Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-524/2023 06.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxsin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (N nömrəli hərbi hissə üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “hərbi qulluqçunun vəzifə maaşına yüksəkliyə görə əlavənin və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2N21-ci il tarixli Sərəncamı ilə müəyyən edilmiş əlavənin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7484/2N22 saylı, 28 iyul 2N22-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Laçın rayonu ərazisində yerləşən N №-li hərbi hissədə xx.xx.2N21-ci il tarixdən (hərbi hissənin yeni dislokasiya yerinə gəldikdən sonra) xx.xx.2N21-ci il tarixədək (hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılanadək) olan müddət üçün yüksək dağlıq ərazilərdə xidmətə görə faiz əlavəsinin və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2N21-ci il tarixli Sərəncamı ilə müəyyən edilmiş əlavənin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ona xx.xx.2N21-ci il tarixdən xx.xx.2N21-ci il tarixədək olan müddət ərzində yüksək dağlıq ərazisində xidmətə görə vəzifə maaşına faiz əlavəsinin və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2N21-ci il tarixli Sərəncamı ilə müəyyən edilmiş əlavənin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2N21ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyində həqiqi hərbi xidmətdə olmuş, xx.xx.2N17-ci il tarixdən xx.xx.2N21-ci il tarixədək N №-li hərbi hissədə dövlət sirrinin mühafizəsi üzrə bölmə rəisi vəzifəsində xidmət etmiş və həmin vəzifədən Azərbaycan Respublikası Müdafiə Nazirinin N736 №-li, xx.xx.2N21-ci il tarixli əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılmışdır. Ehtiyata buraxılmağı ilə əlaqədar iddiaçı xx.xx.2N21-ci il tarixdən xx.xx.2N21-ci il tarixədək 3 aylıq növbəti məzuniyyətə buraxılmış, xx.xx.2N21-ci il tarixdə Laçın rayonunda yerləşən (dislokasiya yerinə) N №-li hərbi hissəyə qayıtmış, xx.xx.2N21-ci il tarixədək xidmətini davam etdirmiş və xx.xx.2N21-ci il tarixdə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılaraq ehtiyata buraxılmışdır. Lakin N №-li hərbi hissədə xidmət edərkən iddiaçıya xx.xx.2N21-ci il tarixdən (hərbi hissənin yeni dislokasiya yerinə gəldikdən sonra) xx.xx.2N21-ci il tarixədək (hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılanadək) olan müddət üçün yüksək dağlıq ərazilərdə xidmətə görə faiz əlavəsi və AR Prezidentinin xx.xx.2N21-ci il tarixli Sərəncamı ilə müəyyən edilmiş əlavə ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2N21-ci il tarixli müvafiq əmri ilə N №-li hərbi hissənin daimi dislokasiya yeri xx.xx.2N21-ci il tarixdən Laçın rayonunun Pircahan yaşayış məntəqəsi müəyyən edilmişdir. Pircahan yaşayış məntəqəsi isə dəniz səviyyəsindən 15NN metrdən çox olan yüksəklikdə yerləşir. Laçın rayonu ərazisində yerləşən N №-li hərbi hissədə yüksək dağlıq ərazilərdə xidmətə görə faiz əlavəsinin və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2N21-ci il tarixli Sərəncamı ilə müəyyən edilmiş əlavənin ödənilməsi üçün xx.xx.2N22-ci il tarixdə ərizə ilə cavabdehə müraciət etmiş, lakin müraciəti nəticəsiz qalmışdır. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2N17-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 21.6cı bəndinə əsasən: “Yüksək dağlıq ərazilərdə xidmətə görə faiz əlavəsi, hərbi hissə komandirinin əmri əsasında hərbi qulluqçunun yüksək dağlıq əraziyə gəldiyi gündən və bu ərazidən getdiyi günə qədər ödənilir.” İddiaçı isə N nömrəli hərbi hissənin daimi dislokasiya yerini dəyişdirdiyi zaman məzuniyyətdə olmuşdur və şəxsi heyətin siyahısından çıxarıldığı xx.xx.2N21-ci il tarixə kimi daimi dislokasiya məntəqəsinə gəlməmişdir. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2N21-ci il tarixli Sərəncamı ilə müəyyən edilmiş əlavənin ödənilməsi qaydaları müdafiə nazirinin xx.xx.2N21-ci il tarixli 273 nömrəli əmri ilə müəyyən edilmişdir. Həmin əmrinə əsasən “Ermənistanla dövlət sərhədində və işğaldan azad olunmuş ərazilərdə xidmət keçən Azərbaycan Ordusunun hərbi qulluqçularının hərbi hissələrdə və bölmələrdə xidmət edən hərbi qulluqçularının hərbi müddətindən asılı olaraq aylıq vəzifə maaşlarına 2N-3N faiz həcmində 5 il müddətində aylıq vəzifə maaşına əlavə ödənilsin.” İddiaçı 1N iyun-26 avqust 2N21-ci il tarixdə məzuniyyətdə olmuşdur və Laçın rayonunda yerləşən N nömrəli hərbi hissəyə gəlməmiş, faktiki olaraq orada xidmət etməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7484/2N22 saylı, 28 iyul 2N22-ci il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçusu oldugundan ona xx.xx.2N21-ci il tarixdən xx.xx.2N21-ci il tarixədək olan müddət ərzində yüksək dağlıq ərazisində xidmətə görə aylıq vəzifə maaşına faiz əlavəsi və Azərbaycan Respublikası Prezidentinin əlavəsi verilməli idi. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 1N iyun-26 avqust 2N21-ci il tarixdə məzuniyyətdə olmuşdur və Laçın rayonunda yerləşən N nömrəli hərbi hissəyə gəlməmişdir və faktiki olaraq orada xidmət etməmişdir. Məhkəmə N nömrəli hərbi hissənin xx.xx.2N21-ci il tarixli 23N nömrəli əmrinə istinad etsə də, əmrin mətnində qeyd olunub ki, İddiaçı xx.xx.2N21-ci il tarixli əmrilə ehtiyata buraxıldığına görə (xx.xx.2N21-ci il tarixdən 9N gün müddətinə məzuniyyət verilmişdir, məzuniyyəti Bakı şəhərində keçirməklə) işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, xx.xx.2N22-ci il tarixdən məzuniyyəti 4 təqvim günü verilməklə xx.xx.2N21-ci il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. Tərəflərin iştirakı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hazıki iş üzrə N9 fevral 2N23cü il tarixli qərardadı ilə N nömrəli hərbi hissə hazırki iş üzrə adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı əlavə olaraq izahatında bildirdi ki, xx.xx.1996-cı il tarixdən xx.xx.2N21-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyində həqiqi hərbi xidmətdə olmuşam, xx.xx.2N17-ci il tarixdən xx.xx.2N21-ci il tarixədək N №-li hərbi hissədə dövlət sirrinin mühafizəsi üzrə bölmə rəisi vəzifəsində xidmət etmiş və həmin vəzifədən Azərbaycan Respublikası Müdafiə Nazirinin N736 №-li, xx.xx.2N21-ci il tarixli əmrilə xəstəliyə görə ehtiyata buraxılmışdır. Ehtiyata buraxılmağı ilə əlaqədar xx.xx.2N21-ci il tarixdən xx.xx.2N21-ci il tarixədək 3 aylıq növbəti məzuniyyətə buraxılmış, xx.xx.2N21-ci il tarixdə Laçın rayonunda yerləşən (dislokasiya yerinə) N №-li hərbi hissəyə qayıtmış, vəzifəsinin icrasına başlamış, xx.xx.2N21-ci il tarixədək xidmətini davam etdirmiş və xx.xx.2N21-ci il tarixdə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılaraq ehtiyata buraxılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi N nömrəli hərbi hissənin komandirinin 2N21-ci ilin avqust ayını əhatə edən nizami hissə üzrə əlyazma əmrlər kitabından çıxarışın surətini təqdim edərək, mübahisənin həllini məhkəmənin mülahizəsinə həvalə etdiyini bildirdi. Sədrlik edənin sualına cavab olaraq bildirdi ki, iddiaçı xx.xx.2N21-ci il tarixində N nömrəli hərbi hissənin ərzaq əvəzi pul təminatından çıxarılmış və N nömrəli hərbi hissənin qazan təminatına qoyulmuşdur. N nömrəli hərbi hissə Laçın rayonunda yerləşir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 3N gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından görünür ki, iddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2N21-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyində həqiqi hərbi xidmətdə olmuş, xx.xx.2N17ci il tarixdən xx.xx.2N21-ci il tarixədək N №-li hərbi hissədə dövlət sirrinin mühafizəsi üzrə bölmə rəisi vəzifəsində xidmət etmiş və həmin vəzifədən Azərbaycan Respublikası Müdafiə Nazirinin N736 №-li, xx.xx.2N21-ci il tarixli əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılmışdır. İddiaçı Laçın rayonu ərazisində yerləşən N №-li hərbi hissədə xx.xx.2N21-ci il tarixdən (hərbi hissənin yeni dislokasiya yerinə gəldikdən sonra) xx.xx.2N21-ci il tarixədək (hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılanadək) olan müddət üçün yüksək ərazilərdə xidmətə görə faiz əlavəsinin və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2N21-ci il tarixli Sərəncamı ilə müəyyən edilmiş əlavənin ödənilməsi məqsədilə cavabdehə müraciət etsə də, ərizə cavabdeh tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. - 22-ci maddəsinin ikinci hissəsinə əsasən müəyyən olunmuş təminatın qane etməməsi, hərbi qulluqçular barəsində komandirlərin (rəislərin) və ya başqa hərbi qulluqçuların qanunsuz xidməti sərəncamları (hərəkətləri) barəsində, hərbixidmət münasibətlərinin başqa məsələləri barəsində şikayətlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində nəzərdə tutulan qaydada verilir, nəzərdən keçirilir və həll edilir. Hərbi qulluqçular hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər. “İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2N21-ci il tarixli Sərəncamın: - 1-ci bəndi ilə işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, Xüsusi Təyinatlı Qüvvələrdə və əməliyyat briqadalarında xidmət edən hərbi qulluqçular istisna olmaqla) aylıq vəzifə maaşlarına 2N21-ci il iyulun 1-dən Azərbaycan Respublikası Prezidentinin əlavəsi müəyyən edilmişdir. - 2.1-ci bəndlərinə görə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin əlavəsi hərbi qulluqçuların hərbi xidmət müddəti və xidmət yeri nəzərə alınmaqla bu Sərəncamın Əlavəsinə uyğun olaraq aylıq vəzifə maaşlarının 2N–6N faizi həcmində 5 (beş) il müddətində Cavabdeh tərəfindən ödənilir. “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2NN2-ci il 22 avqust tarixli 137 nömrəli qərarına 2 nömrəli əlavəsində Laçın rayonu Azərbaycan Respublikasında dəniz səviyyəsindən 15NN metrdən 2NNN metrədək və 2NNN metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələrinin siyahısında qeyd edilmişdir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 oktyabr 1992-ci il 562 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün aylıq maaşlara nisbətən 1992-ci il yanvarın 1-də olan faiz miqdarı ilə müəyyən edilmiş normaları məbləğində üstəlik verilən pul təminatı növləri, o cümlədən Azərbaycan Respublikasının yüksək dağ yerlərində xüsusi iqlim şəraitində qulluq edənlər üçün üstəlik verilən pul əlavəsi təsdiq edilmişdir. Həmin qərarın 2-ci bəndinə görə Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2N17-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”yə əsasən: - 21.2. Azərbaycan Respublikasının yüksək dağlıq ərazilərində daimi dislokasiya olunmuş hərbi hissələrdə və bölmələrdə xidmət edən zabitlərə, gizirlərə, miçmanlara və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına əsas və ya müvəqqəti icra olunan vəzifə üzrə vəzifə maaşına aşağıda göstərilən miqdarda əlavələr ödənilir: 21.2.2. dəniz səviyyəsindən 15NN m-dən 2NNN m-dək yüksəklikdə olduqda - 2N %. - 21.6. Yüksək dağlıq ərazilərdə xidmətə görə faiz əlavəsi zabitlərə, gizirlərə, miçmanlara və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına ödənilir: 21.6.1. yüksək dağlıq ərazilərə gələnlərə: 21.6.1.1. hərbi hissənin və ya bölmənin tərkibində - daimi dislokasiya məntəqəsinə gəldiyi gündən (bu barədə hərbi hissə komandirinin əmri ilə elan edilir); 21.6.1.2. təklikdə - əmrlə hərbi hissənin şəxsi heyətinin siyahılarına daxil olduğu gündən; - 21.6.2. yüksək dağlıq ərazilərdən gedənlərə: 21.6.2.1.vəzifədən azad olunduğu halda - əmrlə hərbi hissənin siyahılarından çıxarıldığı gün də daxil olmaqla; 21.6.2.2. daimi dislokasiyanın dəyişdirilməsi ilə əlaqədar olaraq hərbi hissənin və ya bölmənin tərkibində, yaxud müvəqqəti olaraq hərbi hissənin tərkibində - daimi dislokasiya məntəqəsindən getdiyi gün də daxil olmaqla (bu barədə hissə komandirinin əmri ilə elan edilir); 21.6.2.3. kurslara göndərildiyi halda - göndərilmə barədə hərbi hissə komandirinin əmrində - göndərildiyi gün də daxil olmaqla; 21.6.2.4. hərbi hissənin yüksək dağlıq ərazilərdə yerləşməyən digər bölmələrində vəzifənin müvəqqəti icrasına buraxılmış hərbi qulluqçulara - yüksək dağlıq ərazidən getdiyi gün də daxil olmaqla. - 21.7. Xidmət yerlərində vəzifələri saxlanılmaqla bölmə tərkibində və ya təklikdə yüksək dağlıq ərazilərindən müvəqqəti gedən zabitlərə, gizirlərə, miçmanlara və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına yüksək ərazilərdə xidmətə görə faiz əlavəsi aşağıda göstərilən dövrlər üçün ödənilir: 21.7.1. yolda olma vaxtı nəzərə alınmaqla növbəti və əlavə məzuniyyətlərdə olma; 21.7.2. müalicədə olma (bu Əsasnamənin 8.1, 8.2 və 34.2-ci bəndlərini nəzərə almaqla); 21.7.3. təklikdə və ya bölmə tərkibində xidməti ezamiyyətdə olma. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.N.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.N.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı)- hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək aşağıdakıları qeyd edir. İş materiallarında olan: - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin 1/3N9N saylı məktubundan görünür ki, şəxsi heyət üzrə müvafiq əmrlərə əsasən ehtiyyatda olan polkovnik-leytenant İddiaçı aşağıda qeyd olunan tarixlərdə göstərilən hərbi hissələrdə müvafiq vəzifələrdə Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçmişdir: - xx.xx.1996-cı il tarixdən xx.xx.2NNN-ci il tarixədək Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin kursantı; xx.xx.2NNN-ci il tarixdən xx.xx.2NN3-cü il tarixədək N nömrəli hərbi hissədə taqım komandiri; - xx.xx.2NN3-cü il tarixdən xx.xx.2NN4-cü il tarixədək N nömrəli hərbi hissədə bölük komandiri; - xx.xx.2NN4-cü il tarixdən xx.xx.2NN6-cı il tarixədək N nömrəli hərbi hissədə bölük komandiri; - xx.xx.2NN6-cı il tarixdən xx.xx.2NN7-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Akademiyasında dinləyici: - xx.xx.2NN7-ci il tarixdən xx.xx.2NN8-cı ıl tarixədək N nömrəli hərbi hissədə məntəqənin zabiti; - xx.xx.2NN8-ci il tarixdən xx.xx.2N14-cü il tarixədək N nömrəli hərbi hissədə bölmə rəisi; - xx.xx.2N14-cü il tarixdən xx.xx.2N15-ci il tarixədək 47N nömrəli hərbi hissədə bölmə rəisi; - xx.xx.2N15-ci il tarixdən xx.xx.2N16- cı il tarixədək Silahlı Qüvvəiərin Təlim Tədris Mərkəzində müəllim; xx.xx.2N16-cı il tarixdən xx.xx.2N17-ci il tarixədək Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində baş müəllim; xx.xx.2N17-ci il tarixdən xx.xx.2N21-ci il tarixədək N nömrəli hərbi hissədə bölmə rəisi; Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2N21-ci il tarixli müvafiq əmrinə əsasən xəstəliyə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və sənədləri Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinə göndərilmişdir. - N nömrəli hərbi hissə komandirinin (Pirəkəşkül – 2 h.ş) 117 saylı əmrindən xx.xx.2N21-ci il tarixli çıxarışdan görünür ki, iddiaçı xidməti vəzifələrinin icrası ilə əlaqədar 3N aprel 2N21-ci il tarixdən 15 (on beş) gün müddətinə N və N nömrəli hərbi hissələrə (Laçın rayonu) ezamiyyətə getmiş hesab edilmiş, 3N aprel 2N21-ci il tarixdən N nömrəli hərbi hissənin ərzaq əvəzi pul təminatından çıxarılmış və ərzaq attestatı ilə təmin edilmişdir. - N nömrəli hərbi hissə komandirinin (Pirəkəşkül – 2 h.ş) 141 saylı xx.xx.2N21-ci il tarixli əmrindən çıxarışdan görünür ki, iddiaçı 24 may 2N21-ci il tarixdə N və N nömrəli hərbi hissələrdən (Laçın rayonu) ezamiyyətdən gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilmişdir. Əsas: xx.xx.2N21-ci il tarixli 246 nömrəli ezamiyyət vəsiqəsi. - N nömrəli hərbi hissə komandirinin (Pirəkəşkül – 2 h.ş) 145 saylı xx.xx.2N21-ci il tarixli əmrindən çıxarışdan görünür ki, iddiaçı 28 may 2N21-ci il tarixdən Bakı şəhərində keçirməklə 9N (doxsan) təqvim günü müddətinə ehtiyyata buraxılması ilə əlaqədar məzuniyyətə getmiş hesab edilmiş, ona 2N21-ci il üçün nəzərdə tutulmuş 1 (bir) aylıq vəzifə maaşı məbləğində əlavə pul təminatı ödənilmişdir. - N nömrəli hərbi hissə komandirinin (Laçın r-nu ) 23N saylı əmrindən çıxarışdan (N nömrəli hərbi hissənin komandirinin 2N21-ci ilin avqust ayını əhatə edən nizami hissə üzrə əlyazma əmrlər kitabından çıxarış) görünür ki, iddiaçı xx.xx.2N21-ci il tarixdən ehtiyyata buraxılması ilə əlaqədar məzuniyyətdən gəlmiş və vəzifəsinin icrasına başlamış, xx.xx.2N21-ci il tarixdən N nömrəli hərbi hissənin ərzaq əvəzi pul təminatından çıxarılaraq N nömrəli hərbi hissənin qazan təminatına qoyulmuşdur. Əsas: xx.xx.2N21-ci il tarixli 122 nömrəli məzuniyyət bileti. Azərbaycan Respublikası müdafiə nazirinin 1N iyun 2N21-ci il tarixli N736 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) və 164-cü maddəsinə müvafiq olaraq geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, məzuniyyəti (4 təqvim günü) verilməklə 26 avqust 2N21-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail Rayon İdarəsinə göndərilmişdir. Polkovnik-leytenant İddiaçı, Azərbaycan Respublikası müdafiə nazirinin 19 oktyabr 2N17ci il tarixli 22 nömrəli qərarına əsasən 2N21-ci ildə xidmət etdiyi dövr üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatını tam həcmdə almağa layiqdir. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2N19-cu il tarixli N25 nömrəli əmri ilə “Usta məharət dərəcəsi” təsdiq edilmişdir. Ona ehtiyata buraxılması ilə əlaqədar beş aylıq vəzifə maaşı miqdarında birdəfəlik pul müavinəti, 2N21-ci il üçün nəzərdə tutulmuş maddi yardım verilmiş 2N21-ci ilin məzuniyyət pulu ödənilmişdir. Əsas: Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2N21-ci il tarixli N736 nömrəli əmrindən çıxarış. İşin araşdırılmış hallarından iddiaçıya Laçın rayonu ərazisində yerləşən N №-li hərbi hissədə xx.xx.2N21-ci il tarixdən xx.xx.2N21-ci il tarixədək olan müddət ərzində yüksək dağlıq ərazisində xidmətə görə faiz əlavəsinin və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2N21-ci il tarixli Sərəncamı ilə müəyyən edilmiş əlavənin ödənilməməsi müəyyən edilmişdir. Cavabdeh bunu onunla əsaslandırmışdır ki, iddiaçı N nömrəli hərbi hissənin daimi dislokasiya yerini dəyişdirdiyi zaman məzuniyyətdə olmuş və şəxsi heyətin siyahısından çıxarıldığı xx.xx.2N21-ci il tarixə kimi daimi dislokasiya məntəqəsinə gəlməmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin (Laçın r-nu ) 23N saylı əmrindən çıxarışdan (1-ci paraqraf) göründüyü kimi iddiaçı xx.xx.2N21-ci il tarixdən ehtiyyata buraxılması ilə əlaqədar məzuniyyətdən gəlmiş və vəzifəsinin icrasına başlamış, xx.xx.2N21-ci il tarixdən N nömrəli hərbi hissənin ərzaq əvəzi pul təminatından çıxarılaraq N nömrəli hərbi hissənin qazan təminatına qoyulmuşdur. Sonra da Azərbaycan Respublikası müdafiə nazirinin 1N iyun 2N21-ci il tarixli N736 nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş, 26 avqust 2N21-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərinə uyğun olaraq yüksək dağlıq ərazilərdə xidmətə görə faiz əlavəsi, hərbi hissə komandirinin əmri əsasında hərbi qulluqçunun yüksək dağlıq əraziyə gəldiyi gündən və bu ərazidən getdiyi günə qədər ödənilir. N nömrəli hərbi hissədən alınan məlumata əsasən N nömrəli hərbi hissənin daimi dislokasiya yeri xx.xx.2N21-ci il tarixdə Pirəkəşkül yaşayış məntəqəsindən Laçın rayonuna dəyişdirilmişdir. İddiaçı isə xx.xx.2N21-ci il tarixindən məzuniyyətdən gəlmiş və vəzifəsinin icrasına başlamış hesab edilmişdir. Bu hal kifayətdir ki, iddiaçı qeyd edilən əlavələrin ödənilməsini tələb etsin. Beləliklə də qeyd olunan əmrlərdən göründüyü kimi iddiaçı işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçusu olduğundan ona xx.xx.2N21-ci il tarixdən xx.xx.2N21ci il tarixədək olan müddət ərzində yüksək dağlıq ərazisində xidmətə görə aylıq vəzifə maaşına faiz əlavəsi və Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə müəyyən edilmiş əlavəsi verilməli idi. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7484/2N22 saylı, 28 iyul 2N22-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-524/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-524/2023
06.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver