Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-529/2023 02.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X5 və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7033/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 65 yaşının tamam olduğu, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 08 iyul 2021-ci il tarixdə 65 yaşı tamam olduqdan sonra yaşa görə əmək pensiyası almaq üçün cavabdehə müraciət etmiş, sonuncu isə ona ünvanladığı xx.xx.2022-ci il tarixli məktubu ilə imtina edərək bildirmişdir ki, onun sığorta stajı, ümumilikdə, 22 il 04 ay 27 gün təşkil edir və bu da qanunvericilikdə tələb olunan 25 il müddətdən azdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021-ci il tarixli, BA-03236-2021 nömrəli arayışına və ona əlavə olunan sənədlərin surətlərinə əsasən arxivdə “X9” MMM və onun orada əmək haqqı almağı barədə məlumat olmadığına görə əmək kitabçasının surətində qeyd olunan xx.xx.1997-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrlərin sığorta stajına əlavə edilməsi qanunvericiliyin tələbləri baxımından imkan xaricindədir. O, xx.xx.1997-ci il tarxdə Bakı şəhəri, Xətai rayonu, Gəncə pr. 93/99 ünvanında VÖEN nömrəsi ********* olan "xxxx" MMC adlı şirkət yaradaraq, orada çalışmağa başlamış, hər ay vaxtı-vaxtında Vergilər İdarəsinə və Dövlət Sosial Müdafiə Fonduna hesabatlar verib sosial ödənişlər edirdi. "xxxx" MMC şirkətinin 1998-2001-d illəri əhatə edən bütün sənədlərini 28 fevral 2001-d il tarixdə Dövlət Arxivinə təhvil vermişdir. xx.xx.2005-a il tarixdə "xxxx" MMC şirkətinin adını və ünvanını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı bölgə şöbəsində 67 nömrəli şəhadətnamə ilə dəyişərək, “X9” MMM olaraq qeydiyyatdan keçirmişdir. 16 fevral 2006-cı il tarixdə Bakı şəhər 9 nömrəli Dövlət Notariat Kontorunda ona məxsus olan “X9” MMM-nin ona adi 100 faiz payını X6 vermişdir. X12 Bakı filialından verilən cavab məktubunda onun və "xxxx" MMC barəsində məlumat olmadığı bildirilmişdir. Cavabdeh orqanın ona yaşa görə əmək pensiyasının verilməsindən imtinasını əsassız hesab edir. Çünki "xxxx" MMC-nin sənədlərinin həmin Filiala təhvil verilməsi barədə əlində rəsmi sənədlər var. Belə olan halda Dövlət Arxivinin Bakı filialında sənədlərin itməsinə görə o, məsuliyyət daşımır. Onun iş stajını təsdiq edən əmək kitabçası var. Əmək kitabçasında isə xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixə kimi "xxxx" MMC və “X9” MMC-də işləməyi barədə məlumat var. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyət dövrü, o cümlədən, xx.xx.1977-xx.xx.1979-cu illər ərzində hərbi xidmətdə olduğu dövr, eyni zamanda, əmək kitabçasının surətində qeyd edilən digər dövrlər nəzərə alınmaqla sosial sığorta stajı 22 il 04 ay 27 gün təşkil edir və bu qanunvericiliklə, tələb edilən müddətdən (25 il) azdır. İddiaçı xx.xx.2006 - xx.xx.2018-ci illər əzində fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmışdır. AR Dövlət Arxivinin Bakı filialının xx.xx.2021ci il tarixli BA-03236-2021 nömrəli arayışının və ona əlavə edilən sənədlərin surətlərinə əsasən “X18” MMM və onun əmək haqqı alması barədə məlumat olmadığı üçün əmək kitabçasının surətində qeyd edilən xx.xx.1997 - xx.xx.2006-cı illərin sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından imkan xaricindədir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7033/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və iddiaçı xx.xx.1956-cı il təvəllüdlü İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qəbul olunarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, iş üçün əhəmiyyətli hallar araşdırılmamış, məhkəmə gəldiyi nəticə üçün bütün faktiki halları araşdırmamışdır. Belə ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. İddiaçı yaşa görə əmək pensiyası yaşı “Əmək pensiyaları haggında” Qanunun 7-ci maddəsinə müvafig olarag 65 yaşda, yəni xx.xx.2021-ci il tarixdə tamam olur. Lakin yuxarıda geyd olunan maddənin müddəalarına müvafig olarag İddiaçı həmin tarixə azı 25 il sosial sığorta stajının, yaxud fərdi hesabının sığorta hissəsində 28800 manat pensiya kapitalının olması öz təsdigini tapmamışdır. İşin mübahisələndirilməyən halları: xx.xx.1973 - xx.xx.1982-ci illər ərzində təhsil aldığı dövr; xx.xx.1977 - xx.xx.1979-cu illər ərzində hərbi xidmətdə lduğu dövr; əmək kitabçasına müvafiq olaraq işlədiyi dövrlər. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı” haqqında SSRİ Qanununun 1-ci maddəsinin “v” bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdirlər. Qanunun 109-cu maddəsinin “i” yarımbəndində qeyd olunur ki, ali, orta ixtisas, texniki pe$ə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Qüvvədən düşmüş 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “ğ" bəndinə əsasən, ali, orta ixtisas, texniki peçə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma yə yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti is stajına daxil edilir. Əmək pensiyaları haqqında Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan is və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.İsin mübahisələndirilməyən üçüncü halı iddiaçının əmək kitabçasına müvafiq olaraq işlədiyi dövrlərdir. Beləliklə, ümumilikdə İddiaçı mübahisələndirilməyən sosial sığorta stajını 22 il 04 av 27 gün təşkil edir. İşin mübahisələndirilən halı: İddiaçı xx.xx.1997-xx.xx.2006-cı illər ərzində "X10” MMC-də işlədiyi dövrlər. İddiaçının mübahisələndirilən sosial sığorta stajı ümumilikdə 08 il 03 av 10 gündür. Arxivdə iddiaçının əmək haqqı cədvəlləri aşkar edilmədiyindən belə olan halda iddiaçının sözügedən müəssisədə işləməsi faktı sübhə doğurur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Hüseynov apellyasiya şikayətini müdafiə etdiyini bğildirərək təmin edilməsini, İddiaçı isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş edilmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda, (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İşin mübahisələndirilən hallarından göründüyü kimi, cavabdeh tərəfindən xx.xx.1956-cı il il təvəllüdlü (ş.v. № AA*******) iddiaçının ümumi sığorta stajının 25 ildən az (22 il 04 ay 27 gün) təşkil etdiyi, eyni zamanda, minimum pensiya ödənişi üçün onun fərdi hesabının sığorta hisəssində tələb olunan pensiya kapitalının mövcud olmadığı, əsas tutularaq iddiaçıya 65 yaşından yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, konkret olaraq, iddiaçının xx.xx.1997-xx.xx.2006-cı illərdə "X10” MMM-də işlədiyi dövrlər nəzərə alınmır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan mövqeyi əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əssən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçının işdə olan və xx.xx.1980-ci il tarixli ИT-İ seriyalı ******* №-li əmək kitabçasının surətinə əsasən iddiaçının aşağıdakı kimi iş stajı müəyyən olunur. xx.xx.1980-xx.xx.1982: X11 Su Tikinti İdarəsində X2 böyük iqtisadçı ( 2 il 4 ay, 26gün); xx.xx.1983-xx.xx.1986: “Azqaztikintiquraşdırma” trestiinin Lənkəran 4 №-li Tikinti montaj idarəsində usta (3 il 10 ay ); xx.xx.1986-xx.xx.1988: “Azqaztikintiquraşdırma” tresti 4 №-li Tikintiquraşdırma idarəsində baş qaynaqçı, 5 №-li Təmir Tikinti sahəsində sahə rəisi (1 il 2 ay); xx.xx.1988-xx.xx.1988: Bakı şəhəri Qaz İstehsalat İdarəsinə böyük mühəndis ( 27 gün); xx.xx.1988-xx.xx.1988: “Azqaztikintiquraşdırma” trestinin İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsində iş icraçısı (1ay 29 gün); xx.xx.1988-xx.xx.1988: Tikinti Qraşdırma İdarəsində usta (7 ay 13gün); xx.xx.1988-xx.xx.1989: X8 İdarəsinə rəis (5ay); xx.xx.1989-xx.xx.1990: Azərbaycan SSR Dövlət Yanacaq Komitəsinin Maye Qazın qəbulu, nəqli və göndərilməsi X3 X7 müvəqqəti icrasçı rəisi (9ay 28gün); xx.xx.1990-xx.xx.1991: Dövlət İmtahan Komitəsi “İnşaatçı” Kooperativində baş təchizatçı ( 1 il 5ay 3 gün); xx.xx.1991-xx.xx.1993: Təsərrüfatlararası layihə-mənzil-tikinti birliyi Material-texnikitəchizat idarəsinin rəisi (2 il 17gün); xx.xx.1993-xx.xx.1994: Təsərrüfatlararası layihə-mənzil-tikinti birliyinin Maddi texniki təchizat idarəsinə rəis (5 ay 15 gün); xx.xx.1994-xx.xx.1995: “Laura” firmasının direktoru (1 il 2 ay 6 gün); xx.xx.1995-xx.xx.1995: “Azərbalıq” Dövlət Konserni “Balıqartırma” İdarəsi 12-ci rayon (Xaçmaz) balıq mühafizə müfəttişliyinə kiçik dövlət müfəttişi (27gün); xx.xx.1995-xx.xx.1995: Cənub əməliyyat müfəttişliyində müfəttiş (28gün); xx.xx.1995-xx.xx.1996: “Azərbalıq” X17 Əməliyyat müfəttişliyinə böyük dövlət müfəttişi ( 8ay 7gün); xx.xx.1997-xx.xx.2006: "xxxx" LTD məhdud məsuliyyətli müəssisəsi “X13” MMM Baş direktor (8 il 7 ay 9 gün). Bundan əlavə, НЗ ******* №-li xx.xx.1977-ci il tarixli hərbi biletinin və ИВ seriyalı 027425 №-li xx.xx.1982-ci il tarixli diplomunun sürətlərinə əsasən xx.xx.1977-xx.xx.1979-da müddətli həqiqi hərbi xidmət (2 il 5 gün) və xx.xx.1973-xx.xx.1982 Azərbaycan Mühəndis İnşaat İnstitutunda təhsil müddəti (Əmək fəaliyyətinə başladığı xx.xx.1980-cı il tarixinə qədər-5 il 10 ay 27gün) İddiaçının qeyd olunan dövlər üzrə iş stajı toplandıqda, onun ümumilikdə, 30 ilə yaxın iş stajı müəyyən olunur. Cavabdeh iddiaçının həmin iş stajından 1.09.1997-xx.xx.2006-cı illərdə “X13” MMM-də işldiyi dövrün (8 il 7 ay 9 gün), onun əmək haqqı cədvəllərinin dövlət arxivində aşkar edilmədyinə və “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə istinadən, dolayısı ilə məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyinə görə sığorta stajı kimi qəbul edilməsini qanunvericiliyə zidd hesab edir. Məhkəmə kollegyası cavabdehin qeyd olunan dəllləri ilə aşağıdakılara görə razılaşmır. Birincisi iş materiallarından görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi İri vergi ödəyiciləri və xüsusi vergi rejimli müəssisələri ilə iş üzrə Departament tərəfindən 27 fevral 2002-ci il tarixdə verilmiş “Vergi uçotu barədə” VU seriyalı 004702 №li arayışdan görünür ki, "xxxx" LTD MMM ********* VÖEN-lə (rəhbəri İddiaçı) vergi ödəyicisi kimi Xətai rayonu üzrə Vergilər İdarəsində qeydiyyatda olmuşdur. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı Bölgə şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş Dövlət qeydiyyatı haqqında şəhadətnamənin (№ 67) notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, “X13” MMM ******* eyniləşdirmə kodu ilə xx.xx.1997-ci il tarixdən dövlət qeydiyyatına alınmışdır Digər tərəfdən, iddiaçının həmin müəssisədə işlədiyi dövrdə xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” - hesablanır. İddiaçının iş materiallarına əlavə olunmuş əmək kitabçasının sözügedən qeydlərində iddiaçının xx.xx.1997-ci il tarixdə “X13” MMM-yə direktor təyin olunduğu, əmrin nömrəsi və tarixi, işdən azad olunduğu xx.xx.2006-cı il tarixi, bununla bağlı əmrin nömərisi və tarixi səlist hərf və rəqəmlərlə yazılmış, direktorun imzası və müəssisənin möhürü ilə təsdiq olunmuşdur.Qaralama və pozuntular yoxdur, həmin vərəqin tamlığı pozulmamışdır. Bundan əlavə, iş materiallarına əlavə olunmuş 16 fevral 2006-cı il tarixdə Bakı şəhər 9 nömrəli Dövlət Notariat Kontorunda bağlanmış payın alqı-satqı müqaviləsindən də görünür ki, iddiaçı “X9” MMM-də 100 faiz payını vətəndaş X1. Beləliklə qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının əmək kitabçasının sözügedən qeydləri üzrə müəyyən olunan iş stajı kimi, cavabdeh tərəfindən nəzərə alınmaması əsassız olmuşdur. Ən azından, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının həmin müəssisədə çalışarkən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə gəldikdə isə qeyd olunmalıdır ki, həmin vaxt qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 5-ci hissəsi nəzərdə tuturdu ki, “ Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır.” Bundan əlavə, xx.xx.2018-ci il tarixdən qüvvədə olan “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanunun Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Qeyd olunanlar baxımından, məhkəmə kollegiyası iddiaçının “X9” MMM-də işlədiyi dövrün həmin müəssisənin sənədlərinin dövlət arxivinə təhvil verilməməsi və həmin dövr üzrə məcburi sosial sığorta haqlarının ödənilməməsi əsası ilə onun sığorta stajına daxil edilməsindən imtina olunması işin qeyd olunan hallarına və qanunvericiliyin tələblərinə zidd olmuş, bununla da iddiaçının hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də, məhkəmə kollegiyası qeyd olunanları ümumiləşdirərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsi işdə olan sübutlara və maddi hüquq normalarına uyğun nəticədir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin qərar qəbul olunarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmədiyini, iş üçün əhəmiyyətili halların araşdırılmadığını və məhkəmənin gəldiyi nəticə üçün bütün faktiki halları araşdırılmadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7033/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7033/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-529/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-529/2023
02.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver