Məhkəmə qərarları › İş №2-1(103)-523/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-523/2024

07.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-523/2024 07.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi vəkil Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin tanınması tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9387/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçın cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun xarici ali təhsil sahəsində aldığı ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsindən cavabdeh tərəfindən imtinasının qanunsuz hesab edilməsi və ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi öhdəliyinin sonuncunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır: «…İddiaçı N.Nərimanov rayonu ərazisində yerləşən 193 saylı orta məktəbin rus bölməsini bitirdikdən sonra həmin il Bakı Texniki Kollecinə daxıl olmuş və kollecdə nəqliyyat vasitələrinin texniki istismarı ixtisası üzrə təhsil almış, Dövlət ixtisas Komissiyasının 28 fevral 2003-cü il tarixli qərarı ilə ona nəqliyyat vasitələrinin texniki istismarı üzrə kiçik mütəxəssis ixtisası verilmiş, bu barədə ona AB-İİ 092872 nömrəli diplom təqdim edilmişdir. O, 02 aprel 2003-cü il tarixdən 2004-cü il oktyabr ayınadək həqiqi hərbi xidmətdə olmuş, qayıtdıqdan sonra Bakı Texniki Kollecinin AB-İİ 092872 nömrəli diplomunu təqdim etməklə 2008-ci ildə Moskva Dövlət iqtisadiyyat, Statistika və İnformatika Universitetinin Maliyyə və kredit ixtisası üzrə Ali məktəbə qəbul olmuş və 2014-cü ildə ali təhsilini başa vurmuş və Dövlət İmtahan Komissiyasının 03 iyul 2014-cü il tarixli 4 nömrəli qərarına əsasən ona iqtisadçı ixtisası verilmiş, bu barədə ona 23 iyul 2014-cü il tarixli 14/5332 qeydiyyat nömrəli diplom təqdim edilmiş və institutun rektoru tərəfindən təsdiq edilərək apostile edilmişdir. Təhsilini başa vurduqdan sonra diplomun nostrifikasiya olunması üçün cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmiş, sonuncu isə 06 may 2022-cl il tarixli X-116/03-TKTA saylı cavab məktubu ilə bildirilmişdir ki, onun Alı təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, Rusiya Federasiyasının Moskva Dövlət İqtisadiyyat, Statistika və İnformatika Universitetinin tədris normativi üzrə təhsil almaq üçun tələb olunan müddətin qarşılığında o, həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyri-mümkündür. Eyni zamanda, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən, eksternat təhsilalma forması üzrə xaricdə ali təhsil almış şəxslərin aldıqları ixtisasların olkə ərazisində tanınması və ekvivalentliyinin muəıyyən edilməsi (nostrifikasiyası) mümkün deyildir. Azərbaycan Respublikası Nairlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş ‘Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentlıyinin müəyyən edilməsi (nostrifikasıyaı) Qaydalarr' nın 3 7-ci bəndinə əsasən, İddiaçı A78B8BDA3980713 nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. Cavabdehin imtinası əsassız və qanunsuzdur. Heç bir hüquqi qadağa olmadığı halda ixtisasının tanınmaması Beynəlxalq Konvensiyaya ziddir Belə kı iddiaçı ali təhsil aldığı müddətdə qarşıya qoyulan təhsil öhdəliklərini lazımı səviyyədə yerinə yetirmiş və təhsilini qanuni əsaslarla başa vurmuşdur Universitetin Azərbaycanda rəsmi olaraq tanınması onun beynəlxalq standartlara uyğun təhsil verməsinı təsdiqləyir. Cavabdeh qeyd olunan bu halları araşdırmadan qərar vermiş və haqsız olaraq diplom üzrə ixtisasını tanımamışdır…» Cavabdeh məhkəməyə ünvanladığı iddia ərizəsinə dair etirazında iddianı qəbul etməmiş, rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırmışdır: «Agentlik tərəfindən iddiaçının təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində olduğu (2008/2009-cu tədris ili üzrə- 7 gün, 2009/2010-cu tədris ili üzrə -1 gün, 2010/2011ci tədris ili üzrə - 9 gün, 2011/2012-ci tədris ili üzrə- 2 gün, 2012/2013-cü tədris ili üzrə 4 gün, 2013-2014-cü tədris ili üzrə 3 gün) müəyyən edilmişdir. Belə ki, sözügedən müddət ərzində ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə, o cümlədən onun eksternat(sərbəst) təhsilalma formasında oxuyaraq diplom əlavəsində göstərilən 53(əlli üç) əsas fənləri, 8(səkkiz) praktiki məşğələlərə aid fənləri 6(altı) tədris ilinin qarşılığında cəmi 26(iyirmi altı) gün Rusiya Federasiyasında olmaqla yerinə yerinə yetirməsi qeyri-mümkündür. Bu səbəbdən ona müvafiq sənədin verilməsindən imtina edilmiş və bu barədə məlumat xx.xx.2019- cu il tarixdə onun elektron kabinetində yerləşdirilmişdir. Hesab edilik ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9387/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Rusiya Federasiyasının Moskva Dövlət İqtisadiyyat, Statistika və İnformatika Universiteti tərəfindən İddiaçı adına verilmiş xx.xx.2014-cü il tarixli 14/5332 qeydiyyat nömrəli bakalavr diplomu (107706 0010683) üzrə aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında Şəhadətnamə şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: Məhkəmənin qərarı qanunsuz və əsassızdır. Belə ki, eksternat təhsil forması ümumi təhsildən kənarda qalan şəxslər üçün nəzərdə tutulan təhsilalma formasıdır. Məhkəmə hansı səbəbdən eksternat təhsil formasında təhsil almasını araşıdrmamışdır. Eksternat təhsil forması imtahanlarda iştirak edibetməməsini araşdırmamış, iddiaçının təhsil müddətində Rusiya Federasiyasında, ümumiyyətlə, olub-olmaması barədə DSX-ə sorğu verməmişdir. Eksternat təhsil forması ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən şəxslər üçün nəzərədə tutulmuşdur. İddiaçı bakalavr səviyyəsini 6 il ərzində bitirməsi məsələsinə məhkəmə münasibət bildirməmişdir…» Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 mart 2023-cü il tarixli 2- 1(102)-815/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)-1501/2023 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin həmin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün qaytarılmışdır. Məhkəmə kollegiyasının təkrar apellyasiya baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi S.Mirzəzadə apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını, iddiaçının nümayəndəsi vəkil Nümayəndə isə onunla razılaşmamış, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, idianın rədd edilməsi barədə yeni qəarar çıxarılmalıdır. İşin təkrar apellyasiya qaydasında baxılması zamanı, Ali Məhkəmənin iş üzrə qərarında qeyd olunan hüquqi mövqeyi nəzərə alınmaqla, müəyyən edilən halları aşağıdakılardan ibarətdir. Birincisi, iş materiallarına əsasən iddiaçının 2008-2014-cü illərdə eksternat təhsilalma formasında Moskva Dövlət iqtisadiyyat, Statistika və İnformatika Universitetinin Maliyyə və kredit ixtisası üzrə təhsil aldığı və ona imtahan komissiyasının 03 iyul 2014-cü il tarixli 4 nömrəli qərarına əsasən iqtisadçı ixtisası üzrə 23 iyul 2014-cü il tarixdə 14/5332 qeydiyyat nömrəli diplom verildiyi və təhsil müəssisəsinin rektoru tərəfindən apostile olunduğu işin mübahisələndirilməyən halıdır. Konkret halda, cavabdeh tərəfindən işin mübahisələndirilən halları ondan ibarətdir ki, iddiaçı birincisi, təhsil aldığı Rusiya Federasiyasında olduğu qüsa müddət ərzində (cəmi 26 gün) ona diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə, o cümlədən, onun eksternat (sərbəst) təhsilalma formasında oxuyaraq, diplom əlavəsində göstərilən 53 əsas fən, 8 praktiki məşğələlərə aid fənləri 6 tədris ilinin qarşılığında yerinə yerinə yetirməsi qeyri-mümkündür. İkincisi, eksternat təhsil forması ümumi təhsildən kənarda qalan şəxslər üçün nəzərdə tutulan təhsilalma formasıdır. Eksternat təhsil forması ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən şəxslər üçün nəzərdə tutulmuşdur. Üçüncüsü bakalavr səviyyəsini 6 il ərzində bitirmişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin apellyasiya şikayətinin qeyd olunn dəlilləri ilə razılaşır. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmənin qərarında aşağıdakılara təkrar apellyasiya qaydasında baxılarkən diqqət yetirilməsi zəruri bilinmişdir. “...Apellyasiya instansiyası məhkəməsi 1 mart 2023-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəfindən təqdim edilən cədvəli işə aid olan “sənəd” kimi qəbul etsə də, həmin sənəddəki məlumatları (imtahanın tarixləri) iddiaçının sərhədkeçmə məlumatları ilə birgə tədqiq etməmiş, həmin məlumatlara hər hansı münasibət bildirməmişdir. Belə ki, sərhədkeçmə məlumatlarına dair cədvələ görə, iddiaçının xx.xx.2008-ci il saat 10:00-da Samur DSBM vasitəsilə ölkədən çıxışı, həmin tarixdə saat 23:10-da eyni DSBM-dən ölkəyə girişi olmuşdur. İddiaçının nümayəndəsinin təqdim etdiyi cədvəlin 1-ci bəndinə görə isə, iddiaçı həmin tarixdə üç fəndən imtahan vermişdir. Qeyd olunan çıxışgiriş vaxtları və yol məsafəsi nəzərə alındıqda, həmin zaman çərçivəsində Moskva şəhərində yerləşən təhsil müəssisəsində imtahanları verməsi inandırıcı deyil. Bu qeyd olunanlar iddiaçının nümayəndəsinin təqdim etdiyi cədvəlin digər bəndlərinə də (2, 3, 5, 7-11, 13) aiddir. Ümumiyyətlə iddiaçının imtahanları harada verdiyinə dair sual açıq qalmışdır ...” (b.b.22-24) Ali Məhkəmənin qeyd olunan göstərişləri nəzərə alınmaqla iş materiallarının 44-45-ci və 176-cı vərəqlərində olan, iddiaçının “sərhədkeçmə məlumatları” və nümayəndəsinin məhkəməyə təqdim etdiyi, onun 2008-2014-cü illlər üzrə təhsilalma dövründə keçdiyi fənlər üzrə verdiyi imtahanlar - qarşılıqlı surətdə tutuşdurulmaqla təhlil olunduqda müəyyən olunur ki, sözügedən unviversitetdə aşağıdakı imtahanları vermişdir: -xx.xx.2008-ci il tarixdə (1 gün): “ingilis dili”, “bədən tərəbiyəsi”, “milli tarix” (3 fən) – ölkədən çıxışı 10:10, girişi 23:10; -xx.xx.2008-xx.xx.2008 (5 gün): “mikroiqtisadiyyat”, “makroiqtisadiyyat”, “hüquq”, “fəlsəfə”, “maliyyə hüququ”, “politologiya”, rus biznesinin tarixi”( 7 fən) – ölkədən çıxışı 9:46, girişi xx.xx.2008 -13:13; -xx.xx.2009-xx.xx.2009 (1 gün): “konfiliktologiya”, “matematik”, “ehtimal nəzəriyyəsi və riyasziyyat statistikası”(3 fən)- xx.xx.2009: çıxış 10:28, 20:43 giriş ; -xx.xx.2009-xx.xx.2009 (6 gün): ”iqtisadiyyatda riyazi metodların tədqiqat əməliyyatları” “informatika və proqramlaşdırma”, “informasiya texnologiyaları”, “ekonometriya”, “müasir təbiət elminin konsersiyaları”, “maliyyə riaziyyatı”, “informasiya təhlükəsizlyinin əsasları” (7 fən) – xx.xx.2009 12:50 çıxış -xx.xx.2009 16:23 giriş; -xx.xx.2010-xx.xx.2010 (1 gün): “iqtisadiyyat və statistika müəssisələri”, “mencment “, “marketinq”(3 fən) - xx.xx.2010 - 8:59 çıxış, 19.02 giriş; -xx.xx.2011 – xx.xx.2011(10 gün): “statistika nəzəriyyəsi”, “dünya iqtisadiyyatı”, “mühasibat uçotu” “auditin əsasları”, “iqtisadi analiz”, “həyat təhlükəsizliyi”, “maliyyə hesabatları” “ maliyyə hesabatlarının analizi”, “beynəlxalq maliyyə institutları”, iqtisadiyyatda təşkilatların vergiyə cəlb edilməsi”, biznes planlaması”(11 fən) – xx.xx.2011 10 42 çıxış, xx.xx.2011 6:14 giriş; -xx.xx.2011-xx.xx.2011(1gün): “bank marketinqi”, “maliyyə” (2 fən) – xx.xx.2011 9:27çıxış, 17:00 giriş; -xx.xx.2012 - xx.xx.2012 (1 gün): “pul, kredit və banklar” “maliyyə təşkilatları”, “maliyyə menecmenti”(3 fən) – xx.xx.2012 7:34 çıxış, 20:25 giriş; - xx.xx.2012-xx.xx.2012 (1 gün): “vergilər və vergitutma”, “sığorta”, “bankların valyuta əməliyyatları” (3 fən) – xx.xx.2012 9:25 çıxış, xx.xx.2013 9:03 giriş; -xx.xx.2013 – xx.xx.2012 (1 gün): “Rusiya Federasiyasının büdcə sistemi”, “səhmlər və bod bazarı”(2 fən) - xx.xx.2013 9:03 çıxış, 17:36 giriş”; -xx.xx.2014-xx.xx.2014 (1 gün): “investisiya” “daşınmaz əmlak bazarı və ipoteka”(2 fən)-xx.xx.2014 10:03 çıxış, 16:56 giriş; -xx.xx.2014-xx.xx.2014 (2 gün): “kredit təşkilatlarının maliyyə uçotu” elektron bank”, “kredit təşkilatlarının maliyyə menecmenti”, “kağız pullara bank əməlimyyatları”(4 fən); -xx.xx.2014-xx.xx.2014 (1 gün): “müasir ödəniş sistemləri”, “kredit maliyyət təşkilatlarının idarəetmə təhlükəsizliyi”, “kredit-maliyyə təşkilatlarının menecment strategiyaları” (3 fən) - xx.xx.2014 9:16 çıxış, 16:43 giriş. Qeyd olunan məlumatların təhlili isə onu göstərir ki, iddiaçının qeyd olunan imtahan günlərinə uyğun olan ölkə ərazsindən kənara çıxışı və girişi müşahidə edilsə də, getdiyi ölkədə (Rusiya Federasiyasında) təhsil müəssisəsində.: -2008-ci ilin iyun ayında 1 gün ərzində 3 fən üzrə, oktyabr ayında isə 5 gün ərzində 7 fən üzrə; -2009-cu ildə iyun ayında 1 gündə 3 fən üzrə, avqust ayında 6 gün ərzində 7 fən üzrə ; - 2010-cu ilin avqust ayında 1 gündə 3 fən üzrə; -2011-ci ilin mart ayında 10 gün ərzində 11 fən üzrə imtahan, sentyabr ayında 1 gün ərzində 2 fən üzrə, -2012-ci ilin iyun ayında 1 gündə 3 fən üzrə, sentyabr ayında yenə də 3 fən üzrə; -2013-cü ildə mart ayında 1 gündə 2 fən üzrə, -2014-cü ildə fevral ayında 1 gün ərzində 2 fən, avqust ayında isə 1 gün ərzində 3 fən üzrə imtahanlar vermişdir. Lakin onun belə bir gün ərzində - iqtisadiyyat, maliyyə və kredit, mühasibatlıq uçotu və s. bu kimi, heç də mənimsənilməsi asan olmayan predmetlər üzrə imtahanlar verib Respublika ərazisinə qayıtması real və inandırıcı görünmür. Belə çıxır ki, iddiaçı ölkə ərazisini sərhəddən keçib, qiymətləri yazıdırıb dərhal da geri qayıtmışdır. Ümumiyyətlə, praktikada bu cür hallara da rast gəlinmir. Həm də qeyd edilməlidir ki, iş materiallarının 23-cü vərəqində olan “Diplom sahibi haqqında” məlumat”da diplomun iddiaçıya xx.xx.2014-cü il tarixdə verildiyi təsbit olunsa da, onun ölkədən çıxışı və girişinin xx.xx.2014-cü il tarixinə təsdüf etdiyi müəyyən edilir. Digər tərəfdən, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu 13.1-ci maddəsi sərbəst (eksternat) təhsilalma formasını nəzərədə tutsa da, həmin Qanunun 1.0.39-cu maddəsinin anlayışında sərbəst (eksternat) təhsil - müxtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərə təhsil almaq və ya təhsilalana ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək hüququ verən təhsilalma formasını ehtiva edir. Eyni zpamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 avqust tarixli 147 nömrəli qərarı ilə təsdiq edilmiş “Formal təhsilin təşkili Qaydalarf’nın 5-ci hissəsi də sərbəst (eksternat) təhsilin yalnız ümumi təhsil pilləsi üzrə tətbiqini nəzərdə tutur. Göründüyü kimi, iddiaçının Rusiya Federsyiasında eksternat təhsilalma formasında aldığı ali təhsil istər həmin ölkədə aldığı təhsilin məzmununa, istərsə də Azərbaycan Respublikasının təhsil qanunvericiliyinin tələblərinə cavab vermir (Onu da qeyd etmək lazımdır ki, eksternat təhsilalma forması - təhsili vaxtından əvvəl, daha qısaldılmış müddət ərzində bitirmək imkanını nəzərdə tutduğa halda, iddiaçı bakalavr səviyyəsində təhsilini 6 ilə bitirmişdir) Azərbaycan Respublikasının 13 may 2003-cü il, 455-İİQ №-li Qanunlu ilə təsdiq edilmiş, Azərbaycan və Rusiya hökumətləri arasında «Təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında» Sazişinə gəldikdə isə həmin Sazişin 6-cı maddəsi nəzərdə tutur ki, dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında diplom və bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respubliekasında tanınır…» Göründüyü kimi, ikitərəfli Sazişi imzalayan həmin tərəflər, yalnız əyani təhsilalma formasında bakalavr diplomları üzrə ixtisasın tanınması barədə razılığa gəlmişlər. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının Rusiya Federasiyasında aldığı təhsilin məzmunu, faktiki olaraq Azərbaycan Respublikasında təhsilə olan dövlət standartlarından əhəmiyyətli dərəcədə fərqlənir. Azərbaycan Respublikasının xx.xx.1997-ci il, 367-İQ №-li Qanunu ilə təsdiq edilmiş «1997-ci ildə aprelin 11-də Lissabon şəhərində imzalanmış «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyanın Vİ.1-ci maddəsi isə Razılığı gələn Tərəfin belə bir diskresion səlahiyyətini nəzərədə tutur ki, ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər aşkar edildikdə ixtisasın tanınmasından imtina oluna bilər. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya diplom verildiyi və cavabdehə müraciət etdiyi vaxt qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiyası) haqqında Qaydalar”ının 3.6 və 3.7-ci bəndləri tətbiq edilməklə, diplom üzrə ixtisasının tanınmasından iddiaçıya imtina olunması qanunmüvafiqdir. Belə olan halda, həmin imtina iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin mənasmından da görünür ki, o zaman məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, cavabdehin imtinası və ya hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun olmadığı sübuta yetirilir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9387/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, iddianın rədd olunması barədə yeni qərar çıxarılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 69, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9387/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar