Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-529/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil (Bakı şəhəri 13 saylı Vəkil Bürosu, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı (xx.xx.1959-cu il tarixdə Masallı rayonunun Təklə kəndində anadan olmuş, ünvan 1 mən. 26 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Xüsusi X1rşı əmək pensiyasının yenidən hesablanması və fərqin birdəfəlik ödənilməsi tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-3931/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Xüsusi X1rşı iddia ərizəsi ilə müraciət edərək ( “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin Xəzər X8 üçüncü şəxs qismində göstərilməklə) , ona 50 yaşdan, yəni xx.xx.2009-cu il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10.2 və 27-ci maddələrinin xx.xx.2009cu il tarixində qüvvədə olan tələblərinə əsasən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və yaranmış pensiya fərqinin birdəfəlik ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 X5 İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1959-cu il tarixdə Masallı rayonu, Təklə kəndində anadan olmuşdur. xx.xx.1975-ci il tarixdən əmək fəaliyyətinə başlayaraq xx.xx.1977- ci il tarixədək xxxxxx vəzifəsində çalışmışdır. xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olmuşdur. xx.xx.1979-cu il tarixdən xx.xx.1998-ci il tarixədək Abşeron rayon X8 İdarəsi Çilov adasının X2 xxxxxx vəzifəsində çalışmışdır. xx.xx.1998-ci il tarixdən xx.xx.2014-cü il tarixədək yenidən Abşeron rayon X8 İdarəsi Çilov adasının X2 xxxxxx vəzifəsində çalışmışdır. Ümumilikdə 38 il ümumi, 36 il xüsusi stajı vardır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «a» bəndinə və həmin maddəyə xx.xx.1997-ci il tarixli, 321-İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndi ilə (xx.xx.1997-ci il tarixli 321 İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-ci maddələrində və 90-cı maddəsinin 3- cü, 4cü, 5-ci abzaslarında nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il 6 ay artırılır) edilmiş dəyişikliyə əsasən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi Kollegiyasının xx xxxxxx 1997-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə «Azərbaycan Respublikası Qanununun tətbiqi barədə izahat”ında bildirilir: 13-cü maddə üzrə:«a» bəndində nəzərdə tutulmuş iş stajı olan aşağıdakı şəxslər güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər: xx xxxxxx 1997-ci ildən kişilər 50 yaş 6 ayda, qadınlar 45 yaş 6 ayda; xx xxxxxx 1998-ci ildən kişilər 51 yaşda, qadınlar 46 yaşda; xx xxxxxx 1999-cu ildən kişilər 51 yaş 6 ayda, qadınlar 46 yaş 6 ayda; xx xxxxxx 2000-ci ildən kişilər 52 yaşda, qadınlar 47 yaşda. Azərbaycan Respublikası Mülki Məcəllənin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində göstərilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. "Hərbi qulluqçuların pensiya təminatı haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair" Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxxx 2014-cü il tarixli öz qərarına əsasən, xidmət illərinə görə pensiyanın məqsədi belə şəxsləri əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar öz əvvəlki işini davam etdirmək zərurətindən azad etməkdir. Xüsusi əmək stajının əldə edilməsi ilə bağlı hüquq münasibətləri, bir qayda olaraq, şəxs pensiya yaşına çatmasından daha əvvəl başa çatır. Xidmət illərinə görə pensiya hüququndan istifadə etmək barədə qərar qəbul edərkən şəxs xüsusi əmək stajının müddətini və zəruri staja malik olmanın hüquqi nəticələrini müəyyən edən həmin dövrdə qüvvədə olan qanunvericilik normalarının tələblərini nəzərə alır. Bu səbəbdən ona münasibətdə onun iş stajına topladığı dövrdə qüvvədə olan norma tətbiq edilməlidir. Beləliklə də, xx.xx.1997-ci il tarixə kimi 20 ildən artıq əmək stajı olduğuna və stajının 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə işlədiyinə, həmçinin xx.xx.2009-cu il tarixdə 50 yaşı tamam olduğuna görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.8-ci bəndinə əsasən həmin tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 3931/2019 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmiş, İddiaçı 50 yaşdan, yəni xx.xx.2009-cu il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10.2 və 27-ci maddələrinin xx.xx.2009-cu il tarixində qüvvədə olan tələblərinə əsasən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və yaranmış pensiya fərqinin birdəfəlik ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 X5 İdarəsinə həvalə edilmişdir. xx.xx.2019-cu il tarixdə cavabdeh apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-3931/2019 nömrəli qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya görə, ona 50 yaşdan, xx.xx.2009-cu ildən “Əmək pensiyaları haqqında” Qanunun 10.2-ci və 27-ci maddələrinin xx.xx.2009-cu il tarixdə qüvvədə olan redaksiyasına əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin xx xxx 2019-cu il tarixli arayışına istinadən hesab edir ki, onun çalışdığı “xxxxxx” peşəsi NK-nın 12 nömrəli, xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiqlənmiş Siyahının 11.10-cu bəndinin “a” yarımbəndində öz əksini tapmışdır. Siyahının 11-ci bəndi “Metal emalı”, 11.10-cu alt-bəndi isə “Abraziv və qrafit-puta istehsalatı” adlanır. İddia ərizəsində göstərilir ki, iddiaçı X2 çalışmışdır. “Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri” ilə bağlı peşələr 11.6-cı alt-bəndlə tənzimlənir. Həmin, yəni 11.6-cı alt-bənddə “xxxxxx” peşəsi nəzərdə tutulmamışdır. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təsdiqlədiyi xx.xx.2013-cü il tarixli Siyahıya istinad edə bilməz. Ona görə ki, həmin Siyahı yalnız ARDNŞ üçün məcburidir, işəgötürən tərəfindən öz işçiləri üçün əlavə əmək şəraitinin şərtlərinin yaxşılaşdırılmasına xidmət edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsindəki zərərli iş şəraiti olan peşələrin dairəsini müəyyənləşdirmək səlahiyyəti Nazirlər Kabinetinə məxsusdur və NK-nin də bu barədə məlum 12 saylı Qərarı vardır. İdidaçı, ona hansı səbəbdən 50 yaşdan əmək pensiyası təyin edilməli olmasını da əsaslandıra bilməmişdir. İddiaçıya aid peşə güzəştlidir, onda iddiaçı NK-nin əvvəlki 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 1 saylı deyil, 2 nömrəli Siyahının təsiri alına düşərdi. İddiaçının çalışdığını iddia etdiyi peşə “abraziv məmulatların emalı üzrə xxxxxxlar” peşəsi 2 nömrəli Siyahıda “2150800a-19160” kodu altında nəzərdə tutulmuşdu. 2 nömrəli Siyahı üzrə pensiya yaşı isə 57 yaş idi (“Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13cü maddəsinin “b” bəndinə əsasən). Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq, o, iddiaçının işlədiyi xxxxxx peşəsinin Siyahıda başqa başlıq altında göstərildiyini, birinci instansiya məhkəməsinin qərarında yanlış siyahıya istinad etdiyini, birinci instansiya məhkəməsinin qərarında İİ nömrəli siyahıya istinad edilsə də, iddiaçının 52 yaşdan pensiya ala bilməyəcəyini, 50 yaşdan pensiya ala bilməsi üçün 1997-ci ilə qədər müəyyən edilmiş stajı toplamalı olduğunu bildirdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil təqdim etdiyi etirazı müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əlavə olaraq, o, iddiaçının peşəsinin xxxxxx olduğunu və gəmidə işlədiyini, birinci instansiya məhkəməsi tərəfindən bütün halların araşdırıldığını, iddiaçının 38 il ümumi, 36 xüsusi stajı olduğunu bildirdi. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsində nəzərdə tutulmuş məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq, iddiaçının nümayəndəsi və vəkilinə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı təklif etmiş, iddiaçının nümayəndəsi və vəkili hazırkı iddia tələbini müdafiə etdiyini, iddiaçıya 50 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etdiyini bildirdi. Məhkəmə kollegiyası izahatları dinləyib, cavabdehin apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinin tələblərini və cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə yönəldiyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının əsaslılığı tam həcmdə yoxlanılmalıdır. Qeyd olunan normanın tələbini və cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinin tələb edildiyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı tam yoxlanılmalıdır. İş materiallarına əsasən iddiaçı xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. O, “Gəmi xxxxxxı” peşəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11-ci “Metal emalı” bölməsinin 11.6-cı bəndinin “a” yarımbəndində göstərilmiş peşə üzrə güzəştli şərtlərlə işləmişdir. Onun ümumi 38 il ümumi, 36 il xüsusi əmək stajı vardır. Hazırda o, güzəştli şərtlərlə əmək pensiyasının 50 yaşdan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10.2 və 27-ci maddələrinin xx.xx.2009-cu il tarixində qüvvədə olan tələblərinə əsasən təyin edilməsini xahiş edir. Məhkəməyə müraciət etməmişdən öncə iddiaçı hazırkı tələbi ilə cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İş materiallarında olan iddiaçıya məxsus PT-İ № ******* seriya və nömrəli əmək kitabçasının surətinə əsasən əmək kitabçası xx.xx.1977-ci il tarixdə (“Marqrs” da) açılmışdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********8 saylı cavab məktubu ilə iddiaçının müraciətinə imtina verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağdakıları qeyd edir : xx.xx.2017-ci il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Məhkəmə kollegiyası qeyd edir ki, Qanunun 9.8-ci maddəsinin müddəalarına əsasən hazırkı iş üzrə xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu tətbiq edilməlidir. Belə ki, xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının xx.xx.1997-ci il tarixə kimi 20 ildən artıq əmək stajı olduğundan və həmin stajın 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə işlədiyindən, həmçinin xx.xx.2009-cu il tarixdə 50 yaşı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci bəndinə əsasən həmin tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır. Belə ki iddiaçının təqdim etdiyi sənədlərdə onun xx.xx.1979-cu il tarixdən xx.xx.2014cü il tarixinədək olan dövr ərzində “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" QSC-nin Abşeron rayon X9 İdarəsinin Çilov adasının X2 əmək fəaliyyəti ilə məşğul olduğu "xxxxxx” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiqlənmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nda nəzərdə tutulmamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı on iki il altı ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ona hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarına əsasən 50 yaşdan pensiya hüququnun yaranmasına istinad etsə də, işin faktiki hallarına əsasən müəyyən edilir ki, iddiaçıya güzəştli əmək stajı verən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrədir. Məhkəmə kollegiyası əlavə qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiqlənmiş Siyahının 11-ci bəndi “Metal emalı”, 11.10-cu alt-bəndi isə “Abraziv və qrafit-puta istehsalatı” adlanır. İddiaçının X2 çalışdığı mübahisəsizdir. Lakin “Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri' ilə bağlı peşələr 11.6-cı altbəndlə tənzimlənir. Həmin 11.6-cı alt-bənddə “xxxxxx” peşəsi nəzərdə tutulmayıb. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-3931/2019 nömrəli qərarı əsassız olduğundan ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 X5 İdarəsinin apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 3931/2019 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Xüsusi X1rşı ona 50 yaşdan, yəni xx.xx.2009-cu il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10.2 və 27-ci maddələrinin xx.xx.2009-cu il tarixində qüvvədə olan tələblərinə əsasən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və yaranmış pensiya fərqinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-529/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-529/2020
05.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver