında” Qərar qəbul etdikdən sonra yerli vergi orqanı yenidən həmin vergi bəyannaməsini kameral yoxlayaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 saylı Qərarına istinad edərək əlavə vergi məbləği hesablaya bilməzdi. Və yaxud hüquqi əsaslar olduğu halda təqdim edilmiş inzibati şikayət əsasında ya şikayət olunan inzibati aktı 3996,92 manat saxlanılmaqla digər hissədə qismən ləğv etməli idi. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və haqlı olaraq hesab etmişdir ki, vergi orqanı iddiaçı şirkətin gəlirdən çıxılan xərclərinin bir hissəsini qəbul edib o biri hissəsini nəzərə almaya bilməzdi. Xərclərin bir hissəsinin təsdiqedici sənədlərinin olmadığı təqdirdə bütün xərclərə dair sənədlər təqdim edilməmiş sayılmalı idi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydaları”na əsasən bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması qaydalarını müəyyən edir. Lakin vergi orqanı göstərilənləri nəzərə almayaraq iddiaçıya əsassız vergi borcu hesablamışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti «Vergilərin hesablanması barədə» **********528400 nömrəli, 02 mart 2017-ci il tarixli qərarını ləğv etməli olduğu halda, 14 iyun 2017-cı il tarixli **********851900 nömrəli «Vergilərin hesablanması barədə» Qərarla adıçəkilən qərara düzəliş edərək Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəlin) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə» 1 mart 2001-ci il tarixli 55 nömrəli Qərarına əsasən şərti rentabellik norması tətbiq edilməklə vergi ödəyicisinə 2016-ci ilin mənfəət vergisi üzrə vergi qanunvericiliyinin tələblərini pozaraq 3996,92 manat əlavə vergi məbləği hesablamışdır. Odur ki, iddiaçı «Vergilərin hesablanması barədə» **********528400 nömrəli, 02 mart 2017-ci il tarixli və 14 iyun 2017-ci il tarixli, **********851900 nömrəli «Vergilərin hesablanması barədə» qərarların ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli, 2-1(82)- 109/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Afaq Nuriyeva Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar