Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-523/2023 10.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X2 ibarət tərkibdə, X4 qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1240/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Bakı şəhəri Nizami RİH-ə qarşı «200.000 manat maddi və 200.000 manat mənəvi ziyanın ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1240/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Apelyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami RİH öz sərəncamına zidd olaraq hərəkət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 20.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali X1 əsaslanaraq, məhkəmədən cavabdeh Bakı şəhər Nizami RİH-dən ona (iddiaçıya) vurulmuş maddi ziyana görə 200.000 manat, mənəvi zərərə görə 200.000 manat pulun ödənilməsi barədə qərar çıxarılması xahiş olunur. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini əsassız hesab edərək qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Apelyasiya intansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin faktiki hallarını hərtərəfli araşdıran məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi “cavabdeh Bakı şəhər Nizami RİH-dən iddiaçıya vurulmuş maddi ziyana görə 200.000 manat pulun ödənilməsi” hissəsində rədd edilməli, “cavabdeh Bakı şəhər Nizami RİH-dən iddiaçıya vurulmuş mənəvi zərərə görə 200.000 manat pulun ödənilməsi” hissəsində isə qismən təmin edilməlidir. İddia tələbinin “maddi ziyanın ödənilməsi” hissəsində rədd edilməsilə bağlı mövqeyini aşağıdakılarla əsaslandırır. İş materiallarından görünür ki, hazırkı iddiaçının mərhum əri X3 və digərlərinə məxsus olmuş, “Bakı Metropoliteni”nin “Əzizbəyov” (indiki Koroğlu) metrostansiyasının yaxınlığında yerləşən və Azərbaycan Respublikası Prezidentinin 1255 saylı 1 fevral 2006cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş «Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2005 – 2007-ci illər üçün Tədbirlər Planı»nın müddəalarının icrasını təmin etmək istiqamətində sökülmüş ticarət obyektinin bərpa olunması üçün Bakı şəhəri Nizami RİH-ə icazə verilməsi barədə Bakı ŞİH 20 fevral 2009-cu il tarxdə 77 nömrəli sərəncam vermiş və həmin sərəncam əsasında Bakı şəhəri Cavabdeh 27 fevral 2009-cu il tarixdə 93 nömrəli sərəncam vermişdir. Sonradan Bakı ŞİH-in 12 mart 2012-ci il tarixli 113 nömrəli sərəncamı ilə həmin sərəncam ləğv edilmişdir. Lakin hazırkı iddiaçı sözügedən 12 mart 2012-ci il tarxli sərəncamı onun mərhum ərinə aid hissədə mübahisələndirmiş və məhkəmə qərarı ilə iddia təmin edilərək sərəncam həmin hissədə ləğv edilmişdir. Cavabdeh Bakı şəhəri Nizami RİH-in məhkəməyə iddia ilə bağlı ünvanlanmış 4 avqust 2021-ci il tarixli 11-13/715 saylı məktubunda bildirilir ki, qeyri-yaşayış sahələrinin tikintisi üçün Bakı ŞİH başçısı 20 fevral 2009-cu il tarixli 77 saylı sərəncam qəbul edərək Bakı şəhəri Nizami RİH-ə aidiyyəti üzrə torpaq sahəsinin ayrılmasını tapşırmışdır. RİH göstərilən sərəncamın icrasını təmin etmək məqsədilə 27 fevral 2009-cu il tarixli 93 saylı saylı sərəncamı ilə rayonun müxtəlif ünvanlarında nəzərdə tutulan məqsəd üçün torpaq sahələri ayrılmışdır. Sonradan Bakı ŞİH başçısı 12 mart 2012-ci il tarixli 113 saylı sərəncamı ilə yuxarıda göstərilən öz sərəncamını ləğv etmişdir. Həmin sərəncam ləğv edildikdən sonra, Bakı şəhəri Nizami RİH başçısının 27 fevral 2009-cu il tarixli 93 saylı sərəncamı öz qüvvəsini itirmiş hesab edilmişdir. Əlavə oluraq qeyd edilir ki, həmin müddətdə və hazırda torpaq sahələrinin ayrılmasına dair müstəqil sərəncam vermək Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətinə aid olmamışdır. Azərbaycan Respublikası Prezidentinin «Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» 1 avqust 2018-ci il tarixli 226 nömrəli Fərmanı ilə Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin veilməsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətlərinə aid edilmişdir. Hazırda iddaçı İddiaçı bərpasına icazə verilmiş müvafiq obyektin sahibinin varisi kimi cavabdeh Bakı şəhəri Cavabdeh qurumun həmin sərəncamını icrası və icrasına şərait yaradılması istiqamətində hərəkət və hərəkətsizliyini mübahisələndirirərək ona dəymiş maddi və mənəvi ziyanı tələb edir. İşin faktiki hallarını hərtərəfli araşdıran kollegiya qeyd edir ki, iddiaçıya məxsus tikilinin dövlət ehtiyacı üçün sökülməsi işin mübahisəsiz halıdır və bunun nəticəsində ona dəymiş ziyanın kompensasiyası kimi qəbul edilən xx.xx.2009-cu ilvə xx.xx.2009-cu il tarixli sərəncamlar artıq 13 ildən artıqdır ki, icra olunmamış, nəticədə iddiaçının mülkiyyət hüquqları qeyri-müəyyən qalmış, iddiaçı həmin müddətdə öz fəaliyyətini realizə edə bilməmişdir. Lakin, işin digər faktiki halı da ondan ibarətdir ki, məhkəmə baxışı zamanı iddiaçı tərəf ona vurulmuş maddi ziyanı əsaslandıra bilməmiş, yəni tələb etdiyi 200.000 manat maddi ziyan məbləğinin nədə – real zərər, əldən çıxmış fayda və s. formada ifadə olunduğu faktiki müəyyən edilmir. Belə bir qeyri-müəyyənlik isə iddia tələbinin maddi ziyanın ödənilməsi hissəsində təmin edilməsinə dair qəbul ediləcək hüquqi nəticənin faktiki əsassız olması deməkdir. Qeyd edilən hallara əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin “cavabdeh Bakı şəhər Nizami RİH-dən iddiaçıya vurulmuş maddi ziyana görə 200.000 manat pulun ödənilməsi” hissəsində rədd edilməsinə dair nəticəsi qanuni və əsaslı olmuşdur. Digər tərəfdən kollegiya hesab edir ki, iddia tələbinin “cavabdeh Bakı şəhər Nizami RİH-dən iddiaçıya vurulmuş mənəvi ziyana görə 200.000 manat pulun ödənilməsi” hissəsinə münasibətdə birinci instansiya məhkəməsi tərəfindən yalnış nəticəyə gəlinmişdir. Belə ki, nə qədər ki, iddiaçıya məxsus obyektin dövlət ehtiyacları üçün sökülmüş olması və əvəzində kompensasiya ödənilməmiş olması işin mübahisəsiz halıdır, və baxmayaraq ki, söküntü ilə əlaqədar vurulmuş maddi ziyanın məbləğini müəyyən etmək mümkün olmamışdır, bu iddiaçıya məxsus obyektin dövlət ehtiyacları üçün sökülmüş olması və əvəzinin ödənilməmiş olması faktını aradan qaldırmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında göstərilmişdi ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Buna müvafiq olaraq məhkəmə kollegiyası işin sadalanan hallarını, o cümlədən iddiaçının cavabdehin qanunsuz hərəkətləri (müdaxilələri) nəticəsində qanunla qorunan hüquqlarını həyata keçirə bilmədiyini və buna görə uzun zaman mülkiyyət hüquqlarının həyata keçirilməsində məhdudiyyətlərə məruz qaldığını, bu illər ərzində gedən məhkəmə mübahisələri ilə bağlı onun mənəvi iztirab və sarsıntı keçirdiyinin istisna olunmadığını, həmin mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlılığını nəzərə alaraq mənəvi zərərə görə cavabdehdən iddiaçının xeyrinə 5000 manat pulun tutulmasını ağlabatan və ədalətli hesab edir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. AR İPM-in 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı qismən ləğv edilməli, həmin hissədə iş üzrə yeni qərar çıxarılaraq, iddia tələbi “cavabdeh Bakı şəhər Nizami RİH-dən iddiaçıya vurulmuş mənəvi ziyana görə 200.000 manat pulun ödənilməsi” hissəsində qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1240/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı qismən ləğv edilsin, ləğv edilən hissədə yeni qərar qəbul edilsin. İddia tələbi “cavabdeh Bakı şəhər Nizami RİH-dən iddiaçıya vurulmuş mənəvi zərərə görə 200.000 manat pulun ödənilməsi” hissəsində qismən təmin edilsin. Bakı şəhəri Cavabdehndən 5000 (beş min) AZN tutularaq, İddiaçı ödənilsin. Qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən bir (1) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-523/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-523/2023
10.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver