Məhkəmə qərarları › İş №2-1(103)-530/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-530/2022

23.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-530/2022 23.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Məmmədov Leyla Asəf qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsinə qarşı “müharibə veteranı olması haqqında arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2322/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh-Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı olması haqqında arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2322/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinin dəlillərinə uyğun əsaslandırımışıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi M.Tağıyev izahat verərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkmə iclasının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etmir və gəlməmə səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İddiaçı xx.xx.1970-ci ildə Bərdə rayonu, Kətəlparaq kəndində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır (AZE 0******* №li şəxsiyyət vəsiqəsi). İddiaçıya məxsus Abşeron rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.1999-cu il tarixdə verilmiş M/V seriyalı 027236 №li vəsiqənin surətindən görünür ki, iddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.1990-ci il tarixdə verilmiş HB seriyalı ******* №li hərbi biletində (notarial qaydada təsdiq edilmiş surəti) aparılmış qeydlərə əsasən iddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixə qədər həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi biletin 6-7-ci səhifələrindəki, qeydlərə əsasən xx.xx.1992-ci il tarixdən xx.xx.1993cü il tarixədək, N №li hərbi hissədə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli 1/71-7639 №-li məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Komissiyaya təqdim edilmiş “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsinin xx.xx.2020-ci il tarixli 543 nömrəli məktubuna əsasən ona “Müharibə Veteranı” vəsiqəsinin dublikatının verilməsi üçün kifayət etmir. İddiaçının hazırkı tələblə cavabdeh inzibati orqana etdiyi müraciətə cavab olaraq, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1177 №li məktubda müraciətçiyə bildirilmişdir ki, müharibə veteranı olmağı barədə arayışın verilməsi veteran vəsiqəsi və hərbi biletin əsasında verilir. İddiaçının vəsiqəsi olmadığı üçün Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə döyüşlərdə iştirakının dəqiqləşdirmək məqsədilə sorğu göndərilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən alınan arayışda iddiaçının döyüşlərdə iştirakı barədə heç bir məlumat olmadığı üçün arayışın verilməsi mümkün deyildir. Yeni müharibə veteran vəsiqəsi almaq üçün Aəzrbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya müraciət etmək məqsədə uyğundur. Birinci instansiya məhkəməsinin sorğularına əsasən; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 9/2-4996 saylı cavab məktubunda göstərilmişdir ki, N nömrəli hərbi hissə komandirinin nizami hissə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün İddiaçı xidməti barədə araşdırma aparmaq olmur. N nömrəli hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N nömrəli hərbi hissənin xx.xx.1992-ci ildən -.09.1992-ci ilədək döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumat vardır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi rayon polis idarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ***-**** saylı cavab məktubu ilə məhkəməyə göndərilmiş tələbnamədən müəyyən olunur ki, xx.xx.1970-ci il təvəllüdlü Bərdə rayonu Kətəllaraq kəndində yaşayan İddiaçı xx.xx.1998-ci ildə məsuliyyətə cəlb edilərək və Bərdə Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə məhküm olunaraq 01 il azadlıqdan məhrum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1998-ci il tarixli amnistiya qərarına əsasən azad olunmuşdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Bununla bağlı cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı 26.101990-cı ildə həqiqi hərbi xidmətə çağırılmışdır. xx.xx.1992-ci ildən xx.xx.1993-cü il tarixinədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli Hərbi hissəsinin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir.Bundan əlavə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən ona odlu silahların daşınması, saxlanması ilə bağlı sürücü kimi vəsiqə verilmiş və həmin vəsiqədən də görünür ki, o, xx.xx.1992-ci ildən xx.xx.1995-ci il tarixinədək N nömrəli hərbi hissədə xidmətdə olub və bu səbəbdən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərin iştirakçısı olmağı ilə bağlı Abşeron rayon Hərbi Komissarlığı tərəfindən ona M/V № 027236 saylı xx.xx.1999-cu il tarixli veteranlıq vəsiqəsi verilmişdir, lakin iddiaçıya verilmiş veteranlıq statusu 2002-ci ildə Abşeron RHK-ğı tərəfindən hər hansı bir inzibati akt qəbul etmədən ləğv edilmişdir və ona Dövlət tərəfindən ödənilən müavinət dayandırılmışdır. Yenidən vəsiqə alması üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Aparatı nəzdində fəaliyyət göstərən Veteran Adlarının və Müvafiq Vəsiqələrinin verilməsi üzrə Komissiyasına müraciət etmiş, lakin komissiya tərəfindən xx.xx.2020-ci il tarixdə imtina cavabı verilmişdir. 2002-ci ildən hazırki vaxtadək veteranlıq statusunun hər hansı bir inzibati akt olmadan ləğv edildiyinin qanunsuz olduğunu göstərərək, ona Dövlət tərəfindən müəyyən edilmiş müavinətin bərpa edilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirlyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə arayışın təqdim edilməsi üçün arayış tələb etmiş, lakin cavabdeh qurum xx.xx.2020-ci il tarixdə iddiaçıya imtina cavabı verərək arayışın ona verilməsinin mümkünsüz olduğunu bildirilmişdir. O, xx.xx.1993-cü ildə Abşeron rayon Hərbi Kommisarlığında uçota düşmüş və xx.xx.2005-ci ildə Binəqədi rayonuna şəxsiyyət vəsiqəsi üzrə qeydiyyata alındığı üçün Binqədi rayon Hərbi Kommisarlığında uçota düşmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təstiq edilmiş "müharibə veteranı, silahlı qüvvələr veteranı və şərtləri” haqqında əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd),Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Bundan əlava mühariba veteranı adı Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda 1991-ci il oktvabrın 9-dan 1994-ci ilin mayın 10-dək dövüş əmaliyyatlarını aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əmaliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara, 10 may 1994-cü il tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonalarında döyüş tapşırığının yerinə yetirilməsi ila bağlı ezamiyyətdə olarkan bilavasitə döyüş əmaliyyatları ila əlaqədar xəsarət (yaralanma, travma va kontuziya) almış hərbi qulluqçulara hərbi hissələr tərəfindən verilmiş arayışlar, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakını təstiq edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 174 nömrəli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiasi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla Azarbaycan Respublikasının ərazi bütövlüyü uğrunda dövüş əmalivvatlarının aparıldığı dövrdə hərbi hissəni və xidməti yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görəə məhkum edilmiş (2000-ci ilin sentyabrın l-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddasinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barəsində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayat məsuliyyətindən azad edilmiş şəxslərə, “Veteranlar haqqında” Azarbaycan Respublikası Qanununun 3-cü maddasinin birinci hissasinin üçüncü abazaında göstərilmiş şəxslərə şamil olunmur. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı 1998-ci ildə fərariliyə görə yox, qüvvədən düşmüş Cinayət Məcəlləsinin 105-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilmişdir. Azərbaycan Respublikasının suverenliyi və onun ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslərə "müharibə veteranı adının verilməsi Dövlət tərəfındən verilmiş xüsusi status hesab edilir və həmin status verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfındən müəyyən edilmiş xüsusi komisiya tərəfındən yoxlanılaraq həmin komisiyyanın üzvləri tərəfındən protokol tərtib edilərək şəxsə müharibə veteranı statusu və vəsiqəsi verilir. Bir qayda olaraq əgər bu status xüsusi yaradılmış komisiya tərəfındən verilirsə, o zaman həmin statusun ləğv edilməsi barəda xüsusi yaradılmış komisiyanın qərarı və tərtib edilmiş protokolu əsasında ləğv edilməlidir. Apellyasiya baxışı zamanı iddiaçıya verilmiş veteran adının və vəsiqəsinin ləğv edilibedilməməsi barədə cavabdeh quruma, həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinə sorğular vermiş, lakin həmin qurumlar bununla bağlı onlarda heç bir hüquqi sənədlərin olmaması səbəbindən həmin sənədləri məhkəməyə təqdim edə bilməmişdirlər. Kollegiya qeyd edir ki, iş materiallarında olan xx.xx.1990-cı il tarixli HB seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq edilmiş surətinin 6-7-ci səhifələrindəki qeydlərə əsasən iddiaçı xx.xx.1990-cı ildən xx.xx.1993-cü ilədək N nömrəli hərbi hissədə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməyi MN-yi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 9/24996 nömrəli arayışı ilə öz təsdiqini tapmışdır. Eyni zamanda qeyd edilməlidir ki, xx.xx.1999-cu il tarixli MN seriyalı 027236 nömrəli vəsiqənin surətindən göründüyü kimi iddiaçı müharibə veteranları üçün AR-nın Qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifada etmək hüququna malikdir. “Veteranlıq haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanununda qeyd olunur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasnın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfındən təsdiq edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfındən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfındən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, kollegiya apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək iddia tələbinin təmin edilməsinə dair nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2322/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2322/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv olunsun. İş üzrə yeni qərar qəbul olunsun. İddiaçı iddiası təmin edilsin. İddiaçı müharibə veteranı olması haqqında arayışın verilməsi vəzifəsi Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsinə həvalə edilsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar