Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-523/2022 31.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- N(NN2)-57N3/202N saylı, 24 avqust 202N-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının N996-cı ilin yanvar ayında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakı zamanı xəsarət almağının nəzərə alınaraq, ona müharibə veteranı adı verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx N972-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ölkəyə hücum edən zamanlarda Bakı şəhəri, Suraxanı rayon Hərbi Komissarlığı tərəfindən N992-ci ildə hərbi xidmətə çağırılmış, hərbi xidmətini MN-nin N saylı hərbi hissəsində keçərək, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş, N996cı ilin yanvar ayında döyüşdə ayağından güllə yarası almış, N2 mart N996-cı il tarixədək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında intensiv terapiya bölməsində stasionar müayinə və müalicədə olmuşdur. O, hospitaldan buraxıldıqdan sonra hərbi hissəyə qayıtmış, lakin hərbi hissədə onu xidmətə qəbul etməmiş, tərxis edildiyi bildirilmişdir. Onun Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar gedən döyüşlərdə iştirak etməyinə, döyüş zamanı yaralanmağına, hal-hazırda da ayağından aldığı xəsarətlə əlaqədar gəzməkdə çətinlik çəkməyinə baxmayaraq hələ də müharibə veteranı adı verilməmişdir. İddaiçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək, ona “Müharibə veteranı" adı verilməsini xahiş etmiş, lakin Müdafiə Nazirliyinin 06 noyabr 20N9-cu il tarixli məktubu ilə hərbi biletin notarial qaydada təsdiq edilmiş surəti tələb edilmişdir. Hərbi bileti itirdiyinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təqdim edə bilməmişdir. Belə hesab etmişdir ki, göstərdiyi əsaslara görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi üçün ona müharibə veteranı adı verilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Belə ki, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 07 iyun 20N9-cu il tarixli məktubundan görünür ki, N nömrəli hərbi hissənin sabiq əsgəri İddiaçı N8 yanvar N996-cı il tarixdən N2 mart N996-cı il tarixədək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında intensiv terapiya bölməsində stasionar müayinə və müalicədə olmuşdur. Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivin 08 iyul 20N9-cu il tarixli məktubundan görünür ki, uzun müddət hərbi hospitalda olub qayıtmadığı üçün 2-ci MAT-ın sıravi əsgəri İddiaçı N nömrəli hərbi hissə komandirinin N fevral N996-cı il tarixli 35 nömrəli əmrilə fərarilər siyahısına salınmışdır. Qeyd edilən sənədlərdən də görünür ki, iddiaçı Baş Klinik Hospitalda müalicə adlığı dövrdə onu fərarilər siyahısına salmış, bundan sonra isə hərbi hissənin sıralarından çıxarmışlar. Halbuki, onun barəsində fərariliklə əlaqədar heç bir cinayət işi açılmamış, o ümumiyyətlə adının fərarilər sırasına salınmasını təzəlikcə bilmişdir. İddiaçı imtinanın əsassız və qanunsuz olduğunu iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində Bakı şəhəri Suraxanı rayon Hərbi Komissarlığı tərəfindən N992-ci ildə həbi xidmətə çağırıldığını, hərbi xidmətini Müdafiə Nazirliyinin N saylı hərbi xidmət keçdiyini, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etdiyini, N996-cı ilin yanvar ayında döyüşdə ayağından güllə yarası aldığını, N2 mart N996-cı il tarixdən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında intensiv terapiya bölməsində stasionar müayinə və müalicə olduğunu, müalicədən sonra hərbi hissəyə qayıtdığını, lakin hərbi hissədə xidmətə qəbul edilmədiyini göstərmiş, məhkəmədən ona Müharibə Veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi üzərinə qoyaraq qərar çıxarmağı xahiş etmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Müharibə veteranı adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı (sonrakı əlavə və dəyişikliklərlə) ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin N-ci bəndinin səkkizinci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Həmin Əsasnamənin müddəalarına görə Müdafiə Nazirliyinin onunla xidməti münasibətdə olmuş o kateqoriya şəxslərə müharibə veteranı adı və vəsiqəsi vermə öhdəliyi yaranmışdır ki, həmin şəxslər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçısı olmaqla yanaşı cəlb olunduqları hərbi xidmətdən əvvəllər ehtiyata və istefaya buraxılmış olsunlar. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışla çağırıldıqları gündən hərbi qulluqçu statusu əldə edir, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. İddiaçının hərbi xidmətdən buraxılması və hərbi hissənin siyahısından çıxarılması barədə hərbi hissə komandirinin əmri olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddiaçının qanuni əsaslarla hərbi xidmətdən buraxılmadığını nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul etməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-57N3/202N saylı, 24 avqust 202N-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, cavabdeh öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin N2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarından görünür ki, - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən iddiaçıya ünvanlanmış N/2- N574N saylı, 06 noyabr 20N9-cu il tarixli məktubundan görünür ki, iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxıl olmuş ərizəsi araşdırılaraq bildirilmişdir ki, "Müharibə veteranı” vəsiqəsinin verilməsi üçün iddiaçının döyüşlərdə iştirakını təsdiq edən sənədləri (hərbi biletinin bütün səhifələrinin notarial qaydada təsdiq olunmuş surətini və ya hərbi bilet əvəzi arayışı, şəxsiyyət vəsiqəsinin surətini, yaralanma haqqında sənədi, əgər varsa hərbi xidməti haqqında arxiv arayışını və s. sənədlər) hansı hərbi hissələrdə nə vaxt xidmət etməsini qeyd etməklə ətraflı ərizəni Müdafiə Nazirliyinin Aparatı nəzdındə fəaliyyət göstərən 'Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya göndərildiyi təqdirdə komissiyanın iclasında baxılaraq müvafiq qərar qəbul oluna bilər. Əlavə olaraq bildirilmişdir kı, əgər hərbi biletdə xidmətlə bağlı qeyd yoxdursa, xidmətini müəyyən etmək mümkün olmadığı üçün xidmət dövrü aylarla qeyd edilməklə Mərkəzi Arxivə müraciət etməyi məqsədəuyğundur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Klinik Hospitalı tərəfindən verilmiş 29 may 20N9-cu il tarixli, 3909 saylı arayışdan görünür ki, arayış verilir N90 №-li hərbi hissənin sabiq əsgəri İddiaçı ondan» ötrü ki, o həqiqətən N8.0N.N996-cı il tarixdən N2.03.N996-cı il tarixədək Silahlı Qüvvələrin Baş X3 terapiya bölməsində stasionar müayinə və müalicədə olmuşdur. Diaqnoz: Sol baldırın dəlib keçən odlu güllə yaralanması. Əsas: Silahlı Qüvvələrin Baş Klinik Hospitalının N996-cı ilə məxsus N №-li "Stasionar xəstələrin qeydiyyatı" kitabının 448-ci sayındakı qeyd. Həmçinin, xəstəlik tarixçəsindən çıxarışdan görünür ki, 0N iyul 20N9-cu il tarixdə müayinə olunaraq sol ayağının qasıq nahiyəsində güllə yarasının olması müəyyən edilmişdir. - Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsi tərəfindən 08 fevral 202N-ci il tarixdə verilmiş məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, ünvan N ünvanda yaşayan xx xxxxxx N972-ci il təvəllüdlü İddiaçı 28.NN.N992-ci il tarixdə Hərbi Prokurorluq tərəfindən həbs olunaraq Bakı Qarnizonu Hərbi Tribunalının 04.02.N993-cü il tarixli Hökmünə əsasən CM-nin 24N-ci maddəsinin “b” bəndi ilə təqsirli bilinərək, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə məhkum edilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin N5.09.N993-cü il tarixli Qərarına əsasn hökm ləğv edilmiş, yenidən baxılması üçün göndərilmiş, Bakı Qarnizonu Hərbi Tribunalının N9.NN.N993-cü il tarixli Hökmünə əsasən CM-nin 243-cü maddəsinə əsasən 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhər Yasamal rayon Xalq Məhkəməsinin 28.07.N999-cu il tarixli hökmünə əsasən CM-nin 226.N-ci maddəsinin N-ci hissəsinə əsasən 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 0N.02.200N-ci il tarixli Amnistiya Qərarının N-ci maddəsinin 5-ci bəndinə əsasən azad olunmuş, Suraxanı rayon Məhkəməsinin N6.02.20N2-ci il tarixli Hökmünə əsasən CM-nin 234.N, 234.2, 66.3-cü maddəsinə əsasən 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə məhkum edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən iddiaçıya ünvanlanmış N/7- N5905 saylı, 03 dekabr 2020-ci il tarixli məktubundan görünür ki, iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparan nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 02.N2.2020-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Təqdim olunmuş sənədlərə hərbi biletin surətini və ya hərbi bilet əvəzi arayışı əlavə etmədiyinə, N992-ci ilin noyabr ayında müalicədə olmağı sənədində N nömrəli hərbi hissə qeyd olunub, ərizəsində N nömrəli hərbi hissə qeyd olunduğuna, ərizədə qeyd etdiyi N996-cı il tarixdə “ehtiyata buraxılmışam” sözləri Mərkəzi Arxivin arayışı ilə təsdiq olunmadığına görə ona “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunur. Qeyd olunan sənədləri əlavə edərək, xidmətin dəqiq tarixləri qeyd olunmaqla (hərbi hissələr üzrə) ərizə ilə təkrar təqdim olunarsa komissiyanın iclasında yenidən baxıla bilər. Əlavə olaraq bildirilmişdir ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun N4.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon şöbəsi tərəfindən verilmiş 06 may 202N-ci il tarixli, 839 saylı məktubundan görünür ki, xx xxxxxx N972-ci il təvəllüdlü İddiaçı 22 iyul N992-ci ildə müddətli həqiqi hərbi xidmətə göndərilmiş, sonrakı xidməti barədə heç bir məlumat yoxdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxiv tərəfindən verilmiş 07 may 202N-ci il tarixli, 9/2-3797 saylı məktubdan görünür ki, N90 №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh N5, sıra N74, məlumatda adı Ehtibar yazılmışdır) 26.07.N992-ci il tarixdə Bakı şəhəri Suraxanı RHK-dan çağırılmış, N8.07.N972-ci il təvəllüdlü X4 hərbi hissə komandirinin 08.NN.N995-ci il tarixli 3N2 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi və hərbi hissəni özbaşına tərk etdiyi üçün komandirin 29.03.N996-cı il tarixli NN0 №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. Xidmətini davam etdirmək üçün gəlmiş sıravi İddiaçı N90 №-li hərbi hissə komandirinin 08.NN.N995-ci il tarixli 3N2 №-li əmrilə (əsas: səh 8, § 2, sıra 5) 09.NN.N995-ci il tarixdən 2-ci MAT-un şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N90 №-li hərbi hissə komandirinin NN.NN.N995-ci il tarixli 3N5 №-li əmrilə (əsas: § 2, sıra NN) sıravi İddiaçı 2-ci MAT-da atıcı vəzifəsinə təyin edilmişdir. N90 №-li hərbi hissə komandirinin 24.N2.N995-ci il tarixli 358 №- li əmrilə (əsas: səh 6, § 2, sıra N) 2-ci MAT-un sıravisi İddiaçı 056 №-li hərbi hospitala stasionar müalicəyə göndərilərək qazan təminatından çıxarılmışdır. Uzun müddət hospitalda olub geri qayıtmadığı üçün 2-ci MAT-un sıravisi İddiaçı N90 №-li hərbi hissə komandirinin 04.02.N996-cı il tarixli 35 №-lı əmrilə (əsas: § N0, sıra 6) fərarilər siyahısına daxil edilərək 05.02.N996-cı il tarixdən ərzaq təminatından çıxarılmışdır. Hərbi hissəni özbaşına tərk etdiyi üçün sıravi XN NazirliyininTəşkilat Səfərbərlik idarəsinin 3N.0N.N996-cı il tarixli müvafiq telefonoqrammasına əsasən N90 №-li hərbi hissə komandirinin 29.03.N996-cı il tarixli NN0 №-lı əmrilə (əsas; səh N59, sıra 5N, əmrdə adı Ehtibar yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq ştatdan kənar edilərək sənədləri Azərbaycan Respublikası Silahlı X2 idarəsinə göndərilmişdir. Qeyd edirlər ki, N90 №-li hərbi hissə komandirinin N992-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. - Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsi tərəfindən 08 fevral 202N-ci il tarixdə verilmiş məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, ünvan N ünvanda yaşayan xx xxxxxx N972-ci il təvəllüdlü İddiaçı 28.NN.N992-ci il tarixdə Hərbi Prokurorluq tərəfindən həbs olunaraq Bakı Qarnizonu Hərbi Tribunalının 04.02.N993-cü il tarixli Hökmünə əsasən CM-nin 24N-ci maddəsinin “b” bəndi ilə təqsirli bilinərək, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə məhkum edilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin N5.09.N993-cü il tarixli Qərarına əsasn hökm ləğv edilmiş, yenidən baxılması üçün göndərilmiş, Bakı Qarnizonu Hərbi Tribunalının N9.NN.N993-cü il tarixli Hökmünə əsasən CM-nin 243-cü maddəsinə əsasən 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhər Yasamal rayon Xalq Məhkəməsinin 28.07.N999-cu il tarixli hökmünə əsasən CM-nin 226.N-ci maddəsinin N-ci hissəsinə əsasən 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 0N.02.200N-ci il tarixli Amnistiya Qərarının N-ci maddəsinin 5-ci bəndinə əsasən azad olunmuş, Suraxanı rayon Məhkəməsinin N6.02.20N2-ci il tarixli Hökmünə əsasən CM-nin 234.N, 234.2, 66.3-cü maddəsinə əsasən 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə məhkum edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahıdan çıxarılması barədə hər hansı bir sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar planları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bundan əlavə, Azərbaycan Respublikası müdafiə nazirinin 06.0N.N998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın N.6-cı bəndinə əsasən N988-ci il fevralın N-dən N99N-ci il oktyabrın 9-dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr N997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun N4-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan arxiv arayışlardan göründüyü kimi iddiaçı uzun müddət hospitalda müalicə olunduğdan sonra geri qayıtmadığı, hərbi hissəni özbaşına tərk etdiyi üçün heyətin siyahısından çıxarılaraq fərarilərin siyahısına daxil edildiyi, şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq ştatdan kənar edildiyindən, onun hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməli olduğundan, lakin iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilməsi barədə həm cavabdehin, həm də birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ona müharibə veteranı statusunun verilməsi barədə arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmişdir və apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas təşkil etmir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas təşkil etmədiyindən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.N və 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-57N3/202N saylı, 24 avqust 202N-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən N (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.N4, NN93-cü məh. AZN025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-523/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-523/2022
31.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver