Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-524/2024 01.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X14 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X13 və X4 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2813/2022 saylı 9 iyun 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 01 may 2024cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********1093 nömrəli cavabdehin qərarına əsasən iddiaçıya məxsus təsərrüfat subyektində - Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 656, 3157-ci məhəllə, obyektin adı “Face Studio”, fəaliyyət növü bərbərxana və gözəllik salonunda operativ vergi nəzarəti tədbiri keçirilmiş, aşkar olunmuş faktlar xx.xx.2021-ci il tarixli, 002446 saylı aktla rəsmiləşdirilmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 16 iyul 2021-ci il tarixli, **********8451 nömrəli qərarı ilə 5 nəfər şəxsin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinin pozulması ilə, yəni əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə görə iddiaçı barəsində 10.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********600000 saylı qərarının surətindən görünür ki, fərdi sahibkar İddiaçı keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2021-ci il tarixli inzibati şikayəti təmin edilməmiş, xx.xx.2021-ci il tarixli, DVX seriyalı 002446 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********8451 nömrəli qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Daha sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı mübahisələndirmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 16 iyul 2021-ci il tarixli, **********8451 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 656, məhəllə 3157-ci ünvanında yerləşən “FACE STUDİO” obyektində xx.xx.2021-ci il tarixdə keçirilmiş operativ vergi yoxlamalarının nəticəsində qəbul edilmiş 16 iyul 2021-ci il tarixli, **********8451 nömrəli qərara əsasən 10.000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Onun həmin qərardan verdiyi inzibati şikayəti Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2021-ci il tarixli, **********600000 nömrəli qərarı ilə təmin edilməmişdir. İddiaçı hesab edir ki, cavabdehin qərarı ədalətsiz və qanunsuzdur. 27 may 2021-ci il tarixli 002446 nömrəli aktda və onun əlavəsində guya 5 nəfərin əmək müqaviləsi olmadan işə cəlb edilməsi aşkarlanmışdır. Həmin şəxslər salonun işçiləri deyil, subicarə müqaviləsi əsasında VÖEN və sabit qəbz ilə fəaliyyət göstərən sahibkarlardır. Həmin aktda qeyd olunan 5 nəfər fərdi sahibkarlar da bildirmişdirlər ki, onlar sərbəst qrafiklə işləyir, administratordan heç bir göstəriş almırlar, sifarişləri telefon vasitəsilə və ya tanışlıqla alırlar, instagram sosial şəbəkəsində usta kimi özlərinə məxsus ayrıca profilləri mövcuddur, göstərdikləri xidmətlərin qiymətlərini özləri təyin edirlər. Lakin bu göstərilənlərin heç birinə vergi xidməti əməkdaşları məhəl qoymamışlar. Cavabdehin əməkdaşları iddiaçıya həmin şəxsləri öz işçisi kimi qeydiyyata almağını tövsiyə etmişdir. Lakin həmin şəxslər subicarə müqaviləsi əsasında iddiaçının salonunda fəaliyyət göstərdikləri üçün iddiaçının işçiləri hesab olunmur və qeydiyyata almağı düzgün deyildir. Bundan başqa, cavabdehin operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsinin tələbinə müvafiq olaraq yoxlamanın keçirilmə əsasları göstərilməmiş, başqa sözlə qərar əsaslandırılmamışdır. Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi əsasları dəqiq göstərilmiş, lakin vergi orqanı əməkdaşının qərarında həmin əsaslardan hansına görə operativ vergi nəzarətinin həyata keçirilməsi öz əksini tapmamış, bununla da Vergi Məcəlləsinin 50.2-ci maddəsinin tələbləri pozulmuşdur. Qanunvericilik operativ vergi nəzarət tədbirlərinin keçirilməsi zamanı vergi orqanı tərəfindən sənədlər tələb edildiyi halda həmin sənədlərin verilməsi üçün konkret olaraq 1 iş günü müddət müəyyən etmiş və yalnız bu müddət ərzində sənədlər təqdim edilmədikdə məhz həmin müddət başa çatdıqdan sonra sənədlərin təqdim edilməməsi ilə bağlı müvafiq akt tərtib edilir, akt müvafiq qaydada imzalandıqdan sonra onun surəti vergi ödəyicisinə təqdim edilir. Başqa sözlə, vergi ödəyicisi tərəfindən sənədlər təqdim etməkdən imtina edildiyi halda belə vergi orqanı 1 iş günlük müddətin başa çatmasını gözləməlidir. Belə ki, cavabdeh orqanın tərtib etdiyi sənədlərdən görünür ki, cavabdeh 27 may 2021-ci il tarixdə vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnaməni təqdim etsə də, qanunvericilikdə nəzərdə tutulmuş, həmçinin tələbnamənin özündə belə qeyd edilmiş həmin 1 iş günlük müddəti gözləmədən və sənədlərin təqdim edilib-edilməməsi barədə müvafiq akt tərtib etmədən, elə həmin gün keçirilmiş operativ vergi nəzarətin nəticəsi üzrə birbaşa akt tərtib etmişdir. Operativ vergi nəzarəti keçirildiyi gündən 1 gün sonra elektron formada lazımi sənədlərin Dövlət Vergi Xidmətinə göndərilməsinə baxmayaraq, 1 günlük müddət nəzərə alınmamış və dərhal akt tərtib edilmişdir. Halbuki, qanunvericilik vergi orqanına sənədlərin tələb edilməsi üçün nəzərdə tutulmuş 1 iş günlük müddətin gözlənilməsini imperativ qaydada müəyyən etmişdir. Çünki vergi ödəyicisinin həmin sənədləri hətta 1 iş günün sonuncu saatında belə təqdim etmək imkanı var idi ki, vergi orqanı iddiaçının həmin hüququnu qanunsuz olaraq məhdudlaşdırmış və bununla da kobud qanun pozuntusuna yol vermişdir. Bundan başqa, qanunvericilik vergi orqanına vergi nəzarət tədbirlərin keçirilməsi zamanı vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntuların protokolla rəsmiləşdirilməsini və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunmasını imperativ qaydada təsbit etmişdir ondan ötrü ki, gələcəkdə bu foto və video çəkilişin nəticələrindən vergi orqanı vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edə bilsin. Lakin təəssüflər olsun ki, qanunvericiliyin tələblərinə zidd olaraq cavabdeh orqan operativ vergi nəzarət tədbirinin keçirdikləri təsərrüfat subyektinə baxış keçirərkən aşkar edilmiş qanun pozuntularının qeydiyyata alınması məqsədilə heç bir foto və ya video çəkilişdən istifadə etməmişdir. Çünki, əgər cavabdeh orqan qanunun tələblərinə uyğun olaraq vergi nəzarəti zamanı foto və ya video çəkilişdən istifadə etsə idi, hazırda nəzarət tədbirinin keçirdikləri obyektdə qanun pozuntuların həqiqətən mövcud olub-olmadığını açıq-aşkar görmək olardı. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, iddiaçı xx.xx.2019-cu il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır və əsas fəaliyyət növü bərbərxana və gözəllik salonları tərəfindən xidmətlərin göstərilməsidir. Cavabdeh orqanın xx.xx.2021-ci il tarixli, **********1093 nömrəli qərarına əsasən iddiaçıya məxsus AZ1138, ünvan 4 ünvanında yerləşən “Face Studio” adlı obyektdə Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması məsələsini əhatə edən operativ vergi nəzarəti həyata keçirilmişdir. Keçirilmiş operativ vergi nəzarəti nəticəsində iddiaçıya məxsus obyektdə 5 nəfər işçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar olunaraq xx.xx.2021-ci il tarixli, DVX seriyalı 002446 saylı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında aktla rəsmiləşdirilmiş və əmək müqaviləsi bağlanmadan işlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxslərin siyahısı akta əlavə edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********8451 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə 10.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” tələbnamə iddiaçıya göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2813/2022 nömrəli 9 iyun 2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmış, əlavə olaraq bildirilmişdir ki, iddiaçıya məxsus təsərrüfat subyekti ölkədə öz sözünü demiş gözəllik və bərbərxana salonudur. Həmin şəxslər də sırf “FACE STUDİO” gözəllik salonu ölkə ərazisində yetərincə tanındığına və öz müştəri kütləsi olduğuna görə həmin salonda subicarə müqaviləsi ilə işləmək istəmişlər. İddiaçıya məxsus təsərrüfat subyektinin icarə məbləğinin digər salonlardan fərqli olmağı da bunun təzahürüdür. Beləliklə, hazırkı iş üzrə cavabdeh orqanın əməkdaşı tərəfindən qanunvericiliyin tələblərinə tam riayət edilməmişdir. Belə ki, cavabdeh orqanın operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsinin tələbinə müvafiq olaraq yoxlamanın keçirilmə əsasları göstərilməmiş, başqa sözlə qərar əsaslandırılmamışdır. Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi əsasları dəqiq göstərilmiş, lakin vergi orqanı əməkdaşının qərarında həmin əsaslardan hansına görə operativ vergi nəzarətinin həyata keçirilməsi öz əksini tapmamış, bununla da Vergi Məcəlləsinin 50.2-ci maddəsinin tələbləri pozulmuşdur. Eyni zamanda, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarların əsaslandırılmaması, yəni nəzarətin başlanması üçün qanunla nəzərdə tutulmuş əsasların qərarda göstərilməməsi operativ vergi nəzarətinin tamamilə qanunsuz hesab edilməsi üçün əsas kimi qəbul edilir. Qanunvericilik operativ vergi nəzarət tədbirlərinin keçirilməsi zamanı vergi orqanı tərəfindən sənədlər tələb edildiyi halda həmin sənədlərin verilməsi üçün konkret olaraq 1 iş günü müddət müəyyən etmiş və yalnız bu müddət ərzində sənədlər təqdim edilmədikdə məhz həmin müddət başa çatdıqdan sonra sənədlərin təqdim edilməməsi ilə bağlı müvafiq akt tərtib edilir, akt müvafiq qaydada imzalandıqdan sonra onun surəti vergi ödəyicisinə təqdim edilir. Başqa sözlə, vergi ödəyicisi tərəfindən sənədlər təqdim etməkdən imtina edildiyi halda belə vergi orqanı 1 iş günlük müddətin başa çatmasını gözləməlidir. Belə ki, cavabdeh orqanın tərtib etdiyi sənədlərdən görünür ki,cavabdeh 27 may 2021-ci il tarixdə vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnaməni təqdim etsə də, qanunvericilikdə nəzərdə tutulmuş, həmçinin tələbnamənin özündə belə qeyd edilmiş həmin 1 iş günlük müddəti gözləmədən və sənədlərin tədqim edilib-edilməməsi barədə müvafiq akt tərtib etmədən, elə həmin gün 15-50-də keçirilmiş operativ vergi nəzarətin nəticəsi üzrə birbaşa akt tərtib etmişdir. Operativ vergi nəzarəti keçirildiyi gündən 1 gün sonra elektron formada lazımi sənədlərin Dövlət Vergi Xidmətinə göndərilməsinə baxmayaraq, 1 günlük müddət nəzərə alınmamış və dərhal akt tərtib edilmişdir. Halbuki, qanunvericilik vergi orqanına sənədlərin tələb edilməsi üçün nəzərdə tutulmuş 1 iş günlük müddətin gözlənilməsini imperativ qaydada müəyyən etmişdir. Çünki vergi ödəyicisinin həmin sənədləri hətta 1 iş günün sonuncu saatında belə təqdim etmək imkanı var idi ki, vergi orqanı iddiaçının həmin hüququnu qanunsuz olaraq məhdudlaşdırmış və bununla da kobud qanun pozuntusuna yol vermişdir. Cavabdeh orqan operativ vergi nəzarəti tədbiri zamanı qanunun tələblərini pozmuşdur. Bundan başqa, qanunvericilik vergi orqanına vergi nəzarət tədbirlərin keçirilməsi zamanı vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntuların protokolla rəsmiləşdirilməsini və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunmasını imperativ qaydada təsbit etmişdir ondan ötrü ki, gələcəkdə bu foto və video çəkilişin nəticələrindən vergi orqanı vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edə bilsin. Lakin qanunvericiliyin tələblərinə zidd olaraq cavabdeh orqan operativ vergi nəzarət tədbirinin keçirdikləri təsərrüfat subyektinə baxış keçirərkən aşkar edilmiş qanun pozuntularının qeydiyyata alınması məqsədilə heç bir foto və ya videoçəkilişdən istifadə etməmişdir. Cavadeh tərəfindən adları qeyd edilmiş (X7, X21, X15, X16, X11) şəxslərin hər birinin adına sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbzlər təqdim etmişdir. Sözügedən şəxslər 220.10-cu maddədə qeyd edilən şəxslərin siyahısına uyğun gəldiyindən sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğdə vergi ödəyiciləri hesab edilirlər. Eyni zamanda qeyd olunan şəxslər subicarə müqaviləsi bağladıqlarından qeyd olunan obyektdə sahibkarın işçiləri kimi deyil, subicarə əsasında müstəqil sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar və iş üzrə sübutlar (Sabit qəbzlər, subicarə müqavilələri) məhkəmə tərəfindən xidməti vəzifəsinə uyğun olaraq tam, obyektiv və hərtərəfli araşdırılmamışdır. İddiaçı barəsində tərtib olunan qərarda adları uçotsuz işçi kimi qeyd olunan şəxslər barəsində olan sabit qəbzlər, subicarə müqavilələri olduğu halda məhkəmə bu halları aydınlaşdırmaq,zəruri sübutları toplamaq istiqamətində hər hansı addım atmamışdır...” Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 fevral 2023-cü il tarixli, 2- 1(103)-568/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 9 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1392/2023 nömrəli 23 iyul 202-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 fevral 2023-cü il tarixli, 2-1(103)-568/2023 nömrəli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi və şikayətin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı barədə lazımsi qaydada xəbərdar olunsa da, iştirakını təmin etməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı tərəfindən mübahisələndirilən 16 iyul 2021-ci il tarixli qərarın ləğvi ilə bağlı iddiaçı yuxarı inzibati orqana şikayət vermiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının inzibati şikayəti təmin edilməmişdir. İddiaçı məhkəməyə isə vaxtında, yəni xx.xx.2021-ci il tarixdə müraciət etdiyi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətinə əməl olunmuşdur. Bu baxımdan iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı tələbi “cavabdehin 16 iyul 2021-ci il tarixli, **********8451 nömrəli qərarının ləğv edilməsi” barədədir. Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formalhüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “iş üzrə xx.xx.2021-ci il tarixdə iddiaçıya məxsus olan obyektdə operativ vergi nəzarəti həyata keçirilərkən 15 nəfər fiziki şəxsdən 5 nəfərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən iddiaçı tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkar edilmiş, bununla əlaqədar işçi ilə bağlanmış əmək müqaviləsinin elektron informasiya sisteminə daxil edilib-edilməməsi yoxlanılmış, həmin 5 nəfər barəsində elektron informasiya sistemində məlumat tapılmamış, iddiaçı tərəfindən də bu hal mübahisələndirilmir. Elektron informasiya sistemində əmək müqaviləsinin qeydiyyatdan keçirilməsi isə işəgötürənin əsas vəzifələrindən biridir. Operativ vergi nəzarəti tədbiri keçirilən zaman foto və ya video çəkilişdən istifadə olunması vergi orqanının vəzifəsi deyil, hüququdur və qanunvericilikdə imperativ norma kimi nəzərdə tutulmamışdır. Ona görə də bu, vergi orqanı tərəfindən qanunvericiliyin tələblərinin pozulması hesab edilə bilməz. Operativ vergi nəzarəti tədbiri hər hansı qanun pozuntusu halına yol verilmədən, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun keçirilmiş, mübahisələndirilən qərar qəbul edilərkən vergi və inzibati icraat haqqında qanunvericiliyin tələbləri pozulmamışdır.” Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə apellyasiya instansiyası məhkəməsi razılaşsa da, işə kassasiya qaydasında baxmış məhkəmənin hüquqi mövqeyi fərqli olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1392/2023 nömrəli 23 iyul 202-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “iddiaçının istinad etdiyi icarə müqavilələrinin qeydə alınmaması həmin müqavilələrin tərəflərinin icarə deyil, məhz əmək münasibətlərində olması nəticəsinə gəlməyə özü-özlüyündə əsas vermir və həmin xüsusat işin digər faktiki halları ilə birgə araşdırılmalı və qiymətləndirilməlidir.......Apellyasiya instansiya məhkəməsi iş materiallarında olan sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi barədə qəbzləri işin digər materialları ilə birgə araşdırmamış, onları qiymətləndirilməmiş, həmin qəbzlərlə bağlı iddiaçının dəlillərinə hər hansı münasibət bildirilməmişdir.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə müvafiq olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Əvvəla qeyd olunur ki, Azərbaycan Respublikasının Vergilər Nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın 1.4-cü bəndinə görə operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Qaydaların 1.6-cı bəndinə görə operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsaslarla yanaşı, aşağıdakı risk meyarlarından biri olmalıdır: 1.6.1. Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş risk meyarları; 1.6.2. Vergilər Nazirliyinin müvafiq strukturları tərəfindən müəyyən edilmiş və Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş risk meyarları. Həmin Qaydaların 1.10-cu bəndinə əsasən operativ vergi nəzarəti tədbirləri vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarəti tədbirini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) nəzarətə başladıqdan sonra vergi orqanının qərarını, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) və öz xidməti vəsiqəsini (vəsiqələrini) vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə dərhal təqdim edir. Həmin Qaydaların 1.13-cü bəndinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi, ekspertin cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçinin dəvət edilməsi və aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlanma ilə nişanlanmış malların siyahıya alınması Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Qaydaların 2.1-ci bəndinə görə operativ vergi nəzarətinin nəticələrinin rəsmiləşdirilməsi və operativ vergi nəzarətinin materiallarına baxılması Vergi Məcəlləsinin 39-cu və 49-cu maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Qaydaların 2.2-ci bəndinə görə operativ vergi nəzarətinin və bu Qaydaların 1.13-cü bəndində nəzərdə tutulmuş tədbirlərin nəticələri bütün hallarda vergi orqanının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi və bu Qaydalara əlavə edilmiş müvafiq akt, protokol və digər zəruri sənəd formaları ilə rəsmiləşdirilir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən operativ vergi nəzarətinin nəticəsi barədə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və ya qanun pozuntusuna yol vermiş şəxsin iştirakı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada akt, protokol və digər sənədlər tərtib edilir. Həmin aktda, protokolda və digər sənədlərdə vergi qanunvericiliyinin pozulması halları göstərilir, vergi ödəyicisi tərəfindən tələbləri pozulmuş qanunvericilik aktlarının konkret maddələrinə istinad etməklə pozuntunun xarakteri açıqlanır, qanun pozuntusuna yol vermiş şəxsə vergi qanunvericiliyinin tələblərinə əməl edilməsinin tövsiyə olunması barədə qeyd aparılır, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilir. Həmin Qaydaların 2.5-ci bəndinə görə tərtib olunmuş aktlar, protokollar və digər sənədlər operativ vergi nəzarətinin keçirilməsində iştirak edən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) vergi ödəyicisi hüquqi şəxs olduqda onun rəhbəri (onu əvəz edən şəxs) və ya səlahiyyətli nümayəndəsi, fiziki şəxs olduqda onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda, protokolda və digər sənədlərdə öz qeydlərini edə bilər, imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda, protokolda və digər sənədlərdə vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən müvafiq qeyd aparılır. Operativ vergi nəzarəti tədbiri aşağıdakı prosedur ardıcıllıqla aparılır:
1. Vergi ödəyicisinin tam adı, eyniləşdirmə nömrəsi, onun rəhbərinin (və ya səlahiyyətli nümayəndəsinin) və ya fərdi sahibkarın soyadı, adı, atasının adı, şəxsiyyəti təsdiq edən sənədinin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilməli.
2. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar vergi ödəyicisinin rəhbərinə (və ya onun səlahiyyətli nümayəndəsinə) və ya fərdi sahibkara təqdim edilməli. 3.Vergi ödəyicisinin «Nəzarət kitabçası»nda operativ vergi nəzarətinin başlanması barədə müvafiq qeydiyyat aparılmalı.
4. Operativ vergi nəzarətini həyata keçirmək məqsədi ilə vergi ödəyicisindən və ya onun vəzifəli şəxslərindən müvafiq izahatlar, arayışlar, məlumatlar almalı və zəruri sənədlərlə tanış olmalı.
5. Vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə operativ vergi nəzarətinin həyata keçirildiyi vaxta vergi ödəyicisinə məxsus obyektdə yerinə yetirilən işlər (xidmətlər) müəyyənləşdirilməli.
6. Vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə məşğul olan fiziki şəxslərin faktiki sayı müəyyənləşdirilməli.
7. İşlərin (xidmətlərin) yerinə yetirilməsi ilə məşğul olan fiziki şəxslərlə işəgötürən arasında Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinin tələblərinə uyğun olaraq nəzərdə tutulmuş qaydada əmək müqavilələrinin mövcudluğu araşdırılmalı, zərurət olduğu halda bu müqavilələrin surətləri götürülməli.
8. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqavilələri bağlamaqla işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərə əmək kitabçalarının aparılması, maaş cədvəllərinin tərtib edilməsi, işçilərdən gəlir vergisinin tutulması araşdırılmalı.
9. İşəgötürənin sosial müdafiə fondunda qeydiyyatı və bu fonda ayırmalar araşdırılmalı.
10. Vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə əmək müqavilələri bağlamadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin sayı müəyyənləşdirilməli və bu şəxslərin siyahısı tərtib olunmalı.
11. Operativ vergi nəzarətinin nəticələri barədə Vergilər Nazirliyinin müəyyən etdiyi formada vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə akt tərtib edilməli.
13. Tərtib olunmuş aktın bir nüsxəsi təqdim edilmə tarixi göstərilməklə vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilməlidir. Beləliklə, iş üzrə müəyyən olunur ki, Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********1093 nömrəli qərara əsasən İddiaçı (VÖEN: **********) icarəyə götürdüyü obyektdə (Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 656, 3157ci məhəllə, Face Studio, fəaliyyət növü: bərbərxana və gözəllik salonları tərəfindən xidmətlərin göstərilməsi) nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi(ləri) üzrə operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. xx.xx.2021-ci il tarixli, DVX seriyalı 002446 saylı akta əsasən iddiaçının icarəyə götürdüyü həmin obyektdə xx.xx.2021-ci il tarixdə, operativ vergi nəzarəti həyata keçirilərkən 15 nəfər fiziki şəxsdən 5 nəfərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkar edilmişdir. Bundan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********8451 nömrəli, xx.xx.2021-ci il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 5 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 10.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsində və apellyasiya şikayətində mübahisələndirir ki, o, işçinin gəlirinin gizlədilməsinə şərait yaratmamış, 5 nəfərlə əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi ilə əlaqədar cavabdehin mövqeyi əsassız olmuş, həmin şəxslərlə subicarə müqaviləsi bağlamış və ona görə də əmək müqaviləsi bağlanılmasına zərurət olmamışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: ... 16.1.7-1. bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növlərini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla həyata keçirmək... 24.0.6-1-ci maddəsinə əsasən Vergi orqanları bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslərə bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olmaq üçün “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” verməyə borcludur. 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasını (50.1.3); Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi (50.1.7) hallarının aşkar edilməsini əhatə edən vergi nəzarəti formasıdır. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 218.4.4-cü maddəsinə əsasən Bu Məcəllənin 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq fəaliyyət zamanı işçi cəlb edən fiziki şəxslər istisna olmaqla, bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir. 220.10-cu maddəsinə əsasən Bu maddədə nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər üçün sadələşdirilmiş vergi fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər - 15 manat kimi müəyyən edilir. 220.11.1-ci maddəsinə əsasən bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) 2,0 əmsal tətbiq edilməklə müəyyən edilir: 221.8-ci maddəsinə əsasən Bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növlərinə görə sadələşdirilmiş vergi aşağıdakı qaydada hesablanır: 221.8.1. Bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər sadələşdirilmiş vergini bu Məcəllənin 220.10-cu maddəsində göstərilən sabit vergi məbləğinin bu Məcəllənin 220.11-ci maddəsində göstərilən əmsallara vurulması yolu ilə hesablayır və dövlət büdcəsinə ödəyir. 221.8.2. Bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər qeydiyyatda olduğu yerdən asılı olmayaraq, həmin fəaliyyətin faktiki həyata keçirildiyi ərazi üçün bu Məcəllənin 220.10-cu və 220.11-ci maddələrinə uyğun müəyyən edilən sadələşdirilmiş vergini ödəyirlər. 221.8.5. Bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər bu Məcəllənin 220.10-cu maddədə nəzərdə tutulan fəaliyyəti həyata keçirməyə başlayanadək, müvafiq icra hakimiyyəti orqanından könüllü olaraq növbəti ay, rüb, yarımil və ya il üçün “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almalıdır. İşin təkrar apellyasiya baxışı zamanı müəyyən olundu ki, iddiaçının əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb edildiyi vergi orqanı tərəfindən müəyyən edilən şəxslərlə (5 nəfərlə) subicarə müqaviləsi olsa da, həmin şəxslərdən yalnız 4-nün sabit qəbzi mövcud olmuşdur. xx.xx.2021-ci il tarixli sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbzə əsasən fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi X16 tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 30 manat məbləğində vergi ödənilmişdir; xx.xx.2021-ci il tarixli sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbzə əsasən fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi X17 tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 30 manat məbləğində vergi ödənilmişdir; xx.xx.2021-ci il tarixli sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbzə əsasən fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi X7 tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 30 manat məbləğində vergi ödənilmişdir; xx.xx.2021-ci il tarixli sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbzə əsasən fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi X21 tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 30 manat məbləğində vergi ödənilmişdir. Vergi ödəyicisi haqqında məlumatda qeyd olunur ki, vergi ödəyicisinın adı İddiaçı, Obyekt FACE STUDİO, təsnifatı bərbərxana və gözəllik salonu, icarə vəziyyəti icarəyəgötürən, obyektin ünvanı ünvan 5, Müqavilənin müddəti-xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək. X12 Şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2024-cü il tarixə 450 manat məbləğində vergi ödənilmişdir; X5 Şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2024-cü il tarixə 660 manat məbləğində vergi ödənilmişdir; X8 Şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2024-cü il tarixə 1370,68 manat məbləğində vergi hesablanılmış və 1.607,57 manat məbləğində vergi ödənilmiş və çap tarixinə saldo 53,68 manat təşkil edir; X3 hesab vərəqəsindən görünür ki, xx.xx.2024-cü il tarixə 5782,06 manat və 6181, 40 manat məbləğində vergi hesablanılmış və 1.607,57 manat məbləğində vergi ödənilmiş və çap tarixinə saldo 14,16 manat təşkil edir. İddiaçı Şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2024-cü il tarixə 20.784,74 manat vergi hesablanılmış və və 20.194,03 manat məbləğində vergi ödənilmiş və çap tarixinə saldo 140,49 manat təşkil edir. Beləliklə, işin təkrar apellyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, iddiaçının icarəyə götürdüyü obyektdə operativ vergi nəzarəti həyata keçirilən zaman onunla əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb edildiyi müəyyən edilən 5 nəfər şəxsin 4-ü ilə ayrıca subicarə müqaviləsi bağlanmış, həmin şəxslərin hər biri ayrıca “sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz”ə malik olmuş və tərəflərindən müvafiq vergilərin ödənilməsi təmin edilmişdir. İddiaçı ilə əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb edildiyi müəyyən olunan X11 ilə iddiaçı arasında subicarə müqaviləsinin olmasına baxmayaraq, həmin şəxsin adına ayrıca “sabit qəbz” mövcud olmamışdır. Qeyd olunan faktlar apellyasiya baxışı zamanı cavabdeh qurumun nümayəndəsi tərəfindən də təsdiq olunmuşdur. Odur ki, iddiaçı ilə adı çəkilən 4 nəfərlə bağlanmış subicarə müqavilələri qeydiyyatdan keçməsə də, iddiaçı ilə həmin şəxslər arasında əmək münasibətlərinin mövcud olması sübuta yetirilmir, belə ki, qeyd olunduğu kimi, həmin 4 nəfərin adına ayrıca sabit qəbzlər mövcuddur ki, bundan irəli gələn vergilərin ödənişi də həmin şəxslər tərəfindən təmin olunmuşdur. O ki qaldı əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb edildiyi müəyyən edilən X9, həmin şəxslə də iddiaçı arasında subicarə müqaviləsi mövcud olsa da, həmin icarə müqaviləsi nəinki qeydiyyata alınmamış, həmçinin sonuncunun adına sabit qəbzin də mövcud olmaması onunla iddiaçı arasında əmək münasibətlərinin olmasına dəlalət edir. Əksini təsdiq edə biləcək hər hansı sübut iddiaçı tərəfindən işin təkrar apellyasiya baxışı zamanı məhkəməyə təqdim olunmamışdır. Əksinə, apellyasiya baxışı zamanı cavabdeh qurumun nümayəndəsi ona məlumatın dəqiqləşdirilməsi ilə bağlı verilmiş fasilədən sonra X6 “sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almadığını bildirmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, həmin şəxsə münasibətdə iddiaçıya vergi orqanı tərəfindən müvafiq maliyyə sanksiyasının hesablanması düzgün olmuşdur. Bütün göstərilən məsələlər işə baxmış birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırılmadığından, sübutlar düzgün qiymətləndirilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qismən, vergi orqanının 16 iyul 2021-ci il tarixli qərarının 4 nəfərə münasibətdə ləğv edilməsi barədə tələbin rədd edildiyi hissədə ləğv olunmalı və həmin hissədə iddia tələbi təmin edilməli, məhkəmə qərarı qalan- vergi orqanının 16 iyul 2021-ci il tarixli qərarının 1 nəfərə münasibətdə ləğv edilməsi barədə iddianın rədd edildiyi hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2813/2022 saylı 09 iyun 2022-ci il tarixli qərarı qismən, vergi orqanının 16 iyul 2021-ci il tarixli qərarının 4 nəfərə münasibətdə ləğv edilməsi barədə tələbin rədd edildiyi hissədə ləğv olunmalı və həmin hissədə iddia tələbi təmin edilməli, məhkəmə qərarı qalan- vergi orqanının 16 iyul 2021-ci il tarixli qərarının 1 nəfərə münasibətdə ləğv edilməsi barədə iddia tələbinin rədd edildiyi hissədə dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2813/2022 saylı 09 iyun 2022-ci il tarixli qərarı qismən, vergi orqanının 16 iyul 2021-ci il tarixli qərarının 4 nəfərə- X16, X17, X7 və X18 münasibətdə ləğv edilməsi barədə iddia tələbinin rədd edildiyi hissədə ləğv olunsun. Həmin hissədə iddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 16 iyul 2021-ci il tarixli **********8451 nömrəli qərarı 4 nəfərə- X16, X17, X7 və X18 münasibətdə 8000 manat maliyyə sanksiyasının tətbiq olunduğu hissədə ləğv edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2813/2022 saylı 09 iyun 2022-ci il tarixli qərarı qalan, “vergi orqanının 16 iyul 2021-ci il tarixli qərarının 1 nəfərə- X9 münasibətdə 2000 manat maliyyə sanksiyasının tətbiq olunduğu hissədə ləğv edilməsi barədə” iddia tələbinin rədd edildiyi hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xəyalə Cəmilova X23 Mehriban Qarayeva