Məhkəmə qərarları › İş №2-1(103)-524/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-524/2022

07.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-524/2022 07.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 qızının, İddiaçı, Cavabdehin X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4714/2021 saylı, 24 avqust 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1962-ci il təvəllüdlüdür. O, 18.10.1978-ci il tarixdən əmək fəaliyyətinə başlamış, 1981-1983-cü illərdə hərbi xidmətdə olmuş, 03.05.1984-cü ildən 02.03.1985-ci ilədək 2 №-li orta texniki peşə məktəbində “elektrovozun maşinist köməkçisi” peşəsi üzrə təhsil almışdır. O, 17.05.1985-ci il tarixdə "xxxx" QSC-nin Bakı Lokomotiv Deposunda işə başlamış, işlədiyi müddət ərzində motor vaqon seksiyalarının maşinisti (elektrik qatarlarının maşinisti), motor vaqon hərəkət hissələrinin maşinisti, elektrovozda maşinist köməkçisi vəzifələrində işləmişdir. Ona məxsus əmək kitabçasında işə daxil olma və işdən çıxma barədə əmrlərin tarixləri və nömrələri barədə müvafiq qeydiyyat aparılmış, qeydlər müəssisənin səlahiyyətli şəxslərinin imzaları və təşkilatın möhürü ilə təsdiq edilmişdir. Eyni zamanda Bakı Lokomotiv Deposundan iş stajının təsdiq olunması üçün verilən açıqlama arayışında həmin məlumatlar öz əksini tapmışdır. Həmin sənədlərdən məlum olur ki, o, 01.01.2006-cı il tarixədək ümumi 25 ildən artıq və güzəştli şərtlərlə pensiya hüququ verən vəzifədə isə 12 il 6 aydan artıq işləmişdir. O, cavabdeh orqana güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə müraciət etmiş, cavabdehin 12.12.2020-ci il tarixli məktubu ilə məsələnin həllindən imtina edilmişdir. İmtina məktubunda göstərilmişdir ki, onun işlədiyi motor vaqon maşinisti vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli Qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısının nəqliyyat bölməsinin “dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriya işçiləri” bəndində nəzərdə tutulmamışdır, həmçinin “Vahid Tarif-İxtisas Sorğu kitabçası”nın dəmiryolu nəqliyyatı sahəsinə aid fəhlə peşələrinin və işlərin hazırda fəaliyyətdə olan peşə adları ilə müqayisəli adları və dərəcələri diapazonunda motor-vaqon maşinisti vəzifəsinin qeyd edilmədiyi bildirilmişdir. Bundan başqa, 01.07.1993-cü il tarixədək güzəştli şərtlərlə pensiya təminatının keçmiş SSRİ Nazirlər Sovetinin 22 avqust 1956-ci il tarixli 1173 nömrəli və 26 yanvar 1991-ci il tarixli 10 nömrəli Qərarları ilə təsdiq edilmiş müvafiq siyahılar əsasında həyata keçirildiyi və motor-vaqon maşinisti vəzifəsinin sözügedən siyahıların “Nəqliyyat bölməsi”ndə nəzərdə tutulduğu qeyd edilmiş və qanunvericiliklə yalnız 01.07.1993-cü il tarixinədək motor-vaqon maşinisti vəzifəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə hesab olunduğu bildirilmişdir. Nəticədə, onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil etdiyi üçün güzəştli şərtlərlə pensiya təyinatı mümkün olmamışdır. Göründüyü kimi, o, müraciət etdiyi vaxt kifayət qədər güzəştli iş stajı olmasına baxmayaraq, cavabdeh orqan tərəfindən əmək pensiyasının təyin edilməsi ilə bağlı hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş və 01.01.2006-cı ilədək qüvvədə olan “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər yarımbölməsində “elektrik qatarlarının maşinistləri” və “elektrik qatarlarının maşinist köməkçiləri” vəzifələri qeyd edilmişdir. Azərbaycan Dəmir Yolları QSC Bakı Lokomotiv Deposunun verdiyi arayışda qeyd olunur ki, “motor vaqonu maşinisti” anlayışı “elektrik qatarlarının maşinistləri” və “maşinist köməkçiləri” vəzifə adları ilə eynilik təşkil edir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 ildən artıq ümumi və 2 nömrəli Siyahı üzrə 12 il 6 ay dan artıq güzəştli sığorta stajı olduğundan, ona yaşa görə əmək pensiyası Qanunun 9.8-ci maddəsinə uyğun olaraq 2006-cı ilin yanvarın 1-dək qüvvədə olmuş Qanunun 13-cü maddəsinin “b” bəndi ilə müəyyən edilmiş 57 yaşa çatdığı tarixdən təyin edilməlidir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 57 yaşdan, yəni hüququnun yarandığı 11.09.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4714/2021 saylı, 24 avqust 2021-ci il tarixli qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilmiş, İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı 11.09.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus 23.10.1978-ci il tarixli əmək kitabçasından aydın olur ki, o, 02.08.1991-27.05.2013-cü illərdə "xxxx" QSC Bakı Lokomotiv Deposunda “motor vaqon maşinisti” peşəsində çalışmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 21.06.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının 28-ci bölməsi “Nəqliyyat” (Kod: ********) adlanır. Həmin bölmənin “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” adlanan (Kod:********) 1-ci bəndində dəmiryol nəqliyyatında güzəştli iş stajı verən peşələr sadalanır. Qeyd edilən bənddə “motor vaqon maşinisti” peşəsi öz əksini tapmamışdır. İddiaçının təqdim etdiyi Azərbaycan Dəmir Yolları QSC Bakı Lokomotiv Deposunun tərtib etdiyi 145 saylı 25.09.2019-cu il tarixli arayışda iddiaçının çalışdığı peşənin hansı bənd (kod) altında nəzərdə tutulduğu göstərilməmiş, ümumi şəkildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına istinad edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: - AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 12.12.2020- ci il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olmuş ərizələrinizə və onlara əlavə olunmuş sənədlərinizə baxaraq bir daha bildiririk ki, 23 oktyabr 1978-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçanızda 17.05.1985-12.06.1986-cı il, 10.06.1992- 02.01.2002-ci il, 01.05.2009- 27.05.2013-cü il və 01.08.2017-19.08.2019-cu il tarixləri arasındakı dövrlər ərzində "xxxx" QSC-nin Bakı Lokomotiv Deposunda motor vaqon seksiyalarının maşinisti və 02.01.2002-01.05.2009-cu il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə motor vaqon hərəkət hissələrinin maşinisti vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. Adıçəkilən müəssisənin Sizə dair 25.09.2019-cu il tarixli 146 nömrəli arayışında əmək kitabçanızda Sovetlər dönəmində yazılan MVS (motor vaqon seksiyası) tərcümə olunaraq MVHH (motor vaqon hərəkət heyəti) adlandırıldığı və həmin vəzifənin yuxarıda qeyd olunan vəzifə ilə eynilik təşkil etdiyi qeyd edilmişdir. Bununla əlaqədar Mərkəzi Filial tərəfindən Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilibedilməməsi barədə aidiyyəti üzrə Dövlət Sosial Müdafiə Fonduna sorğu verilmiş, cavab olaraq aşağıdakılar bildirilmişdir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsində (21) motor vaqon seksiyalarının maşinisti vəzifəsi nəzərdə tutulmadığı, həmçinin "Vahid Tarif-İxtisas Sorğu kitabçası”nın dəmiryolu nəqliyyatı sahəsinə aid fəhlə peşələrinin və işlərin hazırda fəaliyyətdə olan peşə adları ilə müqayisəli adları və dərəcələri diapazonunda motor-vaqon maşinisti vəzifəsinin qeyd edilmədiyi bildirilmişdir. Bundan başqa 01.07.1993-cü il tarixədək güzəştli şərtlərlə pensiya təminatı keçmiş SSRİ Nazirlər Sovetinin 22 avqust 1956-cı il tarixli 1173 nömrəli və 26 yanvar 1991-ci il tarixli 10 nömrəli Qərarları ilə təsdiq edilmiş müvafiq siyahılar əsasında həyata keçirilirdiyi və motor-vaqon maşinisti vəzifəsi sözügedən siyahıların “Nəqliyyat bölməsi"ndə nəzərdə tutulduğu qeyd edilmişdir. Göründüyü kimi, qanunvericilikdə yalnız 01.07.1993-cü il tarixinədək işlədiyiniz motor-vaqon maşinisti vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə hesab olunur. Buna görə də SSRİ Nazirlər Sovetinin 1173 nömrəli Qərarının qüvvədən düşdüyü 01.07.1993-cü il tarixinədək güzəştli iş stajınız 12 il 6 aydan az (2 il 1 ay 26 gün) təşkil edir. Qeyd edilənləri nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. - iddiaçıya məxsus NZ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 30.04.1981-ci ildən 11.06.1983-cü ilədək həqiqi hərbi xidmətdə olmuşdur. - "xxxx" QSC Sərnişin Daşımaları Departamenti Bakı Lokomotiv Deposunun 145 saylı 25.09.2019-cu il tarixli açıqlama- arayışından görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı Bakı Lokomotiv Deposunda 17.05.1985-12.06.1986, 10.06.1992-02.01.2002, 01.05.2009- 27.05.2013, 01.08.2017-19.08.2019-cu illərdə elektrik qatarlarının maşinist köməkçisi, 01.10.1991-14.12.1991, 27.05.2013-01.08.2017-ci illərdə elektrovozda maşinist köməkçisi, 02.01.2002-01.05.2009-cu illərdə elektrik qatarlarının maşinisti peşələrində işləmişdir. İddiaçı güzəştli iş stajı maşinist köməkçisi kimi 21 il 01 ay, maşinist kimi 07 il 04 ay, ümumi 28 il 05 ay təşkil edir. Qeyd olunan müddət İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı Qərarının Nəqliyyat bölməsinin 21.4-cü maddəsinə əsasən güzəştli təqaüd almasına imkan verir. - "xxxx" QSC tərəfindən İddiaçı ünvanlanmış 76378 nömrəli 21.06.2021-ci il tarixli arayışda qeyd edilir: Verilir, İddiaçı ondan ötrü ki, o, həqiqətən Azərbaycan Dəmir Yolları QSC-nin Sərnişin daşımaları departamentinin Texniki xidmət mərkəzinin Bakı Lokomotiv Deposunda 05.09.1984-cü il tarixdən 17.05.1985-ci il tarixədək, 21.07.1986-cı il tarixdən 13.02.1987-ci il tarixədək, 02.08.1991-ci il tarixdən 01.10.1991-ci il tarixədək və 14.12.1991-ci il tarixdən 10.06.1992-ci il tarixədək hərəkətdə olan tərkibin təmiri üzrə çilingər, 17.05.1985-ci il tarixdən 12.06.1986-cı il tarixədək, 10.06.1992-ci il tarixdən 02.01.2002-ci il tarixədək və 01.05.2009-cu il tarixdən 27.05.2013-cü il tarixədək elektrik qatarı (seksiyası) maşinist köməkçisi, 04.05.1987-ci il tarixdən 18.07.1991-ci il tarixədək teplovoz maşinisti, 01.10.1991-ci il tarixdən 08.10.1991-ci il tarixədək və 27.05.2013-cü il tarixdən 01.08.2017-ci il tarixədək elektrovoz maşinist köməkçisi, 08.10.1991-ci il tarixdən 14.12.1991-ci il tarixədək elektrovoz maşinisti, 02.01.2002-ci il tarixdən 01.05.2009-cu il tarixədək elektrik qatarı (seksiyası) maşinisti peşəsində çalışmışdır. 01.08.2017-ci il tarixdən hal-hazıra kimi elektrik qatarı (seksiyası) maşinist köməkçisi peşəsində işləyir. Qeyd olunan peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuşdur (21.4-cü bənd) və bu peşələr üzrə İddiaçı iş stajı 36 il 04 ay 28 gün təşkil edir - "xxxx" QSC Sərnişin Daşımaları Departamenti Bakı Lokomotiv Deposu tərəfindən verilmiş 36 nömrəli 26.05.2021-ci il tarixli arayışda qeyd edilir: Şifahi sorğunuza cavab olaraq bildiririk ki, Bakı Lokomotiv Deposunda işləyən maşinist və maşinist köməkçilərinin əmək kitabçasında Sovetlər dönəmində yazılan MVS (motor vaqon seksiyası) tərcümə olunaraq MVHH (motor vaqon hərəkət heyyəti) adlandırılmış və bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci ilin 23 yanvar tarixli 12 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Qərarının 21. Nəqliyyat bölməsində göstərilən elektrik qatarlarının (seksiyalarının) maşinistləri və maşinist köməkçiləri vəzifə adları ilə eynilik təşkil edir - İddiaçı məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 18.10.1978-ci ildə F.Dzerjinskiy adına Maşınqayırma Zavoduna çilingər-malakeşin tələbəsi kimi qəbul edilmiş, 19.01.1979-cu ildə 1-ci dərəcəli çilingər-malakeş kimi qəbul edilmiş, 10.06.1980-ci ildə işdən azad edilmiş, 08.12.1980-ci ildə F.Dzerjinskiy adına Maşınqayırma Zavoduna çilingər-təmirçi kimi qəbul edilmiş, 17.04.1981-ci ildə Sovet Ordusuna çağırıldığı üçün işdən azad edilmiş, 04.05.1981-09.06.1983-cü illərdə Sovet Ordusunda xidmət etmiş, 18.08.1983-cü ildə DCP 2-ci dərəcəli fəhlə kimi qəbul edilmiş, 19.10.1983-cü ildə işdən azad edilmiş, 05.03.1984- cü ildə Azərbaycan Dəmir Yolları Bakı Lokomotiv Deposu Qaldırıcı sexə 1-ci dərəcəli hərəkət heyətinin təmiri üzrə çilingər qəbul edilmiş, 01.08.1984-cü ildə hərəkət heyətinin təmiri üzrə çilingərə 2-ci dərəcə verilmiş, 02.01.1985ci ildə Qaldırıcı sexə 3-cü dərəcəli hərəkət heyətinin təmiri üzrə çilingər qəbul edilmiş, 17.05.1985-ci ildə Motorvaqon bölməsi üzrə maşinist köməkçisinin dublyoru keçirilmiş, 23.05.1985-ci ildə Motorvaqon bölməsi üzrə maşinist köməkçisi vəzifəsində sərbəst şəkildə işləməsi üçün icazə verilmiş, 12.06.1986-cı ildə işdən azad edilmiş, 21.07.1986-cı ildə Nəqliyyat idarəsinə hərəkət heyətinin təmiri üzrə 4-cü dərəcəli çilingər qəbul edilmiş, 04.10.1986-cı ildə əmək müqaviləsi ləğv edilmiş, 13.02.1987-ci ildə Azərbaycan SSR Əlvan Metallurgiya İdarəsi Bakı Əlvan Metal X3 Satış şöbəsinə maşinist köməkçisi qəbul edilmiş, 04.05.1987-ci ildə dispetçer xidmətinə teplovoz maşinisti keçirilmiş, 18.07.1991-ci ildə işdən azad edilmiş, 02.08.1991-ci ildə Azərbaycan Dəmir Yolu Bakı Lokomotiv Deposu Təmir sexinə hərəkət heyətinin təmiri üzrə 3-cü dərəcəli çilingər qəbul edilmiş, 01.10.1991ci ildə Elektrovoz maşinist köməkçisinin dublyoru keçirilmiş, 08.10.1991-ci ildə Elektrovoz maşinist köməkçisi kimi sərbəst işləməsinə icazə verilmiş, 14.12.1991-ci ildə PTŞ lokomotivlərin təmiri və yoxlanılması üzrə elektrovozun 4-cü dərəcəli çilingəri keçirilmiş, 10.06.1992-ci ildə ÜƏM maşinist köməkçisinin dublyoru keçirilmiş, 15.06.1992-ci ildə ÜƏM maşinist köməkçisi kimi sərbəst işləməyə icazə verilmiş, 02.01.2002-ci ildə MVHH-nın maşinisti keçirilmiş, 01.12.2002-ci ildə MVHH-nın 3-cü dərəcəli maşinisti adı verilmiş, 03.03.2005-ci ildə MVHH-nın maşinisti vəzifəsinə keçirilmiş, 01.05.2009-cu ildə MVHH-nın maşinist köməkçisi keçirilmiş, 27.05.2013-cü ildə elektrovoz maşinist köməkçisinin əvəzedicisi keçirilmiş, 31.05.2013-cü ildə elektrovoz maşinist köməkçisi keçirilmiş, 01.08.2017-ci ildə elektrik qatarlarının maşinist köməkçisi keçirilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. “Əmək pensiyaları haqqında” AR Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq məhkəmə kollegiyası qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün onun 01.01.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, onun hərbi xidmət illəri də sosial sığorta stajına da daxil edilməlidir. Belə ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2- ci maddəsinə əsasən də 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuşdur, 30.04.1981-11.06.1983-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı 18.10.1978-ci ildə F.Dzerjinskiy adına Maşınqayırma Zavoduna çilingər-malakeşin tələbəsi kimi qəbul edilmiş, 19.01.1979-cu ildə 1-ci dərəcəli çilingər-malakeş kimi qəbul edilmiş, 10.06.1980-ci ildə işdən azad edilmiş, 08.12.1980-ci ildə F.Dzerjinskiy adına Maşınqayırma Zavoduna çilingər-təmirçi kimi qəbul edilmiş, 17.04.1981-ci ildə Sovet Ordusuna çağırıldığı üçün işdən azad edilmiş, 18.08.1983-cü ildə Maşınqayırma Zavoduna DCP 2-ci dərəcəli fəhlə kimi qəbul edilmiş, 19.10.1983-cü ildə işdən azad edilmiş, 05.03.1984-cü ildə Azərbaycan Dəmir Yolları Bakı Lokomotiv Deposu Qaldırıcı sexə 1-ci dərəcəli hərəkət heyətinin təmiri üzrə çilingər qəbul edilmiş, 01.08.1984-cü ildə hərəkət heyətinin təmiri üzrə çilingərə 2-ci dərəcə verilmiş, 02.01.1985-ci ildə Qaldırıcı sexə 3-cü dərəcəli hərəkət heyətinin təmiri üzrə çilingər qəbul edilmiş, 17.05.1985-ci ildə Motorvaqon bölməsi üzrə maşinist köməkçisinin dublyoru keçirilmiş, 23.05.1985-ci ildə Motorvaqon bölməsi üzrə maşinist köməkçisi vəzifəsində sərbəst şəkildə işləməsi üçün icazə verilmiş, 12.06.1986-cı ildə işdən azad edilmiş, 21.07.1986-cı ildə Nəqliyyat idarəsinə hərəkət heyətinin təmiri üzrə 4- cü dərəcəli çilingər qəbul edilmiş, 04.10.1986-cı ildə əmək müqaviləsi ləğv edilmiş, 13.02.1987-ci ildə Azərbaycan SSR Əlvan Metallurgiya İdarəsi Bakı Əlvan Metal X3 Satış şöbəsinə maşinist köməkçisi qəbul edilmiş, 04.05.1987ci ildə dispetçer xidmətinə teplovoz maşinisti keçirilmiş, 18.07.1991-ci ildə işdən azad edilmiş, 02.08.1991-ci ildə Azərbaycan Dəmir Yolu Bakı Lokomotiv Deposu Təmir sexinə hərəkət heyətinin təmiri üzrə 3-cü dərəcəli çilingər qəbul edilmiş, 01.10.1991-ci ildə Elektrovoz maşinist köməkçisinin dublyoru keçirilmiş, 08.10.1991-ci ildə Elektrovoz maşinist köməkçisi kimi sərbəst işləməsinə icazə verilmiş, 14.12.1991-ci ildə PTŞ lokomotivlərin təmiri və yoxlanılması üzrə elektrovozun 4-cü dərəcəli çilingəri keçirilmiş, 10.06.1992-ci ildə ÜƏM maşinist köməkçisinin dublyoru keçirilmiş, 15.06.1992-ci ildə ÜƏM maşinist köməkçisi kimi sərbəst işləməyə icazə verilmiş, 02.01.2002-ci ildə MVHH-nın maşinisti keçirilmiş, 01.12.2002-ci ildə MVHH-nın 3-cü dərəcəli maşinisti adı verilmiş, 03.03.2005-ci ildə MVHH-nın maşinisti vəzifəsinə keçirilmiş, 01.05.2009-cu ildə MVHH-nın maşinist köməkçisi keçirilmiş, 27.05.2013-cü ildə elektrovoz maşinist köməkçisinin əvəzedicisi keçirilmiş, 31.05.2013-cü ildə elektrovoz maşinist köməkçisi keçirilmiş, 01.08.2017-ci ildə elektrik qatarlarının maşinist köməkçisi keçirilmişdir və hal-hazırk kimi orada işləyir. Göründüyü kimi, iddiaçının 01.01.2006-cı il tarixədək 25 il ümumi iş stajı mövcud olmuşdur. Məhkəmə kollegiyası cavabdehin imtinasının və apellyasiya şikayətinin dəlili olan iddiaçının 12 il 06 ay güzəştli iş stajının olmaması ilə bağlı aşağıdakıları qeyd edir: İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Dəmir Yolları Bakı Lokomotiv Deposunda 17.05.1985- 12.06.1986, 10.06.1992-02.01.2002-ci illərdə elektrik qatarlarının maşinist köməkçisi, 01.10.1991-14.12.1991-ci illərdə elektrovozda maşinist köməkçisi, 02.01.2002- 01.05.2009-cu illərdə elektrik qatarlarının maşinisti peşələrində işləmişdir. İddiaçı 01.01.2006-cı il tarixədək 12 il 06 aydan artıq güzəştli iş stajına mövcud olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi həmin sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nda (XXVİİİ Bölmə - Nəqliyyat, 1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər, kod 23001000— 14409 elektrik qatarlarının (seksiyalarının) maşinistləri və kod 23001000—16887 elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda (21-ci Bölmə - Nəqliyyat, 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər - elektrik qatarlarının (seksiyalarının) maşinistləri, elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri) nəzərdə tutulmuşdur. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əlavə olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. İşlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. İddiaçının təqdim etdiyi iş yerindən arayışlarda da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Belə ki, Azərbaycan Dəmir Yolları QSC Sərnişin Daşımaları Departamenti Bakı Lokomotiv Deposu tərəfindən verilmiş 36 nömrəli 26.05.2021-ci il tarixli arayışdan da görünür ki, Bakı Lokomotiv Deposunda işləyən maşinist və maşinist köməkçilərinin əmək kitabçasında Sovetlər dönəmində yazılan MVS (motor vaqon seksiyası) tərcümə olunaraq MVHH (motor vaqon hərəkət heyyəti) adlandırılmış və bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci ilin 23 yanvar tarixli 12 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Qərarının 21. Nəqliyyat bölməsində göstərilən elektrik qatarlarının (seksiyalarının) maşinistləri və maşinist köməkçiləri vəzifə adları ilə eynilik təşkil edir. Göründüyü kimi iddiaçının 57 yaşının tamam olana kimi 25 ildən artıq ümumi əmək stajının və 12 il 06 aydan artıq güzəştli iş stajının olması iş materiallarına əlavə edilmiş əmək kitabçası və güzəştli arayış ilə təsdiq edilmiş, cavabdeh inzibati orqanının imtinasının əsasları mövcud qanunvericilik normalarına zidd, əsassız və qanunsuz olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının iş stajı ona məxsus əmək kitabçasında öz əksini tapmışdır və göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4714/2021 saylı, 24 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar