Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-531/2023 06.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X10 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı “X18” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-292/2022 saylı, 05 iyul 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı “X18” MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2020-ci il tarixli **********137424 nömrəli Qərarın ləğv edilməsini və həmin qərar əsasında hesablanmış 2760203,61 manat əlavə vergi məbləği və 1380181,81 manat maliyyə sanksiyasının silinməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********190923 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyəti üzrə səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlamanın nəticələri xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlması aktı ilə rəsmiləşdirilmiş və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********137424 nömrəli Qərarına əsasən iddiaçıya 2760203,61 manat ( o cümlədən 1694, 47 manat mənfəət vergisi və 2758509,14 manat əlavə dəyər vergisi) əlavə vergi məbləği və həmin məbləğin 50 faizi miqdarında yəni-1380181,81 manat maliyyə sanksiyası hesablanmışdır. Yoxlamanın keçirilməsi müddətinə düzgün əməl olunmamışdır. Belə ki, yoxlama aktından məlum olur ki, yoxlama xx.xx.2019-cu il tarixdə başlamış və xx.xx.2020-ci il tarixdə başa çatmışdır. Eyni zamanda, xx.xx.2019-cu il tarixli qərarla yoxlamanın aparılması müddəti 30 gün uzadılmışdır. Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Göründüyü kimi, xx.xx.2019-cu il tarixdə başlamış yoxlama xx.xx.2019-cu il tarixdə yekunlaşdırılmalı və ya yoxlama müddətinin uzadılması ilə bağlı qərar qəbul olunmalı idi. Halbuki müddət uzadılması ilə bağlı qərar xx.xx.2019-cu il tarixdə qəbul edilmişdir. Eyni zamanda yoxlamanın keçirilməsi müddətinin hansı müstəsna halla əlaqədar uzadılması da məlum deyildir. Eyni zamanda, yoxlama aktından məlum olur ki, xx.xx.2020-ci il tarixli qərarla yoxlamanın keçirilməsi 32 gün müddətinə müvəqqəti dayandırılmışdır. Beləliklə, növbəti dayandırılma qərarı xx.xx.2020-ci il tarixdə qəbul edilməli idi ki, həmin qərar xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir. Yoxlama aktından məlum olur ki, vergi ödəyicisinə yoxlama ilə əlaqədar xx.xx.2019-cu il tarixli **********191049 nömrəli tələbnamə verilmiş və yoxlama xx.xx.2019-cu il tarixdə başlanmışdır. Qaydaların tələbləri pozularaq yoxlama başlamazdan 12 gün əvvəl tələbnamə göndərilmişdir. Yoxlama zamanı xx.xx.2019-cu il tarixli **********194528 nömrəli Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərin və əşyaların baxışının keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli **********194370 nömrəli Ekspertizanın təyin edilməsi haqqında xx.xx.2019-cu il tarixli **********194369 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında” qərarlar qəbul edilmiş baxışın nəticəsinə dair xx.xx.2019-cu il tarixli protokol tərtib edilmişdir. Yoxlama aktından məlum olur ki, vergi orqanının hesablamalarının əsasını xx.xx.2020-ci il tarixli ekspert rəyi təşkil etmiş, həmin rəylə ekspert tərəfindən Bakı şəhəri, Yasamal rayonu, İ.Qurtqaşınlı küçəsi 476-cı məhəllədə yerləşən yeni tikili binalarda suvaqlı podmayak yaşayış sahəsinin 1 kv metrinin satışının orta bazar qiyməti 1800 manat müəyyən edilmişdir. Yoxlama ilə müəssisə tərəfindən guya 2019-cu il üzrə 2758509,14 (iki milyon yeddi yüz əlli səkkiz min beş yüz doqquz manat ) manat Əlavə dəyər vergisi məbləğinin azaldılmasına münasibətdə qeyd edilir ki, vergi orqanı tərəfindən mənzillərin satılması vaxtı düzgün müəyyən edilməmiş, bu da öz növbəsində vergilərin hesablanmasına mənfi təsirini göstərmişdir. Akta əsasən vergi orqanı tərəfindən 10336,2 kvm yaşayış sahəsinin 2017- 2019-cu illər ərzində satıldığı qənaətinə gəlinmişdir. Amma yoxlama materiallarında həmin qənaəti təsdiq edən sübutlara rast gəlinməmişdir. Yoxlama aktında sahəsi 365,2 kv metr olan iki ədəd 3 otaqlı mənzilin Bakı şəhər İcra Hakimiyyətinin mənzil fonduna ayrıldığı qeyd olunsa da, əslində sahəsi 547,8 kv metr (3x182.6 kv metr) olan 3 ədəd 3 otaqlı mənzil Bakı şəhər İH-nin mənzil fonduna ayrılmış və həmin mənzil sonuncunun 67 saylı xx.xx.2006-cı il tarixli və 63 saylı xx.xx.2006-cı il tarixli Sərəncamları ilə müvafiq olaraq X6, X1 və X5 verilmişdir. Vergi Məcəlləsinin 164.1.47-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binanın yaşayış və qeyri-yaşayış sahələrinin dövlətə ayrılan hissəsinin təqdim edilməsi üzrə dövriyyələr ƏDV-dən azaddır. Həqiqətdə satışa təqdim edilmiş və vergitutma obyekti olan yaşayış sahəsinin 10927,4 kv metr olduğu müəyyən edilir. Belə ki, 13075,2 kv metr mənzil sahəsindən 1600,0 kv metr əvvəlki yoxlama ilə əhatə olunduğundan və 547,8 kv metr mənzil sahəsi Bakı şəhər İH-nin mənzil fonduna ayrıldığından həmin sahələr ümumi sahədən çıxılmalıdır. Eyni zamanda, qeyd olunmalıdır ki, vergi orqanı tərəfindən heç bir əsaslı sübut olmadan mənzil sahələrinin 2017-2019-cu illər ərzində satıldığına istinad edilmişdir. Reallıqda həmin yaşayış sahələri 2005-2018-cu illər ərzində satılmışdır. Buna dair alqı-satqı müqavilələri əvvəlki yoxlamalarda yoxlayıcılara təqdim olunsa da, həmin alqı-satqı müqavilələri nəzərə alınmamış və yaşayış sahələrinin satılmadığı qeyd olunmuş, beləcə də vergi orqanı tərəfindən hazırkı yoxlama üzrə daha böyük məbləğdə vergilərin hesablanmasına müvəffəq olunmuşdur. Həmçinin, yoxlama gedişində 1347,0 kv m yaşayış sahəsinin satışına dair müqavilələr yoxlayıcılara təqdim edilməsinə baxmayaraq, həmin müqavilələrdə təsbit edilmiş qiymətlər heç bir əsas olmadan qəbul edilməmiş həmin yaşayış sahələri üzrə müqavilədə göstərilən qiymətlərdən artıq qiymətlər (ekspert rəyinə əsasən) tətbiq edilməklə vergilər hesablanmışdır. Mənzil sahələrinin alqı-satqısına dair müqavilələrinin və həmin müqavilə üzrə müəyyən edilən satış qiymətlərinin olmasına baxmayaraq, yaşayış sahəsinin 1 kv metrin satışı üzrə bazar qiymətinin ekspert tərəfindən müəyyən edilməsi (1800 manat) və həmin qiymətlər əsas götürülməklə vergilərin hesablanması yolverilməzdir. Əslində vergi orqanı tərəfindən alqı-satqı müqavilələrində təsbit edilmiş satış qiymətləri əsas götürülərək vergilər hesablanmalı idi. Lakin, vergi orqanı ekspert rəyi ilə müəyyən edilmiş bazar qiymətini əsas götürmüş və Vergi Məcəlləsinin 159.1-ci və 67.15-ci maddələrinə əsasən mövcud hesablamanı aparmışdır. Aktın 4-cü səhifəsində səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin binasına (ərazisinə) baxışın keçirilməsi haqqında qeyd aparılsa da baxışın nəticələrinə əsasən tərtib edilmiş xx.xx.2019-cu il tarixli protokolda binada tikinti quraşdırma və xarici tamamlanma işlərinin başa çatdığı, 1-ci mərtəbədən 4-cü mərtəbəyədək, qaraj və mansardda işlərin tamamlanmadığı, mənzillərdə elektrik və su sayğaclarının quraşdırılmadığı, qaz sayğaclarının bir hissəsinin cəmiyyətin, bir hissəsinin sakinlərin adına rəsmiləşdirildiyi qeyd edilmişdir. Göstərilən hallara əsasən yoxlama ilə əhatə edilən dövrdə mənzillərin satışının həyata keçirildiyi qənaətinə gəlmək və ehtimallar əsasında vergiləri hesablamaq yolverilməzdir. Göstərilənlərdən də məlum olur ki, vergi orqanı yoxlamaya səthi yanaşmış, vergi ödəyicisinə hesablanmalı real vergilərin müəyyən edilməsi əvəzinə, ehtimallar və həqiqətə uyğun olmayan ekspert rəyi ilə əsassız vergilər hesablamışdır. 2017-ci ilədək satılmış mənzillərə görə vergi orqanının vergilər və maliyyə sanksiyası hesablamaq hüququ olmamışdır. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergi qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən və onlara uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktlarından ibarətdir. Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. Həmin Məcəllənin 3.2-ci maddəsinə vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.10-cu maddəsinə əsasən vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Cavabdeh inzibati orqanın iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, yoxlama zamanı aşağıdakılar müəyyən edilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli 266 nömrəli Sərəncamına əsasən “X18“ MMC-yə ünvan 1 ünvanda 1 girişli 21 mərtəbəli 4 mərtəbəsi qeyri- yaşayış sahəsi olan 64 mənzillik bina inşa edilmişdir. Binanın ümumi sahəsi 22069,80 kv.metr (yaşayış sahəsi 13075,20 kv.metr, qeyri-yaşayış sahəsi 3913,84 kv.metr, zirzəmi sahəsi 3032,00 kv.metr, (o cümlədən qaraja yararlı sahə 1224.00 kv.metr). mansard sahəsi 981,12 kv.metr, pilləkən, dəhliz, lift, divar altı sahə 1067,64 kv.metr), satışa yararlı sahə 19194,16 kv.metr (yaşayış sahəsi 13075.20 k/.metr. qeyri-yaşayış sahəsi 3913,84 kv.metr, zirzəminin qaraja yararlı sahəsi 1224,00 kv.metr, mansard sahəsi981,12 kv.m) təşkil edir. İnşa edilmiş binanın 1600,0 kv.m. sahəsi xx.xx.2009-cu il tarixli səyyar vergi yoxlaması aktı ilə əhatə edilmişdir. Müəssisədə aparılan xx.xx.2012-ci il tarixli, xx.xx.2014-cü il tarixli, xx.xx.2017-ci il tarixli səyyar vergi yoxlaması aktlarında yoxlama ilə yaşayış və qeyri-yaşayış sahələrinin satılmadığı qeyd edilmişdir. Müəssisənin direktoru X11 tərəfindən yoxlamaya təqdim edilmiş arayışa əsasən (arayış akta əlavə olundu) 13075,2 kv.metr mənzil sahəsindən 1600,0 kv.metr sahə əvvəlki yoxlama ilə əhatə edilmiş, 365,2 kv.metr sahə (2 ədəd 3 otaqlı mənzil) Bakı şəhər İcra Hakimiyyətinin mənzil fonduna verilmişdir. Ümumilikdə 773.8 kv.metr mənzil sahəsi satılmamış qalmışdır. Beləliklə yoxlama ilə əhatə edilməli yaşayış sahənin 10336,2 kv.metr (13075,2 kv.m (yaşayış sahəsi) - 1600,0 kv.metr (əvvəlki yoxlama ilə əhatə olunan sahə) - 365,2 kv.metr (Bakı ş. İH-nin mənzil fonduna ayrılan sahə) - 773,8 kv.metr (satılmayan yaşayış sahəsi)) olduğu müəyyən edilmişdir. Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında xx.xx.2019-cu il tarixli **********191049 nömrəli Tələbnamə verildi. Lakin müəssisə tərəfindən tələbnamədə göstərilən sənədlər yoxlamaya qismən təqdim edildiyi üçün Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixli imtina aktı tərtib olunmuşdur. Yoxlama zamanı vergi qanunvericiliyinin pozulması hallan olduğuna, onların öyrənilməsinə əlavə vaxt tələb olunduğuna və bu pozuntular bilavasitə əşyalarla bağlı olduğuna görə "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********192457 nömrəli Qərar çıxarılmışdır. Lakin müəssisə tərəfindən "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərara əsasən sənədlər yoxlamaya qismən təqdim edildiyi üçün Vergi Məcəlləsinn 43.10-cu maddəsinə əsasən imtina aktı tərtib edilmişdir. Baş idarənin xx.xx.2019-cu il tarixli **********194528 nömrəli "Vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərin və əşyaların baxışının keçirilməsi haqqında” qərarına əsasən müəssisənin ünvan 2 ünvanında yerləşən binasına baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, binada tikinti quraşdırma işləri başa çatmışdır, binada xarici tamamlama işləri başa çatmışdır, 1-ci mərtəbədən 4-cü mərtəbəyədək qaraj və mansardda işlər tamamlanmamışdır (beton işləri başa çatmışdır), mənzillərdə elektrik sayğacları quraşdırılmamışdır, qaz sayğaclarının bir hissəsi cəmiyyətin, bir hissəsi sakinlərin adına rəsmiləşdirilmişdir, su sayğacı quraşdırılmamışdır. Baxışın nəticəsi xx.xx.2019-cu il tarixli protokolla rəsmiləşdirilmişdir. "Ekspertizanın təyin edilməsi haqqında" xx.xx.2019-cu il tarixli **********194370 nömrəli Qərar çıxarılmış və Ekspert qarşısında ünvan 2 ünvanında inşa edilən yaşayış binasında xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə satılmış mənzillərin aylar üzrə 1 kv.metrinin bazar qiymətlərini müəyyənləşdirmək sualı qoyulmuşdur. Ekspertizanın keçirilməsi haqqında qərarla tanış olma barədə xx.xx.2019-cu il tarixdə Protokol tərtib edilmişdir. Ekspert tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli rəyə əsasən ünvan 2də yerləşən binanın (yeni tikili binalarda suvaqlı (podmayak))yaşayış (mənzil) sahəsinin 1 (bir) kv.metrinin satışının orta bazar qiyməti 1800,00 (bir min səkkiz yüz) manat, qeyri yaşayış sahəsinin 2500 (iki min beş yüz) manat olduğu müəyyən edilmişdir. Ekspert rəyindən yoxlama zamanı vergilərin hesablanması üçün istifadə edilmişdir. "Mütəxəssisin dəvət edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********194369 nömrəli Qərarına əsasən inşa edilən yaşayış binasının yaşayış, qeyriyaşayış, mandsard, zirzəmi, sair sahələrini müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının “Azərekspertza” Birliyinə məktubla müraciət edilmiş və oradan mütəxəssis ayrılmışdır. Mütəxəssis qarşısında ünvan 2 ünvanında inşa edilən yaşayış binasının yaşayış, qeyri-yaşayış, mansard, zirzəmi, sair sahələrini müəyyənləşdirmək sualı qoyulmuşdur. Mütəxəssis tərəfindən xx.xx.2020-ci il tarixdə rəy təqdim olunmuşdur. Yoxlama zamanı vergilərin hesablanmasında mütəxəssis tərəfindən təqdim olunmuş rəyə istinad olunmuşdur. Mənfəət vergisi üzrə: Yoxlanılan dövrdə müəssisə mənfəət vergisi ödəyicisi olmuşdur. Bu vergi növünün yoxlanılması üzrə 2016- 2017-2018-ci illər əhatə edilmişdir. 2016-2017-ci il üzrə mənfəət vergisi bəyannaməsinin düzgünlüyü ilkin sənədlər əsasında yoxlanılması zamanı kənarlaşma aşkar edilməmişdir. Müəssisə tərəfindən 2018-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində gəlir 442034,00 manat, xərclər 376834,00 manat göstərilməklə vergiyə cəlb olunan 65200,00 manat (442034.00 manat - 376834,00 manat) mənfəətdən 13040,00 manat (65200,00 manat x 20%) mənfəət vergisi hesablanmışdır. Müəssisə tərəfindən gəlir və xərciərin uçotu kassa metoduna əsasən apanlmışdır. Yoxlama ilə müəssisə tərəfindən təqdim olunmuş sənədlərə (müqavilələr və ödəniş qəbzləri) və Vergilər Nazirliyinin baza məlumatlanna əsasən vergi ödəyicısinin mənfəət vergisinin məqsədləri üçün gəliri 442034,00 manat müəyyən edilmişdir. Göründüyü kimi yoxlama ilə mənfəət vergisi məqsədləri üçün vergiyə cəlb edilən mənfəət 2018-ci il üzrə 73672.33 manat məbləğində müəyyən edilmiş və Vergi Məcəlləsinin 104-cü maddəsinə əsasən 14734.47 manat (73672,33 x 20%) məbləğində mənfəət vergisi hesablanmışdır. Beləliklə, yoxlama nəticəsində müəssisə tərəfindən 1694,47 manat (14734,47 manat - 13040,00 manat) məbləğində mənfəət vergisinin azaldıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 1694,47 manat azaldılmasına görə 50% məbləğində, yəni 847.24 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. ƏDV üzrə Müəssisə Bakı şəhəri icra Hakimiyyəti Başçısının xx.xx.2003cü il tarixli 266 nömrəli Sərəncamına əsasən ünvan 2 ünvanda 1 girişli 21 mərtəbəli 4 mərtəbəsi qeyri yaşayış sahəsi olan 64 mənzillik bina inşa etmişdir. Binanın ümumi sahəsi 22369.80 kv.m (yaşayış sahəsi 13075.20 kv.m, qeyri-yaşayış sahəsi 3913,84 kv.m, zirzəm sənəsi 3032.00 kv.m, (o cümlədən qaraja yararlı kv.m), mansard sahəsi 981,12 kv.m, pilləkən, dəhliz,lift.divar altı sahə 1067,64 kv.m), satışa yararlı sahə 19194.16 kv.m (yaşayış sahəsi 13075.20 kv.m. qeyri-yaşayış sahəsi 3913,84 kv.m, zirzəminin qaraja yararlı sahəsi 1224,00 kv.m. mansard sahəsi 981,12 kv.m) təşkil edir. Müəssisə tərəfindən inşa edilmiş binanın 1600,0 kv.m. sahəsi xx.xx.2009-cu il tarixli səyyar vergi yoxlaması aktı ilə əhatə edilmişdir. Müəssisədə aparılan xx.xx.2012-ci il tarixli, xx.xx.2014-cü il tarixli, xx.xx.2017-ci ii tarixli səyyar vergi yoxlaması aktlarında yoxlama ilə yaşayış və qeyriyaşayış sahələrinin satılmadığı qeyd edilmişdir. Müəssisənin direktoru İ.T.Rzayev tərəfindən yoxlamaya təqdim edilmiş arayışa əsasən 13075,2 kv.m. mənzil sahəsindən 1600,0 kv.m. sahə əvvəlki yoxlama ilə əhatə edilmiş, 365,2 kv.m. sahə (2 ədəd 3 otaqlı mənzil) Bakı ş. İH-nin mənzil fonduna verilmişdir. Müəssisə tərəfindən 10336.2 kv.m. yaşayış sahəsi alqı satqı müqavilələrinə əsasən satılmışdır. Bundan 1347, 0 kv.m. yaşayış sahəsinin alqı-satqı müqavilələri yoxlamaya təqdim edilmiş, digər 8989.2 kv.m. yaşayış sahəsinin alqı-satqı müqavilələrinin yandığını müəssisənin direktoru i.T.Rzayev təqdim etdiyi arayışında qeyd etməklə yoxlamaya təqdim etməmişdir. Ümumilikdə satışa yararlı mənzil sahəsi 773.8 kv.m, qeyri-yaşayış sahəsi 3913,84 kv.m, zirzəminin qaraja yararlı sahəsi 1224,00 kv.m, mansard sahəsi 981,12 kv.m satılmamış qalmışdır. Beləliklə, yoxlama ilə əhatə edilməli yaşayış sahəsinin 10336.2 kv.m (13075.2 kv.m (yaşayış sahəsi) - 1600.0 kv.m (əvvəlki yoxlama ilə əhatə olunan sahə) - 365.2 kv.m (Bakı ş. İH-nin mənzil fonduna ayn.an sahə) - 773.8 kv.m (satılmayan yaşayış sahəsi)) olduğu müəyyən edilmişdir. Yoxlamaya təqdim edilmiş sənədlərdə 2018-ci ilin dekabr ayında müəssisənin kassasına 521600,12 manat (ƏDV ilə) mədaxil olunduğu göstərilmiş və müəssisə tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrində həmin dövriyyə əks etdirilmişdir. Ekspert rəyinə əsasən yaşayış sahəsinin 1 kv.m-nin satışı üzrə bazar qiyməti 1800.0 manat müəyyən edilmişdir. Qeyd olunanlar nəzərə alınmaqla ƏDV üzrə VM-nin 159.1-ci və 67.15-ci maddələrinə əsasən vergi ödəyicisi tərəfindən hesablanmış 79566,12 manat ƏDV nəzərə alınmaqla, 2758509,14 manat (10336.2 x 1800.0 /1.18 x 18%- 79566,12) əlavə vəsait hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən əlavə dəyər vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 2758509,14 manat azaldılmasına görə 50% məbləğində, yəni 1379254,57 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. iddia ərizəsində vergi orqanı tərəfindən səyyar vergi yoxlamasının keçirilmə müddətinin hansı əsasla uzadılmasının məlum olmadığını və ümumiyyətlə səyyar vergi yoxlamasının müddətinin uzadılmasının qanunsuz olması qeyd edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-292/2022 saylı, 05 iyul 2022-ci il qərarı (hakim E.Əliyev) ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********137424 nömrəli Qərarının 1833735,94 manat ƏDV məbləği və 916896,97 manat maliyyə sanksiyası hesablanması hissəsində ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın qismən, yəni iddianın təmin olunan hissədə ləğv edilməsini və iddianın həmin hissədə ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, səyyar vergi yoxlamasının keçirilməsi barədə xx.xx.2019-cu il tarixli **********190923 saylı qərara nəzər saldıqda yoxlamanın 30 iş günü müddətində keçirilməsinin həmin qərarın 3-cü bəndində öz əksini tapdığı məlum olur. Vergi ödəyicisi qeyd olunan qərara hər hansı etiraz etməmiş və qeyd olunan hal ilə razılaşmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış”da da səyyar vergi yoxlamasının müddəti xx.xx.2019xx.xx.2019 tarixləri qeyd edilmişdir, yəni yoxlama 30 iş günü müddətində aparılmışdır. Belə olan halda 30 günü ifadəsini təqvim günü kimi qəbul etmiş olsaq, o zaman 30 gün ərzində olan qeyri- iş günlərində yoxlamanın keçirilməsi təbii ki, imkansız olacaqdır. Vergi orqanı üçün beş günlik iş həftəsi müəyyən edilmişdir ki, bu halda da qeyri-iş günləri hesab edilən bayram günlərini hətta nəzərə almasaq belə, təqvim ayı üzrə şənbə-bazar günləri 8 (səkkiz) gün təşkil edir. Nəticə etibarı ilə yoxlamanın həyata keçirilməsi üçün müəyyən edilmiş 30 gün müddətin 1/3 hissəsi yoxlamanın həyata keçirilməsi müddətinə aid olmadığı üçün yoxlamanın orta hesabla 22 gün davam etməsi mümkündür. Digər tərəfdən də məhkəmə Vergi Məcəlləsinin normalarının təhlilinə səthi yanaşmışdır. “Gün” ifadəsini “təqvim günü” kimi təfsir və tətbiq edən məhkəmə Vergi Məcəlləsinin digər normalarında “təqvim günü” ifadəsinin olması faktını unutmuşdur. Səyyar vergi yoxlamasının ilk dəfə dayandırılması xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olmuş, ikinci dəfə xx.xx.2020-ci il tarixli qərarla yoxlamanın keçirilməsi müddəti xx.xx.2020-ci il tarixədək dayandırılmışdır. Yoxlamanın dayandırma və müddətin artırılması barədə qərarlara diqqət etsək görərik ki, səyyar vergi yoxlaması xx.xx.2019-cu il tarixdə başlamış, xx.xx.2019-cu il tarixdə 30 iş günü müddətinə uzadılmış, birinci dəfə yoxlamanın dayandırılması qərarı xx.xx.2019-cu il tarixdə, yəni yoxlamanın bitməsinə 17 iş günü qalmış (xx.xx.2019+30 iş günü+3 iş günü) qəbul edilmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (yoxlamanın 3-cü dəfə dayandırılması barədə qərar) 17 iş günü fərq yaranmasının səbəbi də məhz yoxlamanın dayandırılması və müddətininin uzadılması barədə qərarların qəbul edilməsi ilə əlaqədar yaranmış gün fərqi ilə əlaqədar olmuşdur. Birinci instansiya məhkəməsi, ümumiyyətlə, nə Vergi Məcəlləsinin yoxlamanın keçirilməsi ilə bağlı müddətlərlə bağlı müvafiq maddələrə, nə də vergi orqanı tərəfindən müddətlərin hesablanması ilə bağlı iş materiallarına əlavə edilmiş qərarları təhlil etməmiş, ötəri olaraq və qanunvericiliyi yanlış təfsir etməklə prosessual müddətlərin pozulması qənaətinə gəlmişdir. Məhkəmə Vergi Məcəlləsinin 14.1,14.2 və Mülki Məcəllənin 390.1-ci maddələrini tətbiq etməklə iddiaçının müqavilə üzrə tətbiq etdiyi qiymətlərin həqiqəti əks etdirdiyini sübut etmək üçün istifadə etmişdir. Halbuki, ibtidai istintaq zamanı alınmış şahid ifadələri, ekspert rəyi və səyyar vergi yoxlaması zamanı alınmış ekspert rəyi ilə iddiaçının tətbiq etdiyi qiymətlərin həqiqəti əks etdirmədiyi və Vergi Məcəlləsinin 14.2-ci maddəsinin tətbiqinin yolverilməzliyi müəyyən edilmişdir. Lakin məhkəmə qeyd olunan hallar üzrə heç bir araşdırma aparmamış, obyektiv həqiqətin müəyyən edilməsi üçün heç bir addım atmamış, məhkəmə zamanı alınmış, lakin əsaslandırıllmamış ekspert rəyini mötəbər hesab etməklə və həmin rəyi qiymətləndirməməklə iddiaçının tətbiq etdiyi müqavilə qiymətlərini əsas tutmuş, işin faktiki halları tədqiqatdan kənarda qalaraq, ümumiyyətlə nəzərə alınmamışdır. Səyyar vergi yoxlaması aktında qeyd edildiyi kimi, VM-nin 44-cü maddəsinə əsasən “Ekspertizanın təyin edilməsi haqqında” qərar çıxarılmış və ekspert qarşısında yaşayış binasında xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə satılmış mənzillərin aylar üzrə 1kvm-nin bazar qiymətlərini müəyyənləşdirmək sualı qoyulmuşdur. Ekspert tərəfindən təqdim edilmiş xx.xx.2020- ci il tarixli rəyə əsasən ünvan 2də yerləşən binanın (yeni tikili binalarda suvaqlı (podmayak))yaşayış (mənzil) sahəsinin 1 (bir) kv.metrinin satışının orta bazar qiyməti 1800,00 (bir min səkkiz yüz) manat, qeyri yaşayış sahəsinin 2500 (iki min beş yüz) manat olduğu müəyyən edilmişdir. Həmçinin, sözügedən ekspert rəyində xüsusilə qeyd edilmişdir ki, sözügedən ünvanda yerləşən yaşayış binasında 2017, 2018 və 2019-cu illərdə yaşayış və qeyri-yaşayış sahələrinin qiyməti dəyişməmişdir. Bununla da məhkəmənin “ekspert rəyinə əsasən binanın yerləşdiyi ərazi üzrə 2018-ci ilin orta bazar qiymətlərini nəzərə alaraq hesablama aparması” dəlili birmənalı şəkildə təkzib olunmuşdur. Qeyd olunan ekspert rəyini təkzib edəcək hər hansı sübut təqdim edilmədiyi üçün və iş materiallarında belə bir sübutun mövcud olmadığı üçün həmin sübutun qeyri-mötəbər hesab edilməsi əsassızdır. Məhkəmə ekspertizanın təyini əsası kimi mənzillərin satılan zaman real bazar qiymətlərinin müəyyən edilməsi üçün qiymətləndiricinin müvafiq rəyinə ehtiyac olduğunu qeyd etmiş və iş üzrə xx.xx.2021-ci il tarixli 2-1 (112)-1217/2021 saylı qərardadı ilə məhkəmə kompleks texniki-tikinti və qiymətləndirmə ekspertizası təyin edilmişdir. Lakin iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmiş və bu istiqamətdə rəy verilmişdir. Məhkəmə təyin edilmiş ekspertiza ilə verilən rəy arasında olan ziddiyyəti görməzdən gəlmiş və nəticədə qeyri-müəyyən olan hal yaranmışdır. Belə ki, əsas mübahisə predmetinin mənzillərin qiymətinin müxtəlifliyi olmasına baxmayaraq, həmin qiymətlərin müəyyən edilməsi üçün məhkəmə əlavə araşdırma aparmamış, səyyar vergi yoxlaması zamanı alınmış ekspert rəyi üzrə prosessual fəallıq prinsipinə uyğun olaraq eksperti və məhkəmə prosesi zamanı alınmış eskpertiza üzrə eksperti dindirməli olduğu halda dindirməmişdir. İş materiallarına əlavə edilmiş müqavilələr müvafiq tələblərə cavab vermədiyindən mötəbər sübut qismində gəlirin hesablanması zamanı istifadə edilə bilməz. İş materiallarında mövcud olan ittiham aktından göründüyü kimi eyni predmet üzrə başlanılmış ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X11 ifadəsində 50000,00 manatını istintaq zamanı dövlət büdcəsinə ödədiyini, qalan məbləğ üzrə hissəvi olaraq ödənişləri həyata keçirəcəyini bildirmişdir ki, bu da hesablanmış vergilərin hesablanma əsasları ilə razılığını ifadə etmək anlamına gəlir. İbtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş X7 istintaqa vermiş olduğu ifadəsində “X18” MMC tərəfindən ünvan 2 ünvanda inşa edilən 1 girişli, 21 mərtəbəli, 4 mərtəbəsi qeyri yaşayış sahəsi olan yaşayış binasının 17-ci mərtəbəsində yerləşən 226,0 kv.m-dən ibarət olan yaşayış sahəsini (mənzili) ilkin qiymət olaraq təxminən 400000,00 manata 1 kv.metri 1770,0 manata təklif edildiyini, daha sonra razılaşma əsasında 1 kv.metri 1550,0 manat olmaqla xx.xx.2017-ci il tarixli müqavilə əsasında 350000,00 manata aldığını və həmin yaşayış sahəsinin (mənzilin) dəyərini nağd qaydada ödədiyini və bununla bağlı müəssisəyə heç bir öhdəliyinin olmaması barədə maliyyə arayışı aldığını, yaşayış sahəsinin (mənzilin) qiyməti barədə “X18” MMC-nin faktiki sahibi kimi tanıdığı İlham Rzayev ilə razılaşdığını, mənzil sahəsinin qiyməti barədə İlham Rzayevlə razılaşdıqdan sonra müqaviləni ünvan 2 ünvanda inşa edilən 21 mərtəbəli binanın 1 -ci mərtəbəsində “X18” MMC-nin faktiki sahibi kimi tanıdığı İlham Rzayevin iş otağında rəsmiləşdirildiyini, həmin binanın sahibi kimi yalnız İlham Rzayevi tanıdığını, İlham Rzayevin özünü ona binanın sahibi kimi təqdim etdiyini, onu müqavilə rəsmiləşdirilərkən gördüyünü bildirmişdir Həmçinin, cinayət işi üzrə istintaqın vaxtında, tam və obyektiv aparılması məqsədi ilə “X18” MMC-nin fəaliyyətinə kimin rəhbərlik etməsi, cəmiyyətin təsisçi və direktoru X8 bina tikintisi fəaliyyəti ilə bağlı onu kimlərin maliyyələşdirdiyi və faktiki olaraq onun rəhbəri olduğu “X18” MMC-nin adından tikilən binanın kim və ya kimlərə məxsus olması, qeyd olunan binada mənzillərin hansı sənədlər əsasında və hansı qiymətə satılması, həmin qiymətlərin rəsmi sənədlərdə göstərilən məbləğə uyğun olub-olmaması, kimlərə (neçə ədədinin) satılması, binadakı mənzillərin satışının real olaraq hansı ofislərdən və bilavasitə kimlər tərəfindən həyata keçrildiyinin müəyyən edilməsinə köməklik göstərilməsi məqsədi ilə xx.xx.2021-ci il tarixli **********310800 saylı xidməti məruzə ilə Baş İdarənin Əməliyyat idarəsinə müraciət edilmiş, Əməliyyat idarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli **********651400 saylı xidməti məruzədə keçirilmiş əməliyyat tədbirləri, aparılmış soraqlaşmalar və digər tədbirlər nəticəsində əldə olunmuş məlumatlara əsasən “X18” MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küşəsi 476-cı məhəllə ünvanında 1 girişli, 21 mərtəbəli yaşayış binası inşa edildiyi, müəssisənin təsisçisi və faktiki rəhbərinin xx.xx.1965-ci ildə Sumqayıt şəhərində anadan olmuş, ünvan 5 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan X11 olduğu, qeyd olunan binada üçotaqlı və dördotaqlı mənzillərin satışda olması, üçotaqlı mənzilin 208 kv.m sahədən ibarət olaraq 1 kv.m 2000 ABŞ dollarına, dördotaqlı mənzilin 245 kv.m sahədən ibarət olaraq 1 kv.m 2500 ABŞ dollarına və mənzillərin yalnız müqavilə əsasında satılması, İ.Rzayevin əvvəllər süd məhsullarının istehsalı və satışı ilə məşğul olması, sonradan isə müflisləşməsi, eləcə də onun fəaliyyəti ilə bağlı yaxın əlaqəsi kimi mənzillərin satışını həyata keçirən, xx.xx.1960cı ildə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, SKZ, Yat-2 ünvanında qeydiyyatda olan X2 olması, həmçinin MMC-nin fəaliyyəti ilə bağlı ofisinin və satış yerinin həmin ünvanda müəssisəyə məxsus çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən obyektdə olmasının ehtimal edildiyi barədə məlumatlar əldə edildiyi bildirilmişdir. Beləliklə, məhkəmə iş materiallarında mövcud olmuş sözügedən sübutlar üzrə heç bir əlavə araşdırma aparmamış və həmin sübutları təkzib edəcək hər hansı bir dəlil irəli sürməmişdir. Məhkəmə qərarında mənzillərin satışı ilə əlaqədar vergi orqanı tərəfindən hesablanmış ƏDV-nin dəqiqləşdirilməsi zərurətinin yarandığı qeyd edilmiş, lakin məhkəmə tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının qismən, “X18” MMC-yə (VÖEN **********) hesablanmış 1833735,94 manat ƏDV məbləği və 916896,97 manat maliyyə sanksiyasının ləğvinin təmini hissəsində iddia tələbinin rədd edilməsi və qərarın həmin hissədə ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). İşdən göründüyü kimi, iddia qismən təmin olunsa da, iddianın təmin olunmayan hissəsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyindən, Məhkəmə kollegiyası yalnız cavabdehin verdiyi apellyasiya şikayəti həddində qərarı – iddianın təmin olunmuş hissəsində yoxlayır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.1-cü maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dıyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh hazırki iş üzrə səlahiyyətli inzibati orqandır. İddiaçı xx.xx.2020-ci il tarixli qərarı 30 günlük müddət ötürülmədən məhkəmə qaydasında xx.xx.2020-ci il tarixində mübahisələndirmişdir. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən Bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. - 14.2-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. - 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. - 23.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. - 24.0.1-ci maddəsinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludurlar. - 36.1-ci maddəsinə görə vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. - 38.2-ci maddəsinə görə vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər (03 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa qədərki redaksiyaya əsasən). - 44.6-cı maddəsinə əsasən ekspertiza keçirilməsi haqqında qərar çıxarmış vergi orqanı yoxlanılması keçirilən vergi ödəyicisini bu qərarla tanış etməyə və həmin şəxsin bu Məcəllənin 44.7-ci maddəsində nəzərdə tutulan hüquqlarını ona izah etməyə borcludur. - 44.7-ci maddəsinə əsasən ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı yoxlanılan şəxsin ekspertə etiraz etmək, ekspertin onun tərəfindən göstərilən şəxslərdən təyin edilməsi barədə müraciət etmək, ekspertin rəyinin alınması üçün əlavə suallar təqdim etmək, ekspertiza keçirildikdə vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxsinə əvvəlcədən məlumat verməklə bilavasitə və ya nümayəndəsinin vasitəsi ilə ekspertiza keçirilməsində iştirak etmək, ekspertin rəyi ilə tanış olmaq hüquqları vardır. - 49.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi, yeni qərarın qəbul edilməsi. - 49.2-ci maddəsinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. - 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. - 62.1-ci maddəsinə görə hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. - 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İş materiallarına əlavə olunmuş: - xx.xx.2020-ci il tarixli **********192372 nömrəli Səyyar vergi yoxlaması aktından görünür ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********19023 saylı qərarına əsasən “X21” MMC-də 2016-avqust 2019-cu illər üzrə VM-nin 38.2-cı maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbəti səyyar vergi yoxlaması aparılmışdı. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********137424 nömrəli Qərar qəbul edilmişdir. Həmin qərarla iddiaçıya 2760203,61 manat (o cümlədən 1 694, 47 manat mənfəət vergisi və 2 758 509,14 manat əlavə dəyər vergisi) əlavə vergi məbləği və həmin məbləğin 50 faizi miqdarında yəni – 1 380 181,81 manat maliyyə sanksiyası hesablanmışdır. - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/8425 nömrəli Ekspert Rəyinin nəticə hissəsində göstərilmişdir: “Birinci və ikinci suallar üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlər nəzərə alınmaqla səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində “X18” MMC tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli ƏDV-nin 924773,20 (1.004.339,32 - 79566,12) manat məbləğində az hesablanması müəyyən olunur. Həmçinin qeyd edilir ki, səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində təqdim edilmiş iş materiallarına əsasən müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisinin 1694,47 manat məbləğində az hesablanması müəyyən olunur. Ümumilikdə dövlət büdcəsinə az hesablanmış verginin məbləği 926467,67 (924773,20 ƏDV + 1694,47 mənfəət vergisi) manat məbləğində az hesablanması müəyyən olunur. Üçüncü, dördüncü, beşinci və altıncı suallar üzrə: Təqdim edilmiş sənədlərə əsasən bildirilir ki, gəlirin əldə edilməsi ilə bağlı iddiaçının vergi ödəyiciləri tərəfindən tərtib edilmiş bir qism xərc sənədləri mövcud olmuşdur. Həmin sənədlərin hər birinin növü, adı və rekvizitləri, (tarixi, seriyası və nömrəsi), hər birində əks olunmuş məbləğin ayrılıqda nə qədər olması və hər birinin əks etdirdiyi təsərrüfat əməliyyatının məzmununun ayrılıqda nədən ibarət olması təqdim edilmiş materiallarında öz əksini tapmışdır.” Apellyasiya şikayətinin səyyar vergi yoxlamasının keçirilməsi müddətləri ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan xx.xx.2020ci il tarixli **********192372 nömrəli “Səyyar vergi yoxlaması” aktının 1.1-ci bəndindən görünür ki, yoxlama xx.xx.2019-cu il tarixdə başlamış və xx.xx.2020-ci il tarixdə başa çatmışdır. Eyni zamanda, xx.xx.2019-cu il tarixli qərarla yoxlamanın aparılması müddəti 30 gün uzadılmışdır. Eləcə də, xx.xx.2020-ci il tarixli **********192372 nömrəli “Səyyar vergi yoxlaması” aktının 1.1-ci bəndi ilə müəyyən edilir ki, xx.xx.2020-ci il tarixli qərarla yoxlamanın keçirilməsi 32 gün müddətinə müvəqqəti dayandırılmış və növbəti müvəqqəti dayandırma qərarı xx.xx.20220-ci il tarixdə qəbul edilmişdir. Vergi Məcəlləsinin 38.2-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən: Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 gününə qədər artırıla bilər. Normanın təhlilindən göründüyü kimi, hazırkı məhkəmə mübahisəsinə münasibətdə səyyar vergi yoxlamasının keçirilmə müddətləri “gün”lərlə hesablanmalıdır. Bu səbəbdən, xx.xx.2019-cu il tarixdə başlamış yoxlama xx.xx.2019-cu il tarixdə yekunlaşdırılmalı və ya yoxlama müddətinin uzadılması ilə bağlı qərar qəbul olunmalı idi. Halbuki, müddət uzadılması ilə bağlı qərar xx.xx.2019-cu il tarixdə qəbul edilmişdir. Eyni zamanda, xx.xx.2020-ci il tarixli qərarla yoxlamanın keçirilməsi müddətininin 32 gün dayandırılması nəzərə alındıqda növbəti dayandırılma qərarı xx.xx.2020-ci il tarixdə qəbul edilməli idi ki, həmin qərar xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli **********192372 nömrəli “Səyyar vergi yoxlaması” aktının 1.9.1-ci bəndi ilə müəyyən edilir ki, vergi ödəyicisinə yoxlama ilə əlaqədar xx.xx.2019-cu il tarixli **********191049 nömrəli tələbnamə verilmiş və yoxlama xx.xx.2019-cu il tarixdə başlanmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 7 sentyabr 2016-cı il tarixli **********011400 nömrəli qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydalarının 18.1-ci maddəsinə əsasən Yoxlayıcı növbəti səyyar vergi yoxlaması başlanmazdan azı 15 gün əvvəl, vergi ödəyicisinə və ya sığortaedənə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında Tələbnamə” göndərməlidir. Mövcud halda isə sözügedən tələbnamə səyyar vergi yoxlaması başlanmazdan 12 gün əvvəl göndərilmiş və vergi ödəyicisinin tələb olunan sənədləri təqdim etməsi üçün müəyyən edilmiş 15 günlük prosessual müddət pozulmuşdur. Apellyasiya şikayətinin növbəti dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli **********192372 nömrəli “Səyyar vergi yoxlaması” aktının 2.1-ci bəndində (səh 11, abzas 3) qeyd olunur ki, müəssisə tərəfindən 10336,2 kv.m yaşayış sahəsi alqı-satqı müqavilələrinə əsasən satılmışdır. Bundan 1347,0 kv.m. yaşayış sahəsinin alqı-satqı müqavilələri yoxlamaya təqdim edilmiş, digər 8989,2 kv.m yaşayış sahəsinin alqı-satqı müqavilələrinin yandığı müəssisənin direktoru İ.T.Rzayev təqdim etdiyi arayışında qeyd etməklə yoxlamaya təqdim etməmişdir. Vergi orqanı tərəfindən satılmış sahələr üzrə vergilərin hesablanması üçün xx.xx.2019-cu il tarixli **********194370 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında qərar”a əsasən ekspertiza təyin edilmiş və Ekspert tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli rəyə əsasən Bakı şəhəri, Yasamal rayonu, İ, Qurtqaşınlı küçəsi 476-cı məhəllədə yerləşən binanın (yeni tikili binalarda suvaqlı (podmayak) yaşayış (mənzil) sahəsinin 1 kv. metrinin satışının orta bazar qiyməti 1800 ( bir min səkkiz yüz) manat, qeyri-yaşayış sahəsinin 2500 (iki min beş yüz) olduğu müəyyən edilmişdir. Vergi orqanı ƏDV hesablanan zaman, vergi ödəyicisi tərəfindən təqdim edilmiş alqısatqı müqavilələrində əks olunmuş qiymətləri nəzərə almamış, mənzillərin satış dövrü müxtəlif olmasına baxmayaraq, ekspert rəyinə əsasən binanın yerləşdiyi ərazi üzrə 2018ci ilin orta bazar qiymətlərini nəzərə alaraq hesablama aparmışdır. Sadalanan hallar “X18” MMC-yə mənzillərin satışı ilə əlaqədar vergi orqanı tərəfindən hesablanmış ƏDV məbləğinin dəqiqləşdirilməsi zərurətini yaratmışdır. Məhkəmənin xx.xx.2021-ci il tarixli 2- 1(112)-1217/2021 saylı qərardadı ilə təyin edilmiş məhkəmə kompleks texniki-tikinti və qiymətləndirmə ekspertizasının xx.xx.2022-ci il tarixli 9/8425 saylı rəyində qeyd edilmişdir ki, “Təqdim edilmiş sənədlərə əsasən bildirilir ki, gəlirin əldə edilməsi ilə bağlı iddiaçının vergi ödəyiciləri tərəfindən tərtib edilmiş bir qism xərc sənədləri mövcud olmuşdur. Həmin sənədlərin hər birinin növü, adı və rekvizitləri, (tarixi, seriyası və nömrəsi), hər birində əks olunmuş məbləğin ayrılıqda nə qədər olması və hər birinin əks etdirdiyi təsərrüfat əməliyyatının məzmununun ayrılıqda nədən ibarət olması təqdim edilmiş materiallarında öz əksini tapmışdır.” Həmçinin sözügedən rəydə qeyd edilmişdir ki, “səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində “X18” MMC tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli ƏDV-nin 924773,20 (1.004.339,32 79566,12) manat məbləğində az hesablanması müəyyən olunur. Həmçinin qeyd edilir ki, səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində təqdim edilmiş iş materiallarına əsasən müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisinin 1694,47 manat məbləğində az hesablanması müəyyən olunur. Ümumilikdə dövlət büdcəsinə az hesablanmış verginin məbləği 926467,67 (924773,20 ƏDV + 1694,47 mənfəət vergisi) manat məbləğində az hesablanması müəyyən olunur”. Həmçinin, fakt əsasında başlanılmış cinayət işi üzrə məhkəmə araşdırmalarından aydın görünür ki, mübahisə üzrə ziddiyyətli ekspert rəyləri olduğundan iş üzrə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 24 avqust 2022-ci il tarixli, 9\3547 saylı rəyinə əsasən “X20” MMC-nin sifarişçilərlə bağladığı mənzil tikintisi haqqında müqavilələr və dövlət mənzil fonduna ayrılmış 3 ədəd mənzil (ümumilikdə 579 kvm) nəzərə alınmaqla səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində “X18” MMC tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli ƏDV-nin 924773,20 (1.004.339,32 79566,12) manat məbləğində az hesablanması müəyyən olunur. Həmçinin qeyd edilir ki, səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində təqdim edilmiş iş materiallarına əsasən müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisinin 1694,47 manat məbləğində az hesablanması müəyyən olunur. Ümumilikdə dövlət büdcəsinə az hesablanmış verginin məbləği 926467,67 (924773,20 ƏDV + 1694,47 mənfəət vergisi) manat məbləğində az hesablanması müəyyən olunur. Məhkəmə Kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, sadalanan ekspert rəylərində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə ki, İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər. MPM-in: 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir; 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər; 101.2. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır; 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər; 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcbur olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Göründüyü kimi, vergi orqanı hansı səbəbdən təqdim edilmiş alqı-satqı müqavilələrində göstərilən qiymətləri nəzərə almadığını və ƏDV hesablanması zamanı mütəxəssis rəyini əsas götürməsini əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-292/2022 saylı, 05 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-531/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-531/2023
06.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver