Məhkəmə qərarları › İş №2-1(103)-53/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-53/2020

17.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-53/2020 17.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mayılov Ülvi Arif oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, üçüncü şəxsin nümayəndəsi və vəkili X3 iştirakı ilə, iddiaçı və cavabdehin iştirakı olmadan, İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə – DƏDRX 1s. Bakı Əİ) və üçüncü şəxs X2 qarşı «çıxarışın ləğv edilməsi» tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-298/2019 saylı, xx xxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işəBakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540 ünvanda), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı cavabdeh DƏDRX 1s. Bakı Əİ-nə və üçüncü şəxs X2 qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh Bakı şəhər Ərazi İdarəsi tərəfindən üçüncü şəxs X1 adına rəsmiləşdirilərək verilmiş xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı bildirir ki, X4 tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın tələbləri pozularaq İddiaçı balansında və istismarında olan 325 mm diametrli orta təzyiqli yeraltı qaz kəmərinin Xəzər rayonu, Buzovna qəsəbəsi. M.Sübhi küçəsi, döngə 2, ev 14 ünvanının yerləşdiyi ərazidən keçən hissəsində qaz kəmərinin üzərində yaşayış evi inşa edilmişdir. ünvan 2 ünvanında istifadədə olan 0.0451 ha torpaq sahəsində X2 yaşayış evinin inşa edilməsinə DƏDRX 1s. Bakı Əİ tərəfindən xx.xx.2018-ci il tarixli RX seriyalı ******* saylı Çıxarış verilmişdir. Çıxarış qeyd edilən ərazidə istismar olunan diametri 325 mm-lik yeraltı orta təzyiqli qaz kəmərinin üzərində təhlükəli vəziyyətdə inşa olunmuş tikili üçün verilmişdir. Bu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının tələblərinə ziddir. Üçüncü şəxsə xx.xx.2018-ci il tarixində RX seriyalı ******* saylı Çıxarış təqdim edilərkən Qərarın 2.23-cü maddəsinə uyğun olaraq diametri 325 mm-lik yeraltı orta təzyiqli qaz kəmərini istismar edən orqanla, yəni İddiaçı ilə heç bir razılaşma əldə edilməmişdir. Bu isə qanun pozuntusudur. Cavabdeh bu çıxarışı verməklə qeyd olunan qaz kəmərinin texniki istismarına və təmirinə ciddi maneələr törətməklə yanaşı, orada yaşayan insanların həyatı və əmlakı üçün ciddi təhlükə yaradır. Üçüncü şəxs X4 qaz kəmərinin mühafizə zonasında inşa etdiyi tikilinin mülkiyyətini təsdiq edən sənədləri təqdim etmiş və müvafiq sənədlərin olduğunu bildirmişdir. İddiaçı hesab edirik ki, təqdim edilmiş sənədlər qanunsuz olaraq verildiyi üçün ləğv edilməlidir. Çünki Xəzər rayon ərazisində İddiaçı balansında və istismarında olan diametri 325 mm orta təzyiqli qaz kəmərinin üzərində inşa olunmuş tikili Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının 2.7-ci bəndində orta təzyiqli qaz borusunun mühafizə zonasına düşdüyü müəyyənləşdirilir. Bununla da, Bakı şəhər Ərazi İdarəsinin verdiyi xx.xx.2018-ci il tarixli RX seriyalı ******* saylı Çıxarış etibarsız və qanunsuzdur. Bununlada cavabdeh DƏDRX 1s. Bakı Əİ tərəfindən N.Ə.Əliyevə inşa edilmiş yaşayış evinə dair təqdim etdiyi çıxarışı etibarsız və qanunsuzdur, bu səbəbdən də ləğv edilməlidir. İş materiallarından görünür ki, cavabdeh DƏDRX 1s. Bakı Əİ-nin **********08 saylı, xx.xx.2017-ci il tarixli «Etiraz» ərizəsində qeyd olunmuşdur ki, torpaq shaəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün qanunamüvafiq sənədlər təqdim edilməmişdir. Eyni zamanda təqdim edilmiş Abşeron RİH-nin 770 nömrəli, xx.xx.1993-cü il tarixli sərəncamından çıxarışa dair Abşeron rayon Dövlət Arxivindən verilmiş cavab məktubunda bildirilmişdir ki, həmin sərəncamla vətəndaşlara torpaq sahəsi ayrılmışdır. Lakin torpaq sahəsi ayrılmış şəxslər siyahısında X8 adı aşkar edilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-298/2019 saylı, xx xxx 2019-cu il tarixli Qərarıiləİddiaçı cavabdeh DƏDRX 1s. Bakı Əİ-nə və üçüncü şəxs X2 qarşı çıxarışın ləğv edilməsi barədə iddia tələbinin əsassız olduğundan təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalaniddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti məzmunca iddia ərizəsinə uyğun olmaqla onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən qərar ləğv olunmalıdır. Belə ki, məhkəmə işin faktiki hallarını tam araşdırmamış, onlara düzgün qiymət verməyərək iddianı təmin etməmişdir. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən məhkəmə kollegiyasının son iclasınınvaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası iddiaçı və cavabdehin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi və vəkili X6 izahatında apellyasiya şikayətinə etiraz edərək, şikayətin əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, üçüncü şəxsin nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, hazırki iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-298/2019 saylı, xx xxx 2019-cu il tarixli Qərarıləğv edilməli, iddia mümkün sayılmamalıdır. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» xx.xx.2011-ci il tarixli Qərarına əsasən apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunubolunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. Bu baxımdan inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Başqa sözlə, iddianın mahiyyəti üzrə qərar qəbul edə bilmək üçün mümkünlük şərtləri mövcud olmalıdır. Ona görə də mümkünlük şərtləri iddianın mahiyyəti üzrə qərar çıxarılması üçün ön şərtlər kimi qiymətləndirilir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İnzibati mühakimə icraatı qaydasında baxılan məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. inzibati mübahisə olmalı (inzibati məhkəməyə müraciət etmə mümkün olmalı); 2. iddianın məqsədi iddiaçının hüquqi mövqeyini genişləndirən əlverişli inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İnzibati Prosessual Məcəllənin 2.2.2., 33.1., 33.2., 35.1-ci maddələri). Beləliklə, inzibati məhkəmə icraatı qaydasında baxılan istənilən növ iddianın məhkəmə icraatı - yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtlərinin yerinə yetirildiyi təqdirdə yolverilən sayılır. Onu da, həmçinin qeyd etmək lazımdır ki, iddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi, məhz iddiaçının üzərinə düşür. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. İşin yuxarıda sadalanan hallarından göründüyü kimi, İddiaçı iş üzrə cavadeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəəfindən 3-cü şəxsin adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında çıxarışların ləğv edilməsini tələb edir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ««Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair" xx xxx 2014-cü il tarixli Qərarına əsasən, əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır . Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmasının mümkünlüyünün qanunla müəyyən edilən zəruri şərtlərinin mövcudluğu aşkar olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən hallarını və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, iddiaçı X9tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-623/2018 saylı xx xxx 2018-ci il tarixli qərarıhüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarıldığından ləğvedilməli,iddia mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-298/2019 saylı, xx xxx 2019-cu il tarixli qərarı ləğv edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs X2 qarşı «çıxarışın ləğv edilməsi» barədə iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ülvi Mayılov Hakimlər Mirzə Tağızadə Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar