Məhkəmə qərarları › İş №2-1(103)-53/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-53/2025

22.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-53/2025 22.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər Qasımov Vidadi Kamal oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ceyhun Bəşir oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Əlizadə Bahar Famil qızının katibliyi, üçüncü şəxs üçüncü şəxs1 nümayəndəsi vəkil vəkil1 iştirakı ilə iddiaçı İddiaçı hüquq varisi Hüquqi varis cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh qarşı "Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 3199-cu məhəllə ünvan 1 ünvanda yerləşən, ##.##.2021-ci il tarixli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"nə əsasən İddiaçı mülkiyyətinə 0,24909 ha ölçüdə torpaq sahəsinin verilməsi nəzərə alınmaqla onun adına ********** nömrəli ##.##.2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrində həmin əmlaka dair aparılmış mülkiyyət hüquqlarına dair qeyddə torpaq sahəsinin ölçüsü hissəsinin 0,24909 ha müəyyən edilməsi ilə əlaqədar dəyişiklik edilməsi və göstərilən ünvanda yerləşən 0,24909 ha ölçüdə torpaq sahəsinin olması nəzərə alınmaqla daşınmaz əmlaka mülkiyyət hüquqlarının mərhum İddiaçı məxsus olması haqqında arayışın (çıxarışın) Hüquqi varis verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi" tələbi barədə inzibati mübahisəyə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2023-cü il tarixli qərarından üçüncü şəxs üçüncü şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: AN-İ seriyalı ******* nömrəli ##.##.2021-ci il tarixli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi" ilə satıcı üçüncü şəxs3 QSC Bank olmayan kredit təşkilatı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 3199-cu məhəllə ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 2800,1 kv.m olan qeyri-yaşayış binasının 956,4 kv.m hissəsini, satıcılar üçüncü şəxs2, üçüncü şəxs4 və üçüncü şəxs5 isə həmin qeyri-yaşayış binasının mülkiyyətində olan 0,76209 ha torpaq sahəsinin 0,24909 ha hissəsini alıcı İddiaçı satmışlar. AN-1 seriyalı ******* nömrəli ##.##.2021-ci il tarixli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi" ilə satıcı üçüncü şəxs3 QSC Bank olmayan kredit təşkilatı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 3199-cu məhəllə ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 2800,1 kv.m olan qeyri-yaşayış binasının 1843,7 kv.m hissəsini, satıcılar üçüncü şəxs2, üçüncü şəxs4 və üçüncü şəxs5 isə həmin qeyri-yaşayış binasının mülkiyyətində olan 0,76209 ha torpaq sahəsinin 0,513 ha hissəsini alıcı üçüncü şəxs1 satmışlar. İddiaçı satın aldığı 0,24909 ha torpaq sahəsinə və 956,4 kv.m qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, ##.##.2022-ci ildə cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış, lakin həmin qeydiyyatda torpaq sahəsi 0,2017 ha, qeyri-yaşayış binası isə 909,8 kv.m, yəni alqı-satqı müqaviləsində göstərilənlərdən az göstərilmişdir. İddiaçı cavabdehə müraciət edərək bu səhvlərin aradan qaldırılmasını xahiş etmiş, lakin cavabdeh bundan imtina etmişdir. BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ ICRAAT: Iddiaçı İddiaçı nümayəndəsi vasitəsilə cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə qarşı "Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 3199-cu məhəllə ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının 956,4 kv.m hissəsinin və həmin binanın mülkiyyətində olan 0,24909 ha torpaq sahəsinin onun adına mülkiyyət hüququ ilə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, qeyd olunan ölçüdə torpaq sahəsini və qeyri-yaşayış binasını AN-İ seriyalı ******* nömrəli ##.##.2021-ci il tarixli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi" əsasında satın almışdır. Bu səbəbdən binaya və torpaq sahəsinə onun mülkiyyət hüquq müqavilədə göstərilən ölçüdə qeydiyyata alınmalıdır. Cavabdeh iddianı qəbul etməmiş və ##.##.2022-ci il tarixli etirazında bildirmişdir ki, AN-İ seriyalı ******* nömrəli ##.##.2021-ci il tarixli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"ndə iddiaçıya satılan torpaq sahəsi 0,24909 ha qeyd olunsa da, torpaq sahəsinin 410 kv.m hissəsi ümumi yol kimi istifadə olunur, bu səbəbdən iddiaçının adına yalnız 0,2017 ha qeydiyyata alınmışdır. Həmin müqavilədə qeyd olunan 956,4 kv.m tikili sahəsinin 46,6 kv.m sahələri texniki pasportda D və E tikililəri olmuş, həmin sahələr ösgəninkiləşdirilmiş, ümumi torpaq sahəsinin daxilində olmamışdır. Bu səbəbdən iddiaçının adına qeyri-yaşayış binası 909,8 kv.m olmaqla qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsinin ##.##.2023-cü il tarixli qərardadı ilə üçüncü şəxs1 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Iddiaçı İddiaçı ##.##.2023-cü ildə vəfat etmiş və mərhumun vərəsəsi Hüquqi varis ##.##.2023-cü il tarixli müraciəti əsasında notariat ofisində vərəsəlik işi açılmış və o, vərəsələr sırasına daxil edilmişdir. Hüquqi varis nümayəndəsi vasitəsilə məhkəməyə müraciət edərək, iddiaçının prosessual hüquq varisi qismində Hüquqi varis ilə əvəz edilməsini, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 3199-cu məhəllə ünvan 1 ünvanda yerləşən, ##.##.2021-ci il tarixli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"nə əsasən İddiaçı mülkiyyətinə 0,24909 ha ölçüdə torpaq sahəsinin verilməsi nəzərə alınmaqla onun adına ********** nömrəli ##.##.2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrində həmin əmlaka dair aparılmış mülkiyyət hüquqlarına dair qeyddə torpaq sahəsinin ölçüsü hissəsinin 0,24909 ha müəyyən edilməsi ilə əlaqədar dəyişiklik edilməsi və göstərilən ünvanda yerləşən 0,24909 ha ölçüdə torpaq sahəsinin olması nəzərə alınmaqla daşınmaz əmlaka mülkiyyət hüquqlarının mərhum İddiaçı məxsus olması haqqında arayışın (çıxarışın) Hüquqi varis verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin ##.##.2023-cü il tarixli qərardadı ilə ərizədə göstərilən formada iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri Biləcəri qəsəbəsi 3199-cu məhəllə ünvan 1 ünvanda yerləşən, ##.##.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətinə 0,24909 ha ölçüdə torpaq sahəsinin verilməsi nəzərə alınmaqla onun adına ********** nömrəli ##.##.2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrində həmin əmlaka dair aparılmış mülkiyyət hüquqlarına dair qeydiyyatda torpaq sahəsinin ölçüsü hissəsinin 0,24909 ha müəyyən edilməsi ilə əlaqədar dəyişiklik edilməsi və Bakı şəhəri Biləcəri qəsəbəsi 3199-cu məhəllə ünvan 1 ünvanda yerləşən 0,24909 ha ölçüdə torpaq sahəsinin olması nəzərə alınmaqla daşınmaz əmlaka mülkiyyət hüquqlarının mərhum İddiaçı məxsus olması haqqında arayışın (çıxarışın) Hüquqi varis verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, İddiaçı notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında məhz 0,24909 ha ölçüdə olan torpaq sahəsini satın almışdır. Mülki hüquqi əqdlər, indiki halda alqı-satqı müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində hüquqların dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi üçün əsas qismində çıxış edir. Həmin müqavilə, o cümlədən ilkin mülkiyyətçinin adına olan mülkiyyət hüququna dair qeydiyyat qüvvədədir ki, İddiaçı da vicdanlı alıcı kimi həmin qeydiyyata etibar edərək müqavilə bağlamış, nəticədə hazırda iddia edilən torpaq sahəsinə bütünlükdə, yəni 0,24909 ha ölçüdə mülkiyyət hüququ əldə etmişdir. Azaldılmış ölçüdə torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, alqı-satqı ilə İddiaçı sahiblik və istifadəsinə verilən torpaq sahəsinin bir hissəsinin yola düşməsi 0,2017 ha ölçüdə torpaq sahəsindən əlavə, 0,24909 ha ölçüdən geridə qalan torpaq sahəsinə hüquqların dövlət qeydiyyatından imtina əsası qismində çıxış edə bilməz. Belə ki, həmin sahənin yola düşməsi alqı-satqı müqaviləsinin mötəbərliyinə təsir etmir, həmin müqavilə qüvvədədir, ləğv edilməmişdir və qanunvericiliyin tələbinə əsasən həmin müqavilədə göstərilən ölçüdə əmlakın mülkiyyətçisinin dəyişməsinə dəlalət edir. Torpaq sahəsindən piyada və avtomobillə keçidin təmin edilməsi ilə əlaqədar mülkiyyətçi digər mülkiyyətçinin xeyrinə keçid üçün nəzərdə tutulmuş torpaq sahəsinə münasibətdə həmin torpaq sahəsinin sonuncunun qeyd olunan məqsədlərlə istifadəsi baxımından öhdəlik götürür. Başqa sözlə, torpaq sahəsinin mülkiyyətçisi servitutla bağlı olaraq mülkiyyətində olan və keçid üçün nəzərdə tutulan sahədən üçüncü şəxsin yol kimi istifadə edilməsinə şərait yaratmalıdır. Lakin hər bir halda servitutun müəyyən edilməsi mülkiyyət hüquqlarının dövlət qeydiyyatından imtina əsası qismində çıxış etmir. Başqa sözlə, göstərilən sahənin yol qismində istifadəsi üçün onun mülkiyyətçisinin hüquqları dövlət qeydiyyatına alınmalıdır ki, yol kimi istifadəsi zərurəti olduğu halda digər şəxs mülkiyyətçidən keçidin təmini üçün şərait yaradılmasını tələb edə bilsin. Hazırkı işin faktiki hallarından isə göründüyü kimi, servitutun tətbiq edilməsi ehtimal olunan torpaq sahəsinə yol kimi istifadəyə istinad edilərək mülkiyyət hüquqlarının dövlət qeydiyyatından imtina edilmişdir ki, bu formada imtinanın mövcudluğu, ümumiyyətlə servitut institutunun tətbiqi imkanları ilə uzlaşmır. Əgər servituta ehtiyac duyulan torpaq sahələrinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatından imtina ediləcəyi təqdirdə, ümumiyyətlə servitutun əşya hüququ kimi mövcudluğu öz əhəmiyyətini itirir. Bu səbəbdən də şəxsin yol kimi istifadəsi zəruri olsa belə adıçəkilən, alqısatqı yolu ilə əldə edilmiş torpaq sahəsinə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmalı, əgər yol kimi istifadəsi zərurəti mövcuddursa məhz üçüncü şəxs yol kimi istifadə edilə bağlı müvafiq tələblə çıxış etməlidir. Hazırkı iş üzrə isə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı həyata keçirilmədiyindən, bunun davamı kimi servitutla yüklülük də mümkün olmamışdır. Bundan əlavə, adıçəkilən yol kimi istifadə olunan sahəyə digər istiqamət üzrə də avtomobil yolu mövcud olmuşdur ki, məhkəmə servititutun tətbiqi zərurətinə dair ayrıca məhkəmə icraatının predmeti ola biləcək məsələyə hüquqi qiymət vermədən hazırkı iş üzrə də qiymətləndirmə baxımından şəxsin göstərilən sahəyə mülkiyyət hüquqlarının tanınmasına dair iddianın əsaslılığını əks etdirən dəlil kimi həmin məsələnin qiymətləndirilməsini zəruri etmişdir. Beləliklə, yol kimi istifafə edilən sahəyə dair qeyri-yaşayış sahəsinə digər yerdən də avtomobil yol keçidi mövcud olmuş, həmin keçid mövcud olmasa belə, iddia olunan torpaq sahəsinin yol kimi istifadəsi servitut institutunun tətbiqi imkanları nəzərə alınmaqla mülkiyyət hüquqlarının dövlət qeydiyyatından imtina əsası olmaması öz təsdiqini tapmış, alqı-satqı müqaviləsinə istinad edilməklə həmin müqavilədə göstərilən ölçüdə torpaq sahəsinin qeydiyyata alınmalı olmasına dair iddianın qanuniliyi və əsaslılığı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Üçüncü şəxs üçüncü şəxs1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərarda üçüncü şəxs üçüncü şəxs1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə digər yerdən avtomobil yol keçidi mövcud olduğunu qeyd etsə də, həmin yolun avtomobillərə (xüsusən yük avtomobillərinə) yararlı olub-olmadığını araşdırmamışdır. Belə ki, qeyri-yaşayış sahəsinə digər yerdən yol keçidindən avtomobillər keçsə də, onların geri qayıtması qeyri-mümkündür. Həmçinin, iddiaçının mübahisələndirdiyi və qeydiyyata alınmasını istədiyi torpaq sahəsinin altından irihəcmli su kanalı keçir ki, həmin hal da məhkəmə tərəfindən araşdırılmamışdır. Bundan başqa, İddiaçı satılan torpağın daşınmaz əmlakın dövlət reyestrində ilkin olaraq hansı ölçülərdə qeydiyyatdan keçməsi məhkəmə tərəfindən araşdırılmamışdır. TƏRƏFLƏRIN IZAHATLARI: Məhkəmə iclasında üçüncü şəxs üçüncü şəxs1 nümayəndəsi vəkil vəkil1 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçının hüquq varisi, cavabdehin nümayəndəsi, qalan üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və məhkəməyə bunun səbəbləri barədə məlumat verməmişlər. Ona görə də işə onların iştirakı olmadan baxıldı. TƏTBIQ EDILƏN HÜQUQ: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlak barədə "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunu: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə "Notariat haqqında! Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası aşağıdakı hallara görə bu qənaətə gəldi ki, apellyasiya şikayəti əsaslıdır. Işdən görünür ki, iddiaçı İddiaçı AN-İ seriyalı ******* nömrəli ##.##.2021-ci il tarixli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"nə əsasən, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 3199-cu məhəllə ünvan 1 ünvanda yerləşən həm qeyri-yaşayış binasının, həm də torpaq sahəsinin bir hissəsini satın almışdır. Cavabdeh həm qeyri-yaşayış binasının, həm də torpaq sahəsinin ölçülərini daşınmaz əmlakın dövlət reyestrində müqavilədə göstərilənlərdən az ölçüdə qeydiyyata almışdır. İddiaçı məhkəməyə verdiyi iddia ərizəsində həm qeyri-yaşayış binasının, həm də torpaq sahəsinin müqavilədə göstərilən ölçülərdə qeydiyyata alınmasını xahiş etsə də, iddiaçı vəfat etdikdən sonra mərhumun hüquq varisi iddianı dəyişdirərək yalnız torpaq sahəsinin ölçüsü ilə bağlı tələb irəli sürmüş və birinci instansiya məhkəməsinin qərarı da yalnız bu tələblə bağlı çıxarılmışdır. Məhkəmə iddianı təmin edərkən buna istinad etmişdir ki, İddiaçı alqı-satqı müqaviləsi əsasında məhz 0,24909 ha ölçüdə olan torpaq sahəsini satın almışdır, həmin müqavilə qüvvədədir və mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas qismində çıxış edir. Hazırkı iş Bakı Apellyasiya Məhkəməsinin icraatında olduğu zaman müəyyən edilmişdir ki, üçüncü şəxs üçüncü şəxs1 cavabdehlər üçüncü şəxs3 QSC, üçüncü şəxs2, üçüncü şəxs5, üçüncü şəxs4 ilə Hüquqi varis qarşı "##.##.2021-ci ildə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Sözügedən alqı-satqı müqaviləsi hazırkı iş üzrə iddia tələbinin təmin edilibedilməməsi üçün mühim əhəmiyyət kəsb etdiyinə görə Bakı Apellyasiya Məhkəməsinin Inzibati kollegiyasının *-*(***)-****/**** nömrəli ##.##.2024-cü il tarixli qərardadı ilə hazırkı iş üzrə icraat Binəqədi Rayon Məhkəməsinin icraatında olan *(***)-****/**** nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilib qanuni qüvvəyə minənədək dayandırılmışdır. Bundan sonra müəyyən edilmişdir ki, qeyd olunan mülki işə Binəqədi Rayon Məhkəməsində baxıldıqdan sonra məhkəmənin qərarından apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası tərəfindən *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnamə çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli arayışı ilə müəyyən edilmişdir ki, həmin qətnamə qanuni qüvvəyə minmişdir. Ona görə də məhkəmə kollegiyasının *-*(***)-**/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmiş, eyni zamanda, cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh * saylı Bakı Ərazi Idarəsi hüquq varisi olan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh ilə əvəz edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı üçüncü şəxs1 cavabdehlər üçüncü şəxs3 QSC BOKT-a, üçüncü şəxs2, üçüncü şəxs5, üçüncü şəxs4 və Hüquqi varis qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, cavabdehlər üçüncü şəxs3 QSC BOKT, üçüncü şəxs2, üçüncü şəxs5, üçüncü şəxs4 və İddiaçı arasında bağlanmış ##.##.2021-ci il tarixli alqı-satqı müqaviləsinin 4-cü bəndinin 2-ci yarımbəndinin qismən (473 kv.m torpaq sahəsi həcmində) etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, üçüncü şəxs3 QSC BOKT, üçüncü şəxs2, üçüncü şəxs5, üçüncü şəxs4 və İddiaçı arasında bağlanmış ##.##.2021-ci il tarixli alqı-satqı müqaviləsinin qismən, yəni müqavilənin 4-cü bəndinin 2-ci yarımbəndi hissəsində etibarsız hesab edilməsi qət edilmişdir. Cavabdeh Hüquqi varis qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi və iddia tələbinin rədd edilməsi qət edilmişdir. Iddiaçı üçüncü şəxs1 qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ilə cavabdeh Hüquqi varis apellyasiya şikayəti təmin edilməmiş və Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının göstərilən qətnaməsi qanuni qüvvəyə minmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, ##.##.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı mülkiyyətinə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 3199cu məhəllə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 2800,1 kv.m olan qeyri-yaşayış binasının mülkiyyətində olan 0,76209 ha torpaq sahəsinin 0,24909 ha torpaq sahəsi verilmiş olsa da, ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi Idarəsi tərəfindən ##.##.2022-ci ildə İddiaçı verilmiş 001013015071-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışda həmin torpaq sahəsinin ümumi sahəsinin 0,2017 ha olduğu qeyd olunmuşdur. 0,24909 ha - 0.2017 ha = 0,0473 ha (473 kv.m) olduğunu nəzərə alsaq, həqiqətən də iddiaçının iddia etdiyi kimi iddiaçı ilə cavabdehin atası İddiaçı arasında mübahisəli ərazi (473 kv.m torpaq sahəsi) barədə çıxarışın alınmamasına dair razılaşma olmuşdur. Həmçinin, həm birinci instansiya, həm də əvvəlki apellyasiya icraatı zamanı mübahisəli yerə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, qeyri-yaşayış binasının baş planından da görünür ki, həmin ərazidən yüksək gərginlikli elektrik xətti keçir və torpaq sahəsinin 890 kv.m hissəsi məhz mühafizə zonasına düşür. Bununla bir daha sübut olunur ki, strateji baxımdan iddiaçı ikinci qapısından daimi istifadə edə bilmir və cavabdehin həmin dəlili əsassızdır. Beləliklə, mübahisəli ərazi barədə tərəflər arasında həmin sahənin alqı-satısı bağlanan zaman, həqiqətən də iddiaçının bildirdiyi məzmunda, yəni onun sahəsinə giriş-çıxışı təmin edən yolla bağlı həmin sahənin satılmayacağı və həmin sahəyə dair çıxarışın alınmayacağına dair razılaşma olmuş, lakin cavabdeh tərəf həmin razılaşmaya əməl etməmiş və onu pozmuşdur. Cavabdeh tərəfin bu davranışı Mülki Məcəllənin 560-cı maddəsinin tələbləri altına düşür və iddiaçının mübahisələndirdiyi hissədə əqd ta başdan etibarsız olmuşdur. Göründüyü kimi, həm iddiaçının öz iddia ərizəsində, həm də birinci instansiya məhkəməsinin öz qərarında istinad etdiyi AN-İ seriyalı ******* nömrəli ##.##.2021-ci il tarixli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi" torpaq sahəsinə aid hissədə məhkəmə qaydasında etibarsız hesab edilmiş və bununla da iddiaçının tələbinin əsaslılığı aradan qalxmışdır. Belə olan halda, iddia təmin edilə bilməz. Ona görə də məhkəmə kollegiyası bu qərara gəldi ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək yeni qərar qəbul olunmaqla iddia rədd edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDI: Üçüncü şəxs üçüncü şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2023-cü il tarixli qərarı ləğv edilsin və yeni qərar qəbul olunsun. Iddiaçı İddiaçı hüquq varisi Hüquqi varis cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh qarşı "Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 3199-cu məhəllə ünvan 1 ünvanda yerləşən, ##.##.2021-ci il tarixli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"nə əsasən İddiaçı mülkiyyətinə 0,24909 ha ölçüdə torpaq sahəsinin verilməsi nəzərə alınmaqla onun adına ********** nömrəli ##.##.2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrində həmin əmlaka dair aparılmış mülkiyyət hüquqlarına dair qeyddə torpaq sahəsinin ölçüsü hissəsinin 0,24909 ha müəyyən edilməsi ilə əlaqədar dəyişiklik edilməsi və göstərilən ünvanda yerləşən 0,24909 ha ölçüdə torpaq sahəsinin olması nəzərə alınmaqla daşınmaz əmlaka mülkiyyət hüquqlarının mərhum İddiaçı məxsus olması haqqında arayışın (çıxarışın) Hüquqi varis verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi" barədə iddiası rədd edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar