Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-530/2020 30.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mayılov Ülvi Arif oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X3, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan, İddiaçı Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi işə cəlb edilməklə kompensasiya ödənilməsitələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2526/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarından Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayətlərinəəsasən işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540 ünvanda), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı Bakı şəhər İcra Hakimiyyətinin yaratmış olduğu komissiya tərəfindən sökülmüş ünvan 4ndə 0,04911 ha torpaq sahəsində yerləşən, tam mülkiyyət hüququ əsasında onun adına daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 1267 nömrəli vərəqində qeydiyyata alınmış və hal-hazırki vaxta qədər rəsmi sənəd əsasında mülkiyyətində olan, 37 nömrəli binanın 1-ci mərtəbəsindəki 78.9 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinə görə ona ədalətli kompensasiya, yəni 236700 (iki yüz otuz altı min yeddi yüz) AZN ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-2526/2019-cu il tarixli, xx xxxx 2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi cavabdehlər sırasından çıxarılaraq 3-cü şəxs qismində cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 4ndə istifadəsində olan 0,04911 ha torpaq sahəsində yerləşən 37 nömrəli binanın 1-ci mərtəbəsindəki 78.9 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ əsasında onun adına daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 1267 nömrəli vərəqində qeydiyyata alınmış və hal-hazırki vaxta qədər rəsmi sənəd əsasında mülkiyyətindədir. Bakı şəhəri 9 saylı notariat kontorunda sənədləşdirilmiş xx.xx.2009-cu il tarixli AN-İ № ******* saylı alğı-satqı müqaviləsinə əsasən həmin qeyri-yaşayış sahəsi 160400 (yüz altmış min dörd yüz) manata əldə etmişdir. Həmin qeyri-yaşayış sahəsi xx.xx.2009-cu il tarixli, 09M000000307 saylı ipoteka müqaviləsi əsasında tərəfindən “AccessBank”a girov qoyularaq ona kredit xətti açılmış, müqavilə üzrə borcunu tam ödəmiş və “AccessBank”-ın xx.xx.2016-cı il tarixli, 1900 saylı məktubuna əsasən qeyd olunan qeyriyaşayış sahəsi girovluqdan azad edilmişdir. Mülkiyyətçi kimi ona ünvanlanmış məktubda bildirilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qəbul olunmuş xx.xx.2010-cu il tarixli, 514 saylı sərəncama əsasən Bakı şəhərinin Füzuli, Ş.Bədəlbəyli, M.Əliyev, D.Əliyeva, S.Vurğun, R.Rza, Topçubaşov və M.İbrahimov küçələrinin əhatəsində yerləşən yaşayış və qeyri-yaşayış sahələri köçürülərək yerində yeni yollar çəkilmiş və yeni park kompleksi (Qış Bulvarı) salınmışdır. Söküntü və köçürülmə işləri ilə məşğul olmaq üçün Bakı şəhər İcra Hakimiyyəti tərəfindən komissiya yaradılmış və həmin komissiyanın sədir X4 təyin olunmuşdur. Söküntüyə rəhbərliyi həyata keçirən komissiya mülkiyyətçi kimi onunla ünvan 4ndə istifadəsində olan, 0.04911 ha torpaq sahəsində yerləşən 37 nömrəli binanın 1-ci mərtəbəsindəki 78.9 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi barədə notariat qaydasında alğı-satqı müqaviləsi bağlamadan daşınmaz əmlakı haqqında birtərəfli qaydada sərəncam verərək 2012-ci ilin təqribən oktyabr ayında dövlət ehtiyacı üçün əvəzi ödənilmədən əmlakını sökərək ona maddi zərər vurmuşdur. Mülkiyyətində olan qeyri-yaşayış sahəsinin dövlət ehtiyacları üçün sökülməsindən 6 (altı) ilə yaxın bir müddət keçməsinə baxmayaraq, hal-hazırki vaxta qədər Bakı şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Maliyyə Nazirliyi söküntüyə görə nəzərdə tutulan kompensasiyanı ona ödəməmişdir. xx.xx.20019-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət edib, qeyd etdiyi kompensasiyanın ödənilməsini xahiş etmişdir. Bakı şəhər İcra Hakimiyyəti y-36-152 nömrəli, xx.xx.2018-ci il tarixli məktubla ərizəsi əsassız olaraq Nəsimi rayon İcra Hakimiyyətinə göndərmişdir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli, 9/Y-14-150 nömrəli cavab məktubu ilə ona tövsiyyə edilmişdir ki, söküntü və köçürülmə işləri Bakı şəhər İcra Hakimiyyəti tərəfindən yaradılmış komissiya tərəfindən aparıldığından aidiyyəti üzrə müraciət etsin. Mülkiyyətində olan və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən əvəzi ödənilmədən sökülmüş ünvan 4ndə istifadəsində olan 0.04911 ha torpaq sahəsində yerləşən 37 nömrəli binanın 1-ci mərtəbəsindəki 78.9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə görə ədalətli kompensasiya ödənilməsi üçün yenidən xx.xx.2018-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyətinin Apellyasiya Şurasına, xx.xx.2018-ci il tarixdə isə Azərbaycan Respublikası Prezidenti yaında Apellyasiya Şurasına şikayət etmişdir. Şikayətləri ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatından ona ünvanlamış xx.xx.2018-ci il tarixli, Y-36/4-152/4 saylı məktubla ona bildirilmişdir ki, qeyd olunan ərazidə sökülmüş əmlakların hər kv.m sahəsinə görə 1500 (bir min beş yüz) manat məbləğində vəsait ödənilir. Müvafiq sənədləri təqdim edəcəyi təqdirdə sökülmüş əmlakına görə ona kompensasiya ödənilməsi məsələsinə yenidən baxılacağı vəd eidlmişdir. Bu məktubu aldıqdan sonra mülkiyyətində olan sökülmüş qeyri-yaşayış sahəsinə aid zəruri sənədləri yenidən bir neçə dəfə Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatına təqdim etmişdir. Lakin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin bu məqsədlə guya vəsait ayırmadığını bəhanə edərək, ona kompensasiya ödəməkdən yayınaraq, ona qarşı süründürməçiliyə yol vermişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası 2007-ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 689 №-li Fərmanının 2.3-cü bəndinin tələbinə əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Söküntüyə məruz qalmış əmlakın qeyri-yaşayış sahəsi olduğundan onun hər kv.m üçün ona 2500 AZN, cəmi 23700 (iki yüz otuz altı min yeddi yüz) AZN (78.9×2500= 197.250×20%=39450+197250=236700) ödənilməlidir. Süründürməçilikdən bezərək, Bakı şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı xx.xx.2018-ci il tarixli iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraicət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-1575/2019 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmiş, ona iddia ərizəsi ilə aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmək tövsiyyə edilmişdir. Bundan sonra, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2526/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, İddiaçı məxsus olmuş ünvan 4 ünvanında yerləşmiş binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində ona ümumilikdə 118350 (yüz on səkkiz min üç yüz əlli) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilsməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qərarından iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmişdir. Qərardan narazı qalan iş üzrə 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi hüquq normalarının pozulması ilə çıxarılmış, işdəki faktiki hallar aydınlaşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə tərəfindən qeyri-yaşayış sahəsinə görə kompensasiya müəyyən edilərkən mövcud qanunvericiliyin tələbləri gözlənilməmişdir. Bu zaman Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həmin ərazidə abadlıq-quruculuq işlərinin aparılması zamanı müvafiq obyektlərin, o cümlədən indiki mübahisəli sahənin alınması ilə əlaqədar qiymətləndirilmənin təşkil edilməsi ilə bağlı araşdırma aparılmamış, hazırki obyektin qiymətləndirilməsinin məhkəməyəqədərki vəziyyəti tədqiq olunmamışdır. Habelə məhkəmə tərəfindən qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi aparılmamış, bununla əlaqədar ekspertiza təyin edilməmişdir. Halbuki müvafiq əmlaka görə kompensasiya onun bazar qiymətinin müəyyən edilməsi yolu ilə təyin edilə bilər ki, bu da öz növbəsində xüsusi bilik və tədqiqat tələb edən fəaliyyət olduğundan məhkəmənin müstəqil qaydada onu müəyyən etməsi mümkün deyildir. Həmçinin iş üzrə cavabdeh Bakı şəhər İcra Hakimiyyəti də apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunvericiliyin maddi və prossesual hüquq normalarının pozulması ilə çıxarılmış, işdəki faktiki hallar aydınlaşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə ünvan 4ndə 37 nömrəli binanın 1-ci mərtəbəsindəki 78.9 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinin yerləşdiyi 0,04911 ha torpaq sahəsinə dair hər hansı araşdırma aparmamışdır, qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin hansı əsaslarla iddiaçının istifadəsində olmasına dair iş materiallarında hər hansı məlumat aşkar edilməmişdir. İşə apellyasiya instansiya məhkəməsində baxılarkən məhkəmə kollegiyasının iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafıq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi X8 tərəflərindən verilmiş apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak etmiş İddiaçı, onun nümayəndəsi və vəkili X6 iddia ərizəsinə uyğun izahat verərək, apellyasiya şikayətlərinin əsassız olduğundan təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğundan qüvvədə saxlanılmasını Kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi, həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, hazırki iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2526/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materillarından müəyyən olunur ki, Bakı şəhəri 9 saylı notariat kontorunda sənədləşdirilmiş xx.xx.2009-cu il tarixli AN-İ № ******* saylı alğı-satqı müqaviləsinə əsasən İddiaçı ünvan 4, 37 ünvanında yerləşən, ümumi sahəsi 78.9 kv.m olan qeyri-yaşayış sahəsini X2 160400 (yüz altmış min dörd yüz) manata alğı-satqı qaydasında əldə etmişdir. İş materillarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reeystrindən MH seriyalı, ******* nömrəli Çıxarışdan və X1 Bürosu tərəfindən verilmiş Müəssisə və obyektin texniki pasportunun surətindən müəyyən edilir ki, ünvan 4ndə istifadədə olan 0.04911 ha torpaq sahəsində yerləşən 37 nömrəli binanın 1-ci mərtəbəsində 78.9 kv.m ümumi, 78.9 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabınn 1267 nömrəli vərəqində xx.xx.2009-cu il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmişdir. İş materillarından həmçinin müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə çoxsaylı məktublarla müraciətlər edilmiş, lakin cavabdeh tərəfindən ərizəyə hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyinə istinad edilərək iddiaçının müraciətlərindən imtina edilmişdir. Həmçininişmaeriallarındaolan, Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparatı tərəfindən iddiçıya ünvanlanmış 7-36/4-152/4 nömrəli, xx.xx.2018-ci il tarixli məktubda qeydolunmuşdurki, Bakı şəhərində aparılan abadlıq və yenidənqurma işləri çərçivəsində müvafiq ərazilərdə həyata keçirilən söküntü işləri ilə əlaqədar, sökülərək tam məhv olunmuş daşınmaz əmlakların mülkiyyətçilərinə kompensasiya olaraq hər kv.m sahəyə görə 1500 manat məbləğində vəsait ödənilir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisə ilə əlaqədar aşağıdakı hüquq normalarına müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafıə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsınin İİ hissəsınə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusı mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona məxsus əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.9-cu maddəsinə əsasən, dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfındən mülkiyyət yalnız qanunla icazə verilmış hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərın tikilməsi məqsədilə müvafıq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. Həmin Məcəllənin 207.1-ci maddəsinə əsasən, torpaq sahəsındə olan bınalara. qurğulara və ya digər daşınmaz əmlaka mülkiyyət hüququna xitam verilmədən həmin sahənin dövlət ehtiyacları üçün alınmasınm mümkün olmadığı hallarda dövlət bu əmlakı satınalma yolu ilə ala bilər. Həmin Məcəllənin 211-ci maddəsinə əsasən, mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən «hər bir fıziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları namınə, qanunla və beynəlxalq hüququn ümumı prinsıplərı ılə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.» «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı ıl tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsı haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifıkasiya etmış dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbıqi məsələlərı üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsınin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublıkası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksıyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsınə istinad etməlidirlər. Avropa Məhkəməsinin «Marks Belçikaya qarşı» ışində şərh verilərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verır.» Məhkəmə kollegiyası işin hallarına məcmu halda qiymət verərək, birinci instansiya məhkəməsinin hazırkı mübahisə ilə əlaqədar gəldiyi qənaəti ilə razılaşır ki, iddia qismən əsaslıdır və hesab edir ki, bu nəticəyə gələrkən düzgün olaraq onu nəzərə almışdır ki, ünvan 4 37 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətində olmuş, həmin qeyri-yaşayış sahəsi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən əvəzi ödənilmədən alınmış və hazırda iddia tələbi qeyri-yaşayış sahəsinə görə kompensasiya ödənilməsi hissəsində mahiyyətinə və xarakterinə görə əsaslı olsa da, tələb olunan pul məbləğinin həqiqi həcminə görə tam əsaslı deyildir.Belə ki, işdə olan sənədlərlə sübuta yetirilir ki, Bakı şəhərində aparılan abadlıq və yenidənqurma işləri çərçivəsində müvafiq ərazilərdə həyata keçirilən söküntü işləri ilə əlaqədar olaraq, sökülərək tam məhv olunmuş daşınmaz əmlakların mülkiyyətçilərinə kompensasiya olaraq hər kv.m sahəyə görə 1500 manat (Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20 faiz əlavə olunmaqla) məbləğində kompensasiya ödənilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi sübutları məcmu halında qiymətləndirməklə düzgün olaraq bu nəticəyə gəlmişdir ki, iddiaçının mülkiyyətində olmuş ümumi sahəsi 78.9 kv.m olan qeyriyaşayış sahəsinə görə ona 118350 manat (78.9 × 1500 = 118350) məbləğində kompensasiya ödənilməlidir. Məhkəmə kollegiyası iş üzrə Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin apellyasiya şikayətinin iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi 0,04911 ha torpaq sahəsinə dair hər hansı araşdırma aparmaması, qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin hansı əsaslarla iddiaçının istifadəsində olması barədə dəlilləri ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsindən və iş materiallarından göründüyü kimi, iddiaçının ona məxsus olmuş qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi ilə əlaqədar hər hansı tələbi olmamışdır və iddiaçının notariat qaydada xx.xx.2009-cu il tarixli alğısatqı müqaviləsinə əsasən əldə etdiyi və bunun əsasında verilmiş müvafiq «Çıxarış"a əsasən ona məxsus olmuş qeyri-yaşayış sahəsinə görə ona kompensasiya ödənilməsi barədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası iş üzrə 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinin məhkəmə tərəfindən qeyri-yaşayış sahəsinə görə kompensasiya müəyyən edilərkən mövcud qanunvericiliyin tələbləri gözlənilməməsi, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həmin ərazidə abadlıq-quruculuq işlərinin aparılması zamanı müvafiq obyektlərin, o cümlədən indiki mübahisəli sahənin alınması ilə əlaqədar qiymətləndirilmənin təşkil edilməsi ilə bağlı araşdırma aparılmaması və hazırki obyektin qiymətləndirilməsinin məhkəməyəqədərki vəziyyəti tədqiq olunmaması barədə dəlilləri ilə əlaqədar onu qeyd etməyi zəruri hesab edir ki, yuxarıda da göstərildiyi kimi, Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparatı tərəfindən iddiçıya ünvanlanmış 7-36/4-152/4 nömrəli, xx.xx.2018-ci il tarixli məktubdada qeyd olunmuşdur ki, Bakı şəhərində aparılan abadlıq və yenidənqurma işləri çərçivəsində müvafiq ərazilərdə həyata keçirilən söküntü işləri ilə əlaqədar, sökülərək tam məhv olunmuş daşınmaz əmlakların mülkiyyətçilərinə kompensasiya olaraq hər kv.m sahəyə görə 1500 manat məbləğində vəsait ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibatı mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə ınzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətlərı (hərəkətsizlıyi) nətıcəsində vurulmuş ziyana görə kompensasiyanın ödənılməsi tələbınə dair iddialara inzibatı məhkəmə ıcraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını qanuni və əsaslı sayaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qərarın ləğvi üçün əsas verə bilməz. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti və 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2526/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ülvi Mayılov Hakimlər Mirzə Tağızadə Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-530/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-530/2020
30.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver